Uzağa boylanan başçının YAXINI GÖRMƏMƏZLİYİ... -
Alimpaşa Məmmədov həbs olunanda şəmkirlilər "canımız qurtardı" deyib dərindən köks ötürdü. Çünki adam aşıq-aşkar psixi çatışmazlığı olan birisi idi. Bundan o tərəfəsi olacaq adam yox idi. Amma yazıq cammat nə biləydi ki, sevincləri gözlərində qalacaq; və yeni gələn icra başçısı Rəşad Tağıyev, Alimpaşanın ölənlərinə rəhmət oxutduracaq.

***
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1680006540_7.jpg

Rəşad Tağıyevin rayona gələn kimi ilk işi Şəmkirin "gül kimi"asfalt yollarını qaşıtdırıb yerinə təzəsini tökmək oldu. Daha sonrasa kanalizasiya, qaz və başqa xətlərin yeniənməsi və.s. Halbuki rayon mərkəzindəki həmin küçələrdəki bu " yenidənqurma" işlərini bir-neçə il əvvəl Almpaşa Məmmədov, ondan bir-neçə il əvvəlsə Nazim Veysov tərəfindən "uğurla" həyata keçirilmişdi. Bu isə təzə başçının köhnə qurdlardan heç nə ilə fərqlənməyəcəyini elə ilk günlərdən agah elədi. Çünki rayon ərazisində yol, işıq, qaz problemi yaşayan 10-larla kənd var. Açın "Yutube"da baxın. Görün rayonun əksər kəndləri nə gündədir. Tək yollar deyil, kəndlərdəki uşaq bağçaları, məktəb və kitabxanalar bərbad vəziyyətdədir. Əvəzidə isə rayon büdcəsinə ayrılan pullar yalnız rayonun mərkəzi küçələrinin yenilənməsinə sərf edilir. Bu da təbii ki, yerli əhalidə haqlı olaraq qıcıq yaradır. ***
Bir sözlə desək Rəşad Tağıyevin fəaliyyəti imitasiyadan o yana keçmədi. Onun gündəlik fəaliyyəti yanına bir fotoqraf alıb Şəmkirin kəndlərinə yollanmaq, camaatı işindən edib hansısa akt zalına toplayıb guya ki, "başçı işləyir" görüntüsü yaratmaqdan ibarət oldu. Axşam isə həmin görüşdən çəkilmiş fotoları İH-nin saytında yerləşdirmək, "trol"lara isə statusun altinda bər-bəzəkli kommentlər yazmaq tapşırığı vermək oldu. Bəs əslində nə baş verir?

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1680006548_2.jpg***
Hər görüşdən əvvəl İcra başçısı kəndin "Şəhidlər abidəsi"ni və ya qəbləri ziyarət edib gül dəstəsi qoyur. Halbuku rayonda tikilən "Şəhid bulaqları" və ya abidələr yerli camat və ya iş adamlarının vəsaiti hesabına həyata keçirilib. Vaxtı ilə Şəmkirin ayrı-ayrı yerlərində inşa olunmuş "Şəhidlər abidəsi "isə bərbad gündədir. İtlərin və narkomanların toplaşdığı məkana çevrilib.Və dəfələrlə bu məsələ mediada işıqlandırılsa da rayon rəhbərliyi heç bir tədbir görməyib. Heç kosmetik təmir işləri belə aparmaqda maraqlı olmayıb. Əvəzindəsə az qala hər həftə guya ki, şəhid qəbirləri və ailələri ziyarət olunur, problemləri ilə maraqlanır görüntüsü yaradılır. Rəşad Tağıyevin paylaşdığı fotolardakı insanların bir çoxu ilə əlaqə saxlayıb nəticəsi ilə maraqlanmışam. Cavab eyni olub- "heç nə. Yəni çay içib, şəkil çəkdirib getdi". Başçının "sakinlərlə görüşdən" səxavətlə paylaşdığı fotolardakı insanlarla da əlaqə saxlamışam. Onlar da eyni sözü deyir: " nə deyirksə cavab bir olur-" bu məsələ bizim səlahiyyətimizdə deyil; ya da ki, "hələlik büdcəmizdə pul yoxdur. Amma məsələni diqqətdə saxlayacayıq". Vəssalam.*** Rəşad Tağıyev Qazi adından da sui-istifadə edir. Guya ki, onları tez-tez qəbul edir, problemləri ilə maraqlanır. Əslində bu da fotolar çəkdirmək, saxta görüntü yaratmaqdan o yana keçmir. İH-nin saytından götürdüyüm fotoya diqqət edin.

b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1680006549_1.jpg
Qazilərdən biri görüşə rezin çəkələtlə gəlib. Bu bir rəzalətdir! Hamıya məlumdur ki, insanlarımız harasa gedəndə evdəki paltarlarından ən təzəsini geyinib gedir. Fotoya diqqət edəndəsə görünür ki, Qazilərimiz Başçı ilə görüşə (havanın isti olmasına baxmayaraq) əksəriyyəti qış geyimində, biri isə çəkələtdə gəlib. Necə deyərlər sözün bitdiyi an... //protest.az//

DAVAMI MÜTLƏQ OLACAQ...
 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti