Bakıda ən çox Nəsimi rayonunda kafelər qanunları pozur… - Rövşən və qardaşına məxsus kafe-yeməkxana məktəbin ərazisini zəbt edib…
Bu qardaşlara qarşı niyə tədbir görülmür..?
Paytaxt Bakı şəhərində fəaliyyət göstərən kafe-restoranlar, şadlıq evləri son illər ciddi problemə çevrilib. Problem bu ictimai iaşə müəssisələrinin ətraf mühit üçün yaratdığı ekoloji problemlərlə yekunlaşmır. Hətta yaşıllıqların qırılması, müştərilərə keyfiyyətsiz xidmət, vergidən yayınma və s kimi problemlərlə də məsələ bitmir. Bəzən bu kafe və restoranlar qanunsuz olaraq ətrafdakı əraziləri zəbt edir, qanunsuz inşaat işləri aparırlar. Bütün bu problemlər azmış kimi müştərilərə verilən ərzaq və qida məhsulları da keyfiyyətsiz və vaxtı keçmiş olur. İnternet üzərindən xırda bir araşdırma zamanı məlum oldu ki, belə kafe və restoranlar, ictimai iaşə müəssisələri Nəsimi rayonu ərazisində daha çoxdur.
Məsələn bir müddət öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) tərəfindən qanunvericiliyin tələblərinə nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər keçirilib.
Təsəvvür edirsiniz, nəzarət tədbirləri çərçivəsində ölkə üzrə 300-dən artıq ictimai iaşə obyektində 614 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ən dəhşətlisi odur ki, qanunvericiliyi pozan kafelərin xeyli hissəsi Nəsimi rayonu ərazisindədir. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələrindən biri də Bakı şəhəri, Nəsimi rayonunda Rövşən adlı fiziki şəxsə məxsus kafe-yeməkxanadır.
Ən maraqlısı odur ki, digər kafelər barəsində ciddi və ən sərt tədbirlər görülsə də Rövşənə və qardaşına məxsus kafeyə qarşı ciddi tədbir görülməyib. İstər-istəməz ortaya sual çıxır ki, görəsən, Rövşənin və qardaşının arxasında kim durur ki, bu qardaşlara gözün üstə qaşın var deyən yoxdur. Görəsən, bu qardaşların vergidən yayınması, qara mühasibatlığı və digər neqativ hallar İqtisadiyyat Nazirliyi tərəfindən niyə yoxlanılmır..?
Bütün bunlar azmış kimi Rövşən və qardaşına məxsus yeməkxana-kafe ətrafdakı əraziləri, hətta məktəbin ərazisini də zəbt edə-edə gedir.
Sakinlər deyir ki, bu qardaşların qarşısını alan olmasa, bunlar Nəsimi rayonunu zəbt edəcəklər. Biz yazdıq, ictimailəşdirdik. İndi növbə müvafiq dövlət qurumlarınındır.
Xatırladaq ki, Rövşən və qardaşı bir müddət öncə, İrandan Azərbaycana gəliblər.
gundelik baki.com

 

Bölmənin digər xəbərləri

16 May 2025  'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
16 May 2025 “İCRA BAŞÇISI MƏNİ TƏHDİD EDİR” - Beyləqan sakini: “Arzu Bəndəliyev prokurorluqda dedi ki, bu pulu tək mən götürməmişəm, Əziz Əzizovun xəbəri var”
16 May 2025 "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
16 May 2025 Nərimanov rayonunda ağacları kəsən "Ailə Park"ın rəhbəri Hüseyn Mədətov sakinlərin evlərinə də uçurub VİDEO
15 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir? İDDİA
15 May 2025 Sürücü Binəqədi DYP-dən nazirliyə şikayət etdi
15 May 2025 Yasamalda növbəti qanunsuz tikinti – Video
15 May 2025 Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - VİDEO
15 May 2025 Mərkəzi Klinikada Qazini pul verməsə müayinə etməyəcəklərini deyiblər.... ŞİKAYƏT
15 May 2025 Nəsimidə özbaşınalıq: Zahid Xəlilov “Çinar” kafesində qanunsuz tikintiyə icazə verib – VİDEO
15 May 2025 Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
15 May 2025 Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...

Dünyapress TV

Xəbər lenti