İran Prezidenti İbrahim Rəisinin ölümü dünya mediasının əsas gündəm mövzusudur.
“AzPolitika” xəbər verir ki, hadisəni şərh edən “Sky News”-un qənaətinə görə, Rəisinin ölümü rejim üçün təhlükəli məqamdır.
Bununla belə, qeyd olunur ki, həmin hadisə nəticəsində İranın xarici siyasətində dəyişiklik gözləməyə dəyməz: “İran indi həssas bir dövrdən keçir. Rəisi İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyidən sonra ikinci ən güclü şəxs idi. Onun ölümünün böyük nəticələri olacaq. Xamneyi ölkəni sakitləşdirməyə çalışsa da, rejim bilir ki, bu, təhlükəli məqamdır və ehtiyatla davranılmalıdır”.
Yazıda qeyd olunur ki, ölkəyə 50 gün ərzində, seçkiyə qədər vitse-prezident Mohammed Mohbər rəhbərlik edəcək. Mohbər ali liderə Rəisi qədər yaxın deyil. Lakin o, illər boyu Xamneyinin maliyyəsinin böyük hissəsinə nəzarət edib və İrana qarşı tətbiq edilən sanksiyaların bəzilərindən yayınmağa kömək edib: "Rəisinin varisi çox güman ki, ali liderin seçdiyi namizəd olacaq. Təbii ki, rejimin sərt xətdən mötədilliyə qayıtmaq ehtimalı çox azdır. Həmçinin, İranın xarici siyasətində və ya Qəzza müharibəsində iştirakında əhəmiyyətli dəyişikliklər gözləməməliyik. Hər şey həmişəki kimi olacaq".
Yazıda qeyd olunur ki, 2022-ci ildə Mahsi Aminin ölümü ilə bağlı uzun müddət davam edən hökumət əleyhinə nümayişlərdən sonra Rəisinin qəfil ölümü etiraz hərəkatının ayağa qalxması və əhalinin yenidən küçələrə çıxması anı ola bilər: “İran daxilində “İslam Dövləti”nin qolları da daxil olmaqla bir çox dissident qruplar var ki, onlar bu vəziyyətdən istifadə etməyə cəhd edə bilərlər. Rəisi 2021-ci ildə cəmi 41% seçici iştirakı ilə prezident oldu ki, bu da 1979-cu il inqilabından bəri ən aşağı göstəricidir. O, bir o qədər populyar fiqur deyildi. Uzunmüddətli perspektivdə Rəisinin ölümünün ali lider üçün nəticələri olacaq. Dindar və mühafizəkar iranlılar üçün Rəisinin ölümü faciədir. Ancaq bir çoxları üçün o, əlləri qana bulaşmış insan olub”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilinin “xarici təsir” qanununa veto qoyaraq müzakirə üçün bütün imkanları bağladığını deyib. Kobaxidze bu barədə keçirdiyi brifinqdə bildirib. O, bildirib ki, Gürcüstanın tərəfdaşları veto prosedurlarını mövqelərin uzlaşdırılması üçün istifadə etmək niyyətində olub, lakin Zurabişvili qanunu kobud surətdə veto edərək sağlam müzakirələr üçün bütün imkanları bağlayıb.
Kobaxidze əlavə edib ki, Gürcüstanda keçirilən sosial sorğuların nəticəsinə görə, ölkə əhalisinin 60%-dən çoxu qanun qəbul edilməsini dəstəkləyir.
Kobaxidzenin fikirlərinə münasibət bildirən politoloq Turab Rzayev “Sherg.az”a söyləyib ki, Gürcüstanda hakimiyyətdə ikitərəflilik davam edir:
“Bir tərəfdə daha çox Rusiyaya yaxın mövqeyi ilə tanınan Bidzina İvanişvili və onun “Gürcü arzusu” partiyası dayanır. İvanişvili yeni baş nazir seçkisindən sonra açıq şəkildə Avropa, Amerika və NATO-ya inteqrasiyanı tənqid etdi. Bunun əvəzində isə Rusiya və Çin ilə yaxınlaşma yolunu tutdu. Digər tərəfdə isə Fransa vətəndaşı olan Prezident Salome Zurabişvili dayanır ki, o da Qərbin dəstəklədiyi şəxs sayılır. Salome Zurabişvilidən başqa hakimiyyət ortaqları və müxalifət içərisində kifayət qədər qərbpərəst qüvvələr var. İndi isə qüvvələr arasında mübarizə açıq qarşıdurmaya keçib. Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın dövründə Gürcüstanda ABŞ və Rusiya arasında konsensus var idi. Yəni hər iki ölkəyə uyğun Gürcüstanda siyasi mühit olacaqdı. Amma indiki halda Rusiya Gürcüstanda öz mövqeylərini gücləndirir və Qərb ilə münasibətləri qoparmaq üzrədir. Qərb isə geri addım atmır. Salome Zurabişvili “xarici təsir” qanununa veto qoyaraq hökümət ilə kəllə-kəlləyə gəlir. Artıq hökümət ilə Prezident arasında əlaqələr qırmızı xətti keçmək üzrədir. Hətta Salomenin Prezidentliyini impiçment etmək istəyirdilər. Görünən odur ki, indi də “Gürcü arzusu” və Prezident arasında münasibətlər çox gərgindir və düşməncəsinədir”.
İran lideri və ali dini lider Ayətullah Əli Xamneyinin oğlu İran prezidenti İbrahim Rəisinin ölümündən sonra atasının əsas mümkün varisi hesab olunur.
"DogruXeber.az" xəbər verir ki, bu barədə “Politico” yazıb. Qeyd edirlir ki, son illərdə Rəisinin İranın hazırkı Ali Rəhbərini əvəz edə biləcəyi ilə bağlı çoxlu fikirlər səslənirdi. Nəşr yazır ki, prezidentin ölümündən sonra İslam Respublikasında və digər ölkələrdə çoxları Xamneyinin oğlu Müctəba ilə əvəzlənəcəyinə əmin olacaqlar, çünki “namizədlərin dairəsi daralacaq”.
Mayın 19-da İran prezidenti İbrahim Rəisinin helikopteri qəzaya uğrayıb. Helikopterdə xarici işlər naziri və digər rəsmilər də olub. Hakimiyyət orqanları təyyarədəki bütün sərnişinlərin öldüyünü rəsmən elan edib.
İranda erkən prezident seçkiləri 50 gün ərzində keçirilməlidir.
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopter ötən gün qəzaya uğrayıb. Qəza nəticəsində bütün sərnişinlər həlak olub.
İbrahim Rəisi ölümündən öncə, dünən - mayın 19-da Azərbaycanla sərhəddə Prezident İlham Əliyevlə görüşəndən sonra Təbrizə gedirmiş.
Azərbaycan və İran prezidentləri ötən gün Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.
İran Prezidenti Seyid İbrahim Rəisi görüşdə bunun hər iki dövlət üçün uğurlu olduğunu bildirmişdi:
“Cənab Prezident, çox xoşbəxtəm ki, Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Əliyev ilə yenə də bir daha yaxından görüşürük və birgə müzakirəmizi yenidən nəzərdən keçiririk. Böyük xoşbəxtlik ondan ibarətdir ki, bu görüş bir yerdə baş tutur, burada böyük bir layihə həyata keçirilib və bu, iki xalq üçün çox uğurlu bir görüşdür. Hazırda biz istismara verilməsi iki xalq və iki dövlət üçün çox əhəmiyyət kəsb edən bir layihənin açılışında iştirak edəcəyik. Bunun özü əlamətdar bir hadisədir ki, iki xalq, iki dövlət arasında da çox mühüm böyük layihələr həyata keçirilə bilər. Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi və birgə uğurlarımızı bəyənməsinlər. Bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Əsas odur ki, ölkələrimiz, dövlətlərimiz və xalqlarımız üçün nə xeyirlidirsə, biz onu birgə həyata keçirdik”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətinin olduğu helikopterin qəza enişi etməsi ilə bağlı rəsmi “X” hesabında paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda bu fikirlər qeyd olunub:
“İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi”.
İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub.
TEREF "oxu.az"-a istinadən xəbər verir ki, bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq.
İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir.
Prezident İlham Əliyev iranlı həmkarı İbrahim rəsi və onun nümayəndə heyətini daşıyan helikopterin sərt eniş etməsi ilə bağlı paylaşım edib.
"Cebhe.info" xəbər verir ki, paylaşımda aşağıdakı sözlər qeyd olunub:
“Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi erməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi. Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır”.
Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.
O, bununla bağlı keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. (Report)
Qərb “Rusiya təhlükəsi” mifindən yalnız silahlanma nisbətini artırmaq üçün istifadə edir, eyni zamanda Avropada nüvə komponenti ilə yeni hərbi ittifaqın konturlarını formalaşdırır.
TNS TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Qərb ölkələri Avropa dövlətlərinin ordularının sayının və döyüş hazırlığının bərpası, NATO ölkələrinin hərbi sənaye komplekslərinin müharibə rejiminə keçirilməsi xəttini tutublar və formalaşma konturları üzərində konseptual işlərə başlayıblar", - nazir xəbərdarlıq edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 2021-ci ildə müzakirə edilən Rusiya ilə Qərb arasında qarşılıqlı təhlükəsizlik zəmanətləri haqqında sazişin artıq aktual olmadığını bildirmişdi. Onun sözlərinə görə, hazırda “qərb azimutunda” baş verən hadisələr diplomatların deyil, hərbçilərin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin işidir.
Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatıb.
Sessiyada Arif Hacılı Məclisin sədri seçilib.
Partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib.
Məclis təqdimatları təsdiqləyib. Beləliklə, Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli Müsavat başqanın müavini təyin olunublar.