Ardını oxu...
Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş müharibə vetranın evinin uçurtmaqla hədələyir.
Bu haqda Dünyanınsəsi.Az saytına Mingəçevir sakini Səlimova Mərziyə tərəfindən göndərilən video-şikayətdə səsləndirilir.
Şikayətçi ana bildirir ki, oğlu Səlimov Orxan İkinci Qarabağ müharibəsi veterandır.Onlarfın yaşadıqları həyət evi su altında qalıb.Bu problemin həll edilməsi ilə bağlı Mingəçevir şəhər icra hakimiyyəti başçısı İlham İsmayılova müraciət edib.Cənab başçının isə veteran anasına vermiş olduğu cavab problemlər içində batıb, boğulan ananı daha da qəzəbləndirib.
Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin etdiyi bir dönəmdə Mingəçevirin icra başçısı nədən vətəndaşı dövlətindən narazı salmalıdr?
Veteran ansının video-şikayətini təqdim edirik:
 //Dünyanınsəsi.Az//

 
Ardını oxu...
Biləsuvar: Şəhidin evini su basıb, torpaq İran vətəndaşına satılıb, 3 ay əvvəl inşa olunan yol dağılıb, küçələri zibil basıb, rayon mərkəzində itlər meydan sulayır, icra başçısı Faiq Qürbətov rahat kabinetindən çölə çıxmır…
44 günlük Vətən müharibəsində əldə qazanılan Qələbədən sonra yerlərdə rayon-şəhər icra hakimiyyətlərinin fəaliyyətlərində önəm verilən əsas istiqamətlərdən biri və bəlkə də birincisi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosil vəziyyətlərinin yaxşılaşdırılması müstəvisində gördükləri işlərdir desək, yanılmarıq. 3 ilə yaxındır ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Faiq Qürbətovun işinin məhz bu yönü axsayır.

Biləsuvar rayonunun inzibati mərkəzində, Biləsuvar şəhərinin Milli Qəhrəman Mübariz İbvrahimovun adını daşıyan küçədə cəmi 3 ay əvvəl döşənmiş yol dağılıb. Tik-Tok istifadəçilərindən biri internet platformasında yerləşdirdiyi video-materialı müşayiət edən səs yazısında qeyd edir ki, yolun döşənməsi qarlı havada, sululuq şəraitində həyata keçirildiyindən, nəticə keyfiyyətsiz alınıb. Odur ki, indi yola yamaq vurmağa ehtiyac yaranıb. Halbuki asfaltın istismar müddəti 20-30 ildir. Video-qeydə şərh yazmış digər istifadəçilər yamaq vurulmuş yolun da dözməyəcəyini deyirlər və keyfiyyəti korrupsiyanın “yediyini” bildiriblər.
Ardını oxu...
Mayın 3-də internetdə paylaşılan başqa bir materialda isə şəhid Babək Mahmudlunun doğulub böyüdüyü evi su basdığı göstərilir. Görüntülərdə evin sakinlərininin yağış suyunu döşəmədən vedrə ilə çölə daşıdıqları diqqəti çəkir.

Xatırladaq ki, şəhid Babək Mahmudlunun ailəsinə iki il əvvəl Dövlət Məşğulluq Agentliyinin xətti ilə təsərrüfat qurmaq üçün verilmiş heyvanlar xəstə çıxdıqları üçün tələf olmuşdu.
Ardını oxu...

Biuləsuvarda bərbad halda olan sahələr təkcə yol və su-kanalizasiya təsərrüfatları deyil. Küçələrdə antisanitariya şəraiti hökm sürür, mərkəz dairənin həndəvərində çoxlu saydav sahibsiz itlər dolaşır. Tədbir görülməzsə, yaxınlaşmaqda olan isti yay günlərində itlərin quduzlaşması və insanlara zərər yetirməsi də istisna olunmur.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Rayonun ağrılı problemlərindən biri də kənd təsərrüfatı sektorundakı pərakəndəlik, torpaq sahələrinin və subsidiyaların bölgüsündəki ədalətsizlikdir. Rayon sakini Niyaz Məmmədov “Yutub” kanalındakı paylaşımında şikayətlənir ki, Biləsuvarın dövlət fond torpaqlarının 17 min hektarı qeyri-biləsuvarlılara verilib: “İran İslam Respublikasının vətəndaşı Şəhriyar Mahiri böyük ərazini rəhbəri olduğu şirkətə uzunmüddətli icarəyə götürərək 150 min manat subsidiyanı cibinə qoyub. Torpağı isə elə biləsuvarlıların özünə icarəyə verərək heç bir zxəhmət çəkmədən pul qazanır. Halbuki, müqavilə üzrə götürdüyü öhdəliklərə görə torpağın münbitləşdirilməısinə, yüksək məhsuldarlıq əldə edilməsi üçün xüsusi toxumların gətirilməsinə çalışmalıdır. Qazandığı kapital ona qol qoyduğu şərtləri unutdurub. Biləsuvarlılar isə torpaqdan, işdən məhrum olublar.

