Ardını oxu...
Zelenski həqiqətən dəhşətli bir həftə keçirib. Onun komandası AB-yə daxil olmaq üzrə danışıqlara başlamaq qərarından sonra qələbəni elan etsə də, üzvlük üçün müharibə Kiyevin qələbəsi ilə başa çatmalıdır. Ancaq bunların heç birinə hazırda zəmanət verilmir.

Axar.az xəbər verir ki, bu barədə CNN-in məqaləsində deyilir.

Məqalədə Zelenskinin Ukraynaya kömək istəməsi üçün ABŞ-a səfəri mövzusuna da toxunulub.

“ABŞ və AB-nin maddi dəstəyi olmasa və ya onlardan biri maliyyə dəstəyini dayandırsa, çox güman ki, yaxın iki ildə Ukraynanın böyük hissəsi Rusiyanın işğalı altına düşəcək”, – deyə bildirilir.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Yeni ili necə qarşıladığından danışmağı sevmir.

Ənənəyə görə, Prezident gecə yarısı əhaliyə müraciət edir.

Bəs bundan sonra adətən nə olur?

“Cebhe.info” xəbər verir ki, “Bundan sonra yaxınlarınızla bir qədəh şampan, gündəlik mövzularda söhbətlər”, – deyə Putin “Moskva. Kreml. Putin” proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.

Dövlət başçısı hədiyyələri hələ seçmədiyini də bildirib.

"Ancaq əlbəttə ki, Yeni ili birlikdə qeyd etdiyim insanlar üçün xoş bir şey etməyə çalışacağam", - Prezident əlavə edir. Bundan əvvəl “Vladimir Putinlə ilin yekunları”nda dövlət başçısı övladlarını və nəvələrini onun üçün “ən yaddaqalan hədiyyə” adlandırmışdı.
 
Ardını oxu...
“Zakarpatiya kənd sovetində qumbaraatanların partlaması Ukraynada vətəndaş müharibələrinin tezliklə başlayacağından xəbər verir”.

KONKRET.az xəbər verir ki, bunu eks-prezident Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin öz “YouTube” kanalında deyib.
Onun fikrincə, Transkarpatiyadakı kimi hallar daha çox olacaq.

“Qarşıdurma olacaq, artıq başlayır. Hərbi komissarların mənzillərini, evlərini partladacaqlar”, – Soskin bildirib.

Ekspert hesab edir ki, cəbhədə uğursuzluqlar və geri qayıdan veteranların psixoloji travması cəmiyyətdə silahlı qarşıdurmalara, həmçinin Ukraynanın Polşa və Macarıstanla sərhədlərində münaqişələr də silahdan istifadəyə səbəb ola bilər.

Bundan əlavə, ekspert Ukrayna hakimiyyətinin 2024-cü ildə ölkənin tam məhvinə səbəb ola biləcək kadr siyasətini pisləyib. Teleqraf.com
 
Ardını oxu...
“Rusiyanın təsirini genişləndirə biləcəyi bir çox coğrafi məkanların olmasına baxmayaraq, Moskva bunu NATO-ya qarşı etməyəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

O bildirib ki, alyansa qarşı hər hansı təcavüz Rusiya Federasiyasının hərbi-siyasi rəhbərliyi üçün intihar addımıdır.

Ekspert əmindir ki, Şimali Atlantika Alyansı bu gün Moskvaya hücum etmək qərarına gəlsəydi, ciddi müqavimət göstərmədən tez bir zamanda Rusiyanın paytaxtını işğal edərdi.

“Əminənm ki, belə bir müharibə “İkinci Dünya Müharibəsi” və ya “Moskva döyüşü” adlandırılmayacaqdı. Çünki, hər şey çox tez baş verəcəkdi”.

Eyni zamanda analitik xatırladıb ki, hətta Vaqner PMC dəstəsinin lideri Yevgeni Priqojin Rusiyanın paytaxtını ələ keçirməyə demək olar ki, müvəffəq olub.

“Hətta tam hüquqlu heyəti olmayan, qeyri-qanuni hərbi birləşmələr dəstəsi olan Priqojin belə demək olar ki, bunu bacardı. Sadəcə, Priqojin heç vaxt işini tamamlamadı, çünki o, cəsarətsiz idi. Amma Şimali Atlantika Alyansı irəliləsəydi, Qırmızı Meydanda növbəti qələbə paradı artıq Abrams və Leopard tankları ilə keçiriləcəkdi”, – deyə Kovalenko əlavə edib.
 
 


 
Ardını oxu...
Pakistan əfqanları öz ölkəsindən deportasiya etməklə “Taliban” hökumətinə təzyiq göstərməyə çalışır.

Bu açıqlama ilə “Taliban” təşkilatının təsis etdiyi sərhədlər və qəbilələr naziri Molla Nurullah Nuri çıxış edib.

O qeyd edib ki, İslamabadın bu hərəkətləri qəddar olduğu qədər, qaçqınların statusunu tənzimləyən beynəlxalq normalara da ziddir.

O əlavə edib ki, son 3 ay ərzində 438 mindən çox əfqan Pakistanı tərk etmək məcburiyyətində qalıb.
Məlumat üçün əlavə edək ki, Əfqanıstanla həmsərhəd ölkələrdə bu ölkənin təqribən 8,2 milyona yaxın vətəndaşı məskunlaşıb. Artıq həmin ölkələr qeyri-qanuni şəkildə onların sərhədlərini keçmiş əfqanları öz ölkələrindən deportasiya etməyə başlayıb. Bu isə “Taliban” iqtidarı üçün ciddi sosial təzyiq yaradıb.

MƏnbə: Sputnik Əfqanıstan
 
 
 
Ardını oxu...
Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

APA xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin yeni əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah olub.

1940-cı il ildə anadan olan Şeyx Məşəl Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın qardaşıdır.

Şeyx Məşəl btidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. O, təhsilinə İngiltərədəki Hinden Polis Kollecində davam edib və 1960-cı ildə oranı bitirib.

Şeyx Məşəl Küveytin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsi ilə 1967-1980-ci illərdə Dövlət Təhlükəsizliyi Təşkilatının rəisi vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildə Milli Qvardiyanın rəis müavini olub. Küveyt əmiri Şeyx Nəvafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd təyin edilib.

Şeyx Məşəlin 7-si qız olmaqla, ümumilikdə 12 övladı var.
Ardını oxu...
Böyük Yeddilik (G7) ölkələri son həftələrdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Nəşrin yazdığına görə, buna Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində dördillik dəstək proqramının qəbul edilməsinin, həmçinin ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı hələ də qərar verilməməsi səbəb olub. Hər iki mərkəzdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya transferini “alternativ maliyyə mənbəyi” kimi görməyə başlayıblar. İddia olunur ki, ABŞ nümayəndələri bu məsələdə gözlənilmədən qətiyyətli mövqe tutaraq, aktivlərin “beynəlxalq hüquqa uyğun olaraq” müsadirə edilməsinin bir yolunun olduğunu və problemin yaxın vaxtlarda həllinə ehtiyac olduğunu bəyan ediblər.

“Financial Times”ın əldə etdiyi və ABŞ-ın müzakirə üçün G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə bildirilir: “G7 üzvləri və müharibədən daha çox təsirlənən digər ölkələr Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini müsadirə edə bilər” .

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxış edərək Rusiyaya məxsus vəsaitlərin müsadirə olunmasının Ukraynaya köçürülməsinin qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”. Nazirin fikrincə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.

Davam edən müzakirələrdə iştirak edən avropalı diplomat FT-yə deyib: “Biz Ukraynanı istənilən formada pulla təmin etmək üçün bir yol tapmalıyıq. Getdikcə daha çox ölkə bu aktivlərə diqqət yetirir və onların hələ də işə yaramadan saxlandığına təəccüblənirlər”.
 
Ardını oxu...
İndi dünyanın fövqəldövləti hesab edilən ABŞ əslində yerli xalqların kütləvi məhv edilməsi hesabına yaranan bir dövlətdir. Tarixi boyu ABŞ dəfələrlə soyqırımı siyasətinə imza atıb.

Bizim.Media ABŞ-ın soyqırımı, qətliamlarla dolu qaranlıq tarixini araşdırıb.

Hər şey avropalılar Amerikaya ayaq basdıqdan sonra başladı...

Avropalılar Amerika qitəsinə ayaq basan ilk dövrlərdən yerli xalqlara qarşı soyqırımına start verirlər. Tarixçilərin məlumatına görə, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayıb-35 milyonu Şimali, 40 milyonu isə Cənubi Amerikada. Təkcə indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayıb.

Lakin 1620-ci ildən 1900-cu ilə qədər yerli xalqlara qarşı törədilən soyqırımlar nəticəsində aborigenlərin sayı 237 min nəfərə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi yoluxucu xəstəlikləri göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların məhz 40-45 faizi yolxucu xəstəliklər nəticəsində ölür.
1633-cü ildə indiki ABŞ-ın şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlamış və hinduların böyük hissəsi məhv olur. 1634-cü ildə mohavklara çatan su çiçəyi xəstəliyi 1936-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatır. Nəticədə 1770-ci ilə qədər ABŞ-ın qərb sahillərində yaşayan hindilərin 30 faizi su çiçəyi yoluxmasının qurbanı olur. 1780-1782-ci illərdə su çiçəyi ovalıq hindilərini də tutmuşdu. Bu soyqırım nəticəsində yerli hinduların sayı kəskin azalır. ABŞ-ın şimal torpaqlarında yaşayan anişinabelərin üçdə biri, bataqlıq krilərin 75 faizi, də su çiçəyinin təsirindən qırılır.

1721-ci ildə Bostonda ən ağır yoluxma hadisəsi baş verir. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi On üç koloniyanın yoluxulmamış hissələrinə yayılır. 1770-ci illərin sonuna doğru su çiçəyi yoluxması yenidən başlayır və 125000 yerli sakini məhv edir.
ABŞ uzun müddət Afrika mənşəli insanlara da qul münasibəti sərgiləyib. Xüsusən də ölkənin cənub ştatlarında 1863-cü ilə qədər qul ticarəti mövcud olub. Bunun da nəticəsində milyonlarla afrika mənşəli insanlar soyqırıma, amansız vəhşiliklərə məruz qalıblar. Kölə ticarəti 100 milyon afrikalının ölümünə səbəb olur.

Dövr keçsə də, xislət dəyişmir...

Hər nə qədər insan hüquqları məsələsi ön plana keçsə də, ABŞ 1973-cü il fevralın 27-də yerli hindu xalqı Cənubi Dakota ştatında bir qəsəbəni ələ keçirib “müstəqil dövlət” qurur. Hindular pozulan hüquqlarına bu yolla etiraz edirlər. Hakimiyyət bunu cavabsız qoymayaraq onlara qarşı zorakı addımlara yol verir.

Hərəkatın ardıcılları qorxudulur, döyülür, həbs edilir. Buna cavab olaraq da hindular güc yoluna əl atmaq qərarına gəlirlər. Onlar 80 günə yaxın kiçik Vunded-Ni qəsəbəsini ələ keçirib, hakimiyyətə qarşı çıxırlar. Bu, ABŞ tarixinə “qırmızıdərililər” adı ilə düşüb. Sözügedən hadisə Amerika qitəsinin yerli xalqları ilə müstəmləkəçilər arasında 300 ildən çox davam edən qanlı müharibələrin sonuncu epizodu idi.

Avropalılar ümumilikdə son 300 ildə 100 milyondan çox Amerika yerlisini öldürərək, dünyada bənzəri olmayan soyqırımı törətdib.

Bitməyən müharibələr

1945-ci ilin avqustun 6- və avqustun 9-da ABŞ-ın Xirosima və Naqasakiyə atdıqları atom bombası nəticəsində 350 min insan həlak olur.

ABŞ-ın 1950-ci ildə Qvetamalanı işğal etməklə 200 min mülki vətəndaşın ölümünə bais olur. 1960-cı ildə ABŞ-ın Konqoda başlatığı müharibə 3 milyon insanın ölümü ilə nəticələnir. ABŞ-ın 1965-66-cı illərdə İndoneziyada keçirdiyi əməliyyat 500 mindən çox insanın ölümünə səbəb olur.

Bu ölkənin keçən əsrin 60-70-ci illərində Vyetnamda apardığı müharibə 3 milyon, Kamboca və Laosdakı vəhşilikləri isə 1 milyon insanın həyatına son qoyur.

ABŞ-ın 1983-cü ildə Qrenadanı işğalı 300 min, 1989-cu ildə Panamanı işğalı 3 min, 1991-ci il İraqı işğalı 113 min, 2001-ci il Əfqanıstana müdaxiləsi isə 150 min mülki insanın ölümünə səbəb olur.
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin bitməsindən 2001-ci ilə qədər olan müddət ərzində dünya üzrə baş verən 248 silahlı münaqişədən 201-ində ABŞ bu və ya digər şəkildə iştirakçı olub.

Rüfət Sultan, Bizim.Media
 
Ardını oxu...
Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi korrupsiya olub.Məlumata görə, bu gün iclas zamanı partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən il üçün xərclər haqqında hesabat tələb etsə də, nəticəsi olmayıb.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək bəyan edib ki, Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsi düzgün deyil.

Bundan sonra Batrin bir-iki dəqiqəliyə zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, lakin həmkarlarının diqqətsizliyini görcək sursatları işə salıb. Bundan əvvəl Batrin kənd sovetinin başçısını və onun dövlət satınalmaları ilə bağlı israfçılığı tənqid edən bir neçə video yayımlayıb.

Mənbə: news.ru
 

Dünyapress TV

Xəbər lenti