İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yayıb. “Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib. Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - məlumatda vurğulanıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Ermənistanın təklif etdiyi sülh müqaviləsi Azərbaycanın düşüncələrinə uyğun deyil:
"Eyni zamanda qarşıya qoyulan öhdəliklər də müqavilədə yer almır. Məsələn, 8 kəndin qaytarılması, təhlükəsizliyin təminatı, keçmiş vurulan zərərlərə görə reperasiyanın ödənilməsi, kommunikasiyalara yönəlik iradənin olması əsas öhdəliklər idi. Bütün bunların olmaması yeni problemlərdən xəbər verir. Rusiya formatında, Qərb raundunda görüşlərdən nəticə çıxmadısa, bunu Tiflisdə davam etdirmək mümkün idi. Buna da Nikol Paşinyan hakimiyyəti razı olmadı. Ermənistanın atdığı addımlar yeni müharibə istəyindən irəli gəlir. Bu baxımdan bunlar da fiaskoya uğrayacaq təkliflərdir və aldatma xarakteri daşıyır. İndiki məqamda sülh daha çox Ermənistana lazımdır. Əgər Ermənistan hərbi ritorikaya üstünlük verirsə, Azərbaycan da öz siyasi gücünü artırır. Eyni zamanda BMT nizamnaməsinin icazə verdiyi həddə müəyyən imkanları Azərbaycan nəzərdən keçirə bilər. Həmçinin, buna qanuni güc tətbiqi də daxildir".
İsrail televiziya kanalı Kanal 14-ün aparıcısı Şai Golden bir çox ölkələri təhdid edib. Netanyahuya yaxınlığı ilə tanınan kanalda aparıcı tək-tək ölkələrin adını çəkib.
Bakupost.az xəbər verir ki, aparıcı Qəzzadan sonra digər ölkələrdə də savaş olacağını bildirib.
Hələ xəbəriniz yoxdur. Livan, ABŞ, İran – biz gəlirik. Hər yerə gələcəyik. İstəyir bütün dünya bizi boykot etsin, ABŞ daxil hər kəsi qarşımıza alacağıq. Biz əvvəl-axır sizi yox etməyə gələcəyik. Paylaşın bunu, mən xəbərdar etdim” – deyə aparıcı içindəki nifrət və vəhşəti bölüşüb.
Çinin sədrliyi ilə keçirilən BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirələr keçirilib.
Bu barədə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd olunub ki, tədbirdə Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev bəyanatla çıxış edib.
İstanbul universiteti İsraili dəstəkləyən şirkətləri boykot etmək qərarına gəlib.
32gun.az xəbər verir ki, bu barədə universitet rəsmi sosial media hesabında paylaşım edib.
“ Biz universitet olaraq terror ölkəsinə hər cür dəstək verən bütün şirkətləri, qurumları və brendləri tamamilə rədd edirik”,- paylaşımda deyilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) şəhərciyindəki restoran, bufet və çay evlərində İsrailə dəstək verən şirkətlərin məhsullarının satılmayacağı elan edilmişdi.
Ermənistan ABŞ-ın köməyi ilə Ukraynaya “Toçka-U” raket sistemlərini verməyə razılaşıb. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu rusiyayönlü mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, bu məlumatı təsdiqləyən heç bir sübut yoxdur: “Ermənistanın Ukraynaya nə qədər “Toçka-U” kompleksi verə biləcəyi də məlum deyil”. Mənbələr Ermənistan hökumətinin KTMT-dən çıxmağa hazırlaşdığını da iddia edir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın bütövlükdə ABŞ-nin köməyi ilə rəsmi Kiyevə hərbi yardım göstərməsi Rusiya Ukrayna münasibətlərində bütün hədlərin aşılması deməkdir:
"Rusiya bu qədər açıq-aşkar düşmən siyasətini həzm etməyəcək. Bu Ermənistan ilə Rusiya münasibətlərindəki konfrantasiyanı daha da artıracaq. Eyni zamanda məlumatın nə qədər real olduğunun özü də sual doğurur. Çünki bu gün Ermənistan Rusiyaya qarşı nifrət siyasi xətti həyata keçirsə də, açıq şəkildə Şimal qonşumuzu qızışdıracaq cəsarəti yoxdur. Amma Ermənistanın xəyanətkar dövlət olduğunu nəzərə almaq lazımdır. Buna görə də Rusiyanın Ermənistana verdiyi silah-sursatı Qərb vasitəsilə Ukraynaya ötürmək ehtimalı var. Bir tərəfdən Nikol Paşinyan hakimiyyətinin qorxaqlığına görə bu məsələ ağlabatan və inandırıcı görünmür. Digər tərəfdən isə Ermənistanda siyasi ikiüzlülük dövlət məhvərində dayandığı üçün bizdə haqlı suallar yaradır ki, onlar bu addımı ata bilərlər. Bu yardım Ermənistanın Qərb imperializmi qarşısında tam təzim etdiyini göstərəcək. Bütövlükdə isə Rusiya ilə Ermənistan arasında münasibətlər kəskin şəkildə gərginləşəcək. Həmçinin, Ermənistan KTMT-dən çıxmağa da cürət edə bilməz. Çünki Ermənistanın KTMT ilə konkret müqaviləsi var. Amma burada üzv olaraq qalsa belə, KTMT-nin tədbirlərinə qatılmayacaq".
Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-sabit siyasəti, vaxtaşırı olaraq fikir dəyişdirməsi və təzadlı siyasi xətt tutması Ermənistanda daim müzakirə mövzusudur.
Axar.az xəbər verir ki, “Hraparak” nəşri Paşinyanın ziddiyyətli açıqlamaları və bir-birini təkzib edən fikirlərini qarşılaşdırıb.
Bildirilib ki, Paşinyan sanki hakimiyyətə gələndən sonra cidd-cəhdlə müharibəyə can atıb. Buna misal olaraq 2020-ci ilin iyul hadisələri göstərilib. Nəşr dolayısı ilə 2020-ci il Tovuz hücumunu Ermənistan hakimiyyətinin törətdiyi təxribat olduğunu da təsdiqləyib.
N.Paşinyan məhz “uğurlu iyul hücumundan” sonra – 2020-ci ilin avqustunda Yerablurda Ermənistan ordusunu “regionun ən güclü ordusu” olaraq qiymətləndirib.
Nərin iddiasına görə, sülhdən danışan, sülh yolları təklif edən Nikol Paşinyan Azərbaycanla müharibəyə nail olmaqla, “Qarabağdan qurtulmaq” istəyirdi:
“Paşinyanın bu planı ən azı 2019-cu ilin payızında mövcud idi: o, müharibəyə nail olaraq, Qarabağdan canını qurtarmaq istəyirdi. Buna sübut kimi milliyətcə yəhudi olan bloger Lapşinin həmin vaxt jurnalist Nairi Hoxikyana verdiyi məlumatı göstərmək olar.
Onun 44 günlük müharibədən 10 gün əvvəl Feysbukda yazdığı geniş yazının başlığını yada salaq: “Səhv etmək əzmi doğru yoldur”.
Məqalədə bildirilib ki, 2008-2009-cu illərdə N.Paşinyan Qarabağın Ermənistan üçün ağır yük olduğunu və bundan qurtulması gərəkdiyini bildirmişdi, 2019-cu ildə isə “Qarabağ Ermənistandır və nöqtə” demişdi.
Müəllif hesab edib ki, bu, şəxsiyyətin ikiləşməsidir və ruhi xəstəlik sayılır.
ABŞ Konqresinin Nümayəndələr Palatasının üç üzvü İlon Maskın həmtəsisçisi və rəhbəri olduğu “SpaceX” şirkəti ilə bağlı araşdırmaya başlamaq zərurətini açıqlayıb.
Araşdırma tələbi "SpaceX"in obyektlərində aşkarlanan istehsalat xəsarətləri ilə bağlı açıqlanan rəqəmlərdən sonra irəli sürülüb.
Agentliyin məlumatına görə, 2014-cü ildən indiyədək tikinti sahələrində, montaj zavodlarında və "SpaceX"in digər obyektlərində ümumilikdə 600-ə yaxın işçi xəsarət alıb və insidentlərdən biri işçinin ölümü ilə nəticələnib.
Kaliforniya və Nyu-Cersi ştatlarını təmsil edən demokrat konqresmenlər bu məlumatların ciddi narahatlıq doğurduğunu əsas gətiriblər. Report
İsrail hakimiyyəti Yəmən husiləri tərəfindən “Galaxy Leader” yük gəmisinin ələ keçirilməsini pisləyir və hücumda İranı günahlandırır.
APA xəbər verir ki, Bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
“Biz İranın beynəlxalq gəmiyə hücumunu qətiyyətlə pisləyirik. İngilis şirkətinə məxsus olan və Yapon şirkəti tərəfindən idarə olunan gəmi İranın istəyi ilə Yəməndə husilər tərəfindən ələ keçirilib”, – məlumatda bildirilir.
“ABŞ administrasiyası 43 gündür İsrailə lazımi döyüş sursatı göndərir”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivdə müdafiə naziri Yoav Gallant və hökumətin Hərbi Nazirlər Kabinetinin üzvü Benni Qantzla birgə mətbuata bəyanatla çıxışı zamanı deyib.
“Əziz dostumuz Co Baydenin rəhbərlik etdiyi Birləşmiş Ştatlar bizimlə ümumi maraqları güdür. Onlar bizə şəxsi sualtı qayıqlar və donanma ilə birlikdə təyyarədaşıyan gəmilər göndərdi. Lazımi döyüş sursatı isə göndərməkdə davam edir”.
Netanyahu Qəzzada HƏMAS tərəfindən saxlanılan israilli məhbusların azad edilməsinə dair razılaşmalarla bağlı yalan xəbərlərin olduğunu qeyd edərək, hazırda heç bir razılaşmanın olmadığını və bir razılaşma olacağı təqdirdə bunu İsrail ictimaiyyəti ilə paylaşacaqlarını bildirib.