Ardını oxu...
Xaçmaz rayon sakini Nəcəfov İbrahim Zahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İcra hakimiyyətindən tikinti üçün icazə alsada sonradan ona problem yaradıblar.

“Mən, Nəcəfov İbrahim Zahir oğlu, yazaraq bildirirəm ki, 2024-cü ilin əvvəlində Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti nəzarət şöbəsinin müdiri Kamil Gəncəliyev tikintiyə icazə sənədi verməsi üçün məndən 15 000 manat məbləğində (rüşvət) tələb etdi. Bu barədə lazımi qurumlara məlumat vermişəm. 1 dəfə Nazirlər kabinetində, 2 dəfə də Prezident Administrasiyasında olmuşam. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nazim Rəcəbovun qəbuluna yazıldım, amma qəbul etmədi. Yəni bütün qurumlara yazmağıma baxmayaraq, məsələ ilə maraqlanan olmayıb.

Bir müddət keçdikdən sonra məni Xaçmaz rayon İcra Hakimiyyətinə dəvət etdilər. Orada icra başçısı Elnur Rzayevlə görüşdüm. Elnur Rzayev pul məsələsindən xəbərsiz olduğunu bildirdi. Bu işdə mənə kömək etməsi üçün 1-ci müavini Anar müəllimə göstəriş verdi. Anar müəllim isə şikayətimi geri götürməyimi təklif etdi. “Şikayətini geri götür, daha sonra köməklik göstəriləcək”, - dedi.

Mən də Xaçmaz rayon Polis şöbəsinə gedərək, İcra Hakimiyyətinin başçısı ilə razılaşdığımız, aramızda artıq problem olmadığı barədə izahat verdim. İşin gedişatı ilə əlaqəli daimi olaraq 1-ci müavin və şöbə müdiri Fuad müəllimə məlumat vermişəm.

Beləliklə, tikinti işləri yekunlaşmaq üzrə olanda, beton kəmərin töküldüyü gün Xaçmaz rayon Polis şöbəsinin PPX əməkdaşları gələrək bizi Xaçmaz rayon polis şöbəsinə apardılar. Şöbədə məndən tikintiyə icazə sənədini təqdim etməyimi isdədilər. Mən də tikintiyə qanuni icazəmin olmadığını, müavin Anar müəllimin icazə verdiyini bildirdim. Onlar mənə “ tikintiyə icazən olmadığı üçün səni 800 manat məbləğində cərimə edəcəyik”, - dedilər.

Mənə heç bir rəsmi xəbərdarlıq olunmadan, tikinti işlərinin dayandırılması ilə əlaqədər rəsmi məktub göndərilmədən barəmdə protokol tərtib etdilər və 395-ci maddəni yazdılar.

Hazırda tikinti işləri dayandırılıb, heç bir iş görülmür.

Ən maraqlısı odur ki, tikintiyə icazə veriləndən sonra niyə məhz sonda məni cərimə edirlər və tikintini dayandırmağımı tapşırırlar?! Bu tikinti aylardır gedir, lazımi qurumların hər birinin də xəbəri var idi.

Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik göstərsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə “GENERAL TƏCHİZAT VƏ SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti 10.12.2024-cü ildən etibarsız təchizatçıların siyahısına daxil edilib.

MMC-nin hansı səbəbdən bu siyahıya salınmasının səbəbi açıqlanmasa da təxmin etmək olar. Bunun üçün şirkətin fəaliyyətinə gözücü nəzər salmaq kifayət edər.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GENERAL TƏCHİZAT VƏ SERVİS” (VÖEN: 2008007161) Məhdud Məsuliyyətli Cəmiyyətinin 05.05.2023-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 2 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, NAXİMOV DÖNGƏSİ, ev 94, m. 2, qanuni təmsilçisi kimi isə Yusibova Rəhimə Rəhman qızı qeyd olunub.

Qeyd edək ki, MMC 2024-cü ilin iyun -dekabr aylarında ayrı ayrı dövlət qurumlarının keçirdiyi 11 satınalmanın qalibi olub.

MMC Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi A.N.Heydərov Adına Sıravi vı Kiçik Rəis Heyyəti Hazırlayan Məktəbə 41.670 manat dəyərində avadanlıqlarının təmir xidməti göstəribsə, Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinə həm 4.938,5 manat dəyərində dəftərxana və təsərrüfat malları satıb, həm də 2.920 manat dəyərində maşın ehtiyat hissələri.

Bunlardan əlavə Zərdab rayon Dövlət Yanğından Mühafizə Hissəsinə 5.549 manat dəyərində dəftərxana və təsərrüfat malları satan MMC Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə 5.310 manat dəyərində kondisionerlərin təmiri xidməti göstərib.

Daha sonra Ağstafa şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə 11.546,3 manat dəyərində yaşıllaşdırma üçün tinglər satan MMC bu dəfə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 3.383 manat dəyərində azanxana avadanlıqlarının cari təmiri xidməti göstərib.

Sonra da MMC Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə 4.718,82 manat dəyərində müxtəlif xidmətlər, Dövlət Xəzinədarlıq Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsinə isə 1.150,5 manat dəyərində katriclərin doldurulması, ehtiyat hissələrinin dəyişdirilməsi xidməti göstərib.

Göründüyü kimi MMC 6 ayda ayrı ayrı sahələr üzrə keçirilmiş bir çox kotirovkaların sahibi olub. Bəs bu univarsal MMC bunları necə əldə edə bilib?

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Yusibova Rəhimə Rəhman qızı barədə artıq bir dəfə yazmışdıq. O, 1961-ci ildə anadan olub, Qəbələ rayonunun Kiçik Pirəli kəndində pasport qeydiyyatındadır. Kənd sakinlərindən əldə etdiyimiz məlumata görə Rəhimə Yusibova evdar qadındı. Amma bu evdar qadın həm də Qəbələ rayonunun Kiçik Pirəli kəndində dövlət qeydiyyatına alınmış “NUR SUPPLIER” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Bu MMC isə 07.02.2023-cü il tarixdə dövlət qeydiyyatına alındıqdan cəmi dörd ay sonradan başlayaraq 2024-cü ilin iyun ayına qədər 27 satınalmanın qalibi olub. Buraya yaşıllıq sahələrinin saxlanılması üçün alət və avadanlıqların satın alınmasından tutmuş, dəftərxana və təsərrüfat mallarının, kütləvi bayram tədbirlərinin, təsərrüfat, tikinti və təmir mallarının, yumşaq inventarların, istehlakyönlü müxtəlif xidmətlərin, işçilər üçün geyim və alətlərin, şüşələrin yuyulması, mal-materialların satın alınmasına qədər bütün növ xidmətlər daxildir.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş bu məlumatlardan da görsəndiyi kimi Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu “GENERAL TƏCHİZAT VƏ SERVİS” və “NUR SUPPLIER” MMC-lərin qalib çıxdığı satınalmaların içində demək olar bütün xidmət növləri var. Düzdür, qanunla bir sıra malların alımasına lizenziya tələb edilmir, amma bir sıra xidmətlərin göstərilməsi üçün şirkətin qanunun tələb etdiyi qaydada müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması gərəkir. Amma Yusibova Rəhimə Rəhman qızının qanuni təmsilçisi olduğu MMC-lərdə bu barədə heç bir məlumat yoxdu.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada bir nəfər məxsus MMC-lərin müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə onlarla satınalmanın qalibi olduğu üzə çıxdı. Təbii ki, bunu aidiyyatı qurumlar da görür. Odur ki, zamanı gələndə lazımi tədbirlər görürlər. Amma bu azdı. Burada MMC-ni idarə edən gözəgörünməzlər ortaya çıxarılmalıdır. Bu Qəbələnin Kiçik Pirlər kəndində yaşayan 63 yaşlı Rəhimə Yusibovanın işi deyil. Onun Bakıda oturub işlərini kim görür, o maraqlıdır. Bəlkə də Qəbələnin Kiçik Pirlər kəndində yaşayan bu qadının böyük biznesindən heç xəbəri yoxdu.

Aktualinfo.org
Ardını oxu...
Paşinyanın partiyasından deputat olan Ovik Ağazaryan mandatdan imtina edib. Buna səbəb Korrupsiyaya Qarşı Mübarizə Komitəsində onun kiçik mal-qara biznesinə sponsorluq etməsinin üzə çıxması olub. Davranış və hərəkətləriylə komandasının reputasiyasına ciddi xələl gətirdiyini etiraf edib və partiya yoldaşlarından üzr istəyib. Düşmən də olsa siyasi əxlaq baxımdan təqdirəlayiq addımdır. Kiçik mal-qara biznesinə görə mandatından imtina edən erməni deputatdan ibrət götürəcək Azərbaycanlı deputatlar da var. Azərbaycan qanunvericiliyi də deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Lakin buna baxmayaraq, bəzi deputatlar bunu görməzdən gəlir. Belə deputatlardan biri də Cavanşir Feyziyevdir.

Londonadək tüstüsü çıxan korrupsiya tonqalı

Məlum olduğu kimi Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı var. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib. Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Dərman sabotajı, “Avromed” monopoliyası və Quska…

Ölkədə dərman bazarında hökmranlıq edən “Avromed”in bazarı inhisara alması səbəbindən bu gün Azərbaycanda dərmanların qiyməti nəinki Avropa ölkələri, eləcə də qonşu ölkələrlə müqayisədə xeyli bahadır. “Avromed”ə rəhbərlik edən deputat Cavanşir Feyziyevdir, apteklərə mal paylayan yenə həmin şirkətdir, bahalığın, inhisarın baiskarı da onlardır, prezidentin tənqidlərini qulaqardı edən də biznesmen-deputatdır. Məlumat üçün cumhuriyyet.az olaraq bildirək ki, b həmin deputatdır ki, “Quska” ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi. 2014-cü ildə Hüseyn Abdullayevin mərhum atasının adına olan və Üzeyir Hacıbəyov küçəsində yerləşən 786 kvadratmetr qeyri-yaşayış sahəsini millət vəkili Cavanşir Feyziyev öz oğluna alıb. Cavanşir Feyziyevin ondan az əvvəl də ölümlə nəticələnən qəzada adı keçmişdi. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında deputat Cavanşir Feyziyev olubmuş.

Tək konstitusiyaya yox Prezidentə də arxa çevirir

Bu gün Prezidentin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri apardığı bir zamanda ona dəstək olmaqdansa xaricdə belə çox milyonluq tikinti işləri aparmaq nəyin göztəricisidir? Müstəqil media araşdırmaçı ilə ortaya çıxan faktları cumhuriyyet.az olaraq təqdim edirik:
Deputat Cavanşir Feyziyevin Tiflisdə tikdirdiyi binalar
1. Tiflis, Niko Keçoveli küçəsi 16 “Horizon Gldani” yaşayış kompleksi (2020-ci ildə tamamlanıb);
2. Tiflis, Abai küçəsi 5 “Horizon Temka” yaşayış kompleksi, (2021-ci ildə tamamlanıb);
3. Tiflis, Graf Şulenberq küçəsi “Horizon Gldani-2” yaşayış kompleksi (2019-cu ildə tamamlanıb).
Binaların tikintisi Feyziyevlər ailəsinə məxsus NEW HORIZON LTD şirkəti tərəfindən aparılıb. Şirkət 2015-ci ildə Tiflisdə qeydiyyatdan keçib. Təsisçiləri Cavanşir Feyziyevin qardaşı oğlu Elman Cavanşir və yaxın qohumu Rüstəm Cavanşirdir.
Gürcüstanda Feyziyevlər ailəsinə məxsus digər şirkət RIMO GROUP LTD 2018-ci ildə Elman Cavanşirin təsisçiliyi ilə qeydiyyata alınıb. Bu ilin fevralında əmlak şirkətinin səhmlərinin 50 faizi Feyziyevin qohumu Rüstəm Cavanşirin və Şahnazar Hacıyevin adına rəsmiləşdirilib. Şirkətin direktorluğu da Şahnazar Hacıyevə tapşırılıb.

Tütün işində də onun adı var

Cavanşir Feyziyev 2002-ci ildən “Tour İnvest” şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz ”Şəki Saray Hotel”in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir. Deyilənə görə, deputat Cavanşir Feyziyevin əmisi oğludur. Rüstəm Bakıdakı “Novo Trade” Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki “Asel Aqro Park” şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb. Əlavə olaraq cumhuriyyet.az bildirir ki, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan “Tabaterra” şirkəti¬nin siqaret zavodunun direktorudur. Sumqayıt Kimya Sə¬naye Parkının rezid¬enti olaraq fəaliyyətə başlayan müəssisədə 8 ədəd istehsal xətti fəaliyyət gös¬tərir ki, bunların illik istehsal həcmi 14 milyard ədəd siqa¬ret təşkil edir. Ha¬zırda müəssisədə həm “Tabaterra” şirkətinə məxsus brendlər, həm də dünyanın ən böyük istehsalçıları olan “British Am¬erican Tobacco”, “Ja¬pan Tobacco İnternat¬ional” və “İmperial Tobacco” kimi şirkə¬tlərə məxsus beynəlx¬alq brendlər istehsal olunur. Elman Cavanşir 2021-ci ildə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman “Tabaterra Leaf” Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb. Xatırladaq ki, Elman Cavanşir in də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi.

***

Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib. Amma deputat indiyədək biznesi ilə bağlı iddiaları təkzib etməyib.

cumhuriyyet.az
Ardını oxu...
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun təsərrüfat müdiri Şamil Şahbazov həmin müsəssisənin direktoru Rüstəm Talışınskini məhkəməyə verib, onun həbsini tələb edir.
Bakupost.az xəbər verir ki, məhkəməyə müraciət edən şəxs işdən qanunsuz çıxarıldığını, buna görə də ona maddi və mənəvi ziyan dəydiyini bildirib. Ş.Şahbazov məhkəməyə direktorla bağlı faktlar təqdim edib və bu faktları nəzərə alaraq ona cinayət işinin qaldırılmasını xahiş edib.
İşə bu gün Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılacaq. Hakim Əfsanə Heydərovadır.
İddia ərizəsində Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş direktoru, hazırda Səhiyyə nazirinin müavini olan İlqar Qasımovun da adı çəkilir. İddia olunur ki, həmin müəssisə hələ də onun nəzarətindədir və prosesleri əvvəllər köməkçisi olmuş, hazırda baş həkim işləyən Nizami Məmmədov və yaxın qohumu, satınalınma şöbəsinin 22 yaşlı şöbə müdiri Yusif adlı şəxsin vastəsi ilə idarə edir.
Ardını oxu...
Qeyd edək ki, İlqar Qasımov 2018-2020-ci illərdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru olub.
Ondan sonra təyin olunan direktorların işləmə müddəti çox az olub. Belə ki, 2020-2024-cü illər ərzindı 4 direktor dəyişib. Ondan sonra direktor təyin olunan Elviz Qasımov (Respublika Klinik Xəstəxanasının hazırki direktoru) cəmi 9 ay, Şahin Əkbərov təxmini 1 il, Kamil Eyvazov 5-6 ay çalışıb. Bu ilin may ayında isə Direktor vəzifəsində haqqında məhkəməyə şikayət edilən Rüstəm Talışinski təyin edilib.
Məhkəmə prosesini işıqlandıracağıq.
 
Ardını oxu...
Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı tender qalmaqalları tükənmir.

Dəfələrlə AMEA ilə bağlı bu mövzular gündəmə gəlsə də, şəffaflıqla bağlı suallar açıq qalır.

Bu problemlər cari ildə də davam edib.

"Arqument.az"a verilən məlumata görə, AMEA-nın Əlyazmalar İnstitutu 2024-cü ilin avqust ayının 7-də "Maşın və avadanlıqlar" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 89.054 manat, qalibi isə "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti olub (VÖEN: 1300234641).

İnstitutun şirkətlə əməkdaşlığı bundan sonra da davam edib.

Sentyabr ayının 18-də "Tikili və avadanlıqaların carı təmiri" lotu üzrə sifarişçi olduğu tenderdə də (28.212 manat) İnstitut sözügedən təşkilatı qalib elan edib.

Əlyazmalar İnstitutunun ümumilikdə 120.000 manata yaxın smetası olan satınalmada qalib elan etdiyi "FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC-nin maddi-texniki bazası, müvafiq lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

"FREKANS CONSTRUCTİON AND ENERGY COMPANY" MMC əvvəllər Şəhərgan MMC kimi fəaliyyət göstərib.

Şirkət Şəhərgah MMC kimi fəaliyyət göstərərkən adı dəfələrlə dövlət satınalmalarında "otkad" əməliyyatlarında hallanıb.

Ehtimal edilir ki, şirkətin adını dəyişməsinə səbəb də bu məsələdir.

Əlyazmalar İnstitutunun şübhəli satınalmaları bununla yekunlaşmır. İnstitutun cari ilin sentyabr ayının 4-də "Yumuşaq inventar, yataq ləvazimatlarının alınması" lotu üzrə daha bir satınalmaya yekun vurub.

Bu satınalmada "Samares LM" Məhdud Məsluliyyətli Cəmiyyəti qalib edilib.

Bu təşkilatın da adl "otkad" əməliyyatlarında çəkilir.

"Samares LM" MMC 2024-cü ilin mart ayının 11-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, İlqar Həbibov küç. ev 10, mən 149 ünvanı, şirkətin qanuni təmsilçisi isə Çarçarov Elnur Rafiq oğludur.

Bu ünvanda çoxsaylı şirkətlər təsis edilib. Həmçinin Çarçarov Elnur Rafiq oğlunun da adına xeyli sayda MMC-lər təsis edilib:

"Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
"Yulas SM” MMC (VÖEN: 1506753531) – Çarçarov Elnur Rafiq oğlu;
"Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu;
"Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
"Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu.

Fəaliyyət profilləri, faktiki ünvanları, lizenziyaları, maddi-texniki bazası olmayan bu təşkilatların satınalamalarda neqativ proseslərdə iştirak etdiyi bildirilir.

AMEA və Əlyazmalar İnstitutundan satınalma ilə bağlı suallara cavab almaq mümkün olmayıb.
 
 

 


Ardını oxu...
Buna səbəb iş adamlarının sakinlərə yuxarıdan aşağı baxmasıdır. Şəhərin ən bahalı sahələrindən birində göydələn tikib satırlar. 3-4 mənzilin yerində böyük bir yaşayış evi inşa olunur.
Bütün xərcləri çıxsaq, xalis külli miqdarda qazanc götürürlər. Ancaq göz doymur ki doymur.
İnsanların illərlə yaşadıqları dədə-baba yurdlarının yerindı iş görürlər, onu da insafla etmək istəmirlər.
Camaat narahatdır ki bu soyuqda küçələrə düşüb dərdlərinə çarə axtarırlar. Düz- əməlli kömək edən də yoxdur. Bizə də Kubinkadan şiikayət daxil oldu.
Çəkiliş qrupumuzla ora baş çəkdim. Ünvan: Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, dalan 1. Kubinkanın bu hissəsi də eyni problemlərlə üzləşib.
Deyirlər bu ərazini İmişlidən deputat olmuş Əsabil Qasımov ələ keçirib. Ona məxsus " Vialon" MMC heç kimə məhəl qoymadan sözün əsl mənasında adamların evlərini başlarına uçurdurlar.
Tikinti firması sənəddə Əsabil müəllimin qardaşı Vüqar Qasımovun adındadır. Vüqar Qasımov arxalı qardaşına arxalanaraq başının dəstəsi ilə camaatın haqqına girir, sakinlərlə pis rəftar edir.
Azərbaycan Respublikasının qanunlarını bir kənara atıb Əsabil qardaşının qanunları ilə iş görür. İnsanların evi sökülür. Adama qalmağa müvəqqəti yer, yaxud evinin dəyəri və ya gələcəkdə mənzillə təminatı barədə dəqiq bir söz deyilmir.
Əvvəl bu məsələləri həll edib sonra söküntü etmək lazımdı. Yoxsa sosial məsələləri yoluna qoymamış evlərin qazını, işığını, suyunu kəsirlər.
İcra orqanları, kommunal xidmət nəzarətçilərinin də səsi çıxmır. Ayrı vaxtı dilləri boğazlarına sığmır. Mən belə mübahisələrdə tamamilə sakinlərin haqlı olduqlarını demirəm.
Nahaqq danışıb yaşadığı evi dəyərindən çox qiymətləndirilməyini istəyənlər, kvadraturanı çox göstərənlər də olur.
Belə istisna hallar da olur. Amma bu əsas vermir ki Əsabil Qasımov kasıb insanlara yuxarıdan aşağı baxsın... Bir neçə ay əvvəl Kislovodska müalicəyə getmişdim. Orada bir azərbaycanlı iş adamının istirahət mərkəzinin açıldığını dedilər. Açılışda hətta erməni iş adamlarının da iştirak etdiyini bildirdilər.
Həmin azərbaycanlı iş adamı Əsabil Qasımov idi. Onun telefon nömrəsini tapıb zəng vurdum, danışdıq. Dedi ki, mən tədbirlərə jurnalistləri dəvət etmirəm.
Kubinkada binalar tikən "Vialon" MMC-nin əməllərindən də sual verdim. Təbii ki özünə haqq qazandırmağa çalışdı. Sakinlərə "siçovullu evlərdə siçovul kimi yaşayan adamlar" deyəndən sonra isə bu harın məxluqla söhbəti uzatmağın mənasız olduğunu anladım.
Sima Babayeva
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakının Suraxanı rayonunda “Məkan MTK” Vətən müharibəsi iştirakçısı Sərxan Bünyadovun qarajını buldozerlə dağıdıb, içindəki avadanlıqları yararsız hala salıb.

