Ardını oxu...
Vətəndaş Fərid Hüseynov redaksiyamıza şikayət məktubu ünvanlayıb.

Şikayətdə bildirilir: "Hörmətli media nümayəndələri, hörmətli səlahiyyətli şəxslər!
Media vasitəsi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, 12 may 2023 cü il gecə saatlarında övladım 4 yaşlı oğlum Cəlal Hüseynovu nəfəs çatışmamazlığı diaqnozu ilə, ağır vəziyyətdə təcili yardım avtomobilinin köməkliyi ilə 2 saylı uşaq klinik xəstəxanasına çatdırdıq.

Xəstəxananın qəbul otağında övladımın ağır vəziyyətdə olduğunu görən personal övladımı sənədləşdirib qəbul etdi.

Lakin məcazi mənada desək konsert proqramı bundan sonra başladı

Dövlət binasında yanı, xəstəxananın inzibati binasında səs küylü vəziyyətdə hər kəsə kobud rəftar göstərən, subardinasiya qaydalarından kənara çıxan, ağ xalatlı hipokrat andı içən şəxs, kinli israrla bizə tərəf yaxınlaşır, ilk növbədə yaxınlaşan şəxsin əvvəl məndə Baş həkim olduğu görüntüsü yaratsada, sonradan məlum olur ki, səs-küy yaradan şəxs Baş həkim olmasada Baş həkimin səlahiyyət verdiyi pediatr Günay Cavadovadır.

Günay Cavadova övladımın xəstəxanaya qəbul edilməsinə qəti şəkildə süni maneə yaradaraq guya ki, övladımın şəxsiyətini təsdiq edən sənədın olmamasıdır və, mən bildirəndə ki, şəxsiyyət vəsiqəsinin əslınin şəkili mobil telefonumdadır gedib əslini gətirib dərhal sizə çatdıracam siz övladıma gecikmədən kömək etməklərini xahiş etdim.Lakin Günay Cavadova övladıma ilkin tibbi yardım göstərilməsinə qəti şəkildə etiraz edərək, uşaqa qoşulan inqalyasiya aparatının qoşülmamasına göstəriş verdi.

Mən qəti şəkildə etirazımı bildirsəmdə hətta övladımın sənədinin təsdiqini sübut edəcək faktor göstərsəm də, affekt vəziyyət də olduğumuzu bildirsəm də, Günay Cavadova qərarında israrlı olduğunu göstərərək övladımı xəstəxanaya qəbul etməkdən imtina edərək,personala nümayişkərcasına göstəriş verib uşaqın qəbuluna stop qoydu.

Mən dərhal olanları yerindəcə yazılı izahatımda bildirərək övladıma hər hansısa həyatı təhlükə yaranacaqı halda bir başa Günay Cavadovanın məsuliyyət daşıdığını qeyd etdim.


Sonda isə övladına kömək edə bilməyəcək valideyn kimi çarəsiz geri evimizə dönərək qeyri rəsmi həkim vasitəsi ilə,təhlükəni övladımdan geri çəkdirdim.

İnanıram ki, səlahiyyətli qurumlar, bu məsələyə obyektiv yanaşaraq mən çəkən stressli acını Günay Cavadovanın digər valideyinlərə yaşatmamasının qarşısını almaqda bilə vasitə xilas etmiş olacaqlar.Axı həyat bumeranqdır.

Jurnalist araşdırması apararaq, etibarlı mənbədən əldə etdiyimiz məlumatda məlum oldu ki, həqiqətən də Günay Cavadova xəstəxanada başlıqda qeyd etdiyimiz kimi at oynadır, yanı ki (özünü hökmran kimi aparmaq, ağalıq etmək, istədiyini etmək, mənəm-mənəmlik etmək; ~ meydan sulamaq.) mənasında olan görüntünü kollektiv arasında publik şəkildə yaratmağa nail olub.

Sual 1: Günay Cavadovaya bu səlahiyyətsiz səlahiyyəti, verən həqiqətən də Baş həkim Azər Xuduyevdir?

Sual 2: Günay Cavadova bilir ki ? ölkəmizdə səhiyyədə aparılan uğurlu islahatlara bu cür xoşa gəlməz davranışlarla kölgə salır.

Sual 3: Günay Cavadova bilir ki, çalışdığı xəstəxana TƏBİB-in sədri Vüqar Qurbanovun rəhbərlik etdiyi quruma cəmiyyətdə mənfi rəy formalaşdırır.

Sonda Günay Cavadovanın nəzərinə qısa və lokanik çatdırmaq istəyirik ki, bu günləri həyatına yaşama təhlükəsi yaranan, Cəlal balamız qalib ordumuzun gələcəkdə qalib əsgəridir".

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətimizdə saxlayacağıq

XalqXeber.Az
Ardını oxu...
Sahibkar Əli Bağış Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovdan şikayətçidir.

Bu barədə sahibkar Prezident İlham Əliyevə müraciətində yazır.

Əli Bağış "Arqument.az"a deyir ki, Bakı şəhəri, Suraxanı rayon Qaraçuxur qəsəbəsi, Şərq massivi, ev 24 ünvanında yaşayır, Qaraçuxur qəsəbəsi, M.Fətəliyev, ev 7 mənzil 78-də qeydiyyatdadır. Ancaq 2014-cü ildən Sabirabadın Əliləmbəyli kəndində qohumlarım ilə birlikdə kənd təsərrüfatı ilə məşğuldur:

"2019-cu ilin mart ayında Bahəddin Cəfərovun sahibi olduğu "Ariz” Kəndli Fermer Təsərrüfatınının 100 faiz payını satın almışam. "Ariz” KFT-nin Sabirabad rayonu Əliləmbəyli kəndindən 55 hektar, qonşu Bala Həşimxanlı kəndindən 30 hektar torpağı 2001-ci ildən 35 illiyə icarəyə götürməsi barədə adı çəkilən bələdiyyələr ilə müqaviləsi və Torpaq Komitəsi tərəfindən kənd təsərrüfatı malları istehsalına icazə verən şəhadətnamələri var. Hazırda təsərrüfatımda 4 nəfər işçi çalışır. 1000 başdan çox xırdabuynuzlu, 10 baş iribuynuzlu heyvanlarım və 3 atım var. 24.09.2019-cu ildə Sahibkarlığa Kömək Fondunun ayırdığı 196 min manat krediti Bank Respublika tərəfindən alıb qoyun-quzu, mal-heyvan və kənd təsərrüfatı texnikaları almışam".

"Siraqəddin Cabbarov mənə zəng edib hədələdi"

Sahibkar bildirib ki, icra hakimiyyəti ona müxtəlif vasitələrlə problemlər yaratmağa başlayıb:

"2020-ci ilin yayında təsərrüfatıma 4 nəfər gəldi. Günorta yeməyin vaxtı idi. Məcburi çörəyə dəvət etdim. Qonaqların ikisini tanıyırdım. Əliləmbəyli kənd İcra nümayəndəsi Rəsul Binəliyevlə, bələdiyyə sədri Mais Tarıverdiyev idi. Digər iki nəfəri isə təqdim etdilər; Sabirabad Rayon İcra Hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin rəisi İlham Əmənov və DƏK-nin işçisi Vəli Əliyev. Dedilər ki, guya sənin sənədlərində saxtakarlıq var. Cavabım belə oldu ki, bu sənədləri bələdiyyə və Torpaq Komitəsi verib. Mən notarius və vergi ilə 2019-cu ildə almışam. Problem varsa, o da bələdiyyədə və Torpaq Komitəsindədir. "Biz xəbərdarlığımızı etdik", - dedilər və getdilər. Mənim problemlərim bundan sonra başladı".

Bundan sonra Sabirabadın icra başçısı Siraqəddin Cabbarov sahibkara zəng edib və onu hədələyib:

"O vaxta kimi Sabirabad icra başçısı Siraqəddin Cabbarovla görüşməmişdim. 10 sentyabr 2020-də mənə 050-211-12-95 mobil nömrəsindən zəng gəldi. Salamsız-kəlamsız dedi ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdur. Dedim ki, buyurun, Siraqəddin müəllim, eşidirəm sizi. Siraqəddin müəllimlə dialoqumuz belə davam etdi:
- Sən (!) camaatı mənim üstümə niyə qaldırırsan?
- Mən başa düşmədim, Siraqəddin müəllim. Niyə camaatı Sizin üstünüzə qaldırım ki?
- Bütün kənd axışıb gəlib. Məndən Cənab Prezidentə şikayət edəcəklər. Camaatın niyə torpağını mənimsəmisən?
- Çox hörmətli Siraqəddin müəllim, mən Azərbaycan Respublikası qanunlarının icazə verdiyi səviyyədə sahibkarlıq fəaliyyəti ilə məşğulam. Sənədlərim də var. İstədiyiniz vaxtda məni qəbul edin, sənədləri Sizə təqdim edim.
Bir az fikirləşdi:
- 15 sentyabr səni (!) qane edir?
- O gün Sizin qəbulunuzdayam".

"Dedi ki, get öz Cəlilabadında sahibkarlıqla məşğul ol, mənim rayonumda yox!"

Onun sözlərinə görə, bütün problemlərim də məhz o gündən sonra başlayıb və icra başçısı ona bələdiyyə vasitəsilə təzyiqlər edib:

"Əliləmbəyli kənd bələdiyyəsinin 450 hektar icarəyə verilmiş torpaq sahəsi olmasına baxmayaraq, kəndin camaatının böyük qismi 02.12.2020-ci il tarixində icra başçısının birbaşa göstərişi ilə (Youtube kanalımda var "Ali Bagish”) 20 hektar arpa sahəmi, 6 hektar yonca sahəmi 500-dən çox irili-xırdalı heyvanlarla otarıb dırnaqdan çıxartdılar. Bələdiyyə sədri Mais Tariverdiyevə Siraqəddin Cabbarov tərəfindən birbaşa göstəriş verildi ki, "Ariz” KFT-nin 2001-ci il bağlanmış müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə iddia qaldırılsın. Siraqəddin müəllim 2 dəfə telefonda mənimlə danışanda dedi ki, get öz Cəlilabadında sahibkarlıqla məşğul ol, mənim rayonumda yox! Açığı, rayonu necə özəlləşdirib, başa düşə bilmirəm..."

"19 aprel 2023-cü ildə Şirvan Şəhər İnzibati Məhkəməsində mənimlə kənd bələdiyyəsinin məhkəmə prosesi olmalı idi. İcra başçısı Siraqəddin Cabbarovun və bələdiyyə sədri Mais Tarıverdiyevin rəhbərliyi altında kənd əhalisinin bir qismi öyrədilməklə heyvanlarını məhkəmənin nəticəsini gözləmədən mənim fermamın heyvanları üçün nəzərdə tutulan otlaq sahələrini otarmışdılar. 10 aprel 2023-cü il tarixində Sabirabad rayon Əliləmbəyli kəndində kənd əhalisi ilə görüş keçirən Siraqəddin Cabbarov, əhalinin mənim icarəmdə olan torpaqlar ilə bağlı: "Nə edək?” sualına: "Gedin nə tikib, nəyi var, uçurub dağıdın”, - deyə təlimat verib. Mənim təsəsrrüfat müdirim Qadir Şirəliyevin atası Əlisa Şirəliyev deyib ki, siz insanları davaya, qana yönəldirsiniz, hörmətli icra başçı", - deyə Əli Bağış yazır.

"Başçı deyib ki, onu buradan rədd eləyəcəyəm!"

Sahibkar deyir ki, icra başçısı eyni ritorika ilə Əlisa Şirəliyevə də cavab verib:

"Mən və oğlanlarım Vətənə canla-başla xidmət etmişik. Kiçik oğlum İzzət Şirəliyev Sərhəd Qoşunlarının Xüsusi Təyinatlı qüvvələrində bütün Qarabağın azad olunmasında iştirak edib, 6 döyüş medalı var və hazırda da peşəkar hərbiçi kimi Kəlbəcər bölgəsindədir. Biz bu kəndin əhalisiyik və bu kənddə doğulmuşuq. Bizim ailəmiz ordan dolanır. Bizə torpaq olmaz? - deyə Əlisa Şirəliyev başçıya sual verib. Böyük mübahisə yaranıb. Siraqəddin Cabbarovun verdiyi cavab belə olub: "Əli Bağış gedib öz doğulduğu Cəlilabadda təsərrüfat qursun, burda yox! Qəti narahat olmayın, onu buradan rədd eləyəcəyəm!" Onu da qeyd edim ki, mənim özümdə 1-ci Qarabağ müharibəsi iştirakçısıyam".

"İcra başçısı küçə jarqonu ilə danışır"

Sahibkar ölkə başçısına ünvanladığı məktubda icra başçısını küçə jarqonunda danışmaqda ittiham edir:

"Cənab Prezident, Azərbaycan hökumətini yerlərdə təmsil edən bir vəzifəli şəxs, küçə jarqonuyla necə danışa bilər? Heç xəcalət çəkmir? Harada yazılıb ki, hər kəs yalnız doğulduğu yerdə işləməli və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır? Elə isə Siraqəddin Cabbarov niyə doğulduğu rayon və ya bölgədə işləmir? Dədə-babasının doğulduğu Qərbi Azərbaycanda, hazırkı Zəngəzurun Sisyan (Qarakilsə) bölgəsində işləmir? Belə məmurlar Sizin apardığınız siyasətə kölgə salır. Sizin sahibkarlığın inkişafı üçün yaratdığınız imkanlardan faydalanmaq əvəzinə, sahibkarlar icra başçısı Siraqəddin Cabbarov kimi məmurların sayəsində bürokratik əngəllər ilə qarşılaşır. Bütün ətraf kəndlərin heç birisində, ən azı 5-6 kənddə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir nəfər də olsun yoxdur. Yalnız mənəm".

"Bələdiyyə sədri Mais Tarıverdiyev 20-30 qoyunu olan vətədaşlara 20, 30, 40 ha və hətta öz bacısının həyat yoldaşına - Məzəliyə 50 hektar torpaq ayırır və onların müqavilələrinin vaxtını artırır, amma "Ariz”KFT ilə 20 il öncə bağlanmış qanuni müqaviləni ləğv edir? Bu necə olur? Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovun məndən istədiyi nədir, vallah bilmirəm! Desəm rüşvət istəyib və ya istəyir? Yalan olar! Desəm mal-qoyun istəyir, yenə yalan olar! Məqsədi nədir, dəqiq bilmirəm. Min bir zəhmətlə iş qurmuşam. Maldarlıq və qoyunçuluq qədər ağır zəhmət tələb edən ikinci bir kənd təsərrüfatı sahəsi yoxdur. Əkinçilik mövsümü işlərdir. Ya yazda olur, ya da ki payızda. Maldarlıq və qoyunçuluq sahəsi isə bütün il boyu gecə-gündüz zəhmət tələb edən sahədir", - sahibkar qeyd edib.

"İcra başçısı sizin göstərişinizin əleyhinə çıxır"

"Cənab Prezident, siz dəfələrlə və dönə-dönə, sahibkarların işlərinə maneə yaratmamaq ilə bağlı icra hakimiyyəti başçılarına xəbərdarlıq etməsinə baxmayaraq, Siraqəddin Cabbarov heç nədən çəkinməyərək dediyinizin əksini edir. Onun kömək etməsini istəmirəm, mənə mane olmasın. Hökumətimiz mənə kifayət qədər kömək edir; güzəştli kredit verir, subsidiya verir, vergilərdən azad edir. Sizdən ricam budur ki, icra başçısı Siraqəddin Cabbarovun fəaliyyətimə mane olmağının qarşısını almaqda köməyinizi əsirgəməyəsiniz! Bu mənim sizə üçüncü müraciətimdir. Əliləmbəyli kənd icra nümayəndəsi Rəsul Binəliyev və bələdiyyə sədri Mais Tarıverdiyev rayon icra başçısı Siraqəddin Cabbarovla birlikdə sahibkarlıq fəaliyyətimə qarşı işbirliyi yaradıblar", - sahibkar ölkə başçısına məktubunda yazıb.

"Siraqqəddin Cabbarov məni özünü yandıran iki qazi kimi intihara sürükləyir"

O deyir ki, Əliləmbəyli kənd icra nümayəndəsi Rəsul Binəliyev və bələdiyyə sədri Mais Tarıverdiyevin köməyi ilə kənd camaatından 20-30 nəfəri rayon İH-nin qarşısına aparır və Siraqəddin Cabbarova əhalinin otlaq sahəsinin olmadığını barəsində müzakirələr təşkil edirlər:

"Guya əhalini sakitləşdirmək adıyla da mənə, təzyiqləri hər gün artırırlar. Məni bezdirib geri çəkilməyimi istəyirlər. Sonda da Rəsul Binəliyevlə və Mais Tarıverdiyev Sabirabad rayon icra hakimiyyətinin kənd təsərrüfatı şöbəsinin rəisi İlham Əmənovla birgə "Ariz” KFT-nin icarəsində olan 55 ha torpağı öz aralarında pay-püş edələr. İstəkləri odur ki, mənim istifadəmdə olan torpaq sahələrini istədikləri adamlara müqvilə bağlayıb, satalar. Necə ki indiyə kimi ediblər! Bəlkə, Siraqəddin Cabbarov iki Qarabağ qazisini (Ən azından sosial şəbəkələrdə yayınlanan video lentlərdən elə bəlli olur!) intihara sürüklədiyi kimi məni də intihara vadar edəcəyini zənn edir? Çox yanılır! Mən zəif iradəli adam deyiləm. Tələbəykən 20 Yanvarda rus tankından qorxmadım, indi bir "balaca padşah”danmı qorxacağam və ya zəiflik göstərəcəyəm?! Əsla! Siraqəddin Cabbarov 1959-cu ildə doğulsa da, 1-ci Qarabağ savaşında iştirak etməyib. Müharibə başlayanda 32 yaşında olub. Mən iki körpə övladım və ailəmi evdə qoyub 28 yaşında Qarabağ savaşına getmişəm. Bəlkə, elə mənə olan nifrətinin və kininin səbəbi budur?!" - belə yazır sahibkar Əli Bağış Ələskər oğlu.

"Arqument.az"ın əməkdaşı sahibkarın şikayəti ilə bağlı icra başçısı Siraqəddin Cabbarov, onun köməkçisi Mirzağa Hümbətov və başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilovaya dəfələrlə zəng etsə də, heç biri telefona cavab verməyib. 
//Arqument.az//
Ardını oxu...
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Sumqayıt şəhərində “Göyçay ”, “Hiper”, “Səda Store” və “Ən Ucuz” adı altında onlarla market və ticarət mərkəzinin sahibi olan Vüqar Rəsul oğlu Qələndərov hər il təkcə bu obyektdə - “Əli-94”də həyata keçirdiyi saxtakarlıq nəticəsində 1,5 milyon, “Səda Store”də sənədlərin saxtlaşdırılması nəticəsində isə 1,9 milyon manat dövlət əmlakını mənimsəyir.
Bu adam bütün mənəvi sərhədləri keçərək hətta öz dogma anasının, həyat yoldaşının adına saxta sənədlər tərtib edərək milyonları mənimsəyib. Vüqar Qələndərov dövlətdən mənimsədiyi milyonlar hesabına Sumqayıtda bir çox marketlər və ticarət mərkəzləri açıb. Həmin ticarət mərkəzlərində dövlət vergisindən küllü miqdarda yayınmalar baş verib.
Qısa məlumat üçün onu qeyd edək ki, uzun illərdir Sumqayıtda “Ən Ucuz” marketlər şəbəkəsi adı altında qanunsuz fəaliyyət quran Vüqar Qələndərovun sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun qohumları ilə sıx münasibətdə olması səbəbindən külli miqdarda vergidən yayına bilib.
Yeri gəlmişkən, bu obyektlərin daha böyüyündə - “Hiper Market”də aparılan saxtakarlıq zamanı isə hər il dövlətə milyonlarla zərər vurulub.
Təkcə onu qeyd edə bilərik ki, mediada yayılan və qarşı tərəfin təkzib etmədiyi məlumata görə, Vüqar Qələndərova məxsus “Əli-94” və “Səda Store” ticarət mərkəzlərinin hər birində dövlət büdcəsindən il ərzində 1,5 və 1,9 milyon manat manat oğurlanır, yəni vergidən yayındırılır.
Təsəvvür edirsiniz, mediada yayılan məlumatlardan bəlli olur ki, Vüqar Qələndərova məxsus binanın birinci və ikinci mərtəbəsinin sahəsi 2100 kv.metr və buradakı “Ən Ucuz” ticarət mərkəzində çalışan işçilərin sayı isə 145 nəfərdir. Lakin Vüqar Qələndərov dövləti aldadaraq rəsmi sənədlərdə işçilərin sayını 20 nəfər göstərir. Yəni Vüqar Qələndərov sahibi olduğu sözügedən “Ən Ucuz” marketdə 125 nəfərin adını Vergilər Nazirliyindən və DSMF-dən gizlətməklə, külli miqdarda vergidən yayınır. Bunun özü böyük cinayət əməlidir. İndi isə Vüqar Qələndərovun “maaş” əməliyyatına nəzər salaq.
Deməli, Vüqar Qələndərov “qara mahasibatlıq” yolu ilə işçilərə verilən əmək haqqının 18 faizini vergidən, 25 faizini isə DSMF-dən gizlədir. Bunu aylara, illərə vuranda bəlli olacaq ki, Vüqar Qələndərov dövlətə neçə milyonlarla ziyan vurub. Bunlardan başqa Vüqar Qələndərov “qara mühasibatlıq” ilə hər ay neçə milyon manatı dövriyyədən çıxarır. Biz hələ ƏDV və digər vergilərdən necə yayınmağı demirik.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunların əsası sabiq vergilər naziri, mərhum Fazil Məmmədovun dövründə qoyulub və bu gün də davam edir. Bu dediklərimiz Vüqar Qələndərovun əməllərinin cüzi bir hissəsidir.
Təkcə onu qeyd edək ki, sahəsi 3000 kv.metrdən artıq olan “Ən Ucuz” ticarət mərkəzinin 3 mərtəbəli binasının zirzəmisində şirniyyat sexi, yuxarı mərtəbəsində isə ofis və mebel salonları fəaliyyət göstərir və bunların heç birinə görə də dövlətə vergi verilmir. Bütün bunlar azmış kimi Vüqar Qələndərovun marketləri vətəndaşlara vaxtı keçmiş, keyfiyyətsiz qida və ərzaq məhsullarını satır.
Sözün qısası, Vüqar Qələndərovun cinayətkər şəbəkəsinə son qoymağın zamanı çoxdan çatıb. Söz hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarınındır.
 //gundelik-baku.com//
Ardını oxu...
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyi (MKTİB) abadlıq işləri və yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, abadlıq işləri ilə bağlı tenderin qalibi “Qara Qaya” MMC olub. Qurumla şirkətin arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 571 962,2 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb.
Şirkətin nizamnamə kapitalı 2 AZN-dir. MMC-nin qanuni təmsilçisi isə Əliyarov Aydın Əliyar oğludur.

Açıq mənbələrdə nə Aydın Əliyarov, nə də şirkət haqqında məlumatlar var.

Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, “Qara Qaya” MMC əsasən Qaradağ Rayon İcra Hakimiyyəti bə ona tabeli qurumların tenderlərinin qalibi olur.Yeri gəlmişkən, Qaradağ MKTİB-i ötən il də “Qara Qaya” MMC ilə maliyyə dəyəri 397 804, 32 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə yolların əsaslı təmiri, abadlıq işləri və mal-materialların alınması nəzərdə tutulur.

Yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderin qalibi isə “Təmir-Təchizat 4” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 720 131,46 AZN-dir.

“Təmir-Təchizat 4” MMC 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Həsənov Elbrus Məmməd oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur.

Araşdırmalarımız zamanı məlum olub ki, “Təmir-Təchizat 4” MMC də Qaradağ Rayon İcra Hakimiyyətinin sevimli şirkətlərindəndir. İcra hakimiyyəti və ona tabeli qurumlar vaxtaşırı bu şirkətə sifarişlər verir.

Görünür elə bu səbəbdəndir ki, “Təmir-Təchizat 4” MMC üçün qanunlar işləmir. Söhbət ondan gedir ki, şirkətin hazırda 6 750 AZN vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifədədir.
 
Ardını oxu...
Qardaşlara məxsus “6-cı Mərtəbə”, “Hünər-İnşaat” tikinti şirkətləri vətəndaşların pulunu vermir... Sözün düzü, bu yazını yazmağa nə xüsusi həvəsimiz, nə də marağımız var idi. Amma təsəvvür edirsiniz, eyni gündə ölkə mediasında iki tikinti şirkətinin adı qalmaqalda hallanır, hər ikisinin fəhlələrə, şirkətə, dövlətə külli miqdarda borcu var və ən əsası....
Bəli, ən əsası şirkətlərdən biri- “6-cı Mərtəbə” tikinti şirkəti Atəş Təhməzova, o biri “Hünər-İnşaat” tikinti Firması isə Fərhad Təhməzova məxsusdur. Yəqin ki, söhbətin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşlarından getdiyi aydın oldu.
Məlumat üçün qeyd edək ki, Atəş Təhməzov vaxtilə Prezident Aparatında Akif Muradverdiyevin işçisi olub, sonradan Akif Muradverdiyev dövlət çevrilişində ittiham olunanda Atəş Təhməzov hansı yollasa aradan çıxa bilib. O biri qardaş Fərhad Təhməzov isə uzun illər Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun direktoru olub və 2016-cı ildən isə Mənzil İnşaatı Dövlət Agentliyinin tərkibindəki MİDA MMC-nin direktoru təyin olunub. Fərhad Təhməzov Fondun direktoru olanda məcburi köçkünlərin hesabına qazandığı milyonları qardaşları Ataş Təhməzov və QİDA-nın indiki rəhbəri Qoşqar Təhməzli vasitəsilə biznes sahəsinə yönəltdi. Qoşqar Təhməzli isə qardaşı Fərhadın milyonlarını Azərbaycanda açılan özəl klinikalar üçün xarici ölkələrdən tibbi aparatura və avadanlıqlar alınması və satılması biznesinə yatırdı. Hələ bu harasıdır..?
Fərhad Təhməzovun oğlu İsrafil Təhməzov da Rusiya və Türkiyədə tikinti materiallarının biznesi ilə məşğul olur. Və dəfələrlə vergidən külli miqdarda yayınmaya görə, məhkəməyə verilib. Hələ bu da harasıdır..?
Fərhad Təhməzov və qızı Fidan Təhməzlinin Türkiyədə “İlahi inşaat” adında ortaq biznesləri var. Yeri gəlmişkən, İLAHİ kişi Təhməzov qardaşlarının atasının adıdır. Fərhad Təhməzovun Fondan sonra MİDA-da etdiyi korrupsiya əməlləri, 442 mənzili fokus-mokus oyunu ilə 5-10 dəqiqəyə hərracda satması barədə ölkə mediasında kifayət qədər yazılıb. Ona görə də həmin məsələlərin üstündən keçərək, gələk bu günümüzə.
Bəli, bir müddət öncə mediada yayılan xəbərdən bəlli oldu ki, Atəş Təhməzova məxsus olan “ 6-cı Mərtəbə” tikinti şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında iştirak edən subpodratçıların pulunu ödəmir. Və subpodratçı şirkətlər mətbuat konfransı keçirərək kömək üçün ölkə başçısına müraciət ediblər.
Təsəvvür edirsiniz, bazarın açılışından 11 ay keçib, amma Atəş Təhməzov şirkətlərin 1 milyona yaxın pulunu vermir.
İndi isə keçək, o biri qardaşın, Fərhad Təhməzovun "Hünər-İnşaat” Firmasına. Yenə bir müddət öncə yayılan xəbərdən bəlli olur ki, Hövsan Yaşayış Kompleksinin tikintisi ilə bağlı qalmaqal yaranıb. Kompleksin inşasında podratçı şirkət olan "Hünər-İnşaat” Firması müqavilə öhdəliklərinə əməl etmir.
Məlumata görə, “Hünər-İnşaat” firması subpodratçı şirkətə olan yüz minlərlə borcunu vermək istəmir. Məlumat üçün qeyd edək ki, “Hünər-İnşaat” 14 oktyabr 1997-ci ildə qeydiyyata alınıb. "Hünər-İnşaat” Fırması əsasən Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) layihələrində podratçı şirkət kimi iştirak edir.
İndi gördünüzmü, Təhməzov qardaşları ata-ata gedirlər. Yəqin ki, bir gün bu qardaşlar da qanun qarşısında cavab verməli olacaqlar.
P.S. Firmanın adını istər İlahi qoyaq, istər Spartak qoyaq, istərsə də Təyyubə qoyaq heç bir dəxli yoxdur, əsas xalqımıza ədalətlə xidmət etməkdir. //gundelik-baku.com//
 
Ardını oxu...
Sabirabad bu gün rəsmən xaraba günə qalıb.

"İcra başçısı Siraqəddin Cabbarov Sabirabada təyin olunana qədər rayonumuz nəyi ilə olmasa da, təmiz küçələri ilə diqqət cəlb edirdi. İndi isə..." Bunu DİA.AZ-a yazan sabirabadlılar bildirirlər ki, dəfələrlə Sabirabad rayon mərkəzindəki natəmizliklə bağlı əlaqədar qurumlara şikayət etsələr də, xeyri olmayıb.

"İndi qarşıdan isti günlər gəlir. Natəmizlik səbəbindən xəstəliklər də yaranacaq. Siraqəddin Cabbarov Sabirabada can yandırmırsa, onu çıxarsınlar, yerinə iş görəni təyin etsinlər..."

Qeyd edək ki, sakinlər Sabirabadın natəmizliyini sübutlayan fotoları da DİA.AZ-a təqdim ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ diqqətimizdədir... Mövzu ilə bağlı dia.az olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...
 

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

İlham Sofiyev: “Sənin ağlın hara gedib? Məgər, sən bilmirsənmi ki, Ağstafa MRX-na Səhiyyə Nazirliyi şəkər ölçən aparat vermir? Nazirlik bizə vermir, biz də nə sənə, nə də ki, digər xəstələrə xidmət göstərə bilmirik”

Son vaxtlar Ağstafa Mərkəzi Rayon Xəstəxanasında baş alıb gedən biabırçılıqların, çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının və s. varlığı “pik nöqtə”yə çatdığından, artıq bu səhiyyə müəsisəsinin adı hər yanda dillər əzbəri olub. Qeyd edək ki, media üzərindən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Ağstafa MRX-sı Publik Hüquqi Şəxsin baş həkimi İlham Sofiyevlə bağlı verilmiş təyinatı, keçmiş döyüşçü Alik Muradov da sərt tənqid edib. Hətta bu şəxs bir qədər irəli gedərək baş həkimin təyinatını, bir qədər yumşaq desək ağstafalıların təhqir olunması kimi də dəyərləndirib. Bir sözlə, İlham Sofiyevin fəaliyyətinin daha çox tənqid olunmasına, Ağstafa MRX-da müayinə və müalicə olunan xəstələrə dərman preparatlarının verilməməsi, göstərilən xidmətlərin pullu olması, bir çox şəxslərə ögey münasibətin bəslənməsi və s. səbəb olur. Bir-neçə gün bundan öncə isə Ağstafa rayonu, Xılxına kənd sakini Bəhlul Əliyev adlı şəxs Dəryaz qəzetinin redaksiyasına ünvanladığı müraciətində qeyd edir ki, “Mən bir neçə ildir ki, şəkər xəstəsiyəm, amma səhhətimdə əmələ gələn şəkər xəstəliyinin neçə faiz olduğunu bilmirəm. Düzdür, bir neçə ay bundan öncə Ağstafa MRX-da oldum və həmin vaxt özümü bir qədər gümrah hiss edirdim. Belə bir səbəbdən də, bu səhiyyə müəssisəsində çalışan həkim “resept” yazıb bir neçə dərman almağımı və müəyyən müalicə işlərinin həyata keçirilməsini məsləhət gördü. Düzdür, həmin həkimin məsləhətlərinə əməl etdim və bir müddət səhhətimdəki problemlər aradan qalxsa da, son günlər özümü narahat hiss etməyə başladım. Belə bir səbəbdən də 04 may 2023-cü il tarixdə bir daha Ağstafa MRX-na müraciət etməli oldum. Təəssüf və təəccüb doğuran hal o oldu ki, müayinə həkimi şəkər xəstəsi olmağımla bağlı mənə “resept” yazıb versə də, səhhətimdəki şəkərin dərəcəsini müəyyən edə bilmədi. Elə ki, həkimdən bunun səbəbini soruşdum, o halda o, “Bilirsənmi, mənim də çalışdığım Ağstafa MRX-da bir dənə də olsun belə, şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat yoxdur” dedi. Həkimdən belə bir cavabı eşidərkən şok oldum. Yəni, öz-özümə sual etdim ki, bu qədər də biabırçılıq olar? MRX-da şəkər xəstəliyinin dərəcəsini müəyyən edən aparat olmasın? Elə ki, bu məsələ ilə bağlı baş həkim İlham Sofiyevin qəbulunda oldum və ona bu məsələ ilə bağlı kəskin narazılığımı bildirdim, o halda o, “Sənin ağlın hara gedib? Məgər, sən bilmirsənmi ki, Ağstafa MRX-na Səhiyyə Nazirliyi şəkər ölçən aparat vermir? Nazirlik bizə vermir, biz də nə sənə, nə də ki, digər xəstələrə xidmət göstərə bilmirik” deyə cavab verdi. Düzdür, baş həkim vəzifəsini daşıyan bu şəxsin verdiyi cavaba heç cür inanmadım. Eyni zamanda ona bu məsələ ilə bağlı aidiyyatı orqanlara, o cümlədən Səhiyyə Nazirliyinə Baş Prokurorluğa şikayət edəcəyəm dedikdə, İlham Sofiyev mənə “Get, kimə istəyirsən şikayət et” dedi. O halda dərk edib başa düşdüm ki, deməli ya Səhiyyə Naziri yalan danışır, yaxud da ki, bu şəxs yaşadığımız Azərbaycan Respublikasında bir kimsəni saya salmır, ölkə qanunlarının əhəmiyyətinə məhəl qoymur. Bəli, baş həkimin bu cür cavabı bir anlığa olsa belə hər kəsi düşünməyə sövq edir. Necə ola bilər ki, bir kimsə bu ölkədə əhəmiyyətli vəzifə sahibi olsun, amma həmin şəxs ölkə qanunlarına məhəl qoymasın?” Deməli, Ağstafa MRX-da yaşananlarla bağlı dolaşan söz-söhbətlərin, müəyyən giley-güzarların, baş alıb gedən vətəndaş narazılıqlarının və sairələrin həqiqət olmasını baş həkim İlham Sofiyev həm danışığı, həm də davranışı ilə sübuta yetirir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra Səhiyyə Nazirliyinin TƏBİB-in rəhbərliyi qeyd olunan problemlərin varlığı ilə bağlı lazımi araşdırmalar aparacaq və 2020-ci ildən Ağstafa səhiyyəsinə rəhbərlik edən bu şəxsin əməlləri ilə bağlı lazımi ölçü götürüləcək. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

P.S. Faktları dəqiqləşdirmək üçün baş həkim, İlham Sofiyevlə telefon əlaqəsi saxladıq. O, ilk dəfə Bəhlul Əliyevin ona müraciət etmədiyini və elə bir söz işlətmədiyini dedikdə biz yenidən Bəhlul Əliyevə zəng vurub baş həkimin mövqeyini ona bildirdik. Bəhlul Əliyev dediyi fikirlərinin üstündə durduğunu, və baş həkimin bu özbaşınalığı barədə baş prokurorluğa müraciət edəcəyini dilə gətirdi. Biz yenidən cənab baş həkimə zəng etdikdə bu dəfə onun dili topuq çalıb, mən elə demədim, dedim ki, şəkər ölçən aparatımız hələ gəlib çıxmayıb, yoldadır»

Mövzuya qayıdacağıq.

Deryaz.az

Tovuz MTKİB-nin rəisi Zöhrab Əhmədov qanunsuz işlərini icra başçısının adından həyata keçirir

Ardını oxu...

Tovuz şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədovun öz vəzifəsi ilə bir araya sığmayan kommersiya fəaliyyəti barədə, əhali və qeyri — əhali qrupu ilə heç bir qarşılıqlı müqavilə bağlanmadan özbaşına pul yığımlarını davam etdirməsi, əhalidən 3 manat, qeyri — əhali qrupu üzrə isə 15 — 20 manat toplanması haqda tənqidi məqalələrimiz yəqin ki, daimi oxucularımızın yadındadır. Onu da qeyd etmişdik ki, işləri yarıtmaz, keyfiyyətsiz və başdansovdu aparılan MTKİB-nin tənqidə tuş gələn rəisi Zöhrab Əhmədov fəaliyyətində müsbət dönüş etməyə çalışmaq əvəzinə, işçilərindən şübhələnərək, onların sırasından özünə yaxın olmayanları gözümçıxdıya salaraq onları qorxudur, işdən qovacağı ilə hədələyir.

Bu günlərdə yenidən Dəryaz qəzetinin redaksiyasına daxil olan məlumata görə, Tovuz şəhərinin Xətai küçəsində budama adı ilə çoxillik ağacların kütləvi qırımı həyata keçirilir. Təqdim olunan şəkillərdən də açıq məlum olur ki, işlərə rəhbərlik Zöhrab Əhmədovun şəxsən özü tərəfindən həyata keçirilir. Belə ki, mayın 4-də səhər saat 11:00 — 13:00 radələrində Tovuz şəhər Xətai küçəsində,  Tovuz Rayon Mərkəzi Komunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Zöhrab Əhmədov rəhbərliyi altında ağacların kütləvi qırımı aparılmışdır. Küçə sakunləri buna etiraz edərkən isə Zöhrab Əhmədov bildirib ki, bu, icra başçısının tapşırığıdır,  heç kim mane ola bilməz.

Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...Ardını oxu...

Xətai küçəsində yaşayan sakinlərin sözlərinə görə, edilən bütün narazılığa baxmayaraq, Zöhrab müəllim çoxillik ağacların kəsilməsinə və dərhal ərazidən daşınmasına göstəriş verib.

Məsələ ilə bağlı araşdırmamız davam edir

Deryaz.az

Ardını oxu...
Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında fövqəladə vəziyyətin bitdiyini açıqlayıb.

Amma buna baxmayaraq, Azərbaycanda müayinə üçün xəstəxanalara müraciət edən xəstələrdən koronavirus infeksiyasına qarşı testin verilməsi tələb olunur.

Mərkəzi Gömrük Hospitalına müraciət edən ürək xəstəsi "Qaynarinfo"ya açıqlamasında bildirib ki, ondan xəstəxanada məcburi qaydada COVID testindən keçirilməsi tələb olunub:

"Ürəyimdə problem var, bu məqsədlə xəstəxanaya müraciət etdim. Orada məndən analiz nümunələri götürülərkən koronavirus infeksiyasına qarşı testdən keçməyimi tələb etdilər. Dedim ki, bütün dünyada pandemiya bitib, koronavirus testi kimə və nəyə lazımdır? Onlar yenə də bu testdən keçməyimi istədilər. Mən də məcbur olub koronavirus testi verdim və buna görə xəstəxananın hesabına 30 manat pul köçürdüm. Ürəyimin koronavirusla nə əlaqəsi var? Testi verəndə həmin otağın qarşısında 30-dan çox xəstə növbəyə dayanmışdı, hamısı da deyinirdi və bu testdən keçmək istəmədiklərini bildirirdilər”.

Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq. Oradan Qaynarinfo-ya bu gün xəstələrdən koronavirus testinin götürüldüyü bildirilib:

"Portala qeydiyyata düşmək üçün götürülən yaxma nümunəsinin testi 65, ekspers analiz isə 37 manatdır. Ekspress testi portala düşmür, COVID olub-olmadığını göstərir. Müayinəyə gələn xəstələrdən test tələb olunmur, xəstə özü istəyirsə, bu analizdən keçə bilər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qaynarinfo-ya bildirllib ki, Mərkəzi Gömrük Hospitalı bu quruma tabe deyil.

Qlobal.az
Ardını oxu...
Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir.

“Qafqazinfo”ya müraciət edən şikayətçi 2017-ci ildən tanıdığı, “EVROSTROY-S.S” MMC-nin və SİPARK yaşayış kompleksinin sahibi Taleh Abbasov tərəfindən aldadıldığını bildirib.

Belə ki, A.Ağayev T.Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə külli miqdarda pul aldığını deyib: “Taleh tikdiyi binaların yaxşı yerlərdə olmasını, qısa müddətə tikintini qurtaracağını, bu binalardakı mənzillərin qiymətinin daha da bahalaşacağını deyərək məni şirnikləndirdi. Onun təkliflərindən sonra 19.03.2018-ci il tarixdə müqavilə ilə həyat yoldaşım N.Ağayevanın adına “EVROSTROY-S.S” MMC-nin Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı, 23.01.2019-cu il tarixdə isə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən binadan 93.75 kv.m sahəli 2 otaqlı mənzili öz adıma, dəyərini tam ödəməklə aldım. Bundan sonra, yəni 02.04.2019-cu il tarixdə isə həmin binadan daha bir mənzili tam ödənişlə aldım”.

A.Ağayev bildirib ki, 2020-ci ildə binaların tikintisinin dayandırıldığını görüb və problemlər də bundan sonra yaranıb. O, üzləşdiyi vəziyyətlə bağlı Baş Prokurorluğa müraciət edib: “Mən 2020-ci ildə Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu ilə görüşərək onlara Təbriz küçəsində tikilməli olan binanın inşasının dayandığına görə irad bildirdim. Dedilər ki, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “EVROSTROY-S” MMC-də hazır mənzillər var. Oraya gedib birgə mənzillərə baxdıq və onlarla razılaşdım. Razılaşmamıza görə, mən Təbriz küçəsindəki iki evi və əlavə 73 min dollar ödəniş edərək Yasamal rayonunda H.Cavid prospektində yerləşən tikintisi başa çatmış “EVROSTROY-S” MMC-nin balansında olan binadan mənzil götürməli idim. Bundan sonra Talehə 38 min dollar verdim. Xaricdən gətizdirdiyim və 35 min dollar dəyəri olan “Toyota” markalı avtomobili də onlara verdim. Lakin sonradan mənzillərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar, hazırda mənə nə yeni, nə də köhnə mənzillər təhvil verilib”.

A.Ağayev əlavə edib ki, bir ay əvvəl isə MMC-yə müraciət edərək M.Sənani küçəsində inşası başa çatmış binada olan 313 kv m sahəli mənzilini təmir etdirmək istəyib, lakin şirkət əməkdaşları tərəfindən mənzilinə buraxılmayıb: “Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadakı iki mənzilimin verilməməsinə görə etdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə verməyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, “hara istəyirənsə, şikayət et”, dedi”.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, eləcə də Baş prokuror Kamran Əliyevə müraciət edib. O, müraciətində “EVROSTROY-S.S” MMC-nin rəhbəri Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu barəsində qanuni tədbir görülməsini, qeyd etdiyi fakt üzrə cinayət işinin başlanmasına və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.

Dünyapress TV

Xəbər lenti