İllər boyu Təbibin hal-hazırki icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ilə əlbirdir. Belə ki, Vüqar Qurbanov uzun illər keçmiş 5 saylı xəstəxanada (indiki Nərimanov Tibb Mərkəzi) həkim-nevropotoloq kimi adı gedirdi. Özü "ölü canlar kimi" işə gəlmirdi, dərman biznesi ilə məşğul idi. Həmçinin Vüqar Qurbanovun həyat yoldaşı Nərimanov Tibb Mərkəzində nevroloji şöbənin müdiridir. Respublikanın bütün poliklinikalarında post terminallar quraşdırılıb. Baxmayaraq ki, hər ay İcbari Tibbi Sığorta tərəfindən vətəndaşların maaslarından pul tutulur, lakin onlar tibbi xidmət üçün pullar keçirirlər. İcbari Tibbi Sığorta zərfində nəzərdə tutulmuş tibbi xidmətlər pulsuz olduğu halda sadə tibbi baxış ödənişlidir. Qiyməti 40 manat 12 qəpikdir. Deməli, ödənişlərə aid olan arayışlar: 1. İşə qəbul 2. 18 yaşı bitmiş tələbələr 3. Magistra, rezdenturaya qəbul olan tələbələr 4. İlk sürücülük, vaxtı bitmiş sürücülük 5. Obliqat-kontingent 6. Digər arayışlar Sual yaranır ki, post-terminal qəpik qəbul etmir. Vətəndaşlar 41 manat ödəmək məcburiyyətindədirlər. 88 qəpiyin aqibəti bilinmir ki, hansı cibə gedir. Statistikaya nəzər yetirsək hər il arayışlardan külli miqdarda gəlir əldə olunur. Tibb müəssisələrinin vəziyyətinə baxaraq Təbib və İcbari Tibbi Sığortaya xalqın üstündə eksperiment aparmasına, onların hüquqlarını pozmasına kim icazə verib? Fazil Alməmmədov Şuşaya göndərdiyi hər həkimin ezamiyyət pulundan məcburi 200 manat oteldə qalmaq üçün mənimsəyib cibinə qoyur… Fazil Alməmmədovun 88 qəpik biznesi….
Biz bir media olaraq Səhiyyə Nazirliyi, İctimai Tibbi Sığorta Dövlət Agentliyi və onun tabeçiliyində olan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) sədri Vüqar Qurbanovun əməlləri barədə xeyli müddətdir ki, yazırıq. Təsəvvür edirsiniz, uzun illərin təcrübəli, peşəkar həkimləri deyir ki, biz səhiyyə sistemində baş verənlərdən dəhşətə gəlirik. TƏBİB deyilən qurum və onun rəhbəri Vüqar Qurbanov hər rayona sanki bir “səhiyyə naziri” təyin edib. Doğrudan da, bu gün Azərbaycanda profilindən, təyinatından asılı olmayaraq mövcud səhiyyə müəssisələrini, xəstəxanaları, poliklnilakarı birləşdirib bir nəfərə tabe edirlər. Daha dəqiq desək hər rayonda RAYON TİBB MƏRKƏZİ yaradılır və bütün tibb müəssisələri ona tabe edilir. Biz bir media olaraq dəfələrlə yazmışıq ki, bunun adı islahat-reforma olsa da, söhbət rüşvət və korrupsiyanın çiçəklənməsindən gedir. Sözün qısası, Azərbaycan səhiyyəsinin məhv edənlər hər rayonda yuxarıda dediyimiz kimi “səhiyyə nazirləri” yaradıblar. Paytaxt Bakının Nərimanov rayonunda isə “səhiyyə naziri” Allah qoymasa Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur. Vaxtilə 5 saylı Klinikanın baş həkimi olan Fazil Məmmədova tabe etdirilən Tibb müəssisələrinin siyahısına baxın. Şuşa Modul Tipli Xəstəxana Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası Uşaq Klinik Xəstəxaansı Yanıq Mərkəzi 1 nömrəli Poliklinika 2 nömrəli Poliklinika 3 nömrəli Poliklinika Adama deyərlər ki, yanığın, yoluxucu xəstəliyə nə dəxli..? Hələ bu harasıdır..? Fazil Alməmmədov cavan, təcrübəli işçiləri işdən azad edərək, təqaüd yaşı çoxdan keçmiş, rüşvətxor baş həkimləri vəzifələrə gətirir. Belə faktlar Nərimanov Tibb Mərkəzində xeyli saydadır. Yuxarıda göstərdiyimiz faktları bir daha təkrar etməkdə məqsədimiz kimisə aşağılamaq, kimisə ittiham etmək deyil. Məlumdur ki, vətəndaşlar sürücülük vəsiqəsi almaq üçün arayışlar alırlar. Bundan başqa vətəndaşlar işə düzələndə sağlamlıq haqqında arayış, hətta narkoloji və digər arayışlar təqdim edirlər. Məlumdur ki, əvvəllər bu arayışlar ödənişsiz idi. Amma Fazil Alməmmədov kimilərin səhiyyə sisteminə gəlişindən sonra vəziyyət dözülməz olub. Belə ki, İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış və iş yerinə təqdim edilən sağlamlıq haqqında arayış ödənişlidir. Bunu başa düşdük. Bəs, Fazil Alməmmədov kimi Tibb Mərkəzi direktorlarının tətbiq etdiyi “tarif biznesi” vətəndaşları dövlətdən narazı salır. Belə ki, sürücülük vəsiqəsi və digər tibbi sağlamlıq arayışları üçün qiymət 40 manat 12 qəpik müəyyən edilib. Və vətəndaşlara deyilir ki, mütləq post terminala gedib pulu ödəməlisiniz. Görəsən, bunlar başa düşmür ki, post terminal pulun qalığını qaytarmır. Deməli, hər gün minlərlə, bəlkə də on minlərlə vətəndaş tibb arayış üçün terminallara 41 manat pul köçürür. Görəsən, terminalda qalan 88 qəpiklər…vuranda on minlərə….milyonlarla manat edir. Əlbəttə Azərbaycan Səhiyyəsinin ciddi islahatlara ehtiyacı var. Amma bu gün İcbari Tibbi Sığorta, Təbib, Bakı Baş Səhiyyə idarəsi, Tibb Mərkəzləri adı altında baş verənlər Azərbaycan Respublikasının Səhiyyə sisteminin dağıtmağından başqa bir şey deyil. Bu rəhbərlər səhiyyəni biznes ocağına çeviriblər və bunuda iclaslarda açıq-aydın söyləyirlər. Onların şüarı "Pul qazanmaq vaxtıdır". Səhiyyə və xəstə əks istiqamətdədirlər. Məsafədən asılı olmayaraq, Tibb müəssisələri Tibbi Mərkəzlərə birləşdirilib. Bu da vətəndaşların haqlı narazılığına səbəb olub. Məsələn, vətəndaş icbari tibbi sığorta yolu ilə hansı bir müayinə, müalicə və əməliyyat keçmək üçün ilk növbədə müraciəti ASM (ailə sağlamlıq mərkəzi), İDM ( ixtisaslaşmış diaqnostik mərkəzə), son nöqtəsi Tibb Mərkəzləridir. Orada da saatlarla gözləməkdə qalırlar. Bir günə məsələ həll olunmur. Vətəndaşlar həm yollara, həm də gözləmələrə məruz qalırlar. Həmçinin laboratoriaya xidmətlərinə gəlincə sual yaranır ki, Tibb Müəsissələrində laboratoriya cihazları olduğu halda, vətəndaşlardan qan götürülüb, özəl klinikalara yönləndirilir. Görəsən səhiyyəmizin baş bilənləri 40 manat 12 qəpik əvəzinə 41 manat edib, vəsaiti dövlətin büdcəsinə keçirə bilməzdilər..? Hələ bu harasıdır..? Fazil Alməmmədov Şuşaya ezamiyyətə göndərilən həkimlərə verilən 500 manatın 200 manatını elə yerindəcə tutub alır. Bir sözlə, Nərimanov Rayon Tibb Mərkəzində rüşvət və korrupsiya halları baş alıb gedir. Redaksiyamıza daxil olan məlumatlara görə, Nərimanov Tibb Mərkəzində yoxlamaların başlanacağı gözlənilir. Deyəsən, Fazil Alməmmədovun kitabı bağlanmaq üzrədir. gundelik baki
Keçən həftə Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovla bağlı vətəndaş gileyini təqdim etmişdik.
Qusar sakinləri başçının əlindən DAD deyir - MÜRACİƏT
DİA.AZ bildirir ki, sözügedən materialda olduqca ilginc iddia və ittihamlar yer almışdı. Bu dəfə isə sakinlər dediklərini əks etdirən fotoları redaksiyamıza yollayıblar.
Sakinlər yazır:
"Şikayətimizi işıqlandırdığınıza görə sizə bütün sakinlər adından təşəkkürümüzü çatdırmaq istəyirik.
Əlavədə sizə şikayətimizdə sadaladığımız obyektlərin fotolarını təqdim edirik.
Şəkildə gördüyünüz "Bənövşə gölü"-nün 2 il öncəki, və hal hazırki vəziyyətini görə bilərsiniz. Göl tamamilə qurudulub. Bundan əlavə Şair Alxasovun oğlu İlkinin adına tikdirdiyi "İlk İnn" otelin şəkillərini, "Təzə Bazar" Ticarət Mərkəzinin və "Yaşıl Park" restoranı görə bilərsiniz". Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
DİA.AZ: - "Bizə yazdılar və xahiş etdilər ki, Azəriqaz İB strukturuna daxil olan Lənkaran RQİİ-nin Biləsuvar ,Masallı, Lənkaran Xidmət Sahələrində aşağıda qeyd olunan problemlər Azəriqaz rəhbərliyi tərəfindən nəzarətə götürülsün və araşdırılsın". DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış insan hüquqları müdafiəçi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Hüquq-müdafiəçisi yazır: "İdarəyə gətirilən işlənmiş qaz xətləri vəzifəli şəxsin göstərişi ilə Biləsuvar rayonunda işlənmiş "dəmir yığılan" deyilən yer var... ora verilir. Əgər turbalar yoxlanlsa, ölcülsə, bütün bunlar üzə çıxacaq.
"Azəriqaz"dan göndərilən qaz vintilləri, kranlar ve qaz tənzimləyici reduktor da satılır, əvəzində işlənmiş kranlar, reduktorlar boyanaraq təzə adı ilə işlənilir".
Onu da bildirək ki, M.QƏhrəmanlı işçilərin müraciətində vəzifəli şəxslərin ad və soyadlarının da qeyd olunduğunu bəyan edib. Yəni müvafiq qurumlar maraqlanarsa, təqdim edə bilər...
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
DİA.AZ bildirir ki, bu barədə Lent.az-a şagirdin valideyni məlumat verib. Onun sözlərinə görə, hadisə yanvarın 18-də Xətai rayonunda yerləşən 27 saylı orta məktəbdə qeydə alınıb:
"Bir neçə gün əvvəl övladım Rəvan Eyvazlı ilə digər bir şagird arasında mübahisə yaranıb və dalaşıblar. Daha sonra məktəbin müəllimləri onları barışdırmaq istəsə də,qarşı tərəf Hüseyn adlı uşaq oğlumu vurub öldürməklə hədələyib. Dəfələrlə məktəbə gedib bundan narahat olduğumu bildirdim, hər şey qaydasındadır deyib məni yola saldılar. Yanvarın 18-də oğlum əsas korpusdan çıxıb növbəti dərs üçün arxa korpusa keçərkən Hüseyn, böyük qardaşı, qohumu, cangüdəni və sürücüsü kameraların önündə onu döyüblər. Görüntülər məktəb rəhbərliyində olsa belə mənə vermirlər".
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a məsələ ilə bağlı xəbərdar olduqları bildirilib. Nazirlikdən verilən məlumata görə, hazırda faktla əlaqədar araşdırma aparılır.
DİA.AZ: - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin ünvanına yetərincə ittihamlar səslənsə də, nədənsə gərəkən qurumlar müvafiq reaksiyanı verməyə tələsmirlər. DİA.AZ bildirir ki, növbəti ittiham sosial şəbəkələrdə paylaşılıb.
Ehtiyatda olan polkovnikə istinadən məlumat paylaşan tanınmış jurnalist Heydər Oğuz "Kərəm Mustafayev təkcə əsgərlərə verilən ətdən 500 min manat mənimsəyib" ittihamını da səsləndirib. H.Oğuz ehtiyatda olan polkovnikin açıqlamasını bu şəkildə təqdim edib:
"2014 cü ildən mən Naxçıvanda xidmət etmişəm. Ərzaq təminatında olan hər əsgərə 250 qram əvəzinə 100 qram ət verildiyinin şahidi olmuşam. Zabit, gizir, MAXE heyətinin ərzağı ümumiyyətlə yeməkxanaya verilməyib, növbətçi və cavabdeh heyətdən başqa zabit gizir, MAXE heyəti yeməkxanaya buraxılmayıb. Yay dövründə səhər yeməyinə isti yemək verilməyib. Sonra deyirlər, Kərəm Mustafayev çox iş görüb. Təkcə əti hesablayanda 500000, yəni yarım milyon pul qazanıb. Plastik pəncərələr, komandir çantaları, və s. İki qış boyunca əsgərlərə ümimiyyətlə qış geyimi verilməyib, əsgərlər qışı köhnə yay geyimlərində keçirib. Görün bu şəxsiyyət dediyiniz şəxs dövlətə və orduya nə qədər zərər verib".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Haqqında bəhs edəcəyimiz şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışır. Özü də sıradan bir şəxs deyil, Departament direktorunun müavinidir. Konkret mövzuya keçməzdən öncə qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini 2 mühüm səbəbdən digər nazirlik, komitələrlə müqayisə etmək olmaz. Birincisi, bu komitənin kontingenti 100 minləri, bəlkə də 1 milyona yaxın insanı əhatə edir. Həm də necə insanları. Evini-eşiyini, yurdunu, təsərrüfatını, ömür boyu qazandıqlarını itirmiş, qaçqın-didərgin, həyatından narazı olan kontingent. İkincisi, Qaçqınkomun gördüyü işlərin həcmi və miqyası milyonlarla deyil, milyardlarla ölçülür. Bu komitə qaçqın qəsəbələri, şəhərcikləri tikir, 1 milyon insana müavinət verir, binalar inşa edir, qaçqın yataqxanalarını təmir edir, bir sözlə, bura əsl korrupsiya mənbəyidir. Və korrupsiyanın miqyası 100 milyonları keçir. Bura korrupsiyanın miqyasına görə, Təhsil nazirliyi, Səhiyyə nazirliyi, hətta Gömrük komitəsi ilə müqayisə olunmaz. Və miqyası ölçüyə gəlməyən pulları Komitənin sədri, müavinləri, qurumdakı vəzifə sahibləri mənimsəyir. Komitədə də mənimsənilən pullara, korrupsiyaya görə ən öndə gedən qurum komitənin Mənzil istismar Departamentidir( direktoru Səbuhi Əhmədov ). 44 günlük Qarabağ savaşından, torpaqlarımızın azad edilməsindən sonra bu Departamentin dairəsi daha da genişlənib. İndi isə gələk konkret mətləb üstünə. Deməli, sədri Səbuhi Məmmədov olan Mənzil istismar Departamentinin direktor müavini Azər Eminovdur. Azər Eminov hər yerdə özünü Qarabağ qazisi kimi reklam etməyə üstünlük verir. Olsun. Qarabağ qaziləri bizim dəyərli insanlarımızdır. Amma nəinki qazi, hətta ŞAH QANUNDAN aşağıdır. Öncə onu qeyd edək ki, Azər Eminovun direktor müavini olduğu Mənzil Departamenti ən çox korrupsiyalaşmış departamentdir. Görəsən, burada baş verənlərdən Azər Eminovun xəbəri yoxdur..? Azər Eminovun şefi Səbuhi Əhmədovun qaranlıq keçmişi ilə bağlı uzun-uzadı yazmaq istəmirik. Təkcə onun Rəsul Quliyevlə gizli neft biznesini yazsaq aləm qarışar. Bunları Azər Eminov çox gözəl bilir və özü də bu işlərin içərisindədir. Təsəvvür edirisiniz, Rövşən Rzayev komitə sədri olan kimi haradansa Səbuhi Əhmədovu taparaq onu komitənin ən yağlı vəzifəsinə təyin edib. Beləcə Rövşən Rzayevlə Səbuhi Əhmədovun biznes ortaqlığı başlayıb. Və bu biznesdə ikinci şəxs Azər Eminovdur. Azər Eminovla bağlı xırda bir araşdırma apardıq. Bu adam özünü gah Qarabağ qazisi, gah ictimai fəal, nə bilim, Qeyri-Hökumət Təşkilatının üzvü kimi qələmə verir. Görəsən, Azər Eminov bilmir ki, onun rəhbəri olduğu Departament köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, kiməsə bağışlamaqla məşğuldur. Görəsən, Azər Eminov bilmir ki, rəhbəri olduğu Departament dəyəri milyonlarla olan tenderləri necə satır, necə qazanır..? Görəsən, Azər Eminov bilmir ki, direktor müavini olduğu departament qaçqınların hesabına milyonları mənimsəyir..? Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin həyətini, ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Və yenə milyonlar qazanıb. Sözün qısası, Azər Eminov bütün bunları gözəl bilir. Amma şərik olduğu üçün səsini çıxarmır. Bu adam özünü elə aparır ki, elə bil süddən çıxmış qaşıqdır. Lakin.... Məlumat üçün onu qeyd edək ki, Azər Eminov əvvəllər Qubadlı rayon İcra Hakimiyyətində işləyib. Sonradan Qaçqınkoma transfer edilib. Azər Eminovun qardaşının adı SEVAN-dır, yəni bizim Göycə gölünün ermənicə adı olan Sevan. Bacısının adı isə Klaradır. Bütün bunlarla bağlı növbəti yazıda. Amma bir məsələ maraqlıdır. Səbuhi Məmmədovun müavini Azər Eminov görəsən bilmir ki, onun şefi bloggerlərə nə qədər pul xərcləyib..? Sözün qısası, araşdırmamız davam edir. Bizi izləyin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.gundelik baki.com/
Naxçıvan Səhiyyə Nazirliyi 2021-ci ilin aprel ayında Muxtar Respublikada fəaliyyət göstərən bəzi xəstəxanaların Baş həkimlərindən “Zəngəzur dəhlizinin təmiri və açılması üçün” pul yığıb. Kimdən 50 min, kimindən daha çox. Pulu yığan isə Səhiyyə nazirinin köməkçisi Məhərrəm Talıbov və Nazirliyin maliyyə sektorunun müdiri Asəf Musayev olub. Tələb olunan pulu verməyən Baş həkimlərdən biri işdən çıxarılıb. Belə məlum olur ki, nazir Niyazi Novruzovun çetesi Naxçıvan həkimlərini rəsmən axmaq yerinə qoyurmuş. Mövcud olmayan dəhlizi necə təmir edirmişlər? Heydər Oğuz Teref.az
Naxçıvan "qolçomaqlar" ordusunun Ordubad “korpusu”na Əmir adlı bir şəxs rəhbərlik edib. Əmir Məmmədov Vasif “xan”ın qardaşı Məhərrəm Talıbovun ortağı imiş. Rayonun iş adamlarına məxsus obyektləri onunla bərabər mənimsəyib. Maraqlıdır ki, digər həmkarlarından fərqli olaraq, Əmir qurbanlarının əmlakını rəsmi şəkildə ələ keçirmək dərdində olmayıb. Onun mənimsədiyi əmlaklar hələ də rəsmi sənədlərdə əsl sahiblərinə məxsus yer kimi göstərilir. Əmir sadəcə obyektləri söküb yerində öz təsərrüfatını yaradıb. Ordubad rayonunun Aza kəndinin sakini Pərviz İbrahimov İmran oğlunun təsərrüfatı da Əmir-Məhərrəm cütlüyünün zorla ələ keçirdiyi obyektlərdəndir. Sənədlərdə həmin obyekt ictimai iaşə müəssisəsi kimi göstərilir. Əvvəl bu ərazilərdə çörək sexi, çayxana və s. iş yerləri var idi. Əmir-Məhərrəm cütlüyü bu yeri ələ keçirdikdən sonra həmin yerlər sökülür və ərik bağı salınır. Maraqlıdır ki, sənədlərdə Pərviz İbrahimovun mülkü kimi göstərilən həmin ərazi Ordubad icra hakimiyyətinin xüsusi sərəncamı ilə 2026-cı ilə qədər Əmir Məmmədovun istismarına verilib. Obyektin əsl sahibi isə öz kəndində çörək pulu tapa bilmədiyinə görə İstanbula köçüb. Təsərrüfatın başçısı Pərviz bəyin oğlu Adəm İbrahimovun ata mülkünün başına gətirilənləri belə şərh edir.
Naxçıvanın sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun “xan dedi, mən də rüşvət aldım” arqumenti ona bəraət qazandırmır və Firdövsinin “Şahnamə” əsərində Dəhhak surətini yada salır. Firdövsinin mifik qəhrəmanı olan Dəhhak bizim müasir inancımızdakı şeytanı təmsil edir. Cəmşiddən sonra İran və Turan taxtında oturan 5-ci nəsil hökmdardır. Rəvayətə görə, Dəhhakın çiyinlərinin hər birində bir ilan və ya əjdaha var imiş. Həmin əjdahalar hər gün insan beyni ilə qidalanırmış. Rəvayəti Famil Seyidovun arqumentinin üzərinə köçürsək, belə çıxır ki, Vasif Talıbov da müasir Dəhhak və onun çiynində bitən iki əjdahadan biri Famil Seyidov imiş. Yəqin ki, digəri də hazırda Naxçıvan MR Baş naziri vəzifəsini icra edən Səbuhi Məmmədovdur. Çünki məhz onlar vasitəsilə iş adamlarının bütün varidatı mənimsənilib və Naxçıvan iqtisadiyyatı sıradan çıxarılıb. Dəhhak “xan”ın ən önəmli “leşyeyən”lərindən sayılan Famil Seyidovun indi seydilikdən dəm vurması və kimlərisə “ağır cəddi” ilə təhdid etməsi məntiqsizliyin və vicdansızlığın pik nöqtəsidir. Həyatını məzlumların haqq işinə həsr etmiş seyidlik hara, Dəhhakın beyin yeyən əjdahası olmaq hara? Seyidlik əmələ görədir, nəsildən gələn özəllik deyil. Adətən donqili seyidlər öz “cədd”lərini şələyib bellərinə atırlar. Heydər Oğuz Teref.az