Ardını oxu...
Bu ilin ilk 7 ayında Türkiyə Rusiyadan müxtəlif çeşidli 25,8 milyard dollarlıq mal idxal edib.525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azdır.

Başqa sözlə, 2023-cü ildə bu rəqəm 28,38 milyard dollar təşkil etmişdi.

Azalmaya baxmayaraq, Türkiyə yenə də ən çox Rusiya malı idxal etməkdədir. İkinci yerdə isə 25,4 milyardla Çin qərarlaşıb.

Yeri gəlmişkən, sözügedən dövrdə Türkiyənin özü ən çox Almaniyaya məhsul ixrac edib – 11.9 milyard dollar. Böyük Britaniya 1,6 milyard dollarla ikinci, ABŞ isə 1,4 milyard dollarla üçüncü yerdədir.

Qeyd edək ki, Türkiyə yanvar-iyul aylarında ümumilikdə 198,6 milyard dollarlıq məhsul idxal edib ki, bu ötən ilki dövrlə müqayisədə 8,3 faiz azdır. İxraca gəlincə, burada 4,1 faiz artım (148.7 milyard) müşahidə edilir..

Analoq.az
 
Ardını oxu...
Mağazalarda kərə yağının qiyməti artıb.

Bu barədə Musavat.com-a Bakı sakinlərindən daxil olan məlumatda bildirilir.

“Hər zaman 17-18 manata aldığımız yağın axşam 24 manata satıldığını gördük. Mağazadan yağ almamış çıxdım”, - deyə Akif Əliyev adlı paytaxt sakini bildirib.

Kərə yağının qiymətinin artması nə ilə bağlıdır?

Musavat.com-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bəzi məqamlara aydınlıq gətirib:

“Kərə yağının qiymətinin artması ondan asılıdır ki, biz idxalçı ölkəyik. Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının da qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. İkinci məsələ isə logistika bahalaşmasıdır. Dizel yanacağının qiyməti 25 faiz artdığına görə bütün məhsulların qiymətinə təsir edib. Məhsulların daşınması, ölkəyə gətirilməsi. Çünki soyuduculardan ibarət avtomobillərlə gətirilir, dizel yanacağı ilə həyata keçirilir. Depolardan yağın paylanması da dizel yanacağı ilə həyata keçirilir. Üçüncü məsələ, digər sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil:

“Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları onminlərlədir. Bizdə nədənsə Antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara gözüm üstündə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.
 
Ardını oxu...
"Azpetrol Ltd" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.

Bu maddəyə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

İşə 19.09.2024-cü il tarixində Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, "Azpetrol LTD"nin baş direktoru Ceyhun Məmmədovdur.
 
Ardını oxu...
Turşu bağlama mövsümünün başlaması ilə tərəvəz bazarında bahalaşma müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, piştaxtalarda yer alan müxtəlif məhsullar kimi, onların qiymətləri də fərqlidir.

Alıcılar son günlərdə qiymət artımının olduğunu bildirirlər.

Satıcıların sözlərinə görə, bazarda ən çox bahalaşan məhsul pomidordur.

Onlar qiymət artımının növbəti aylarda da davam edəcəyini proqnozlaşdırırlar.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Son günlər ölkədə toyuq əti kəskin bahalaşıb.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, əvvəllər 5-6 manata alınan toyuqlar, indi marketlərdə 8-10 manata satılır. Demək olar ki, toyuq ətinin qiyməti mal-qoyun ətinə çatır.

Bəs bahalaşmanın səbəbi nədir? Toyuğun qiymətinin artması digər ətlərin qiymətinə təsir edəcəkmi?

Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, bahalaşmanın səbəbi məhsul qıtlığıdır: “Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması da buna təsir edir. Hazırda toyuq yemləri də bahalaşıb. Digər tərəfdən, Azərbaycan iqtisadiyyatının köklü problemlərindən olan inhisarçılıq da qiymət artımını tətikləyir və sürətləndirir. Səbəb dediyim kimi, toyuq ətinin maya dəyərinin və yemin bahalaşması, istehsalın azalmasıdır. Ola bilər ki, bu, süni şəkildə edilir. Araşdırma aparılmalıdır”.

“Bahalaşma digər ətlərin qiymətinə necə təsir edəcək” sualına isə ekspert belə cavab verib: “Mal, qoyun ətini ala bilməyən vətəndaşlar əsasən, toyuq ətini alırdılar. Görəcəklər ki, mal əti ilə toyuq əti arasında o qədər də ciddi qiymət fərqi yoxdur, başlayacaqlar, mal əti almağa və tələbat artacaq. Mal və qoyun ətinin bahalaşması onsuz da gözlənilir. Bu da bahalaşmanı az da olsa artıracaq”.
 
Ardını oxu...
2024-cü ilin II rübündə sorğunun nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildirmişlər. Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə tələb artıb.

Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Əkrəm Həsənli bildirib ki, söhbət yəqin ki, kreditlərin verilməsinin sərtləşməsindən gedir:

“Bu da gözlənilən idi. Çünki banklar yenə də kimə gəldi kredit verməyə başlayıblar. Tək tələbsə odur ki, rəsmi iş yerin olsun. Bəzi bankların hətta reklamına rast gəlinir ki, əmək haqqının 20 mislinədək kredit verirlər. Bu da təbii ki, müəyyən risklər yaradır. Xüsusən də, bankın digər kartı ilə əməkhaqqı alan vətəndaşa bank çox həvəsləndirici təkliflər edir. Hesab edirlər ki, ən pis halda ödəniləcək məbləği əmək haqqından tutacaq. Amma Konstitusiya və Ali məhkəmlərin qərarı var ki, əməkhaqqı bank tərəfindən tamamilə borca tutula bilməz.

Ona görə də müəyyən narahatlıqlar var.

Yəqin ki, bundan sonra kreditlərin verilməsində şərtlər sərtləşdiriləcək. Əmək haqqı kartı olan hər kəsə kredit verilməyəcək. Çox güman ki, bundan sonra vətəndaşın ailə tərkibinə, əmək haqqının miqdarına və digər məqamlara diqqət ediləcək. Ola bilər ki, vətəndaş 2 min manat maaş alsın, lakin onun ailə üzvlərinin sayı 5-6 və daha çoxdur. Bu da o deməkdir ki, 2 min manat onun üçün azdır. Ona görə də əmək haqqı kartlarına görə kreditlərin verilməsində qaydaların sərtləşdirilməsi gözləniləndir”.
 
Ardını oxu...
Bu aralar ölkəmizin cənub bölgəsində idim..
Astara Çay Fabrikində də oldum. İstehsal möhtəşəm. Lakin bazarlama bərbad. Məsələn siz MMC yaradırsınız və brend alırsınız.
Sizdən tələb olunan "Made İn Azərbaycan" brendi yaaratmaqdır.
Problem bilirsinz nədədir?
Problem gömrükdə inhisarçıların tamahıdır.
Siz Astara Çay Fabriki ilə anlaşma əldə edib MMC olaraq qablaşdırma və brend yaradırsınız. Daha sonra daxili bazara yeni ad, brend təklif edirsiniz. Bir az reklam və piara xərc çəkirsiniz. Amma daha keyfiyyətli, ucuz çay təklif edirsiniz bazara.
Astara Çay Fabriki, Lənkəran Çay Fabirikində səlahiyyətli adamlarla söhbət etdim. Görüşdük İdeyanı dedim. Etiraz yoxdur.
Problem yalnız gömrüklə bağlıdır. Xammal qalıb fabriklərin əlində. Lənkəran, Astara, Lerikdə hamı yol qırağında çay satır. Həm də
bilirsiniz necə çay? Möhtəşəm. Çay sortlara görə emal oluna bilər, berqa, tez dəm alan, gec dəm alan, limonlu və sair.
Baxın problem hardan başlayır?
AQTA əzir, FHN əzir, Vergi əzir və sair. Heç kim xammalı alıb qablaşdırmaq istəmir. Yeni brend yaratmaq istəmir. Hansı ki, yeni emal, yeni qablaşdırma cənubda çayçılığın inkişafına ciddi təsir edər.
Bu ölkədə iqtisadi imkanları gömrükdə beşikdəcə boğurlar.
Razi Abasbəyli
TEREF
 
Ardını oxu...
“Azərenerji”nin 4,7 milyonluq tenderini udan şirkətin məlumatları gizlədilir?
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
TEREF xəbər verir ki, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərenerji” ASC tərəfindən keçirilən 4 milyon 681 min 782 manat 70 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” QSC olub.
“Smart Energy Services” QSC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevrilməsi və paylanılması üçün müxtəlif malların satın alınması işini həyata keçirəcək.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “Smart Energy Services” QSC barəsində məlumatlar mövcud deyil.
Ardını oxu...
Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) adlı şirkət “Azərişıq” ASC-nin keçirdiyi analoji tenderlərdə qalib olub. Vergi Xidmətinin əvvəlki reyester məlumatlarında isə göstərilirdi ki, “Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşir.
“Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub
 
Ardını oxu...
“Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlak sahiblərinə tətbiq edilir. Qanunvericilikdə “kupça”sı olmayan evlərə görə əmlak vergisi nəzərdə tutulmayıb. Belə hallarla üzləşən vətəndaşlar yerli bələdiyyələrə müraciət edərək Vergi Məcəlləsinin müvafiq maddəsinə istinad edə bilərlər. Həmin maddəyə görə, yalnız xüsusi mülkiyyətdə olan evlər üçün əmlak vergisi hesablanır. Təəssüf ki, bu gün bələdiyyələr bəzən çıxarışı olmayan mənzillərin sahiblərindən də əmlak vergisi tələb edir".

Bunu Bakupost.az -a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.
Onun dediyinə görə, belə ərazilərdə sakinlərin mülkiyyət hüququ formalaşmasa da, yaşamaq hüququ formalaşıb. Odur ki, sakinlər bələdiyyəyə vergi ödəyirlər:
“Əgər sakin maliyyə arayışı verib, tam ödəniş edib mənzil alıbsa, artıq həmin mənzil üzərində mülkiyyət hüququ yaranır. Həmçinin bir binada 100 mənzildən biri çıxarış alıbsa, digər mənzillər də əmlak vergisinə cəlb olunur. Qeyd edim ki, əmlak vergisi ildə bir dəfə ödənilir”.
 
Ardını oxu...
Ötən il Azərbaycanda istehsal olunan 1 kiloqram kartofun maya dəyəri 21 qəpik olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, satılan kartofun maya dəyəri 25 milyon 122 min 700 manat olub.
Açıqlanan rəsmi məlumatlara istinadən apardığımız hesablama göstərir ki, əvvəlki illə müqayisədə kartofum maya dəyərində dəyişiklik olmayıb.
Kartofun maya dəyərinin ən aşağı səviyyədə olduğu rayon Qax rayonu olub. Bu rayonda kartofun 1 kiloqramının maya dəyəri 10 qəpik olub. Maya dəyərinin ən baha olduğu rayon isə Kəlbəcər rayonu olub. Kəlbəcərdə yetişdirilən kartofun 1 kiloqramının maya dəyəri 1 manat 29 qəpik təşkil edib.
Azərbaycanın ən çox kartof yetişdirilən rayonlarında – Şəmkirdə kartofun 1 kiloqramının maya dəyəri 12 qəpik, Tovuzda 13 qəpik, Gədəbəydə 21 qəpik olub.
Məlumat üçün bildirək ki, kartofun satış qiyməti maya dəyərindən dəfələrlə yüksək olub. Açıqlanan rəsmi statistikaya görə, ötən il kartofun satış qiyməti 74 qəpik olub. Bu, kartofun ölkə üzrə qeydə alınan maya dəyərindən 3,5 dəfə çox olub.
Bundan başqa, Tovuzda yetişdirilən kartofun maya dəyəri 13 qəpik olsa da, onun orta satış qiyməti 98 qəpik olub. Rəsmi məlumatlardan da göründüyü kimi, Tovuz kartofu maya dəyərindən 7,5 dəfə baha satılıb. Şəmkirdə yetişdirilən kartofun maya dəyəri Tovuz kartofundan cəmi 1 qəpik az olsa da, onun satış qiyməti daha aşağı olub. Belə ki, Şəmkir kartofunun 1 kiloqramının orta satış qiyməti 64 qəpik olub.
 

Dünyapress TV

Xəbər lenti