Xaçmaz rayonunun Susayqışlaq kənd sakini yaşadığı kəndin bələdiyyə sədri barədə redaksiyamıza müraciət edib. Narazı vətəndaşın sözlərinə görə Susayqışlaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva uzun illərdiki bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin qanunsuz satılaraq mənimsənildiyini bildirir.Onun sözlərinə görə xanım sədr bələdiyyənin ərazisinə aid olan həm bələdiyyə həmdə dövlət mülkiyyətli torpaq sahələrini müxtəlif iş adamlarına satıb.Bu yolla əldə edilən böyük məbləğlərdə vəsait isə mənimsənilib.
Kənd sakinlərinin verdiyi məlumata görə Susayqışlaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva bələdiyyə tərəfindən toplanan torpaq və əmlak vergilərinin də aidyyatı üzrə xərclənməsini təmin etmir.
Müvafiq araşdırmalar aparılsa satılan torpaq sahələri və onların satılmasından əldə edilən vəsaitlərin hara xərclənməsi həmçinin toplanan vergi vəsaitlərinin haralara sərf edildiyi məlum olar.Amma bizə maraqlıdır ki,niyə keçmiş icra başçısının dövründə bu əməllər törədən bələdiyyə sədrinə indiki icra başçısı Elnur Rzayev göz yumur. //gundem.info.az/
Xatırladaq ki, bu yaxınlarda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 41-də, Dəmiryol poliklinikası ilə üzbəüz yaşayan sakinlər tərəfindən KİV-ə şikayət məktubu daxil olmuşdu. Sakinlər deyirdi ki, imkanlı şəxslər ərazini zəbt edərək, market şəbəkəsi tikir və transfarmator yerləşdirirlər. Məlumata əsasən, bu haqda İcra Hakimiyyətinə və “qaynar xətt”ə məlumat versələr də, bir nəticə əldə olunmayıbdı. Şikayətçilər bildirirdilər: “Burada market olsa, biz hansı yoldan gedib-gələcəyik? Artıq iki gündür ki, tikinti işlərinə başlayıblar. “Qaynar xətt”ə məlumat vermişik. Piyada keçidi kimi istifadə olunan yolu zəbt ediblər. Biləcərinin “kənd soveti” gəlib öz fikrini bildirdi ki, icazə verməyin, işə başlasalar tez bizə məlumat verin. Məlumat versək də gəlib baxıb, amma heç nə etmədən gediblər. Zəng vurub məlumat veririk, heç bir iş görmürlər. Qaz xətti 2 mərtəbəli evin barısının dibi ilə gedirdi. Obyektin qabaq hissəsinə düşürdü, onun da yerini dəyişdirib, yolu tam bağlayırlar. Bu işdə rüşvət böyük rol oynayır. Qaz idarəsi öz quraşdırdığı qaz xəttinin yerini dəyişir. İcra Hakimiyyəti bu qədər özbaşınalığa göz yumur…” Bizə maraqlıdır ki, görəsən icra nümayəndəsi Namil Məmmədov niyə “ilanı Seyid Əhməd əliylə tutmağa” üstünlük verir? Özü tikintini dayandırmaq əvəzinə, “imkan verməyin, bizə məlumat verin”, deyə məsuliyyətdən yayınmağa çalışır. Yerli sakinlərin dediyinə görə onun “qara kassası” olan Osman adlı işçisi həmin obyektin sahibindən rüşvət alıb deyə bu olanlara göz yumurlar. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə həmin Osman nümayəndəlikdə ünvan arayışlarını 600 manata satmaqla ad çıxarıb. Namil Məmmədov özü ona şərait yaradıb ki, bütün qəsəbə ərazisindəki tikintilərdən rüşvət alsın. Deyilənə görə bu yığılan pullar birbaşa Binəqədi rayon İcra Hakimiyyətinə çatır deyə onlara “qaşın üstə gözün var deyən” yoxdu. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber.az//

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri İdarəsi ölkənin hər yerində olduğu kimi rayonun əkilən torpaq sahələrinin suvarılmasına cavabdeh və mükəlləf olan büdcə təşkilatı və bir müəssisədir.Təbii ki hər yerdə olduğu kimi Qubada da suvarılma ilə bağlı mütamadi olaraq mövsümü problemlər ortaya çıxır və fermerlər hər il bu istiqamətdə xeyli əziyyət çəkirlər.Aidiyyatı qrum olan Quba SSİ –I narazı vətəndaşlara ,”İmkanımız daxilində əlimizdən gələni edirik”deyərək ortaya çıxan problemləri adətən təbiətin quraq keçməsi ilə əlaqələndirir.
Bəs görəsən sözügedən qrumun mövcud imkanları rayonun təsərrüfat sahələrinin suvarılmasında yaranan problemləri aradan qaldırmaqa kifayət edirmi?
Suvarma kanallarının bərbad vəziyyətdə olması və yaxud günün tələblərinə cavab verməməsi həmçinin bu istiqamətdə aparılan işlərin Quba sakinlərinin normal suvarma suyu ilə təchiz edilməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri idarəsinin səmərəliliyi hansı vəziyyətdədir?Əksər hallarda qrum bu işlərin mütamadi olaraq aparıldıqını ,həmçinin bütün imkanlarının bu işlərə səfərbər edildiyini bildirir.Mövcud vəziyyət isə bu mənzərəni tərəddüdsüz şübhə altına alır və bu istiqamətdə kifayət qədər süni əngəllərin olduğunu gün üzünə çıxarmış olur. Qrumun Quba rayon üzrə olan rəhbəri Süleyman Kərimov un həm rayon icra hakimiyyətinə həmdə tabe olduqu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verdiyi hesabatlarda qənaətbəxş bir mənzərə olsada real durum əlbətki bunun tərsini ifadə etməyə imkan verir.
Redaksiyamıza verilən məlumatlarda da Süleyman Kərimovun rəhbərlik etdiyi Quba SSİ-nin əslində “suvarma”adı altında həyata keçirdiyi “melorasiya hiylə”sini açıq aşkar görmək mümkündür. Məlumata görə qurumun aşağıda adı qeyd edilən onlarla əməkdaşı nə aidyyatı üzrə işə cəlb edilmir nə də onların bu “İŞ”lərdən heç xəbəri yoxdur.
İş demişkən…Görəsən bu siyahıda adı olan neçə nəfər Quba SSİ-də əmək funksiyasını gərəkən əmək məcəlləsinin tələbləri çərçivəsində həyata keçirir?Maraqlıdır bu şəxslərin arasında hətta bir ailənin bir neçə üzvü mövcuddur.Əlbətki onların arasında işlədikləri idarənin inzibati binasını belə görməyən xeyli sayda insan var.
Həmin işçilərin siyahısını sizə təqdim edirik.
Sürücülər.
1.Nürəddinov Telman İmam oğlu -Yük 2.Hacıbalayev Asif İsmayıl – Minik 3.Hacıbalayev Asif İsmayıl oğlu –Minik 4.Şahverdiyev Cəfər Heybətulla oğlu 5.Qədirov Səbuhi Ramazan –Yük 6.İskəndərov Rövşən Tofiq –Minik 7.Hüseynzadə İlkin Məzahir –Minik 8.Fərmanov Zakir Meyvəddin –Yük 9.Fərmanov Rəşad Meyvəddin –Yük 10.Sanayev Aydın Niftəli –Yük 11.Abdinov Vüqar İlqar –Minik 12.Aydəmirov Rüstəm Bəhram –Yük 13.Fərzəliyev Rəşid Nazim –Yük 14.Rəşidov Bəhruz Əkrəm 15.Ağasıyev Elşad Cavanşir –Yük 16.Çərkəsov Əflatun Nizami –Yük 17.Məmmədov Kamran İmran –Yük 18.Babayev Heydər Məmmədşah –Yük 19.Burcəliyev Vüsal Hafiz –Yük 20.Abdullayev Natiq Alim –Kran 21.Mirzəyev Namik Tofiq –Yük 22.İsmixanov Məhərrəm Məhsim –Yük 23.Babayev Azad Abduləziz –Yük 24.Fətullayev Vüqar Əlican –Sürücü,avtosern
Fəhlələr.
1.Paşayev Rəhman Mikayıl s/f 2.Ağakərimov Abdulməhsim Zahid s/f 3.Qasımov İntiqam Mətləb kt/f 4.Şahbazov Şahbaz Qüdrət kt/f 5.Tayibov Rəşid İsa s/f 6.Mövsümov Əmin İntiqam s/f 7.Ramazanov Ramazan kt/f 8.Şeydayev Əhədulla Əli s/f 9.Məmmədov Firdovsi Əjdər s/f 10.Babayev Nurlan Gülmirzə s/f 11.İsrafilov Nəsimi Əhməd s/f 12.Məmmədov Laçın Tərlan kt/f 13.Almasov Rafiq İbad s/f 14.Yusifov İlham Məmmədpaşa s/f 15.Əliyeva Sürayyə Əli kt/f 16.Mövsümov Sübhan Məmmədəli kt/f 17.Qonaqov Samin Əbülfərz kt/f 18.Cavadov Natiq Cavad kt/f 19.Tapdıqov Mirzəbala Bülbül s/f 20.Hacıxanov Kamil Hacıxan kt/f 21.Malbəyov İlham Elburus kt/f 22.Orucov Rəmiş Şıxbaba kt/f 23.Cavadov Vidadi Cavad kt/f 24. Səlimov Kərim Sərkər kt/f 25.İskəndərov Bahadur Mirzəğa kt/f 26.Həsənov Elmin Nəcim kt/f 27.Atakişiyev Ayaz Ənvər kt/f 28.Quliyev Elburus Qüdrət s/f 29.Ələsgərov Saleh Azay s/f 30.İlyasov İlqar Şirin s/f 31.Fətəliyev Ayaz Hacımurad kt/f 32.Səlimov Rəhman Məsud s/f 33.Baxışov Süleyman Ramiz s/f 34.İsmayılov Yaqub Seyidşad kt/f 35.Aydəmirov Əfqan Rafiq kt/f 36.Məmmədhüseynov Kərəm Tofiq kt/f 37.Baxışov Fizuli Ramiz s/f 38.Mayılov Bahadur Gülmalı s/f 39.Fərmanova Ameliya Şakir s/f 40.Dadaşov Vaqif Sədulla kt/f 41.Feyzullayev Vəli Qüdrət kt/f 42.Haciyev Zahid Zahir s/f 43.Dadaşova Nətavan Vaqif kt/f 44.Sultanova Sayadpəri Süleyman s/f 45.Fərəməzov Babək Əkrəm kt/f 46.Quliyev İsmət Elman kt/f 47.Babayev Hacıbala Balamirzə s/f 48.Hüseynov Fizuli Həsənpaşa kt/f 49.Qonaqov Abdulkərim Qəhrəman s/f 50.Qonaqov Rəşad Abdulkərim s/f 51.Rüstəmov Aqşin Mühbəli kt/f 52. Ağayev Xalid Mahmud kt/f 53.Qonaqov Elçin Abdulkərim kt/f
Təmirçi,Çilingər
1.Nemətov Niyaməddin İsaməddin 2.Baxşıyev Habil Camal 3.Bağırov Mətləb Vaqif 4.Əliyev Emin Əli 5.Rüstəmov Mahir Qüdrət 6.Babayev Kamran Məcid 7.Aydəmirov Fərman Rafiq 8.Abdulalimov Şaig Asəf 9.Həsənov Nazim Məmməd 10.Quliyev Qulu Nəcəfqulu 11.Qafarov İbrahim Firuddin 12.Həmidov Səməd Ağahüseyn 13.Qonaqov Rövşən Məmmədşah
Melerasiya işçilərinin traktorçusu
1.Qədməliyev Ayaz Ağalar 2.Ramazanov İqbal Murad 3.Gülüyev Fərrux Fəzail 4.Ramazanov Azər Ramazan 5.Vəliyev Oktay Pirnəzər 6.Qədirov Pənah Cəfərqulu 7.Kərimov Murad Asəf 8.Səfərəliyev Abtalıb Ziyafəddin 9.Həbibov Samir Əlövsət 10.Asəfov Zülfüqar Mirzəşərif 11.Abasov Arif Əziz
Texniklər.
1.Feyzullayev Şahin Mehdi 2.İskəndərov Əkrəm İskəndər 3.Abdullayev Cahangir Tofiq 4.Ağasiyev Yəhya Tərlan 5.Şahbazov Elman Şahbaz 6.Əliyev Tofiq Mirzə
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri idarəsinin rəhbəri Süleyman Kərimov eyni zamanda restoran biznesi ilə məşğuldur.Onun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində “Qımıl”adlı restoranının olduğu bildirilir…
Mənbə: Gundem.info Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri İdarəsi ölkənin hər yerində olduğu kimi rayonun əkilən torpaq sahələrinin suvarılmasına cavabdeh və mükəlləf olan büdcə təşkilatı və bir müəssisədir.Təbii ki hər yerdə olduğu kimi Qubada da suvarılma ilə bağlı mütamadi olaraq mövsümü problemlər ortaya çıxır və fermerlər hər il bu istiqamətdə xeyli əziyyət çəkirlər.Aidiyyatı qrum olan Quba SSİ –I narazı vətəndaşlara ,”İmkanımız daxilində əlimizdən gələni edirik”deyərək ortaya çıxan problemləri adətən təbiətin quraq keçməsi ilə əlaqələndirir.
Bəs görəsən sözügedən qrumun mövcud imkanları rayonun təsərrüfat sahələrinin suvarılmasında yaranan problemləri aradan qaldırmaqa kifayət edirmi?
Suvarma kanallarının bərbad vəziyyətdə olması və yaxud günün tələblərinə cavab verməməsi həmçinin bu istiqamətdə aparılan işlərin Quba sakinlərinin normal suvarma suyu ilə təchiz edilməsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri idarəsinin səmərəliliyi hansı vəziyyətdədir?Əksər hallarda qrum bu işlərin mütamadi olaraq aparıldıqını ,həmçinin bütün imkanlarının bu işlərə səfərbər edildiyini bildirir.Mövcud vəziyyət isə bu mənzərəni tərəddüdsüz şübhə altına alır və bu istiqamətdə kifayət qədər süni əngəllərin olduğunu gün üzünə çıxarmış olur. Qrumun Quba rayon üzrə olan rəhbəri Süleyman Kərimov un həm rayon icra hakimiyyətinə həmdə tabe olduqu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verdiyi hesabatlarda qənaətbəxş bir mənzərə olsada real durum əlbətki bunun tərsini ifadə etməyə imkan verir.
Redaksiyamıza verilən məlumatlarda da Süleyman Kərimovun rəhbərlik etdiyi Quba SSİ-nin əslində “suvarma”adı altında həyata keçirdiyi “melorasiya hiylə”sini açıq aşkar görmək mümkündür. Məlumata görə qurumun aşağıda adı qeyd edilən onlarla əməkdaşı nə aidyyatı üzrə işə cəlb edilmir nə də onların bu “İŞ”lərdən heç xəbəri yoxdur.
İş demişkən…Görəsən bu siyahıda adı olan neçə nəfər Quba SSİ-də əmək funksiyasını gərəkən əmək məcəlləsinin tələbləri çərçivəsində həyata keçirir?Maraqlıdır bu şəxslərin arasında hətta bir ailənin bir neçə üzvü mövcuddur.Əlbətki onların arasında işlədikləri idarənin inzibati binasını belə görməyən xeyli sayda insan var.
Həmin işçilərin siyahısını sizə təqdim edirik.
Sürücülər.
1.Nürəddinov Telman İmam oğlu -Yük 2.Hacıbalayev Asif İsmayıl – Minik 3.Hacıbalayev Asif İsmayıl oğlu –Minik 4.Şahverdiyev Cəfər Heybətulla oğlu 5.Qədirov Səbuhi Ramazan –Yük 6.İskəndərov Rövşən Tofiq –Minik 7.Hüseynzadə İlkin Məzahir –Minik 8.Fərmanov Zakir Meyvəddin –Yük 9.Fərmanov Rəşad Meyvəddin –Yük 10.Sanayev Aydın Niftəli –Yük 11.Abdinov Vüqar İlqar –Minik 12.Aydəmirov Rüstəm Bəhram –Yük 13.Fərzəliyev Rəşid Nazim –Yük 14.Rəşidov Bəhruz Əkrəm 15.Ağasıyev Elşad Cavanşir –Yük 16.Çərkəsov Əflatun Nizami –Yük 17.Məmmədov Kamran İmran –Yük 18.Babayev Heydər Məmmədşah –Yük 19.Burcəliyev Vüsal Hafiz –Yük 20.Abdullayev Natiq Alim –Kran 21.Mirzəyev Namik Tofiq –Yük 22.İsmixanov Məhərrəm Məhsim –Yük 23.Babayev Azad Abduləziz –Yük 24.Fətullayev Vüqar Əlican –Sürücü,avtosern
Fəhlələr.
1.Paşayev Rəhman Mikayıl s/f 2.Ağakərimov Abdulməhsim Zahid s/f 3.Qasımov İntiqam Mətləb kt/f 4.Şahbazov Şahbaz Qüdrət kt/f 5.Tayibov Rəşid İsa s/f 6.Mövsümov Əmin İntiqam s/f 7.Ramazanov Ramazan kt/f 8.Şeydayev Əhədulla Əli s/f 9.Məmmədov Firdovsi Əjdər s/f 10.Babayev Nurlan Gülmirzə s/f 11.İsrafilov Nəsimi Əhməd s/f 12.Məmmədov Laçın Tərlan kt/f 13.Almasov Rafiq İbad s/f 14.Yusifov İlham Məmmədpaşa s/f 15.Əliyeva Sürayyə Əli kt/f 16.Mövsümov Sübhan Məmmədəli kt/f 17.Qonaqov Samin Əbülfərz kt/f 18.Cavadov Natiq Cavad kt/f 19.Tapdıqov Mirzəbala Bülbül s/f 20.Hacıxanov Kamil Hacıxan kt/f 21.Malbəyov İlham Elburus kt/f 22.Orucov Rəmiş Şıxbaba kt/f 23.Cavadov Vidadi Cavad kt/f 24. Səlimov Kərim Sərkər kt/f 25.İskəndərov Bahadur Mirzəğa kt/f 26.Həsənov Elmin Nəcim kt/f 27.Atakişiyev Ayaz Ənvər kt/f 28.Quliyev Elburus Qüdrət s/f 29.Ələsgərov Saleh Azay s/f 30.İlyasov İlqar Şirin s/f 31.Fətəliyev Ayaz Hacımurad kt/f 32.Səlimov Rəhman Məsud s/f 33.Baxışov Süleyman Ramiz s/f 34.İsmayılov Yaqub Seyidşad kt/f 35.Aydəmirov Əfqan Rafiq kt/f 36.Məmmədhüseynov Kərəm Tofiq kt/f 37.Baxışov Fizuli Ramiz s/f 38.Mayılov Bahadur Gülmalı s/f 39.Fərmanova Ameliya Şakir s/f 40.Dadaşov Vaqif Sədulla kt/f 41.Feyzullayev Vəli Qüdrət kt/f 42.Haciyev Zahid Zahir s/f 43.Dadaşova Nətavan Vaqif kt/f 44.Sultanova Sayadpəri Süleyman s/f 45.Fərəməzov Babək Əkrəm kt/f 46.Quliyev İsmət Elman kt/f 47.Babayev Hacıbala Balamirzə s/f 48.Hüseynov Fizuli Həsənpaşa kt/f 49.Qonaqov Abdulkərim Qəhrəman s/f 50.Qonaqov Rəşad Abdulkərim s/f 51.Rüstəmov Aqşin Mühbəli kt/f 52. Ağayev Xalid Mahmud kt/f 53.Qonaqov Elçin Abdulkərim kt/f
Təmirçi,Çilingər
1.Nemətov Niyaməddin İsaməddin 2.Baxşıyev Habil Camal 3.Bağırov Mətləb Vaqif 4.Əliyev Emin Əli 5.Rüstəmov Mahir Qüdrət 6.Babayev Kamran Məcid 7.Aydəmirov Fərman Rafiq 8.Abdulalimov Şaig Asəf 9.Həsənov Nazim Məmməd 10.Quliyev Qulu Nəcəfqulu 11.Qafarov İbrahim Firuddin 12.Həmidov Səməd Ağahüseyn 13.Qonaqov Rövşən Məmmədşah
Melerasiya işçilərinin traktorçusu
1.Qədməliyev Ayaz Ağalar 2.Ramazanov İqbal Murad 3.Gülüyev Fərrux Fəzail 4.Ramazanov Azər Ramazan 5.Vəliyev Oktay Pirnəzər 6.Qədirov Pənah Cəfərqulu 7.Kərimov Murad Asəf 8.Səfərəliyev Abtalıb Ziyafəddin 9.Həbibov Samir Əlövsət 10.Asəfov Zülfüqar Mirzəşərif 11.Abasov Arif Əziz
Texniklər.
1.Feyzullayev Şahin Mehdi 2.İskəndərov Əkrəm İskəndər 3.Abdullayev Cahangir Tofiq 4.Ağasiyev Yəhya Tərlan 5.Şahbazov Elman Şahbaz 6.Əliyev Tofiq Mirzə
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Quba Suvarma Sistemləri idarəsinin rəhbəri Süleyman Kərimov eyni zamanda restoran biznesi ilə məşğuldur.Onun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində “Qımıl”adlı restoranının olduğu bildirilir…
YDM-in əməkdaşı sürücüyə deyib ki, avtomobilinizin bakı GENİŞLƏNİB… Son 30 ildə paytaxtımız Bakı şəhərində, eləcə də bölgələrdə ən çox artan obyektlər benzin-yanacaq doldurma məntəqələridir. Hərəsi bir məmura məxsus olan bu yanacaq doldurma məntəqələrinin sahibləri Allahın xalqımıza bəxş etdiyi təbii sərvəti dədəsinin malı kimi sataraq milyonçuya çevrilirlər. Birinin oğlunun qolunda 250 milyon dəyərində saat, o birinin oğlunun Riqada bankda 1 milyard pulu və daha nələr... Atalar deyib ki, insaf dinin yarısıdır. Bu dinsiz oğlu dinsizlər heç olmasa vətəndaşlara baha qiymətə satdıqları yanacağın keyfiyyətinə və həcminə düzgün riayət etmirlər. Səhərlər istifadə etdiyim “1 manatlıq” mikroavtobusun sürücüsü deyir ki, o gün “salyarka” vurmuşam, bir üfunət iyi, kanalizasiya iyi gəlir, adamın başı çatlayır. Avtobus sürücüsü deyir ki, “zapravka”nın işçisindən soruşuram ki, bu nə üfunətdir. İşçi deyir ki, Qazaxstandan gətirmişik ucuz qiymətə...iyisi başa düşür. Sözümüzün canı odur ki, yanacaq doldurma məntəqələri ölkədə ciddi problemə çevriliblər. Hərdən rəsmi xəbərlərdə eşidirik ki, filan yanacaq doldurma məntəqəsində gecə vaxtı soyğunçuluq hadisəsi baş verib. Üzünə maska taxan iki nəfər şəxs yanacaq doldurma məntəqəsinin əməkdaşına hədə-qorxu gələrək 800 AZN pulu götürərək aradan çıxıblar. Soyğunçuların tapılması istiqamətində əməliyyat-istintaq tədbirlərinə başlanıldığı bildirilir. Əlbəttə, soyğunçuların, cinayət törədənlərin tapılması və cəzalandırılması mütləqdir. Amma... Bu yanacaq doldurma məntəqələrinin sahiblərinə deyən lazımdır ki, soyğunçular gecə bu əməllə məşğul olurlar, sizlər isə günün günorta çağı, bütün günü vətəndaşların cibinə girirsiniz, soyğunçuluq edirsiniz... İlk növbədə sizi cəzalandırmaq lazmdır. Benzinin, digər yanacaqların keyfiyyətsiz olması bir problemdir, sürücüləri benzinin həcmində aldatmaq isə başqa problemdir. Belə yanacaq doldurma məntəqələrindən biri də Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Sami Yanacaqdoldurma Məntəqəsi”dir. Təsəvvür edirsiniz kasıb vətəndaş güclə 15 manat tapıb Sami YDM-də avtomobilinə benzin vurdurur və 20 Yanvar metro stansiyasına çatmamış benzin qurtarır. Hətta Sami YDM-dən şikayətçi olan bir sürücü deyir ki, mənim avtomobilimin benzin bakının tam həcmi 43 litrdir. Amma Sami YDM-nin əməkdaşı deyir ki, 57 litr benzin vurmuşam. Soruşanda ki, bu necə ola bilər ki, 43 litrlik baka 57 litr benzin vurmusan. YDM əməkdaşı deyib ki, sizin maşının bakı işləndikcə genişlənib.... İndi özünüz nəticə çıxardın. Bunlar həm vətəndaşların cibinə girir, soyğunçuluq edir, həm də keyfiyyətsiz yanacaqla ətraf mühitə ciddi ziyan vururlar. Hətta sürücülərdən biri yazır ki, SAMİ-nin yanacağını vurandan sonra maşın LEŞƏ dönür, çətinliklə hərəkət edir. Sözün qısası, yanacaq doldurma məntəqələri ölkədə ciddi problemə çevrilib. Tədbir görməyin zamanıdır.
Məlum olduğu kimi, Türkiyənin Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili-tibbi yardım kafedrasının dosenti Mücahit Avcil, xeyli müddətdir ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub. Türkiyəli “mütəxəssis” ötən ilin oktyabr ayının 11-də kollektivə təqdim olunub, amma bu təyinat sosial şəbəkələrdə heç də birmənalı qarşılanmadı.
Qeyd edək ki, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Mücahit Avcilın adının Türkiyə mediasında neqativ işlərdə hallanması, eyni zamanda bu şəxsin qardaş ölkədə daşıdığı vəzifəsindən qalmaqallı şəkildə istefa verməsi, məhz geniş ictimai müzakirələrə səbəb olmuşdur. Ötən il mətbuatda daha çox müzakirə olunan məsələlərdən biri də, Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunan Mücahit Avcilın, keçirilən təqdimat tədbiri zamanı stol üstündən su butulkasını götürərək başına çəkməsi və kollektiv qarşısında gülməli vəziyyətə düşməsi olur. Həmçinin cumhuriyyet.az-a daxil olan məlumata görə, bu şəxsin kadr siyasəti də birmənalı qarşılanmır və Mücahit Avcil Türkiyədən olan yaxın dostu İlhan bəyi, bir müddət bundan əvvəl heç bir əmr-filan olmadan Tədris Cərrahiyyə Klinikasına qeyri-rəsmi nəzarətçi təyin edib. Gülməli olsa da qeyd edək ki, heç bir vəzifə daşımayan İlhan bəy Tibb Universitetinin professoruna “əmr” verir. Bu da universitetdə normal qarşılanmır. Bununla bağlı cumhuriyyet.az-a danışan mənbə bildirir ki, Tədris Cərrahiyyə Klinikasının ilk yaradıcılarından olan professor Sədrəddin müəllimə bu şəxsin “əmr” verməsi kollektiv arasında böyük narazılıq yaradıb. Konfliktin səbəbi isə Tədris Cərrahiyyə Klinikasının dəhlizlərində gəzən pişiyi, professorun protokollaşdıraraq bayıra çıxartdırması olur. Bu səbəbdən də, İlhan bəy Sədrəddin müəllimə “əmr” verir. Qeyd edək ki, bu Klinikada baş verən qeyri-adi hadisələr heç də bütün bunlarla yekunlaşmır. Məsələn, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, Mücahit Avcil laboratoriya müdirini işdən çıxarıb və həmin şəxsin yerinə iş bacarığı olmayan Elxan adlı birisini təyin edib. Daha utandırıcı hal ondan ibarətdir ki, bu gün Tədris Cərrahiyyə Klinikasında idarəçilik elə bərbad formada həyata keçirilir ki, burada çalışan professorlar, dosentlər və həkimlər özəl klinikalara üz tuturlar və onlar cərrahiyə əməliyyatlarını həmin səhiyyə müəssisələrində həyata keçirirlər. Yalnız iki şöbənin müdiri, yəni trovmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli və oftamotologiya şöbəsinin müdiri Qurban İsmayılov, həm xəstələrin müayinə və müalicə işlərini, həm də cərrahiyə əməliyyatlarını Tədris Cərrahiyyə Klinikasında həyata keçirirlər. Bu da onu söyləməyə əsas verir ki, Mücahit Avcilın “nataraz idarəçiliyi” bu Klinikanın “bel sütunu”nu məhv edir. Bundan əlavə, Tədris Cərrahiyyə Klinikasında təcrübəsizlik halları o qədər baş alıb gedir ki, hətta laboratoriya müayinələrinin nəticələrindən həkimlər də narazılıq edirlər. Bu Klinikanın təsərüfat işləri üzrə müavini də başını götürüb qaçıb və Razik adlı maliyyə şöbəsinin müdiri isə, daşıdığı vəzifəsindən istefa verib. Az sonra bu şəxs çalışdığı müəssisədən baş götürüb gedib. Düşündürücü hal odur ki, İlhan bəy Klinikada rəsmi vəzifə sahibi olmasa da, bu şəxs birinci mərtəbədəki kassada və qeydiyyat şöbəsində çalışan gənc xanımlarla gün ərzində “laqqırtı vurur” və günlərini belə bir formada keçirir.
Yeri gəlmişkən Türkiyə mətbuatında Azərbaycanda direktorluğu ələ keçirən bu şəxsin keçmiş fəaliyyətindən narazılığı əks etdirən xeyli məqaləyə rast gəlinir. Məsələn, mətbuatda o zaman baş həkim vəzifəsində olan M. Avcilin AK partidən olan millət vəkilinin qarşısında təzim etməsi ilə də tənqid hədəfi olub.
Həmçinin “Cumhuriyet”in yazdığına görə 2016-cı ildə Uşak Tədris və Araşdırma Xəstəxanası rəhbərliyinə gəlməsindən sonra həkimlərin bir qismi işdən çıxıb, bəzi işçilərlə müqavilə yenilənmədiyinə görə xəstəxananın işində axsama yaranıb. “Sözcü” qəzetində isə M. Avcilin baş həkim olduğu dövrdə bir ildir əhalinin xəstəxanadan şikayətlərinin həddən artıq artdığı qeyd olunur. Xüsusən poliklinika şöbəsində həkimlərin tapılmadığı vurğulanır. https://aztoday.az/news/237558.html
Aprel ayında ölkənin ictimai-siyasi həyatında baş verən diqqətəlayiq hadisələrdən biri 10 ildən artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olmuş general-polkovnik Arzu Rəhimovun vəzifəsindən azad edilməsi oldu. Prezidentin digər sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edildi.
10 ildən artıq keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışması, adının “MTN işi”ndə hallanmaması onun göstərir ki, M.İbrahimov korrupsiyaya qurşanmayıb.
Ümid etməyə dəyər ki, SHXÇDX-nin yeni rəisi rəhbərlik etdiyi qurumda və onun yerli strukturlarında mövcud olan qanunsuzluqların aradan qaldırılması üçün əlindən gələni əsirgəməyəcək, neqativ hallara rəvac verən şəxsləri vəzifədən kənarlıaşdıracaq. Bu halda M.İbrahimov islahatına SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənovdan və həmin şöbənin çağırış bölməsinin rəisi Mahir Əkbərovdan başlamalıdır.
Cəlilabad rayonu həm Birinci, həm də İkinci Qarabağ savaşında, həmçinin 2016-cı ilin Aprel döyüşlərində ən çox şəhid verən rayonlarımızdan biridir.
Bu rayon həmişə igid, vətənpərvər oğul və qızlarının qəhrəmanlığı ilə öyünüb. Ancaq V.Həsənov – M.Əkbərov cütlüyü öz korporativ əməlləri ilə Cəlilabad gənclərini hərbi xidmətdən yayınmağa stimullaşdırır. Müşahidələr göstərir ki, son dövrlər çağırış yaşlı cəlilabadlı gənclərin M.Əkbərovla “dil taparaq” sağlamlıq qüsurulu adı ilə hərbi xidmətə “tam yararsız”, daha çox halda isə “məhdud yararlı” statusu alması az qala kütləvi xarakter alıb.
M.Əkbərovun tapdığı müştərilərə “düzüb-qoşduğu” sənədləri isə V.Həsənov məmnuniyyətlə möhürləyir.
Bildirilir ki, Mahirin bazarından “Hərbi xidmətə məhdud yararlı” statusunu satın almış cəlilabadlıların müəyyən müddətdən sonra yenidən şəhadətləndirilməsindən (hələ də məhdud yararlı olmasının təsdiqlənməsindən) ötrü tələb olunan rüşvət 500 manatdır.
“Komissarların” özbaşınalığı, cəzasız qalacaqlarına arxayınçılığı hətta o həddə çatıb ki, “özü qürbətdə olub, ürəyi Vətən eşqi ilə döyünən” şəxsləri də “neqodnı” çıxarmaqdan çəkinmirlər.
Nyus.Az saytına verilən məlumata görə, az öncə faktiki olaraq Rusiyada yaşayan, ancaq Cəlilabad rayonunun Hamarqışlaq kəndində qeydiyyatda olan bir şəxs özünün iştirakı olmadan təkrar müayinədən “keçirilərək”, hərbi xidmətə “məhdud yararlı” olduğu təsdiqlənib.
Təbii ki, redaksiya olaraq araşdırmamızın növbəti mərhələsində aidiyyəti qurumlara – Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Xidmətinə sorğu göndərib həmin şəxsin axır vaxtlar Azərbaycan – Rusiya sərhədini nə vaxt keçdiyini öyrənməyə çalışacağıq.
Digər tərəfdən adları bizə məlum olan,tam sağlamlıq arayışı ilə müəyyən qurumlarda çalışan gənclərlin adlarını aidiyyatı qurumlara təqdim edəcəyik.
Məlumatda həmçinin xatırladılır ki, Arzu Rəhimovun SHXÇDX-nə rəhbərliyi dövründə Vüsal Həsənov bir dəfə vəzifədən qovulub, xeyli müddət sərəncamda qalıb.
Ancaq sonradan necə olubsa, yenə vəzifəyə qaytarılıb. İnanırıq ki, cənab M.İbrahimovun V.Həsənovla bağlı qərarı birmənalı olacaq.
Bu il Azərbaycanda səs-küy doğuracaq kadr islahatlarının aparılacağı gözlənilir. Məlumata görə, 2023-cü ildə hazırda yüksək vəzifə tutan bəzi məmurların işdən azad olunması planlaşdırılır. Siyasi kluarlarda dolaşan müzakirələrdə deyilir ki, etimadı doğrultmayan və fəaliyyətində ciddi nöqsanlara yol verən məmurlar vəzifələri ilə vidalaşmalı olacaqlar. Onların arasında icra başçılarının da yer alacağı bildirilir. Azərbaycanda icra başçılarının 70-80 faizi dəyişdirilməlidir. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, vətəndaşların narazı qaldığı məmurlardan biri Sumqayıtın icra başçısı Zakir Fərəcovdur. Çünki nə yeni iş yerləri açılıb, nə yeni iş imkanları yaradılıb. Nə gənclər, nə də ahıllar üçün şərait qurulub. Sumqayıt Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəridir. Ancaq hər səhər Sumqayıtdan Bakıya, axşam da Bakıdan Sumqayta avtomobil axını olur. Bu o deməkdir ki, Sumqayıt sakinlərinin hamısı Bakıda işləyir. Sumqayıtlılar Bakıda işləyirsə, onda şəhərin icra başçısı nə işlə məşğuldur. Niyə iş yerləri açıb, investisya cəlb edə bilmir? Niyə beynəlxalq maliyyə imkanlarını ora cəlb etmir?
Təkcə Sumqayıtdan söhbət getmir. Bundan qabaq Naxçıvan üçün də deyilirdi ki, 400 min əhalidən cəmi 100 mini ərazidə qalıb, 300 min insan isə iş dalınca dünyanın digər ölkələrinə yönəlib. Sumqayıt sakinlərinin narazılıq etdiyi icra başçısı Zakir Fərəcovun Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla əlaqəsi üzə çıxsa, bu heç kəsdə təəccüb yaratmaz. Ölkə də Naxçıvanda və Sumqayıtda uzun müddət “Bravo” mağazalar şəbəkəsinin qurulmaması da müəyyən ehtimallar yaradır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısına siyasi münasibətin daha bir göstəricisi Birinci Vitse Prezidentin bu şəhərdə hər hansı bir açılışda iştirak etməməsidir. Məlumatlı şəxs bildirib ki, tezliklə vəzifəsi ilə vidalaşacaq talıbovçuların siyahısında ilk yerdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov gəlir. Həmişə Vasif Talıbovun adamı olmasıyla öyünən 69 yaşlı icra başçısının yanvar ayı ərzində yola salınacağı gözlənilir. Diqqətçəkən bir məqamı da vurğulayaq ki, Zakir Fərəcovun son zamanlar iri borca düşməsi, bu səbəbdən də Sumqayıt şəhərində abadlıq işlərini həyata keçirən sahibkarların pullarını verə bilməyib. İddialara görə, bu borcun ümumi məbləği 46 milyon manatdır. Borc sahibləri arasında isə yerli sahibkarlarla yanaşı, çinli və türk iş adamlarının olduğu deyilir. Bundan başqa, Zakir Fərəcovun sahibkarlara külli miqdarda borcunun olması barədə də qeyd etmişdik. Fərəcov Sumqayıtda bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsində iştirak edən sahibkarların 7 ilə yaxındır pullarını verməkdən imtina edir. Həmin məlumatlara görə, bu qəbildən olan borcların ümumi məbləği 46 milyon manat təşkil edir.
Borclar əsasən Sumqayıt Dənizkənarı Bulvarın tikintisi, Şəhidlər Xiyabanının abadlaşdırılması, habelə Sumqayıtda görülən bir çox iri və xırda layhəsi əsasında yaranıb. Həmin layihələr üçün dövlət büdcəsindən lazım olan məbləğ ayrılsa da, Fərəcov onların bir qismini işlərə sərf edib. Qalan məbləğ isə ya şəxsi məqsədlər üçün sərf olunub, ya da başqa niyyətlərin həyata keçirilməsinə gedib. Sahibkarlar bununla bağlı dəfələrlə dövlət başçısına, lazımi qurumlara müraciət etsələr də, heç bir tədbir görülməyib. Fərəcov isə qəbul etdiyi sahibkarları yola vermək üçün müxtəlif variantlardan istifadə edir.
Şikayətçilər bildirirlər ki, ümumi sahəsi 105 hektar olan Sumqayıt Bulvarının inşasına 2016-cı ilin martında başlayıblar. İlkin mərhələdə 624 nəfər canlı qüvvə, onlarla texnika cəlb olunub. Deyilən vaxtda isə işlər tam təhvil verilib. “Etibar ləyaqətin ölçüsüdür. Zakir Fərəcov isə bu etibardan sui-istifadə edərək illərdir bizi süründürür, incidir, hədələyir, təhqir edir, qorxudur, yalan vədlərlə başımızı qatır. Biz iş adamı olaraq onu sözündə, əməlində ciddi vəzifə məmuru olaraq qəbul etmişdik. Zakir Fərəcovun yalan vədlərinə inandıq, təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar lazım olan tikinti materiallarını tanıdığımız, bizə etibarı olan iş adamlarından götürdük. Aramızda olan inam böyüklüyünə söykənərək onların dəstəyi ilə tapşırılan işləri, verdiyimiz sözü yüksək səviyyədə yerinə yetirdik”.
İş adamları dövlət başçısına ünvanladıqları şikayət məktubda deyirlərki, işə ilk başladıqlarında onlara veriləcək pullar şəhərin memarı Adil Xudadatov tərəfindən nağd şəkildə ödənilirdi. “Sonra A.Xudadatov öz dili ilə etiraf etdi ki, tikinti üçün ödədiyi pulları şəhərdə fəaliyyət göstərən iş adamlarından, idarə, müəssisə və təşkilatlardan yığaraq ödəyir. Çünki, biz materiallar üçün maliyyə vəsaiti tələb etdikdə, o pulların hələ yığılmadığını bildirirdi. Biz başladığımız işin fasilələrə dayanmaması üçün tanış iş adamlarından nisyə tikinti materialları götürürdük, həmişə etibarımızı saxladığımıza görə inanırdılar və etiraz etmirdilər. Kompleksdə çalışan işçi qüvvəsinin məvacibi isə güc-bəla ilə daxili imkanlar, imkanlı dost-tanışların köməkliyi sayəsində ödənilirdi”. Bütün bunlarla yanaşı, Zakir Fərəcovun malik olduğu sərvətin də siyahısının yayılması işi lap düyünə salıb. Meydan.TV-nin yaydığı həmin məlumatda qeyd edilir ki, Fərəcovun çoxlu sayda mülkləri, obyektləri və ciddi gəlir mənbələri var. TV bildirir ki, icra başçısı maaşı ilə bu qədər əmlaka sahib olmaq mümkün deyil. Ona görə də, onun mülkləri ilə bağlı araşdırmanın zəruriliyi vurğulanıb. Mənbə onu da bildirir ki, indiki həssas məqamda Zakir Fərəcovdan bu qədər şikayətin olması hakimiyyət dairələrinə də sərf etmir. Ona görə də, Fərəcovun Sumqayıtın icra başçısı vəzifəsindən azad edilməsi real görünür.Bu prosesdən Fərəcov özü də xəbərdardır. Qocaman icra başçısı vəzifədən getdikdən sonra digərlər həmkarları kimi cinayət məsuliyyətinə cəlb olunmamağın yolların axtarır. Hazırda onun üçün ən ciddi problem məşhur Saray bələdiyyəsinin qətli və Sumqayıtın abadlaşmasında iştirak edən sahibkarlara olan borcdur. Bu səbəbdən Z.Fərəcov vəzifədən alınanadək hər iki problemin həllinə çalışır. Bütün hallarda Zakir Fərəcov və onun “maliyyə işlərini” aparan isə keçmiş “kamaz şoferi” şəhərin memarı Adil Xudadatovun məsuliyyətdən yaxa qurtaracağı real görünmür.
MERO rəisi vəzifəli şəxslərin əmlaklarının siyahısını necə ələ keçirə bilər..? Hamının Lənkəran MERO dediyi, lakin rəsmi adı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsindən bəhs etmək istəyirik. Qısaca onu qeyd edək ki, Azərbaycanda bu qədər açıq-aşkar rüşvətin alındığı ikinci bir qurum təsəvvür etmək çətindir. Bu yaxınlarda tanışlardan biri dedi ki, Rusiyada iki il çalışsam da sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi pulumu verib sürücülük vəsiqəsi aldım. Təsəvvür edirsiniz vətəndaş Rusiyada iki il sürücülük vəsiqəsi ala bilmir, amma Bakıya gələn kimi pulunu verib sürücülük vəsiqəsi alır. Bu hal millətimizə, dövlətimizə yaraşan hal deyil. Həm də unutmayaq ki, dünyada azərbaycanlılar qədər avtoqəzalarda ölən ikinci millət yoxdir. Yəni avtoqəzalarda ölənlərin sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Biz rəsmi rəqəmdən bəhs edirik ee…. Bunun əsas səbəbi nədir..? Əlbəttə, sürücülük vəsiqələrinin açıq bazar formasında satılması. Biraz sərt də olsa deməliyik ki, “prava” satanlarla torpaqlarımıza mina basdıranların heç bir fərqi yoxdur. Kim necə başa düşür düşsün, bu millətə qarşı genosiddir. Bəzi MERO rəisləri “prava” satıb milyonlar qazanacaq, ortada millətin övladları həlak olmalıdır..? Sözün qısası, 2021-ci ildə cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli Vilayət Eyvazov Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədovu tutduğu vəzifədən azad edərək Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəisi təyin edəndə Cənub bölgəsinin adamları düşündü ki, prava satmaq məsələsinə son qoyulacaq. Amma… Əmması odur ki, MERO-nun yeni rəisi Kamran Məmmədov əksinə “prava tarif”lərini qaldırmağa başladı. Belə ki, əvvəl “prava” almağın qiyməti 900 manat idisə, indi 1100-1200 manata qalxıb. Bunun üçün “parava” maklerləri var, onlara yaxınlaşıb sövdələşmək yetər. Sürücülük vəsiqəsindən başqa maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib. Belə ki, rəisin maklerləri sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir. Bundan başqa nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Bu hələ harasıdır..? Kimlər ki, öz qanuni hüququnu tələb edir, rəisin qoçuları tərəfindən təyziqlərə məruz qalırlar. Biz hələ oğurluq maşınları qeydiyyatından danışmırıq. Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə sürücülük vəsiqəsinin qiyməti də dəyişir. Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir. Bu barədə saytların çoxunda yazılıb və təkzib olunmayıb. Bəli, Lənkəran MERO-nun rəisi Kamran Məmmədov prava sata-sata milyonçuya, oliqarxa çevrilib. Bu adam Cənub zonasında ən bahalı torpaqları ələ keçirib. Özü də öz yaxın qohumunun vasutəsilə. Bəli, Kamran Məmmədovun yaxın qohumu Əmlak komitəsində yüksək vəzifədə işləyir. Və Kamran Məmmədov hər yerdə deyir ki, mən qohumumun vasitəsilə istənilən torpağı həm icarəyə, həm də satın ala bilərəm. Biraz da çətinə düşən kimi deyir ki, mən CƏNAB-a məruzə edim, sonra… Görəsən, bu hansı CƏNAB-ı nəzərdə tutur. Görəsən, bu CƏNAB-ın adı, soyadı nədir, hansı vəzifəni daşıyır..? Onu da qeyd edək ki, Kamran Məmmədov kimlərəsə hədə-qorxu gələrək deyir ki, bütün vəzifəli şəxslərin mülklərinin, obyektlərinin siyahısı əlimdədir haa… Görəsən, MERO rəisi bu əmlakların siyahısını necə ələ keçirib..? Çox güman ki, yuxarıda adını çəkdiyi qohumunun əli ilə. Bu barədə növbəti yazıda. Bizi izləyin. Gündəlik Bakı
Sakinlərin şikayət ərizələri PA-dan, Yasamal RİH-ə göndərilir.... Yasamal icra hakimiyyəti vətəndaşlara deyir ki, məsələ bizlik deyil... Ölkə mediası dələduz, cinayətkar MTK rəhbərlərindən yazan kimi məhkəmələrə müraciət edib, guya pozulmuş hüquqlarını müdafiə etməyə çalışırlar. Təsəvvür edirsiniz MTK-lardan narazı olan sakinlər Prezident Administrasiyasına, Baş Prokurorluğua və digər qurumlara müraciət edirlər, amma heç bir nəticə olmur. Sonra çarəsiz qalan vətəndaşlar ölkə mediasına, qəzetlərə, saytlara üz tuturlar. Yenə lazım olan nəticə alınmır. Əlacı hər yerdən kəsilən bina sakinləri axırda yığışıb fb səhifəsi yaradırlar və çıxış yolunu bunda görürlər. Sözün düzü, “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevin qanunsuz əməlləri barədə xeyli vaxtdır ki, yazırıq. Bu gün yenidən mövzu ilə bağlı araşdırma zamanı gözlənilmədən Dərəçiçək fb səhifəsinə rast gəldik. Və düşündük ki, yəqin MTK özünü reklam etmək üçün yaradıb. Amma səhifə ilə tanış olanda məlum oldu ki, bu səhifəni narazı sakinlər yaradıblar. Dərəçiçək MTK sakinlərinin problemləri https://www.facebook.com/derecicekmtk Yasamal r. A.M. Şərifzadə küç., 571-ci məhəllə ev 33 İndi isə sakinlərin müraciətinə fikir verin. Salam olsun. Səhifəni yaratmaqda məqsədimiz Yasamal r. A.M. Şərifzadə küç., 571-ci məhəllə ev 33 ünvanında yerləşən Dərəçiçək MTK sakinlərinin uzun illərdən bəri yığılıb qalmış problemlərini həll etməkdən ibarətdir. İkinci sakinin müraciətinə cavaba baxaq: Yasamal rayonu, 571-ci məhəllə, Dərəçiçək MTK binasında yaşayan Həmidov Vüsal Arif oğluna... Sizin Azərbaycan Respublikası Prezidentin cənab İlham Əliyevə ünvanladığınız müraciətinizə Yasamal Rayon İcra Hakimiyyətində baxılmışdı. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli Yasamal Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində deyildir. İndi başqa bir şikayətçi sakinin durumuna nəzər salaq: Sizin Birinci Vitse -Prezidentin Katibliyinə daxil olmuş müraciətiniz baxılmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Yasamal Rayon İcra hakimiyyəti isə cavab yazır ki, bu məsələ bizim səlahiyyət daxilində deyil. Başqa bir sakin yazır: Ev 6 ildir tikilmir ki, tikilmir, bu nə biabırçılıq, bir mənzili 3-4 nəfərə satıblar. Bu səhifədə rast gəldiyimiz acınacaqlı nümunələrdən bir hissəsidir. İndi biz bir media olaraq “Dərəçiçək” MTK-nın sahibi Rauf Əliyevdən soruşuruq ki, buna nə deyirsən..? Bu şikayətləri ki, biz yazmırıq. Digər bir vacib məsələ. Prezident Administrasiyası vətəndaşın şikayətini Yasamal RİH-ə göndərir, icra hakimiyyəti deyir ki, bu məsələ bizlik deyil. Vallah belə etmər olmaz, bu ötür-ötür oyunudur. Vətəndaşları bu dərəcədə dövlətdən narazı salmaq ən azından insafsızlıqdır. Rauf Əliyev kimdir ki, dövlət qurumları, hüquq-mühafizə orqanları, məhkəmə, prokurorluq onun qarşısında aciz qalıb. Ümid edirik ki, yaxın zamanlarda sakinlərin haqlı narazılığı yuxarı orqanlara çatacaq və Rauf Əliyev həbs olunacaqdır.