Ardını oxu...

Qazax rayonundan narazılığa səbəb olan daha bir məlumat.

Qazax rayon sakinləri tərəfindən "DogruXeber.az"a məlumat və həmin məlumatı təsdiq edən videogörüntü göndərilib.

Göndərilən məlumatda bildirilir ki, "Qazax rayon İcra Hakimiyyətindən təqribən iyirmicə metrlik məsafədə - "İstanbul" restoranının, qardaş Türkiyə vətəndaşlarının şəhidlərin xatirəsi üçün saldırdıqları parkın yanında yerləşən sanitar qovşaq çox iyrənc vəziyyətdədir. Ətraf əraziləri üfunət bürüyüb. Hələ yay aylarında müxtəlif murdar həşəratların əlindən və ətrafı bürüyən iyrənc qoxudan ərazinin bir neçə metrliyindən belə keçmək mümkünsüz olur.

Lakin, sözügedən ünvan mərkəz küçəsi sayılır və əhalinin çox sıx hərəkət etməyə məcbur olduğu yerlərdən biridir".

Qeyd edək ki, vətəndaşın sözlərinə görə Rəcəb Babaşov Qazax rayonuna yenicə İcra başçısı təyin olduğu zaman sözügedən sanitar qovşağı bir dəfə təmir etdirib. Lakin, sonrada təkrar yaranmış vəziyyət üçün müraciət edilsə də artıq, İcra Hakimiyyəti məsələni "qulaqardına vurur".

Sözügedən görüntülər "Kanal14" youtube kanalında "Kamalın zamanı" proqramında yayımlanıb.


P.S: Qeyd edək ki, təqdim etdiyimiz bu görüntüləri Qazax rayon İcra Hakimiyyətinin məsul işçilərindən birinə votsap vasitəsilə şəxsən göndərmişik. Məsul şəxs baxıb cavablandıracağını bildirsə də, artıq bir neçə gündür ki, redaksiyamıza heç bir cavab verilməyib.

Odur ki, qarşı tərəfin də cavab haqqını tanıyırıq.

DogruXeber.az
Jalə Asiman


Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

 


Ardını oxu...
DİA.AZ: - "ARB-də Elgiz Əkbərin məlum verilişində mütəxəssis kimi dəvət olunan pediatr Kənan Qarayev heç də efirdə göründüyü kimi deyil. İki dəfədir qəbulunda olduq. Həkim qəbula gələnləri gözlətməkdən həzz alır". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Cavid Şahverdiyev sosial şəbəkədi paylaşımında giley edir.

Ardını oxu...

Jurnalist daha sonra yazır: "Saat 10.00-da qəbula yazılan şəxsi saat 3-də qəbul edir. Haqqını tələb edənə isə kobud cavab verir. Bizi də saat 14.30-da qəbula yazdılar, getdik saat 16.30-a kimi qapı arxasında qaldıq. Əvvəlki gün kimi. Hamı narazılıq edirdi. Kənan Qarayev ancaq tanışlarını qəbul edirdi...

Bizi qəbula yazan xanımla telefonla əlaqə saxlayırlq ki, bəs bu saata bizi qəbula yazmısız.. "Gözləyin çağıracağıq da, mən xəstələri qəbul edirəm."...

Haqqımızın pozulduğuna, həkimin ora gələnlərə münasibətinə etiraz etdikdə, Kənan Qarayevdən "gözləmə, çıx get, sizdən xahiş etməmişdik ki, gələrsiz" cavabını aldıq. Axı vəsait ödəmişəm. "Get vəsaitini reseptiondan geri al"... Həkimin qəbul saatından belə xəbəri yoxdur. Məndən soruşur ki, kim sizi bu saata yazıb... Bu da həkim mədəniyyəti, etikası, qəbuluna gələnə münasibəti. Ödədiyimiz pulu geri aldıq".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən pambıqyığan kombaynların satın alınması üzrə keçirilmiş açıq tenderin nəticələri açıqlanıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə qalib “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Aqroservis” ASC tərəfindən 14.12.2022-ci il tarixdə başlanmış təkliflər sorğusunun nəticələri 24.01.2023-cü il tarixdə açıqlanıb və MMC ilə 16 756 300 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bu satınalma müqaviləsinin bağlanılması zamanı zamanı yol verilən qanunsuzluqlar sözün əsl mənasında böyük bir bir biabırçılıqdır. Birincisi, ASC-nin Tender Komissiyası şərtlər toplusunda neçə pambıqyığan kombaynın alındığını açıq göstərməyib. Bu isə qiymətlərin süni şəkildə şişirdilməsinə əsaslı şübhələr yaradır. İkincisi isə “Aqroservis” ASC təkliflər sorğusu elanını verəndə, yəni 14.12.2022-ci il tarixdə “AGROMOTORS AZƏRBAYCAN” MMC-nin cəmi altı ay fəaliyyətə başlamasıdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 08.06.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, MİR CƏLAL, ev 143B, m. 106, qanuni təmsilçisinin isə Bayramov Rövşən Sabir oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC tender proseduru başlamazdan cəmi 6 ay əvvəl dövlət qeydiyyatına alınıb. Təkliflər sorğusunda iştirak etmək üçün sənədlərin qəbul edildiyi vaxtda, 14.12.2022-ci il tarixindən – 28.12.2022 18:00 tarixinədək olan müddətdə “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Tender Komissiyası MMC-nin yeni dövlət qeydiyyatına alındığını görməyiblərmi? Axı bu “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə cavab vermir. Sözügedən maddədə göstərilir.

48.3. Satınalan təşkilat təkliflərin qiymətləndirilməsi üçün meyarları, hər belə meyarın nisbi qiymətini və təkliflərin qiymətləndirilməsi zamanı tətbiqi qaydasını müəyyənləşdirir. Bu meyarlar aşağıdakılara aiddir:

48.3.1. malgöndərənin (podratçının) idarəetmə və texniki səriştəsinə;

48.3.2. malgöndərənin (podratçının) təklifinin satınalan təşkilatın ehtiyaclarının ödənilməsi baxımından səmərəliliyinə;

İnternet resusrlarında açıq mənbələr üzərindən apardığımız araşdırmalarda “AGROMOTORS AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası ilə bağlı heç bir məlumata rast gəlmədik. Amma MMC-nin qanuni təmsilçisi Bayramov Rövşən Sabir oğlunun barəsində məlumat tapdıq. “DOST İş Mərkəzi” MMC ilə əmək müqaviləsi bağlanılmış Xaçmaz rayonu üzrə avqust ayında əməkhaqqı alan ictimai işçilərin siyahısında Bayramov Rövşən Sabir oğlunun da adı var. Həmin siyahı ilə bu linkdən tanış olmaq olar. https://www.sosial.gov.az/FWsiyah%C4%B1s%C4%B1/XA%C3%87MAZ.pdf

Xaçmazda fəhlə işləyən Bayramov Rövşən Sabir oğlu necə olur ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə 17 milyon manat civarında pambıqyığan kombayn alır? Əsas bu suala aydınlıq gətirməkdir. Son vaxtlar bu kimi hallarla tez-tez rast gəlinir. Başqasının adına yaradılmış MMC-lərin dövlət sifarişləri almaları barədə media resurslarında kifayət qədər məlumatlar tapmaq olar. Çox güman ki, Rövşən Bayramov da Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə tutanlardan birinin adamıdır. Çox istərdik ki, sözügedən nazirlik də, ona tabeli “Aqroservis” ASC -də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də bu müəmmalı alqı-satqı müqaviləsinə aydınlıq gətirsin.

