Ardını oxu...
“Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin bundan daha çoxunu məhv edir”.
Bizimyol.info xəbər verir ki, Üsküdar Universiteti Sosiologiya şöbəsinin müdiri Prof. Dr. Barış Ərdoğan "AA"ya süni intellektin insan həyatına təsirlərini qiymətləndirərək, bunun işsizlik narahatlığına səbəb olduğunu bildirib.

Universitetdən verilən açıqlamada fikirlərinə yer verilən Ərdoğan insanların xüsusilə texnologiyaya nikbin olduğunu bildirib.

Ərdoğan: "Deyirlər ki, "Texnologiya bütün problemlərimizin həllini tapacaq." Bu var, amma texnologiyanın yaratdığı və məhv etdiyi iş yerləri də var. Süni intellekt çoxlu yeni iş yerləri yaradır, lakin onların çoxunu məhv edir və əsas odur ki, o, yaratdığı ilə müqaisədə daha çoxunu məhv edir", - deyə bildirib.

Süni intellektin iş modellərini də dəyişdirdiyini açıqlayan Ərdoğan buna bel açıqlama gətirib: “Bir tərəfdən 100 iş yeri yox olur və onların yerinə 5 yeni iş yeri gəlir. 95 nəfərin başına nə gələcək? Necə uyğunlaşacağıq? Aşağı ixtisaslı sənayelərdə çalışan minlərlə işçi haqqında nə qərar veriləcək? Göy yaxalıqlıların sayı getdikcə azalır. Onların sayı getdikcə azalmaqdadırlar. İkinci təhdid dalğası ağyaxalıqlılar üçün olacaq. Süni intellekt ofis işlərinin çoxunu görəcək, bankdakı analiz işlərinin çoxunu artıq etməyə başlayıblar”, - deyə o bildirib.

Ərdoğan süni intellektin elektron məktublara avtomatik cavab verdiyini də qeyd edib: “Bu, yavaş-yavaş onu göstərir ki, ağ yaxalıların əhəmiyyətli bir hissəsi işdən çıxarılacaq. Sabah, ertəsi gün onların çoxu “nə edəcəyik?” deyə suallar barədədüşünəcəklər. Pul necə qazanılacaq, kim xərcləyəcək? Gərəksizliyin başlanğıcı budur. İstehsal edə bilməzsən, çalışıb pul qazana bilməzsən və qazana bilmədiyin üçün istehlak edə bilməzsən. Sonra nə olur? Sistem üçün lazımsız olursunuz. “Lazımsız” əslində bunu deməyin nəzakətli yoludur. Əslində aşağı sinif deyilən bir anlayış var”, - deyə o qeyd edib.
 
Ardını oxu...
Elektrikli avtomobillər dövrün trendləri arasındadır. Bir çox brendlər bu sahəyə sərmayə qoymağa davam edərkən, infrastrukturla bağlı da işlər görülür. Lakin bütün bunlara baxmayaraq, istifadəçilər elektromobillərin çeşidindən şikayətlənirlər.

Mövzu ilə əlaqədar olaraq, bir çox istifadəçi elektrik avtomobillərinin şəhər məsafələri üçün ideal olduğunu, lakin uzun səfərlərə çıxanda əsl problem olduğunu bildirir.

Avtosfer.az xəbər verir ki, elektromobillərin batareya ömrü uzun məsafələri qət etmək üçün çətinlik yaradır. Belə ki, ən uzun məsafəyə malik elektrikli avtomobillərin siyahısı aşağıdakı kimidir:
Ardını oxu...
 

Bu gün, 09:44           
Ardını oxu...
Atakama səhrasının altında gizli bakterial ekosistem aşkar edilib.
Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.
Bu barədə "PNAS Nexus" jurnalında dərc olunan məqalədə bildirilir.
Çilidə yerləşən Atakama səhrasında həyatın ali formaları, demək olar ki, tamamilə yoxdur, lakin torpaq duzlarla, o cümlədən sulfatlarla zəngindir. 80 santimetr qalınlığında olan üst təbəqənin bakteriyalar üçün ultrabənövşəyi şüalardan mümkün sığınacaq təmin etdiyi və bir qədər su ehtiva etdiyi güman edilir.
Yeni ekspedisiya zamanı tədqiqatçılar torpaq nümunələrini toplamaq üçün Yunqay vadisində dörd metrdən çox dərinlikdə qazıblar. Bu halda, sonrakı ardıcıllıqdan ötrü bütöv hüceyrələrdən DNT çıxarmaq üçün yeni bir üsuldan - nukleotid ardıcıllığının müəyyən edilməsindən istifadə edilib.
Məlum olub ki, mikrob qruplarında yuxarı 80 santimetrdə Firmicutes bakteriyaları, 200 santimetrdən aşağılarda isə aktinobakteriyalar üstünlük təşkil edirlər.
Müəlliflər bakteriyaların 19000 il əvvəl playya çöküntüləri (quru göl yatağı) tərəfindən basdırılmadan əvvəl torpağı koloniyalaşdırmış ola biləcəyini ehtimal edirlər. Bu bakteriya qrupu qeyri-müəyyən bir məsafəyə enməyə davam edərək, hiperarid səhra torpaqlarının altında əvvəllər naməlum dərin biosfer meydana gətirib. Çox güman ki, bakteriyalar gipsdən su mənbəyi kimi istifadə edirlər.
 
Ardını oxu...
ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.

Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahibi olan Çinin “ByteDance” platformanı satmasa, qadağa işə düşəcək.

Beləliklə də, çinlilərin ultra-populyar sosial şəbəkənin satışı ilə bağlı razılığa gəlmək üçün bir ilədək uzatmaq imkanı ilə doqquz ay vaxtı var. Bu müddətdə satış baş tutmasa, sosial şəbəkəyə giriş bağlanacaq.
“Biz heç yerə getmirik. Konstitusiya bizim tərəfimizdədir və biz qalib gələcəyimizi gözləyirik”, - “Tik-Tok”un rəhbəri Şou Tzu Çyu yeni qanunu şərh edərkən bildirib.
 
Ardını oxu...
Tutaq ki, bizdə hansısa bir qurum, dövlət qurumu, yaxud özəl qurum, yaxud da bir elmi -tədqiqat qurumu hansısa bir süni intellekt həlli yaratmaq istəyir.
Onlar indiki anda bunu reallaşdıra bilərlərmi ?
Təəssüf ki, hazırda bu, real görsənmir.
Bunun üçün 4 əsas şərt vacibdir :
1. Superkompüter, yəni süni intellekt sistemlərini işlətmək üçün zəruri olan, yeni nəsil çiplərlə təmin olunan yüksək gücə malik kompüter.
Təəssüf ki, maraqlı tərəflər üçün əlçatan belə bir superkompüter hələlik bizdə yoxdur, UFAZ-da və ADA-da olanlar dar çərçivədə istifadə üçün nəzərdə tutulub
2. Data, hansı ki, əsasən hökumətin əlində cəmləşib- maraqlı tərəflər üçün əlçatan deyil
3. Dilin Milli Korpusu, hansısa komponentləri mövcud olsa da, hamı üçün əlçatan bir milli resurs ortada yoxdur
4. Enerji, varımızdır, həm də yaşılından
Ardını oxu...
Milyarder İlon Maskın nəzarətində olan kosmik müəssisə tərəfindən ABŞ tənzimləyicilərinə verilən təhlükəsizlik məlumatlarının “Reuters” tərəfindən araşdırmasına görə, “SpaceX”in obyektlərində xəsarət halları nisbətləri 2023-cü ildə sənaye ortalamasını keçməyə davam edib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İdarəsi tərəfindən yeni açıqlanan 2023-cü il qeydləri də göstərir ki, “SpaceX”in bəzi obyektlərində xəsarət nisbətləri şirkətin 2022-ci ildə açıqladığı rəqəmdən daha çoxdur. Məsələn, Texas ştatının Braunnsvil şəhərindəki istehsal və buraxılış müəssisəsində “SpaceX” 2022-ci ildə 4,8 xəsarət nisbətini ötərək və kosmik sənayedə orta hesabla 0,8-i ötərək, hər 100 işçiyə 5,9 xəsarət olduğunu bildirib. Bu xəsarətlər əzilmiş əzalara, amputasiyalara, ciddi baş-beyin xəsarətlərinə və bir ölümə səbəb olub.

Təhlükəsizlik mütəxəssisləri deyirlər ki, yüksək xəsarət nisbətləri “SpaceX” müştərilərini, o cümlədən NASA-nı narahat etməlidir. Federal kosmik proqram son illərdə getdikcə daha çox “SpaceX”ə etibar edilir və 2022-ci ilə qədər şirkətə müxtəlif müqavilələr üçün ən azı 11,8 milyard dollar ödənilib.

Sakit Okeanda raket gücləndiriciləri əldə edən bir bölmədə “SpaceX” keçən il hər 100 işçiyə 7,6 xəsarət halı düşdüyünü bildirib ki, bu da sənaye göstəricisindən doqquz dəfə çoxdur.
 
 
 
Ardını oxu...
Digər planetlərin və qalaktikaların sakinləri adətən iri gözlü yaşıl canlılar kimi təsvir edilir. Lakin alimlərin tapıntıları göstərir ki, yerdənkənar canlılar tamamilə fərqli rəngə, məsələn, bənövşəyi rəngə malik ola bilər.

Valyuta.az bu barədə NV-yə istinadla xəbər verir.

Yerə bənzər, lakin fərqli bir ulduzun ətrafında fırlanan bir planet potensial olaraq az görünən işıq və ya oksigen qəbul etməyən bakteriyalarla örtülə bilər. Bunu Yerdəki bəzi mühitlərdə görmək olar, burada bakteriyalar əvəzində qidalanmaq üçün görünməz infraqırmızı şüalardan istifadə edirlər. Yerdəki bir çox belə bakteriyalarda yaşıl əvəzinə bənövşəyi piqmentlər var. Elm adamları, həyatın yarandığı başqa bir planetdə məhz belə bakteriyaların üstünlük təşkil edə biləcəyini irəli sürürlər.

Tədqiqatçılar müxtəlif şəraitə və bulud örtüyünə malik Yerə bənzər planetlərin modellərini yaradıb. Müxtəlif simulyasiya edilmiş mühitlərdə həm yaş, həm də quru bənövşəyi bakteriyalar intensiv rəngli bioimzalar əmələ gətirib.

"Bənövşəyi bakteriyalar geniş şəraitdə inkişaf edə bilər və onları müxtəlif dünyalara hakim ola biləcək həyata aparıcı namizədlərdən birinə çevirir", - Carl Sagan İnstitutunun ( CSI) elmi işçisi və nəşr olunan məqalənin ilk müəllifi Ligia Fonseca Koelyo deyir.

Digər ulduzların sistemlərində hətta solğun bənövşəyi nöqtənin tapılması elm adamlarına belə bir planetin daha intensiv müşahidələrinə yol açardı. Buna görə də məqalənin həmmüəllifi, CSI direktoru və astronomiya üzrə dosent Lisa Kaltenegger qeyd edir ki, elm adamları teleskopların hər gün ətrafımızda gördüyümüzdən çox fərqli göründüyü üçün onu qaçırmamasına əmin olmaq üçün həyat əlamətlərinin məlumat bazası yaratmalıdırlar.

"Əgər bənövşəyi bakteriyalar donmuş Yerin, okean dünyasının, buzlu sferanın və ya soyuq ulduzun ətrafında dövr edən müasir Yerin səthində inkişaf edirsə, onda bizim onları tapmaq üçün alətlərimiz var", - deyə alim əlavə edir.

Məlum olduğu kimi, bu vaxta qədər astronomlar 5500-dən çox ekzoplanetin, o cümlədən 30-dan çoxu Yerə bənzər potensial olaraq mövcud olduğunu təsdiqləyiblər. Gələcək rəsədxanalar bu dünyaların kimyəvi tərkibini öz ulduzlarının məskunlaşdığı zonalarda, şəraitin səthdə maye suyun mövcudluğuna imkan verdiyini öyrənəcək və onların tərkibini təhlil edəcək.
 

Ardını oxu...
" "CityNet" konkret olaraq insanın əsəbləri ilə oynayırsınız..." Dia-az.info bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Pərvin Muradxanov adlı istifadəçi ifadə edib.

Narazı vətəndaş daha sonra yazır: "15 apreldən bəri internet vermirsiniz. Zəng edib irad bildirdik. Hansı dildə başa salaq sizə?

Niyə halal qazanmağa çalışmırsız? Bu qədər çətindir xidmət göstərmək?

Operatorunuz deyir, hər axşam yatanda söndürün modemi, səhər oyananda yenidən yandırın. Məzələnirsiniz bizimlə?"
 
Ardını oxu...
Şimali Koreya Birləşmiş Ştatlar və Cənubi Koreya ilə dərinləşən gərginlik fonunda hərbi imkanlarını genişləndirdiyi bir vaxt, şənbə günü ölkənin qərbindəki sahilyanı ərazidə “super-böyük” qanadlı raketi və yeni zenit raketini sınaqdan keçirdiyini bildirib.

Şimali Koreyanın dövlət mediası bildirib ki, ölkənin raket administrasiyaı cümə günü Hwasal-1 Ra-3 strateji qanadlı raketi üçün hazırlanan döyüş başlığı üçün “güc sınağı”, Pyoljji 1-2 zenit raketi üçün də uçuş testi həyata keçirib. Media sınaqların “müəyyən bir məqsədə” çatdığını bildirib.

Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin yaydığı şəkildə obyektdən ən azı iki raketin havaya qalxdığı göstərilib.

Şimali Koreya fevralın 2-də də bənzər sınaqlar həyata keçirib, amma həmin zamanı qanadlı raket və ya zenit raketinin adlarını qeyd etməyib ki, bu da onun eyni sistemi həftələr ərzində bir neçə dəfə sınaqdan keçirdikdən sonra texnoloji tərəqq əldə edə biləcəyinə işarə edir.

Koreya Mərkəzi Xəbər Agentliyi israr edir ki, cümə günü keçirilən sınaqlar Şimali Koreyanın müntəzən hərbi inkişaf fəaliyyətlərinin bir hissəsidir və “ətraf vəziyyət”lə heç bir əlaqəsi yoxdur.

Koreya yarımadasında gərginlik son illərin ən yüksək səviyyəsindədir. Belə ki, Şimali Koreya lideri Kim Conq Un silah nümayişlərini artırıb ki, onlara ABŞ ərazisi və ABŞ-ın Sakit okeandakı hədəflərinə yönəlmiş daha güclü raketlər daxildir. Birləşmiş Ştatlar, Cənubi Koreya və Yaponiya cavab olaraq ortaq hərbi təlimlərini genişləndirib və ABŞ-ın strateji aktivləri ətrafında qurulmuş çəkindirmə strategiyalarını kəskinləşdirib.

Qanadlı raketlər Şimali Koreyanın regional raketdən müdafiə sistemlərini alt-üst etmək üçün nəzərdə tutulan artan silah kolleksiyası arasındadır. Onlardan əlavə Şimali Koreya çox sauda balistik raketə, o cümlədən kontinental Birləşmiş Ştatlar ərazisinə yönəlmiş qitələrarası balistik raketlərə sahibdir.

Təhlilçilər deyir ki, Şimali Koreya Rusiya ilə artan hərbi əməkdaşlığından faydalandığı sahələrdən biri zenit raket texnologiyasıdır. İki ölkə ABŞ-la ayrı, şiddətlənən qarşıdurmalar qarşısında birləşir. Birləşmiş Ştatlar və Cənubi Koreya Şimali Koreyanı Rusiyaya Ukraynakı müharibəsini uzatmağa yardım edən artileriya mərmiləri və başqa hərbi avadanlıqlarla təmin etməkdə ittiham edib.
 
Ardını oxu...
Çinin “Çançjen-2D” daşıyıcı raketi aprelin 21-də “Yaoqan-42-02” Yerin uzaqdan zondlama peykini uğurla orbitə çıxarıb.

“Report” xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Raket Pekin vaxtı ilə saat 07:45-də (Bakı vaxtı ilə 03:45) Siçan kosmodromunun buraxılış meydançasından buraxılıb.
 

Dünyapress TV

Xəbər lenti