Qaimaqalllarla diqqət mərkəzində olan Tarix institutunda daha bir qalmaqal -
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda yenidən qalmaqallı hadisə baş verib. Daha əvvəl də məlumat verdiyimiz kimi, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarovun təzyiqlərinə məruz qalan qadın əməkdaşın səhhəti kəskin pisləşib və iş yerində ona təcili yardım çağırılıb.
"DİA-AZ"ın əldə etdiyi məlumata görə, qadın əməkdaş bir həftə evdə xəstə yatdıqdan sonra yenidən işə qayıdıb. Lakin elə ilk gündən Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və şöbənin digər əməkdaşı Adilə Ağabəyova həmin şəxsə ardıcıl təzyiqlər göstərərək, ondan əvvəlki məlumatlara dair “təkzib məktubu” imzalamasını tələb ediblər. Qadın əməkdaş bu tələbə qəti şəkildə etiraz edərək, “Bu mənim başıma gəlib, necə deyim ki, olmayıb?” deyə cavab verib. Onun bu mövqeyi gərginliyi daha da artırıb. Ardınca sözügedən rəhbər şəxslərin qadın əməkdaşa qarşı otaqda mütəmadi sataşmalar, dedi-qodular və psixoloji təzyiqlər göstərdikləri bildirilir.
Nəticədə əməkdaşın səhhəti yenidən ağırlaşıb, o, infarkt riski ilə təcili xəstəxanaya yerləşdirilib. Bir neçə tibb müəssisəsi xəstəni qəbul etməkdən imtina etsə də, nəhayət, Mərkəzi Klinik Xəstəxana onun müalicəsini öz üzərinə götürüb. Yaxınlarının sözlərinə görə, qadın əməkdaş son anda ölüm təhlükəsindən qurtulub, əməliyyat olunduqdan sonra evə buraxılıb.
Əməkdaşın ailəsi hazırda “qəsdən sağlamlığa zərər vurma” maddəsi üzrə məhkəməyə müraciət etməyi planlaşdırır. Lakin qadın özü bu addımı atmaqda tərəddüd edir, çünki işdən qovulmaq və dolanışığından məhrum olmaqdan ehtiyatlanır.
Son dövrlərdə Tarix və Etnologiya İnstitutunda qeyri-sağlam iş mühiti, əməkdaşlar arasında təkrarlanan qarşıdurmalar və rəhbərliyin qeyri-etik davranışları adi hala çevrilib. Bu kimi qəsdən təzyiq, qısnama və şəxsi hücum faktları institutun idarəetmə sistemində ciddi çatışmazlıqları üzə çıxarır, akademik mühitin nüfuzuna və elmi fəaliyyətin keyfiyyətinə ciddi zərbə vurur.

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti