Xronika: Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək  VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ermənistan mediasında Qərbi Azərbaycanla bağlı sensasiya doğuran məqalə" adlı süjetdə Zəngəzur məsələsindən və azərbaycanlıların doğma yurda qayıdış reallığından bəhs olunub.

Bildirilib ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyana azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı konkret və təfərrüatlı layihə təqdim edib: "Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti gizlətməyə çalışsa da, azərbaycanlıların qayıdışı danışıqların ən mühüm bəndlərindən biridir. İndi, bu, zarafat kimi səslənə bilər, lakin zamanla zarafat olmadığını anlayacağıq. Artıq dövlət liderlərinin masası üzərində sənədlər var və azərbaycanlıların qayıdışı ilə bağlı Paşinyana təqdim edilən təklif yox, konkret və təfərrüatlı layihədir. Bu layihənin yaxın zamanda həyata keçirilməsi nəzərdə tutulur. Ermənistan hakimiyyəti bu məsələ ilə bağlı minimal bəyanatlar verir. Prezident İlham Əliyevin israrla Qərbi Azərbaycandan danışması, 300 min insanın qayıdışından bəhs etməsi təsadüfi deyil və bu qayıdış Ermənistanın süqutu deməkdir".

Məqalədə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına, azərbaycanlıların qayıdışı proqramının Bakının əsas hədəfi olduğuna nümunə kimi Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransda səsləndirdiyi fikirlərə, eləcə də Zəngəzurda planlaşdırılan addımlara da toxunulur: "Həm dəhliz açılacaq, həm də burada xarici qüvvələr tərəfindən qorunan azərbaycanlıların yaşadığı böyük eksklav yaradılacaq. Bu ərazilər yalnız sözdə "Ermənistan" adlandırılacaq. Lakin məsələ təkcə Zəngəzurla məhdudlaşmayacaq. Azərbaycanlılar tarixi torpaqları hesab etdikləri digər ərazilərdə də kompakt şəkildə yaşayacaqlar. Azərbaycanın bu planı Ermənistan hakimiyyəti tərəfindən həyata keçiriləcək. Paşinyanın hazırda əsas problemi Ermənistan cəmiyyətini bütün bunların zəruriliyinə inandırmaqdır. Hətta Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək".

Sonda vurğulanıb ki, Ermənistan mediasında sensasiya sayılacaq bu məqalənin dərc edilməsi təsdiqləyir ki, artıq erməni ictimaiyyətinə azərbaycanlıların tarixi torpaqlarına qayıdacağı ilə bağlı müəyyən məqamlar bəllidir və bu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşacağı günün uzaqda olmadığını da təsdiqləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 

Bölmənin digər xəbərləri

16 May 2025 Tramp: Putinlə görüşüm olmadan Ukrayna ilə bağlı danışıqlarda irəliləyiş mümkün deyil
16 May 2025 Tramp BƏƏ-də BU RƏQSLƏ qarşılandı - VİDEO
16 May 2025 PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
16 May 2025 Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
16 May 2025 Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb

Dünyapress TV

Xəbər lenti