“Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... -
Haqqında bəhs edəcəyimiz şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində çalışır. Özü də sıradan bir şəxs deyil, Departament direktorunun müavinidir. Konkret mövzuya keçməzdən öncə qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini 2 mühüm səbəbdən digər nazirlik, komitələrlə müqayisə etmək olmaz.
Birincisi, bu komitənin kontingenti 100 minləri, bəlkə də 1 milyona yaxın insanı əhatə edir. Həm də necə insanları. Evini-eşiyini, yurdunu, təsərrüfatını, ömür boyu qazandıqlarını itirmiş, qaçqın-didərgin, həyatından narazı olan kontingent.
İkincisi, Qaçqınkomun gördüyü işlərin həcmi və miqyası milyonlarla deyil, milyardlarla ölçülür. Bu komitə qaçqın qəsəbələri, şəhərcikləri tikir, 1 milyon insana müavinət verir, binalar inşa edir, qaçqın yataqxanalarını təmir edir, bir sözlə, bura əsl korrupsiya mənbəyidir. Və korrupsiyanın miqyası 100 milyonları keçir. Bura korrupsiyanın miqyasına görə, Təhsil nazirliyi, Səhiyyə nazirliyi, hətta Gömrük komitəsi ilə müqayisə olunmaz. Və miqyası ölçüyə gəlməyən pulları Komitənin sədri, müavinləri, qurumdakı vəzifə sahibləri mənimsəyir. Komitədə də mənimsənilən pullara, korrupsiyaya görə ən öndə gedən qurum komitənin Mənzil istismar Departamentidir( direktoru Səbuhi Əhmədov ).
44 günlük Qarabağ savaşından, torpaqlarımızın azad edilməsindən sonra bu Departamentin dairəsi daha da genişlənib.
İndi isə gələk konkret mətləb üstünə. Deməli, sədri Səbuhi Məmmədov olan Mənzil istismar Departamentinin direktor müavini Azər Eminovdur. Azər Eminov hər yerdə özünü Qarabağ qazisi kimi reklam etməyə üstünlük verir. Olsun. Qarabağ qaziləri bizim dəyərli insanlarımızdır. Amma nəinki qazi, hətta ŞAH QANUNDAN aşağıdır.
Öncə onu qeyd edək ki, Azər Eminovun direktor müavini olduğu Mənzil Departamenti ən çox korrupsiyalaşmış departamentdir. Görəsən, burada baş verənlərdən Azər Eminovun xəbəri yoxdur..? Azər Eminovun şefi Səbuhi Əhmədovun qaranlıq keçmişi ilə bağlı uzun-uzadı yazmaq istəmirik. Təkcə onun Rəsul Quliyevlə gizli neft biznesini yazsaq aləm qarışar. Bunları Azər Eminov çox gözəl bilir və özü də bu işlərin içərisindədir.
Təsəvvür edirisiniz, Rövşən Rzayev komitə sədri olan kimi haradansa Səbuhi Əhmədovu taparaq onu komitənin ən yağlı vəzifəsinə təyin edib. Beləcə Rövşən Rzayevlə Səbuhi Əhmədovun biznes ortaqlığı başlayıb. Və bu biznesdə ikinci şəxs Azər Eminovdur. Azər Eminovla bağlı xırda bir araşdırma apardıq. Bu adam özünü gah Qarabağ qazisi, gah ictimai fəal, nə bilim, Qeyri-Hökumət Təşkilatının üzvü kimi qələmə verir.
Görəsən, Azər Eminov bilmir ki, onun rəhbəri olduğu Departament köçkünlər üçün tikilən binalardakı JEK rəisləri ilə birgə mənzilləri satmaqla, kiməsə bağışlamaqla məşğuldur. Görəsən, Azər Eminov bilmir ki, rəhbəri olduğu Departament dəyəri milyonlarla olan tenderləri necə satır, necə qazanır..? Görəsən, Azər Eminov bilmir ki, direktor müavini olduğu departament qaçqınların hesabına milyonları mənimsəyir..? Belə ki, məcburi köçkünlər üçün tikilən binaların, şəhərciklərin həyətini, ətrafını kənardan gələn, məcburi köçkün olmayan şəxslərə satıb. Yəni ticarət obyekti kimi işlətmək üçün kənar şəxslərə verib. Və həmin şəhərciklərdə ayaq basmağa yer qoymayıb. Və yenə milyonlar qazanıb.
Sözün qısası, Azər Eminov bütün bunları gözəl bilir. Amma şərik olduğu üçün səsini çıxarmır. Bu adam özünü elə aparır ki, elə bil süddən çıxmış qaşıqdır. Lakin....
Məlumat üçün onu qeyd edək ki, Azər Eminov əvvəllər Qubadlı rayon İcra Hakimiyyətində işləyib. Sonradan Qaçqınkoma transfer edilib. Azər Eminovun qardaşının adı SEVAN-dır, yəni bizim Göycə gölünün ermənicə adı olan Sevan. Bacısının adı isə Klaradır. Bütün bunlarla bağlı növbəti yazıda. Amma bir məsələ maraqlıdır. Səbuhi Məmmədovun müavini Azər Eminov görəsən bilmir ki, onun şefi bloggerlərə nə qədər pul xərcləyib..?
Sözün qısası, araşdırmamız davam edir. Bizi izləyin. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.gundelik baki.com/
 

Bölmənin digər xəbərləri

14 May 2025 Notarius sisteminin DAXİLİ...
14 May 2025 Beş ayda iki böyük qalmaqal - İmişlinin icra başçısı kimdir?
14 May 2025 Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
14 May 2025 Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
14 May 2025 Namiq Məmmədovun “Azəriqaz” sərgüzəştləri
14 May 2025 Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi – “Heç şeytanın da ağlına gəlməz”
14 May 2025 “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir
13 May 2025 Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
13 May 2025 Bağçada uşaqlara xarab olmuş yeməklər verilir? - Görüntülər YAYILDI
13 May 2025 Rövşən Rüstəmov bizi dünyada "məşhur"laşdırır - İran mediası ADY-dəki məsələdən yazdı
13 May 2025 “Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti
13 May 2025 Seymur Məmmədov Zakir Fərəcovu niyə qəzəbləndirib?
13 May 2025 Nərimanov rayonu sakinləri şikayət edir: “Şirvanşahlar Residence” Baş nazirin adında necə istifadə edir?-Video
13 May 2025 Ağalar Vəliyevə bağlı daha bir "valyuta qaçaqmalçısı" şirkəti - Ölkədən valyuta axını....
13 May 2025 Qaradağ rayonunda qanunda güclü kimlərdir? - Qaradağ rayonu ərazisində Xəzər dənizinə kim çirkab sularını axıdır?-Video
13 May 2025 Bu da oldu... Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb?
13 May 2025 Anar Rzayev qardaşının idarə etdiyi öz şirkətinə limitsiz lisenziyalar verir?
12 May 2025 151 saylı bağçada körpələrə zay məhsullar verilir: dövlət orqanları təcili hərəkətə keçməlidir - Şok VİDEO
12 May 2025 Notarius sisteminin DAXİLİ... - O QƏDƏR DƏ YAXŞI DEYİL...
12 May 2025 Daxili Qoşunların Hərbi Hospitalı ilə bağlı şok faktlar

Dünyapress TV

Xəbər lenti