Ardını oxu...
"Whatsapp" yeni funksiyanın təqdimatına hazırlaşır.

Yeni özəllik sayəsində istifadəçilər göndərilən səsli mesajları mətnə çevirə biləcəklər.

Özəllik hazırda az sayta istifadəçi üçün əlçatandır. Funksiyanın yaxın zamanda bütün istifadəçilər üçün aktivləşdiriləcəyi gözlənilir. (Publika.az)
 
 
Ardını oxu...
 
Bəşəriyyətin Yerdən kənarda, kosmosda yaşamaq üçün əlverişli planet axtarışları davam edir. Kosmos və əlçatan planetləri skan edən James Webb teleskopunun yeni kəşfi bu mövzuda atılacaq kritik addımların öncüsü ola bilər…
Alimlər kainatda “yadplanetli” həyatı tapmaq üçün ən yaxşı şansımız ola biləcək bir planet kəşf etdilər.

NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) tərəfindən aparılan müşahidələrdən istifadə edən beynəlxalq elm adamları qrupu LHS 1140 b adlı “ekzoplanet”in atmosferini, bizim günəş sistemimizdən kənarda, başqa bir günəşə malik planeti təhlil ediblər.
Bu təhlillər planetin maye su okeanına və hətta azotla zəngin atmosferə malik ola biləcəyini də təsdiqlədi. Bu onu göstərir ki, bu yeni planet də Yer kimi atmosferə malik ola bilər.

 

Gundemxeber.az

Ardını oxu...
Ümumi şarj sahələri telefonlarımızı doldurmaq üçün çox praktik görünə bilər. Bununla belə, onun təhlükələri haqqında öyrəndiyiniz zaman şarj cihazınızı özünüzlə daşımağı üstün tutacaqsınız.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, hava limanlarında, otellərdə və ya ticarət mərkəzlərində yerləşən ictimai şarj nöqtələri olduqca cəlbedici görünə bilər. Lakin bu yerlərdə telefonunuzu doldurmaq ciddi risklərə səbəb ola bilər.

Bu riskin arxasında duran səbəb olduqca qorxuludur: “Juice Jacking (Şirə Çəkilməsi)”.

Bəs “Juice Jacking” nədir?
“Juice Jacking”, hakerlərin ictimai USB portlarından istifadə edərək cihazınıza zərərli proqram və izləmə proqram təminatı quraşdıra biləcəyi bir texnikadır.

Proqram təminatı telefonunuzun məzmununa daxil olaraq parollarınızı oğurlaya və şəxsiyyət oğurluğu edə bilər. Onlar hətta bank hesablarınızdan pul köçürə və ya məlumatlarınızı "Dark Web"də sata bilərlər.

Federal Rabitə Komissiyasının məlumatına görə, cinayətkarlar zərərli proqramları birbaşa ictimai USB şarj stansiyalarına quraşdıra bilərlər. Beləliklə, hər hansı bir USB portunun pozulmadığına əmin olmaq üçün heç bir yol yoxdur.

Bu, cinayətkarların xüsusi şarj portlarını hədəf almasını tələb etmir. Sizə sadəcə olaraq telefonunuzu hava limanında, oteldə və ya ticarət mərkəzində USB portuna qoşmağınız kifayət edə bilər.

USB-A kabellərində dörd sancaq, iki güc ötürücü sancaq və iki məlumat ötürmə pin var

Bu, telefonunuzu USB portuna qoşduqda məlumatlarınızı birbaşa cihaza ötürmək imkanını açır. Hətta yeni cihazları USB-C vasitəsilə doldurmağı tövsiyə edən mütəxəssislər belə cihazların “Juice Jacking” hücumlarından tam təhlükəsiz olmadığını bildirirlər.

Android və iOS cihazlarında proqram mühəndisləri istifadəçi məlumatlarının oğurlanmasının və ya zərərli proqramların quraşdırılmasının qarşısını almaq üçün bəzi addımlar atıblar, lakin daim ortaya çıxan yeni və naməlum boşluqlar o deməkdir ki, hətta telefonunuzu ən son təhlükəsizlik yerlərdə yeniləmək belə həmişə kifayət olmaya bilər.
 
 


 

Ardını oxu...
Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması haqqında Fərman imzalayıb.

"DogruXeber.az" Trend-ə istinadən xəbər verir ki, fərmana əsasən, ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.

