İş adamının oğlunun həbsinin şok detalları –
“Qafar Dəmirçinin idarəetdiyi, atasının sahib olduğu “Monte Ferro” şirkəti 2019-2021 ci illərdə Şəkidə və Qaxda toplam 3 min hektara yaxın meşə fondundan torpaq icarəyə götürüb məhv etmişdi. Bu ərazinin 2 min hektarından çoxu sıx və seyrək meşəlik ərazilər idi”.

“AzPolitika” xəbər verir ki, bunu eko-aktivist Cavid Qara sosial şəbəkədəki hesabında yazıb.

Tələs, bitmədən sən də al. Fürsətlər tükənmədən tətbiqə gəl!

Onun sözlərinə görə, Dəmirçilər Şəkinin Layısqı kəndi yaxınlığında 850 hektarlıq ərazini də məhv ediblər: “Amma çatdırıb əkə bilmədiklərinə görə son 3-4 ildə təbii bərpa getmişdi. ETSN bu yay əraziyə baxış keçirib təbii bərpa gedən ərazilərin yenidən məhv edilməsinin məqsədə uyğun olmadığı qənaəti ilə meşə fonduna qaytarılmasını tələb etmişdi”.

Eko-aktivistin sözlərinə görə, sirkət isə son illərin cəzasızlıq mühutindən arxayınlaşıb və dövlət orqanını fakt qarşısında qoymaq üçün geri qaytarılması tələb edilən ərazini yenidən kürüməyə başlayıb: “Ərazi böyük olduğundan buna aylarla vaxt lazımdır. COP29 beynəlxalq iqlim konfransının başlamasına bir neçə gün qalmışa qədər bu proses davam edirdi. Biz ən son peyk görüntüləri ilə davam edən kürünmə prosesini ictimailəşdirdik və işin dərhal dayandırılması üçün hüquq mühafizə orqanlarına açıq müraciət etdik. Gün ərzində proses dayandı. Yoxlamalar başladı, bu da nəticəsi”.

C.Qara vurğulayır ki, Dəmirçilərin sırf dövlət orqanını fakt qarşısında qoymaq taktikası və COP ərəfəsində belə bir dağıdıcı fəaliyyətlə məşğul olması hökuməti də qəzəbləndirib.

Onun sözlərinə görə, 8 milyon böyük rəqəmdir, amma o belə dəymiş ziyanın qarşısında heç nədir: “Mən hesablasam, 100 milyon çıxar. Adam ağac kəsdiyinə görə həbs edilməyib. Maddənin adı qanunsuz ağac kəsmədir. Tərkibi isə ictimai əməlaka külli miqdarda ziyan vurduqda, bir qrup şəxs tərəfindən törədildikdə... 7 min manatdan artıq ziyan dəyəndə külli miqdar sayılır. 8 milyon ondan min dəfə çoxdur. Bu bəndlərin cəza sanksiyasının maksimum həddi 5 ilə qədər həbsdir. 2 ildən 5 ilə qədər həbs çərçivəsində istənilən cəza adekvat cəzadır”.

Eko-aktivist qeyd edir ki, bu hadisə yeganə olay deyil: “Bu il Qusarda da meşəni məhv edib ev tikintisi üçün satmış Qusar şəhərinin bədəliyyə sədri həbs edildi. İcra başçısı işdən çıxarıldı. Əvvəlki cəzasızlıq mühitinə arxayın olub meşə cinayətlərinə yenidən cəhd edənlər ağıllanmasa, belə həbslərin yenə olacağını gözləmək olar”.

Xatırladaq ki, Qafar Dəmirçi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçinin oğludur. “Demirchi Tower”, “AGA İş Mərkəzi”, “Ariana Business Park”, “Caspian Business Center”, “Lotfi Zadeh Texnologiyalar Mərkəzi” və başqa plazalar “AGA Şirkətlər Qrupu”na bağlı iş mərkəzləridir. Bundan əlavə şirkətdə “AGA Group” maliyyə (“Ferrum Kapital” və “Caspian Audit”), kənd təsərrüfatı (“AGA Agro”, "Monte Ferro"), İnformasiya Texnologiyaları (“Bravo Online Systems”), turizm və hotelçilik (“Da Vinci” və “Caspian Palace” hotelləri) da fəaliyyət göstərir.

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti