Ardını oxu...

DogruXeber.az: - Bir neçə ay bundan öncə işində nöqsanlar buraxdığına görə, Samux Suvarma Sistemləri İdarəsinin rəisi işdən azad olundu.

Çox keçmədi ki, yeni rəis idarəyə təqdim olundu və işə başlayan kimi yarım milyonluq tender elan etdi.

Güya ki, Tatlı arxının, nəqliyyat vasitələrinə, torpaqqazan mexanizmlərin ehtiyyat hissələrinə, subartezianların təmirinə və s. Dövlət büdcəsindən, tender elan edərək, 417 min manat maliyyə əldə olunub.

Sözügedən və adı çəkilən təmirdə kəndlərin su sistemlərinin nə qədər təmir olunması, alınan malların həqiqəti doğrultması sual altındadır.

Aşağıda Tenderlərin siyahısını tqdim edirik:

Məbləğ: 119.736.63 AZN
"AZAM GROUP"MMC
Tatlı arxının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalması.
Nizamnamə kapitalı 10.00 azn, Qanuni təmsilçi Əhməd Mehtiyev Ramazan oğludur.

Məbləğ: 39.400 azn
"DREAM HOUSE CONSTRUCTİON" MMC
Layihə -smeta sənədlərinin hazırlanması işlərinin satınalınması
Nizamnamə kapitalı: 520.00 azn, Qanuni təmsilçi Vahid Çələbiyev Rövşən oğlu.

Məbləğ: 47.995.32 azn
"AVTO TEXNİKA DETALİNG" MMC
Nizamnamə kapitalı: 20.00 azn Qanuni təmsilçi Teymur Müslümov Əkrəm oğlu.

Məbləğ: 210.000
"AZƏRTRANSS" MMC
Nizamnamə kapitalı: 20.00 azn, Qanuni təmsilçi Adil Qasımov Məmməd oğlu.//Hurriyyet.az

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Bu Neftçala rayon İcra Hakimiyyətinin başçısı QAZİ DÜŞMANI Mirhəsən Seyidovdu. Bunun Qazilərə "göstərdiyi qayğı" Qazilər üçün problem yaratmaqdan ibarətdir. Qazilərə əkin üçün verdiyi torpaq sahəsini əllərindən almaq üçün, öncə çobanların qoyun sürülərinə otlatdırıb, onları məhkəməlik etmək, verdiyi torpaq sahəsin sonradan Qazilərldən alıb Şəhid ailəsinə verib, onları üz-üzə qoymaqdır.
TEREF yazır ki, bunu Qarabağ Qaziləri İctimai Birliyinin üzvü qazi Mübariz Abbasov öz sosial şəbəkə profilində paylaşıbş Daha sonra Mübariz bəy yazır:
Bu şəxs Dövlətin buna verdiyi vəzifəsindən sui istifadə edərək, Dövlət idarəsini özü üçün, istirahət mərkəzinə, ticarət abyektinə çevirib.
Biz Qazilər torpaq üstündə yatıb, düşmanla topqar uğrunda dava edəndə bu uşaq idi, isti beşiyində yatırdı, sosqa davası edirdi. İndi böyüyüb kişi olub Qaziləri saymır. Altı aydır atası yaşında Qazilər bunun qəbuluna düşə bilmir, kişinin Qaziləri qəbul etməyə vaxtı olmur. Əslinə qalanda isə Qazilərə yaşatdığı problemlərə görə, qarşılarına çıxmağa cürəti çatmır.
Bidə ki, hardan vaxtı olsun, başı qarışıb Qazilərə verdiyi torpağı onların əllərindən almağa, torpağ ticarəti edib sərvət toplamağa.
Necə deyərlər belə bir məsəl var, əziyyətin çəkən Hüseyin xan, keyfini görən Həsən xan. Bizim işimizdə ona dönüb. Torpağ uğrunda sağlamlığını itirən Qazilər, topağdan yararlanan, sərvət qazanan Mirhəsən.
Mübariz Abbasov
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF

 
Ardını oxu...
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir.

Rayondan "DİA-AZ"a daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir.

Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər.

Məlumatlı mənbə iddia edir ki, Elşən Salahovun adından əsas işləri Zaur Əliyev görür. Mənbə daha sonra bildirir:

"Elşən Salahov özünü təriflətməkdənsə, problemləri həll etsin... İşini-gücünü buraxıb özünü yalandan Tik-tok-da tərifləyir. Amma hamı yaxşı bilir ki, tərifləyənlər trollardır. Elə cənab Prezident də bunu bilir və görür. Yəqin ki yaxın günlərdə Xəzər rayonunda başçı dəyişikliyini hər kəs görər..."
 
Ardını oxu...
13.12.2024-cü il tarixində bir qrup sakin tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Nizami rayonunda - “Kapital bank”ın Nizami filialı ilə üzbəüz, Heydər Əliyev parkında gecə ilə oturacağı çıxarıb, yerinə “karusel” yerləşdiriblər:

“Biz sakinlərin tək istirahət yerimiz olan bu parkı da əlimizdən almaq istəyirlər. Onlar pul qazanacaq deyə biz sakinlər zülm çəkməliyik?! Belə getsə, tezliklə bizim kimi yaşlı adamlar üçün tək istirahət yeri ancaq mənzilimizin eyvanı olcaq.

Oturacağı çıxarıb, gecə ilə parka “karusel” yerləşdiriblər. Yəni oturacaqların sayını azaltmaqla, orta və yaşlı nəsillərin parkdan ayağını kəsirlər. Axı, bu qədərdə olmaz.

Ən maraqlısı isə odur ki, bu “karusel” işə düşən zaman oradakı ağaclar ona mane olacaq. Nəticədə isə, fürsətdən istifadə edib, bu ağacları da gedər-gəlməzə göndərəcəklər.

Şübhəsiz, bu cür özbaşınalıqlar Nizami rayon İcra Hakimiyyətinin razılığı ilə olur. Nizami rayon İcra Hakimiyyəti və Nizami Bələdiyyəsi öz maddi maraqları üçün biz yaşlıları parkdan didərgin salırlar.

Hörmətli redaksiya, sizdən xahiş edirik, bu müraciəti işıqlandırın, bəlkə istirahət parklarını qazanc yuvasına çevirənlərə qarşı bir tədbir görülə”.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi, zənglərimiz yenə cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...

 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda yenidən qalmaqallı hadisə baş verib. Daha əvvəl də məlumat verdiyimiz kimi, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarovun təzyiqlərinə məruz qalan qadın əməkdaşın səhhəti kəskin pisləşib və iş yerində ona təcili yardım çağırılıb.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, qadın əməkdaş bir həftə evdə xəstə yatdıqdan sonra yenidən işə qayıdıb. Lakin elə ilk gündən Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və şöbənin digər əməkdaşı Adilə Ağabəyova həmin şəxsə ardıcıl təzyiqlər göstərərək, ondan əvvəlki məlumatlara dair “təkzib məktubu” imzalamasını tələb ediblər. Qadın əməkdaş bu tələbə qəti şəkildə etiraz edərək, “Bu mənim başıma gəlib, necə deyim ki, olmayıb?” deyə cavab verib. Onun bu mövqeyi gərginliyi daha da artırıb. Ardınca sözügedən rəhbər şəxslərin qadın əməkdaşa qarşı otaqda mütəmadi sataşmalar, dedi-qodular və psixoloji təzyiqlər göstərdikləri bildirilir.
Nəticədə əməkdaşın səhhəti yenidən ağırlaşıb, o, infarkt riski ilə təcili xəstəxanaya yerləşdirilib. Bir neçə tibb müəssisəsi xəstəni qəbul etməkdən imtina etsə də, nəhayət, Mərkəzi Klinik Xəstəxana onun müalicəsini öz üzərinə götürüb. Yaxınlarının sözlərinə görə, qadın əməkdaş son anda ölüm təhlükəsindən qurtulub, əməliyyat olunduqdan sonra evə buraxılıb.
Əməkdaşın ailəsi hazırda “qəsdən sağlamlığa zərər vurma” maddəsi üzrə məhkəməyə müraciət etməyi planlaşdırır. Lakin qadın özü bu addımı atmaqda tərəddüd edir, çünki işdən qovulmaq və dolanışığından məhrum olmaqdan ehtiyatlanır.
Son dövrlərdə Tarix və Etnologiya İnstitutunda qeyri-sağlam iş mühiti, əməkdaşlar arasında təkrarlanan qarşıdurmalar və rəhbərliyin qeyri-etik davranışları adi hala çevrilib. Bu kimi qəsdən təzyiq, qısnama və şəxsi hücum faktları institutun idarəetmə sistemində ciddi çatışmazlıqları üzə çıxarır, akademik mühitin nüfuzuna və elmi fəaliyyətin keyfiyyətinə ciddi zərbə vurur.
Ardını oxu...
“Qafar Dəmirçinin idarəetdiyi, atasının sahib olduğu “Monte Ferro” şirkəti 2019-2021 ci illərdə Şəkidə və Qaxda toplam 3 min hektara yaxın meşə fondundan torpaq icarəyə götürüb məhv etmişdi. Bu ərazinin 2 min hektarından çoxu sıx və seyrək meşəlik ərazilər idi”.

“AzPolitika” xəbər verir ki, bunu eko-aktivist Cavid Qara sosial şəbəkədəki hesabında yazıb.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Onun sözlərinə görə, Dəmirçilər Şəkinin Layısqı kəndi yaxınlığında 850 hektarlıq ərazini də məhv ediblər: “Amma çatdırıb əkə bilmədiklərinə görə son 3-4 ildə təbii bərpa getmişdi. ETSN bu yay əraziyə baxış keçirib təbii bərpa gedən ərazilərin yenidən məhv edilməsinin məqsədə uyğun olmadığı qənaəti ilə meşə fonduna qaytarılmasını tələb etmişdi”.

Eko-aktivistin sözlərinə görə, sirkət isə son illərin cəzasızlıq mühutindən arxayınlaşıb və dövlət orqanını fakt qarşısında qoymaq üçün geri qaytarılması tələb edilən ərazini yenidən kürüməyə başlayıb: “Ərazi böyük olduğundan buna aylarla vaxt lazımdır. COP29 beynəlxalq iqlim konfransının başlamasına bir neçə gün qalmışa qədər bu proses davam edirdi. Biz ən son peyk görüntüləri ilə davam edən kürünmə prosesini ictimailəşdirdik və işin dərhal dayandırılması üçün hüquq mühafizə orqanlarına açıq müraciət etdik. Gün ərzində proses dayandı. Yoxlamalar başladı, bu da nəticəsi”.

C.Qara vurğulayır ki, Dəmirçilərin sırf dövlət orqanını fakt qarşısında qoymaq taktikası və COP ərəfəsində belə bir dağıdıcı fəaliyyətlə məşğul olması hökuməti də qəzəbləndirib.

Onun sözlərinə görə, 8 milyon böyük rəqəmdir, amma o belə dəymiş ziyanın qarşısında heç nədir: “Mən hesablasam, 100 milyon çıxar. Adam ağac kəsdiyinə görə həbs edilməyib. Maddənin adı qanunsuz ağac kəsmədir. Tərkibi isə ictimai əməlaka külli miqdarda ziyan vurduqda, bir qrup şəxs tərəfindən törədildikdə... 7 min manatdan artıq ziyan dəyəndə külli miqdar sayılır. 8 milyon ondan min dəfə çoxdur. Bu bəndlərin cəza sanksiyasının maksimum həddi 5 ilə qədər həbsdir. 2 ildən 5 ilə qədər həbs çərçivəsində istənilən cəza adekvat cəzadır”.

Eko-aktivist qeyd edir ki, bu hadisə yeganə olay deyil: “Bu il Qusarda da meşəni məhv edib ev tikintisi üçün satmış Qusar şəhərinin bədəliyyə sədri həbs edildi. İcra başçısı işdən çıxarıldı. Əvvəlki cəzasızlıq mühitinə arxayın olub meşə cinayətlərinə yenidən cəhd edənlər ağıllanmasa, belə həbslərin yenə olacağını gözləmək olar”.

Xatırladaq ki, Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğludur. “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.
Ardını oxu...
“Bravo” supermarketlər şəbəkəsində vaxtı keçmiş məhsulların vitirindən yığışdırılmaması müştərilərin narazılığına səbəb olub.

TEREF xəbər verir ki, bu barədə “Zefir Mall”da fəaliyyət göstərən “Bravo” ilə bağlı sosial şəbəkədə paylaşılan müştəri şikayətində bildirilib.

Qeyd olunub ki, sözügedən filialda vitirində köhnə malların saxlanılmasına etiraz edən müştərinin müraciətinə əhəmiyyət verilməyib.

“Bravo” supermarketlər şəbəkəsindən Pravda.az-a bildirilib ki, müştəri şikayət postunu paylaşmazdan iki gün öncə mağazaya şikayət olunub və açıqlama verilib: “Lazımi tədbirlər görülüb, müştərinin özü ilə də əlaqə saxlanılıb”.

Digər narazılıq yaradan məqam isə alıcıların qiymətdə aldadılmasıdır. İddia edilir ki, məhsullar endirim adı ilə təqdim edilsə də, əksi müşahidə olunur. Sosial şəbəkədə bununla bağlı da video paylaşılıb.

Xatırlatma: İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Bravo”ya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən bir neçə dəfə protokol yazıb./Pravda.az/

 

 
Ardını oxu...
Dünən məlum olub ki, düz iki il əvvəl rüşvət almaqda təqsirli bilinərək həbs edilmiş Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Elgün Abdullayevin cəzası ağırlaşdırılıb.
"DİA-AZ" xəbər verir ki, ona Cinayət Məcəlləsinin 314-2.1-ci maddəsi ilə yeni iş açılıb. Həbsdə olan vəzifəli şəxsin Lənkəranda qanunsuz torpaq sahəsi ayırması, tikintiyə icazə verməsi və bu vasitə ilə şəhərdə 7 mərtəbəli bina tikilməsi üzə çıxıb.
Lənkəran Rayon Məhkəməsi yeni cinayət işi üzrə Elgün Abdullayevə hökm oxuyub. Hökmə əsasən, onun mövcud olan 8 illik həbs cəzası ağırlaşdırılaraq 8 il 6 ay edilib.
Bununla bağlı ilginc məlumat əldə etmişik. Mötəbər mənbə iddia edir ki, Elgün Abdullayevin cəzası təsadüf olaraq ağırlaşdırılmayıb:

"Bəllidir ki, heç bir baş memar tək yemir. Bu işdə Abdullayev də hazırda Lənkərana başçılıq edən Taleh Qaraşovsuz əlini ağdan-qaraya da vurmayıb. Əgər indi bu məsələyə qayıdılırsa, deməli, Qaraşovun durumu yaxşı olmayacaq".

Xatırladaq ki, elə iki gün əvvəl bir neçə rayonun icra başçısının dəyişdirilməsi planı ilə bağlı xəbər vermişdik. Onların içində Qaraşovun da adı var idi.
Ardını oxu...
Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbələrində kanalizasiya sisteminin olmaması ərazidə yaşayan sakinlərin rahatlığını pozub. Sərnişin avtobuslarının da keçdiyi qəsəbə yolları kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Hər yağış yağanda isə sözügedən ərazilərdə daha acınacaqlı mənzərə yaranır.

Bununla bağlı Bizim.Media-ya Mərdəkan qəsəbə sakinləri adından Rübabə Ağayeva şikayətlənib.

10 ildən çoxdur eyni problemdən əziyyət çəkdiklərini deyən şikayətçi yağıntılardan sonra Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığındakı yolların bərbad vəziyyətə düşdüyünü, nəinki piyadalar, hətta avtomobillər üçün hərəkətin çətinləşdiyini deyib.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, problem həllini tapmır. Daha doğrusu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən ünvanda kanalizasiya sisteminin qurulmasına razılıq versə də, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yerin altından elektrik xətləri keçdiyini əsas gətirərək, qazıntı işlərinə icazə vermir.

Daha ətraflı videosujetdə:

 
Ardını oxu...
Əczaçılıq məhsullarının, dərman preparatlarının istehsalçısı “Fito Lab” ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “Fito Lab” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“Fito Lab”şirkəti ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 24 dekabr tarixində hakim Aytəkin İbrahimovanın sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Fito Lab” MMC-nin direktoru Qasım Həsənovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim
 

Dünyapress TV

Xəbər lenti