Aktualinfo.org
Ardını oxu...
Biləsuvarda Milli qəhrəmanın adına hörmətsizlik
Biləsuvar rayon sakini Niyazi Məmmədov adlı Facebook istifadəçisi sosial şəbəkədə bir videogörüntü yayımlayıb.

Videogörüntülərdə açıq görünür ki, Şəhərin mərkəzi küçələrindən birində - dillərdə dastan olan Milli qəhrəman Mübariz ibrahimovun adına olan küçədə məişət tullantıları az qala "ayaq tutub yeriyir".
Yaranmış antisanitar vəziyyət həm şəhərin gözəlliyinə kölgə salır, həm ətrafda yaşayan, hərəkət edən insanların sağlamlığı üçün təhlükə saçır, ən başlıcası isə Milli qəhrəmanımızın adına çox böyük hörmətsizlikdir ki, buna da səbəbkar olan Rayon İcra Hakimiyyətinin tabeliyində olan Mənzil Kommunal Təsərrüfat Birliyidir.

Güman edirik, qısa zamanda rayon rəhbərliyi məsələ barəsində lazımi tədbirlər görəcəkdir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 

Ardını oxu...
Cəlilabad rayon Zərbiəlli kənd məktəbində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən məktəbdə 2019-2022-ci illər ərzində tədris edilməmiş dərs saatlarına görə əməkhaqqı ödənilməsi və nəticədə dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyənləşib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
DİA.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən təhsil üzrə ekspert Elçin Əfəndi "Sherg.az"a açıqlamasında bildirib ki, təkcə Cəlilabad kənd məktəbində deyil, respublikanın əksər rayon və kəndində yaşanan haldır:
"Bir çox məktəb rəhbələri, direktorlar fürsətdən istifadə edirlər. Hansısa məktəbdə bağbana ehtiyac varsa, iki bağban qeydiyyata alınır. Bağbanlardan birinin pulu mənimsənilir. Təsərrüfat işçilərinin sayı 5 nəfər olmalıdısa, 3 nəfər işə götürüb, 2 nəfərin pulunu yenə də direktor mənimsəyir və s.Təhsil sektorunda çoxlu yeyinti mövcuddur. Yeyintinin məbləğini hesablasaq, dövlət büdcəsini kifayət qədər çapıb-talamaq faktları üzə çıxa bilər. Hesablama Palatası Elm və Təhsil Nazirliyində yoxlamalara başlamalıdır. Regional təhsil idarələrinin tabeliyindəki məktəblər də yoxlanılmalıdır. Kimlər saxta yolla işə qəbul olub? Orda çalışan müəyyən şəxslərin aldığı əməkhaqqının hansı hissəsi mənimsənilir? Elə direktorlar var ki, vətəndaş bildirişləri əsasında müəyyən işçini işə götürəndə şərt kəsirlər. Tutalım, "əməkhaqqının 2 ayını mən götürəcəm, növbəti aylarda sən alacaqsan" ".

E.Əfəndinin dediklərinə görə, məmur dövlət büdcəsindən milyonlarla vəsait talayanda məktəb direktorları da, müxtəlif üsullarla çəkinmədən belə addım atırlar:

"Qanunsuz əməllərə yol verənlərin sayı çoxdur. Təkcə təhsildə deyil, səhiyyədə eləcə də, digər sahələrdə eyni hallara rast gəlmək mümkündür. Problemin aradan qalxması üçün hər kəs əlini daşın altına, vicdanına qoymalıdır.

Son 6-7 ay ərzində məktəb direktorlarının rüşvət faktoru ilə vəzifədən uzaqlaşdırılıb. Həmin şəxslər bir müddət sonra başqa məktəbdə direktor vəzifəsinə təyin olunursa, digərləri də bundan qorxmaz. Onlar düşünürlər ki, başqa yerə tanışlıq, yaxud rüşvət qarşılığında yeni təyinat alacaqlar. Gen-bol qanunsuz əməllər həyata keçirirlər".
Ardını oxu...
Ekspert: Elxan Nəcəfovun mafioz direktoru dəstəkləməsi dözülməz haldır

Astara rayonundan həyəcan doğuran xəbər almışıq. Belə ki, məktəblərdən birinin direktoru müəllimlərdən birinə qarşı fiziki hücum edib, daha dəqiq desək, STOL ATIB!

Söhbət, Burzubənd kənd tam orta məktəbinin qalmaqallı direktoru Turan Rəfiyevdən gedir. Hücuma məruz qalan isə məktəbin biologiya müəllimi Vidadi Əmirovdur.

Hadisə, tam olaraq belə baş verib: Direktorun qanunazidd və biabırçı əməllərindən edilən çoxlu şikayətlərdən sonra məktəbə, təhsil idarəsindən nümayəndələr gəlib. Vəziyyəti müzakirə etmək üçün müəllimlərə söz verilən zaman, paxırlarının açılmasına dözməyən dəliqanlı direktor, müəllimi ağır söyüşlərlə təhqir edib, lakin ürəyi soyumayaraq üzərinə hücuma keçib və stol atıb! Xoşbəxtlikdən ciddi fiziki xəsarət almayan yaşlı müəllim, sarsıntı keçirsə də, soyuqqanlılığını itirməyib.

Hadisə barədə “Təhsil Araşdırmalar Mərkəzi”nə danışan zərərçəkən Vidadi Əmirov, məktəbdə baş verən özbaşınalıqlardan müəllimlərin və şagirdlərin cana gəldiyini və buna görə də etiraz haqqından istifadə etdiklərini bildirdi: “Nəticədə problemlərin həll olunması əvəzinə, direktor Turan Rəfiyevin söyüşləri və fiziki hücumuyla “mükafatlandırıldıq”. Mən 39 ilin müəllimiyəm və Turan Rəfiyevə dərs demişəm, əlindən tutmuşam. Mənə “çox sağ ol” demək əvəzinə, üstümə hücum edir, öldürməyə cəhd edir…Guya mən ya da digər müəllimlər ölsə, yox olsa, problemlər yoxa çıxacaq?!...”

Lənkəran-Astara Regional Təhsil İdarəsi başda olmaqla, müvafiq qurumlardan reaksiya gözlədiklərini qeyd edən Vidadi müəllim, məsələ ilə bağlı müəllim heyətinin Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfovla görüşdüyünü də əlavə etdi: "Elxan müəllim öncə sübut və sənədləri görüb, direktorun işdən çıxarılması gərəkdiyini bildirdi, biz müəllimlər də sevindik ki, nəhayət məktəbimiz ağ günə çıxır. Lakin, sevincimiz çox çəkmədi. E. Nəcəfov görüşdən bir neçə gün sonra qəribə şəkildə mövqeyini dəyişdirdi, direktoru dəstəkləməyə başladı...”

