"Hizbullah" və SEPAH arasında təhlükəsizlik narahatlığı: İran geri addım atır?Yaradılıb 16.05.2025 09:21 | Baxış sayı: 22"Hizbullah" nümayəndələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitlərinin ölkədən çıxarılmasını tələb ediblər.Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.Bildirilib ki, "Hizbullah"ın bu istəyinin səbəbi SEPAH zabitlərinin İsrail tərəfindən qətlə yetirilmə ehtimalı ilə bağlı narahatlıqdır.Məlumata görə, Tehrana təzyiq göstərmək və Vaşinqtonla Tehran arasında danışıqlar prosesini pozmaq məqsədilə sui-qəsdlər ola bilər.İsrailin Baş naziri Benyamin Netanyahu ötən günlərdə İranın nüvə proqramının irəliləməsinin qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb.Qeyd olunub ki, hazırda SEPAH zabitləri ciddi təhlükəsizlik tədbirləri altında Livandan kənara köçürülürlər. Facebook-da paylaş