Ardını oxu...
Qəbələ rayonu, Zaragan kənd sakini Məmmədov Rüfət Ağabala oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladına nə sağlamlıq haqda arayış ala bilir, nə də xəstəlik kağızı verirlər:

“Mən, Məmmədov Rüfət Ağabala oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda nə edəcəyimi bilmirəm. Hara gedirəm yarımcıq cavablarla evimə qayıdıram.

Övladım 2 yaş 8 aylıqdır, danışa bilmir. Qəbələ Rayon Xəstəxanasında uşaga “autizm sindromu” diaqnozu qoydular. Şəki Rayon Psixiatriya Xəstəxanasına göndərdilər. Orada da uşağa qoyulan diaqnoz öz təsdiqini tapdı.

Sənədləri TƏBİB-ə göndərdik, 6 ay keçdikdən sonra 142 xidmətinə zəng vurub məsələ ilə bağlı maraqlandım. TƏBİB-dən bildirdilər ki, sorğunuza rədd cavabı gəlib. Səbəbini soruşanda isə, mənə dedilər ki, 4 yaşa qədər olan uşaqlara bu diaqnoz qoyula bilməz.

Elə oyun qururlar ki, sanki o diaqnozu biz evdən qoymuşuq. İndi isə hansı xəstəxanaya aparırıq, uşağa yenə eyni diaqnozu qoyurlar.

Çarəsiz qalmışıq, müalicələr həddindən artıq bahadır, çatdıra bilmirəm. Həkimlər bildirir ki, müalicəni etdirməsəniz uşağın vəziyyəti ağırlaşa bilər.

Şəki Rayon Psixiatriya Xəstəxanası və Qəbələ Rayon Xəstəxanasının həkimləri diaqnoz qoya bilmirsə, onda niyə həkim işləyirlər? Bu həkimlərin verdiyi rəy sayılmırsa, niyə həkim işləyirlər?

Məsələ ilə bağlı səlahiyyətli qurumlardan suallarıma cavab və kömək istəyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Yay aylarının gəlməsi ilə ağcaqanadlar gizləndiyi yerdən çıxmağa başladı. Gecə yatarkən ağcaqanadların dişlədiyi yerlərdə qızartı, qaşınma və şişkinlik görünə bilər. Ancaq bu kabusu dayandırmaq üçün bir çox fərqli üsul var. Xüsusilə bu qoxuya nifrət edirlər. Budur ağcaqanadların nifrət etdiyi qoxu…
Bir ağcaqanad dişləməsi əksər insanlar üçün əsəbi bir vəziyyətdir. Ağcaqanadlar dişi olduqları zaman qan udmaq üçün dişləyirlər, çünki çoxalmaq üçün lazım olan zülalları belə alırlar. Dişləmələr ağcaqanadların tüpürcəklərindəki zülallara orqanizmin allergik reaksiyası nəticəsində qaşınma və şişkinlik yaradır. Bu dişləmələr bəzən infeksiya və ya xəstəlik daşıya bilər. Ancaq ağcaqanadlardan xilas olmaq və özünüzü qorumaq üçün cəhd edə biləcəyiniz bir çox üsul var.

Limon otu ağcaqanadları uzaqlaşdırmaqda təsirli olan təbii bir bitkidir. Limon qoxusuna bənzər xoş və təravətləndirici qoxuya malikdir. Bu qoxu ağcaqanadlar və digər həşəratlar üçün xoşagəlməz olduğu üçün limon otu yağı uzun illər təbii həşərat kovucu kimi istifadə olunur.

Tərkibindəki sitronellal, sitronellol və geraniol kimi komponentlər sayəsində ağcaqanadların qoxu duyğusuna təsir edərək onları uzaqlaşdırır.

Bu komponentlər ağcaqanadların hərəkətini çətinləşdirir və onları insanların olduğu mühitlərdən uzaqlaşdırır. Limon yağı birbaşa dəriyə tətbiq oluna bilər və ya buxarlanaraq ətraf havaya qarışdırıla bilər.
Milliyet
 
 
 
Ardını oxu...
Kafelərdə satılan bütün qəhvələr 2-3 eyni komponentdən ibarətdir. Yəni hamısı eyni "boçka"dandır..
Qəhvə tozu + az su = Espresso
Espresso + su = Americano
Espresso + süd = Flat White
Espresso + süd köpüyü=Macchiato
Espresso + süd + süd köpüyü=Latte
Espresso + süd + süd köpüyü = Cappuccino
Espresso + süd + süd köpüyü + sirop = Mocha
Süd lattedə 1/2, cappuccino-da 1/3 nisbətindədir…
İbrahim Nebioğlu
TEREF
 
Ardını oxu...
İsti havada dondurma ən çox tələb olunan desertlərdəndir.

Rusiyalı dietoloq Marqarita Koroleva sağlam insanın bir həftə ərzində yeyə biləcəyi dondurmanın həcmindən danışıb.

Tibb elmləri doktoru qeyd edib ki, söhbət gündə deyil, bir neçə gün ərzində istehlak edilən dondurmadan gedir:

"Sağlam insanlar, xüsusən də isti günlərdə həftədə dörd porsiyaya qədər dondurma yeyə bilər".

Federal Tibbi və Bioloji Agentliyin professoru “Moskva” agentliyinə müsahibəsində deyib ki, dondurma əsas yeməklər arasında yeyilməlidir.

"Onda metabolik problemlər də daxil olmaqla heç bir problem olmayacaq".

Mütəxəssis dondurma alarkən məhsulun tərkibini diqqətlə öyrənməyə və inqrediyentlər arasında süni rənglərdən və spirt molekullarından çəkinməyə çağırıb. Bundan əlavə, o, 2-ci tip şəkərli diabet, piylənmə və fərdi süd dözümsüzlüyü olan insanlara ehtiyatla dondurma yeməyi tövsiyə edib.
 
Ardını oxu...

Bəzi qida və içkilər acqarına qəbul edilməməlidir.

Sağlam qidalanmanın vacibliyinə diqqət çəkən mütəxəssislər bu qənaətə gəliblər.

Belə ki, sağlam olduğunu düşünərək səhər saatlarında qəbul edilən bəzi qidalar həzm problemləri, şişkinlik və halsızlıq kimi problemlərə gətirib çıxara bilər.

Mütəxəssislər səhər yeməyi üçün proteinlə zəngin qidaların və lifli qidaların uyğun olduğunu bildirirlər.

Müntəzəm səhər yeməyi qanda şəkərin səviyyəsini tarazlaşdırmaqla yanaşı, həm də enerji mənbəyidir və diqqətin cəmlənməsi ilə bağlı problemləri aradan qaldırır.

Mütəxəssislərin açıqlamalarına görə, səhər yeməyində yaşıl çay, yulaf əzməsi, badam, qatıq, yumurta, meyvə, çia toxumu və ilıq limonlu su kimi qidalara yer verilə bilər.

Mütəxəssislərin fikrincə, qızartmalar, tərkibində rafinə edilmiş şəkər olan qidalar, qəhvə, tərkibində ədviyyatlar olan qidalar, sitrus tərkibli qidalar isə acqarına istehlak edildikdə müxtəlif problemlər yarada bilər.//Oxu.az

 
 
 
Ardını oxu...
Azad İstehlakçılar Birliyinə son 5 ildə sahibkarlar tərəfindən baha qiymətə alınmış estetik cihazların keyfiyyətsizliyi, tez sıradan çıxması, cihaz satan şirkətlərin zəmanət öhdəliklərini yerinə yetirməməsi, istehlakçıların sağlamlığında ciddi problemlərin yaranması və s. barədə şikayətlər daxil olub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu barədə Publika.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlama verib.

O bildirib ki, bu ilin aprel ayında AİB-ə ardıcıl olaraq daxil olmuş istehlakçıların həyatı və sağlamlığı üçün təhlükə yaradan kosmetoloji cihaz vasitələri ilə bağlı şikayətlər araşdırılıb. Məlum olub ki, “Azestetik Group MMC” şirkəti Çindən idxal etdiyi avadanlıqları saxtalaşdıraraq satışını həyata keçirir:

“Araşdırmalar zamanı məlum oldu ki, lazer epilyasiyası üçün nəzərdə tutulmuş və ölkədə “Cuatro”, “Wertex”, “A7” kimi adlarla satılan cihazlar əsasən Çindən idxal olunur. Onları idxal edən 10-a yaxın şirkət mövcuddur. Ölkəmizdə kosmetoloji avadanlıqların satışını həyata keçirən “Azestetik Group MMC” şirkəti əsasən 2016-cı ildən etibarən Çindən idxal etdiyi avadanlıqların zavod məlumatlarını cihazın üzərindən qopararaq onların başqa adlarla (Eyni cihazı öncələr “Saphire”, daha sonra “Wertex”, hazırda isə “Vintex”) satışını həyata keçirir.
Alıcılara avadanlığın əsl modeli, ölkə və zavod adının yanlış deyilməsi onları ömür boyu özlərindən asılı saxlayır və bu, cihazın düzgün istismarına da problem yaradır. Çünki alıcı zamanla ehtiyat hissəsinə ehtiyac duyarsa, internet üzərindən öz cihazına dair heç bir məlumat əldə edə bilməyəcək və məcburən avadanlığı ona satan şirkətə müraciət etməli olacaq”.

E. Hüseynov qeyd edib ki, idxal olunan mallardan yüzlərlə insana satılmış “Quartet” və “Melisa” kimi cihazlarin keyfiyyəti tam şübhə altındadır:
“Bu cihazlar Çində yerləşən “Futai” adlı sexə məxsusdur. İnternetdə axtarış apararkən adları 3 funksiyali gözəllik aləti və 5 funksiyalı arıqlama cihazı kimi çıxır.

Qeyd olunan avadanlıqlar ölkəmizə idxal olunarkən onunla bağlı vacib məlumatlar (avadanlığın arxa hissəsində yazılması şərtdir) olmur. Məsələn, istehsal tarixi, istehsal ölkəsi və cihazın zavodu, IMEI və ya SN nömrəsi və s. Azərbaycanda heç bir qurum bu məlumatlar olmadan uyğunluq sertifikatı verə bilməz”.
AİB sədri vurğulayıb ki, bu cihazların heç bir texniki pasportu, texniki sxemi, istifadə qaydasına dair hər hansı sənədi mövcud deyil. Buna səbəb məhsulların kustar üsulla və insana zərərli təsiri nəzərə alınmadan hazırlanmasıdır:

“Cihazların hamısının üzərində alıcını və istehlakçıları aldatmaq məqsədilə guya Avropa İttifaqı ölkələrində sertifikatlaşdırıldığını və həmin ölkələrdə satışının qanuni olduğunu göstərən beynəlxalq CE nişanı var. Azərbaycan dilində istifadə qaydalarına dair istehsalçının təlimatı yoxdur. Texniki cihazlara Azərbaycanda “CERTUS” MMC uyğunluq sertifikatı verib. Maraqlıdır, onların cihazın parametrlərini yoxlamaq üçün zəruri avadanlıqları varmı?!

Keçən il “Azestetik” sirkəti “A7” adlandırılaraq satılan cihaza uyğunluq sertifikati alıb. Lakin cihazların üzərində mütləq şəkildə lazım olan seriya SN, IMEI kodlarının, istehsal tarixinin, istehsal ölkəsi və istehsalçıya dair məlumatlar yoxdur.

“Azestetik” şirkəti 2020-ci ildən bu günədək satdığı lazer cihazlarının daxilinə uzaqdan izləmə və komanda icra edə bilən qurğu yerləşdirib. Qurğunun var olması barədə məlumat alıcıdan gizlədilib və satış müqavilələrində də əks olunmayıb. Zavod pasportu olmadığı üçün başqa hər hansı sənəddə də bu barədə məlumat verilməyib”.

Eyyub Hüseynov həmin cihazlara kustar üsulla çip qurğusu yerləşdirildiyini açıqlayıb:

“AİB-ə daxil olmuş şikayətlərdən məlum olur ki, alıcı bu əlavə qurğudan şübhələnir və ya cihazın işləmədiyini görürsə, yenidən pul ödəyərək onu işlək vəziyyətə gətirdir. 30 nəfərdən artıq istifadəçinin avadanlığından çip qurğusu (FMB920) aşkarlanaraq çıxarılıb. Apardığımız araşdırma zamanı məlum oldu ki, çip həqiqətən sonradan kustar üsullarla cihaza yerləşdirilib.

Çipləşdirilmiş cihazları həm Bakıda, həm də digər rayon və kəndlərdə müşahidə etmək olar. Çiplərin alıcılardan gizlin şəkildə cihazlara yerləşdirilməsində məqsəd müəyyən müddət sonra satan şirkət tərəfindən uzaqdan komanda verilərək avadanlığı deaktiv etmək üçündür. Bu zaman alıcı cihazın xarab olduğunu düşünür və satan şirkətə zəng vuraraq servis tələb edir. Servis isə hansısa detalın xarab olduğunu bildirir və təmir üçün müəyyən pul alır.

Şikayətçilərlə söhbətlər göstərdi ki, qeyd olunan şirkətin cihazlar haqqında yanlış məlumatlar verməsi və istifadə təyinatını səhv bildirməsi həmin cihazın səhv istifadəsinə səbəb olub. Yanlış istifadə isə bədəndə qalıcı fəsadlar və dəri xərçənginin yaranmasına gətirib çıxarır.

Buna misal olaraq damarların qurudulması (ləğvi) üçün nəzərdə tutulan “Long-Pulsed YAG Laser” sisteminin tük epilyasiyasında və ya aşağı tezlikli ultrasəsin (Cavitation) qalın piy toxumaları mövcud olan nahiyələrdə deyil, insanın üz nahiyəsində istifadəsidir. Bu, istehlakçıya qarşı özü xəbərsiz olduğu halda edilən çox təhlükəli hərəkətlərdir”.

Türkan Camal
 
Ardını oxu...
"Sümükləri, dərini sağlam saxlamaq, həmçinin qan təzyiqini tənzimləmək üçün ispanaq yemək tövsiyə olunur".

TEREF qafqazinfo-ya istinadən xəbər verir ki, bunu rusiyalı bioloq İrina Lyalina "NEWS.ru"ya açıqlamasında bildirib.

O, nəşrlə söhbətində ispanağın bütün faydalı xüsusiyyətlərini qeyd edib.

Onun sözlərinə görə, bu bitki görmənin yaxşılaşdırmasına da kömək edir.

Mütəxəssis qeyd edib ki, ispanağın yarpaqlarında orqanizm üçün lazım olan bir çox maddələr var: həzm üçün vacib olan lif, K, A və C vitaminləri, həmçinin minerallar - dəmir, kalium və fol turşusu.

Lyalina həmçinin vurğulayıb ki, ispanaq antioksidantlarla zəngin olduğundan xərçəng və ürək xəstəliklərinin qarşısını almaq üçün də faydalıdır. Bundan əlavə, ispanaq hamilə qadınlar üçün tövsiyə olunur, çünki yarpaqlarında fetal patologiyaların inkişafına mane olan fol turşusu var.

Ardını oxu...
Tanınmış aparıcı Ceyhun Səfər sağlamlıq haqqında arayışların elektron qaydada verilməsi ilə bağlı problemlə üzləşib.

Gununsesi.info xəbər verir ki, aparıcı elekron sistem hazır olmadığı halda bunun tətbiq edilməsindən narazılığını ifadə edib:

“Dedilər ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayışın verilməsində onlayın xidmətlərə keçilir. Yəni müayinələrdən keçirsiniz, cavabı isə vaxt itirməmək, daha operativ xidmət üçün şəxsi kabinet vasitəsilə əldə edə bilərsiniz. Çox yaxşı, yaxt itkisi olmaması üçün bu edilir.
Mən də bu məqsədlə Nizami rayonunda yerləşən 26 saylı poliklinikaya yaxınlaşdım. Sağ olsunlar, operativ olaraq həkim müayinələrindən keçməyimə şərait yaradıldı. Günorta saatlarına qədər arayışın hazır olacağını öyrəndim. Neçə dəfə şəxsi kabinetə daxil oluram, TƏBİB-lə əlaqə saxlayıram (815 qaynar xətt), nəticə yoxdur.

Nəhayət bu gün dedilər ki, bu poliklinikanın öz İT sisteminin problemidir. Əgər poliklinikalar buna hazır deyildisə, bu nə kampaniya idi ki, başladıldı? Mayın 1-i olmasın, iyunun 1-i edərdiniz. Hamı hazır olardı, daha sonra tətbiq edilərdi.

Mənim avtomobilim var, gedib onu həmin yerdən götürəcəyəm. Amma bu imkanı olmayanlar da var. Arxı keçməmiş hop eləməzlər” – o yazıb.
 
Ardını oxu...
Dermatoveneroloq Anastasiya Çerkun günəş şüalarının saçlara zərər verdiyini bildirib.

“Doctorpiter.ru” portalı günəşdən qorunmaq və SPF-i düzgün seçmək üçün vacib qaydaları təqdim edib. Yazıda vurğulanıb ki, həkimlərin fikrincə, günəşdən qoruyucular bütün il boyu istifadə edilməlidir.

“Saça rəng verən mikroelement var ki, melanin adlanır. Ultrabənövşəyi işığın təsiri altında melanin parçalanmağa başlayır, buna görə də saçlar solğunlaşır”, - Çerkun bildirib.

Portalın məlumatına görə, şəhərdə günəş də kifayət qədər aqressiv ola bilər. Çoxları SPF-li məhsullardan yalnız günəşli havalarda istifadə etməyi zəruri hesab edir. Bununla belə, Dəri Xərçəngi Fondunun məlumatı göstərir ki, şüaların 80%-ə qədəri buludlara nüfuz edir.

Ultrabənövşəyi indeksdən istifadə edərək SPF krem ​​seçə bilərsiniz. Beləliklə, 1-2 göstəriciləri ilə "20" qeyd olunan məhsuldan istifadə edə bilərsiniz. 3-7 indeksi ilə SPF 50 tətbiq etməlisiniz. Səkkizdən 11-ə qədər olan göstəricilər üçün "50" işarəsi olan bir krem ​​götürməlisiniz. Sözügedən indeksə hava proqnozu saytlarında baxmaq olar.

Dermatoveneroloq əlavə edib ki, yayda saçlarınıza zərər verməmək üçün papaq taxmaq lazımdır. Həmçinin saat 11:00-15:00 arasında günəşdən uzaq durmalısınız. Həkim qoruyucu təbəqəni məhv etməmək üçün saçları daha az yumağı məsləhət görür. Tərkibində SPF filtrli saç məhsullarından istifadə etmək, qidalandırıcı balzam və maskalarə unutmamağı tövsiyyə edib.
 
 
 
Ardını oxu...
Devid Blandın rəhbərlik etdiyi ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun tədqiqatçıları insan bitlərinin vəba xəstəliyinə səbəb olan Yersinia pestis bakteriyasını effektiv şəkildə ötürə biləcəyini aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, bu nəticələr mayın 21-də PLOS Biology jurnalında dərc olunub.

Y. pestis bir çox pandemiyanın, o cümlədən Avropada milyonlarla insanın ölümünə səbəb olan orta əsr Qara Ölümün səbəbidir. Əvvəllər hesab olunurdu ki, vəba xəstəliyinin əsas daşıyıcıları siçovullar və birələrdir, infeksiya onların dişləmələri ilə insanlara yoluxur. Bununla belə, yeni araşdırmalar göstərir ki, insan qanı ilə qidalanan bədən bitləri də vəba xəstəliyinin yayılmasında mühüm rol oynaya bilər.

Bədən bitlərinin Y. pestis daşıyıcısı kimi nə qədər təsirli ola biləcəyini öyrənmək üçün alimlər bir sıra laboratoriya təcrübələri aparıblar. Bitlərin bakteriya olan qanla qidalanmasına imkan vermək üçün isti insan dərisini təqlid edən membran qidalandırıcılardan istifadə etdilər. Tədqiqat nəticəsində məlum olub ki, bitlər uğurla Y. pestis ilə yoluxub və bakteriya olan qanla qidalandıqdan sonra onu müntəzəm olaraq ötürə bilirlər.

Üstəlik, alimlər Y. pestisin Pavlovski vəziləri kimi tanınan bitlərin tüpürcək vəzilərini yoluxdura biləcəyini aşkar ediblər. Pavlovski bezləri ilə yoluxmuş bitlər, infeksiyası həzm sistemi ilə məhdudlaşanlara nisbətən bakteriyaları daha effektiv ötürüb. Bu vəzilər bitlərin ağız hissələrinə sürtkü maddəsi ifraz edir və ağız üzvlərinin vəba bakteriyası ilə çirklənməsinə səbəb olur, sonra dişləmə yolu ilə insanlara keçə bilir.

Bu nəticələr göstərir ki, bədən bitləri Y. pestisin əvvəllər düşünüldüyündən daha təsirli vektoru ola və keçmiş vəba epidemiyalarında mühüm rol oynamış ola bilər.
Tədqiqat müəllifləri vurğulayırlar: "Biz aşkar etdik ki, insan orqanizmi bitləri Yersinia pestis-ə əvvəllər düşünüldüyündən daha yaxşı dözür. Bitlərə xas olan Pavlovskinin vəziləri yoluxa bilər və qanla qidalanmadan əvvəl həşəratın ağız üzvlərinə taun basillərini buraxaraq infeksiyanın ötürülməsini artırır”.
 

Dünyapress TV

Xəbər lenti