Ardını oxu...
Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, mitoxondrilərin (hüceyrələrin güc mərkəzləri) fəaliyyətinin azaldılması siçanlarda pəhrizdən qaynaqlanan piylənmə, qaraciyər yağlanması və şəkərli diabetin qarşısını ala bilər.
32gun.az bildirir ki, Tədqiqatın nəticələri Nature Metabolism jurnalında dərc olunub .

Mitoxondriya qida maddələrini daxil olan qidadan enerjiyə çevirən hüceyrələrin komponentləridir. Onlar maddələr mübadiləsinin mərkəzi tənzimləyiciləridir.

Hüceyrələrin enerji səmərəliliyinin azaldılmasının bədənə fayda verə biləcəyini yoxlamaq üçün alimlər siçanlar üzərində təcrübə aparıblar. Bir qrup gəmirici yüksək kalorili, yağlı qidalarla qidalanıb ki, onlar piylənmə, şəkərli diabet və qaraciyər yağlanmasına səbəb olsunlar. Pəhriz müdaxiləsi dövrünün sonunda heyvanlar mitoxondrial enerji istehsalını maneə törədən yeni bir dərmana məruz qalıblar.

Dörd həftəlik eksperimental müalicədən sonra siçanlar qlükoza tolerantlığını bərpa edib, qaraciyərdə yığılan yağ miqdarını azaldıb və bədən çəkisini əhəmiyyətli dərəcədə azaldıb. Bu əlamətlər normal metabolik funksiyanın bərpasının göstəriciləridir.

Alimlər indi yeni dərmanın təsirinin altında yatan mexanizmləri daha da öyrənməyə çalışırlar. Tədqiqatçılar insanlarda metabolik xəstəliklərin müalicəsi üçün dərmanın effektivliyini və təhlükəsizliyini də nəzərdən keçirməyə başlayıblar.
 
Ardını oxu...
  

İnfeksionist: “Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə...”

Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib. Məlumata görə, o, Bakıya xəstəxanaya aparılarkən yolda keçinib. 

Bildirilir ki, gecə saatlarında rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayşə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib. Onun qızılcadan öldüyü bildirilir. 

Dünyasını dəyişən yeniyetmənin peyvənd olunmadığını əminliklə söyləmək olarmı? Bir daha yada salaq: valideynlər uşaqlarda qızdırma olan zaman nələrə diqqət etməlidir? 

Yeri gəlmişkən, Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində bir həftə ərzində qızılca xəstəliyindən azı 42 ölüm faktı qeydə alınıb. Bu barədə əyalətin səhiyyə komissarı açıqlama verib. O bildirib ki, bir həftə ərzində ölkənin iki bölgəsində qızılcaya yoluxmuş 200-ə yaxın xəstə müəyyən edilib. Səhiyyə komissarının sözlərinə görə, həmin ərazilərdə peyvəndlənmə prosesi başlayıb və vəziyyət nəzarət altındadır. Qeyd edək ki, Nigeriyanın bir çox şimal əyalətlərində qızılca geniş yayılıb. Uşaqların daha həssas qrup sayıldığı bu virusun peyvəndlənməsində tez-tez çətinliklər yaranır. 

Rospotrebnadzorun Dağıstan Respublikası üzrə Departamentinin mətbuat xidməti bildirib ki, bölgədə 188 qızılca hadisəsi laboratoriya tərəfindən təsdiqlənib. Departament Dağıstanda epidemioloji vəziyyəti “gərgin, lakin nəzarət altında” olduğunu bildirib. Bildirilib ki, xəstəliyə yoluxma halları qızılcaya qarşı peyvənd olunmamış vətəndaşlar arasında qeydə alınır. Şöbədən bildirilib ki, rayonda qızılca infeksiyası ilə bağlı epidemioloji vəziyyətin ağırlaşması 2023-cü ilin fevral ayında başlayıb, bundan əvvəl yayılmadan yalnız təcrid olunmuş hallar qeydə alınıb. 

“Genotipləşdirmə məlumatları göstərir ki, xəstəliyə yoluxma halları kənardan infeksiyanın gətirilməsi, eləcə də qonşu ölkələrdən gələn peyvənd olunmamış insanlarla bağlıdır”, - deyə mətbuat xidməti vurğulayıb.

Ardını oxu...

Mərdan Əliyev

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, qızılca xəstəliyi fərqli gedişə malikdir: “Bizim karonavirus pandemiyası ilə bağlı təcrübəmiz var deyə qızılcanı daha çox onunla müqayisə edirik. Qızılca daha sürətlə yayılan xəstəlik olduğu üçün koronavirusdan daha yüksək yoluxma qabiliyyətinə malikdir. Koronavirusda olduğu kimi aylarla, illərlə bu proses davam etmir. Əgər regionda alovlanma varsa, sürətli şəkildə yoluxur və sürətli şəkildə də epidemiya sönür. Yəni lokal olaraq alovlanmalar olur. Bizdə müəyyən rayonlar var ki, orada xəstəlik alovlanıb və artıq sönüb. Mən işlədiyim klinikada da qızılca xəstəliyi kifayət qədər azalıb. Artıq biz qızılca xəstəliyini sporadik şəkildə görürük. Düzdür, bəzən ağırlaşmalara rast gəlirik, amma artıq bunlar da azalıb. Qızılca yayılmayan müəyyən bölgələrdə alovlanmalar müşahidə edilə bilər. Hacıqabulda da ola bilsin yeni alovlanmalar müşahidə edilir”. 

Ölüm halları ilə bağlı danışan infeksionist əlavə edib ki, qızılca xəstəliyinin ağırlaşmaları olur, çünki onun letallığı da yüksəkdir: “Ona görə bu xəstəlik zamanı ehtiyatlı olmaq lazımdır. Uşaqları qorumaq lazımdır. Qızılca zamanı 2-3 gün yüksək hərarət müşahidə edilir. Sonra isə səpgilər olur. Səpgilər yarandıqda qızdırma yüksək olaraq qalır, hətta daha da yüksəlir. Səpgidən sonra isə üç gün davam edir, sonra qızdırma düşür. Ümumi bu proses bir həftə çəkir. Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə, artıq qızılcanın ağırlaşma ehtimalı var. Ona görə  mütləq həkimə müraciət etmək lazımdır. Ağ ciyərlərə profilaktik olaraq baxılmalıdır. Qızılca olan xəstələrə  qulluq etmək lazımdır, bol maye, çay, su verilməlidir. Hərarət əgər 38 yarımdan artıq olarsa, qızdırmasalıcı dərmanlar, vitamin preparatları vermək olar.  Xəstəyə yemək verməyə məcbur etmək olmaz, heç vacib də deyil. Amma bol maye qəbul edilməsi vacibdir. Uşaq su da içə  bilmirsə, qaytarırsa, o zaman sistem şəklində dərmanlar vurulmalıdır ki, bu maye bədəndə qalsın. Çünki qızdırmanın yüksək olması çoxlu miqdarda maye itkisinə səbəb olur. Bu da xəstəliyi daha da ağırlaşdırır. 

Bu xəstəliklərdə peyvənd  qoruyucudur. Peyvənd olunan şəxslər xəstəliyə yoluxmur Amma tibdə hər şeyi əminliklə demək olmaz. Çünki bir doza peyvənd olunandan sonra antitellər  yaranmaya bilər,   iki doza peyvənd isə qoruyucu olur. Bununla belə, peyvənd yüz faiz qoruyur, tam əminliklə deyə bilmirik".  

Ardını oxu...

 Afaq Əliyeva

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva mediaya açıqlamasında deyib ki, rəqəmlər azalmaya doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var.

GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslərdir”.

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: “Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddindən artıq çox olur”.

Qeyd edək ki, Azərbaycanda ötən ildən etibarən qızılcaya yoluxanların sayında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib. Bir neçə uşaq xəstəlik səbəbindən vəfat edib. 2022-ci ildə isə cəmi bir nəfərdə bu xəstəliyə rast gəlinib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da dünya miqyasında qızılcaya yoluxma hallarının 2023-cü ildə 2022-ci ilə nisbətən iki dəfə artdığı haqda məlumat yayıb. ÜST-nin məlumatları göstərir ki, 2023-cü ildə 321582, 2024-cü ildə isə 94 000-dən çox yoluxma qeydə alınıb. Məlumata görə, ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə olub. 2021-ci ildən başlayaraq qızılcaya qarşı peyvəndin əhatə dairəsinin azalması nəticəsində 2022-ci ildə qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 faiz, ölüm hallarının sayı isə 43 faiz artıb (2021-ci illə müqayisədə). ÜST-nin məlumatına görə, 2000-ci ildən bəri ümumi qızılcaya yoluxmuş 50 milyondan çox insan vaksin sayəsində xəstəlikdən yaxa qurtara bilib.

Məlumatda bildirilir ki, qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 faizdən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Həmçinin qeyd edilib ki, qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər. Qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir. 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97 faiz effektivdir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Ardını oxu...
Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

Gundeminfo.az Report-a istinadən xəbər verir ki, gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.
Onun qızılcadan öldüyü bildirilir.
Qeyd edək ki, ötən həftə Barselonada keçirilən beynəlxalq konqresdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Patrik Konner deyib ki, 2023-cü ildə dünyada 321 582, 2024-cü ildə isə 94 000 qızılcaya yoluxma halı qeyd alınıb.
ÜST nümayəndəsi qeyd edib ki, dünyada ən yüksək yoluxma göstəriciləri Azərbaycan, Qırğızıstan və Yəməndə qeydə alınıb.


Ardını oxu...
Qəzəb hissi qan damarlarının sağlamlığına mənfi təsir göstərir.

Teleqraf.com xəbər verir ki, bunu “Journal of the American Heart Association” jurnalında dərc olunan araşdırma sübut edir.

Araşdırmada 280 iştirakçıya 8 dəqiqə ərzində qəzəb, kədər, narahatlıq və ya neytrallıq hisslərini xatırlamağa məcbur edən tapşırıq verilib. Bu tapşırıqdan əvvəl və ondan sonra bir neçə dəfə tədqiqatçılar subyektlərin qan damarlarının vəziyyətini ölçüblər.

Kolumbiya Universitetinin kardiologiya departamentinin tibb professoru, tədqiqatın aparıcı müəllifi Daiçi Simbonun sözlərinə görə, keçmişdə qəzəb, narahatlıq və kədər hissini gələcək ürək-damar xəstəliyi riski ilə əlaqələndirən bəzi tədqiqatlar olub.

"Qəzəbin sağlamlığa mənfi təsirləri onun qan damarlarının sağlamlığına mənfi təsirləri ilə bağlı ola bilər. Biz fərz edirik ki, əgər siz hər zaman qəzəbli insansınızsa, deməli, siz qan damarlarınızı xroniki şəkildə zədələyirsiniz. Biz fərz edirik ki, xroniki qəzəb hücumları qan damarlarında xroniki mənfi təsirlərə səbəb ola bilər", - deyə mütəxəssis şərh edib.

 
Ardını oxu...
İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk “fərdiləşdirilmiş” peyvənd sınaqları keçirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ötən ilin avqust ayında baş dərisində cərrahi yolla çıxarılan melanoma böyüməsi olan 52 yaşlı Stiv Yanq peyvəndi sınaqdan keçirən ilk xəstələrdən olub.

Peyvənd immunitet sisteminə qalan xərçəng hüceyrələrini tanımağa və məhv etməyə kömək etmək üçün hazırlanıb. Bu yolla xərçəngin yenidən yaranmamasına ümid edilir. Peyvənd mövcud COVID vaksinləri ilə eyni texnologiyadan istifadə edir və 3-cü mərhələnin son sınaqlarında sınaqdan keçirilir. London Universitet Kolleci xəstəxanalarında keçirilən sınaqda həkimlər bu peyvəndi “Keytruda” adlı dərmanla birlikdə verirlər ki, bu da immunitet sisteminin xərçəng hüceyrələrini öldürməsinə kömək edir. Digər ölkələr, o cümlədən Avstraliya, daha çox sübut toplamaq və daha geniş tətbiq oluna biləcəyini görmək üçün xəstələr üzərində sınaqlar keçirir. Peyvənd fərdi şəkildə təklif olunur, yəni, onun strukturu hər bir xəstəyə uyğun olaraq dəyişdirilir. Xəstənin öz şişinin genetik quruluşuna uyğun olaraq yaradılır.

Melanoma nə qədər erkən diaqnoz qoyulsa, müalicəsi bir o qədər asan olur və müalicənin uğurlu keçmə ehtimalı bir o qədər yüksək olub.
 
Ardını oxu...
  

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan “Bacteroides fragilis”in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər.

Londondakı Frensis Krik İnstitutunun və Danimarkanın Olborq Universitetinin alimləri ABŞ-dən olan həmkarları ilə birgə çalışaraq belə qənaətə gəliblər.

Tədqiqat laboratoriya siçanları üzərində aparılıb. Gəmiricilər iki qrupa bölünüb. Təcrübənin əsas mərhələsindən əvvəl birinci qrupdan olan heyvanlara D vitamini ilə zəngin qida verilib. İkinci (nəzarət) qrupdan olan siçanların rasionu adi olub. Pəhriz müdaxiləsi müddətinin sonunda şiş böyüməsini stimullaşdırmaq üçün bütün heyvanlara xərçəng hüceyrələri köçürülüb. Həmçinin siçanlara immunoterapiya da edilib.

Alimlər müəyyən ediblər ki, əlavə D vitamini verilən siçanlar eksperimental olaraq köçürülmüş xərçəng hüceyrələrinə qarşı daha güclü immun müqavimətə malikdir. Onlar, həmçinin immunoterapiyaya daha yaxşı cavab veriblər. Tədqiqatçılar bu müsbət təsirin onların bağırsaqlarında “Bacteroides fragilis” bakteriyasının populyasiyasının artması ilə əlaqəli olduğunu öyrənə biliblər. Bu tip bakteriyalar siçanların xərçəng hüceyrələrinin yayılmasının qarşısını almaq qabiliyyətini artıraraq immunomodulyator xüsusiyyətlər nümayiş etdirib.

Mənbə: Gazeta.ru

 
 
 
Ardını oxu...
Müasir insan qələmlə, əllə yazı yazmağı getdikcə az istifadə edir.
“Medicina” xəbər verir ki, alimlər orta yaş insanın yarım ayda 1-2 dəfə nəsə yazdığını hesablayıb.
Əsasən klaviatura, telefon və kompüter istifadə edir.
Statistika getdikcə pisləşir.

Hər 3 insandan biri yarım il ərzində cəmi yarım vərəq qədər əl yazı yazır.
Alimlərin apardığı tədqiqatda rəyi soruşulan 2000 nəfərin yarısı qələmlə yalnız bloknot və stikerdə qısa qeydlər etdiklərini bildirib.

Iştirakçıların yarısının yazı xəttinin pozulması, pisləşməsi və yazı qrammatikasının pozulması müşahidə edilib.

Alimlər belə templə insanların klaviatura və çap yazısından tamamilə asılı olacağını və beynin əllə yazı vərdişini unudacağını proqnozlaşdırır.

Alimlər bildirir ki, əllə qələm tutub yazada və ya rəsm çəkəndə beynin müəyyən hissələri aktivləşir.
 
Ardını oxu...
İntihar dünyada erkən ölüm halları arasında ilkin səbəblərdən biridir. Daha çox ümidsizliyə qapılan və ya psixi problemlərdən əziyyət çəkən insanlar “çıxış yolu” kimi intihar etməyi seçirlər. Statistikaya görə, son dövrlərdə orta hesabla baş vermiş dəhşətli ölümlərin yarısı intihar hadisələrinin payına düşür.
Gərgin iş və yaşam tərzi, ailə daxili problemlər, maddi sıxıntılar (borc), toplumun fərdə olan təyziqi intihar səbəbləri arasındadır.
Hər bir insanın yaşadığı müddətdə qarşılaşdığı çətinliklər, müəyyən dövrü əhatə edən problemlər olur və bir qisim, (xüsusilə iradəsi zəif, psixoloji problemli) bu kimi hallarla mübarizə aparmaq əvəzinə ölməyi seçir. İntihar hallarının qarşısının alınması üçan ilk olaraq sağlam cəmiyyət qurulmalıdır. Bu istiqamətdə müxtəlif maarifləndirmə işlərindən əlavə, hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. Empatiya quraraq qarşımızdakı fərdi anlamağa çalışmalıyıq, onu mühakimə etmədən dinləməyi bacarmalıyıq.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən bir milyon insan intihar nəticəsində ölür. Bu da təxminən hər 40 saniyədə 1 ölümə bərabərdir. Həmçinin ÜST dünyada intihar haqqında məlumatlılığı artırmaq üçün 2003-cü ildən etibarən 10 sentyabrı “Dünya İntiharının Qarşısının Alınması Günü” elan edib.
Hər zaman aktual olan bu mövzuyla bağlı
psixoloq Sevinc Həbibova Avtosfer.az-a geniş açıqlama verib. O bildirib ki, intihar hallarıyla bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılması insanları, xüsusilə azyaşlıları buna sövq edə bilər: “Müasir dövrdə sosial şəbəkələrdə baş vermiş intihar görüntülərinə sıx-sıx rast gəlirik. Belə mövzuda foto və videogörüntülərin yayılması düzgün deyil. Çünki əhalinin əksəriyyəti yaşından asılı olmayaraq sosial şəbəkələri izləyir və bu onların psixikasına mənfi təsir göstərə bilər. Özəlliklə azyaşlılar və yeniyetmələr arasında sosial şəbəkələrə maraq daha çoxdur və belə hadisələr onlar tərəfindən izlənilir. Ona görə də intiharla bağlı görüntüləri bacardıqca az paylaşmaq məqsədəuyğundur. Çünki yeniyetmələr böhran dövrünü yaşadıqları üçün intihara daha meyilli olurlar. Psixoloq olaraq tövsiyə edirəm ki, valideynlər övladlarının asudə vaxtlarını daha səmərəli keçirmələrinə və gələcəklərini düzgün şəkildə inşa etmələrinə köməklik göstərsinlər. Məsələn onları maraq göstərdikləri hər hansı bir məşğuliyyət sahəsinə - rəsmə, musiqiyə, idmana yönləndirə bilərlər. Böhran dövrünü yaşayan yeniyetmə üçün hər şeydən əvvəl valideyn qayğısı və diqqəti önəmli faktordur”.
Psixoloq, insanların ən çox hansı səbəblərdən intihara cəhd etməsi məsələsinə də toxunub: “Uzun müddət davam edən depressiya, emosianal pozğunluq və sevgisizlik (ailə fərdləri arasında soyuq münasibət, lazımi qayğı, diqqətin göstərilməməsi, boşanma) insanları intihara sürükləyən əsas səbəblərdəndir. İntihar etmək istəyən fərd zarafatla, yaxud ciddi şəkildə öncədən “özümü öldürəcəm” deyə bilər. Bu artıq fərdin beynində intihara hazırlıq prosesinin getdiyini göstərir. İntihar edən insanlar özlərini hec cür bağışlamırlar, törətdikləri əməli həzm edə bilmirlər və sanki dünyada ən böyük günahı ediblər kimi düşünürlər. Təbii ki, bu düşüncəyə sahib insanlar ölümü xilas yolu kimi dəyərləndirirlər”.
Sevinc Həbibova bəzi insanların diqqət mərkəzində olmaq üçün intihara cəhd etdiklərini qeyd edib: “Bəzi insanlar isə manipulyasiya üsulu kimi daha çox diqqət cəlb etmək məqsədilə intihara cəhd edirlər. Sevdiyi insanı yenidən qazanmaq üçün intihara cəhd edirlər. Yaxud sevgisinin qarşılığını görmədikləri üçün ölümü seçirlər”.
 
 
 
Ardını oxu...
Demək olar ki, hər gün alış-veriş edirik, amma bir çoxumuz qablaşdırılmış qidaların etiketlərinə baxmırıq, ya da nə demək istədiyini anlamırıq. Aldığımız qablaşdırılmış qidaların üzərində “istehlakçı simvolları” kimi tanınan bir sıra işarələr var. Bunlar istehlakçıların məlumatlılığını artırmaq və həmin məhsul haqqında məlumat vermək üçün hazırlanır. Bu işarələrdən biri də son zamanlar sosial mediada tez-tez rast gəlinən “Radura” işarəsidir. Radura işarəsi yaşıl və yarpağa bənzər simvolu ilə bir çoxumuz tərəfindən sağlam işarə kimi qəbul edilir. Ancaq əslində radura işarəsi məhsulun şüalandığını vurğulayır. Başqa sözlə, qablaşdırmada olan məhsulun rəf ömrünü uzatmaq üçün radiasiyaya məruz qaldığını, yəni şüalanmanın edildiyini göstərir. Bəs şüalanma prosesini ifadə edən bu işarə ilə qidaların istehlakı sağlamlığımız üçün zərərlidirmi? Şüalanma hansı qidalara tətbiq olunur? Evdar.az bu kimi sualların cavabını apardığı araşdırmada təqdim edir.

Qida Şüalanması Nə Deməkdir?
Ardını oxu...
Bu üsul təzə meyvə və tərəvəzlər, ədviyyatlar və paxlalılar kimi əsas qidaların rəf ömrünü uzatmaq üçün istifadə olunur. Bu o deməkdir ki, qidalar ionlaşdırıcı şüalanmaya məruz qalır. Avropanın bir çox ölkəsi bu üsuldan istifadəni dayandırsa da, bəziləri qanuni və aktiv şəkildə fəaliyyətini davam etdirir. İkinci Dünya müharibəsi zamanı Almaniya əsgərlərə çatdırılacaq ləvazimatların bu prosesə tab gətirə bilməsini və istehlak materialı şəklində olmasını təmin etmək üçün bu üsuldan istifadə etdi. Lakin Almaniya sonradan qida şüalanma metodundan imtina etdi.

Qida radiasiyası meyvələrə zərər verə biləcək ümumi zərərvericilərə qarşı mübarizə üsulları kimi istifadə olunur. Məhsul yığımından sonra da qidanın yetişməsini gecikdirmək və cücərmənin qarşısını almaq üçün istifadə edərək məhsulun uzunömürlülüyünü artırır. Bu prosesi həyata keçirərkən nəzərə alınmalı olan həssas məsələlər və riayət edilməli bir tənzimləmə var. Çünki hər bir qidaya tətbiq oluna biləcək radiasiyanın miqdarı müxtəlif həddlər daxilindədir.

Qida Radiasiyası Hansı Qidalarda Tətbiq Olunur?
Ardını oxu...
Qida şüalanması hər qidaya tətbiq edilmədiyi kimi, eyni məqsədlə də tətbiq edilmir. Qida şüalanması bu məhsullara tətbiq edilir:

Təzə meyvə və tərəvəzlərdə xarab olmasına səbəb olan mikroorqanizmləri təsirsiz hala gətirir;
Ət və balıqda protozoa (təkhüceyrəli parazitlər) və helmintləri (parazit qurdlar) zərərsizləşdirmək üçün;
Qidaların sterilizasiyasında;
Ədviyyatların və qurudulmuş tərəvəzlərin pasterizasiyası və ya sterilizasiyası;
Paxlalılarda , quru meyvə və tərəvəzlərdə, ədviyyatlarda və təzə meyvələrdə zərərvericilərə qarşı mübarizə üçün;
Meyvələrdə məhsul yığımından sonra yetişmənin tənzimlənməsi üçün;
Cücərməsinin qarşısının alınmasında;
Meyvə şirələri və süd məhsullarının pasterizasiyasında;
Ət, toyuq, balıq və dəniz məhsullarının saxlama müddətinin uzadılmasında;
Ət, toyuq, dəniz məhsulları və balıqlarda patogen bakteriyaları məhv etmək üçün tətbiq edilir.
Qida Radiasiyası Xərçəngə Səbəb Olurmu?
Düzgün və uyğun dozada tətbiq olunan şüalanma insan sağlamlığına zərər vermir. Şüalanma zamanı suyun miqdarı həddindən artıq olarsa, su H2O2, yəni hidrogen peroksidə çevrilə bilər. Bu xərçəngə səbəb ola bilər. Ədviyyatlarda su az olduğu üçün problem yaratmır. Lakin şüalanma zamanı toyuq və ət kimi məhsullar dondurulmalıdır.

Alınan Məhsulun Radiasiyaya Məruz Qaldığını Necə Müəyyən Etmək Olar?
Ardını oxu...
Əslində edilməli olan tək şey qablaşdırmanın üzərindəki markaları yoxlamaq və etiketi oxumaqdır. Radiasiyaya məruz qalan qidalar vitamin və minerallar baxımından zəifləyir. Bu səbəbdən məhsulun saxlama müddəti uzadılsa da, əslində özü ilə bir çox sağlamlıq problemlərini də gətirir. Ona görə də məhsul alarkən ona şüurlu şəkildə yanaşmalı, üzərindəki işarələrin mənasını araşdırmalıyıq. Bu narahatlıqlara görə, ilk seçim orqanik və kənd istehsalçılardan olmalıdır.
 
V
Tbilisidə parlamentin yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərlə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar baş verib.
Gununsesi.info-nun məlumatına görə, polis nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Polis və çevik qüvvələr etirazçıları parlament binasının arxasından uzaqlaşdırmağa çalışıblar və bu, iğtişaşlarla nəticələnib.

Həmçinin etirazçılara qarşı su şırnaqlarından da istifadə olunub. Onlar tədricən dağılışıblar.
 

Dünyapress TV

Xəbər lenti