Pravda.az xəbər verir ki, bu barədə ictimai fəal Haldun Novruzzadə sosial şəbəkədə aidiyyəti qurumlara müraciət edib.

O bildirib ki, avtomobil elektriki kimi fəaliyyət göstərən S.Bünyadov müharibədən əvvəl qarajı kirayə götürüb:

“Müharibədən qayıtdı, Suraxanı rayonunun keçmiş icra başçısı qaraj tikmək üçün Sərxana yer verdi, Sərxan sənədlərini düzəltdi, tikinti üçün lisenziyasını aldı və həmin yerdə özünə qaraj tikdi. Dövlət Məşğulluq Agentliyinə müraciət etdi, sağ olsunlar elektrik avadanlıqları ilə təchiz etdilər, bir qismini də özü kreditlə aldı və yenidən öz işinə başladı. Bir gün qarajın yanında “Məkan MTK” adlı bir şirkət bina tikməyə başladı. Sərxan daxil olmaqla, heç bir kompensasiya təklif etmədən qaraj sahiblərinə deyiblər ki, çıxın, buranı almışıq. Halbuki bu insanların əllərində sənədlər var, haqlı olaraq etiraz ediblər. Növbəti gün Sərxan gəlib görüb ki, gecə ilə qarajını buldozerlə söküblər, bütün avadanlıqları, bütün əşyaları hamısı qırıq-qırıq olub, dağıntıların altında qalıb. Dərhal "102 xidməti"nə zəng edib, Daxili İşlər Nazirliyinə məlumat verib. Deyiblər ki, araşdıracağıq, hələ də xəbər yoxdur. Suraxanı Rayon İcra Hakimiyyətinə bildirib, onlar da bələdiyəyə yönəldiblər. Bələdiyə o boyda bina tikənləri guya tapa bilmir. Bir çox televiziya kanalları gəlib çəkib, amma bina tikənlər televiziya çəkilişinin gəldiyini görəndə qaçırlar. Bu adam dələduz deyil, kimdənsə havayı pul istəyən qazi deyil, sadəcə, öz əməyi ilə öz işini quran, gecə-gündüz çalışan bir adamdır. Belə bir adama qarşı bu münasibət adamı təəssüfləndirir. "Məkan MTK” adını dəyişib “Fin MTK” qoyub”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Son vaxtlar Bakı şəhərində qanunsuz tikililərin, tikililərə artırmaların sayı güni-gündən artmaqdadır. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil. Qanunsuz formada tikilən obyekt odur ki, ya torpağın sənədi yoxdur, ya tikilməsi üçün vacib qurumdan icazə alınmayıb və yaxud hansısa torpaq sahəsi zəbt olunub, onun üzərində tikinti işləri aparılır. Əlbəttə ki, belə olan halda müvafiq qurumlar tərəfindən həmin qanunsuz tikintilərlə bağlı tədbirlər görülür. Ya söküntüsü, ya da tikintinin dayandırılması həyata keçirilir. Bundan əlavə, inzibati tədbirlər görülür.
Aktualinfo.org-a verilən məlumatlara görə belə qanunsuz tikintilərdən biri də Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılır. Verilən məlumata görə sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, yaxın yerlərdə yaşayan sakinlərin yolunun qanunsuz zəbt olunması səbəbindən öz evlərinə çətinliklə getdiklərini bildirirlər. Ətrafda yaşayan sakinlər görülən işlərin tikintiyə icazə alınmadan, şəhərin müvafiq ərazisinin memarlıq, estetik görünüşünə xələl gətirməklə, təhlükəsizliyə, eləcə də qanunvericiliyin digər tələblərinə riayət etmədən həyata keçirildiyini, Ə.Mehralıyev keçəsindəki avtomobil yolunun “Günəşli İnşaat”MTK tərəfindən hasarlandığını vurgulayırlar.Bu suallara aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət etdik. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirdilər ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mebralıyev keçəsi,5 ünvanında “Günəşli İnşaat”MTK tərəfindən aparılan tikinti qanunsuzdur, icazəverici sənədləri qaydasında deyil. Eyni zamanda onu da bildirdilər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Suraxanı rayon icra hakimiyyətinə tikintinin dayandırılması üçün məktubla müraciət etmişik.Amma çox təəsüflər olsun ki heç bir dövlət qurumu bu tikintini saxlatdıra bilmir, yada ki qanunsuz tikintini saxlamaqda maraqlı deyildirlər.Görəsən bu tikintinin arxasında hansı oliqarx dayanıb? Suraxanının icra başçısı Adil Əliyev avtomobil yolunun qanunsuz zəbt olunmasına,qanunsuz tikintiyə niyə biganə yanaşır? Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlər aparmalı,qanunsuz tikililərin qarşısını almaq üçün lazımi hüquqi tədbirlər görməlidirlər. Eyni zamanda avtomobil yollarının qanunsuz zəbt olunması cinayət məsuliyyəti yaradır.

Amma bunlara baxmayaraq iyun ayında Suraxanı rayon İcra Hakimiyyətinə başçı təyin edilmiş Adil Əliyev olunan bütün şikayətləri görməzdən gəlir. Şikayət ətrafında apardığımız araşdırma zamanı məlum oldu ki, Adil Əliyev yeni icra başçısı təyin olunanda özü ilə yüzə yaxın adam gətirərək Suraxanıda qanunsuz tikililərin aşkar edilməsini tapşırıb. Hətta onlara qeyri rəsmi maaş da verir. Onlar hazırda Suraxanı rayonunun ən ucqar nöqtələrinə belə nəzarət edirlər. Amma Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 5 ünvanında aparılan qanunsuz tikilini görmürlər. Amma görsənən odur ki, Adil Əliyev Prezident İlham Əliyevin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnaməni də görməzdən gəlir.

Qeyd edək ki, “Günəşli İnşaat”MTK-nın hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov, ev 68, mənzil 17 -də yerləşir. MTK 8 iyun 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır. MTK Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ev 28, mənzil 23-də qeydiyyata alınıb, təsisçisi Alışov Vahid Əli oğludur. Sonra qanuni təmsilçisi Laçın Mustafayev İsmayıl oğlu olub. Hazırda isə Əliyev Rəsul Vüqar oğludur.

Aktualinfo.org
 

Ardını oxu...
Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovadan şikayətçidir.

GundemXeber.az-ın redaksiyasına ünvanlanan həmin şikayətlə bağlı sözügedən məktəbə yollanıb direktorun mövqeyini öyrənmək istədik. Məsələdən xəbər tutan G.Kərimova gözətçiyə göstəriş verib məktəbin giriş qapısını bağlatdırdı. Nəticədə nəinki biz jurnalistlər, eləcə də şagirdlər məktəbə daxil ola bilmədilər.


İşdən haqsız yerə azad olunduğunu bildirən V.Həziyevanın iddiası üzrə iş hazırda məhkəmədədir. Prosesdə şahid qismində iştirak edən şagirdlər direktorun qəzəbinə tuş gəlib. Vəfa müəllimə deyir ki, G.Kərimova şagirdlərə hədə-qorxu gəlib: “Direktor şagirdə deyib, sən bilirsənmi ki, sənin qiymətlərin mənim əlimdədi?”
V.Həziyevanın sözlərinə görə, ondan başqa haqqı tapdalanan, amma sözünü deməyə cəsarət etməyən xeyli müəllimlər vardır: “Mənim üç şagirdim beynəlxalq olimpiadada ən yüksək nəticəyə imza atıblar. Şagirdlərimdən Ləman Orucova “Sabahın alimləri” müsabiqəsində bürünc medal qazanıb. Nailiyyət qazananda yaxşı müəllim oluram, haqqımı tələb edəndə pis oluram?”


Onu da qeyd edək ki, internet resurslarında, sosial media platformalarında G.Kərimova haqqında çoxsaylı şikayətlər yer alıb. Ancaq ciddi media olaraq, gundemxeber.az xəbər portalı həmin informasiyaları öz oxucuları ilə bölüşməyə lüzum görmür. Beləliklə, əldə etdiyimiz video çəkilişlərdən məsələnin mahiyyəti tam aydın olacaq.

Ardını oxu...
Şəhid ailələrinin qanunlarla, normativ sənədlərlə təsbit olunmuş imtiyazları, güzəştləri var. Onlara dövlət qayğı, cəmiyyət hörmət göstərir. Lakin Şəhid ailələrinin qanun qarşısında “toxunulmazlıq statusları” yoxdur. Bütün vətəndaşlar, cəmiyyətin bütün üzvləri qanun qarşısında bərabərdirlər.
Çox təəssüflər olsun ki, bəzən qanunu pozan, cinayət törədən, yaxud, törətməyə hazırlaşan şəxslər Şəhid ailələrindən, Şəhid adından qalxan kimi istifadə etməyə çalışır, bu yolla öz bəd əməllərini ört-basdır eləmək istəyirlər.
Sumqayıt şəhəri Səməd Vurğun küçəsi - 125 A ünvanda yerləşən binanın birinci mərtəbəsində daşıyıcı sütunları, “ana” divarları sökərək qeyri-yaşayış sahəsinə uyğunlaşdırırlar. Sakinlər binanın çökəcəyindən narahatdırlar. Onların dəvəti ilə inşaat işlərinin aparıldığı ünvana gedib baş verənləri video-qeydə aldıq. İşləyənlərdən biri hələ bizə irad tutdu: “Gedib şəhərdə başqa yerləri niyə çəkmirsiz?” Biz də öz növbəmizdə sakinlərin gundemxeber.az-ın redaksiyasına müraciəti əsasında gəldiyimizi dedik.
Şahidi olduq ki, daşıyıcı konstruksiyasında qanunsuz dəyişiklik edilən altımərtəbəli binanın birinci mərtəbəsinin dörd tərəfinin ikisini əhatələyərək tam yarısına bir şəxs yiyələnib. Həmin nahiyənin önündəki sahədən 2 metrlik zolaq hasarlanıb, üstü də örtülüb, demək olar ki, əlavə dəhliz yaradılıb. Hətta binanın ünvanını göstərən trafaret lövhə də hasardan içəridə qalıb. Bildirilir ki, burada əvvəl aptek fəaliyyət göstərib.

Redaksiyamıza verilən məlumatda qeyd olunur ki, həmin tikintini "Sum Modern Dental Clinic”in direktoru və baş həkimi Şahin Baxşalıyev inşa etdirir. Bununla bağlı qarşı tərəfin mövqeyini öyrənmək istədikdə o, bildirdi ki, "həmin inşa edilən obyekt klinika deyil və orada binanın dayaq sütunu sökülməyib". Biz isə Şahin müəllimi video-çəkliş apardığımız yerə dəvət edib öz gözləri ilə reallığın şahidi olmasını təklif etsək də, baş həkim “mən obyekti şəhid ailəsinə vermişəm” deyərək sözünü bitirdi.
İnanılası deyil ki, Sumqayıt şəhər rəhbərliyi, əlaqədar təşkilatlar sözügedən məsələdən xəbərsiz olsunlar. Doktor Baxşaliyevin onlardan “beli bağlı” olmasaydı, bunca böyük qələtə qol qoymazdı.
Xatırladaq ki, “Sum Modern Dental” stomatoloji klinikası 1 nömrəli stomotoloji poliklinikanın bazasında yaradılıb. Ölkə Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı və Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq şəhər 1 nömrəli stomatoloji poliklinika Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməyə çıxarılıb və 2017-ci il 4 aprel tarixində hərrac yolu ilə özəlləşdirilib. Qeyd edək ki, 1969-cu ildə fəaliyyətə başlayan poliklinika Cənubi Qafqazın ən böyük stomatoloji poliklinikası olub.
2019-cu ilin avqust ayında Sumqayıt şəhərində "Sum Modern Dental Clinic"in həkimlərdən biri - Pərviz İbrahimov aralarında şəxsi münasibətlərə görə yaranmış mübahisə zəminində klinikanın baş həkimi Şahin Baxşaliyevi 7 zərbə ilə bıçaqlamışdı. Ağır yaralanan Baxşaliyevin bir böyrəyinin çıxarıldığı barədə məlumat yayılmışdı. Sonradan Pərviz İbrahimovun üstünə daha hansı ittihamlar yağdırılmadı? – Gah dedilər ki, klinikada işləyən xanımlara sataşırmış, gah dedilər bıçaq çəkəndə nəşəli olub. Nə isə! Ölümdən qayıdan doktor Baxşəliyevin haqqı yoxdur ki, binanı sakinlərin başına yıxa. Onların onun kimi 7 canı olmaya bilər.
Mövzu diqqətimizdədir.




Dünyapress TV

Xəbər lenti