Ardını oxu...
Fillər öz yoldaşları üçün təyin etdikləri şəxsi adlardan istifadə edərək bir-birlərinə müraciət edirlər.

Qaynarinfo xəbər verir ki, bu unikal davranış beynəlxalq alimlər qrupu tərəfindən aparılan və Nature Ecology & Evolution jurnalında dərc edilən araşdırmada aşkar edilib.

Öz növünün digər üzvlərinin səslərini təqlid edən delfin və tutuquşulardan fərqli olaraq, fillər təqlid tələb etməyən adları istifadə edən ilk heyvanlardır.

Tədqiqatçılar Keniyadakı Afrika savanna fillərinin iki vəhşi sürüsünün çağırışlarını təhlil etmək üçün süni intellekt alqoritmindən istifadə ediblər.

"Bu araşdırma göstərir ki, fillər hər bir fərd üçün xüsusi səslərdən istifadə edir, onlara cavab verməklə onlara olan çağırışları tanıyır və başqalarına ünvanlanan çağırışlara məhəl qoymurlar", - tədqiqatın aparıcı müəllifi Maykl Pardo deyib.

Tədqiqatçılar Keniyanın Samburu Milli Qoruğu və Amboseli Milli Parkında 1986-2022-ci illərdə qeydə alınan fil səslərini təhlil ediblər. Maşın öyrənmə alqoritmindən istifadə edərək, 101 siqnal verən, 117 siqnal qəbul edən fil də daxil olmaqla 469 müxtəlif siqnal müəyyən edilib.

Fillər yüksək truba səslərindən tutmuş insan qulağının eşidilə bilməyəcəyi qədər sakit gurultulara qədər geniş səs diapazonu yaradır. Adlar ən çox uzun məsafələrdə və yetkin fillərə gənclərə müraciət edərkən istifadə olunur.

Ən çox yayılmış çağırış "harmonik cəhətdən zəngin aşağı tezlikli səs" olub. Bir fil dostunun və ya ailə üzvünün adını qışqırdığı səsyazması çalındıqda, heyvan müsbət və enerjili cavab verib. Ancaq eyni fil başqalarının adını çəkərkən daha az həvəs göstərib.

Bu onu göstərir ki, fillər və insanlar sadəcə alıcının səsini kopyalamaq əvəzinə bir-birlərinə "ixtiyari” adlar verən yeganə heyvanlardır. Tədqiqatın baş müəllifi Corc Vittemayer kəşfin fillərin mücərrəd düşünmə qabiliyyətinə işarə etdiyini söyləyib.

Tədqiqatçılar fillərin əcdadlarının təxminən 90 milyon il əvvəl primatlar və cetasianlardan ayrıldığını nəzərə alaraq, bu istedadın təkamül mənşəyinə dair daha çox araşdırma aparmağa çağırıblar.
 
Ardını oxu...
Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçub.

Uçuş zamanı o, Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Tuva Cihangir Atasever və missiyanın digər üzvləri “Qəhrəman yürüşü” edərək kosmik təyyarəyə doğru yollanıblar.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasever 36 min namizədin arasından seçilib.

Alper Gezeravcı bu il yanvarın 18-də Beynəlxalq Kosmik Stansiyaya uçub.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”ın yeni funksiya üzərində işlədiyi məlum olub.

İndex.az xəbər verir ki, “Android” beta versiyasında aşkar edilən bu funksiya ilə “WhatsApp” istifadəçilərdən tətbiqə doğum tarixlərini daxil etmələrini istəyəcək.

Bəs niyə “WhatsApp” belə bir funksiya üzərində işləyir?

ABŞ-ın bəzi ştatları internetdən istifadə ilə bağlı bəzi qanunlar hazırlayıb. Bu qanunlara əsasən platformada qeydiyyatdan keçən istifadəçilərdən yaşlarını yoxlamaq tələb olunacaq.

“WhatsApp”ın belə bir funksiyanı inkişaf etdirməkdə məqsədi qanuni qaydalara riayət etməkdir. Baxaq görək “WhatsApp” üzərində işlədiyi yeni funksiyanı yalnız ABŞ üçün buraxacaq, yoxsa qlobal miqyasda istifadəçilərə təqdim edəcək.
Ardını oxu...
Sərfəli qiymətləri və sosial layihələri ilə bölgələrə xüsusi diqqət göstərən “Nar” bu dəfə Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində yüksək səviyyəli görüş keçirərək universitetlə ilk əməkdaşlıq layihəsinə start verib.

Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu çərçivəsində reallaşan ilk layihə “Nar”ın texniki heyəti tərəfindən texniki ixtisaslarda təhsil alan tələbələr üçün hazırlanan və keçirilən “Mobil rabitənin əsasları” təlimi olub.

Qabaqcıl mobil texnologiyalara hakim olan sənaye mütəxəssislərinin hazırlanması və onların ixtisasların uyğun karyera qurması məqsədilə keçirilən təlim tələbələrə öz nəzəri biliklərini praktiki təcrübə ilə zənginləşdirməyə imkan verir.

Qeyd edək ki, “Nar” və Azərbaycan Texnologiya Universiteti bu ilin fevral ayında Anlaşma Memorandumu imzalayaraq telekom sahəsinin peşəkarlarını hazırlamaq istiqamətində əməkdaşlığa başlayıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanın regionlarında da rabitə sənayesi və akademik təhsil arasında körpü quraraq ölkənin rabitə peşəkarlarını hazırlamaqdır.

“Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.

“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən “Paşa Sığorta” ASC (VÖEN- 1400837161) bir il müddətində (04.06.2024-04.06.2025) “Azerspace-1” peykinin sığortalanması xidmətlərini həyata keçirəcək.

Qeyd olunan xidmət üçün “Azərkosmos” “Paşa Sığorta”ya 1 milyon 436 min 500 manat ödəyəcək.

Məlumat üçün bildirək ki, 8 fevral 2013-cü ildə orbitə çıxarılan “Azerspace-1” peykinin ərsəyə gəlməsi üçün 230 milyon manat vəsait xərclənib.

Çəkisi 6 521 kq olan “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır, Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada 40-dan çox ölkədə 180-dən çox müştəriyə xidmət göstərilir. “Azerspace-1”in istismar müddəti azı 17 ildir.

Onu da qeyd edək ki, daha əvvəl Azərbaycanın müşahidə peyki olan “Azersky” peyki də “Paşa Sığorta” ASC tərəfindən sığortalanıb. 2022-ci ildə “Azərkosmos” 45 milyon manat dəyəri olan “Azersky” peyki üçün “Paşa Sığorta”ya 518 min manat sığorta haqqı ödəyib. Sığorta müqaviləsindən bir müddət sonra “Azersky” peyki ilə əlaqə itib. Nazirlik “Azersky” peyki ilə əlaqənin itməsinə mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimalını göstərib. Bu səbəbdən “Paşa Sığorta” ASC “Azərkosmos”a 45 milyon manat ödəməli olub.
 
 
 

Ardını oxu...
 

Televizorun icadı Con Loqi Beyrdın adı ilə bağlıdır. 25 iyun 1925-ci ildə tarixin ilk televiziya patentini alan Con Loqi Beyrdın uğuru qısa müddətdə böyük maraqla qarşılanır. Onun hazırladığı televizorda ilk yayım 1926-cı ildə reallaşır. Həmin vaxt televiziya ağ-qara rənglərdən və çox keyfiyyətsiz görüntüdən ibarət idi.

Musavat.com bu barədə Baku TV-yə istinadən xəbər verir.

Con Loqi Beyrd 1929-cu ildə ilk televiziya stansiyasını qurur və o dövrdə radio yayımı olan BBC ilə razılaşaraq televiziya verilişləri hazırlamağa başlayır. BBC 1930-cu ildə Amerikada, habelə İngiltərədə rəsmi şəkildə yayıma başlayır. Londonda 20 mini əhatə edən yayımın hesabına Con Loqi Beyrd karyerasının zirvəsinə çatır. RCA şirkəti tərəfindən 1954-cü ildə istehsal edilən "NTSC" standartı rəngli televiziya yayımının əsasını qoyur.

İki il sonra isə Azərbaycanda ilk televiziya yayımının başlaması ilə televizor cihazlarına olan tələbat sürətlə artır. İlk gətirilən modellər əsasən Sovet İttifaqının digər şəhərlərində istehsal edilən KVN-49 tipli ağ-qara televizorlar idi. Bu televizorlar insanların evlərinə yeni dünya gətirir. 14 fevral 1956-cı il tarixində Bakı Televiziya Studiyası rəsmi olaraq yayımına başlayır. İlk verilişlər ağ-qara formatda yayımlanır, əsasən xəbərlər, mədəniyyət proqramları və təhsil verilişlərini əhatə edir. 1950-ci illərin sonlarında Bakıda ilk televizor mağazaları açılır. Elektrotexnika mağazası kimi yerlərdə insanlar ilk dəfə olaraq televiziya cihazları ilə tanış olurlar. Bu mağazalarda sovet istehsalı müxtəlif modellər satılırdı. 1960-cı illərdə Bakı Radio Zavodu yerli televizor istehsalına başlayır.

Bu, Azərbaycanın televiziya sektorunda mühüm bir inkişaf idi. Yerli televizorlar keyfiyyəti və etibarlılığı ilə seçilirdi və ölkədə televiziya yayımının genişlənməsinə töhfə verirdi. 1970-ci illərin sonlarında Azərbaycanda rəngli televiziya yayımına başlanıldı. İlk rəngli televizorlar insanların televiziyaya olan marağını daha da artırır. 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə televiziya sektorunda yeni bir mərhələnin əsası qoyulur.

Yeni kanallar açılır, texnologiyalar yenilənir və televizorlar müasir həyatın ayrılmaz bir hissəsinə çevrilir. Peyk və kabel televiziyasının geniş yayılması ilə yeni rəqəmsal yayım erasına keçid edilir. Bu gün ağıllı televizorlar və internet TV xidmətləri televiziya izləmə təcrübəsini tamamilə dəyişib. Artıq insanlar ənənəvi televiziyalardan daha operativ və sürətli olan internet televiziyasına keçid edirlər.

Ardını oxu...
Bəzən yerli və xarici saytlara daxil olduqda mobil telefona "təhlükəlidir", "məlumatlarınız ələ keçirilə bilər" kimi bildirişlər gəlir.

Bu kimi xəbərdarlıqlar saytın SSL sertifikatının, yəni təhlükəsizlik protokolunun olmadığını, məxfiliyin qorunmadığını göstərir. Nəticədə isə vətəndaşın data məlumatlarının ələ keçirilməsi qaçılmaz olur.

SSL sertifikatı istifadəçilərin ad, ünvan, telefon, e-poçt, kredit kartı və ya bank hesabı məlumatları kimi vacib şəxsi məlumatlara üçüncü şəxslər tərəfindən müdaxilə olunmasının qarşısını alır, məlumatların mühafizəsi üçün server və müştəri arasında əlaqənin şifrələnməsinə imkan verir.

Xüsusilə alış-veriş saytlarına daxil olarkən SSL-in olmasına xüsusi diqqət yetirmək lazımdır.

Bəs görəsən, bu cür elektron resursların monitorinqi aparılırmı?

Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Ayla Cəlilova bildirib ki, SSL sertifikatından istifadə etməyən saytlara vətəndaşlar daxil olduqda bu, onlar üçün təhlükəli ola bilər.

Daha ətraflı Baku TV-nin materialında:

 
Ardını oxu...
ABŞ iyunun 4-də və 6-da “Minuteman III” qitələrarası ballistik raketinin (ICBM) iki buraxılışını həyata keçirəcək.

Bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb.

Hər iki buraxılış Kaliforniyada baş tutacaq. Bu proqramın məqsədi “ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirmək və ölkənin nüvə silahına qarşı olmağının” istəyidir. Komandanlıq vurğulayıb ki, Amerika tərəfi planlaşdırılan sınaqlarla bağlı Rusiyaya xəbərdarlıq edib.

Ötən il sentyabrın 6-da ABŞ Hərbi Hava Qüvvələri Minuteman III ICBM-ni sınaqdan keçirib. Raket döyüş başlığı ilə təchiz olunmayıb.
 
Ardını oxu...
Yapon milyarder Yusaku Maedzavanın SpaceX gəmisi ilə Ay ətrafında ilk turist uçuşunu həyata keçirməyi planlaşdırdığı “DearMoon” layihəsi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə layihənin mətbuat xidməti məlumat yayıb.

““DearMoon” layihəsi çərçivəsində Ay ətrafında ilk şəxsi uçuşun ləğv edildiyini təəssüflə bildiririk. Bizə dəstək olan hər kəsə təşəkkür edir və bu tədbiri səbirsizliklə gözləyənlərdən üzr istəyirik”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, Maedzava buraxılışın təxirə salınması və “yaxın gələcək üçün aydın qrafikin” təyin edilməməsi səbəbindən layihəni bağlamaq qərarına gəlib:

“Mən müqaviləni 2018-ci ildə DearMoon-un 2023-cü ilin sonuna qədər işə salınacağını güman edərək imzaladım. Amma bunun nə vaxt baş verəcəyi hələlik bəlli deyil.

Bu şərtlər altında gələcəyimi planlaşdıra bilmirəm və ekipaj üzvlərini gözləməyə məcbur etdiyim üçün də özümü günahkar hiss edirəm. Buna görə də hazırkı mərhələdə layihəni ləğv etmək kimi çətin qərarı verməli oldum”.
 
Ardını oxu...
Kiber cinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər.
Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir: “Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.
 

Dünyapress TV

Xəbər lenti