2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.

Məlumat üçün qeyd edək ki, bu barədə mediada dəfələrlə yazılsa da, Ə.Əzizov “Dədəm mənə “kor” deyib, “gəlib-gedəni vur” deyib” prinsipi ilə nə sakinlərin narazılığını saya salır, nə də onu bu vəzifəyə təyin edən edən dövlət başçısının qəzəbinə tuş gələcəyindən qorxur.

Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əzəiz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, cumhuriyyrt.az bildirir ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb. Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün yağışdan sonra çıxan göbələklər kimi yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.

Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından qısa müddət sonra təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib. Yerli sakinləri
cumhuriyyet.az-a bildirdiyinə görə, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub. Buranı zəbt edilməsinə göz yuman Ə.Əzizov orada hələ sovet dövründn qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratması olub. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində “İrşad telekom” və “Araz” supermarketi yerləşir.

Ə.Əzizovun növbəti tikinti əməliyyatı Yeni Günəşli qəsəbəsi AB massivi 50v binanın qarşısında baş verib. Belə ki, 40 ildir burda yaşayan sakinlər binanın qarşısında tikilən obyektlərə görə gün işiğına həsrət qalıblar. Deyilənə görə icra başçısı aparılan tikinti işlərinin şəhid abidəsi ilə bağlı olduğunu deyərək sakinləri aldadıb. Onu da qeyd edək ki, eyni ərazidə 9 ay öncə eyni binanın qarşısında 3 mərtəbəli obyekt inşa edilib. Bunadan hündürdə tikilən obyekt evləri qaranlığa qərq etmək və havalandırmanın qarşısını almaqla yanaşı kanalizasiya və çirkab sularının da binanın özülünə axıdır. İndi isə baş vermiş qanunsuzluğa etiraz edən sakinlər iş yerlərindən çıxarılmaqla təhdid edilir:

 

 

 
smartbee.png
 
 
 
 
 
 

Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin etməsidir. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti