Əksər NATO ölkələri hesab edir ki, o, baş katiblik uğrunda mübarizədən çəkilməlidir – “Politico”
Əksər NATO ölkələri hesab edir ki, Rumıniya prezidenti Klaus İohannis alyansın baş katibi postu uğrunda mübarizədən çəkilməlidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

İohannis namizədliyini elan edəndən bəri yalnız bir ölkənin, yəni Macarıstanın dəstəyini qazana bilib.

Slovakiya öz favoriti barədə hələ qərar verməyib, lakin digər 29 ölkə açıq şəkildə Niderlandın baş naziri Mark Rütteyə dəstək nümayiş etdirib. Bununla belə, onun Yens Stoltenberqin varisi olmaq üçün bütün Alyans ölkələrinin tam dəstəyi lazımdır.

İohannisin ofisi Rumıniya liderinin mübarizəni tərk etməsi üçün təzyiq altında olması ilə bağlı iddiaları rədd edib.

“Namizədliyi geri götürmək üçün heç bir təzyiq yoxdur. Bu, prezident administrasiyasının rəsmi cavabıdır”, – nəşrin aldığı elektron məktubda deyilir.

Anonim iki avropalı yüksək vəzifəli məmurun sözlərinə görə, İohannis əsas müttəfiqləri ilə NATO-nun Vaşinqtonda keçiriləcək sammitinə bir ay qalmış iyunun əvvəlinə qədər mübarizədən çəkilməsi barədə razılığa gəlib.

“Politico” yazır ki, sammitdən əvvəl baş katiblik yarışından çıxmaq İohannisə Qərb müttəfiqlərindən bəzi üstünlüklər qazandıracaq ki, o, bunu digər yüksək vəzifələrlə bağlı müzakirələr zamanı istifadə edə bilər.

Qeyd olunur ki, Brüsseldə İohannis üçün bir neçə senari müzakirə olunur. Ursula fon der Lyanenin ikinci mandat qazanmayacağı təqdirdə onun Avropa Komissiyasının sədri təyin olunacağı ehtimalı azdır.

İohannis üçün müzakirə edilən ikinci variant onun Aİ-nin müdafiə üzrə komissarı olmasıdır. Fon der Lyayen artıq bildirib ki, yaratmaq istədiyi bu vəzifədə şərqi avropalı birinin olması yaxşı olardı.

Nəşr qeyd edir ki, bu vəzifəyə ən çox adı çəkilən namizəd Polşanın xarici işlər naziri Radoslav Sikorskidir. Bununla belə, sürprizləri nəzərə alsaq, bu vəzifəni İohannis ala bilər, deyə adı açıqlanmayan digər iki Aİ rəsmisi bildirib.

Xatırladaq ki, martın 12-də Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini irəli sürəcəyini açıqlayıb.

Ötən il noyabrın əvvəlində “Politico” qeyd edib ki, Rütte NATO-nun baş katibi postunun favoritdir.

Bundan başqa, Latviyanın xarici işlər naziri Krişyanis Karinş də NATO-nun baş katibi postuna namizədliyini irəli sürməyə hazır olduğunu açıqlayıb və bir qədər sonra Estoniyanın baş naziri Kaya Kallas da oxşar bəyanatla çıxış edib.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.

O, səlahiyyət müddətini 2023-cü ilin sentyabr ayının sonunda bitirməli idi, lakin varislə bağlı konsensusun olmaması səbəbindən NATO üzvləri ondan səlahyyətlərinin uzadılmasını qəbul etməyi xahiş ediblər.
 

Bölmənin digər xəbərləri

14 May 2025 PKK-nın sonu və türkmənlərin yüksəlişi: Regionda kartlar yenidən paylanır
13 May 2025 İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 Rusiya Azərbaycanı itirir - təyyarə olayı münasibətlərdə “qırmızı xətt” kimi
12 May 2025 İrandan nüvə danışıqları ilə bağlı açıqlama...
12 May 2025 Putin vaxt qazanır: İstanbul danışıqlarında sülhün əldə edilməsi inandırıcı deyil
11 May 2025 Bakı atəşkəsi ALQIŞLAYIR
11 May 2025 Gecəyarı Putin xüsusi bəyanat verdi: “Türkiyə, Ərdoğan...”
11 May 2025 Putin Ukraynaya İstanbulda birbaşa danışıqları bərpa etməyi təklif etdi
11 May 2025 Avropa İttifaqı üzv şərtlərini dəyişir - Macarıstan Ukraynaya veto qoya bilməyəcək
10 May 2025 Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
10 May 2025 Tramp Putinlə bağlı qərarını verdi
10 May 2025 İran ABŞ-la nüvə danışıqlarının yeni mərhələsinə razılıq verib
09 May 2025 Tramp Ukrayna ilə Rusiyanı barışdıra biləcək tərəfi açıqladı
09 May 2025 Sülh sazişi 2026-cı ildən sonraya qalır?
09 May 2025 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
09 May 2025 Vaşinqton-Moskva münasibətlərində gərginlik: - Rusiya yenidən Çinə ehtiyac duymağa başlayır
08 May 2025 Tramp bu “açarı” keçmiş rəqibinə verdi - Azərbaycan üçün önəmi
08 May 2025 Bu gün Bakıda Türkiyə və İsrail arasında danışıqlar başlanır
08 May 2025 Prezidentin Moskvaya getməməsinin – SƏBƏBLƏRİ

Dünyapress TV

Xəbər lenti