Ardını oxu...
"Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi...

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun "Xudat Balıq" ASC-nin özəlləşdirilməsi zamanı etdiyi "qəhrəmanlıq" onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.

Açıklama yok.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.
Ardını oxu...
Azərbaycanda icra başçısı təyin edilən şəxslər ilk öncə köməkçilərini dəyişərək, özlərinə yaxın şəxsi bu vəzifəyə təyin edirlər. Ancaq bəzi müəmmalı istisnalarda var. Belə müəmmalı istisnalardan biri Hacıqabul rayonunda baş verib. Belə ki, Hacıqabul rayonuna icra başçısı təyin edilən Rüstəm Xəlilov, keçmiş başçının dövründə adı müxtəlif qalmaqallarda hallanan köməkçi Afiq Kərimovu vəzifəsindən azad etmədi. Hətta qalmaqallı Afiq Kərimovun səlahiyyətlərinin Rüstəm Xəlilov dövründə daha da artdığı deyilir.
TEREF.AZ bildirir ki, AzFakt.com-a daxil olan məlumata görə Hacıqabul icra başçının köməkçisi vəzifəsindən sui-istifadə edərək müxtəlif obyektlərə, torpaq sahələrinə və biznesə malik olan Afiq Kərimov oliqarxa çevrilib. Azərbaycanda icra başçıları köməkçiləri arasında ən varlısı və səlahiyyətlisi də Afiq Kərimov olduğu bildirilir. Hazırda Hacıqabulda icra başçısının tender, torpaq satışı, tikinti məsələlərindən tutmuş, məmurlardan gizli yolla alınan maliyyə məslələrinə qədər demək olar ki, bütün işlərinə Afiq Kərimovun nəzarət etdiyi deyilir. Hətta bir müddət əvvəl başçının birinci müavini təyin edilən Saleh Əskərovun da təyinatında köməkçi Afiq Kərmovun rolunun olduğu bildirlir.

Kiçik bir rayonun icra başçısının köməkçisi işləyən Afiq Kərimovun qədər sərvətə, mal-mülkə sahib olması isə sözün həqiqi mənasında hüquq mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ölkəmizdə istifadə olunan peyvənd növləri “Profilalktik Peyvənd Təqvimi”ndə öz əksini tapmışdır. Gəncədə bir çox yoluxucu xəstəliklərin (B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya və pnevmokok xəstəlikləri) qarşısının alınması üçün istifadə olunan vaksinlər tibb ocaqlarına daşınmasında ciddi problemlərin olduğu bildirilir.
Bu vaksinlərin daşınmasıda olan pronblemlərlə bağlı Dünyanınsəsi.Az saytına çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər qeyd edirlər ki, bir ilə yaxındır ki, Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzindən tibb ocaqlarına verilmiş olan vaksinlərin daşınmasında ciddi problemlər var.
Belə ki, vərəm əleyhinə vaksin (BCJ) preparatın daşınması və saxlanılması +2˚C – +8˚C temperaturda olmalıdır.Ancaq Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin (GEM) bu sahəyə məsul olan şəxsi Tamella adlı xanım vaksinlərin əl çantası ilə daşınmasına göz yumur.Nəticədə uşaqların BCJ peyvəndi ilə immunlaşdırılması həm təhlükə yardır, həm də lazımı effekti vermir.
Vaksini həll etdikdən sonra +2˚C – +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq lazımdır. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda məhv edilməlidir.
Bəs istifadədən əvvəl soyuq olmayan əl çantasında daşınan vaksini necə həll edirlər?
Gəncədə vaksin sahəsini öz monopoliyasına alan Tamella xanım polkilinkalarda tez-tez reydlər keçirməklə, soyuduclarda vaksinlərin saxlanılması şəraitini irad tutmaqla şəxsi maraqlarına xidmət etdiyi də iddia olunur.

“Sual olunur. Ümümuyyətlə Tamella xanımın ixtiyarı varmı ki, polkllinkalara gedib peyvənd otaqlarindan tempuratur rejmi tələb edə bilsin”?

Nədənsə vaksinlərin anbarda saxlanılması, daşınması və sənədləşdirilməsi isiqamətində son günlər yaranmış olan bu fors-major vəziyyətə bağlı GEM-in direktor əvəzi Hürrüyyət ismayılova tərəfindən heç bir rəsmi tədbir görülmür.
Gəncə GEM-də bu hal özözlüyndə əksəriyyət işçiləri xanımlardan ibarət olan kollektivdə “dərə xəlvət, tülkü bəydir” mənzərəsini canlandırır.

Redaksiya olaraq ümid edirik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənova qeyd edilən bu problemlərin aradan qaldırılması üçün müvafiq yoxlamalrın aparılmasına göstəriş verəcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
 

 
Ardını oxu...
 
 

Füzuli Rayon İcra Hakimiyyətində  büdcə vəsaitlərinin mənimsənilməsi  barədə  yazıya başlamaq üçün Rayon İcra hakimiyyətinin rəsmi saytına  http://fuzuli-ih.gov.az/az/sura.html baxmalı olduq.
Sözün düzü, bizim rayonun icra başçısı hörmətli Alı Alıyevin personası ilə heç bir problemimiz yoxdur. Amma... 
Əmması odur ki, Rayon İcra Hakimiyyətinin rəsmi saytında Alı Alıyevlə bağlı yazılır: Ali məktəbi bitirdikdən sonra.... Ay adam, hansı ali məktəbi....hansı fakültəni...neçənci ildə...? 
Sən neçənci ildə anadan oldun..? 
Vallahi, belə olmaz ee...bu dövlət qurumunun rəsmi saytıdır..? Biz bir media olaraq, neçə ildir yazırıq ki, bu biabırçılğı  aradan qaldırın. 
Sözün qısası, hörmətli Alı müəllim, hansısa ali məktəbin hansısa fakültəsini bitirəndən sonra...Füzulidə komsomolda şöbə müdiri olub. Və hansısa ali məktəbi bitirəndən 5 il sonra ƏSGƏRLİYƏ gedib. Və 1 ildə hərbi MAYOR olub. Lənət şeytana, bu nə oyundur... 1 ildə bu adam necə mayor oldu..? 
Alı Alıyev  sonradan 1989–1999-cu illərdə Füzuli rayon Aqrar Sənaye Kombinatının direktoru vəzifələrində çalışmışdır. 1999-cu ildən 2011-ci ilədək  Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. Və 2011-ci il tarixdən bu günədək Füzuli rayonu İcra Hakimiyyətinin başçısıdır. 
İndi isə keçək əsas  mövzuya. Məlumdur ki, bütün dünyada ərazi-inzibati vahidləri özləri özlərini maliyyələşdirir. Düzdür, hər bir inzibati vahidin buna imkanı çatmır. Çünki elə rayonlar var ki, turizm üçün imkanları var, yaxud  ərazidə müxtəlif təbii  sərvətlər var. Elə rayonlar var ki, özünü maliyyələşdirmək imkanları çox aşağıdır. Belə olan halda dövlət büdcəsindən həmin rayonlara subsidiya ayrılır. 
Təəssüf ki, bizdə rayonların çoxu dövlət büdcəsinin  “boynunda”  oturub. Ancaq son illər  bu istiqamətdə ciddi  addımlar atılıb. Bir çox rayonlar özünümaliyyələşdirmə prinsipinə keçiblər. Və “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası” təsdiq edilib. Lap sadə  dildə desək rayonlar  yerli gəlirləri və xərcləri özləri tənzimləyir. Bu gün haradasa  50-dən çox rayon  özünü maliyyələşdirmə ilə fəaliyyət göstərir. 
Hazırkı yazıda Füzuli rayonunda  büdcə gəlirlərinin mənimsənilməsi əsas mövzudur. Belə ki, rayonun yerli gəlirlərindən rayonun büdcəsinə daxil olan xeyli vəsaitə ancaq və ancaq rayonun icra başçıs Alı Alıyev nəzarət  edir. Yəni Alı Alıyev xeyli miqdarda vəsaitə özü şəxsən sərəncam verir, kimə və hara istəsə yönəldir. 
Görəsən, Maliyyə Nazirliyi, Hesablama Palatası nə üçün bu qanunsuzluqlara nəzarət etmir..? 
Digər tərəfdən hamıya bəllidir ki, icra başçılarının nəzrətində ianə fondları var. Yəni kimlərsə, iş adamları, yerli biznesmenlər, yaxud başqa imkanlı şəxslər bu fonda xeyriyyəçilik məqsədi ilə xeyli pul köçürürlər. Buna da nəzarəti cənab Alı Alıyev edir. Və xeyriyyəçi insanların köçürdüyü vəsaiti özü üçün sağa-sola xərcləyir. Alı Alıyev isə oğluna deyib ki, əsgərlərə siqaret payla və video çəkib saytlarda paylaş. 
Növbəti sayımızda Füzuli rayonunda "Büdcədən kənar vəsaitlərin necə xərclənməsi və yerli iş adamları" yazısı dərc olunacaq. Bizi izləyin.

 
Ardını oxu...
 

Şaumyanın qızının həbsi qaçılmazdır... 
Bu gün Füzuli Təhsil Şöbəsinin müdiri Şaumyanın qızı Ramellanın fb səhifəsinə  daxil olanda onun ermənilər tərəfindən Azərbaycana basdırılan minalardan bəhs etdiyi bəlli oldu.
Guya Ramella Məmmədova patriotdur, vətənpərvərdir və s. Keçən dəfə də öz fb səhifəsində “Türkiyəm səninləyəm”  yazaraq  basıb-bağlamışdı. Amma Şaumyanın qızı Ramellaya deyən lazımdır ki, Füzuli, ümumiyyətlə, Azərbaycan təhsilinə basdırılan ən böyük mina elə sənin özünsən, ay Ramella... Sənin erməni minalarından danışmağın yersizdir... 
Yeri gəlmişkən, Şaumyanın qızı Ramella öz fb paylaşımlarında keçmiş sovet lideri İ.V.Stalini yaman yıxıb sürüyür. 
Sözün düzü, bu marağımıza səbəb oldu. Ki, Şaumyanın qızı Ramella hara, dahi Stalin hara..? Bir az google-axtarışda gəzəndən sonra bəlli oldu ki, Stalinin ən çox zəhləsi gedən şəxs Stepan Şaumyan olub. 
Qısa məlumat üçün qeyd edək ki, Stepan Şaumyan 1878-ci il oktyabr ayının 13-də Tiflisdə doğulub və rəsmi olaraq ölüm tarixi 1918-ci ilin 20  sentyabr tarixi göstərilib. Ancaq Hindistanda gəbərdiyi bildirilir. ( bütün Şaumyanların kəlləsinə mıx çalaq, zırbazır olsunlar, gordan-gora təzsinlər, filan, filan olsunlar ). Ermənilər həmişə ağlaşma qururmuşlar ki, bəs bizim Stepanı o vaxtlar Stalin güdaza verib. 
Beləliklə Şaumyanın qızı Ramellanın Stalinə nifrətinin, daha doğrusu, Şaumyana sevgisinin mənbəyi bəlli olur. 
Birincisi, MİNA məsələsindən başlayaq. Füzuli rayonunun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbi bərbad vəziyyətdədir, müəllimlər haray salıb ki, məktəbin sütünu çatlayıb qırılmış olduğu diqqəti cəlb edir, uçarsa müəllimlər, şagirdlər altında qalacaq. Məktəbin təmirinə ayrılan dövlət vəsaitini hara xərcləmisən..? Bundan danış... Şəhidin adına olan məktəbdə 15 texniki işçi var, onların maaşını kim alır, ay Ramella..? 
Biz hələ Füzuli məktəblərinin həyətyanı sahəsinin mal-qara üçün örüş yerinə çevrilməsindən, şagirdlərdən, müəllimlərdən yığılan pullardan danışımırıq. Biz  məktəb direktorlarının banklardan kredit götürərək sənə verməsindən danışımırıq. Məktəb direktorlarına deyirsən ki, məktəblərə yoxlama gəlib ona verməliyəm. Biz 65 yaşı tamam olan müəllimlərlə yenidən əmək müqaviləsi bağlamaq üçün aldıqlarından danışmırıq. Biz Səttar Mehbaliyevin və Cavid Qurbanovun adından sui-istifadə  etməyindən, müdir olmaq üçün 150 min verilib deməyindən danışmırıq... 
Biz hətta sənin diplomundan, Gəncə DövLəT Universitetinin - ÜMUMİ PEDAQOGİKA KAFEDRASI məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi oxumağından danışmırıq. İndi özün de, ay Ramella, ölkə təhsilinə basdırılmış ən böyük mina kimdir..? Əlbəttə, onun cavabını cəmiyyət verəcək. Sən isə fb səhifəndə ermənilərin minasından bəhs edirsən, guya bizim millətə canın yanır... 
İndi isə keçək, STALİN, daha doğrusu, Şaumyan məsələsinə... Biz  neçə vaxtdır ki, Ramelladan kimin qızı olduğunu soruşuruq. Siz Şaumyanın qızısınız, yoxsa Şahinin..? Bunu cəmiyyətdən niyə gizlədirsən..? 
Məlumata görə, Ramellanın Moskavada yaşayan doğma qardaşı  Səymurun sənədlərində  atasının adı Şaumyan göstərilib. 
Təsəvvür edirsiniz, qardaşın atası Şaumyan, bacının atası Şahin. Bu necə olur, ay Ramella...? Ramella Məmmədova şəxsiyyət vəsiqəsini, bütün sənədlərini saxtalaşdırıb, amma diplomunu saxtalaşdıra bilməyib, çünki mümkün olmayıb. 
Hamıya məlumdur ki, ölkə vətəndaşının nəinki, adını, soyadını, atasının adını, hətta pasportunda bir hərfi dəyişmək proseduru mürəkkəbdir və bunu qanunsuz edənlər  cinayət məsuliyyəti daşıyırlar. Ramellanın isə atasının adının bir hərfi deyil ee, atasının adı ümumiyyətlə dəyişdirilib  və olub Şahin qızı. Ramellaya deyirik ki, müdriklər deyib ki, cidanı çuvalda gizlətmək mümkün deyil. Sən elə bilirdin biz sənin atanın Şaumyan olduğunu sübut edə bilməyəcəyik..? Ay-hay, ay Ramella... Sənin atanın adının Şaumyan olduğu artıq sübut olundu. 
Buyurun, Ramellanın gizli dosyesi ilə tanış olun: Ramella Şaumyan qızı Məmmədova 15.11.1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Füzuli şəhəri, Puşkin 19 ünvanda pasport qeydiyyatındadır. Hətta Ramella Məmmədovanın şəxsiyyət vəsiqəsində şəkili yoxdur. Ramella Məmmədova 1984-cü ildə Tofiq Hüseynov ilə rəsmi nikaha girib. Bütün sənədlərdə, o cümlədən nikah sənədində və diplomunda Ramellanın atasının adı Şaumyan göstərilib. 2009-cu ildə isə sənədlərini saxtalaşdırıb və atasının Şaumyan adını Şahin edib. Amma diplomu və nikah kağızını dəyişdirə bilməyib. İndi müvafiq dövlət qurumlarından, o cümlədən Füzuli RİH-nin başçısı Alı Alıyevdən soruşuruq ki, Şaumyan necə dönüb Şahin olub..? 
Onu da unutmayaq ki, Ramella Məmmədova sıradan biri deyil, Füzuli boyda rayonda təhsil sektoruna rəhbərlik edir. Yəqin ki, Ramellanın  sənədlərinin saxtalaşdırılmasında Ramiz Mehdiyevin baldızının oğlu, DİN-də Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində rəis müavini işləyən Levonun xidməti olub.
Sözün qısası, Ramella Məmmədovanın iç üzü açıldı. İndi bu saxtalaşdırma cinayətinə görə, kimlər cavab verəcək, yaxın zamanda bəlli olacaq. 
Ümid edirik ki, yaxın zamanda Şaumyanın nəvəsinin həbsi qaçılmaz olacaq... Bizi izləyin.
P.S. Füzuli rayonunda işləyən bütün məktəb direktorlarının nəzərinə, kim Ramella Məmmədovaya 10 qəpik belə rüşvət verərsə, onun hər şeyinə lənət olsun. Kim Ramella Məmmədovaya aylıq haqq versə, şərəfini, namusunu itirmiş hesab olunsun.
Ardını oxu...
Şirvan şəhərində Dövlət İqtisadiyyat və Humanitar Kolleci deyilən bir orta-ixtisas təhsil müəssisəsi var. Təhsil ocağı 1999-cu ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı (hazırki Şirvan) filialı kimi fəaliyyətə başlayıb. Əvvəllər Əli Bayramlı Pedaqoji Kolleci olan təhsil müəssisəsi yalnız 2006-cı ildən Nazirlər Kabinetinin qərarı ilə hazırki adını daşımağa başlayıb.

Hələ 1999-cu ildən bu Kollecə Balamirzə Məmmədov direktorluq edib. Demək olar ki, təhsil müəssisəsini Şirvan şəhərində o yaradıb. Yəqin ki, həmin dövrdə Dövlət Neft Şirkətində mühüm vəzifələrdən birini tutan mərhum bacısı oğlu Yavər Camalovun geniş əlaqələri hesabına.

Hazırda isə kollecdə direktor vəzifəsini filologiya elmləri üzrə fəlsəfə doktoru Barxudar Barxudarov daşıyır.

Onun rəhbərliyi altında Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hazırda tədris və təlim-tərbiyə prosesinin hansı səviyyədə təşkil edildiyi barədə bir şey deyə bilmərik. Amma 2014-cü ildə Təhsil Nazirliyinin burada apardığı yoxlamaların nəticələri ilə sizi tanış edə bilərik. Belə ki, nazirlik tərəfindən orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib. Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.

Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib.

Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Göründüyü kimi tədrisin keyfiyyətində problemlər Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində hələ 2014-cü ildən olub. Hazırda isə burada imtahan sessiyalarına, tələbələrin biliklərinin qiymətləndirilməsinə fərqli, nisbətən loyal bir yanaşma var. İmtahanlarda pul yığımı kompaniyası kollecdə o qədər geniş vüsət almayıb. Amma dövlət vəsaitlərindən də səmərəli istifadə qaydalarına əməl olunmur.

Bunu aktualinfo.org-un apardığı araşdırmalarda aşkar etdik. Belə ki, kollecə zəruri olan mal-materialların və xidmətlərin satınalmaları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmir. Burada kotirovka sorğusu prosedurlarında ciddi qanun pozuntularına yol verilir, habelə bağlanmış müqavilələr saxtalaşdırılr.

Məsələn Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci tərəfindən 15.07.2021-ci il tarixdə elan olunmuş əsas vəsaitlərin qiymətləndirilməsi, 07.07.2021-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 07.07.2021-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş maşın və avadanlığın satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş abadlıq işlərinin satın alınması, 27.10.2020-ci il tarixdə elan olunmuş cari təmir işlərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun nəticələri barədə dövlət satınalmalarının vahid portalında heç bir məlumata rast gəlinmir. Bu isə o deməkdir ki, Kollecinin Tender Komissiyası satın alınan mallar (xidmətlər) üçün ayrılan vəsaitlərin süni şəkildə şişirdilməsinə yol verir, özlərinə yaxın şirkətlərlə əlbir olub büdcə vəsaitlərini təyinatından kənarlaşdırır.

Xüsusilə qeyd etmək istərdik ki, 2019-cu ildən sonra Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecin Tender Komissiyası keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının vahid internet portalının bazasına heç bir məlumat yerləşdirməyib. Bu görəsən nə ilə bağlıdır. Qanunları saymamaqla, yoxsa…

Bizdə belə təəssürat yarandı ki, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində Azərbaycan qanunlarının çoxu işləmir. Çünki qanunla nəzərdə tutulmuş qaydada Kollecin Tender Komissiyasına ünvanladığımız sorğuya belə cavab verilmədi.

Göründüyü kimi, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində problemlər həmişə movcud olub. Mikayıl Cabbarovun Təhsil nazirliyində Kollecdə özbaşınalıq hallarının qarşısı hardasa alınıb. Amma gənc, elə hal-hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarovun kadrı kimi tanınan, islahatçı nazır Emin Əmrullayevin sözügedən nazirliyə rəhbərliyi dövründə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində baş alıb gedən özbaşınalıq və korrupsiya halları daha da artıb. Bunun qarşısı nə vaxt alınacaq? Kim alacaq? Artıq vaxtı deyilmi Emin Əmrullayev? //Aktualinfo.org//
Cəlilabad rayon sakinləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının saytımızda açıqlanmamasını xahiş edən sakinlər Cəlilabad Mərkəzi Xəstəxanasında özbaşınalığın son həddə olduğunu deyirlər.

Şikayətçilər rayon xəstəxasında olan haqsızlıqlarla bağlı bir çox kanallarda müsahibələr dərc olunsa da, heç bir nəticə olmadığını bildirirlər.

“Bu xəstəxanada baş verən özbaşınalıqları saymaqla bitmir. Xəstəxananın şəraiti bərbad vəziyyətdədir. Xəstəxanada qızdırıcı sistem, kondisioner yoxdur. Bunlar bir yana, heç dərman, həkim də yoxdur.

Ağ ciyər xəstəsi 4-5 min manat pul verib, pensiyaya çıxır. Xəstəxananın baş həkimi Elnur Azadxanov rayonda “at oynadır”. Saxta sənədlər alan sakinlərin işlərini nazirliyə də göndərmişik. Bu xəstəxanaya baxış keçirilsə, aydın görünər ki, bura xəstəxanadan çox, rüşvət yuvasıdır”.

Şikayətçilərin redaksiyamıza göndərdiyi fotoları və video müraciəti olduğu kimi oxuculara təqdim edirik:
Ardını oxu...
Ardını oxu...



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Ölkəmizdə istifadə olunan peyvənd növləri “Profilalktik Peyvənd Təqvimi”ndə öz əksini tapmışdır. Gəncədə bir çox yoluxucu xəstəliklərin (B hepatiti, vərəm, poliomielit, göyöskürək, difteriya, tetanus, qızılca, parotit, məxmərək, b tipli hemofil infeksiya və pnevmokok xəstəlikləri) qarşısının alınması üçün istifadə olunan vaksinlər tibb ocaqlarına daşınmasında ciddi problemlərin olduğu bildirilir.
Bu vaksinlərin daşınmasıda olan pronblemlərlə bağlı Dünyanınsəsi.Az saytına çoxsaylı şikayətlər daxil olub.
Şikayətçilər qeyd edirlər ki, bir ilə yaxındır ki, Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzindən tibb ocaqlarına verilmiş olan vaksinlərin daşınmasında ciddi problemlər var.
Belə ki, vərəm əleyhinə vaksin (BCJ) preparatın daşınması və saxlanılması +2˚C – +8˚C temperaturda olmalıdır.Ancaq Gəncə Gigiyena və Epidemioloğiya Mərkəzinin (GEM) bu sahəyə məsul olan şəxsi Tamella adlı xanım vaksinlərin əl çantası ilə daşınmasına göz yumur.Nəticədə uşaqların BCJ peyvəndi ilə immunlaşdırılması həm təhlükə yardır, həm də lazımı effekti vermir.
Vaksini həll etdikdən sonra +2˚C – +8˚C temperaturunda 6 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlamaq lazımdır. Həll edilmiş vaksin 6 saatdan sonra və ya iş gününün sonunda məhv edilməlidir.
Bəs istifadədən əvvəl soyuq olmayan əl çantasında daşınan vaksini necə həll edirlər?
Gəncədə vaksin sahəsini öz monopoliyasına alan Tamella xanım polkilinkalarda tez-tez reydlər keçirməklə, soyuduclarda vaksinlərin saxlanılması şəraitini irad tutmaqla şəxsi maraqlarına xidmət etdiyi də iddia olunur.

“Sual olunur. Ümümuyyətlə Tamella xanımın ixtiyarı varmı ki, polkllinkalara gedib peyvənd otaqlarindan tempuratur rejmi tələb edə bilsin”?

Nədənsə vaksinlərin anbarda saxlanılması, daşınması və sənədləşdirilməsi isiqamətində son günlər yaranmış olan bu fors-major vəziyyətə bağlı GEM-in direktor əvəzi Hürrüyyət ismayılova tərəfindən heç bir rəsmi tədbir görülmür.
Gəncə GEM-də bu hal özözlüyndə əksəriyyət işçiləri xanımlardan ibarət olan kollektivdə “dərə xəlvət, tülkü bəydir” mənzərəsini canlandırır.

Redaksiya olaraq ümid edirik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin Baş direktoru Sara Həsənova qeyd edilən bu problemlərin aradan qaldırılması üçün müvafiq yoxlamalrın aparılmasına göstəriş verəcəkdir.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az
 
Ardını oxu...
Azərbaycanda Həmkarlar İttifaqı sistemində fəaliyyət göstərən təşkilatların bir çoxu rəhbərlik tərəfindən şəxsi müəssisə kimi istismar edilir.

DİA.AZ AzFakt.com-a istinadla xəbər verir ki, Azərbaycanda Həmkarlar İttifaqına tabeli olan təşkilatların sırasında özəl müəssisə kimi işlədilən qurumlardan biri də «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» Respublika Birliyidir.

Vaxtilə minlərlə zəhmətkeşin həqiqətən sağlamlıq üçün üz tutduğu, minlərlə uşağın istirahət etdiyi «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evləri bu gün özəl istirahət mərkəzlərindən heç də fərqlənmir.

Pansionat və istirahət mərkəzlərinin özəl biznes obyektləri kimi işlədilməsinin arxasında uzun illərdir «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin sədrlik edən İmran Rzayevin və ətrafına yığdığı şəxslərin dayandığı deyilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyeva xüsusi yaxınlığı ilə seçilən İmran Rzayevin «Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq» RB-nin tabeliyində olan pansionat və istirahət evlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə istirahətə gələn xüsusi təminatlı – şəhid ailələri, qazilər və əlillərin – vətəndaşların saylarında və paketlərin qiymətləndirilməsində də maxinasiya hallarının olduğu deyilir.

Bununla bərabər Birliyin tərkibində olan pansionat və istirahət mərkəzlərinin cari təmiri, ərazilərinin abadlığı adı altında hər il külli miqdarda vəsaitlər mənimsənilir. Konkret olaraq Nabran qəsəbəsində fəaliyyət göstərən “Şahdağ” istirahət evində aparılan təmir və abadlıq zamanı qiymətlərin dəfələrlə şişirdildiyi, vəsaitlərin Birliyin rəhbərliyi tərəfindən mənimsənildiyi vurğulanır.

Onu da qeyd edək ki, İmran Rzayevin Bakı və regionda xeyli sayda mülklərinin olduğu da məlumatlar arasında yer alır.

Xatırladaq ki, “Azərbkollektiv Təsərrüfatlararası Sağlamlıq” Respublika Birliyinin tərkibinə “Şəfa” müalicə pansionatı, “Şahdağ” istirahət evi, Sənaye İstehsalı və Texniki Dəstləşdirmə idarəsi, “Pambıqçı” sanatoriya-profilaktoriyası, “Kolxozçu”, “Lalə”, “Qaranquş” uşaq istirahət müəssisələri daxildir.
 
Ardını oxu...
 
 

Xaçmaz şəhərinin Nazim Məmmədov və Mirzə Fətəli Axundov küçələrində yaşayan sakinlər yay fəsli başlayanda evlərində üfunət iyindən otura bilmədiklərini bildirirlər. İki küçənin tam ortasından, sakinlərin evlərinin bir addımlığından keçən su arxı indi zibilliyə çevrilib. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Pis qoxu səbəbindən sakinlər nəinki həyətdə, heç evlərinin içində belə rahat nəfəs alma bilmirlər. Onlar deyir ki, zibillik hazırda küçə itlərinin, siçovulların, həşaratların belə məskəninə çevrilib.

 

"Axşam saat altıdan sonra zibilləri maşınla bu əraziyə atırlar. Arxın qabağı zibillərdən tutulub. Burada üfunət əlindən dayanmaq mümkün deyil. Üfunətə görə bir nəfər qonaq gəlib evimizdə otura bilmir. Həmçinin xəstəlik baş alıb gedib. Bu isə biabırçılıqdır.

Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsindən "MediaPost"un şimal bürosuna bildirilib ki, sözügedən ərazi dəfələrlə təmizlənsə də, yenə də elə sakinlərin özləri tərəfindən bu vəziyyətə düşür.

"Əsas səbəb odur ki, onun ətrafında yaşayan sakinlər əllərinə keçən məişət tullantıları və digər tullantıları həmin arxa atılar, arxa su vasitə yığılaraq qalır. Bu daantisanitar vəziyyətin yaranmasına səbəb olur. Buradan təmizlənməsinə texnika vasitə təmizlənməsində çətinliklər əmələ gəlir. Lakin buna baxmayaraq əl ilə təmizlənməsi üçün müəyyən işlər görülmüşdür. Hal hazırda görülüb və davam edir. Bundan əlavə, həmin arxın mənbəyini tapıb ləğv edilməsi üçün tərəfimizdən işlər görülür. Çalışacaq həmin axın mənbəyini tapıb arxı təmamilə ləğv edək".
Ümid edirik ki, tezliklə ərazi tam təmizlənər, suyun mənbəyi də kəsilər və bundan sonra sakinlərin elə özləri də buranın təmizliyinə diqqət yetirərlər. //"MediaPost"//

Daha ətraflı aşağıdakı videoda:

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti