Ardını oxu...
“Sevimli Dad”ın bişmiş kolbasalarının tərkibində insan sağlamlığı üçün olduqca zərərli olan E250 qida əlavəsi var.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Neptun” supermarketlər səbəkəsi “Sevimli Dad” kolbasalarının kataloqunda məlumat yerləşdirib. Həmçinin bu barədə sözügedən firmanın kolbasalarının üzərində də qeyd edilib. Belə ki, “Sevimli Dad”ın qaymaqlı bişmiş kolbasa növü və S.D.Korona doktor/lubitelskaya bişmiş növlərinin tərkibində təhlükəli E250 maddəsi var.
Korona doktor/lubitelskaya bişmiş növün tərkibində mal əti, donuz piyi, nişasta, zülalstabilizatoru, quru süd, natrium-nitrit (E250), duz, ədviyyatlar olduğu qeyd edilib. Qaymaqlı bişmiş növün tərkibində isə yağlı və yağsız mal əti, toyuq əti, quru süd, nişasta, yumurta və ya melanj, natrium nitrit (E250), duz, ədviyyatlar olduğu yazılıb.
Digər qoruyuculardan nitrit və nitratlar emal edilmiş ət məhsullarında və balıqda rəng, qoxu, dad xüsusiyyətlərini qorumaq, mikroblara qarşı stabilliyin saxlanılması üçün tətbiq olunur. Nitritlərdən E250 (natrium nitrit) toksiki maddə olub nəfəs daralması, başgicəllənməsi və başağrısı kimi narahatlıqlara rəvac verə bilən potensial kanserogen maddədir.
Əksər kolbasaların tərkibində olan E250 maddəsi insan orqanizmi üçün olduqca təhlükəli qida əlavəsi hesab edilir. Bu maddə özündə bir neçə təhlükəni, xəstəliyi birləşdirir. Belə ki, E250 qida əlavəsi xərçəng əmələ gətirən maddə hesab edilir. Həmçinin arterial təzyiqini və bağırsaq pozğunluğunu əmələ gətirən maddədir. E250 maddəsi həmçinin təzyiq yaradan qida əlavəlrindən biridir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
 
 
 

Ardını oxu...
 

Mütəxəssislər yay aylarında yeməklərdə ancaq zeytun yağından istifadə etməyi məsləhət görürlər.

Aralıq dənizi mətbəxinin təməl məhsullarından biri olan zeytun yağını yay aylarında daha çox istehlak etmək tövsiyə edilir.

Musavat.com xəbər verir ki, Medicina.az bunun səbəblərini araşdırıb:

Ürək-damar sağlamlığı üçün: zeytun yağı ürək-damar xəstəliklərindən qorunmağa kömək edir. Təkli doymamış yağ turşuları ilə zəngin olan zeytun yağı xolesterini aşağı salmağa, qan təzyiqini tənzimləməyə və qanın laxtalanmasının qarşısını almağa kömək edir. Bu da yay aylarında artan infarkt və insult kimi halların qarşısını alır.

Beyin sağlamlığı üçün: zeytun yağı beyin funksiyalarını yaxşılaşdırır və yaşa bağlı zəka geriləməsinin qarşısını alır. Bu yağ beyin hüceyrələrini oksidləşdirici zədələrdən qoruyan antioksidantlarla zəngindir.

Xərçəng əleyhinə: zeytun yağı bəzi xərçəng növlərindən qorunmağa kömək edə bilər. Zeytun yağının tərkibindəki antioksidantlar sərbəst radikalların yaratdığı hüceyrə zədələnməsinin qarşısını alaraq xərçəngə səbəb ola biləcək mutasiyaların qarşısını alır.

Diabetə nəzarət: zeytun yağı qan şəkərinin səviyyəsini tənzimləməyə və diabet riskini azaltmağa kömək edir. Bu yağ insulin müqavimətini yaxşılaşdırmaq və qlükoza tolerantlığını artırmaq üçün də əla seçimdir.

Həzm sisteminin sağlamlığı üçün: zeytun yağı həzm sisteminin sağlam işləməsinə kömək edir. Qəbizliyin qarşısını alır. Öd daşının yaranmasına mane olur. Həmçinin xoraları sağaldır.

Dəri gözəlliyi üçün: zeytun yağı dərini nəmləndirir, qidalandırır və qoruyur. Zeytun yağı dəridə sərbəst radikalların yaratdığı zərərin qarşısını ala və yaşlanma əlamətlərini gecikdirə bilər. Günəş şüaları səbəbilə dəridə mənfi dəyişikliklərin olduğu yay aylarında zeytun yağını bol istehlak etmək və müxtəlif gözəllik prosedurlarında istifadə etmək faydalı olacaq.

Qeyd edək ki, zeytun yağı olduqca yüksək kalori ehtiva edir. Ona görə də ondan çox istifadə etmək dedikdə, həddən artıq yağlı yeməklər və salatlar hazırlamaq yox, digər yağları mətbəxdən yığışdırıb yalnız bu yağa üstünlük vermək nəzərdə tutulur. Həddən artıq zeytun yağı istehlakı kökəlməyə və digər əks təsirlərə səbəb ola bilər.

 
 
 

Ardını oxu...
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə monitorinqləri davam etdirir. Ümumilikdə, uyğunsuzluq aşkar edilmiş partiyaya aid olan 2 101 ədəd dondurma məhsulunun ticarət şəbəkələrindən geri çağırılması təmin edilib və məhsullar qanunvericiliyə uyğun məhv ediləcək. Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Xatırladaq ki, dörd istehsalçıya məxsus 10 məhsul partiyasında insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (“Enterobacteriaceae”) aşkarlanıb. Həmçinin Agentliyin apardığı növbəti monitorinq çərçivəsində götürülmüş nümunələrin sınaq nəticələrinə əsasən, daha 2 dondurma məhsulunda təhlükəli hesab olunan “Enterobacteriaceae” bakteriyası aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib və icra üçün sahibkarlara təqdim edilib. Eyni zamanda uyğunsuzluq aşkar edilmiş dondurma məhsullarının satışdan kənarlaşdırılması və istehsalçı müəssisələrə geri qaytarılması ilə bağlı ticarət şəbəkələrinin rəhbərlərinə xəbərdarlıq edilib.
Ardını oxu...
 
