Ardını oxu...
"Miss Türkiyə 2024” müsabiqəsinin qalibi İdil Bilgen Türkiyənin yeni gözəllik kraliçası seçilib. Koç Universiteti Tibb Fakültəsinin məzunu olan Bilgen müsabiqədən sonra sosial mediada sıx tənqidlərə məruz qalıb.

Demokrat.az xəbər verir ki, bəzi məşhurlar yeni gözəli tənqid edərkən, digərləri Bilgenin gözəl türk qadını kimi təmsil olunmasını müdafiə edib.

Tilki paylaşımında bunları qeyd edib:

"Ümumiyyətlə gözəllik yarışmalarını dəstəkləmirəm, amma çox təchiz olunmuş, hekayəsi olan bənzərsiz, özünə xas gözəllikləri olan qadınları çox sevirəm. Keyfiyyətli gözəlliyi ilə türk qadını. Bunu tənqid edən insanları, öyrədilmiş məlumatlarla idarə olunurlar, heç bir gözəlliyi dərk edəcək qədər azad deyillər”.

“Miss Turkey 2024” qalibi İdil Bilgen sosial mediada mübahisə yaratmağa davam edərkən, bəziləri onun həm zəkasıyla, həm də gözəlliyi ilə Türkiyəni qürurla təmsil edəcəyini iddia edib.
 
Ardını oxu...
Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.

Gununsesi.info–nun xəbərinə görə, xalq artisti bu dəfə “Dəmir Bank”a olan köhnə borclarını ödəmədiyinə görə məhkəməyə verilib.

Belə ki, Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “DəmirBank” ASC qarşısında borc öhdəliyi olan Ağadadaş Ağayevdən banka olan borcunu tələb etsə də, o bunu ödəməkdən imtina edib. Nəticədə Fond xalq artistindən Binəqədi Rayon Məhkəməsinə şikayət verib.

Məhkəmə Ağadadaş Ağayevin illər əvvəl bankdan götürdüyü, amma ödəmədiyi krediti və onun hesablanan faizlərini qaytarması barədə qərar çıxarıb.

Araşdırmamız zamanı bu vəsaitin 50 min manata yaxın olduğu bəlli olub.

Xatırladaq ki, Ağadadaş Ağayev bir müddət əvvəl məhşur “balta olayı” ilə gündəmə gəlib.

Bu hadisəyə görə də cinayət işi başlanıb və istintaq aparılır.
Ardını oxu...
“Babam sağ olsaydı heç vaxt müğənni olmağımı istəməzdi. Amma anam istəyirdi ki, babamın sənətini davam etdirim. Uşaq vaxtı kimsə muğam oxuyanda iməkləyə-iməkləyə gedib televizorun qabağında dayanıb baxırmışam. Babam anama deyib ki, bunun çox gözəl musiqi duyumu olacaq. 1993-cü ildə 1 yaş yarımlıq idim. Babamın xəstə illərinə düşmüşəm. Mən də çox ağlağan uşaq idim. Babam deyirmiş ki, məni öldürsə bu uşağın səsi öldürəcək. Hətta babam dünyasını dəyişəndən sonra mənə sual verirdilər ki, babanı kim öldürüb? O vaxt artıq ağlım kəsirdi. Deyirdim ki, babanı mən öldürmüşəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Hacıbaba Hüseynovun nəvəsi Fatimə Hüseyn deyib. O daha sonra əlavə edib.

“Çox təəssüf ki, babamın yolunu sonadək davam etdirmədim. Məni çox həvəsdən saldılar. İncəsənəti başqa cür təsəvvür edirdim. Adı kimi incə sənət olduğunu düşünürdüm. Amma sənətin içinə girdikdə gördüm yox, heç də düşündüyüm qədər incə deyil. Hətta üzümə dedilər ki, bilsələr ki, Hacıbabanın nəvəsisən, səni qabağa getməyə qoymayacaqlar. Amma mən elə bilirdim ki, Hacıbaba Hüseynovun nəvəsi olmaq yaşıl işıqdır. Onu özünə rəqib bilənlər, sənətini gözü götürməyənlər çox idi. Gələcəkdə mənə də mane olacaqdılar” deyə nəvəsi bildirib.

Nəvəsi Hacıbaba Hüseynovun vəsiyyətindən, arzularından da danışıb.

“Babamın evdə 300-dən artıq oxunmamış qəzəli var. Onların kitab halına salınması söhbəti var idi. Babam rəhmətə gedəndə anama iki şeyi vəsiyyət edib. Bir qavalı. Bugünki gündə bizdə qalır. Vəsiyyət edib ki, birdən muzeydən istəyərlər, verməyin. Bir də deyib ki, qəzəllərimi Rafael Hüseynov istəsə verin kitabımı çıxartsın. Biz istəyərdik ki, həmin kitab işıq üzü görsün. Oxunmayan həmin qəzəllər o kitabda çap edilsin. Qəzəllər artıq babam rəhmətə gedəndən Rafael müəllimdədir. Bizim cavanlarımız da bundan bəhrələnər. Gənc xanəndələr var ki, bu gün məndən o qəzəlləri istəyirlər. Kitab çıxmadığı üçün verə bilmirik” deyə sənətkarın nəvəsi deyib.
 
Ardını oxu...
Bu gün Xalq artisti Brilliant Dadaşovanın doğum günüdür.

Axşam.az xəbər verir ki, 65 yaşı tamam olan sənətçi özəl günündə ağ dekolteli libasda çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.

O, paylaşımına "Bü gün nəhayət 1677 yaşım tamam oldu. Məni təbrik edin. Sizi sevirəm" sözlərini yazıb.

Qeyd edək ki, Brilliant Dadaşova Rus Dram teatrının rəhbəri Ədalət Hacıyevlə ailəlidir. Onların Cahad adlı bir oğlu var.
Ardını oxu...
Əməkdar artist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Elza Seyidcahanın efirdə səsləndirdiyi “Tüpürüm sizin ağzınıza” adlı “şeiri” sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Sözügedən şeirin efirdə səsləndirilməsi ictimaiyyətdə birmənalı qarşılanmayıb və narazılıq doğurub. Hətta bunu E.Seyidcahanın insanları təhqir etməsi kimi dəyərləndirənlər də var.

Əməkdar artist buna görə AYB-dən uzaqlaşdırıla bilərmi?

Mövzu ilə bağlı danışan AYB sədri Anar Rzayev məsələdən məlumatsız olduğunu bildirib.

“Hazırda bağda dincəlirəm. Məzuniyyətdə olduğum üçün televiziya və sosial şəbəkələri izləmirəm. Açığı, Elza xanımın necə bir şeir deməsindən məlumatsızam. İstirahətdən qayıdan kimi, həmin görüntüləri izləyəcəm”.

Anar Rzayev Elza Seyidcahanın AYB-dən kənarlaşdırılmasının mümkünlüyündən danışıb:

“Şeirlə tanış olduqdan sonra bir söz deyə bilərəm. Əlbəttə, bizim nizamnaməni pozan kəslər AYB-dən uzaqlaşdırılır. Məsələn, klassiklərimizi təhqir edən adam olub ki, biz onu kənarlaşdırmışıq. Elza Seyidcahanın şeirində də təhqir olarsa, tədbir görüləcək”. \\Globalinfo.Az
 

Ardını oxu...
"Bir neçə gündür ki, media əhli, sosial şəbəkə camaatı müğənni Kərimin toyda fonoqram oxuduğu və toyu tez bitirdiyi üçün döyüldüyündən yazır. Döyənlər də tutulub". Dia-az.İnfo bildirir ki, bunu hadisə ilə bağlı açıqlamasında tanınmış telejurnalist Afət Telmanqızı qeyd edib.
"İndi keçiblər şadlıq sarayı bu məmurun imiş araşdırmasına..." deyə etirazını ifadə edən jurnalist daha sonra bildirir: "Ay başınıza fırlanım. Şadlıq sarayının keçmiş Baş Bankir Elman Rüstəmova məxsus olmasının müğənninin döyülməsinə nə dəxli var axı? Şadlıq sarayı başqa şəxsə məsələn, adi sahibkara məxsus olsaydı Kərim döyülməyəcəkdi?

Ardını oxu...

Gələk döyülmə faktına. Şiddəti pisləyirəm. Döyülmə də içində. Amma insaf da yaxşı şeydi. Ay müğənni toy sahibi ilə danışığın necə olub? Fonoqramaya görə məbləğ danışmamısan axı. Canlı ifa üçün sənə o pul ödənilib. Xaltura edəcəkdinsə, ona uyğun pul danışardınız.İndi də belə şüvən salmazdın. Arada sən döyüldün, bir neçə nəfər də saxlanıldı. Sənə lazım idi? Amma bu dərsdən nəticə çıxarmaq lazımdı. Sonra da deyirsən ki polisə güvənirəm. Haqq, ədalət yerini tapacaq. Sən özün bu məsələdə haqlısanmı? Sənə verilən haqqa( pula) layiq davrandınmı? Toyu tez bitirib mən aeroportda olmalıyam deyib şələ-şüləni yığıb qaçanda xəstəxanadan paylaşım edəcəyini düşünməliydin..."
Ardını oxu...
Müğənni Kərim Abbasov toy sahibi tərəfindən döyülməsi ilə bağlı ilk dəfə açıqlama verib.

Oxu.Az xəbər verir ki, bu barədə o, öz "Instagram" səhifəsində paylaşım edib:

"Mənim üçün üzülən dostlarım və sevənlərim! Hər qaranlıq gecənin bir sabahı var. Azərbaycan polisinə inanıb və güvənirəm. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq."
 
Ardını oxu...
Kamala Harrisi dəstəkləyən Teylor Svift gələcəkdə qərarının nəticələri ilə üzləşəcək.

Bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

“Mən Taylor Sviftin pərəstişkarı deyiləm. O, demokratı hər zaman dəstəkləyir və biznesdə bunun əvəzini ödəyəcək”, – deyə sabiq prezident bildirib.

Qeyd edək ki, məşhur müğənni daha əvvəl Harrisi “böyük fərasətli istedadlı lider” adlandırıb. O əlavə edib ki, Birləşmiş Ştatlar “xaosdansa sakitliyi” rəhbər tutsa, daha çox şeyə nail ola bilər.
 

Ardını oxu...
Müğənni Tacir Şahmalıoğlu və Fədayə Laçın bir araya gəlib.

İfaçılar Rusiyada toy məclisində görüşüblər. Fədayə Tacirin videosunu yayımlayıb. Sənətçilərin uzun illər küsülü olduğu vurğulanıb.

Moderator.az-a açıqlama verən Fədayə Laçın bütün bu yayılan söz-söhbətləri şayiə adlandırıb.

“Biz heç vaxt küsülü olmamışıq. O nə söhbətdirsə bilmirəm. Hər dəfə bizi birgə toyda, məclisdə görəndə o dəqiqə yazırlar ki, barışıblar. Nə vaxt dalaşdığımızı bizə desinlər! Nə vaxt dalaşmışıq? Nə vaxt Tacirlə problemim olub?! Mən Tacir haqda nə vaxt pis bir söz demişəm?! Və yaxud o mənim haqqımda nə vaxt pis danışıb?! Deyibsə mən nə cür reaksiya vermişəm?! Mən dalaşmışammı? Yoxsa boş vermişəm?! Biz heç vaxt dalaşmamışıq. Mən problemli adam deyiləm. Tacir mənim xətrimi, mən də onun xətrini çox istəyirəm. Adamın üstündə Allah var. Tacir nə vaxt məni görübsə həmişə mehribanlıqla qarşılayıb, toyumuzu, məclisimizi yola vermişik. Deyib gülə-gülə, zarafatla, ləzzətli oxuya-oxuya, sənətimizlə camaatın sevgisini qazana-qazana. Bizim duetlərimizi hamı sevir. Birlikdə oxumağa 1998-ci ildən başlamışıq. 1998-ci ildən bu yana bizi hamı toylarında duet ortağı olaraq görmək istəyir. Taciri Bakıdan, məni isə Moskvadan Nijni-Novqorod şəhərinə dəvət etmişdilər. Gözəl müğənnimiz Afət Fərmanqızı da orada idi. O da bizim sənətimizi dəhşət çox istəyir. Mən də onun bu xasiyyətinə görə onu çox istəyirəm. Onunla birlikdə nə qədər toylara düşmüşüksə hər zaman hər yerdə durub deyib ki, Fədayə sənətkardır. Mikrofonu əlinə götürüb ünvanıma gözəl sözlər deyir. Mən də Tacirin Afətlə oxuduğu dueti paylaşmışdım” deyə müğənni bildirib.

“Tacir Şahmalıoğlu ilə yenidən yaradıcılıq yollarınız kəsişə bilər?” sualına müğənni belə cavab verib.

“Xeyr. Biz yalnız toylarda, el şənliklərində bir araya gəlirik. Biz oxuyanda insanlar sanki konsertə gəlmiş kimi davranırlar. Hamı deyir ki, oxuyun dinləyək. Kaşki musiqini anlayan insanlar daha çox olardı. Allah el-obamızı, millətimizi qorusun” deyə müğənni bildirib.
 
Ardını oxu...
Müğənni Kərim toyda döyülüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Araşdırma gedir.

Dünyapress TV

Xəbər lenti