ERİS-in sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir. ERİS-in yaradılması və saxlanılması ilə bağlı xərclər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına həyata keçirilir.

Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb, altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyi isə altı ay müddətində ERİS-in formalaşdırılmasını həyata keçirməlidir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, ERİS-in “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.

Bundan başqa, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.

Ardını oxu...
Elektrikli Avtomobil elektrik enerjisindən istifadə edən nəqliyyat vasitəsidir. Daxili yanma maşınlarından fərqli olaraq, onlar ətrafa zərərli qazlar buraxmır. Ətraf mühit şəraiti göstərir ki, daha ekoloji təmiz nəqliyyat üçün elektrik nəqliyyat vasitələrinin istifadəsi qlobal miqyasda geniş yayılmalıdır. Elektrikli avtomobillər yüksək performansı ilə ənənəvi avtomobillərdən bir addım öndə olsalar da, həm də səssiz işləyirlər.

Ölkəmizdə artıq ekoloji standartlara uyğun avtobuslar və nəqliyyat vasitələri fəaliyyət göstərir. Belə olan təqdirdə, elektrikli avtomobillərə olan tələbatda artır. Bəs Azərbaycanda benzin ilə işləyən avtomobillərin istifadəsinə qadağa qoyula bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktoru,avtomobil bazarı üzrə tanınmış ekspert Eyyub Əliyev deyib ki, Azərbaycanın avtomobil parkının 83 faizi yaşı 10 ildən yuxarı olan avtomobillərdir:

"Biz avtomobil parkımızı yeniləmək üçün təkcə elektrikli və hibrid ilə kifayətlənə yaxud benzinlərə qadağa qoya bilmərik. Çünki bu yeni texnologiyadır. Bunun üçün infrastruktur tam qurulmalı, rəsmi servislər tam hazır olmalıdır. Bu istiqamətdə rəsmi servislərdə işlər gedir. Buna ixtisaslaşmış ustaların yetişdirilməsi, onların peşələrinə uyğun ixtisasartırmaları daxildir. Ən vacib məsələ isə burada infrastrukturdur. Bu gün biz istədiyimiz yerdə yanacaq doldurma məntəqələri tapa bilirik. Amma şarj məntəqəsi tapmaq çətindir".

Ekspertin sözlərinə görə, Bakı şəhəri və ətrafında 170 ədəd şarj məntəqələrinin quraşdırılmasına start verilib. Bölgələrdə isə bu rəqəm 177-dir:

"COP29-a qədər bunların hamısı həyata keçirilməlidir. Amma biz yenə də bununla kifayətləna bilmirik. Bizim hədəfimiz 2030-dur. 2030-a qədər mərhələli şəkildə elektrikli avtomobillərə keçid edirik. Amma benzinin qadağan olunması yaxın olası bir addım deyil. Bu gün avtomobil alanda hələ də vətəndaşlarımız fikirləşirlər ki, 1994-cü illərin maşınını alsınlar. Bu baxımdan birdən-birə belə inteqrasiyaya gedə bilmərik. Bununla yanaşı avtomobil parkını elektrikli və hibridlər ilə yeniləyə bilmərik. Buna vətəndaşlar hazır olmalıdır. Bu baxımdan benzinə qadağa qoyulması mümkünsüz bir haldır".
Ardını oxu...
"Rabitabank"ın mobil tətbiqində problemlər yaranıb. İqtisadiyyat.az xəbər verir ki, bu barədə tətbiq istifadəçiləri bildiriblər.

Mobil tətbiq vasitəsilə istifadəçilərə məzmunu anlaşılmayan bildirişlər göndərilir.

Eyni zamanda, bir çox istifadəçi mobil tətbiqə daxil olduqda çətinliklə üzləşdiklərini söyləyiblər.

"Rabitabank" hələ ki, sözügedən problemlə bağlı açıqlama yaymayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda və Qazaxıstanda süni intellektin inkişafı, təbii dil modellərinin yaradılması sahəsində mövcud vəziyyətə bir daha nəzər saldım.
Elə bu il Qazaxıstanda İrbisGPT - süni intellekt əsaslı ilk Milli Dil Modeli yaradıblar. Platforma qazax dilində olan data və açıq kod əsasında, ictimai əsaslarla formalaşıb.
Bu isə o deməkdir ki, hər istifadəçi bu modelin təkmilləşdirilməsinə töhfə verə biləcək. Məqsəd Qazax dilinin texnologiyar sahəsinə, rəqəmsallaşma proseslərinə daha dərin inteqrasiyasına nail olmaqdır. Modelin işlənməsi üçün ilkin olaraq açıq mənbələrdə olan 20 Gb datadan istiafdə edilib.
Bu ölkədə həmçinin maşın öyrənməsi sahəsində lider olan Hugging Face ilə əməkdaşlıq çərçivəsində daha bir süni intellekt layihəsinə start verilib.
Bu qlobal platforma süni intellekt əsaslı , açıq kodlu layihələrin qarşılıqlı istifadəsinə imkan yaradır. Hansı ki qlobal şirkətlər olan Google, Microsoft, Amazon, Meta da bu resurslardan bəhrələnirlər.
Qazaxlar böyük məlumat bazasına malik fiziki və hüquqi şəxslərin datasını bu platforma əsasında bir yerə toplamağı , nəhəng milli data ehtiyatı yaratmağı , bunun əsasında müstəqil bir Təbii Dil Modeli yaratmağı hədəfləyiblər.
Xatırladıram ki, bir müddət öncə Qazaxıstanda süni intellekt sahəsinin inkişafı üçün Presight Aİ Ltd və Birləşmiş Ərəb Əmirliyi arasında superkompüter mərkəzinin və Data Mərkəzin qurulması ilə bağlı anlaşma da baş tutub.
Xatırladıram ki, hazırda Azərbaycanda süni intellekt sahəsində RİNN-in AİLab və İN-nin 4SİM qurumları, ETN-in İS və İT İnstitutları, ADA və AzTU, A2Z və Robotronics və s. qurumlar məşğuldur.
Bəzi böyük özəl qurumlarda və mərkəzi icra qurumlarında süni intellekt həllərinin tətbiqinə başlanılıb.
Bu sahədə kadrların hazırlanması üçün də müəyyən layihələr həyata keçirilir.
Lakin süni intellektin tətbiqi və inkişafı istiqamətində biz hədsiz çox ləngiyirik. Real işlər ortada görünmür.
Uzun illərdir ki, hamı üçün əlçatan olan, ana dilimizdə Milli Korpusun yaradılmasını reallaşdıra bilmirik. Ana dilimizdə məlumat bazalarına sahib olanların, dövlət və özəl sektorun, ictimai sektorun belə bir resursun yaradılmasına töhfə verməsi üçün şərait yaradılmayıb.
Əsas data da hökumətin əlində cəmləşib ki, biznesin bura çıxış imkanları yetərli deyil.
Biznes və ekosistem üçün, hamının bəhrələnə biləcəyi superkompüter mərkəzi də formalaşdırılmayıb.
On illər öncə hökumətin dəstəyilə Dilmanc layihəsi çərçivəsində bir neçə uğurlu həllər yaradılsa da , layihə çərçivəsində formalaşan milli korpus hamı üçün əlçatan deyil. Bu resursun RİNN-ə təhvil verildiyi bildirilib.
Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, ETN –in İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də hələlik ortada heç nə yoxdur.
Azərbaycanda iki qurum, RİNN və İN süni intelelktin inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlasalar da, onunla bağlı da hələlik real olaraq ortada heç nə yoxdur.
Fikrimcə sektorun inkişafı üçün səlahiyyətli qurum olan RİNN, İRİA bu məsələdə çox ləng hərəkət edir.
Bu sahəyə böyük resurslar ayrılmalıdır, RİNN bu sahənin inkişafna töhfə verə biləcək bütün maraqlı tərəfləri bir araya gətirməlidir.
Osman Gunduz
TEREF
 
Ardını oxu...
Telefonda casus proqramların quraşdırılıb-quraşdırılmadığını müəyyən etməyin yolu açıqlanıb.

Əgər smartfon müstəqil olaraq hərəkətləri yerinə yetirirsə, məsələn, açılır, proqramları açır və s. O zaman bu, cihazınızda casus proqramın ola biləcəyini və cihazın xarici müdaxilənin təsiri altında olduğunu göstərə bilər.

Bundan əlavə, bu cür müdaxilənin əlamətləri aşağı İnternet sürətini, cihazın qızmağa başlamasını və ya faktiki istifadəçi fəaliyyətini əks etdirməyən hərəkətləri əhatə edir. Məsələn, smartfonun qalereyasında istifadəçinin çəkmədiyi skrinşotlar və ya videolar ola bilər.

“Smartfonunuzda sadalanan bəzi əlamətləri görsəniz, panikaya ehtiyac yoxdur. Onlar başqa səbəblərdən də yarana bilər. Bununla belə, dincliyiniz üçün cihazınızı casus proqram təminatı üçün peşəkar yoxlanış etməyə dəyər. Müəyyən bacarıq və təcrübəniz varsa, bunu özünüz edə bilərsiniz.
 
Ardını oxu...
Özünü ölkəmizin "ən böyük mobil opretaru" olduğunu iddia edən "Azercell" xırda problemləri yaratmaqda davam edir...

Dia-az.İnfo bildirir ki, bu dəfə narazılıq edən vətəndaş nömrəsinin bağlı olduğu halda, ona şiakrət tərəfindən hansısa "xidmətlər"in göstərilməsindən giley edir.

Ardını oxu...

"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Kəmalə Türkan İbrahimova adlı istifadəçi belə bildirir:

Ardını oxu...
Ardını oxu...

"Nömrəm bağlı ola-ola, "Azercell"də 6 GB internet paketinə abunəliyım... Bu necə olur axı?

Evdə "WiFi" istifadəçisiyəm... Bu nə özbaşınalıqdır?

Qeyd edim ki, eyni qaydada qızıma da, mənə də mesaj gəlib..."
Ardını oxu...
Azərbaycanda dövlət qurumu olaraq ilk dəfə İKTA elektromaqnit sahəsinin (EMS) insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb və bunu açıq formada dərc edib.
EMS, anlaşıqlı desək, bütün radioelektron vasitələri (baza stansiyaları, müxtəlif antenlər, ötürücülər və s.) tərəfindən ətraf mühitə yayılan elektromaqnit dalğalarının yaratdığı enerji şüalanmalarıdır.
İKTA -nın belə bir araşdırma aparması, beynəlxalq standartları və təcrübəni açıqlaması, müqayisələr aparması çox təqdirəlayiqdir.
Əvvəllər bu tip açıqlamalar ancaq müstəqil qurumlar və ekspertlər, media və vətəndaş cəmiyyəti tərəfindən olurdu.
Amma dərhal da qeyd edim ki, Azərbaycanda bu sahə ilə bağlı ciddi problemlər də var. İKTA Azərbaycandakı standatları, müqayisələri qeyd etsə də, real vəziyyətə elə də yer ayırmayıb. Görünür ki əllərində yetərli data olmayıb.
Gigiyena və Sanitar Epidemioloji Qurumun da mövcud Qaydalara uyğun olaraq radioelektron vasitələrə rəy verməsi prosesində şəffaflıq və hesabatlılıq yetərli hesab oluna bilməz.
Araşdırmada Azərbaycanda bu sahəyə nəzarətdə daha sərt yanaşma olduğu bildirilir. Şübhə etmirəm.
Amma reallıq odur ki, beynəlxalqdan fərqli olaraq bizdə hətta uşaq bağçasının, bərbərxananın, restoranların və şadlıq evlərinin, adi mağazaların də binalarının üstündə baza stansiyaları, ötürücülər tapmaq olar.
Elə ailələr tanıyıram ki, aylıq hansısa bir cüzi dolanışıq üçün həyətində nəhəng bir baza stansiyası quraşdırmağa icazə verib. Ən yaxın ətrafda da yaşayış var.
Görəsən Səhiyyə Nazirliyi, Sanitar qurum həmin həyətlərin ətrafında, həmin binaların ətrafında yaşayanlarda elektromaqnit şüalanmasının təsirini ölçübmü?
Düşünürəm ki gələcəkdə İKTA-nın bu sahədə tənzimləmə məsələrinə öz səlahiyyətləri çərçivəsində nəzarət etməsi də faydalı olardı .
İstənilən halda, texnologiyaların insan sağlamlığına təsiri baxımından İKTA-nın bu araşdırması çox diqqət cəlb edəndir və faydalıdır, həmçinin ictimai nəzarətin təşkili üçün də əhəmiyyətlidir.
Osman Gunduz
TEREF
 

Dünyapress TV

Xəbər lenti