Ardını oxu...
Oliqofreniya- kəmağıllıq (oligo yunanca - az, frenicos -ağıl, idrak) deməkdir. Qadınlara nisbətən kişilər arasında 1.5 dəfə çox rast gəlinir.Oliqofreniya dedikdə mərkəzi sinir sisteminin üzvi və zədələnməsi nəticəsində fərdin dərketmə fəaliyyətinin pozulması nəzərdə tutulur. Oliqofreniya üç mərhələdə -- prednatal (bətndaxili), natal (doğuş zamanı), postnatal (doğulduqdan sonra) müəyyən səbəblər nəticəsində mərkəzi sinir sisteminin, ilk növbədə baş beyin qabığının zədələnməsilə fərdin əqli və psixi inkişafının ləngiməsidir. Oliqofreniyanın yaranmasına aşağıdakılar səbəb ola bilər:
Ananın hamiləlik dönəmində yoluxduğu yoluxucu xəstəliklər (qızılca, məxmərək və.s. ) , toksiplazmoz, düzgün qidalanmama, irsi faktorların olması, rezus-faktor uyğunsuzluğu, valideynlərin alkoqolik yaxud narkotik vasitələrdən istifadə etməsi, doğuş zamanı alınan travmalar və s...
Oliqofreniyanın 3 yaranma səbəbi var:
1.Endogen səbəblər
2.Ekzogen səbəblər
3.Endogen-ekzogen səbəblər
Endogen səbəblər nəticəsində daun sindromu yaranır. Daun sindromu 21-ci cüt xromosomlarda baş verən anomaliya zamanı trisomiyanın əmələ gəlməsidir. Daha dəqiq meyozun (qametogenezin) normal gedişinin pozulması ilə əlaqədardır. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Beynin ümumi inkişafdan qalması və beyinciyin zəif inkişaf eləməsi əqli cəhətdən geriliyə, eləcə də hərəkətin normal koordinasiyasının pozulmasına gətirib çıxarır. Kişilər dölsüz olur, qadınlar bəzən nəsil verə bilir. Daun sindromlu xəstələrin əksəriyyətinin böyrəklərində və ürəklərində anadangəlmə qüsur müşahidə edilir. Ağılkəmliyi bütün bu xəstələrdə xarakterikdir. Ağılkəmliyi iki formada olur: ideateya və imuselis. İmuselis bu xəstəliyin daha yüngülüdür. Ən ağır forması isə ideateyadır. Daun xəstələrində tez-tez piylənmə halları da aşkar edilir. Daun sindromlu uşaqlar çox mehriban olurlar. Onlar insanlarla tez bir zamanda ünsiyyət qururlar. Hətta özlərinə qulluq etməyi də bacarırlar. Belə körpələr digər normal uşaqlar kimi şeir, nağıl öyrənib yadda saxlayırlar.
Ekzogen səbəblər nəticəsində hidrosefaliya əmələ gəlir. Hidrosefaliya (yunan. "hidro" - su, "sefalon" - baş) zamanı beyinin mədəciklərinin ölçüləri artır. Bunun səbəbi beyində likvorun həcminin artmasıdır. Körpə uşaqlarda hidrosefaliyanın simptomları arasında bunları sadalamaq olar:
- baş çevrəsinin ölçüsünün sürətlə artması. Kəllə sümüklərinin tikişləri körpələrdə açıq olur ki, nəticədə patoloji sürətlə böyüyən beyin bu tikişləri sanki "aralayır". Körpə uşaqlar hər bir-iki aydan bir profilaktik müayinələrdən keçirilir və bu zaman onların boyu və çəkisi ilə yanaşı başın çevrəsi də ölçülür.
- böyük əmgək böyüyür, qabarıq və gərgin olur. Orta hesabla böyük əmgək təxminən uşağın 1 yaşına kimi bağlanmalıdır. Lakin hidrosefaliyası olan uşaqlarda əmgək hətta 3 yaşına kimi açıq ola bilər.
- kəllə sümükləri nazilir, alın hissəsi qeyri-proporsional və qabarıq olur. Uşağın alnında və üzündə damar toru əmələ gəlir.
- uşağın psixo-motor inkişafı ləngiyir - uşaq öz vaxtında başını düz tutmur, oturmur, yerimir, çox passiv olur (oyuncaqlarla oynamır və s.). Uşaq tez-tez "səbəbsiz" ağlayır, uşaqda qıcolma tutmaları ola bilər.
Endogen-ekzogen səbəblər nəticəsində mikrosefaliya yaranır. Mikrosefaliya olan uşağın baş çevrəsi kiçikliyi ilə fərqlənir. Mikrosefaliya uşağın başının ölçüsünün eyni yaş və eyni cinsdə olan uşaqlardan daha kiçik olması ilə fərqlənən nadir nevroloji xəstəlikdir. Bəzən uşaq anadan olan kimi, bəzənsə həkim tərəfindən müayinə zamanı aşkar edilir. Mikrosefaliya anormal beyin inkişafı ilə nəticələnə bilər
Mikrosefaliya müxtəlif genetik və ekoloji faktorlarla bağlı ola bilər. Mikrosefaliyası olan bəzi uşaqlar normal ağıl səviyyəsinə və normal nevroloji inkişafa sahib ola bilərlər. Mikrosefaliyanın əlamətləri
- İnkişaf geriliyi (danışmaq və hərəkətlərə təsir edir)
- Tarazlıq və koordinasiya çətinlikləri
- Boy balacalığı
- Üzdəki anormallıqlar
- Hiperaktivlik
- Epilepsiya
- İntellektual çatışmazlıq
Oliqofreniyanın üç dərəcəsi ayrılmışıdır:
1. Ağır dərəcə (idiotluq) - Bu diaqnoz ona görə ən ağır dərəcə hesab olunur ki, bu zaman baş beyin qabığının bir neçə mərkəzi (nitq, görmə, eşitmə və s.) zədələnir. Belə fərdlər ətraf aləmi alqılaya bilmirlər, emosional sferaları, idrak prosesləri, və .s. ciddi formada aşağı olur. Eyni zamanda, öyrənmə prosesi çox ləng gedir, akademik inkişaf demək olar ki, yox səviyyəsində olur. Onlara ancaq sadə özünəxidmət bacarıqları verilir.Xarici qıcıqlara qarşı reaksiyaları zəif olub məqsədəuyğun olmur.Bəzən oturduqları yerdə narahat olur aqressiv hərəkətlər edirlər.
2. Orta dərəcə (imbesillik) - İmbesil fərdlər sadə əmək vərdişlərinə, nitqə ilkin ən sadə biliklərə yiyələn bilərlər.Belə adamlar,çox sadə,konkret təfəkkür formasına malik olurlar.Mürəkkəb suallara cavab tapmırlar.Özlərinə xidmət göstərə bilir,sadə əmək vərdişlərini aşılamaq olur.
3. Yüngül dərəcə (debillik) - Belə fərdlərə ən sadə akademik biliklər vermək, fikrini ifadə edə bilmək, sosial bacarıqlar və s. bu kimi bilgiləri aşılamaq mümkündür.
İdrak proseslərinin göstəriciləri:
Nitq: Oliqofrenlərdə nitq ləng inkişaf edir. Nitq prosesi ləng başlamaqla paralel, onlarda passiv və aktiv lüğətin zəifliyi müşahidə olunur. Sözlər mövcud olsa da ,onlardan istifadə çox zəifdir. Onların nitqi qrammatik cəhətdən düzgün olmur, belə ki, əvəzliklərdən düzgün istifadə edilmir, mürəkkəb və uzun cümlələr qura bilmir, fikirlərini izah etməyə cümlə seçimi zəif olur və s...
Təfəkkür: Ümumiləşdirmə, qruplaşdırma, fərqləndirmə, uyğunlaşdırma və s. təfəkkür prosesləri hesab olunur. Ona görə oliqofren hesab olunan fərdlərlə təfəkkürün inkişafı üçün əsasən bu tip tapşırıqlarla işlənilir. Bu proseslərdən birinin pozulması təfəkkürün pozulması hesab oluna bilər. Eyni zamanda, oliqofren fərdlə təfəkkürün inkişafı üçün, sözlü ünsiyyətin inkişafına xüsusilə diqqət yetirmək lazımdır.
Hafizə: Müşahidələr göstərir ki, oliqofren fərdlər hər bir yeniliyi çətinliklə mənimsəyir, verilən materialı tez-tez yaddan çıxarırlar. Buna səbəb isə, oliqofren fərdin sinir proseslərinin xüsusiyyətlərindəndir. Əsasən isə bu "yaddaşsızlıq" təfəkkürün inkişafı ilə bağlı olur. Eyni zamanda, bu diaqnozlu fərdin məqsədli öyrənmə və yadasalması mümkün olmur. Bu isə onun narahatlığı ilə birbaşa bağlıdır.
Diqqət: Oliqofren fərdlərin hər birinə rast gəlinən əsas narahatlıq diqqətin qeyri-sabit, dağınıq, davamlılığının az olmasıdır. Bu bir qayda olaraq, bütün oliqofren fərdlərdə rast gəlinir.Ən sadə diqqət tapşırıqlarının aparılması bunun üçün əsas vasitədir.
Şəfəq Qayıbova
Narınc Uşaq Psixologiya Mərkəzinin psixo-pedoqoqu
http://dushunce.az/.../oliqofreniya-k%C9%99ma%C4%9Filliliq
 
Ardını oxu...
Sumqayıtda dezinfeksiyadan beş nəfər zəhərlənib.

APA xəbər verir ki, hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində baş verib.

Sumqayıt şəhər sakinləri, 1981-ci il təvəllüdlü Kəmalə Aqil qızı Mənsimova, 1975-ci il təvəllüdlü Könül Səfər qızı Şərifova, 1981-ci il təvəllüdlü Qəribə Əlövsət qızı İsrafilova, 1978-ci il təvəllüdlü Şəfa Bəhram qızı Gülməmmədova və 1986-cı il təvəllüdlü Zülfiyyə Sədrəddin qızı Maralova işlədikləri müəssisədə həşərat əleyhinə edilən dezinfeksiyadan zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Bu virus planetin bütün qitələrinə çatıb və quşları, məməliləri və insanları təhdid edir.

AzFakt.com xəbər verir ki, koronavirus pandemiyasından hələ də sağalmamış bəşəriyyəti H5N1 "quş qripi" virusundan yeni təhlükə gözləyir.

Virus bir çox ölkələrdə sürətlə yayılmağa başlayıb və ekspertlərin fikrincə, 300-dən çox quş növünü yoluxdurmağa qadirdir.

Tədqiqatçılar Nitia Budhu və Şayana Şarifa deyirlər ki, infeksiyanın əsas daşıyıcıları köçəri su quşlarıdır, onlar başqa növlərə yoluxur və infeksiyanı daha da planetin müxtəlif hissələrinə yaymaqda davam edirlər. Lakin elm adamları başqa qorxulu bir şey kəşf etdilər. Məlum olub ki, iqlim dəyişikliyi virusun müxtəlif şərtlərə uyğunlaşmasına və yayılmasına kömək edir.

Fakt budur ki, iqlim dəyişikliyi quşların miqrasiyasının qanunauyğunluqlarını və marşrutlarını dəyişir və bu, xəstəliklərin unikal ərazilərdə və genetik konfiqurasiyalarda qeydə alınmağa başlamasına səbəb olub.

Qeyd edək ki, H5N1 virusu ilk dəfə 1997-ci ildə Çində aşkar edilib, lakin hazırda onun genetikası dəyişib. Bu il tarixdə ilk dəfə olaraq heyvandan insana sıçrayıb və çox güman ki, tezliklə uyğunlaşaraq məməliləri yoluxduracaq. Ola bilsin ki, qlobal dəyişikliklər dünyada bu virusun yeni ştammlarının yaranmasına kömək etsin./lent.az
 
Ardını oxu...
Yay aylarında temperatur yüksəldikcə tərləmə artır və orqanizmdə su, duz çatışmazlığı yaranır. Bütün bunlar isə insan səhhətində problemlər yarada bilər.

Mütəxəssislər yay aylarında istiyə dözümlülüyü artırmağın ən asan yolunun maye qəbulu olduğunu bildirirlər. Gün ərzində bol miqdarda sağlam içkilər içmək tövsiyə edilir.

Bəs yay üçün ən uyğun sərinləşdirici içki alternativləri hansılardır?

İsti havalarda içki seçimləri ümumiyyətlə soyuducu, təravətləndirici və susuzluğu yatızdıran xüsusiyyətlərə malik içkilər arasından edilir.

Soyuq su: ən sadə və ən sağlam variant isti havada susuzluğu yatızdırmaq və bədən istiliyini aşağı salmaq üçün bol miqdarda su içməkdir.

Limonad: limon şirəsi həm istinin səbəb olduğu qan təzyiqi problemlərinin qarşısını alır, həm də təravətləndirir.

Ayran: qatıq, su və duzun qarışığı ilə hazırlanan ayran, xüsusilə isti iqlimlərdə üstünlük verilən ənənəvi içkidir.

Buzlu çay: dəmlənmiş qara və ya yaşıl çayın soyudulması ilə hazırlanan buzlu çay təravətləndirici içkidir.

Mineral su: qazlı içki həvəskarları üçün yüngül və təravətləndirici seçim ola bilər. Limon dilimləri əlavə edərək mineral suya dad verə bilərsiniz.

Kompot: ənənəvi kompot şəkər, su və meyvədən hazırlanır. Demək olar ki, bütün meyvələrdən kompot hazırlana bilər. Odur ki, çeşidlilik xoşlayanlar sərin kompota üstünlük verə bilərəlr.

Smuzi: təzə meyvə və tərəvəzlərin qarışdırılaraq hazırlandığı smuzilər həm ləzzətli, həm də qidalandırıcı bir seçimdir. Smuziyə buz əlavə edərək sərinləşdirici təsirini artırmaq olar. Yay aylarında iştahsızlıq yaşayanlar orqanizmin ehtiyac duyduğu qidaları smuzi ilə təmin edə bilərlər. Smuzi qəlyənaltı zamanı da sağlam alternativ ola bilər.

Nanəli su: Buzlu suya təzə nanə yarpaqları əlavə etməklə həm təravətləndirici, həm də xoş bir dad əldə edə bilərsiniz.

Meyvə şirələri: təzə sıxılmış meyvə şirələri təbii və sağlam bir içki variantıdır. Portağal, alma, ananas və şaftalı kimi meyvələrdən hazırlanan şirələr susuzluğunuzu yatızdırmağa kömək edə bilər.

Qeyd edək ki, tərkibində süni və ya təbii şəkər çox olan kompot, meyvə şirəsi kimi içkiləri gündə 1-2 stəkandan artıq içmək məsləhət görülmür. Gün ərzində tərkibində şəkər olmayan içkilər istehlak edərək balansı saxlamaq lazımdır./publika.az
 
Ardını oxu...
Araşdırmalara görə, arılar ağciyər xərçəngini erkən mərhələdə aşkar edə bilirlər.

Miçiqan Universitetində ABŞ alimlərinin apardığı son tədqiqatlar, arıların ağciyər xərçənginin erkən aşkarlanmasının açarı ola bilər. Bu kəşf arıların çox aşağı konsentrasiyalarda uçucu üzvi birləşmələri aşkar etməyə imkan verən qoxu reseptorlarının yüksək həssaslığına əsaslanır.

Tədqiqatçılar sağlam insanların və ağciyər xərçəngi xəstələrinin tənəffüs havasının tərkibini təqlid edən xüsusi hazırlanmış süni qoxulardan istifadə ediblər. Bu qoxuları yaratmaq üçün altı müxtəlif xərçəng biomarkerindən istifadə edilib. Bu qoxuları tanımaq üçün öyrədilmiş arılar ağciyər xərçənginin müxtəlif formaları arasında uğurla fərqləniblər.

Arıların qoxulara reaksiyasını qeyd etmək üçün alimlər 3D printerdə hazırlanmış xüsusi cihaz və arıların beyninin qoxubilmə hissəsində sinir siqnallarını qeydə alan mikroelektrodlardan istifadə ediblər. Əldə edilən məlumatların təhlili təsdiq edib ki, arılar həqiqətən də onkoloji proseslərlə əlaqəli spesifik molekulları hiss edə və ayırd edə bilirlər.

Xüsusilə əhəmiyyətli olan odur ki, arıların “biosensor” kimi istifadəsi ənənəvi diaqnostik üsullarla müqayisədə daha sərfəli həll təklif edə bilər. Bu tədqiqat əsasında hazırlanan qeyri-invaziv diaqnostik test, ağciyər xərçənginin varlığını və növünü müəyyən etmək üçün xəstələrin nəfəsini təhlil edəcək. Bu, optimal müalicə strategiyasının seçilməsi üçün vacib olan diaqnozun effektivliyini və dəqiqliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağciyər xərçəngi gec mərhələlərdə diaqnoz qoyulan xərçəngin ən çox yayılmış və təhlükəli növlərindən biri olaraq qalır. Arıların qabiliyyətlərinə əsaslanan yeni üsul aşkarlanma və müalicə arasındakı vaxtı əhəmiyyətli dərəcədə azalda bilər ki, bu da son nəticədə bir çox insanın həyatını xilas edə bilər.

Beləliklə, amerikalı alimlərin araşdırması təbii ehtiyatlardan istifadə etməklə xərçəngin diaqnostikası sahəsində yeni perspektivlər açır və heyvanların, o cümlədən arıların xəstəliklərin biomarkerləri kimi potensialını təsdiqləyir
 
Ardını oxu...
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında” qanunun icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

Sənədə əsasən, Ədliyyə Nazirliyi Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının sözügedən qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Bu sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Ardını oxu...
Qaynadılmış yumurtaları daha uzun müddət saxlamaq üçün bişirmə zamanı qabığın çatlamasına yol verməmək lazımdır.

Bu barədə danışan aşpaz Yuliya Arkhipova bunu necə edəcəyimizi izah edir.

Yumurtaları necə qaynatmaq olar ki, daha uzun müddət dayansınlar?

Birincisi, yeməkdən təxminən 30 dəqiqə əvvəl, yumurtalar soyuducudan çıxarılmalı və otaq temperaturuna qədər istilənməlidir.

İkincisi, yumurtaları aşağı istilikdə qaynatmaq lazımdır. Güclü qaynama qabığın çatlamasına səbəb olur.

Üçüncüsü, tava böyük olmalıdır, buna görə də yemək zamanı yumurtalar bir-birinə daha az dəyəcək.

Pişirmə müddətinə gəlincə, yumurtaları 5-8 dəqiqə qaynar suda saxlamaq kifayətdir.

(Lent.az)

Dünyapress TV

Xəbər lenti