Daimi oxucular xatırlayarlar ki, ötən yazılarımızda Biləsuvar rayonunun əkinə yararlı xeyli ərazisinin Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev və qohumları tərəfindən “pay-püşk” olunmasından bəhs etmişdik.

Deryaz.az
Ardını oxu...
Qiymətlər qalxdı, ay can, ay can….
Bir müddət öncə, Milli Məclisdə QİYMƏT məsələsi gündəmi əməlli-başlı zəbt etmişdir. Hətta deputatlardan biri demişdir ki, neçə ildir ki, Tarif Şurası ancaq qiymətləri qaldırmaqla məşğuldur, nə olar ki, bir dəfə də qiymətləri endirsin, kasıb təbəqə əziyyət çəkir.
Hələ bir müddət öncə qiymət məsələsini Milli Məclisdə deputat Vahid Əhmədov qaldırmışdı. Və demişdi ki, mən öz müalicəm üçün lazım olan dərmanları qardaş Türkiyədən gətirtdirirəm. Çünki həmin dərmanlar Bakıda Türkiyədəkindən 4-5 dəfə baha qiymətə satılır. İstər-istəməz ortaya sual çıxır. Qiymət fərqi 10 faiz, lap 30 faiz ola bilər, amma 4-5 dəfə 400-500 faiz deməkdir, ay millətin vəkilləri....
Söhbət dərmandan gedir ee, kababdan-zaddan getmir ki, deyəsiniz, kasıb kabab yeməsin. Söhbət dərman-dava umuduna qalan xəstələrdən gedir. Bakıdan çıxa bilməyən kasıb təbəqədən gedir. Qarnınız ağrıyan kimi Amerikaya, Almaniyaya, ən pis halda Türkiyəyə qaçırsınız.
Sizin ölkəyə gətirdiyiniz və milyonlar qazandığınız “otxod” qida məhsulları milləti zəlil və xəstə eləyib. İndi dərmanı da ona çox görürsünüz. Hələ bu harasıdır..?
Bir müddət öncə, Milli Məclisin plenar iclaslarının birində deputat Siyavuş Novruzov deyib ki, Bakıdakı “Alman apteklərində qiymətlər Almaniyanın özündən 20 dəfə bahadır”. 20 DƏFƏ bilirsiniz neçə faiz edir..? 2000 FAİZ. Başa düşdünüzmü ay dostlar...?
Deputat deyir ki, adam xəstədir, özü üçün dərman alıb gətirir və həmin dərmanlar gömrükdə müsadirə edilir, axı adam satmaq üçün deyil, özünün müalicəsi üçün dərman gətirib. Siyavuş Novruzov qeyd edib ki, apteklərdə satılan eyni adda olan bəzi dərman qutularının içərisində olan dərman həblərinin sayında fərqlər olur: "Bununla da dərman satışı ilə məşğul olanlar gəlir əldə etmək mənafeyi güdmüş olur. Bu gün ölkədə fəaliyyət göstərən alman apteklərində qiymətlər hətta Almaniyanın özündən 20 dəfə bahadır.
Başa düşürəm müəyyən xərclər var. Amma 5 avroya olan dərmanı burada 150-170 manata satmaq insafdan deyil. Bunun da həddi olmalıdır. Bu gün insanlar aptekə sağlamlıqları üçün ehtiyacdan üz tutur. İnsanlar aptekə vaxt keçirmək və ya qidalanmaqdan, yaxud da ad günü keçirmək üçün gəlmirlər. Sağlamlıqla əlaqəli problemi olan insanlar əlavə qiymətlə də yüklənməli deyillər. Ölkəyə dərman gətirən, satan, yoxlayan ayrı olmalıdır. Bizdə isə bu üç işi eyni adam həyata keçirir. Bəli bütün bunları törədənlər dərman biznesi ilə məşğul olanlardır.
Bir neçə müddət öncə deputat Kəmaləddin Qafarov Milli Məclisdə deyir ki, Azərbaycanda dərmanlar Türkiyədən xeyli ucuzdur. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov Kəmaləddin Qafarovdan soruşur ki, hansı dərman ucuzdur, bir nümunə gətirə bilərsənmi..? Əhliman Əmiraslanov dərmanların ölkəyə gətirilməsi ilə bağlı bürokratik əngəllər aradan qaldırılmasından, qazi, şəhid ailələrinə dərmanların pulsuz verilməsindən danışır. Onun bu fikirləri deputat həmkarı Kəmaləddin Qafarovun xoşuna gəlmir. Niyə..?
Çünki Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas səbəbkarıdır. Bu adam öz dərman biznesini qorumaq üçün öz deputat həmkarlarını az qala şantaj edir və deyir ki, “Azərbaycanda dərmanlar çox ucuzdur”.
Nə qədər ki, Kəmaləddin Qafarov kimi deputatlar bizneslə məşğul olacaq, qiymətlər hələ çox qalxacaq... Sabir demişkən, qiymətlər qalxdı, ay can, ay can...
gundelik baki.com
 
Ardını oxu...
Azərbaycan Respublikasının Samux rayonu.
1992-ci ildə yaradılıb. Cəmi 31 yaşı var. Amma, bu rayon gənc yaşında nələr yaşayır onu bir Allah bilir, bir də sakinləri.

31 yaşlı rayona 21 ildir Alı Qocayev rəhbərlik edir.

Amma, yerli sakinlərin narazılıqlarında belə anlaşılır ki, Qocayev rayonun yalnız gəlirli sahələrinə (torpaq, təsərrüfat və sair) rəhbərlik edir. Problemlərə isə rəhbərlik edən bir kimsə yoxdur.

Məhz elə buna görədir ki, gah rayonun özündən, gah Sərkar qəsəbəsindən, gah Nəbiağalı, gah da Qarayeri qəsəbəsindən "çeşid-çeşid" narazılıqlar gəlməkdə davam edir.

Əslində biz Sərkar sakini Anar Mammadovun pay torpaq iddiası, İcra başçısının və yerli bələdiyyə sədri Şəmistan Yusifovun onu döydürdüyü iddiası, Nəbiağalının yol problemi, meşə zolaqlarının məhv edilib, pay torpaq sahəsi kimi satılması , kəndin içində sözün əsl mənasında böyük bir zibilliyin olması və sair barəsində qarşı tərəflərin bəzilərinin mövqeyini dinləmək şərtilə bir neçə dəfə məlumatlar yayımlamışıq.

Təbii ki, qarşı tərəfin də verdiyi cavab heç bir səlahiyyətə sahib olmayan vətəndaşı günahkar çıxarmaq olub. Necə deyərlər, onların dediklərini cavab yox, "qeybət" adlandırmaq daha doğru olar.

Əlqərəz...

Bu dəfə isə Qarayeri qəsəbə sakini Əjdər Məmmədov "DogruXeber.az"a müraciət edərək, qəsəbə yollarının bərbad halda olmasından gileylənib.

Əjdər Məmmədov bildirir ki, "İllərdir qəsəbənin yolları bərbad vəziyyətdədir. Azca yağış yağanda küçələrdə hərəkət iflic olur. Avtomobil üçün zatən yollar keçilməz vəziyyətdədir. Çünki, yollardakı çala-çuxurla avtomobilin hərəkəti mümkünsüzdür, azca yağış olan kimi də palçıq "dizə çıxır" piyada hərəkəti də iflic olur. Uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Dəfələrlə bu barədə yerli bələdiyyəyə, rayon icra hakimiyyətinə müraciət etmişik, amma görünür Qarayeri sakinlərinin problemi onları narahat etmir ki, illərdir zərrə qədər reaksiya verilmir ".

Belə olan halda adamı maraq götürür.

Əvvəla təkrar xatırladaq ki, qeyri-rəsmi də olsa da yerlərdə fəaliyyət göstərən bütün idarə və təşkilatlar yerli icra hakimiyyətinin el dilində desək "ağzına baxır". İcra başçısının ağzından çıxan əmri dərhal yerinə yetirmək üçün səfərbər olurlar. Bəs bu saçını İcra başçısı kürsüsündə ağardan 75 yaşlı Qocayev xidmət etməli olduğu halda ağalıq etdiyi rayonun problemlərinə niyə biganə yanaşır?
Hər halda səbəb təcrübəsizlik deyil.

Halbuki, bir kəlməsi bəs edər ki, ən azından həmin yollara xırda çay daşları döşənsin.

Gözləyək görək, bəlkə bundan sonra rayon rəhbərliyindən hər hansı bir hərəkət ola.
Əgər olarsa, biz obyektiv olaraq, görülən işləri də yayımlayacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
Ardını oxu...
Ucar rayon sakinləri tərəfindən

MÜRACİƏT

Hörmətli cənab Prezident dəfələrlə Ucar rayon Xəstəxanasında baş alıb gedən özbaşınalıqlar barədə məlumat veririk.Ancaq heç bir tədbir görülmür.Bir neçə gün əvvəl Ucar Rayon Mərkəzi Xəstəxanası Hüquqi Publik Şəxsin direktoru Zeynal Bayramlının yaramazlığının növbəti qurbanı 23 yaşlı gənc oldu.
Ardını oxu...
Belə ki, Ucar rayonu Bağman kənd sakini Əliyev Kamil Vüqar oğlunu 09 may 2023-cü il tarixdə təxminən saat 21-00 radələrində avtomobil vurması nəticəsində xəsarət almışdır.Yaralı gənci dərhal Ucar Rayon Xəstəxanasına çatdırırlar.Orada heç bir tibbi yardım göstərilmir və 3 saatdan sonra deyirlər ki, yaralı ölüb götürün aparın.Yaxınları Kamil Əliyevi evə gətirirlər.Bir saatdan sonra yaralı gənc Kamil Əliyev özünə gəlir ayılır.Yaxınları onu dərhal avtomobillə Kürdəmir rayon Xəstəxanasına çatdırırlar.Orada həkimlər müayinə edib deyirlər ki, Kamil 10 dəqiqə əvvəl dünyasın dəyişib bunu niyə vaxtında xəstəxanaya gətirməmisiniz.Kamil ailənin yeganə oğlu idi.Allah rəhmət eləsin.Ucar rayon Xəstəxanasında savadlı həkimlər olsaydı Ardını oxu...
Budur Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlının yarıtmaz fəaliyyətinin nəticəsi. İndiyə qədər Ucar xəstəxanasında çoxlu sayda xəstə həkim səhlənkarlığının qurbanı olsada heç kəs məsuliyyətə cəlb edilməyib.Çünki Zeynal Bayramlı talançılıq yolu ilə əldə etdiyi küllü miqdarda kapital hesabına bütün cinayətlərinin üstünü ört-basdır edə bilib.Adam vəzifədə qalmaq üçün bütün vasitələrdən istifadə edir bütün iyrənc oyunlara qol qoyur.
Zeynal Bayramlı 2005-ci il tarixdə müəmmalı şəxildə diplom əldə edən kimi qohumu keçmiş nəqliyyat naziri Ziya Məmmədov onu Ucar rayon Qazıqumlaq xəstəxanasına baş həkim iki ildən sonra 2007-ci il tarixdə isə Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirib.
Xəstələrinin boğazına dövlətin ayırdığı pula qənim kəsilən Zeynal Bayramlı küllü miqdarda var-dövlətə sahib olub.
Onun talançılığı barədə kifayət qədər subutlar var şikayətlər edilir.Ancaq vəzifədə qalmaq üçün mərkəzi orqanlara pullar xərcləyir.Rüşvət hesabına vəzifədə qalan Zeynal Bayramlının qanunsuz əməllərindən Ucar sakinləri çox əziyyət çəkirlər.
Hörmətli Prezident bütün ümüdlər ancaq Sizədir.Sizdən xahiş edirik korrupsiyaya qurşanmış dövlətin ayırdığı pula xəstənin boğazına qənim kəsilmiş bütün fəaliyyətini korrupsiyaya talançılığa həsr etmiş Zeynal Bayramlının barəsində tədbirlər görəsiniz.

İmza; Ucar rayon sakinləri
Seyidov Sadiq Əhməd oğlu 050 445-63-92
Əliyev Sənan Mövsüm oğlu
Yaqubova Kifayət Tahir qızı
Umudov Nazim Cəlil oğlu
Əbilova Fatimə Kazım qızı
Məmmədova Mənzər Səfa qızı
Teref.az
Ardını oxu...
Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyevin qohumbazlıq siyasəti, özünün və yaxın ərtafındakı şəxslərin şəxsi qazancını artırmaq üçün əkin sahələrini ələ keçirməsi, hələ Biləsuvar RİH-də başçının Aqrar məsələlər üzrə müavini işlədiyi dönəmdə rayonun 24 kəndinin hər birində Maliyyə Nazirliyinin təftişçilərinin apardığı yoxlamalar zamanı külli miqdarda maliyyə yeyintilərinin üzə çıxması, artıq subsidiya almaq üçün yerlərdə arpa əkinlərinin buğda kimi göstərilməsindən və s. neqativ hallara rəvac verməsindən yazmışdıq.

Zərdab rayonunun Dəkkəoba kənd sakini, Kənd Təsərrüfatı Nazirliyinin sabiq baş məsləhətçisi Əhmədov Şəmsi Fazəddin oğlunun əslini hazırki Kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədova, surətini “Dəryaz” qəzeti redaksiyasına göndərdiyi və KİV-də ictimailəşdirilməsini xahiş etdiyi şikayət ərizəsində də Rafail Quliyevin adı keçir.
Ardını oxu...
Şəmsi Əhmədov yazır:

“Kənd Təsərrüfatı Nazirliyin tabeliyində olan “Azəraqrar” MMC-nin əkin olmayan torpaqlarına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən qanunsuz olaraq subsidiya ayrılması ilə bağlı Baş Prokurorluga etdiyim müraciətə KTN Aparat rəhbəri Rafail Quliyev cavab yazaraq elə bir halın olmadığını bildirib.

Sənəd üzrə 350 hektar əkin sahəsi olan bir təsərrüfata illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb.

Kənd Təsərrüfati Nazirliyinin tabeliyində olan “Azəraqrar” MMC-nin Zərdab rayonu ərazisində cəmi 350 hektar əkin sahəsi olsa da, illər üzrə 550 hektar, 700 hektar, 600 hektar, 400 hektar əkin üçün subsidiya ayrılıb. 2021-ci ildə 700 hektar (bəyan nömrələri 2550646, 2470891, 2116741, 2071194,) əkin bəyan edərək subsidiya alınıb. Bu il ərzində həmin ərazidə “Azəraqrar” MMC-nin pambiq bəyanı monitorinqə düşən zaman monitorinqin nəticəsində məlum olub ki, həmin bəyan üzrə əkin əkilməyib və əkin olmadığı barədə aqronom akt tərtib edib (akt əlavə edilir), eyni zamanda həmin mövsümdə 400 hektar arpa əkini bəyan etmişdir. Monitorinq zamani həmin əkinlərin yerində olması barədə akt tərtib edilmişdir (akt əlavə edilir). Yalan bəyan edildiyi aşkar edilsə də, sonralar həmin “Azəraqrar” MMC-yə nə cərimə tətbiq olunub, nə subsidiya kəsilib. Sonraki illər də subsidiyadan məhrum edilib. Həmin illərdə “Azəraqrar” MMC nə aqrokimyəvi analiz, nə də aqrar sığorta etdirmədən subsidiya alıb. 2021-ci ildə həmin ərazidə KTN daxili nəzarət sektorunun müdiri Ramin Əhmədovun başçılığı ilə yerində yoxlama aparılsa da, qohumu Fuad Mayılovun köməkliyi ilə heç bir tədbir görülmədi və bu fakt sabiq nazir İnam Kərimovdan gizlədildi”.

Sonda müəllif cənab nazirdən xahiş edir ki, onun bütün yazdıqlarımı nəzarətə götürsün və müvafiq tədbir görülməsini təmin etsin.

Mövzunu davam etdirəcəyik

Deryaz.az

Ardını oxu...
 
 

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir – FAKT

 

Redaksiyamıza daxil olan şikayətə əsasən göstərilir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yeni təyin olunmuş direktoru Tamara Nurəliyeva və kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbə bildirir ki, Gülnarə hətta elə azğınlaşıb ki, qohumlarından belə 5-6 min manat civarında rüşvət alaraq güya onları xəstəxanaya işlə təmin edəcəkdir. Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Karlar şöbəsinin müdiri Gülnarə bölgəyə virus kimi kök salaraq hər yerə yayılmışdır. Hətta qızını belə Balakən Rayon Mərkəzi Xəstəxanasına min hoqqa çıxardaraq işə düzəltmişdir ki, o da orada rüşvət burulğanı yaratsın. Atalar məsəli var – “ana gəzən ağacı, qızı budaq-budaq gəzər”. Şikayətdə bildirilir ki, xəstəxananın “şillə vuran”ı var, Emin adlı şəxsin hətta ləqbi də varmış (ləqəbi balkon). Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara video kameraları quraşdırıb. Tamara Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxslə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında bir başa əsas rollardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir.

P.S. Bu xətəxana haqqında çox faktlar və xoşagəlməz hallar barədə daha ətraflı sizi tanış edəcəyik. Kimlər burada nə hoqqalardan çıxırlar, video sujetlərlə sizə təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Qanunedalet.com.az

 

XalqXeber.Az
Ardını oxu...
DogruXeber.az: - "Yazıb sizə bildirmək istəyirəm ki, Bakı şəhəri 61 №-li tam orta məktəbdə illərdi özbaşnalıq, korrupsiya ( rüşvətxorluq ) baş alıb gedir. Dəfələrlə cənab prezident İlahm Əliyev tərəfindən və sizin tərəfdən xəbərdarlıq və lazım olan tədbirlər görülməsinə baxmayaraq, bu məktəbdə hər bayram ( müəllimlər günü, Yeni il bayramı, 8 mart, Novruz bayramı və s. ) şagirdlərin valideyinlərindən qeyri rəsmi pullar yığılır. Adı da qoyulur ki, valideyinlərin şəxsi təşəbbüsüdür və bayram payıdır".

Bu sözlər Təhsil naziri Emin Əmrullayevə valideynlər adından edilən müraciətdə yer alıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə daha sonra deyilir: "Məbləğlər isə ən azı 30 azn, orta 50 azn təşkil edir. Hətta natamam orta təhsil atestatını belə pul ilə satırlar ( qiymət düzəltmə qalsın qırağa ), adi atestatı, hansı ki dövlət tərəfindən təmənnasız və rüsumsuz verilir, bu məktəbdə isə satılır. 11 sinif atestatı barədə heç danışmıram belə. Bütün bunların arxasında təbii ki məktəbin direktoru Zenfira Şıxəliyeva durur. Onun tapşırığı ilə, sinif rəhbərləri pul yığır ( bəzilərini çıxmaq şərti ilə ) və Zenfira xanıma «dolya» çatdırır, yoxsa sıxışdırılır və əziyyət verilir. Bu işlər hər sinifin komitəsinin əli ilə görülür ki, üstü açılmasın deyə. Müəyyən siniflərə xüsusi müəllimlərin verilməsi və təyin edilməsi, o biri siniflərdə isə zəif müəllimlərin tyin edilməsi də adi haldır. Müəyyən şagirdlərə, valideyinin tutduğu vəzifəyə + pul müqabilində qiymətlərin yazılması, şagirdin dərsə gəlməməsinə də göz yumulur. Məktəbin yanında tikilən binanın kanalizasiyasının da məktəbin altından keçməsi və bunun nəticəsində yaranan antisanitariya ayrı mövzu. Məktəbin idman zalını yalandan kosmetik remont edirlər, o zal çökür. Antisanitariya və xəstəlik yuvasıdır. İllərdi bu direktor vəzifasindən suiistifadə edir.Unudub ki, bu vəzifə ona dövlət tərəfindən verilib, laiqincə icra etmək üçün. Amma Zenfira x. özünü bu məktəbin sahibi sayır, heçnədən qorxub-çəkinmir, «gedin kimə şikayət edirsiniz edin» deyir. Bu özbaşnalığa son qoyulmalıdır. Məktəbdə cərəyan edən əxlaqsızlıqlar barədə düşünürəm ki sizin məlumatınız var. Bu necə təlim, tərbiyə və maarifləndirmədir ?? Hamı da ( istər müəllim, istər valideyin ) şikayət etməkdən çəkinir. Çünki öz işinə görə, balasına görə qoxur. Hər şey göz qabağında və bu xanım hələdə direktor vəzifəsini icra edir.
Ümüd edirəm ki, tez bir zamanda bu özbaşnalığa son qoyulacaq. Bu müraciətin bir nüsxəsinin cənab Prezidentə və Vitse-Prezidentə göndəriləcəyini nəzərinizə çatdırıam..."

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
 
 

Biləsuvarın Səmədabad kənd sakini Nabatəli Qulam oğlu Pələngov dələduzluqla üzləşdiyini deyir.

 

Vətəndaş Meydan TV-yə deyir ki, 1998-ci ildə kənd ərazisindən ona verilən 5,75 hektar pay torpağını sənədləşdirmək istəyib.

"Çıxarış almaq üçün lazımi sənədlərimi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsinə təqdim etdim. Ərizənin son icra tarixi 2023-cü il mayın 9-u olmasına baxmayaraq, ona heç bir rəsmi cavab verilmədi. Mayın 10-da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin "Qaynar xətti”nə zəng etdim. Bildirdilər ki, ərizəyə baxılmır. Çünki sənədimdə qeydə alınmış 5,75 hektar sahədən 66 sot çatmır”, – Nabatəli Pələngov deyir.

"Dedilər ki, torpaq azalıb. Bu qar deyil ki, yaz gələndə ərisin. Torpaq necə azala bilər? Cavab verirlər ki, belə hallar olur. Mən də dedim ki, bu ölçünü və qeydiyyatı dövlət məmurları aparıblar. Sağdan və soldan qonşularımla sərhədim var. Cavab verdilər ki, guya o vaxt səhv ölçülüb”, – o bildirib.

Vətəndaşın sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən ona iltizam yazaraq 66 sotdan imtina etməsi tələbi qoyulub: "Söhbət təkcə məndən getmir. Kənddə bütün pay torpağı olan adamlardan bunu tələb edirlər. Çox ciddi şübhələr var ki, vətəndaşların pay torpaqlarından müəyyən hissəni kimsə ələ keçirmək istəyir. Bu, Prezidentin kənd təsərrüfatında çalışan insanlara göstərdiyi qayğıya məmurların cavabıdır”.

Nabatəli Pələngov bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığı üçün iqtisadiyyat naziri Mikayıl Cabbarova məktub yazıb: "İndi mən notarial qaydada guya çatmayan 66 sot torpaqdan imtina etməliyəm. Əgər, doğrudan da, torpaq əskikliyi vardısa, bəs nəyə görə bizdən iltizam alırlar ki, torpaqdan imtina edin? Nəsə bu məsələdə böyük oliqarxların əlini görürürəm. Bir deyil, beş deyil. Həmin kənd qoyunçuluq sovxozu olub. Ərazisi də tükənməzdir. Tutaq ki, o vaxt səhv ölçülüb. Onda çatışmayan torpaq əsasında çıxarışın verilməsi məcburidir. Buna görə də biz imtina ərizəsi yazmalı deyilik”.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Biləsuvar Rayon Şöbəsindən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Ərazi İdarəsindən Meydan TV-nin zənglərinə cavab verilməyib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Kamal Şahbazov Meydan TV-yə bildirib ki, pay torpaqlarının verilməsi yerli icra hakimiyyəti deyil, Aqrar İslahat Komissiyası tərəfindən verilib: "Ölçünü də onlar aparıb. Sonradan Aqrar İslahat Komissiyası ləğv olunub”.

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin mətbuat xidməti Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
 //Meydan TV//

Ardını oxu...

 

XalqXeber.

Ardını oxu...
“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçiləri, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov, Böyükağa Abdullayev və Əliabbas Rüstəmov tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

İlk öncə, 08.05.2023-cü il tarixdə vermiş olduğunuz əfv sərəncamına görə, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin, eləcə də məhkumların və məhkum ailələrinin adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Eyni zamanda, bizim üçün sevindirici haldır ki, Siz 30 il işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad etdiniz, parlaq qələbənizlə işğala son qoydunuz. Ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etdiniz və Sizə etdiyi vəsiyyətinə, verdiyiniz sözə əməl etdiyinizi, Şuşanı azad etdiyinizi dünya ictimaiyyətinə çatdırdınız.

Siz, Azadlıq Meydanında Qələbə Paradı keçirdiniz.

Siz Ermənistanı məğlub etdiniz.

Siz Qarabağın xilaskarı kimi tarixə düşdünüz.

Siz 2023-cü ili “Heydar Əliyev İli” elan etdiniz, hansı ki, bu tarix əbədi yaşayacaqdır.

Bundan başqa, bütün hakimiyyət nümayəndələri, bütün məmurlar Sizin qələbələrinizə, uğurlarınıza sevinən, Sizinlə qürür duyan 8 milyonluq Azərbaycan xalqına “Heydar Əliyevin 100 illiyi ilə bağlı möhtəşəm əfv sərəncamı veriləcəkdir”, - deyərək, ali kürsülərdən çıxışlar etdilər və insanları sevindirdilər.

Hörmətli Prezident!

Təəssüf ki, çox keçmədi, bu pafoslu çıxışlar edən məmurlar əfv sərəncamı ilə bağlı yenə də Sizi aldatdılar və Sizi sevən, Sizə güvənən insanları məyus etdilər. Çünki, bu sərəncamın bundan öncə verilmiş əfv sərəncamlarından heç bir fərqi olmamışdır. Hesab edirik ki, “möhtəşəm əfv sərəncamı” veriləcəkdir deyənlərdən, ağız dolusu, pafosla danışanlardan bir gün soruşacaqsınız ki, deyin görək, bu sərəncamın öncəkilərdən möhtəşəm olmasının fərqi nədədir? Əlbəttə, cavab verə bilməyəcəklər.

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq daima düşünürük ki, bu əfv sərəncamı nəyə görə Ulu öndərin adına layiq, möhtəşəm olmadı? Bu möhtəşəmliyin qarşısını kimlər aldı? Heydar Əliyevin adı ilə, 100 illiyi ilə bağlı olan layihələrə əngəl törədənlər, dedi-qodu yayanlar, boğazdan yuxarı danışanlar, bununla Sizin siyasi kursunuza qarşı çıxanlar kimlərdir?

Unutmasınlar ki, tarix ətrafınızdakı məmurların bu xəyanətini də əbədi yaşadacaqdır!

Cənab Prezident!

İctimai Birlik olaraq araşdırmışıq və bildiririk ki, məmurların əfv sərəncamı ilə bağlı Sizi aldatmasının da kökündə korrupsiya, rüşvət durur. Belə ki, Ədliyyə Nazirliyi rəhbərliyinin iradəsinə uyğun olaraq, bütün ədliyyə əməkdaşları məhkumların və məhkum valideynlərinin beyninə həkk etmişlər ki, “məhkumun pulsuz əfv olunması mümkünsüzdür, qəti ola bilməz. Çünki məhkumun əfv olunması üçün Əfv Komissiyası tərəfindən xasiyyətnamə tələb edilir, bunu da Ədliyyə Nazirliyinin əməkdaşı verir. O da, məhkum ölsə də, pulsuz xasiyyətnamə vermir”. Bax, məmurlar beləcə xayanət edirlər.

Belə olan halda sual yaranır: Cəzaçəkmə Müəssisələrində məhkumlardan alınan pullardan, baş verən korrupsiyadan, rüşvətdən Ədliyyə naziri cənab Fikrət Məmmədovun və Baş Prokurorluğun xəbəri yoxdurmu? Əlbəttə, var!

Cənab Prezident!

Biz, İctimai Birlik olaraq araşdırmışıq və bütün bunlarla bağlı Sizə məlumat veririk. Məsələn:

- Ədliyyə Nazirliyinin 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Məmməd Mahmudov kimdir?

- Sözügedən Cəzaçəkmə Müəssisəsində nələr baş verir?

Bildirirk ki, 6 saylı Cəzaçəmə Müəssisəsində 1800 nəfərdən artıq məhkum var. Cəzaçəmə Müəssisəsinin rəisi Məmməd Mahmudov əslən şəkilidir, Baş nazirin sabiq müavini Abid Şərifovun qızının əridir. Üstəlik, Ədliyə naziri Fikrət Məmmədovun özünün yaxın qohumudur. İxtisasca, ali təhsilli həkim-cərrahdır. Ədliyyə Nazirliyi sistemində “Dollar Məmməd” və yaxud da “Cərrah-cəllad Məmməd” kimi tanınır. O, 8 ilə yaxın müddətdir ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində rəis vəzifəsində çalışır. Hansı ki, Ədliyyə Nazirliyi tarixində heç bir rəis bir müəssisədə 5 ildən artıq rəhbər vəzifədə işləməmişdir.

8 ildə istər cəzasını tam çəkdikdən sonra azadlığa buraxılmış, istər əfv olunmuş, istər cəzasının 2/3 hissəsini çəkdikdən sonra rejimini dəyişmiş və istər də hal-hazırda cəza çəkən elə bir məhkum tapmaq olmaz ki, Məmməd Mahmudov ondan rüşvət almamış, yaxud da o məhkumu pul üstündə işgəncəyə məruz qoymamış olsun.

Həmçinin, 8 ildə elə bir məhkum ailəsi ola bilməz ki, məhkumla uzunmüddətli görüşdə olması ilə bağlı Məmməd Mahmudova pul ödəməmiş olsun.

8 ildə elə bir məkum tapmaq olmaz ki, qohumları, dostları, valideynləri onunla görüşə gəldikdə Məmməd Mahmudovun təyin etdiyi adamlar onlardan pul almamış olsun.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlardan məcburi qaydada su, işıq, qaz pulu yığdırır.

O, yeganə rəisdir ki, onun rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində tualet, hamam, telefon pulludur.

O, yeganə rəisdir ki, məhkumlardan yemək, yatmaq pulu yığdırır.

O, yeganə rəisdir ki, Cəzaçəkmə Müəssisəsində qumar oynatdırır.

O, Yeganə rəisdir ki, rəhbərlik etdiyi Cəzaçəkmə Müəssisəsində narkotik satdırır.

O, yeganə rəisdir ki, ona yaxın olan sahibkarlara vergidən yayınmaq və gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cəzaçəkmə Müəssisəsində şərait yaratmışdır.

O, yeganə rəisdir ki, məhkumları gizli sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara pula satmaqla məşğuldur. Hansı ki, həmin sahibkarlar məhkumların əməyinin haqqını birbaşa Məmməd Mahmudova çatdırırlar.

Məmməd Mahmudov yeganə rəisdir ki, məhkumlara ayrılan ərzağı və dərman peraparatlarını onların özlərinə pulla satdırır.

Məmməd Mahmudov yeganə rəisdir ki, rejimini dəyişmək istəyən məhkumlardan bir ilinə 5-6 min manat tələb etdiyi halda, bu günkü əfv sərəncamından sonra, bir ilinə 7-8 min manat tələb edir və hal-hazırda yığımı davam etdirir.

Məmməd Mahmudov yeganə rəisdir ki, 2015-ci ildə rəhbərlik etdiyi 6 saylı Cəzaçəkmə Müəssisəsində “kars”ın rəisi Fariz Əliyev məhkumu amansızcasına döyərək qətlə yetirmişdir. M.Mahmudov isə Fariz Əliyevi özünə müavin götürmüşdür. Çünki, Məmməd Mahmudov yaxşı bilirdi ki, Fariz Əliyev gözükölgəlidir, məhkum qətlə yetirmişdir, onun bütün qanunsuz əmrlərini ancaq o, yerinə yetirə bilər.

Məmməd Mahmudov yeganə rəisdir ki, korrupsiya və rüşvət hesabına 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda 6 (altı) milyon manat vəsait yığdırır.

Belə olan halda, ədalətli ƏFV-dən söhbət gedə bilərmi?

Cənab Prezident!

6 saylı Cəzaçəkmə Müəssisəsində məhkumlardan, məhkum ailələrindən yığılan rüşvətdən, Cəzaçəkmə Müəssisəsində baş verən olaylardan, Məmməd Mahmudovun bu kimi qanunsuz hərəkətlərindən Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun və aidiyyəti orqanların məlumatı olmaya bilərmi? Ola bilərmi ki, bu günə kimi 6 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd Mahmudovun məhkəmənin və prokurorluğun adı ilə məhkumlardan yığdırdığı rüşvətdən məhkəmələrin, prokurorluğun və Ədliyyə Nazirliyinin xəbəri (məlumatı) olmasın?

Cənab Prezident!

İxtisası cərrah olan, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi “cəllad Məmməd” Mahmudovun törətdiyi olaylar barədə Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə və Ali Məhkəmənin sədri İnam Kərimova məlumat vermişik! “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyi olaraq, digər cəzaçəkmə müəssisəsi rəislərinin də qanunsuz hərəkətləri barədə Sizə ətraflı məlumat verəcəyimizlə bağlı məsuliyyəti üzərimizə götürürük.

Hörmətli Prezident!

Yuxarıda sadaladığımız faktlarla bağlı 6 saylı Cəzaçəkmə Müəssisəsində bir ayda nazirliyin, məhkəmələrin və prokurorluğun adı ilə yığılan 6 milyon manatlıq rüşvət və korrupsiyanın qrşısının alınması yönümündə göstəriş verəcəyinizə inanırıq”.

“Hürriyyət”

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti