Ardını oxu...
Milli Məclisin sabiq deputatı, general-leytenant Əliağa Hüseynovun Salyanda “Samir 3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus torpaq sahəsini zəbt etdiyi bildirilir.

DİA.AZ bildirir ki, bu barədə Pravda.az-a MMC-nin rəhbəri Əlövsət Həsənov məlumat verib.

Qeyd olunub ki, Salyan rayon icra hakimiyyəti başçısının 14.12.1996-cı il 382-S və 05.03.1998-ci il 71-S saylı sərəncamı daimi istifadə üçün 70 hektar, uzunmüddətli (Müddət qeyd edilməyib. Torpaq Məcəlləsinə uyğun olaraq müddət qeyd edilmədikdə 99 il hesab olunur) istifadə üçün isə 103 hektar torpaq sahəsi ayrılıb. Daimi istifadə üçün torpaq aktı, uzunmuddətli istifadə üçün şəhadətnamə alınıb. Vəsaitim hesabına Salyan Rayon İcra Hakimiyyəti baçşısının müvafiq sərəncamı əsasında Kür çayından bu ərazilərə uzunluğu 8500 metr, diametri 530 millimetr olan su borusu çəkilib, Kür çayının sahilində nasos stansiyası inşa edilib. Su xəttindən bu günə kimi rayonun Yuxarı Noxudlu kəndi yeganə su xətti kimi istifadə edir. Kənddəki 120 ev, və kənd əhalisi üçün ayrılmış pay torpaqlar bu xəttdən təmənnasız olaraq suvarılır. İnşa etdirdiyim su xətti və nasosxananı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə aktla təhvil vermişəm ki, su xəttindən digər ərazilər də səmərəli istifadə etsin. Bələdiyələr yaradıldıqdan sonra, bu torpaq sahələri öncə 3 bələdiyyənin, sonda isə 2 bələdiyyənin ərazisində əksini tapıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda hüquqi və fiziki şəxslərə verilmiş torpaqlar qeyd olunub. 2000-ci ildə, Prezidentin 17.01.1997-ci il 544 saylı fərmanına əsasən, müəssisənin fəaliyyəti yoxlanılmış və torpaq sahələri müəssisənin balansında saxlanılıb. 2015-ci ildən 103 hektar uzunmüddətli istifadəyə verilmiş torpaq sahələri sabiq deputat, general-leytenant Əliağa Hüseynovun adamları tərəfindən zəbt olunur. Bələdiyyəyə müraciət edildikdə “İcra Hakimiyyətinin göstərişidir”, “Bir illikdir, məhsulunu götürüb çıxacaq” kimi bəhanələr gətirirlər, çarəsizlikdən susub gözləmişəm. 2020-ci ildə Arbatan və Noxudlu bələdiyyələrinə məktubla müraciət etdim ki, torpaq sahələrinin kimin istifadəsində olduğu barədə məlumat verilsin. Bələdiyyələrdən rəsmi cavab gəldi ki, torpaq sahələri heç kimə verilməyib və “Samir 3” MMC-yə məxsusdur. Narazılıq artanda Əliağa Hüseynovun adamları ortaya ümumi sahəsi 97 hektar olan şəhadətnamə çıxardılar. Şəhadətnaməyə əsasən, 2014-cü ildə Arbatan və Noxudlu bələdiyyələri “Samir 3” MMC-yə icra hakimiyyəti tərəfindən verilmiş sərəncam və şəhadətnaməni ləğv edib, heç bir yerdə adı keçməyən hərrac yolu ilə Əliağa Hüseynovun oğlu Nizami Hüseynova satıblar. 2020-ci ildə aidiyyatı üzrə məhkəməyə müraciət etsək də, 3 il ərzində ədaləti bərpa edə bilməmişik, müxtəlif təhdidlər almışıq. Əliağa Hüseynov şəxsən mənə “Nə qədər lazımdırsa, xərcləyəcəyəm, o torpaqları sənə verməyəcəm” deyib. İş məhkəmədə olduğundan 103 hektar sahənin davamı olan 70 hektar torpaq sahəsinin suvarılmasına imkan verilmədiyi üçün istifadə mümkünsüz olub, torpaqlar yararsız hala düşüb. Bələdiyyələr bildirir ki, torpaq 15 illik verilib, müddət bitib və torpaq hərraca çıxarılıb. Birincisi elə deyil, sərəncamda müddət qeyd edilməyib. İkincisi, elədirsə, müddət 2013-cü ildə bitirdi, 2012-ci ildə qanunvericiliyə uyğun olaraq, ilk növbədə torpağın hazırki istifadəçisinə təklif olunmalıdır. Üçüncüsü, 2013-cü ildə də ləğv olunmamış şəhadətnamə və sərəncam 2014 də ləğv edilə bilməz, müddət keçmiş və ən azı yenə 15 illik şəhadətnamənin hüququ tanınıb. Şəhadətnamə 2014-cü ildə ləğv olunmuşdusa, hansı səbəbdən 2022-ci ildə bələdiyyə “Samir 3” MMC-yə verilmiş sərəncam və şəhadətnamənin ləğvi üçün vəsatət qaldırıb? Deməli ki, sərəncam və şəhadətnamənin faktiki olaraq qüvvədə olduğunu qəbul edirlər. Əliağa Hüseynovun güc hesabına bir çox kəndli və sahibkarın torpaqlarınına yiyələnib ki, sadəcə olaraq, camaat qorxusundan susur”.

Məsələ ilə bağlı Əliağa Hüseynovun mövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz baş tutmayıb.
 
Ardını oxu...
 
Mart ayının 30-da yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilmiş Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Füzuli Suvarma Sistemləri İdarəsi Aşağı Seyidəhmədli kənd 30/414, Bala Bəhmənli Kəndində 30/427, Böyük Haramı ərazisində 30/428, Horadiz şəhər park ərazisində 30/256, Kürdmahmudlu kəndində 30/7 TD, Mahmudlu-2 kəndində 30/255, Alxanlı-Kollu kəndində 30/051 və Kürdmahmudlu kəndində 30/238 reper nömrəli subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirmiş olduğu açıq tenderə yekun vurub və 10.05.2023-cü il tarixdə “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 268.000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Sözügedən portalda Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası açıq tenderin başlanma tarixini göstərməsə də tenderin bir mənbədən satınalma metodu ilə həyata keçirildiyini açıqlayıb. Bəs “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bir mənbədən satınalma metodunu hansı hallarda keçirməyi tələb edir?

Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri: 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

Qeyd edək ki, 268.000 manat məbləğində qiymətləndirilmiş açıq tenderdə yol verilən qanunsuzluqlar elə bu maddədən görsənir. Belə ki, apardığımız kiçik bir araşdırma zamanı Füzuli Suvarma Sistemləri İdarəsinin satınalma müqaviləsi bağladığı “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanunun bu tələblərinə cavab verirmədiyi məlum oldu. Bu da konkret dəlillər.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “OSKAR-AR” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ŞİRVAN ŞƏHƏRİ, 20 YANVAR, ev 2/7, qanuni təmsilçisi kimi isə Musazadə Ziya Vaqif oğlu qeyd olunub.

Göründüyü kimi, MMC açıq tender müsabiqəsi başlamazdan bir-iki ay əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin bir mənbədən satınalma metodunda iştirakına necə yol verilib? Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir mənbədən satınalma metodun keçirilməsinin hansı hallarda yol verildiyini yuxarıda qeyd etmişik. Tenderin də subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirildiyi elanda açıqlanıb. Yəni burada malların alınmasından söhbət getmir. Qalır subartezan quyularının təmiri. Təmir işlərinin aparılması üçün (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik çox MMC tapmaq olar. Yəni bu işləri görmək üçün əvəzedici, alternativi olan saysız hesabsış şirkət var. Maraqlıdır, Füzuli Suvarma Sistemləri İdarəsi nə üçün daha peşəkarlaşmış bir şirkəti deyil, məhz bir-iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC -ni seçib? Axı Bu MMC-nin bir mənbədən satınalma metodu ilə tenderdə iştirakı ilə qanunun tələbləri qəti üst-üstə düşmür.

Qanunda göstərilir ki, mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda da bir mənbə satınalma metodundan istifadə etmək olar. Amma iki ayın MMC-si belə təcili tələbatı yerinə yetirə bilmək iqtidarındadımı? Digər tərəfdən, təmir xidməti nə vaxtdan əvəzedicisi və alternativi olmayan iş hesab olunur? MMC-nin hansı sahə üzrə ixtisaslaşması da məlum deyilsə.

Qanuna görə sifarişçi təşkilat hər hansı malları bir podratçıdan əvvəllər alıbsa, sonradan bir mənbədən satınalma metodundan istifadə edə bilər. Füzuli Suvarma Sistemləri İdarəsi “OSKAR-AR” MMC ilə əvvəllər hər hansı bir iş görə bilməzlər. Çünki MMC cəmi iki ay əvvəl yaradılmışdır. Bəs necə olur ki, Füzuli Suvarma Sistemləri İdarəsi satınalmadan iki ay əvvəl yaradılmış “OSKAR-AR” MMC ilə 268.000 manat məbləğində müqavilə bağlayıb?

Göründüyü kimi Füzuli Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası bir satınalmada ciddi qanun pozuntularına yol verib. Hansı ki, bu qanun pozuntusunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görməyə bilməzdi.

Hələ üst qurum olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətlilərini demirik. Onlar bu qanun pozuntuntusuna necə yol veriblər? Qeyd edək ki, 2022-ci ilin yanvar ayında Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. MMC-nin qanuni təmsilçisi isə Samir Teymur oğlu Məmmədovdur. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki idarələrdə satınalmaları hər kəs istədiyi metodlarla keçirirsə, yəni satınalmaların təşkilinə nəzarət yoxdusa bu MMC nə üçün yaradılıb? Amma çox maraqlıdır ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti belə bir MMC-nin hansı zərurətdən yaradılması barədə heç bir məlumat verməyib. Məlumatı 27 aprel 2022-ci ildə elektron media vasitələri “Vergilər” qəzetinə istinadən yayıblar.

Əldə etdiyimiz məlumatlara görə Səhmdar Cəmiyyətinin tabeliyində xəlvət yaradılmış “Satınalmaların Təşkili və Müqavilələrin İcrasına Nəzarət” MMC-nin sədri Samir Məmmədov hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri vəzifəsini daşıyan Zaur Mikayılovun ən yaxın adamlarından biridir. Qeyd edək ki, Füzuli Suvarma Sistemləri İdarəsinin rəisi isə Əhməd Əsgərovdur. O, bu vəzifənin başına 2011-ci ildə, yəni Suvarma İdarəsinin keçmiş rəisi Alı Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra gətirilib. Məlumatlara görə Əhməd Əsgərov həm də rayon İcra Hakimiyyətinin başçısının qohumudu. Artıq 75 yaşı olan Əhməd Əsgərovun hələ də vəzifə başında qalmasının səbəbkarı da köhnə korrupsioner Alı Alıyevlə gənc kadr Zaur Mikayılovdur.

Aktualinfo.org

XalqXeber.Az

Ardını oxu...
 
Gundelik-baku.com xəbər verir ki, Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Canəhməd Əhmədovun Qusar-Xudat yolunda yerləşən dəyəri milyonlarla ölçülən Karvan Hoteli var. Canəhməd Əhmədovun Qusarda və İmişlidə xeyli obyekti olduğu deyilir. Və onları Quba, Qusarda yerləşən işıq idarələrinə adını yazdırdığı qardaşı və bacısı oğlunun idarə etdiyi deyilir. Hotelin şəkillərini təqdim edirik.
Xatırladaq ki, Canəhməd Əhmədovun 63 min dollara (110 min manata) Galinvagen aldığı cəmiyyətdə xoş qarşılanmamışdı.
Araşdırmamız davam edir. Bizi izləyin.Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
"Xətai rayonunda mənə məxsus avtomobil dayanacağı qanunsuz olaraq sökülür".

DİA.AZ xəbər verir ki, bunu Bakupost.az -a dayanacağın sahibi İlqar Kərimov bildirib.

Şikayətçinin sözlərinə görə, mayın 9-da Xətai Rayon İcra Hakimiyyətinin işçiləri və 85 saylı Mənzil Komminal İstismar Sahəsinin rəisi Elcan Orucov həmin obyektin sökülməsi üzrə işlərə başlayıblar.

O, tikilinin sökülməsi ilə bağlı heç bir rəsmi sənəd təqdim olunmadığını deyib. Şikayətçinin sözlərinə görə, dayanacağı yol çəkmək üçün sökürlər:

“Heç bir sənəd təqdim etmirlər. Sadəcə, dövlət layihəsi olduğunu deyirlər. Dövlət layihəsi olanda əvvəlcə əraziyə baxış keçirilir, sərəncam verilir. Sadəcə, söküb yol çəkmək istəyirlər. Yol çəkilirsə, obyekti sökülən hər bir sakinə, o cümlədən mənə təzminat verilməlidir. Atam Altsheymer xəstəsidir, mən o pulu alıb atamın sağlamlığı üçün xərcləmək istəyirəm. Çünki atam Zeynal Kərimov bu obyektə görə 25 il vergi, torpaq pulu ödəyib. Atamın və mənim hərbi qulluqçu olduğumuzu da nəzərə almırlar”.

İ.Kərimov qeyd edib ki, qarşı tərəf müqavilənin vaxtının bitdiyini iddia etsə də vəkil bütün sənədlərin qaydasında olduğunu bildirib:

“Mən bu tikilidə heç nə etməmişəm. Tikiləndə uşaq idm. Atamın halallığını qorumağa çalışıram. Sənədlərin vaxtının bitdiyini deyirlər. Atam 2017-ci ildən Altsheymer xəstəsidir. Müqavilə müddəti isə 2018-ci ildə bitib. Vaxtı uzatmağa imkan olmayıb. Mən də başqa sahədə çalışırdım, anlayışım olmayıb. Vəkilimiz Rauf Abdullayev deyir ki, 25 il bir obyekt istifadə edilibsə və bu müddət ərzində vergi ödənibsə, həmin müqavilə avtomatik olaraq uzadılmış sayılır. Vəkil məhkəmə qərarı olmadan bu tikilinin sökülə bilməyəcəyini bildirib. Deyir ki, sənədlər hamısı qaydasındadır”.

Məsələ ilə bağlı İlqar Kərimovun vəkili Rauf Abdullayev ilə də əlaqə saxladıq. O, həmin ərazidə hər hansı iş aparmaq üçün icra hakimiyyətinin səlahiyyəti olmadığını deyib:

“Həmin torpaq 1993-cü ildə Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 25 il müddətinə onlara ayırılıb. 1999-cu ildə torpaq islahatı ilə bağlı fərman verilib. Həmin torpaqlar icra hakimiyyətlərinin balansından çıxarılaraq bələdiyyələrə verilib. Fərmandan sonra 2000-ci il tarixli qərarla artıq həmin səlahiyyətlər icra hakimiyyətlərinəlindən alınıb. 2002-ci ildə isə Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində yerləşən 11 icra hakimiyyəti başçısına məktub göndərərək bu barədə xəbərdarlıq edib. Bu qərardan sonra artıq insanlar bələdiyyə ilə müqavilə bağlayır, orada qeydiyyata düşür, vergisini ödəyirlər”.

Vəkil bildirib ki, dövlət ehtiyacı hesabına sökülən hər hansı obyekt üçün hüquqi sənədlər təqdim edilməlidir:

“Qanuna əsasən, əgər kiminsə torpağı və ya digər daşınmaz əmlakı dövlət ehtiyacları üçün alınırsa, əvvəlcə icra hakimiyyəti həmin şəxsləri çağırıb sənədlərlə tanış etməlidir. Daha sonra 3-6 ayadək xəbərdarlıq edilməli, onlar sövdələşməyə cəlb edilməli, kompensasiya təklif olunmalıdır. Əgər qarşı tərəf yenə də razılaşmırsa, o zaman məhkəməyə müraciət edilə bilər. İalnız məhkəmə qərarından sonra hansısa icra işlərinin həyata keçirilməsi mümkündür”.

Şikayətçi tərəfin haqlı sayan R.Abdullayev obyektin sökülməsinin özbaşınalıq və qanunsuzluq olduğunu vurğulayıb:

“Hazırda icra orqanları onların səlahiyyətində olmayan obyekti xəbərdarlıq etmədən, sənəd təqdim etmədən sökürlər. Bu, Mülki Məcəllənin müddəalarına əsasən, özbaşınalıqdır. Onların torpaq haqqında sərəncam vermək hüquqları da yoxdur. Bu məsələlər Nazirlər Kabineti tərəfindən, Dövlət Proqramı əsasında həyata keçirilir. Zeynal Kərimov və oğlu İlqar Kərimov haqlı olaraq şikayət ediblər. Onlar ya kompensasiya almalı, ya da başqa yerdə torpaqla təmin olunmalıdır. Tikinti materialları başqa əraziyə daşınıb yeni obyekt tikilməlidir. Həmçinin, deyirlər ki, yol, yaxud park salınacaq. Həmin obyekt binanın arxasıdır. Yolu hara çəkəcəklər? Parkı hara salacaqlar? Hamısı yalandır. Orada bina tikəcəklər. Ona görə də belə qanunsuz işlər görüb camaatın hüquqlarını pozurlar”.

Məsələ ilə bağlı 85 saylı MKİS rəisi Elçin Orucov ilə əlaqə saxladıq.

O, obyektin müqavilə müddətinin bitdiyini bildirib:

“Həmin tikili 1993-cü ildə bələdiyyədən 25 illik müqavilə ilə icarəyə götürülüb. 2018-ci ildə müqavilənin vaxtı bitib. Lakin həmin şəxs müqavilə müddətinin bitməsindən sonra da obyektdən istifadə edib. Sakinlər də istifadə etdiyi üçün bir söz demirik. Dəfələrlə ona müraciət etmişik ki, park salınsın, yol çəkilsin, ümumilikdə abadlıq işləri aparılsın. Lakin o yolun açılmasına imkan yaratmayıb. Artıq bu dayanacaq qanunsuzdur. Orada yaşayan sakinlərin ərizəsi də əlimizdədir. Amma həmin şəxs tərslik edirdi. Nəhayət, dünən gedib səliqəli şəkildə söküntü işlərinə başladıq. Onun burada heç bir səlahiyyəti yoxdur. Qanunsuz tikilinin sökülməsi üçün icazə sənədi olmur. Qanunsuz tikili dövlət tərəfindən sökülməlidir”.

Yazını hazırlayarkən, Elcan Orucov yenidən bizimlə əlaqə saxladı. Onun məsələ ilə bağlı zəruri əlavəsinin olduğunu zənn etsək də, MKİS rəisi gah bizə "məsləhət" verdi, gah da məhkəmə ilə hədələdi:

"Mən özüm də jurnalistəm. “Gəncə” və “Sumqayıt” jurnallarının redaktoruyam. Mətbuatda da kifayət qədər əlaqələrim var. Gəlin, jurnalist etikasına əməl edək. Ümumiyyətlə, bu materialın saytda getməsinin mənası yoxdur. Haqsız şikayəti dərc etdiyinizə görə mən məhkəməyə müraciət edəcəm. Siz bunu dərc etməməli, şikayətçinin özünü məhkəməyə verilməlisiniz ki, niyə bizi yanlış yönəldirsiz. Obyektiv şikayətə reaksiya verməlisiniz. Bu yazı getsə, saytınızın imicini korlayacaq. Bir narazılığın varsa, gəlin bir stəkan çay içək, söhbət edək".

Maraqlıdır, əgər şikayət doğrudan da əsassızdırsa, onda MKİS rəisini bu qədər narahat edən nədir? Mövzunu diqqətdə saxlayacağıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Ardını oxu...
Yeni Salyan yolu 20 ünvanındakı binanın (“Jurnalistlər evi”) həyətində fəaliyyət göstərən OBA marketdə istifadə müddəti bitmiş yulaf satışa çıxarılıb.

DİA.AZ bildirir ki, bu barədə Pravda.az-a göndərilən şikayətdə bildirilib ki, istehsalçısı “ELHAY” MMC olan yulafın içindən canlı həşəratlar çıxıb.

Ardını oxu...

İstifadə müddəti 2 avqust 2022-ci ildə bitsə də, OBA marketin sözügedən filialında həmin məhsul hələ də satışdadır.

Məsələ ilə bağlı OBA marketlər şəbəkəsinə sorğu göndərsək də, mövqe bildirilməyib.

Vətəndaşları təhlükəli hallarla üzləşməmək üçün marketdə ərzaq almazdan öncə istifadə müddətinə baxmağı tövsiyə edirik!

Ardını oxu...
Hamının Lənkəran MERO dediyi, lakin rəsmi adı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki Baxış şöbəsindən bəhs etmək istəyirik.
Qısaca onu qeyd edək ki, Azərbaycanda bu qədər açıq-aşkar rüşvətin alındığı ikinci bir qurum təsəvvür etmək çətindir. Bu yaxınlarda tanışlardan biri dedi ki, Rusiyada iki il çalışsam da sürücülük vəsiqəsi ala bilmədim, amma Bakıya gələn kimi pulumu verib sürücülük vəsiqəsi aldım. Təsəvvür edirsiniz vətəndaş Rusiyada iki il sürücülük vəsiqəsi ala bilmir, amma Bakıya gələn kimi pulunu verib sürücülük vəsiqəsi alır. Bu hal millətimizə, dövlətimizə yaraşan hal deyil. Həm də unutmayaq ki, dünyada azərbaycanlılar qədər avtoqəzalarda ölən ikinci millət yoxdir. Yəni avtoqəzalarda ölənlərin sayına görə Azərbaycan dünyada birinci yeri tutur. Biz rəsmi rəqəmdən bəhs edirik ee.... Bunun əsas səbəbi nədir..?
Əlbəttə, sürücülük vəsiqələrinin açıq bazar formasında satılması. Biraz sərt də olsa deməliyik ki, “prava” satanlarla torpaqlarımıza mina basdıranların heç bir fərqi yoxdur. Kim necə başa düşür düşsün, bu millətə qarşı genosiddir. Bəzi MERO rəisləri “prava” satıb milyonlar qazanacaq, ortada millətin övladları həlak olmalıdır..?
Sözün qısası, 2021-ci ildə cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli Vilayət Eyvazov Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədovu tutduğu vəzifədən azad edərək Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəisi təyin edəndə Cənub bölgəsinin adamları düşündü ki, prava satmaq məsələsinə son qoyulacaq. Amma... Əmması odur ki, MERO-nun yeni rəisi Kamran Məmmədov əksinə “prava tarif”lərini qaldırmağa başladı. Belə ki, əvvəl “prava” almağın qiyməti 900 manat idisə, indi 1100-1200 manata qalxıb. Bunun üçün “parava” maklerləri var, onlara yaxınlaşıb sövdələşmək yetər. Sürücülük vəsiqəsindən başqa maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib. Belə ki, rəisin maklerləri sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir. Bundan başqa nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Bu hələ harasıdır..?
Kimlər ki, öz qanuni hüququnu tələb edir, rəisin qoçuları tərəfindən təyziqlərə məruz qalırlar. Biz hələ oğurluq maşınları qeydiyyatından danışmırıq. Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə sürücülük vəsiqəsinin qiyməti də dəyişir.
Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir. Bu barədə saytların çoxunda yazılıb və təkzib olunmayıb. Bəli, Lənkəran MERO-nun rəisi Kamran Məmmədov prava sata-sata milyonçuya, oliqarxa çevrilib. Bu adam Cənub zonasında ən bahalı torpaqları ələ keçirib. Özü də öz yaxın qohumunun vasutəsilə.
Bəli, Kamran Məmmədovun yaxın qohumu Əmlak komitəsində yüksək vəzifədə işləyir. Və Kamran Məmmədov hər yerdə deyir ki, mən qohumumun vasitəsilə istənilən torpağı həm icarəyə, həm də satın ala bilərəm. Biraz da çətinə düşən kimi deyir ki, mən CƏNAB-a məruzə edim, sonra... Görəsən, bu hansı CƏNAB-ı nəzərdə tutur.
Görəsən, bu CƏNAB-ın adı, soyadı nədir, hansı vəzifəni daşıyır..?
Onu da qeyd edək ki, Kamran Məmmədov kimlərəsə hədə-qorxu gələrək deyir ki, bütün vəzifəli şəxslərin mülklərinin, obyektlərinin siyahısı əlimdədir haa...
Görəsən, MERO rəisi bu əmlakların siyahısını necə ələ keçirib..? Çox güman ki, yuxarıda adını çəkdiyi qohumunun əli ilə. Bu barədə növbəti yazıda. Bizi izləyin.
 //gundelik-baku.com//
 
Ardını oxu...
Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanında yeni tikinti işləri ilə əlaqədar ərazidəki ağacların məhv edilməsi ilə bağlı məlumat yayılıb.

Qaynarinfo xəbər verir ki, "Ecofront” səhifəsində yayılan məlumatda ərazidə çoxmərtəbəli bina tikintisi ilə əlaqədar çoxillik ağacların bilərəkdən məhv edildiyi deyilir:

"O ağaclar tez bir zamanda müalicə edilməlidir. Kəsilən ağacların hamısı stress altındadır. Heç bir "budanan" ağacın kəsilmiş hissəsinə "aşı məcunu" (zərərvericilərə qarşı qoruyucu örtük), ən azından bir emusiya da vurulmayıb. Bəzi ağaclarda (qovaq ağaclarında) bir budaq belə qalmayıb. Ağaclar qəsdən, bilərəkdən çürüməyə məhkum olunub".

Apardığımız araşdırmaya görə, sözügedən ünvan "İnvest.M Construction” MMC tərəfindən icarəyə götürülüb. İcarəyə götürülən ərazidə yaşayış binalarının bir hissəsi sökülüb. Daha bir maraqlı fakt: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova MMC-nin icraçı direktoru Cavid Musayev adından daxil olan məktubda göstərilir ki, icarəyə götürdükləri 15 500 kvadrat metir ərzidə ağac və digər yaşıllıqlar yoxdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Qafar Ağayev yaşıllıqların məhv edilməsi faktının aşkar olunmadığı bildirir: "Araşdırma ilə əlaqədar, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşuniski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının həyətində keçirilən baxış zamanı ərazidə mövcud olan yaşıllıqların (əsasən ağacların) Nəsimi Rayon İcra Hakimiyyətinin müraciətinə, Dövlət Ekoloji Ekspertiza Agentliyinin ekspertiza rəyinə və Nəsimi Bələdiyyəsinin məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən budama işlərinin aparıldığı, ərazidə qanunsuz olaraq kök boğazından hər hansı bir yaşıllığın kəsilməsi və ya məhv edilməsi faktının olmadığı müəyyən olunub".

Sosial şəbəkələrdə ərazidə yaşayan insanlar tərəfindən nazirliyin bu açıqlamasının yanlış olduğu və müvafiq tikinti şirkətinin marağına işlədiyi deyilir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
2018-ci ildə kadr və struktur dəyişiklikləri başlanansa ilk demontaj edilməli, yaxud restavrasiya işləri aparılmalı olan qurum Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası idi. Çünki fəaliyyəti sıfırın altında mənfi göstərirdi. Yəni nazirliklər, komitələr varıydı ki, birləşdirildi və ya ləğv edildi, bu təsisatda da fundamental dəyişiklik zəruri idi. Amma olmadı. AHİK sədri Səttar Mehbalıyevin Prezidentin keçmiş köməkçisi Əli Həsənovun qudası olması da burada rol oynamışdı. Bu nüfuzdan və gücdən istifadə edərək təşkilatı reformalardan kənarda saxlamağa, ənənəvi köhnə idarəetmə metodlarını qorumağa müvəffəq olmuşdu. Hazırda təşkilatın 30 yaşı var. 5-6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilib. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 16135 həmkarlar ittifaqı təşkilatını və təqribən 1121946 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu da bunlar xub, gözəl, pakizə! Bəs bu qədər potensialla hansı işlər görülməkdədir?
Anaxeber.info bu mövzuda bəzi araşdırma və dəqiqləşdirmələr aparıb. Məlum olub ki, adı var, özü yox kimi AHİK-də dəyişikliklər qaçılmazdır. Ölkədə sosial şəraitin pisləşdiyi zamanda həmkarlar ittifaqı böyük dəstək olmaq əvəzinə, maxinasiya vintinə çevriliblər. Ən dəhşətlisi odur ki, təşkilat təsis edildiyi gündən bəri sədri eyni adamdır. Mehbalıyev 30 ildir ki, AHİK sədrinin kreslosunu tərk etmir. Hər dəfə qurultay onu “seçib” və sözsüz ki, bir şəxs 30 il eyni vəzifəni tutursa, orada inkişaf, yenilik ola bilməz. Bu, sadə qaydadır. Yenilik orada olur ki, rəhbər şəxs dəyişir və nəticədə yeni gələn fərqlənməyə can atır. Mehbalıyev isə yazıçı Anarın 30 ildən çoxdur AYB sədri olması kimi, AHİK sədri postunu tutur. Bu vəzifə isə ona həyatda 30 il ərzində milyonlarla gəlir qazandırıb: putyovka pulları, yeyintilər, müxtəlif maxinasiyalar, üzvlük haqları…

Avropanın ən sivil, sosial rifah olan ölkələrində belə həmkarlar ittifaqları çox fəaldır, əməkçilərin hüquqlarını müdafiə edirlər, müxtəlif yardım paketləri, kampaniyalar təşkil olunur. Hələ bu inkişaf etmiş Avropadır…Azərbaycan kimi sosial təbəqələşmənin dərinləşdiyi, əhalinin xeyli hissəsinin kasıb olduğu, ehtiyaclar içərisində yaşadığı bir ölkədə isə həmkarlar təşkilatları, başda AHİK və sədri Mehbalıyev olmaqla daha çox iş görməlidirlər. Ötən həftə intihar edən qazidən tutmuş, əlilliyə görə nazirlikdə işləyən qazini belə vurmuş veterana kimi, eləcə də şəhid ailələri, sosial müavinət ala bilməyənlərə qədər cəmiyyətin kasıb zümrəsi ilə maraqlanmaq lazımdır. Amma hələ illər əvvəl elə Mehbalıyevin zülmü ucbatından bir qazi özünü yandırmışdı, düz AHİK qarşısında…

Təşkilatın rəsmi saytına da göz gəzdirəndə belə aydın olur ki, fəaliyyət kosmetikdir. Bu məsələni dilə gətirən Müstəqil Həmkarlar Birliyi də maraqlı nüanslar açıqlamışdı. Təşkilatın qaynar xəttinə şikayətlər daxil olmaqdadır. Müxtəlif sosial şikayətlər, vətəndaşların problemləri haqqında müraciətlər gəlir. Müstəqil Həmkarlar Birliyinin sədr müavini Xəzər Teyyublu demişdi ki, Konfederasiyası əməkçinin yanında dayanmalıdır, əmək müqaviləsi və Əmək Məcəlləsinin tələblərindən irəli gələrək, vətəndaşların hüquqlarını müdafiə etməlidir. Sitat: “Bu gün həyatın bütün sahələrində çətinliklər mövcuddur. Xüsusən də işsizlik, təqaüdlər, icbari tibbi sığorta ilə bağlı. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası isə səsini çıxarmır. Biz onların hansısa açıqlamasını, hökumətə təkliflər paketini görmürük”.

Eyni zamanda, sual oluna bilər ki, tələbələrdən hər ay tutulan 2 manat hara gedir? 100 mindən çox tələbənin verdiyi bu pul aylıq 200 min manatın toplanması deməkdir. Həmçinin, müxtəlif peşə sahibləri də bu “terrora” məruz qalırlar. Eyni zamanda, AHİK putyovkaların verilməsində ciddi maxinasiyalar həyata keçirir.

Bu mövzuda danışan hüquqşünas Əkrəm Həsənov isə bildirmişdi ki, Həmkarlar İttifaqı Konfederasiyası Azərbaycanın ən korrupsioner qurumudur. Mütəxəssisin sözlərinə görə, həmin pul tələbələrdən ona görə tutulur ki, guya bütün tələbələr həmkarlar ittifaqlarının üzvüdürlər. “Bu pul da guya ki, üzvlük haqqı sayılır. Ancaq həmkarlar ittifaqlarına üzvlük könüllüdür. Həmin tələbənin üzvlük haqqında ərizəsi olmalıdır. Araşdırsanız heç bir tələbədə belə bir ərizə yoxdur, yazmayıb. Bu tutulmalar tamamilə qanunsuzdur. Bu pullar Həmkarlar İttifaqı Konfederasiyasına gedir və onlar da pulu hara xərcləyir, məlum deyil. Çünki şəffaflıq yoxdur, hesabat verilmir. Halbuki hesabat verməlidirlər. Onlar təkcə tələbələrdən deyil, dövlət müəssisələrindən, idarələrdən, təşkilatlardan da bu haqqı tələb edirlər”.

Bundan başqa, Mehbalıyevin varidatı hazırda 10 milyonlarla ölçülür. İllərdir ki, AHİK-in Mehbalıyevin “ailə konfederasiyası” kimi idarə olunması kimsəyə sirr deyil. Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır. Qızı, 1988-ci il təvəllüdlü Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq xanımı və qızı təmsil edir.
Onu da deyək ki, mətbuatda yayılan xəbərlərə görə Səttar Mehbalıyevin xanımı Türkiyədə “Sat Turizm Diş Ticaret Limited” şirkətini təsis edib. 2009-cu ildə Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb. İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüquqi ünvanı belədir: Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3. Nizamnaməyə görə şirkətin ticarət, turizmlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var. Həmçinin dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb. Amma qurumun fəaliyyətsizliyi və sədrinin əməlləri bununla məhdudlaşmır. Onları bir məqaləyə sığışdırmaq çətindir. O səbəbdən növbəti araşdırma yazılarında yeni məlumatlar dəqiqləşdirməyə çalışacağıq. Bununla belə jurnalistika prinsiplərinə əsasən, yazıda adı çəkilən bütün tərəflərin mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.

Anaxeber.info

Dünyapress TV

Xəbər lenti