Ardını oxu...
Qazaxın 4 kəndinin qaytarılmasından sonra (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) “anklavlar məsələsi necə həll ediləcək” sualı aktuallaşıb, xüsusilə bizim üçün “Başkəndin taleyi necə olacaq” məsələsi vacibdir.
Anklavların qaytarılmasında iki problemli məqam var.
Birincisi, Qazaxın anklav olan üç kəndinin (Yuxarı Əskipara, Bərxudarlı və Sofulu) və Sədərəyin Kərki kəndinin qaytarılması üçün dəhlizlərə ehtiyac var: Azərbaycan və Ermənistan cəmiyyəti arasında etimad mühitinin olmadığını nəzərə alsaq, cari dövrdə belə dəhlizlərin açılması təhlükəsizliyin üçüncü qüvvə tərəfindən təmin edilməsi zərurətini yaradır. Ki, nə Bakı, nə də İrəvan bunda maraqlı deyil;
İkincisi, Ermənistanın Başkəndi “öz anklavı” hesab etməsi və 4 anklava qarşı bu ərazini istəməsidir. Halbuki, Başkənd Azərbaycan torpağıdır və SSRİ dövründə digər ərazilərimiz kimi “otlaq və əkin sahəsi” adı altında ermənilərə bağışlanıb. Digər tərəfdən, bu kəndin strateji əhəmiyyəti onun qaytarılmasının Azərbaycana təkcə coğrafi yox, hərbi baxımdan da itkilər vəd edir.
Bu vəziyyət “anklavlar məsələsi necə həll edilməlidir” sualını ön plana çıxarır.
Həll yollarından biri “barterin” edilməsidir (Başkənd bizdə qalır, Qazaxın üç kəndi və Kərki ermənilərdə): Ermənistan bunda maraqlıdır, Paşinyan “dəhlizlər” məsələsinin çətinliyini əsas gətirərək bu təkliflə çıxış etmişdi. Lakin məsələ təkcə “dəhliz çətinliyi” ilə məhdudlaşmır.
- İrəvan anlayır ki, Başkəndi alsalar da erməni əhalisinin burada yaşaması qeyri-mümkün olacaq: SSRİ dövründə kənddə yaşamış ermənilər geri qayıtmaq istəmədiklərini bildiriblər;
- Kərki kəndi Azərbaycana Ermənistanın Şimal-Cənub magistral yoluna, Qazaxın üç kəndi isə Ermənistan-Gürcüstan magistral yoluna nəzarət etmək imkanı verir;
Ermənistan həm də buna görə “barter”in tərəfdarıdır. Lakin Azərbaycan üçün bu o qədər də məqbul deyil.
a) Qalib tərəf olan Azərbaycan öz tarixi torpağı olan Başkəndi verməməklə yanaşı, 4 anklav kəndin azad edilməsi strategiyasından da imtina etməməlidir;
b) Kərki və Qazaxın üç kəndinin azad edilməsi bizə həm də strateji üstülük qazandıra bilər;
Bu baxımdan, anklavlar məsələsinin sonrakı dövrə saxlanılması daha məqbul variantlardan biri kimi görünür. Bunun üçün Qazaxın anklav olmayan 4 kəndinin qaytarılmasında qəbul edilən Alma-Ata bəyannaməsi – İrəvanın istədiyi “Sərhəd SSRİ dağılanda mövcud xətlər üzrə çəkilsin” prinsipi sərhədin digər hissələrinin delimitasiyasında əsas götürülməməlidir. 19 aprel razılaşması Azərbaycana bu imkanı verir. Başkəndi vermədən, Kərki və Qazaxın üç kəndinin azad edilməsinin yollarından biri Azərbaycanın Ermənistan üzərindəki üstünlüyündən istifadə etməsidir: sülh sazişi bağlana, sərhədin müəyyənləşməsi hissə-hissə aparıla və bu müddətdə rəsmi İrəvanın marağında olacaq təkliflər irəli sürülə bilər, misal üçün, bu kəndlərə iqtisadi yatırımların edilməsi, yaxud Ermənistanın regional layihələrə qoşulması və s. Mövcud vəziyyətdə Başkəndin gündəmə gətirilməsinə lüzum yoxdur.
Asif Nerimanli
TEREF
 
Ardını oxu...
Avropada növbəti casus qalmaqalı yaşanr. Avropa ölkələrində həm Rusiya, həm də Çin casusları yaxalanır. Moskva ilə yanaşı Pekinin də Avropa ölkələrində casus fəaliyyətini genişləndirməsi Brüsselin ciddi narahatlığına səbəb olub. Son aylarda, həm Böyük Britaniyada, həm də Almaniyada Çinə casusluq edən şəxslər həbs olunublar.

Çinə bağlı casuslar Böyük Britaniyada sənaye müəssisələrinə və kadameik mühitə müdaxilə edərək sirləri öyrənməyə çalışıblar. Casuslardan biri Böyük Britaniya parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Alicia Kirnsin köməkçisi olub və əvvəllər hazırda təhlükəsizlik naziri olan Tom Tugendhat tərəfindən yaradılan nüfuzlu beyin mərkəzi olan Çin Araşdırma Qrupunda işləyib. Pekin Londonun iddialarını qəbul etməyib. Buna baxmayaraq, Böyük Britaniya hökuməti son üç ildə ilk dəfə olaraq Çin dövlətinə bağlı qurumlara qarşı sanksiyalar tətbiq etməyə qərar verib.

Bu arada, Almaniyanın daxili işlər naziri Nensi Faeser açıqlama verərək, “biz Çinin biznes, sənaye və elm sahələrində casusluğunun yaratdığı əhəmiyyətli təhlükənin fərqindəyik” cümləsini işlədib. Almaniyada həbs edilən casuslar hərbi məqsədlər üçün sənaye məlumatlarını toplamaqda ittiham olunurlar. Həbs orderində bildirilib ki, həbs edilən şəxslərdən biri Çinin Təhlükəsizlik Nazirliyinin – onun gizli polis xidmətinin agenti kimi fəaliyyət göstərirdi. Həmin şəxs Almaniyada hərbi məqsədlər üçün istifadə oluna biləcək innovativ texnologiyalar haqqında məlumat əldə etməkdə ittiham olunur.

Bu xəbər Almaniya kansleri Olaf Şolzun Çinə başa çatan səfərindən sonra yayıldı. Halbuki, Olaf Şolts Çin lideri Si Tsinpinlə iqtisadi əlaqələrin inkişafı mövzularında müzakirə aparmışdı. Ancaq Almaniyada casus qalmaqalı bu səfərin nəticələrinə mənfi təsir edib.

Casuslar Almaniyanın Düsseldorf şəhərində həbs olunublar. Onlar bu şəhərdə fəaliyyət göstərən elm və tədqiqat sektorları ilə əməkdaşlıq edirdilər. Digət tərəfdən həmin casuslar strateji sirlərin Çinə ötürülməsində Almaniya universitetlərinin imkanlarından da istifadə ediblər. Həmin universitetlərin Çin universitetləri ilə əməkdaşlıq müqavilələri mövcuddur.

“Atlas” Araşdırmalar Mərkəzi
 
Ardını oxu...
Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Entoni Blinkenin Çinə bir neçə gün əvvəl səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin 3 günlük səfəri Çinin Şanxay şəhərindən başlamı paytaxt Pekində davam etmişdi.
Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib. Birincisi, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib. İkincisi, Pekinin uyğurlara qarşı siyasəti Vaşinqtonu əvvəlkitək narahat edir. Üçüncüsü, Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”.
Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Misal üçün ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-ın Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimlər tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ-la yanaşı Filippin, Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün ABŞ-ın Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir.
Buna baxmayaraq, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər. Ancaq bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədəki gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin Amerika sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-a məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dan geri qalır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. ABŞ-ın hazırki prezidenti Cozef Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarıyla Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib. Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadırlar. Amerikada hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya dəzgahlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir. “The Financial Times” nəşrində yayımlanan məqalədə, Entoni Blinkenin Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb.
Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi var idi. CNN televiziya kanalının yaydığı məlumata görə, ABŞ dövlət katibi Çinə üç günlük səfərini başa vurarkən deyib ki, Çin prezidenti Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, ABŞ Çinin qarşıdan gələn ABŞ seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Tsinpin seçkilərə qarışmayacağı barədə ABŞ prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi.
“Atlas” Araşdırmalar Mərkəzi
TEREF
 
Ardını oxu...
“Dövlət millətdir” - İnqilab Avropanın ən uzun faşist diktaturasını necə devirdi?

Düz 50 il əvvəl, 1974-cü il aprelin sonlarında - 25-də “Qərənfil inqilabı” kimi tanınan Portuqaliyada hərbi çevriliş baş verdi. Solçu “Kapitanlar hərəkatının” sui-qəsdçiləri, kiçik və orta səviyyəli zabitlər diktator Antonio de Salazarın şəxsiyyəti ilə əlaqəli “Yeni dövlət” rejiminə qarşı üsyan etdilər. Onilliklər ərzində o son Avropa imperiyasının məhdud sabitliyini və adını qorumağa çalışaraq Portuqaliyanı idarə etdi. Avropanın ən uzun faşist diktaturasının devrilməsinə nə səbəb oldu, doktor Antonio de Salazarı məşhurlaşdıran və “kapitanların” Portuqaliyanı nə üçün SSRİ-yə çevirə bilmədiyi suallarına “Lenta.ru” cavab axtarıb. AYNA sözügedən araşdırmanı istinadla təqdime dir:

Uzaq Krallığın Doktoru

Əgər biz bir nağıl aləmində yaşasaydıq, bu məqalə belə başlayacaqdı: “Bir zamanlar yoxsul aqrar müstəmləkə imperiyası yaşayırdı. Onu pis və sirli həkim Antonio di Salazar idarə edirdi...”.

Portuqaliya Avropanın ən qədim müstəmləkə imperiyası idi. Afrikaya yol açan, Ümid burnuna dövrə vuran və Hindistana dəniz yolu açan, Braziliya, Qızıl sahil, bir çox başqa Afrika və Hindistan torpaqları və İndoneziyanın bir hissəsini müstəmləkə edən portuqal dənizçiləri idi. Eyni zamanda, imperiyanı imperator idarə etmirdi - sonuncu Portuqaliya monarxı II Manuel 1910-cu il inqilabı zamanı devrilmiş, sonuncudan əvvəlki I Karlos isə solçu terrorçular tərəfindən öldürülmüşdü.

1920-ci illərin sonlarında Portuqaliyanın ən ümumi təsvirini sovetlərin “Qəzet oxuyarkən kəndlilər üçün anlaşılmaz sözlərin lüğəti”ndə tapmaq olar: “Avropanın ucqar qərbində yerləşən kiçik dövlət... Sakinləri – 6,5 milyon nəfər, onların əsas məşğuliyyəti əkinçilik, maldarlıq, balıqçılıqdır. Portuqaliyanın təxminən 2,5 milyon kvadrat kilometr ərazisi və 10 milyon əhalisi olan kifayət qədər geniş koloniyaları var".

Monarxiyanın devrilməsindən on il yarım sonra Portuqaliya iqtisadiyyatı çox geri qalmışdı. Xaricdə müstəmləkələri saxlayan ölkə əsasən kənd təsərrüfatı pis idi, respublika hökuməti bir vaxtlar monarxiya hakimiyyəti qədər zəif idi. Çünki 6 ildə 20-dən çox hökumət dəyişdi.

1926-cı ildə hərbçilər çevriliş edərək hakimiyyəti ələ keçirdilər. Diktator olan general Oşkar Karmona iqtisadiyyatdan anlamadığı üçün bu sahədə səlahiyyəti universitet professoru, siyasət, din və cəmiyyətə mühafizəkar baxışları ilə tanınan iqtisad elmləri doktoru Antonio Salazara vermək qərarına gəlib.

Antonio Salazar ölkədəki vəziyyətin fövqəladə olduğuna qərar verdi (sadəcə iflas ərəfəsində idi) və Oşkar Karmonadan qeyri-məhdud səlahiyyətlər, dövlət iqtisadiyyatı və əmlakı üzərində tam nəzarət tələb etdi. Bu gücü əldə edərək, öz-özünə işləyən bir insan, yoxsul kəndli, qeyrətli bir katolik və sadəcə təvazökar bir insan dərhal büdcə xərclərini azaltdı. Görülmüş tədbirlər sayəsində Portuqaliya yavaş-yavaş böhrandan çıxmağa başladı və xarici borcunu ödəyə bildi.

İslahatların real uğurları idarə olunan mətbuatın təbliğatı ilə müşayiət olunurdu. Təbliğatda deyiolirdi: Antonio Salazar böyük xarici dövlət borcu olan bir ölkəni ələ keçirdi və portuqalların həyatını daha yaxşı, zəngin və əyləncəli edə bildi.

Faktlar doğrudan da professor-nazirin əməllərinin xeyrinə idui: 1928-ci ildən 1939-cu ilə kimi o dövlətin qazanc əldə etməyə başlamasını təmin edə bildi. Gəlirlər xərcləri 20 milyon funt sterlinq üstələdi. Büdcəyə qənaət, lüzumsuz xərclərin azaldılması və səmərəsiz xərcləmələr hesabına dövlət borcu azaldıldı, büdcə profisiti əldə edilmiş, iqtisadi inkişafa, iş yerlərinin açılmasına, müdafiə və sosial təminata pul ayrıldı.

Üstəlik, portuqal tarixçisi Xose Hermano Saraiva yazır ki, artan qızıl-valyuta ehtiyatları və xaricdən kapitalın qaytarılması sayəsində doktor Salazar “böyük nüfuz” qazandı və “yeganə düşünən rəhbər” və güclü fiqur kimi qəbul edildi.

“Portuqaliyada qeydə alınan rekord iqtisadi inkişafın nəinki dünyanın heç bir yerində misilsiz olduğunu, həm də tarixdə az da olsa nümunəsi olan bir uğur olduğunu inkar etmək mümkün deyil”, - deyə Amerika jurnalları 1935-ci ildə yazırdı.

“Yeni dövlət” (Estado Novo) sürətlə dəyişirdi və mahiyyətcə korporativ idi, müəyyən mənada is faşist idi. Bundan əlavə, avtoritar idi - populyarlıq qazanan doktor faktiki olaraq yeganə hökmdar oldu. General Oşkar Karmona rəsmi olaraq prezident vəzifəsini tutsa da, tez bir zamanda arxa plana keçdi.

Sakit iqtisadçının yeganə gücü

Tónio Salazar 1932-ci ildə Baş nazir oldu və 1933-cü ildə Portuqaliyanın yeni Konstitusiyası ona qeyri-məhdud səlahiyyətlər verdi. “Layiqli rejim” respublikadakı qeyri-sabitlikdən əziyyət çəkən hərbçilər, aristokratiya, ruhanilər, kiçik burjuaziya və mühafizəkar təfəkkürlü kəndlilərin əksəriyyəti (onlar da əhalinin əsas hissəsini təşkil edirdi) tərəfindən dəstəklənirdi. 1926-cı ildə hakimiyyətə gələn hərbi xunta üzvləri cəmiyyətdə öz mövqelərini möhkəmləndirmək üçün müxtəlif qoşun növlərinə arxalanırdılar. Və Portuqaliya İmperiyasının ordusu çox böyük bir sinif idi, hərbçilər üçün imtiyazların qorunması son dərəcə aktual problem idi.

Portuqaliyalı tarixçi António Costa Pinto iddia edir ki, Portuqaliyada yeganə hakimiyyət bir neçə amillə bağlı yaranıb: vətəndaş cəmiyyətinin zəifliyi, ali təhsilin geniş əhali üçün əlçatmazlığı, komandanlıq idarəetmə tərzi ənənəsi və Katolik Kilsəsinin populyarlığı, ölkənin inzibati-ərazi modelinin mərkəzləşdirilməsi. Portuqaliyanı “düz əllərlə” və siyasi sabitlik şəraitində idarə etmək hakimiyyət uğrunda daimi mübarizə şəraitindən daha asan idi.
Ardını oxu...
Portuqaliyanın Baş naziri Antonio de Salazar, Lissabonda legionerlərin mitinqində - Portuqaliya, 11 mart 1938-ci il.

Cinayət təqibi cəzası altında tətillər qadağan edildi, istehsal millətin xeyrinə işləməli idi, korporasiyalar hüquqi şəxslərin hüquqlarını aldı (Benito Mussolininin faşist İtaliyasından fərqli olaraq), Portuqaliyanın "mənəvi və mədəni maraqlarını" müdafiə edən birliklər var idi. Qanunverici orqan hökumət tərəfindən təsdiqlənmiş əmək korporasiyalarının diqqətlə seçilmiş nümayəndələrinin iştirakı ilə formalaşdırıldı.

İkinci Dünya müharibəsinin sonuna qədər olan dövlət quruluşu həm də rejimin müxaliflərə və siyasi əleyhdarlarına - həm solçulara (Portuqaliya iqtisadiyyatının inkişaf etmədiyi və onun aqrar mahiyyəti ucbatından sosialistlərə və kommunistlərə) qarşı mübarizə üçün çox əlverişli idi. Uzun müddət ölkədə demək olar ki, yox dərəcəsində olan fəhlə sinfinə və ultrasağçılara etibar edə bilmədilər, daha çox italyan faşizminə və ispan frankoizminə meyl edən Antonio Salazara münasibət fərqli idi.

Dövlət başçısı yeddi il müddətinə seçildi. Mülkiyyət və təhsil keyfiyyətlərinə görə yalnız 1,2 milyon insan (Portuqaliyanın 7,7 milyon əhalisindən) səs verə bilərdi. Prezident icra hakimiyyətinin başçısını, Baş naziri (Dr. Antonio Salazar) təyin etdi. Hökumət başçısı ölkənin əsas avtoritar partiyası olan Milli Birlik Partiyasına nəzarət edirdi. Milli Birlik Partiyasının Mərkəzi Komitəsi də öz növbəsində Prezidentin namizədliyini təsdiqlədi. Formal olaraq, hökumət Prezidentə hesabat verdi. Parlament 1933-cü ildən 1970-ci ilə qədər tamamilə ittifaq deputatlarından ibarət idi.

Portuqaliyada seçkilər bir çox qanun pozuntuları, mətbuatda manipulyasiyalar, senzura və müxalifət namizədlərinin xaric edilməsi ilə baş tutub. Alternativsiz seçkilər sayəsində rejim öz legitimliyini təsdiqlədi. Digər qanunvericilik institutu müxtəlif əmək birliklərinin nümayəndələrinin daxil olduğu Korporativ Palata idi. O adətən hökumətə müxtəlif məsləhətlər, təkliflər verir və mahiyyətcə parlamentin daha vacib palatası idi.

Kiçik bir imperiyada qorxular və dəhşətlər

Antonio Salazarın hakimiyyətinin əsas sütunu güclü gizli polis - PIDE (Dövlətin Nəzarət və Müdafiə Polisi) və Milli Təbliğat Katibliyi idi. Sonuncu mətbuat üzərində nəzarəti təmin etdi və xüsusi xidmət rejimin açıq əleyhdarlarının və dissidentlərin axtarışı və repressiyaları ilə məşğul idi. Rəsmi olaraq Portuqaliyada siyasi partiyalara qadağa qoyulmayıb, lakin çoxsaylı solçu və liberal qüvvələrin liderləri saxta bəhanələrlə, məsələn, korrupsiya ittihamı ilə həbs ediliblər. Kommunistlər, sosialistlər və respublikaçılar həbs edilərək həbsxanaya göndərilib, yaxud koloniyalara sürgün ediliblər.

Hakimiyyət siyasi rəqiblərini edam etmək istəmirdi - onlardan yaxa qurtarmaq, onları gözdən salmaq daha sərfəli idi. Bu, Qərb demokratiyalarının gözündə daha sərfəli görünməyə imkan verirdi. “Yarı faşist” Antonio Salazar üçün bu obraz çox vacib idi.

Şübhəlilərin yanına qəfildən PİDE agentləri gəlib, onların həbsi barədə uzun müddət yaxınlarına məlumat verilməyib, məhbus ailəsinə ilk məktubu da yalnız aylar sonra yazıb.

Dəhşətli koloniya Cape Verde adalarında, Şan Bom qəsəbəsində qurulub. “Siyasi cinayətlərə görə məhkum olunmuş, cəzasını sürgündə çəkməli olanlar, habelə başqa həbsxanalarda intizama laqeyd və ya digər məhbuslar üçün təhlükəli olduğunu göstərənlər” bu koloniyaya göndərilib. Keçmiş siyasi məhbuslar “Skovorodka” adlı cəza kamerasını daim qızmar günəşə məruz qalan kiçik bir ev kimi təsvir edirdilər.

Portuqaliyalılar oraya "yavaş ölüm düşərgəsi" adı veribmişlər. “Yeni Dövlət” rejiminin qurbanlarının sayı kifayət qədər idi - 40 illik hakimiyyət dövründə 30 minə yaxın insan Portuqaliya cəza düşərgələrindən keçib, yüzlərlə insan isə ağır işgəncələrdə öldürülüb, işgəncələrə məruz qalıb və ya aclıqdan ölüb.
Ardını oxu...
Tarrafaldakı keçmiş konsentrasiya düşərgəsi: Santyaqo adasında, Cape Verde

Diktatorun özü Adolf Hitler, Benito Mussolini və hətta Fransisko Frankodan fərqli olaraq xarizmatik lider deyildi. Antonio Salazar bürokratik ritorika və manipulyasiya ustası idi, hər hansı bir reklamdan fəal şəkildə qaçırdı. Bundan əlavə, demək olar ki, muzdlu deyildi - sarayda deyil, təvazökar mənzildə yaşamağa üstünlük verirdi. Şəxsən idarə etdiyi dəbdəbəli “Rolls-Royce” və “Bentley” avtomobillərini çox sevirdi.

“Hakimiyyətdən getdiyim gün cibimdə ancaq toz qalacaq”, - deyirdi - Antonio de Salazar Portuqaliyanın Baş naziri və “Yeni Dövlət”in baş ideoloqu və lideri olarkən.

Diktatora sadiq döyüşçülər yalnız Baş nazirin səlahiyyətlərini genişləndirdilər. Ölkənin elitası bir neçə universitetin məzunlarından ibarət idi ki, onlara giriş əsasən nüfuzlu valideynlərin övladları tərəfindən əldə edilirdi. Yeri gəlmişkən, doktor Salazarın özü də həyatı boyu özünü ilk növbədə universitet professoru hesab edirdi və rəsmi səbəblərdən mütəmadi olaraq akademik məzuniyyətə çıxırdı. Ancaq onu yaxşı müəllim hesab etmirdilər.

Nəhayət, İkinci Dünya müharibəsi başladı. Portuqaliya neytrallığa sadiq qaldı. Müharibə başlamazdan bir müddət əvvəl bu siyasi sistemlərin “bütpərəst” estetikasına və mahiyyətinə görə ölkədə alman nasizmi və italyan faşizmi tənqid olunmağa başladı.

“Biz beynəlmiləlçiliyin, kommunizmin, sosializmin, sindikalizmin və ailədə nifaq salan, onun əhəmiyyətini minimuma endirən və ya məhv edən hər şeyə qarşıyıq. Biz sinfi mübarizənin, inamsızlığın, öz vətəninə vəfasızlığın əleyhinəyik. Köləliyə, həyata materialist baxışa və qüdrətin həqiqətdən üstünlüyünə qarşıyıq”, Salazar həmin vaxt bildirirdi.

Katolik Antonio Salazar məşəl yürüşlərini və qədimliklə yaşamağı sevmirdi - onun fikrincə, “Yeni Dövlət”ində bu, "sadəcə əvvəlki kimi" olmalı idi.

Sosial dəyişikliklərdən qorxaraq, kəndli əhalinin hərəkətliliyini məhdudlaşdırmaq və şəhər artımını və sənayeləşməni cilovlamaq üçün infrastrukturun inkişafına, yəni yollara və nəqliyyata sərmayə qoymaqdan çəkinirdi. Müharibə zamanı neytral Portuqaliya nadir metal volfram ticarətindən qazanc əldə etdi (həm köhnə müttəfiqi Böyük Britaniya, həm də yeni dost Nasist Almaniyası ilə), həm də aclıq çəkən və müharibə edən Avropa üçün nəhəng “qara bazara” çevrildi.

İqtisad elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutu nəzdində İberiya Araşdırmaları Mərkəzinin rəhbəri Petr Yakovlev qeyd edib ki, 1950-ci illərin ortalarına qədər Portuqaliya iqtisadiyyatı əsasən, kənd təsərrüfatı və yüngül sənayedən ibarət idi. Əhalinin cəmi 16 faizi şəhərlərdə yaşayırdı. Əslində Portuqaliya imperiyası, digər imperiyaları məhv edən dünya müharibələrindən kənarda qalaraq, 19-cu əsrin az-çox ənənəvi yolunu - nisbətən az qan tökməklə qoruya bildi.
Ardını oxu...
Portuqaliya diktatoru Antonio Salazar (solda) və general Okskar Karmona Portuqaliya legionunun ilk rəsmi paradında: 1937-ci il.

António Salazar imperiyanın faktiki başçısı olaraq, portuqalların koloniyalara sahib olmaq üçün ən uyğun xalq olduğunu ifadə edən lusotropikizm ideyasına inanırdı. Portuqaliya demək olar ki, beş əsr ərzində başqa koloniyalara sahib idi və yerlilərə qarşı əxlaq orada ingilis və ya belçikalıların koloniyalarına nisbətən daha yumşaq hökm sürdü. Bundan əlavə, hökmdar hesab edirdi ki, müstəmləkələrin itirilməsi ilə Portuqaliya suverenliyini itirəcək - çünki ölkənin çiçəklənməsini təmin edən əhalini itirəcək.

Lakin luzotropikliyin dinc təlimi uğursuzluğa düçar oldu. 1960-cı illərdə milli-azadlıq hərəkatlarının ardınca Portuqaliya uzun sürən müharibə zamanı müstəmləkələrini itirməyə başladı.

Hindistan əvvəlcə Portuqaliya müstəmləkələrini ilhaq etdi. Daha sonra Anqola, Qvineya-Bisau və Mozambikdə qanlı partizan müharibələri başladı. Portuqaliyanın xaricdəki “mülklərindən” imtina etmək niyyəti yox idi və ordu illər boyu imperiya mirası uğrunda mübarizəni davam etdirdi.

Müharibəyə baxmayaraq, Anqola və Mozambik (Afrikadakı və əraziyə görə dünyanın ən böyük Portuqaliya koloniyaları) iqtisadi artım yaşadılar. İmperiyanın sərvəti neft, qəhvə, pambıq, anakardiya, kokos, ağac, brilyant, dəmir və alüminium, banan, sitrus meyvələri, çay, pivə, balıq, sement, mal əti və toxuculuqdan gəlirdi. Ordunun artan xərclərini kompensasiya etmək istəyən Portuqaliya hakimiyyəti turizmin inkişafına diqqət yetirdi - 1960-cı illəri hətta ölkədə turizm bumu dövrü adlandırırlar.

İqtisadiyyat böyüməyə davam etdi, müharibə həmişəki kimi davam etdi, lakin iqtisadi çiçəklənmə səbəbindən başqa bir problem ortaya çıxdı. Antonio Salazarın çox qorxduğu sosial dəyişikliklər əhalinin rifahının yüksəlməsi, şəhərlərdə yeni iş yerlərinin yaranması, onların əhalisinin artması və qadınların siyasətə cəlb olunması ilə bağlı proseslər başladı.

Rejim 1949-cu ildə NATO-ya üzv olmaq fonunda kosmetik xarakter daşısa da, bəzi demokratik dəyişiklikləri qəbul etdi. Bundan bir qədər əvvəl, 1945-ci ildə müxalifətə səsvermədən əvvəl dava salmağı bacararaq seçkilərdə iştiraka icazə verildi.

Doktor Salazar cəmiyyətin tələblərini irəli sürmək istəyən “liberallaşma”da oynayırdı. Daha sonra müxalifətin “başını kəsərək” siyasi opponentlərə qarşı terror dalğaları təşkil etdi. Daha sonra o ən “liberal” əməkdaşı, eyni zamanda, universitet professoru və hüquqşünas olan, Lissabon Universitetinin rektoru olmuş Marsela Kaetanı Baş nazir postuna təyin etdi.
Ardını oxu...
Kral Pedro IV Meydanı (Rosso), Lissabon, Portuqaliya - 1964-cü il.

Bütün bunlarla birlikdə, 1960-cı illərin sonunda Portuqaliya əhalisinin 48 faizi kəndlərdə yaşayırdı və dövlətdən faktiki olaraq heç bir yardım almırdı - hakimiyyətin savadsızlığı aradan qaldırmaq səylərinə baxmayaraq, təhsilə ayrılan xərclər az idi. Bütün bunlar - kütləvi çağırış ordusu ilə birləşmə, real siyasi dəyişikliyin olmaması səbəbindən artan narazılıq və hərbi xidmətə çağırışdan qorxan təhsilli şəhər sakinlərinin mühacirətə getməsi “Qərənfil inqilabı” üçün şərait yaratdı.

1930-1960-cı illərin iqtisadi sıçrayışları isə rejimin əsas problemlərindən birini - iqtisadiyyatın zəif inkişaf etmiş sütununu, kənd təsərrüfatını gizlədə bilmədi. Portuqaliyada kənd təsərrüfatı digər Qərbi Avropa ölkələrinə nisbətən beş dəfə az səmərəli idi, çünki kəndə sərmayə qoyulmurdu.

1968-ci ildə Antonio Salazar insult keçirdi. Tezliklə hakimiyyətdən uzaqlaşdırıldı - ölkəyə professor Marselo Kaetano rəhbərlik edirdi. İki il ərzində ölkədə baş verən dəyişikliklər onun malikanəsində yaşayan Antonio Salazardan gizlədilmişdi. Qocanı (onun 80-ə yaxın yaşı var idi) narahat etməmək üçün onun üçün bir nüsxədə qəzet də çap etdilər. Nəhayət, 1970-ci ildə doktor vəfat etdi.
"Kapitanlar" Portuqaliyanı necə xilas etdilər?

Koloniyalardakı bu eniş-yoxuşlar fonunda kiçik və orta zabitlərin ultra-sol yeraltı təşkilatı olan ordu hissələrində “Kapitanlar hərəkatı” yarandı. NATO vasitəsilə təmasların və demokratik dəyərlərin təbliğinin Portuqaliya zabitlərinə, eləcə də Portuqaliya müxalifəti arasında ən populyar olan kommunizm və sosializm ideyaları ilə tanışlığına təsir etdiyinə dair fikirlər var. Anti-müstəmləkəçilik mübarizəsi, pasifizm və xalq demokratiyası ideyaları siyasət haqqında düşünməmək və müstəmləkələri müdafiə etmək deyil, mübarizə aparmaq lazım olan “Yeni Dövlət”də real həyat təcrübəsi ilə mükəmməl uyğunlaşır.
Ardını oxu...
Üsyançılar Lissabona daxil olur - 25 aprel 1974-cü il.

Beləliklə, 1974-cü il aprelin 25-də bir az buludlu, lakin işıqlı bir gündə dövlət çevrilişi başladı. Üsyançılara sadiq birliklər paytaxt Lissabona daxil olub, radiostansiyanı zəbt edib və professor Marselo Kaetanodan hakimiyyətdən əl çəkməsini tələb ediblər.

Üsyana gənc, 37 yaşlı ordu kapitanı Otelu Saraiva de Karvalyo rəhbərlik edirdi. 25 aprel 1974-cü il çevrilişi əsgərlərin pulemyotlarının lülələrinə qoyduqları güllərə görə tez bir zamanda “Qərənfil inqilabı” adlandırıldı. Rəvayətə görə, sadə lissabonlu bir qız yoldan keçən əsgərlərə bir buket qərənfil payladı və tezliklə insanlar üsyançıların üzərinə çiçəklər yağdırmağa başladılar.

“The Washington Post” qəzeti həmin vaxt “Qərənfil inqilabı”nı dünyanın ən gözəl çevrilişi adlandırmışdı.

Maraqlıdır ki, üsyanın başlaması üçün siqnal yerli vaxtla saat 00:25-də radioya Xose Afonsonun “Grandola Vila Morena” (qaranlıq kənd) mahnısının daxil edilməsi olub. Bu zaman Otelo Saraiva de Karvalyo silahlı üsyandan xəbər tutan Baş nazirin gizləndiyi Lissabon “Quartel do Carmo”ya, polis və hərbi kazarmalara ən etibarlı qoşunlarını göndərdi. Zirehli transportyor gurultu ilə kazarmaya yaxınlaşdı və mayorun qarşısında pulemyotu binaya tuşladı.

Fernando Xose Salgueiro Maia maşından düşdü, müdafiə edən əsgərlərə yaxınlaşdı və Kaetano ilə birlikdə onların təslim olmasını tələb etdi. Sonradan məlum oldu ki, gənc mayorun cibində qumbara var və inqilab üçün ölməyə hazırdır. Briqada generalı kazarmanın qarşısında qışqırdı: “Bu adamı güllələyin!”. Heç kim atəş açmadı. Briqada generalı başa düşdü ki, xalqı onun yanında deyil və o və Kaetano təslim oldu.
Ardını oxu...
“Qərənfil inqilabı”nın baş strateqi Otelu Saraiva de Karvalyo mətbuat konfransından əvvəl – 1974-cü il.

Heç qan tökülmədi - PİDE əməkdaşları dinc nümayişçilərə atəş açıb, 4 nəfəri güllələyiblər. Portuqalların qışqırdığı şüarlardan biri Çili inqilabi mahnısı “O povo unido jamais será vencido”nun məşhur misrası idi - “Xalq birləşdikdə, onlar yenilməzdir!”.

Dəhşətli insidentə baxmayaraq, hakimiyyət həqiqətən də gözəl tərzdə - dəbdə olan Portuqal sevgi mahnıları və qırmızı çiçək yağışı ilə müxalifətə keçdi.

“İspaniya və Atlantik okeanı ilə əhatə olunmuş, demək olar ki, İndiana qədər böyük olan, Qərbi Avropanın ən yoxsul ölkəsi olan, əhalisinin üçdə biri savadsız olan, təhlükəsiz olmayan kiçik bir ölkə Moskvanın rəğbətini qazanır, Vaşinqtonu xəbərdar edir və Pekin tərəfindən sıxışdırılır. Üç böyük dövlət niyə bu qədər narahatdır? Çünki Portuqaliya səthi deyil, polkovnik Tvidledumunun general Tvidledumun ilə əvəzlənməsi inqilabını yaşayır. Lakin nəticədə Portuqaliyanı Qərbi Avropada kommunistlərin idarə etdiyi ilk ölkəyə çevirə biləcək siyasi, sosial və iqtisadi sarsıntı yaşayır - və Moskvaya yönəlmiş bir ölkə olur”, - fikirlərini "The New York Times"ın jurnalisti Con Devis yazmışdı.

Jurnalist müstəmləkə dövrünə aid abidələrin və sarayların indi “çəkic və oraq, qırmızı boya və inqilabi şüarlarla rəngləndiyini” söyləyirdi. Hər stansiyadakı plakatlar qatar sərnişinlərini kommunistlərə və ya sosialistlərə səs verməyə çağırırdı.

Beləliklə, uzun illər səssiz qalan və Avropanın ən sakit diktaturası olan Portuqaliya bir gündə çevrildi.
Ardını oxu...
İnqilabçı zabit, kapitan Fernando José Salgueiro Maia (solda) və onun əsgərləri Lissabonun mərkəzində hakimiyyəti hərbçilərə təslim etdikdən sonra - 25 aprel 1974-cü il.

Lissabon küçələrində gənclər portuqalları Silahlı Qüvvələr Hərəkatına (Kapitanlar Hərəkatı) dəstək üçün kommunist mitinqinə qoşulmağa çağıran vərəqələr atırlar. Çoxsaylı plakatlar arasında Maoçu fraksiyasının çağırışını görmək olar: “Hamı küçələrə, hamı Amerika səfirliyinə!” şüarları var idi.

Solğun çəhrayı divarlarda "MKİ agentlərinin və Amerika səfirinin dərhal qovulmasını" tələb edən şüarlar yazılırdı. Lissabonun mərkəzindəki binanın fasadında qırmızı boya ilə yazılmış şüar var idi: “Yaşasın xalq demokratiyası!”. O dövrdə Portuqaliya kitab mağazalarında ən məşhur müəlliflər Karl Marks, Fridrix Engels və Vladimir Lenin idi.

Maraqlıdır ki, hakimiyyətə gələn kommunistlər hətta bir müddət Aleksandr Soljenitsının “Qulaq arxipelaqı” kitabının nəşrini “mürtəce” olduğu üçün qadağan ediblər.

Jurnalistlər "Afrikada başlayan üsyan Portuqaliyanı Qərbi Avropanın ilk kommunist ölkəsinə və SSRİ-yə yönəlmiş bir ölkəyə çevirə bilər" deyə qorxu ilə yazırdılar. Lakin inqilabi çılğınlıq müddəti uzun sürmədi. Hələ 1975-ci ildə “The New York Times” yazırdı: “Portuqaliya inqilabının keşməkeşli günləri, silahlarında qərənfillər olan əsgərlərin şən dinc sakinlərlə qardaşlaşdığı dövr çoxdan geridə qalıb”.

Parlamentdə yerlərin əksəriyyətini qazanan mötədil sosialistlər son vaxtlar kommunist müttəfiqlərini təhlükəli rəqiblər kimi görürdülər. 1975-ci ilin noyabrında “kapitanlar” artıq “əsl proletar inqilabı” olan yeni bir üsyan təşkil etməyə çalışdılar, lakin məğlub oldular.
Ardını oxu...
Lissabonda 1974-cü il Qərənfil İnqilabının ildönümünə həsr olunmuş parad zamanı qərənfil çiçəyi olan yaşlı portuqal kişi.

Bəlkə bu, Amerika kəşfiyyat xidmətlərinin təxribatı idi? Əbəs yerə deyil ki, sonuncu müstəmləkə imperiyasının taleyi həm ABŞ-ı, həm də SSRİ-ni narahat edirdi. Və əbəs yerə deyildi ki, sonradan kommunistlər təxribatçıların “Kapitanlar Hərəkatı”na girdiyini iddia edirdilər. Bundan əlavə, kommunistlərin sıxışdırılmasından sonra Portuqaliyanın NATO müttəfiqləri ona çoxdan gözlənilən kreditləri verdilər.

Bu və ya digər şəkildə ölkə darıxdırıcı doktor Antonio Salazarın “boz” diktaturasından köhnə yaxşı imperiyaya yol açan kommunizm həvəskarlarının “qırmızı” diktaturasına düşmək riskindən qaça bildi.

Və Portuqaliya müstəmləkələri 1975-ci ildə müstəqillik əldə etdilər - köhnə Avropanın sonuncu imperiyası son müharibəsini başa vurdu.

Müəllif: Turan Abdulla
 
Ardını oxu...
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.

Etirazçılar qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, qeyri-hökumət təşkilatları (QHT) sektorunda çalışanları "xarici agent" kimi damğalayacağını, həssas qruplar üçün həyata keçirilən müxtəlif layihələrin dayandırılması ilə nəticələnə biləcəyini bildirirlər. Layihə müəllifləri isə məqsədin şəffaflıq olduğunu bəyan edirlər.

Oxşar qanun Rusiyada və bir çox MDB ölkələrində çoxdan qəbul edilib. Bəs Azərbaycanda QHT-lər ilə bağlı qanunvericilik necə dəyərləndirilir, Gürcüstanda sözügedən qanunda etiraz doğuran müddəalar Azərbaycan qanunvericiliyində illər öncə əks edilməyibmi? Üstəlik, hazırda hökumətə yaxın bəzi çevrələrdə xaricdən qrant almaq "dövlətə xəyanət" kimi dəyərləndirilirsə, bu nə dərəcədə düzgündür?

"Hüquq və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Hafiz Həsənov Azadlıq Radiosuna deyib ki, Azərbaycanda, hələlik, "xarici agent" söhbəti olmasa da, xarici donorların fəaliyyəti məhdudlaşdırılır: "Yalnız Azərbaycanda qeydiyyatdan keçən xarici donorlardan qrant ala bilərlər və onların fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyindən rəy əldə olunmalıdır. QHT-lərin xarici donorlardan qrant almasına çox böyük məhdudiyyətlər var. Əslində bunlar, "xarici agent" statusu olmasa belə, xarici donorların Azərbaycandakı fəaliyyətinə, hansısa layihələrinin həyata keçməsinə daha böyük məhdudiyyətlər qoyur".

Onun sözlərinə görə, amma qonşu ölkələrdə gedib "xarici agent" kimi qeydiyyatdan keçib normal fəaliyyət göstərmək olur: "Yəni xarici donorlardan məhdudiyyətsiz qrantların alınmasına imkan yaradılır. Amma bizdə həm xarici donorlar, həm onların fəaliyyəti, həm də qeyri-hökumət təşkilatlarının xarici mənbələrə çıxış imkanları məhdudlaşdırılıb".

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Turan-a deyib ki, Rusiyada qəbul edilən qanunun digər keçmiş sovet məkanına da yayılması praktikası mövcuddur. Onun fikrincə, mümkündür ki, həmin ölkələr xarici təsirlərdən, təhlükələrdən qorunmaq üçün belə addımları atıblar: "Amma bu məsələdən bəhs edərkən Avropa Birliyi arealında mövcud olan gerçəkliyi də mütləq müqayisəli şəkildə ortaya qoymaq lazımdır. "Yalnız sabiq sovet ölkələri belə edir", "bunu Rusiyadan nümunə kimi götürürlər", "Moskvanın onlar üzərində təsiri olması səbəbindən demokratiyalara, Qərb sisteminə qarşı koalisiyalar formalaşdırırlar"... - Bu qənaəti hasil edərkən əksini də mütləq söyləmək lazımdır".

Deputat vurğulayır ki, Avropa Birliyində xarici təsirlərə qarşı çoxlu qanunvericilik aktlarının qəbul olunduğunu bilirlər: "Bu barədə çoxlu nümunələr də gətirmək mümkündür. Xüsusən də onlar hansısa "saxta", başqa xarakterli informasiyalar adı altında arzuolunmaz saydıqları üçüncü sektor təmsilçilərini, o cümlədən, media quruluşlarının fəaliyyətini qadağan edirlər. "Russia Today" bir nümunədir, amma çoxlu sayda belə misalları gətirmək mümkündür".

Hafiz Həsənov sual edir: niyə QHT-lər xarici donordan qrant alanda casusluqda suçlanır, amma onlardan 10, 30 dəfə çox qrant alan hökumət qurumları ilə bağlı susurlar: "Yəni həmin donor eyni dövlət qurumuna və QHT-yə də qrant verirsə, burda nə məqsəd ola bilər? Eyni qrantdırsa, eyni layihədirsə, dövlət qurumuna təhlükə yaranmırmı?! Məncə, bunlar xoşagəlməyən hallardır və Azərbaycanı sivil dünyadan təcrid edir".

Deputat Zahid Oruc Azərbaycanda xaricdən qrant almağın vətənə və yaxud dövlətə xəyanət kimi qəbul edilmədiyini deyir: "Bilirəm ki, bu sualı verərkən abzas.net və ToplumTV platformalarını nəzərdə tutursunuz. Onların əksəri hər hansı bir layihə üzərindən xaricdən əldə etdikləri vəsaitlərin Gürcüstan və başqa ölkələrdə nağdlaşdırılması, onun da ölkəyə gətirilməsindən irəli gələrək məsuliyyətə cəlb olunublar. O cümlədən, çoxlu qeyri-siyasi qüvvələr bu qrantları almaqdadırlar, burada biz hakimiyyət və ona yaxın qüvvələri demirik. Müxtəlif mədəni, sosial, iqtisadi və başqa xarakterli mövzularda Avropa Birliyi hazırda külli miqdarda qrant layihələri həyata keçirməkdədir".

Deputat razılaşır ki, qrantların alınması, qeydiyyatdan keçirilməsi 2010-cu ildən sonra xeyli dərəcədə sərtləşdirilib: "Bu da öz-özlüyündə üçüncü sektorun inkişafına mənfi təsir etdi. Amma digər tərəfdən, hər hansı bir saytda, bilirəm ki, sputnik.az-da yayılan materiala görə "göstərişlər kənardan gəlir" qənaətini hasil edib tirajlayırlar. Bunun hansısa sübutlara dayanan mövqe olduğunu düşünmürəm. Lakin çox arzulayırıq ki, qarşılıqlı düşmənçilik mühitinin ortadan qaldırılması üçün vətən, dövlət ideallarını hər hansı siyasi maraqlara qurban vermədən qələbəmizə uyğun fəaliyyət məkanı yaransın. Azərbaycan insanı özünün mövqelərini, fəaliyyətini, fikir-söz azadlığını həyata keçirərkən bundan da yararlana bilsin".
pressklub
 
Ardını oxu...
Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir, 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır. Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir. Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır – kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var: Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni, hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı, təqribən, 2 qat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, Qazprom özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür.
Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi İrəvan alternativ qaz mənbəələri axtarır, İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər və İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir.
Bu kontekstdə Ermənistanın Azərbaycanda qaz almasına müsbət yanaşması maraqlı və doğru məsələdir – Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər. Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər.
Ermənistan, nəhayət ki, mifiq ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, "tarixi Ermənistanı" unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir – bunun üçün tarixi, unikal şans yaranıb.
Natig Cəfərli
TEREF
 
Ardını oxu...
Son dövrlərdə işçilərin əmək hüquqlarının məhdudlaşdırılması sahəsində - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarını müşahidə edirəm. Bu yöndə olan qərarlardan biri də-15 Aprel 2024-cü il tarixli Qərarıdır.
Məlumdur ki, AR Konstitusiya Məhkəməsinin Qərarı qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Bununla belə bu qərara, rəsmi olaraq təsir edə bilməsək də, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İB-nin hüquqşünası olaraq bildirirəm ki, bu ödəniş ilk görünüşdə: işçi ilə - işəgötürən arasında əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə ödənilən əməkhaqqı kimi görünsə də, məzmunca bu ödəniş işçinin Əmək müqaviləsi ilə təyin olunmuş əmək haqqı və ya onun tərkibinə daxil olan digər ödəniş deyildir, xitamla əlaqədar işçiyə əvəzödəmək məqsədi ilə verilən kompensasiya xarakterli bir ödənişdir və ya müavinətdir. Bu əsasdan da, yəni, işçiyə ödənilən bu ödənişlər - kompensasiya və ya müavinət xarakterli ödəniş olduğuna görə bu ödənişlərdən gəlir vergisinin tutulmaması daha ədalətli və qanuni olardı.
AR Konstitusiya Məhkəməsinin Qərarı:
Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğvedilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinətlər, kompensasiyalar və sair) hüquqi xarakteri və təyinatı baxımından Əmək Məcəlləsinin 175 -ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir.
Qərar,Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş bu əmək münasibətinə aiddir: İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
Azer Quliyev
TEREF
Ardını oxu...
“Qondarma erməni soyqırım abidəsinin, yaxud hər hansı bir subyektin ziyarət edilməsi heç bir halda məcburi ola bilməz. Dövlət səfərlərində ziyarət ediləcək məkanlar öncədən səfər edən və ev sahibi olan dövlətin protokola cavabdeh qurumları tərəfindən razılaşdırılır. Beynəlxalq təcrübədə bir dövlət başçısının səfər etdiyi ölkədə nəyəsə məcbur edilməsi kimi bir anlayış yoxdur, olması mümkün də deyil. Bu, xəstə erməni təfəkkürünün məhsuludur. Siyasətdən azacıq anlayışı olan, məntiqli düşünməyi bacaran istənilən insanın yanında bu barədə danışılarsa, ən yaxşı halda uğunub gedər”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirdi.

Qazaxıstan Prezidentinin “vasitəçilik” təklifinə gəldikdə, E.Mirzəbəyli vurğuladı ki, cənab Tokayev nə Bakıda, nə də İrəvanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılması prosesində ölkəsinin vasitəçiliyini təklif etməyib: “O, sadəcə ölkə ərazisini görüş üçün platforma olaraq irəli sürüb və qənətimə görə, bu təklif Azərbaycanın mövqeyi ilə heç bir ziddiyyət təşkil etmir. Düşünürəm ki, Qazaxıstan ərazisində ikitərəfli görüşün keçirilməsi və sülh müqaviləsinin imzalanması üçün bütün imkanlar var. Zənnimcə, bu, daha uyğun variantdır. Çünki Qərb-Rusiya qarşıdurmasında sülh müqaviləsi ilə bağlı həssas bir məsələni bu iki qütbün geosiyasi qarşıdurmasının elementinə çevirmək lazım deyil”.

Ermənişünas alim Qafar Çaxmaqlı isə dedi ki, Tokayevin Azərbaycan Ermənistan danışıqlarında vasitəçilik təklifi Ermənistanda müzakirə edilir:

“Buna daha çox Qərblə Rusiya arasında gedən rəqabət kontekstində baxılır, yəni bu məsələdə hər iki qütbdən imtina edilməsi variantı kimi Rusiyanın önərisi kimi qələmə verilir. Amma Qazaxıstanın Azərbaycanla yaxın münasibətlərindən müəyyən narahatlıqlar var, çünki Türk Dövlətləri Təşkilatının üzvü və Türk dövləti olan Qazaxıstanın bitərəf qalacağına əminlik yoxdur. Amma Ermənistan rəhbərliyinin hansısa Avropa dövləti yerinə Qazaxıstanı seçəcəyi ehtimalı çoxdur. Tokayevin səfərinin yalnız bununla bağlı olduğunu söyləmək çətindir”. Q.Çaxmaqlı bildirdi ki, Qazaxıstan da Zəngəzur yolunun açılmasında maraqlıdır və vasitəçi kimi bu işin həllinə girişmək onun dövləti maraqlarına kömək edərdi: “Azərbaycan açısından bu məsələdə heç bir problem olmayacağını qazax yetkililər bilirlər və bölgədə sülhün təmin olunmasına Qazaxıstanın imzasının olması həm bu dost ölkənin imicinə və TDT-na əlavə dividentlər gətirərdi. Azərbaycan ikirərəfli təmaslar tərəfdarıdır, amma elə məsələlər var ki, orada arbitr olmalıdır. Qazaxıstanın vasitəçiliyi yaxşı seçimdir”.
 
Ardını oxu...
ADA Universitetində keçirilən forum böyük maraqla qarşılanıb
Aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı
ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq
forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edərək geniş
məzmunlu çıxış edib və tədbir iştirakçılarının suallarını cavablandırıb.
Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində keçirilən
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq
forumda çıxışı, həmin tədbir də aparılan müzakirələr regionun və bütün
dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin
gələcəyi üçün çox əhəmiyyətli oldu. Beyin mərkəzlərinin iştirakı ilə keçiriən
diskusiyalar, Azərbaycan Prezidentinin də haqqında danışdığı məsələlər
payızda keçirilməsi nəzərdə tutulan COP - Tərəflərin Konfransının
tövsiyələrinə uyğun idi. Bütün müzakirələr bütövlükdə dünyaya çağırış,
ayrı-ayrı qütblərdə, qitələrdə baş verən hadisələrin bütün bəşəriyyət üçün
acı nəticələrin baş verməməsi üçündür. Qlobal istiləşmə tempini səngitmək,
qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və
2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq əsas məqsəddir.
Əsas diqqəti COP29-a yönəldən Prezident İlham Əliyev bu mötəbər
tədbirin Azərbaycanda keçirilməsinin önəmindən danışaraq deyib: "COP29
haqqında danışsaq, əlbəttə ki, bu, Azərbaycana olan beynəlxalq
ictimaiyyətin böyük hörmət və dəstəyinin təzahürüdür. İqlim dəyişiklikləri
məsələlərinin həlli baxımından biz həqiqətən istərdik ki, COP29 uğurla
keçsin".
COP29-un Azərbaycan üçün fürsət olacağını diqqətə çatdıran
Prezident İlham Əliyev bildirib: "Bizim dünyaya söyləyəcəyimiz məsələlər
çoxdur. Həqiqəti söyləmək imkanımız var. Hesab edirəm, ev sahibi ölkə
olmağın üstünlüklərindən biri ondan ibarətdir ki, biz on minlərlə insanı qəbul
edəcəyik. Onların əksəriyyəti ölkəmizə ilk dəfə səfər edəcək. Biz öz
sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim
etmək fürsəti kimi baxırıq. Əslində, bu vacibdir. Biz buna həm də ən
təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi
baxırıq".
Ölkəmizin iqtisadi uğurları barədə məlumat verən dövlətimizin başçısı
qeyd edib ki, Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və
hətta böhran vəziyyətində də dayanıqlı artım göstərib. Prezident İlham
Əliyev Azərbaycanın xarici borcunun çox aşağı - hətta hazırda ümumi daxili
məhsulun 8 faizindən də az olduğunu diqqətə çatdırıb.
Regionda sülhün əldə olunması üçün atılan addımlardan danışan
Prezident İlham Əliyev qeyd edib: "Hazırda unikal şans yaranıb. Biz
bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz
müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim
bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb.
Biz bunu edirik".
Dövlətimizin başçısı bu prosesdə COP29-un əla fürsət olduğunu
vurğulayıb. Bildirib ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı
məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək
əməkdaşlığa yol açacaq.
Bölgədə sabitliyin pozulması cəhdlərinə də toxunan dövlətimizin
başçısı vurğulayıb: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə
qarşı silahlandırır, biz oturub gözləyə bilmərik. Özü də onlar bunu açıq və
nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nəyi isə
sübuta yetirsinlər. Biz, sadəcə, oturub gözləyə bilmərik. Biz bu mövqeyi
açıq şəkildə Ermənistan hökumətinə və bu gün Ermənistanın qayğısına
qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək,
biz ciddi tədbirlər görməli olacağıq".
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, o
cümlədən Qazaxın dörd kəndinin dinc yolla qaytarılması sülh üçün yaxşı
imkan yaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl
Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza
prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini
davam etdirməyə hazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa
etdik və indi regionda düşmənçiliyə son qoymaq vaxtı yetişib. Ermənistan
da sülh üçün iradə nümayiş etdirmələri, üçüncü qüvvələrin diqtəsi ilə
hərəkət etməməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
 
 
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın keçdiyi siyasi təkamül yolu maraq doğurur. Bəzi qüvvələr bu təkamülə sevinir, bəziləri təəccüblənir, nəhayət, bəziləri narazı və qəzəblidirlər.

Sözsüz ki, qəzəblənənlər siyahısına Rusiya hakimiyyəti və onun Ermənistandakı forpostu sayılan qüvvələr başçılıq edir. Paşinyanın təkamülü onları qətiyyən qane etmir, hətta onlar üçün təhlükəlidir. İnsaf naminə qeyd etmək lazımdır ki, Moskva hələ ilk gündən Paşinyanın təhlükə olduğunu anlamışdı və buna görə də onun baş nazir olmaması üçün əlindən gələni edirdi. Amma alınmadı.

Nikol Paşinyanın siyasi təkamülündən qəzəblənən qüvvələr arasında Qərbdəki erməni diasporunu da göstərmək lazımdır. Baş nazir onların uydurma “Böyük Ermənistan” planlarına qətiyyən uyğun gəlmir, Qarabağ itirilib, Paşinyan erməniləri tamamilə fərqli istiqamətə aparır.

Amma maraqlıdır ki, diasporun geniş şəkildə təmsil olunduğu və meydan verildiyi Qərb hakimiyyət dairələrində bu təkamül razılıqla qarşılanır. Niyə də yox? Ermənistan baş naziri ölkəni Rusiyanın ağuşundan çıxarır, üzünü Qərbə tərəf çevirir. Uzun müddət Qərbin Qafqaza girməsi yolunda maneə olan Qarabağ problemi həll olunub, ABŞ-ın da, Avropanın da, Çinin də marağında olduğu “Orta dəhliz” açılır.

Ermənistanda əhali həm sevinir, həm heyrətlənir, həm də qəzəblənir. Ona görə heyrətlənir ki, Paşinyanın gəlişi özü ilə erməni cəmiyyəti üçün öyrəşmədiyi demokratiya, azadlıq gətirib. Ona görə sevinir ki, ölkə Rusiya buxovlarından azad olur, iqtisadi dirçəliş var. Nəhayət, nə qədər absurd olsa da, eyni zamanda ermənilərin də qollarına vurulan qandal rolunu oynayan Qarabağ problemi hansısa formada həll olunur. Amma həm də ona görə qəzəblidirlər ki, Qarabağ problemi onların istədiyi formada həll olunmayıb və artıq geri dönüş yoxdur...

Bu fərqli münasibətin kökündə nə durur və ümumiyyətlə, Paşinyanın siyasəti nədir? Bunun üçün ən azı, onun son olaraq Britaniya mətbuatına verdiyi müsahibəsindəki bəzi məqamlara göz ataq:

- Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik və bu, təhlükəsizlik risklərinin minimuma endirilməsi nöqteyi-nəzərindən çox mühümdür.

- Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağıldığı dövrdə mövcud olan sərhədləri bərpa etmək lazımdır.

- Əslində biz Qərbdən heç vaxt uzaq olmamışıq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır. Diversifikasiya məsələsi də var ki, bu da öz növbəsində səbəb deyil, nəticədir. Onu da qeyd edim ki, diversifikasiya hazırda dünyadakı tendensiyadır.

- İstənilən investisiya sülh tələb edir, o cümlədən regional kontekstdə. Biz Azərbaycanla son beş ayda iki mühüm razılaşma əldə etmişik. Sülh ilk növbədə Ermənistan və Azərbaycan xalqlarına lazımdır.

- Biz Azərbaycanla razılığa gəldik ki, delimitasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsini qəbul edirik.

- Alma-Ata Bəyannaməsinə əsasən, orada qeyd olunan sərhədlər həm də KTMT-nin məsuliyyət zonası hesab edilir. Bu o deməkdir ki, əgər sərhədlər pozulursa, o zaman KTMT mexanizmləri işə salınmalıdır. Lakin bu cür hallar baş verəndə Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiyası aparılmadığına görə heç bir cavab almayıb.

- Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq və vəziyyət belə davam edərsə, geri dönüşü olmayan həddə çata bilərik.

- Bu yaxınlarda Dağlıq Qarabağdan olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu.

Mən indiki vəziyyəti, dünyadakı situasiyanı və Azərbaycanın mövqeyini nəzərə alaraq, səmimi cavab verdim ki, bu, hazırda mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.

- Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir.

- Son beş ayda Azərbaycanla mühüm razılaşma əldə olunub və bu, sülhün ilk benefisiarlarının Ermənistan və Azərbaycan xalqları olduğunu göstərir. Bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər.

- Ermənistanın heç bir istiqamətdə - nə şimalda, nə cənubda, nə qərbdə, nə də şərqdə 29 743 kv.km-dən artıq əraziyə ambisiyaları yoxdur. Hesab edirik ki, müstəqilliyimizi, suverenliyimizi bu əsasda qurmalı və inkişaf etdirməliyik.

- Əslində bizim regionda münasibətlərin diversifikasiya siyasətinə Rusiya başlayıb və bu siyasətin konkret tarixi var. 2012-2013-cü ilə qədər siyasət Ermənistanın Rusiyanın Cənubi Qafqazda və KTMT çərçivəsində müttəfiqi, Azərbaycanın isə tərəfdaş olmasından ibarət idi. 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlıq silah müqaviləsi imzalandı və Rusiya Azərbaycanla münasibətlərini diversifikasiya etməyə başladı.

- Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

- Bu proses üç əsas prinsipə əsaslanmalıdır: qarşılıqlı şəkildə suverenliyin tanınması, delimitasiya prosesi üçün əsas kimi Alma-Ata Bəyannaməsindən istifadə və müvafiq ölkələrin yurisdiksiyası əsasında nəqliyyat marşrutlarının açılması.

Paşinyanın son açıqlamaları, siyasi təkamülü belədir. Və sual yaranır: Azərbaycanda onun bu təkamülünə münasibət necədir və ümumiyyətlə, necə olmalıdır?

Baş nazir müsahibəsində bir çox başqa məsələlərə də toxunub. Onların arasında Azərbaycan tərəfini qane etməyən məqamlar, uydurma iddialar da kifayət qədərdir. Və bu zaman unutmaq olmaz ki, Paşinyan hər şeydən öncə erməni xalqını təmsil edir və onun başçılıq etdiyi ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Özü isə hakimiyyətə gəldiyi ilk vaxtlarda Xankəndinin mərkəzində “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxsdir.

Amma bu təkamül əslində bizi narahat etməməlidir və qane edir. Paşinyanın yerinə daha arzuedilməz, proqnozlaşdırılması mümkün olmayan, ya da hansısa beynəlxalq güc mərkəzinə daha sıx bağlılığı olan başqa şəxs gələ bilər(di). Etiraf edək ki, bu zaman Azərbaycana qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün daha çox zaman və güc lazım gələrdi.

İndi isə Paşinyanın özünün şəxsi keyfiyyətləri, beynəlxalq güclərin onun qulağına pıçıldadığı həqiqətləri qəbul etmək bacarığı, eləcə də başı üzərində daim sıxılmış halda dayanan yumruğun ağır fəsadlarını öncədən görə bilməsi bu prosesi asanlaşdırır.

Press Klub

Dünyapress TV

Xəbər lenti