Baş verən son dəhşətli olay ilə bağlı rayonun gənc elm adamlarının iştirak etdiyi "Gənc Alimlər" təşkilatı ilə də əlaqə saxladıq. Burzubənd məktəbində olduqca dramatik hadisələrin baş verdiyini qeyd edən təhsil eksperti Emin Mirzəli bunları bildirdi:

"Sözügedən qəsd hadisəsindən yetərincə müddət keçsə də və Vidadi müəllim müxtəlif qurumlara şikayət etsə də, hələ də rəsmi bir reaksiya yoxdur. Təsəvvür edin, normalda küçədə kimsə kiməsə söyüş söysəydi, polis başda olmaqla hamı tökülüşəcəkdi. Lakin, ictimai yerdə, özü də TƏLİM VƏ TƏHSİL MƏKANINDA belə bir quldurluq və qəsd hadisəsi baş verir, heç bir qurumdan "tık" yoxdur! Sadəcə olaraq, dəhşətdir! Belə çıxır ki, Turan Rəfiyev Vidadi müəllimi öldürməliydi ki, hansısa ciddi tədbir görüləydi...

Yaxud da hadisəni müəllimlər kameraya çəkib sosial şəbəkədə yaymalıydılar ki, Təhsil Nazirliyi reaksiya verəydi!

Fürsətdən istifadə edib, "Gənc Alimlər" təşkilatı olaraq, Astara İcra Hakimiyyətinə, DİN-ə Prokurorluğa, Həmkarlar İttifaqına və ən əsası da, Lənkəran-Astara Regional Təhsil İdarəsi rəhbəri Elxan Nəcəfova müraciət edirik; BU QƏSDƏ, BU DƏHŞƏTLƏRƏ DƏRHAL MÜNASİBƏT BİLDİRİN, ƏKS HALDA, SABAH O MÜƏLLİM YA DA BAŞQA MÜƏLLİM DİREKTOR TƏRƏFİNDƏN ÖLDÜRÜLƏ BİLƏR!

Məsələyə, medianın və jurnalistlərin bundan sonra reaksiya verəcəyinə inandığını qeyd edən gənc alim bu hadisənin, "Regional"ın rəhbəri Elxan Nəcəfov üçün səmimiyyət testi olduğunu bildirdi: "Düşünürük ki, Elxan müəllim, savadlı, intellektli bir insan olaraq, öncəki savadsız müdirin səhvlərindən ibrət almalıdır. Lakin, fakt budur ki, Turan Rəfiyev məktəbi şəxsi obyektinə çevirməsinə, öz müəlliminə qəsd etməsinə baxmayaraq, hələ də o məktəbin rəhbəridir..."

Qeyd: Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri Elxan Nəcəfovla əlaqə saxlamağa çalışsaq da, Elxan müəllim təəssüf ki, münasibət bildirməkdən boyun qaçırdı…

P.S. Bəli, sözün bitdiyi yerdəyik. Hücuma məruz qalan Vidadi Əmirov, vaxtilə elə Turan Rəfiyevin özünün də əlindən tutub, onun müəllimi olub... Öz müəllimini təhqir etmək və üzərinə hücum etmək... Necə deyərlər, "ustadına kəm baxanın gözünə qan damar..."

Əgər bir insan öz müəlliminə əl qaldırırsa, deməli onun üçün müqəddəs heç nə yoxdur, o, hər şeyi edə bilər…

"Təhsil Araşdırmalar Mərkəzi"
Teref.az
 
Ardını oxu...
Ruslan Əliyevin “Azəriqaz” İstehsalat Birliyinə rəhbər təyin olunmasından sonra ümid edirdik ki, nəhayət rastlaşdığımız problemlər mərhələli şəkildə öz həllini tapacaqdır. Ölkədə həyata keçirilən geniş miqyaslı islahatların fonunda Texnika üzrə Fəlsəfə doktoru olan Baş direktorun strateji əhəmiyyət daşıyan sektora rəhbərlik etməsi ilk baxışda uğurlu görünsə də sonradan baş verənlər onun digərlərindən fərqlənmədiyi barədə neqativ rəyin ortaya çıxmasına səbəb oldu. Ruslan Əliyev və komandası şəffaf işlədiklərini ictimai rəyə sırımaq üçün bir çox kreativ layihələrə start verməklə bu sahədə yeniliklərə imza atdıqlarını sübut etməyə cəhd etdilər. Məsələn, ”Açıq mikrofon” adı altında aksiyalar, bölgələrdə istehlakçılarla mənasız görüşlər, ”Qaynar xətt” bölməsində çalışan xanımların yerində əyləşərək “poz”vermək və s... Bu yaxınlarda rastlaşdığımız mənzərə “Azəriqaz”da əslində nələrin baş verdiyini tam çılpaqlığı ilə ortaya qoydu. 04.01.2023-cü il tarixində smart kart vasitəsilə sayğaca pu ödənişi edərkən aydın oldu ki, ödədiyimiz məbləğdən borc adı ilə vəsait silinib. Məlumat üçün bildiririk ki, smart tipli sayğaclarda məbləğ bitərsə avtomatik olaraq mavi yanacağın verilişi dayanır. Yalnız əlavə vəsait yüklənəndən sonra qazın verilişi bərpa olunur. Mexaniki sayğaclardan fərqli olaraq smart tipli sayğaclarda borc yaranması mümkün deyil. Anlaşılmazlıq yarandığını güman edərək, ”Azəriqaz”a müraciət etmək qərarına gəldik. İlkin olaraq qaynar xəttı yığmağa cəhd etdik. Bir neçə saat ərzində telefon zənglərimizə cavab verən tapılmadı. Məcburiyyət qarşısında qalaraq Whatsapp üzərindən problem barəsində məlumat verdim. Bir neçə saatdan sonra bizə cavab olaraq bildirildi ki, yerli qaz təchizatı idarəsinə müraciət edin. Abşeron Qaz İstismarı İdarəsində görüb müşahidə etdiyimiz acınacaqlı mənzərədən dəhşətə gəldik. Onlarla abonent müxtəlif problemlərlə bağlı sözün həqiqi mənasında etiraz aksiyası keçirirdi. İdarənin əməkdaşları isə şikayətçilərin əlində aciz qalmışdı. Nə şikayətçilərin haqlı narazılıqlarına cavab verə nə də, əsəbləri tarıma çəkilmiş insanları sakitləşdirə bilirdilər. Ən acınacaqlısı o idi ki, hər kəs yüksək səslə soruşurdu - “Dövlət hara baxır???” Bəli, vətəndaş “Dövləti “ köməyə çağırırdı. Anladıq ki, bu idarədə bizi qəbul edib dinləyəcək kimsə tapılmayacaq. Ona gorə də “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Eldəniz Vəliyevə telefon açaraq rastlaşdığımız problem barədə ətraflı məlumat verdik. Nəhayət, bu qurumda şikayətçini dinləyəcək bir nəfərin olduğuna sevinsək də aldığımız cavab bizi məyus etdi. Eldəniz Vəliyev bildirdi ki, smart tipli sayğaclarda klapanların tutulması nəticəsində bəzən itkilər olduğu üçün istehlakçiya əlavə vəsait hesablanır. Məhz bu səbəbdən sizdən əlavə vəsait tutulur. Sayğacda yaranmış xətaya görə istehlakçı nəyə görə cərimə ödəməlidir deyə verdiyimiz suala isə E.Vəliyev bu barədə məhkəməyə müraciət edə bilərsiniz cavabını verdi. Baş verənləri təhlil edərək gəldiyimiz qənaəti oxucularımızın və müvafiq dövlət qurumlarımızın diqqətinə çatdırırıq.

1. Ruslan Əliyev rəhbərlik etdiyi qurumu korrupsiya yuvasına çevirməkdədir
2. Sayğaca kənar müdaxilə olmadığı ,dövlət möhürü pozulmadığı halda nəyə gorə istehlakçıya əlavə vəsait yazılmalıdır?
3. Sayğacda yaranmış texniki nasazlığa görə məsuliyyəti kim daşıyır?
4. Abonentin xəbəri olmadan küçədə quraşdırılmış sayğaca müdaxilə edərək cərimə yazmaq nə dərəcədə qanunidir?
5. Nəzərə alsaq ki,ölkədə milyonlarla abonent var onda,bu metodlarla yığılan milyonlarla vəsait kimlərin ciblərinə axır?
Göründüyü kimi rastlaşdığımız mənzərə R.Əliyevin tətbiq etdiyi qanunsuz gəlir mənbələrindən sadəcə biridir. Mavi yanacağa tətbiq edilən limitdən və mövcud baha qiymətdən əziyyət çəkən əhalini bu yollarla dövlətdən narazı salmaq kimin ağlının məhsuludur? Havaya sovrulan və mənimsənilən milyonların yerini doldurmaq üçün gizli şəkildə vətədaşların ödənişindən əlavə pullar tutaraq onları məhkəmələrə istiqamətləndirməyin adı nədir?Belə çıxır ki, Prezidentin etimad edərək vəzifələrə təyin etdiyi kadrlar onun tapşırıqlarını və tövsiyyələrini qulaqardına vururlar. İndi aydın olur ki, dünyaya qaz satan olkənin vətəndaşları nəyə görə hələ də mavi yanacaqsız qalıb. Mövcud qiymətlərlə gəlirlə işləməli olan “Azəriqaz”da yeyintilər o həddə çatıb ki, artıq abonentləri şərləyərək pu toplamağa başlayıblar. Bunun adı CİNAYƏTDİR! Psixoloji və emosinal durumu yerində olmayan insanları dövlətə qarşı qaldırmaqdır. Ruslan Əliyevin törətdiyi qanunsuz əməllərdən birini “Açıq mikrofonsuz” yuxarı qurumların diqqətinə çatdırdıq. Neçə ki gec deyil, hüquq-mühafizə orqanları Ruslan Əliyevin fəaliyyətini araşdırmalıdırlar. Təcrübə göstərir ki, sonradan itirilmiş milyonları geri qaytarmaq çox çətin olur.

Adekvat.az
Araşdırma qrupu
 
Ardını oxu...
Sumqayıtın Baş memarından xəbər var, özü də, bambaşqa bir səpkidə

Uzun müddətdir ölkə mətbuatında, eləcə də internet mediasında və sosial şəbəkələrdə, həmçinin özümün rəhbəri olduğum media qurumunda Sumqayıtın icra başçısı Zakir Fərəcovun rəhbər fəaliyyətindəki ciddi nöqsanlar barədə, həmçinin iş adamları ilə, illərdi səngiməyən borc qalmaqllarıyla bağlı əsaslı yazıların dərc edildiyi hamıya məlumdur. Öncədən onu da qeyd etmək istəyirəm ki, mənim Zakir Fərəcovla heç bir şəxsi qərəzim yoxdur və ola da bilməz. Sadəcə, yaranan belə bir xoşagəlməz durum və şikayətlərin həddən-ziyadə çoxluğu, bir jurnalist kimi, əlimə qələm götürüb, bu barədə yazmağı tələb edir. Və şikayətçilərin əksəriyyəti də, lazımi dövlət orqanlarına öz şikayətlərini, mətbuat vastəsi ilə çatdırmağı lazım bilirlər. Bir də ki, digər mətbu vasitələr kimi, bizim redaksiya da, bu ciddi məsələyə öz mövqeyini açıqlayır. Qalan vacib işləri isə, əlaqədar dövlət qurumlarının öhdəsinə buraxır. Səlahiyyətli orqanlar isə, özlərinin bu vacib işini araşdırmağa, nədənsə, çox gecikirlər…

Ümumiyyətlə, ölkə mətbuatı Zakir Fərəcovu var-dövləti, mal-mülkü, yüksək çinli məmurlarla yaxın qohum-qudalıq şəbəkəsi olan, özünün oğul-uşaqları, nəsil-kök yaxınları hər yerdə ciddi mühafizə altında qorunan ən qocaman icra başçısı kimi, öz yazılarıyla heç vaxt gündəmdən salmayıb. Di gəl ki, o, hər dəfə «sudan quru çıxmağı bacarıb». Bunun səbəbləri də, artıq, hamıya məlumdur: Ortada, bu cür ciddi nöqsanları olan belə bir yüksək vəzifə sahibini ölkə rəhbərinə yaxşı yöndən təqdim edən Ramiz Mehdiyev kimi adam olub. Üstəlik, bir vaxtlar Milli Təhlükəsizlik Nazirliyinin başında duran Eldar Mahmudov kimi təhlükəli bir general da, onun tam təhlükəsizliyini hərtərəfli təmin edib. Respublikanın sabiq Baş prokuroru Zakir Qaralovla arasındakı xüsusi dostluğun ona nələr verdiyi də, heç kəsə sirr deyil. Və nəhayət…

…Rəhbəri sarıdan başı bəlalı Naxçıvan Muxtar Respublikasının sabiq rəhbəri Vasif Talıbovun adına çıxılan «Xanlıq Kürsüsü»ndə önəmli mövqedə olması da, Zakir Fərəcovun həmişə «sudan quru çıxmasının» ən əsas səbəbi kimi, camaatın dilindən düşmür. Yaddaşlara köçən əsas dəhşət isə ondadır ki, hətta xalqın ondan olan saysız-hesabsız giley-güzarını qələmə alan, eləcə də görüb, şahidi olduqları qanunlarımız çərçivəsinə sığmayan bəd əməllərini işıqlandıran mətbuat vasitələrini günahkar və yalançı çıxararaq, dövlətin və xalqın onlara olan inamını gözdən salmaqda xüsusi məharət nümayiş etdirməyi bacaran icra başçısı kimi də, çoxdan özünü tanıda bilib. Nə yaxşı ki, indi, o, nə Mehdiyevlə, nə Mahmudovla, nə Qaralovla və nəhayət, nə də ki, Talıbovla bir meydanda var! Yoxsa, hər şey mənim üçün də pis olar, «günüm göy əskiyə bükülərdi».

Bütün bunlar barədə bu qədər, indi isə, keçək bu yazının əsas mövzusuna: Bu mövzu ilə bağlı, öncə onu qeyd etmək istəyirəm ki, icra başçısının «qara kassa»sına «mühasiblik» edən Sumqayıtın Baş memarı Adil Xudadatovdan xəbər var. İncidilən sahibkarların dediklərinə görə, Zakir Fərəcov, uzun müddətdir ala bilmədikləri və başlarına bəla gətirən milyon manatlarla borcun qaytarılması məsələsini həll etməyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin bu müdirinə tapşırıb. Bu məsələ ilə bağlı, onunla əlaqə yaratmaq, qəbuluna düşmək və söhbət etmək isə, müşkül məsələyə çevrilib. Yuxarılarda yüksək vəzifələr tutan arxa-dayaqlarına çox güvəndiyindəndir deyə, «dünya vecinə də deyil»! Borclarını istəyən iş adamları ilə, istədiyi kimi davranmaqdan belə çəkinmir. Bu azmış kimi, hətta istədiyi iş adamına, istədiyi vaxt, istədiyi səmtdən «badalaq gəlməkdən» belə çəkinmir. Bütün bunlar barədə, az sonra.

İndi isə, gəlin görək, əslində, Adil Xudadatov kimdir?!

Uzun müddətdir ki, adı ölkə mediasından düşməyən Adil Xudadatov, Zakir Fərəcov Abşeronda icra başçısı işləyən vaxtdan indiyədək, onun «sağ əli» kimi ictimaiyyətə tanıdılıb. Bir sözlə, vaxtilə Abşeronda «at oynadıb», sonra isə, qısa müddət ərzində, icra başçısı postunda Zakir Fərəcova müavinlik də edib. Adı pis yöndən çox hallandırıldığı üçün, tezcə də, bu böyük vəzifədən, guya, qovulub. Bundan azca sonra, indiki daha ”pristijli» bu vəzifə başına gətirilib. Hamının keçmiş «Kamaz» sürücüsü kimi tanıdığı Adil Xudadatov, Abşerondakı kimi, Sumqayıtda da, Zakir Fərəcovun pul yığanı kimi «şan-şöhrət sahibinə çevrilib».

Apardığım jurnalist araşdırmalarının son nəticəsi də belədir ki, pul yığmaq, pul bölüşdürmək sarıdan Adil Xudadatov çox fərasətlidir. Elə, Zakir Fərəcov da, onun fərasətli olduğunu nəzərə alaraq, işlədiyi yerlərdə ona yağlı vəzifələr verib. Belə fərasət sahibi, hətta Zakir Fərəcova bir-neçə milyon atmağı da bacarıb. Buna görə, başçının qəzəbinə tuş gələrək, 15 sutka içəridə yatıb da! Lakin Adil Xudadatovdakı qeyri-adi fərasət, onu həbs etdirən bu başçını məcburiyyət qarşısında qoyub ki, yenidən onu daha yağlı vəzifə başına qaytarsın. Və qaytarıb da! Bunun ona verdiyi xeyir barədə hər şey də, az keçməmiş, yenə göz qabağında olub. Həmişə də, göz qabağındadır.

Onu da qeyd edək ki, maxinasiya, rüşvət, saxtakarlıq… və dövlətdən oğurluq sarıdan etimadını çoxdan qazandığı başçının oğurladığı pullarını geri qaytaran Adil Xudadatov, hələ, Rusiya ali məktəblərindən, özünə, memarlığa aid 2 diplomu, yaxşı pula saxta yolla almağı da bacarıb.

Məhz belə qeyri-adi fərasət və bacarıqlarına görədir ki, əvvəlcədən qeyd etdiyimiz kimi, 20 nəfərdən çox sahibkar da, onun əlində aciz qalıblar. Deyirlər ki, Zakir Fərəcov, normal qaydada, dövlət tərəfindən ayrılmış pulları, işləri gördürən bu sahibkarların bank hesablarına köçürtdürməlidir. Lakin hər dəfə bir bəhanə ilə, pulu ödəməkdən boyun qaçırır. Xeyli vaxtdır ki, Adil Xudadatovu qabağa verməklə, nəsə qazanmaq da istəyir. O da, müxtəlif bəhanələrlə, pul ödəməkdən məharətlə boyun qaçıra bilir, üstəlik, vaxt udmağı özünə qənimət sayır.

İllərin çoxsaylı şikayətlərindən sonra, bir-neçə iş adamına Adil Xudadatovun özü, öz kabinetində pul verib. Axı, bu necə ola bilər?! Bank hesablarına keçməli və dövlətə hesabatı verilməli belə pulları Baş memar əlbəəl necə verə bilər?! Bəs, tenderlərdə iştirak etmiş adamların bank hesablarına pullar nədən keçməyib?! Bəlkə, dövlətin layihəsini Adil Xudadatov özünün və Zakir Fərəcovun restoranlarının ərzaq bazarlığının hesabatları ilə səhv salıb?! Eyni zamanda, o da çox düşündürücüdür ki, indi, borcları qaytarmaq üçün, idarə və şirkətlərdən pul toplamaqda adı hallanan şöbə müdiri, Zakir Fərəcovun borclarını bağlamağa nədən borclu olmalıdır?!.

Ümumiyyətlə, Adil Xudadatovdan 30 faiz «şapka» ilə, öz pullarını alan iş adamları da var. Özləri adlarını saytımıza təqdim ediblər. Onların siyahsını, dəyərli oxucularımızla bərabər, aidiyyatı dövlət qurumlarına rəhbərlik edənlərin də, nəzər-diqqətlərinə çatdırırıq:

1. Əsgərov Məhəmməd — iş adamı;
2. Abbasov Rəşad — iş adamı;
3. Abbasov Eyvaz — iş adamı;
4. Piriyev Bilal — iş adamı;
5. Qasımov İsa — iş adamı;
6. Allahverdiyev Aydın — iş adamı;
7. Şəmiyev Ağaməmməd — iş adamı;
8. Rzayev Zöhrab — iş adamı;
9. Qarayev Elşən — iş adamı;
10. Mənsurov Çingiz — iş adamı;
11. Məmmədov Sayəddin — iş adamı;
12. Abbasov Əkbər — iş adamı;
13 Məmmədov İlham — iş adamı;
14. Rzayev Altay — usta;
15. Rzayev Elçin — usta…

Bizə üz tutdular, biz də, bu iş adamlarının başlarına gətirilənləri və onların bu yöndən olan digər dərd-sərlərini yazdıq. Dediklərini, eləcə də yazdıqlarımızı ölkə başçısına çatdırmaq üçün, indi növbə, edilən şikayətləri araşdırıb, qanunamüvafiq qiymət verə bilən səlahiyyətli orqanlarındır. Di gəl ki, onların nəsə edəcəklərinə, yenə də, heç kəs ümidli deyil. Ümumiyyətlə, paytaxta ən yaxın və ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtın özünün dərdi var. «Ürəyi» intizarda, «gözləri» isə, paytaxtın rəsmi qurumlarından gəlməli olacaq və dərd-sərinə əlac edə biləcək səlahiyyət sahiblərinin yolundadır.

Şəfəq AĞACAN.

P.S. Dədə-babalarımızdan qalma bir deyim var: «Haram tikə geci-tezi, mütləq, burundan geri gəlir!». Bu yerdə, müasir dövrümüzə aid bir ilginc kəlamı da xatırlatmaq istərdim: «Həyat — bumeranqdır!», bəd niyyət sahiblərinin etdiklərinin ağrı-acı dolu zərbəsi, geci-tezi qayıdıb, özünə dəyir.

Təbii ki, Zakir Fərəcovun və ətrafının ictimai qınağa tuş gələn, qanunlarımız çərçivəsinə sığmayan törətdikləri bəd əməllərinin zərbəsi də, çox ağrı-acılıdır. Nə yaxşı ki, ortada ictimai dəstək kimi mühüm faktor da qalmaqdadır — korrupsiyaya, süründürməçiliyə, hegemonçuluğa, özbaşınalığa… qarşı mübarizədə hər zaman mühüm əhəmiyyət kəsb edir! Məhz bu səbəbdəndir ki, dövlətimizin başçısı da, öz önəmli və vacib çıxışlarında, tez-tez, ictimai nəzarət və ictimai qınaq faktorlarını üstün cəhətdən xatırladır. Elə, Zakir Fərəcov, eləcə də ətrafına topladığı hegemon komandada olanlar bu faktorların təsir gücünü vaxtında anlasaydılar, yaxşı olardı…
deryaz.az
 
Ardını oxu...
Televiziyanın əsas funksiyalarından biri maarifləndirməkdir. Ancaq təəssüf ki, son vaxtlar yerli telekanallarda maarifləndirmə ilə ucuz reklamın sərhədləri qarışıb.

Medicina.az xəbər verir ki, müəllif proqramlarında əhalini maarifləndirmək adı altında hansısa "ekspert" və "mütəxəssislər" reklam edilir. Manipulyativ xarakterli bu özfəaliyyət tamaşaçıya "tibbi maarifləndirmə proqramı" tipli verilişlərdə daha qabarıq şəkildə diqqəti çəkir.

Əgər əvvəllər telekanallar müxtəlif xəstəliklər, tibbi məsələlər, səhiyyə sahəsində mövcud olan problemlərlə bağlı az-çox sanballı verilişlər hazırlayırdısa, son dövrlər tamamilə başqa tendensiya diqqəti çəkir: hansısa həkimlər canlı yayıma və ya tibbi məzmunlu verilişlərə çağırılır, aparıcı isə qonaqla ciddi mövzuda söhbət etməkdənsə, daha çox onun ünvanına "bəy tərifi" yağdırmaqla məşğul olur. Vəziyyət o həddə çatıb ki, artıq həkimlər ölkənin çox izlənilən tok-şou və populyar şou verilişlərinə belə ayaq açıblar.

Məsələn, teleaparıcılardan Əkbərin, Elgizin, Tarix Əliyev (Tolikin) səhər verilişlərində, Xoşqədəm Hidayətqızı və Zaur Baxşəliyevin tok-şoularında həkimlər ekspert kimi saatlarla otururlar. Əsl şou da elə bu dəvətlər dəb halını alandan sonra başlayıb.

Aparıcılar bu verilişlərdə həkimləri "ölkənin nömrə 1 həkimi", "ən yaxşı cərrah", "ən yaxşı travmatoloq", "ən bacarıqlı ginekoloq" və s. kimi təqdim edirlər. Belə proqramlarda peşə etikası, hətta reklam haqqında qanunun tələbləri ciddi şəkildə pozulur, aparıcılar hansısa "mütəxəssis" barədə şəxsi, subyektiv fikirlərini tamaşaçılara həqiqət, real informasiya kimi sırımağa çalışırlar... Sirr deyil ki, bütün bunların arxasında ciddi maliyyə dəstəyi dayanır.

Vəziyyət o həddə çatıb ki, ölkədə həkimlər qeyri-rəsmi olaraq, 2 kateqoriyaya bölünüb: reklamı güclü olanlar, başını aşağı salıb işini görənlər.

Təbii ki, şou və əyləncəli proqramlarda reklam olunan həkimlərin pasiyentlərinin də sayı artır. Qabiliyyəti, savadı üstün olan həkimlər isə bu reklam şoularına qatılmır və daha az pasiyentlə kifayətlənməyə məcbur olurlar. Məsələnin ziyanlı tərəfi həm də ondan ibarətdir ki, teleaparıcıların sayəsində tamaşaçı pulu olan, ancaq yetərincə bacarığı olmayan belə "həkim"lərin toruna düşür. Pasiyentlər kifayət qədər pul sərf etsələr də, həmin həkimlərin apardığı müalicə və əməliyyatlar çox zaman nəinki uğurlu olmur, hətta bir çoxlarına sağlamlıqlarını itirmək bahasına başa gəlir.

Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.

Məlum olub ki, telekanalların reklam paketlərindən əlavə teleaparıcılardan Zaur, Xoşqədəm və Elgizin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Telekanallarda Xüsusi sponsor qiymətləri aşağıdakı kimidir.

ATV telekanalında Zaur Baxşəliyevin "Bizimləsən" proqramında müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır. Zaur Baxşəliyevin verilişinə şəxsən çıxmaq üçün əlavə ödəniş tələb oluna bilər. Yeri gəlmişkən, aparıcı bu yaxınlarda həyat yoldaşı və özünü "Azərbaycanda ən bahalı reklam edən aparıcısı" elan etmişdi.

ATV-nin "Nanəli" proqramında həkimlərin reklamı ƏDV xaric 9-12 min manata başa gəlir.

ARB kanalında Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində sponsor qiyməti 17-20 min manatdır. Verilişin xüsusi sponsoru olmayan (yəni 17 min manatı ödəməyən) həkimi ayrıca verilişə çıxarıb reklam etmirlər. Xoşqədəm Hidayətqızının həkimi şəxsən təqdimatı üçün nə qədər ödəməli olduğu sirr saxlanılır, bunu yalnız aparıcı özü təyin edir.

"Elgizlə İzlə" verilişində reklam paketi 8-9 min AZN-ə başa gəlir. Həkimin verilişdə qonaq kimi təqdimatı, əyləşməsi, ekspert kimi çıxışı 5-6 min manatdır. Bu məbləği Elgiz özü təyin edir və aparıcının özünə aiddir.

Tarix Əliyevin "Ümid ilə gəl" verilişində sponsor paketləri 5 min manatdan başlayır. O verilişinin sponsor, reklam qiymətlərini şəxsən özü təyin edir.

Sponsor paketində həkim və ya klinikanın reklamı rolik şəklində göstərilir və aparıcı tərəfindən səsləndirilir.

Həkimin birbaşa həmin verilişə qatılması, tanıdılması və aparıcı tərəfindən şəxsən təqdimatı ayrıca hesablanır.

Bir neçə il əvvəl Xoşqədəm Hidayətqızının verilişinə qatılan həkimlərdən biri hər ay üçün əlavə pul ödədiyini bildirib:

“Kanala ayrıca reklam paketi ödənişi etdim. Xoşqədəm xanımın verilişində təqdimatı üçün ayrıca pul verdim. Həmin vaxt xəstə çox oldu, otağımın qarşısı dolu idi. Özəl klinika rəhbərliyi bunu görüb, mənə ayrıca mərtəbə ayırdı, otaqları çoxaltdı. Klinika bizə reklam üçün pul vermir. Həmin il mən telekanallarda müxtəlif proqramlara 35 min pul xərclədim. Bu məbləği ikiqat çıxardım. Amma sonra pandemiya oldu. Daha sonra icbari tibbi sığortaya görə xəstələr mənim etdiyim əməliyyatı sığorta ilə etdirməyə başladılar. Ona görə xəstə sayı çox düşdü. İndi həmin verilişlərdə reklam qiymətləri qalxıb”.

Adı çəkilən verilişlərdə aylarla "ən yaxşılar" kimi təqdim olunan göz həkimi, ginekoloq, cərrah, travmatoloq, pediatr, kök hüceyrə mütəxəssisləri, eləcə də uroloq və böyrək həkimlərinin reklamdan sonra qəbul qiymətlərinin artdığı da bildirilir.

Xüsusən bölgələrdən həmin həkimlərin qəbuluna xəstə axını müşahidə olunur. Xüsusən yaşlı nəslin nümayəndələri yaxınlarından onları Zaur, Xoşqədəm və Elgizin reklam etdiyi həkimə aparmağı tələb edirlər.

Beləcə, aparıcıların reklam etdiyi həkimlər peşəkar həmkarlarını üstələyir, onların kabinetlərinin qarşısında pasiyent növbəsi yaranır. Bəzi həkimlər bir gündə 50 xəstə qəbul edir və təbii ki, gəliri artır. Daha sonra onlar bu gəliri növbəti, daha yüksək məbləğli reklam dövriyyəsinə buraxır.

Bir maraqlı nüansı da qeyd edək ki, tanınmış göz həkimi, professor Rasim Hacıyevlə müsahibə zamanı həmin aparıcılardan birini öz uşağını müalicə üçün onun qəbuluna gətirdiyinin şahidi olduq. Hətta həkimdən yarızarafat, yarıciddi "aparıcı niyə övladını reklam etdiyi "bir nömrəli göz həkimi"nə deyil, sizin yanınıza getirir" sualını verdik. Belə aydın olur ki, teleaparıcılar öz və ailə üzvlərinin sağlamlığını reklam etdikləri və xalqa məsləhət gördükləri həkimlərə etibar etmirlər.

Həkimlərin reklam olunmasının qanunvericiliyə və tibbi etikaya nə qədər uyğun olub-olmadığınına gəlincə, bu barədə elə tanınmış həkimlərin rəyini soruşduq.

“O cür reklam olunmaq həkim adına həqarətdir”

Adil Qeybulla professor, tibbi ekspert:

“Azərbaycanda həkimlərin reklam olunma forması dünyada analoqu olmayan biabırçılıqdır. Bu qədər pulu verib efirə çıxırlar, aparıcılar da onları "1 nömrəli həkim", "ən yaxşı həkim" adlandırırlar. Hansısa həkimin bu təqdimata razı olması, onun öz peşəsinə və həmkarlarına qarşı həqarətdir. O aparıcılar pul üçün hər şeyə gedirlər. Onlar üçün "ayıbdır" sözü yoxdur.

TƏBİB, Səhiyyə Nazirliyi, hətta İcbari Tibbi Sığorta, Teleradio Şurası hara baxır? Həkim yalnız və yalnız tibbi profilli mətbuat vasitəsində öz sahəsi üzrə yeni müalicələr barədə informasiya verməlidir. Amma televiziyada “yalnız bu həkimə gedin, başqa yerə getməyin, bu, ən yaxşısıdır” kimi çağırışlar yolverilməzdir. Bu, başqa həkimlərin hüquqlarının tapdanması və icbari tibbi sığorta sisteminə keçən ölkəyə zərbədir. Mən belə şeylərin əleyhinəyəm. Mən özüm reklamdan, televiziyalara pulla çıxmaqdan uzağam. Fərdi, korporativ maraqlara keçmək yolverilnməzdir. Bu, həm mənəvi, həm də hüquqi məsuliyyət yaradır”.

“Dünyada 1 nömrəli həkim anlayışı yoxdur, bu, insanları aldatmaqdır”

Aydın Əliyev, həkim radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini:

“Birmənalı olaraq, həkimlərin pul, xüsusən də bu qədər yüksək məbləğ qarşılığında efirdə reklam olunması yanlışdır. Həkimin yüngülvari təqdimatı gedə bilər. Saytlarda, sosial şəbəkəsində özü barədə konkret məlumat, gördüyü işlər və s. barədə məlumatlar yayıla bilər. Xüsusən də yeni başlayan həkimlərin bunu etməsi qismən başadüşüləndir. Yaxşı həkimlərin isə buna heç vaxtı yoxdur. İnsanlar tanımalıdır həkimi. Məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsi biabırçılıqdır. Dünyada "1 nömrəli həkim" anlayışı yoxdur. Aparıcıların ucuz şou xarakterli "Xəstə ölürdü, bir iynə vurdu dirildi, "Filankəsin əlacı tapılmırdı, bu həkim tapdı" kimi fikirləri insanları aldatmağa xidmət edir. Bu, eyni zamanda həkimin savadsızlığından xəbər verir.

Mən 20 ildən yuxarıdır bu sahədəyəm, bu illər ərzində otağını kral otağı kimi bəzəyən, divarına getdiyi bütün kursların sertifikatlarını düzən, bütün günü salonlarda, çəkilişlərdə olan kişili-qadınlı həkimlərin, şan-şöhrəti sevənlərin həmişə savadsız, yarımçıq insanlar olduğunu görmüşəm. Yaxşı həkimlər oxuyur, xəstəylə məşğul olur, onun heç bəzənməyə, reklama, salonlara getməyə vaxtı belə olmur. Həkimin göstərişə ehtiyacı yoxdur. Təəssüf ki, bizdə cəmiyyətdə problem var, insanlar belə şeylərə önəm verir, bahalı həkimə, reklama inanır. İnəyini, qoyununu satıb rayondan həmin həkimin yanına gəlir və möcüzə gözləyir. Pullarını sağa-sola xərclədirlər, amma nə müalicə alır, nə düzəlirlər. Ümumiyyətlə, ucuz, şou xarakterli həkim, səhiyyə reklamlarını ləğv etmək lazımdır. İnsanları aldatmaq cinayətdir. Mən bir həkim kimi heç vaxt belə reklamlara getməmişəm. Heç o verilişlərə də baxmıram. Tibb xidmət sahəsidir, insanların sağlamlığının keşiyində durmalıdır. Milyonçu, məşhur olmaq istəyənlər gedib şou bizneslə məşğul ola bilərlər”.

"Aparıcılar çempionat keçiriblər ki, 1 nömrəli həkimdən danışırlar?"

Fuad İslamzadə , "Tibb" jurnalının baş redaktorunun müavini:

İqtisadi rəqabət və bazar münaibətlərində reklam verən və o reklamı əhali arasında yayan şəxslər ədalətsiz rəqabətə yol verməməli, digər şəxslərin mənafeyinə zərər verəcək addımlar atmamalıdırlar. "Reklam haqqında" qanuna görə, heç bir məhsul və ya xidmət növünü "ən yaxşı", "ölkədə bir nömrə", "ən yüksək keyfiyyətli" kimi sözlərlə təqdim etmək olmaz. Təəssüf ki, ölkəmizdə bu məsələyə kifayət qədər diqqət yetirilmir və biz belə reklamlarla tez-tez rastlaşırıq. Bu cür qüsurlu reklamlar ən çox həkim fəaliyyəti ilə bağlı reklamlarda müşahidə edilir.

Tibbi fəaliyyət 2 cür reklam edilə bilər: 1) tibb mərkəzlərinin fəaliyyət dairəsinin reklam edilməsi ilə. Yəni, tibb müəssisəsində hansı tibbi yardım növlərinin olduğu haqda reklam məlumatı verilir. 2) həkim kütləvi informasiya vasitələrində müəyyən bir tibbi problem haqqında danışır, dinləyənlər də həmin həkimin bu problemlə məşğul olduğunu anlayıb, ona müraciət edirlər.

Azərbaycanda isə özəl telekanallar müxtəlif həkimlərin fərdi reklamlarını verir və ya onları efirə çıxarıb ağızdolusu tərifləyirlər. Çox qəribədir ki, özünü bu cür reklam etdirən həkimlər haqqında tez-tez "ölkənin nömrə bir həkimi", "Azərbaycanın ən yaxşı həkimi", "ölkədə tayı-bərabəri olmayan həkim" kimi ifadələr eşidirik. Belə sözləri güləşçiyə, boksçuya, şahmatçıya aid etmək olar. Televiziya aparıcıları həkimlər arasında çempionat keçiriblər ki, nömrə bir həkimdən danışırlar? Hələ onu da deyim ki, bəzi həkimlərimiz də televiziya efirinə çıxıb, orada özlərini malik olmadıqları titullarla təqdim edirlər. Məsələn, professor, akademik və s. Şübhə etmirəm ki, bizim praktik həkimlər arasında peşəkarlıq baxımından professorlardan yüksəkdə duranlar ola bilər və hətta var. Lakin hər hansı bir adamın özünü xalqa malik olmadığı titullarla tanıtması riyakarlıqdan başqa bir şey deyil. Mənim yaxından tanıdığım, tibb təhsilini bütünlüklə Türkiyədə alan çox qabiliyyətli bir həkim var. Bir dəfə zarafatla ona dedim ki, "nə əcəb, televiziyaya çıxıb uzman olduğunu demirsən?" O mənə cavab verdi ki, özünü uzman kimi təqdim edənlər arasında elələri var, onlara baxıb, uzman olduğunu dilimə gətirməyə utanıram”. //Medicina.az//
 
Ardını oxu...
DogruXeber.az: - "Kənd Təsərrüfatı Naziri İnam Kərimovun ən etibarlı kadırlarından olan Zəfər Qurbanov ADAU rəhbərliyini ələ keçirəndən əməlli-başlı "özünə qulluq" rejiminə keçib. Bütün addımları ilə yalnız və yalnız pul qazanmağı qəsd edən Zəfər Qurbanov o qədər harınlayıb ki, hətta bu addımı da atdı..." DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunur.

Müraciət müəllifləri iddia edirlər ki, Zəfər Qurbanov 20 Yanvar şəhidlərimizin bütün ölkə üzrə anıldığı bir məqamda da ortalıqda görünməyi özünə borc hesab etməyib.
"Bütün plkə Yanvar faciəsinin 33-cü ildönümünü anır... Amma Zəfər Qurbanov özünə əziyyət verib Gəncədəki tədbirlərə qatılmadı"

Müraciət müəllidləri daha sonra Z.Qurbanovun ADAU işləklərindən də yazırlar:

"ADAU də imtahan sensiyası gedir imtahana nəzarəti və imtahan apellyasiya şurasına nəzarət yalnızca Zəfər Qurbanovun yaxınları və qohumları nəzarət edir. Sanki tələbələrin qəsdinə duran Zəfər Qurbanov və onun tapşırığını canla başla edən şəxsi dəstəsi müəllim və professor heyətinə elə təziqlər edir ki, müəllimlər məcbur qalaraq tələbəni kəsirlər. Məqsəd isə tələbə kəsiri düzəltmək üçün fənnin kreditinə uyğun olaraq 25%-ni ödəsin və büccədə pul çoxalsın. Təqaüd alan tələbənin sayı azalsın. İmtahan apellyasiya şurasına rəhbər 82 yaşlı Abbasov Ziyad və heç bir elmi dərəcəsi olmayan Şəmşir Vəliyevi təyin edib. Hər ikisi Göyçəlidi. İmtahan gedişatını Elmi işlər üzrə prorektor Azad İbrahimova həvalə edib. Azad İbrahimovda Göyçəlidir, Elmi işlər üzrə prorektor olmağına baxmayaraq elimdən xəbəri belə yoxdur. İmtahanların gedişatı Bəşir Bağırzadəyə həvalə edib. Daxili nəzarət və audit şöbəsinin müdütüdür. İnam Kərimovun kadırlarındandır. Gəncə ASAN xidmətdə işləyib. İnam Kərimov aqrar sahəyə gəldikdən bir müddət sonra Bəşir Bağırzadəni ADAU də işlə təmin etdi. ADAU nə baxsaq görərik ki, idarəçilikdə işləyənlərin demək olar ki, 80% dən çoxu Göyçəlidir. Sizcə bunlar hamısı təsadüfdür? Zəfər Qurbanov hansı idarəçilikdən danışır ki, baytarlıq ixtisaının özəyi olan anatomiya müəllimi tapılmır. Buna baxmayaraq Zəfər Qurbanov müəllimlərin işə qəbulunu rektor əvəxi təyinat aldığı gündən dayandırıb. Hansı səbəbə görə Zəfər Qurbanov əzaçılıq kafedrasına Samirə Quluyevanı müəllim götürür işə. Ya universitetin onun olduğunu deyən professor və müəllim heyətinini tələbə hesab edərək yoxlayan bibisi qızı Sevinc Mahmudovanın özbaşınalığına nə deyəsən..."

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti