Ardını oxu...
“İtaldizayn” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "İtaldizayn” QSC 1997-ci ildə qeydiyyatdan keçib. QSC-nin qanuni təmsilçisi Rzayev Mir Səid Ağa Kamal oğludur.

Onu da bildirək ki, sözügedən şirkət daha əvvəl barəsində məcburi auditdən yayınma ilə bağlı inzibati xəta protokolu tərtib olunmuşdu.
 
Ardını oxu...
Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin daha bir tenderini ləğv edib. Tribunainfo.az xəbər verir ki, son bir ayda bu, ƏƏSMN-in ləğv olunan sayca 30-cu tenderidir.
Brlə ki, ƏƏSMN-in tərkibində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya
Agentliyi balansında olan tibbi avadanlıqların baxımı xidmətini satın almaq istəyib. Hətta bunun üçün 49.885,42 manat pul da ayırıb. Lakin AİİBNX qərar verib ki, tenderdə iştirak edən şirkətlə internet portalında yerləşdirilən məlumatlar bir birinə ziddir. Bu isə o deməkdir ki, DTSERA “Dövlət satınalmalar haqqında” qanunun 36.1.6-cı bəndinin tələblərini kobud şəkildə pozub.
Xatırladaq ki, tenderdə iştirak edən şirkətlə rəsmi portalda qeyd edilən şirkətin eyni olmaması faktı ƏƏSMN-ə sanksiyaların tətbiqi və böyük məbləğli cərimələnməsinə səbəb ola bilər. Əlavə olaraq, bu, o deməkdir ki, nazirliyin tabeliyindəki qurum tenderi rəsmi portalda adını qeyd etdiyi deyil, özünə yaxın şirkətə verməyə cəhd göstərib. Bu isə bir başqa cəza mexanizmi üçün əsas yaradacaq.
 
Ardını oxu...
Nizami Rayon Məhkəməsində “Veysəloğlu” MMC barəsində tətbiq edilən protokol araşdırılır.

Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hazırda məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılır.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Veysəloğlu” “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi və daha bir neçə şirkəti özündə birləşdirən şirkətlər qrupudur. “Veysəloğlu” MMC-nin sahibi Aydın Talıbovdur. /Pravda.az/
 
Ardını oxu...
Avropa İttifaqı Avropa Komissiyasının Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin ödənilməsi ilə Ukraynaya 35 milyard avroluq kredit təklifi ilə bağlı müzakirələrə başlayıb.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Üzv ölkələrin daimi nümayəndələri xüsusi kredit alətinin yaradılmasını özündə ehtiva edən bu mexanizmi müzakirə etməyə başlayıblar. Təklif kreditin qaytarılmasına zəmanət vermək üçün Rusiya aktivlərinin dondurulması müddətinin 6 aydan 36 aya qədər artırılmasını nəzərdə tutur ki, bu da Aİ Şurasında yekdillik tələb edir.

İclasın gündəliyində deyilir: "Rusiyanın immobilizasiya edilmiş aktivlərindən alınan təcili vəsaitlərin kreditlərə xidmət və qaytarılması üçün istifadəsi".

"Aİ və G7 ölkələri Ukraynaya ilin sonuna qədər razılaşdırılmış 50 milyard dollar məbləğində, Rusiyanın dondurulmuş aktivlərinin 300 milyard dollarından əldə edilən gəlirdən geri qaytarılmaqla, ilin sonuna qədər kredit verməyə sadiqdirlər", deyə qeyd edilir.

Bundan əvvəl məlum olmuşdu ki, Ukraynanın dövlət borcu 2024-cü ilin sonuna ÜDM-in 101,8%-nə, büdcə kəsiri isə 2025-ci ilin sonuna qədər ÜDM-in 19,4%-nə çatacaq. Əsas gəlir mənbəyi bütün xərclərin yarıdan bir qədər çoxunu ödəyəcək vergi gəlirləridir. Minimum əmək haqqı 8 min qrivna olaraq qalacaq.
 
Ardını oxu...
Uzun illərdir Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun biznes imperiyasının tərkib hissəsi kimi təqdim edilən “Səba” ASC-nin, deyəsən, ciddi maliyyə problemləri yaranıb.

Hurriyyet.az xəbər verir ki, sirkətin səhmdarlarının oktyabrın 28- i tarixinə təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyinə ASC-nin aktivlərinin bir hissəsinin satılması məsələsi salınıb. Belə ki, İdarə Heyəti qərarında yığıncağın gündəliyinə törəmə şirkətlərdəki “Səba” ASC-yə məxsus payların satılması da daxil edilib.

Ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib.

1. “Səba” ASC-nin Direktorlar Şurası barədə;

2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

3. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

4. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılmasına dair əqd barədə;

5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl” MMC-nin birgə təsisçiliyi ilə yaradılmış “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı “Qarabağ Taxıl” MMC-yə məxsus payların satılmasına dair əqd barədə;

6. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

7. “Səba” ASC-nin əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

8. “Səba” ASC-nin birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro” MMC-nin nizamnamə kapitalındakı payların satılması barədə;

9. “Səba” ASC-nin nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə

10. “Səba” ASC-nin Nizamnaməsinin yeni redaksiyası barədə.

Xatırladaq ki, "Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsusdu. Onların Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir. "Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri bildirilir. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.

Qeyd edək ki, bir müddət əvvəl "Səba" ASC-nın aktivlərinin "Chicken Pro." MMC şirkəti tərəfindən alındığı xəbəri yayıldı. Nəzərə alsaq ki, "Chicken Pro." MMC şirkəti “Səba” ASC-nin törəmə şirkətidir, satışa məhz “Səba”-nın səhmlərinin çıxarıldığı ehtimal etmək olar.

Bu və yuxarıda qeyd edilən iclasın gündəliyi “Səba”-nın çətin maliyyə durumuna düşdüyünə dair təsəvvür yaranır. Əks halda, şirkət özünün əhəmiyyətli aktivlərini niyə satışa çıxarsın ki...?

"AzPolitika.info"
 
 
 
Ardını oxu...
  

Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, minimum əmək haqqındakı gözlənilən artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək.

"Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.

İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əmək haqqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əmək haqqının gözlənilən artırım paraktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir. Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni, heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz", - deyə o bildirib.

Ardını oxu...
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişindaşıma tariflərinə dəyişiklik edib.

Dəyişikliklə Abşeron dairəvi marşrutu üzrə gedişhaqları məsafədən asılı olaraq 0,10–0,20 AZN arası artırılıb.

Sabahdan tətbiq olunacaq yeni tarifləri təqdim edirik:
Ardını oxu...

 
Ardını oxu...
Bakıda yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiymətlərində artım müşahidə olunur.

Publika.az xəbər verir ki, şəhərin mərkəzindəki yaşayışa hazır təmirli bir binada mənzilin bir kvadratmetri 5-6 min manatdırsa, parklanma yerinin bir kvadratmetri üçün təxminən 7-8 min manat tələb olunur.

Əmlak məsələləri üzrə ekspert Elşad Əliyev "Xəzər Xəbər"ə açıqlamasında qeyd edib ki, qiymətlərin belə yüksək olması tələbatın çoxluğu və həmin qarajlarda əlavə texniki vasitələrin olması ilə bağlıdır:

"Yeni tikili binalarda "Premium" mənzillər olduğuna, həmin binalarda beton-dəmir işləri baha başa gəldiyinə görə, şirkət həmin qarajları yüksək qiymətlərə təklif edir. Mənzil qiymətinə satılan həmin qarajların qiymətləri yerləşdiyi əraziyə görə də dəyişir".

Vəkil Emil Aslanov isə açıqlamasında bildirib ki, bəzi mənzil-tikinti kooperativləri (MTK) yeni tikilən binaların ümumi sahəsinə aid olan həyətyanı sahəni, eləcə də zirzəmidə kommunikasiya xətlərinin keçdiyi əraziləri qanunsuz olaraq qaraj kimi bina sakinlərinə satırlar.

 
Ardını oxu...
Sentyabrın 1-dən 20-dək Rusiya taxıl ixracı 4,09 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz azdır.

Moderator.az Rusiya Taxıl İttifaqının monitorinq hesabatına əsasən xəbər verir ki, bu müddət ərzində 3 milyon 753 min ton buğda ixrac edilib ki, bu da ötən ilkindən 10,8 faiz azdır.

Məlumata görə, arpa ixracı 2023-cü il sentyabrın 1-dən sentyabrın 20-dək olan 658 min tona qarşı 2,6 dəfə azalaraq 257 min tona düşüb. Qarğıdalı tədarükü isə iki dəfə azalıb - müvafiq olaraq 166 min tondan 82 min tona qədər.

Bu dövrdə 30 ölkəyə buğda ixrac edilib, bir il əvvəl 46 ölkəyə ixrac vardı. Buğda ixrac edən şirkətlərin sayı da 78-dən 38-ə düşüb.

Dünya bazarında Avropa və Amerika buğdasının bahalaşması qeydə alınıb. Belə ki, Fransa buğdası həftə ərzində 1,7 faiz bahalaşaraq bir ton üçün 242 dollardan 246 dollara yüksəlib. Mövsümün əvvəlindən (2024-cü il iyulun 1-dən) artım 3,8 faiz təşkil edib. Amerika buğdasının qiyməti həftə ərzində 2,5 faiz artaraq bir ton üçün 248 dollara çatıb, mövsümün əvvəlindən isə 10,7 faiz artıb.

Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti isə əksinə, ucuzlaşaraq həftə ərzində bir ton üçün 219 dollardan 217 dollara düşüb. (musavat.com)
 
Ardını oxu...
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.

Dövlət Turizm Agentliyi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.

İkinci yerdə 212,6 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,4 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,3 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,2 manata (+3,4 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (+ 16 %), Şəkidə 115,4 manata (+ 8,1 % ), İsmayıllıda 113,5 manata (+5 %), Gəncədə 110,6 manata (+1,9 %), Abşeronda 110,5 manata (-9,7 %), Astarada 104,3 manata (–7,6 % ), Zakatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( –20,9), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,6 manata, (- 9,1 %) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.
 

Dünyapress TV

Xəbər lenti