Ardını oxu...
Ukrayna iyunun 15-də İsveçrədə keçiriləcək Sülh Sammitində dünyanın 106 ölkəsinin iştirakına dair razılığını alıb, lakin Rusiya onun keçirilməsinə mane olmağa çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən səslənib.

İsveçrədə keçiriləcək Qlobal Sülh Sammitinin iştirakçıları birgə üç bənd üzrə fəaliyyət planı hazırlayacaqlar: azad naviqasiya, nüvə və enerji təhlükəsizliyi və əsirlərin mübadiləsi, qeyri-qanuni deportasiya edilmiş uşaqların geri qaytarılması.

Daha sonra Ukrayna lideri ABŞ və Çinin Sülh Sammiti ilə bağlı mövqelərini müqayisə edib və Çinin onu pozmağa çalışdığını qeyd edib.

Ukrayna Çinin Zirvə Toplantısında iştirak etməməsindən narazıdır. Hətta Ukrayna lideri rəsmi Pekini sammiti pozmaqda ittiham edir.

“ABŞ yüksək səviyyədə iştirakını təsdiqləyib. Çinə gəlincə, onlar hər hansı bir səviyyədə gələcəklərini təsdiqləməyiblər.

ABŞ isə bəzi dövlətlərlə əlaqə saxlayır və onları Sülh Sammitində iştirak etməyə təşviq edir. Çin isə, əksinə ölkələrin Sülh Sammitinə gəlməsinin qarşısını almağa çalışır. İki mövqe arasında böyük fərq var”,-deyə Zelenski bildirib.

Qlobal Sülh Sammiti 15-16 iyun tarixlərində İsveçrənin Bürgenstok şəhərində keçiriləcək. Rusiya həmin sammitə dəvət olunmayıb.
Ardını oxu...
İranın eks-prezidenti Mahmud Əhmədinejad 14-cü çağırış prezident seçkilərinə namizədliyini irəli sürüb.
"Təsnim" agentliyi xəbər verir ki, o, bir müddət əvvəl hakimiyyəti dövründə vitse-prezident işləmiş Həmid Bəqayinin namizədliyini dəstəklədiyini bildirmişdi.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib.

Qeyd edək ki, İranda növbəti prezident seçkisinin bu il mayın 19-da keçirilməsi planlaşdırılıb.
 
Ardını oxu...
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Qərb Rusiyanın nüvə silahından istifadə məsələsində ölümcül səhvə yol verə bilər.
Qərb Moskvanın heç vaxt nüvə silahından istifadə etməyəcəyini düşünərək səhvə yol verə bilər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev özünün "Telegram" kanalında məlumat verib.
Siyasətçi vurğulayıb ki, bir müddət əvvəl Qərb siyasətçiləri Rusiyanın Ukrayna ilə açıq hərbi münaqişəyə girməyəcəyinə əminlik ifadə etsələr də, səhvə yol veriblər.
"Taktik nüvə silahlarının istifadəsi məsələsində də səhvə yol verilə bilər. Həm də, bu ölümcül səhvə bərabər ola bilər" - Medvedev yazıb.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini qeyd edib ki, Qərblə münaqişə hazırda ən pis ssenari üzrə inkişaf edir və heç kim onun "son mərhələyə" keçidini istisna edə bilməz.
 
Ardını oxu...
Sloveniya hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolzla görüşündən sonra yekun brifinqdə demişdi ki, Fransa Fələstini yalnız faydalı olarsa tanımağa hazırdır.

Mayın 28-də Norveç, İspaniya və İrlandiyanın Fələstini müstəqil dövlət kimi tanımaq qərarı qüvvəyə minir.

Bunlar son 10 ildə belə bir addım atmağa qərar verən ilk Avropa ölkələridir. Üstəlik İspaniya Qüdsü Fələstinin paytaxtı kimi tanıyıb.

İsraildə Oslo, Madrid və Dublinin hərəkətləri düşmənçiliklə qarşılanıb, onları ölkənin suverenliyinə zərbə vurmaq cəhdində ittiham ediblər.
Ardını oxu...
Rusiya elitası Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin edilməsindən həyəcanlanır. Bu, Rusiya lideri Vladimir Putinin seçimi ilə Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi hesab olunur.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Bu cür söz-söhbətlər uzun müddətdir ki, davam edir. Dyumin Putinin təhlükəsizlik xidmətindən, xüsusi xidmət əməkdaşlarındandır. Sonra Dyumin Tula vilayətinin qubernatoru kimi özünü çox yaxşı göstərdi. İndi isə Dyumin Dövlət Şurasının katibi kimi Rusiyanın əsas elitasına federal səviyyədə nəzarət edəcək. Dövlət Şurası isə yeni Konstitusiyaya görə, kollektiv prezident rolunu oynaya bilər. Əsas odur ki, bu gün çoxları Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi gördüyü fikrini gücləndirdi”, – o bildirib.

Qeyd edək ki, Putin bu gün general-polkovnik Dyumini Dövlət Şurasının katibi təyin edib. Dyumin bir neçə gün öncə Putinin köməkçisi gətirilmişdi.
 
Ardını oxu...
Əksər NATO ölkələri hesab edir ki, Rumıniya prezidenti Klaus İohannis alyansın baş katibi postu uğrunda mübarizədən çəkilməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

İohannis namizədliyini elan edəndən bəri yalnız bir ölkənin, yəni Macarıstanın dəstəyini qazana bilib.

Slovakiya öz favoriti barədə hələ qərar verməyib, lakin digər 29 ölkə açıq şəkildə Niderlandın baş naziri Mark Rütteyə dəstək nümayiş etdirib. Bununla belə, onun Yens Stoltenberqin varisi olmaq üçün bütün Alyans ölkələrinin tam dəstəyi lazımdır.

İohannisin ofisi Rumıniya liderinin mübarizəni tərk etməsi üçün təzyiq altında olması ilə bağlı iddiaları rədd edib.

“Namizədliyi geri götürmək üçün heç bir təzyiq yoxdur. Bu, prezident administrasiyasının rəsmi cavabıdır”, – nəşrin aldığı elektron məktubda deyilir.

Anonim iki avropalı yüksək vəzifəli məmurun sözlərinə görə, İohannis əsas müttəfiqləri ilə NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə bir ay qalmış iyunun əvvəlinə qədər mübarizədən çəkilməsi barədə razılığa gəlib.

“Politico” yazır ki, sammitdən əvvəl baş katiblik yarışından çıxmaq İohannisə Qərb müttəfiqlərindən bəzi üstünlüklər qazandıracaq ki, o, bunu digər yüksək vəzifələrlə bağlı müzakirələr zamanı istifadə edə bilər.

Qeyd olunur ki, Brüsseldə İohannis üçün bir neçə senari müzakirə olunur. Ursula fon der Lyanenin ikinci mandat qazanmayacağı təqdirdə onun Avropa Komissiyasının sədri təyin olunacağı ehtimalı azdır.

İohannis üçün müzakirə edilən ikinci variant onun Aİ-nin müdafiə üzrə komissarı olmasıdır. Fon der Lyayen artıq bildirib ki, yaratmaq istədiyi bu vəzifədə şərqi avropalı birinin olması yaxşı olardı.

Nəşr qeyd edir ki, bu vəzifəyə ən çox adı çəkilən namizəd Polşanın xarici işlər naziri Radoslav Sikorskidir. Bununla belə, sürprizləri nəzərə alsaq, bu vəzifəni İohannis ala bilər, deyə adı açıqlanmayan digər iki Aİ rəsmisi bildirib.

Xatırladaq ki, martın 12-də Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.

Ötən il noyabrın əvvəlində “Politico” qeyd edib ki, Rütte NATO-nun baş katibi postunun favoritdir.

Bundan başqa, Latviyanın xarici işlər naziri Krişyanis Karinş də NATO-nun baş katibi postuna namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb və bir qədər sonra Estoniyanın baş naziri Kaya Kallas da oxşar bəyanatla çıxış edib.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.

O, səlahiyyət müddətini 2023-cü ilin sentyabr ayının sonunda bitirməli idi, lakin varislə bağlı konsensusun olmaması səbəbindən NATO üzvləri ondan səlahyyətlərinin uzadılmasını qəbul etməyi xahiş ediblər.
 
Ardını oxu...
Ermənistan Respublikasının 29.7 min kvadrat kilometr suveren ərazisi var və bu ərazi toxunulmazdır.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Ərazi iddialarının təhlükə və riskləri barədə danışan Ermənistan rəhbəri erməniləri reallıqları qəbul etməyə çağırıb və qeyd edib ki, İrəvanın yürütdüyü siyasət reallıqlara söykənir.

Baş nazir kommunikasiyalar və ya nəqliyyat dəhlizlərin açılması məsələsinə də toxunub.

“Sülh qovşağı” layihəsi çərçivəsində regional kommunikasiyaların açılması ilə bağlı bütün fikirlərimizi bildirmişik. Bu layihəni istənilən vaxt, o cümlədən Azərbaycanla birlikdə həyata keçirməyə hazırıq. Niyə “o cümlədən Azərbaycanla” deyirəm, çünki bu proje təkcə Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasına aid deyil, regional əhəmiyyət kəsb edir”, – Paşinyan bildirib.
Ardını oxu...
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkənin İsraildəki səfiri Federiko Meyeri rəsmən geri çağırıb.

Bu barədə “Globo” portalı məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Lula da Silva İsrail Xarici İşlər Nazirliyinin onu persona non-qrata elan etməsindən sonra bu ölkənin İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Üç aydan sonra Meyer mayın 24-də İsrailə qayıdıb, lakin indi yeni iş üçün Cenevrəyə köçürüləcək.

Müvəqqəti işlər vəkili Fabio Farias Braziliyanın Təl-Əvivdəki səfirliyini və digər səfirlik funksiyalarını yerinə yetirəcək.
 
Ardını oxu...
Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşməramlı səylərə dəstək verməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasının nəticələrinə dair bəyanatda deyilir.

Bildirilib ki, Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülhü təmin edəcək razılaşma ilə nəticələnməsi Ankaranın arzusudur.

Qeyd edək ki, mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası keçirilib.
 
Ardını oxu...
Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib

Eyni zamanda etirazçılar artıq parlament binası yaxınlığında toplaşaraq qanunun qəbuluna qarşı olduqlarını bildirirlər.

Dünən Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi prezident Salome Zurabişvilinin “xarici agentlər haqqında qanun”a vetosunun aradan qaldırılmasını təsdiqləyib.
 

Dünyapress TV

Xəbər lenti