Putin Quru Qoşunlarının baş komandanını vəzifəsindən AZAD ETDİ
Rusiya prezidenti Vladimir Putin general Oleg Salyukovu Quru Qoşunlarının komandanı vəzifəsindən azad edərək, onu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini təyin edib.

Müvafiq sərəncam mayın 15-i axşam saatlarında dərc olunub.

Hazırda Quru Qoşunlarına kimin rəhbərlik edəcəyi ilə bağlı rəsmi məlumat verilməyib.

Oleg Salyukov 2014-cü ildən bəri həm Rusiya Quru Qoşunlarına, həm də Moskva qarnizonuna rəhbərlik edirdi. O, həmçinin 2014–2025-ci illər arasında hər il 9 mayda Moskvada keçirilən hərbi paradlara komandanlıq edib.

Mayın 21-də generalın 70 yaşı tamam olur. Rusiya qanunvericiliyinə əsasən, bu yaş hərbi xidmətdə son yaş həddi sayılır. Yalnız prezidentin xüsusi qərarı ilə bu müddət uzadıla bilər.

Qeyd edək ki, Salyukov Ukraynadakı müharibəyə görə Qərb ölkələrinin sanksiyalarına məruz qalan rus generallarından biridir.

2024-cü ildən Təhlükəsizlik Şurasının katibi vəzifəsini keçmiş müdafiə naziri Sergey Şoyqu icra edir. Onun bir neçə müavini var.

Dünyapress TV

Xəbər lenti