G7 Ukraynanın xeyrinə hərəkətə keçdi
Böyük Yeddilik (G7) ölkələri son həftələrdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Nəşrin yazdığına görə, buna Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində dördillik dəstək proqramının qəbul edilməsinin, həmçinin ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı hələ də qərar verilməməsi səbəb olub. Hər iki mərkəzdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya transferini “alternativ maliyyə mənbəyi” kimi görməyə başlayıblar. İddia olunur ki, ABŞ nümayəndələri bu məsələdə gözlənilmədən qətiyyətli mövqe tutaraq, aktivlərin “beynəlxalq hüquqa uyğun olaraq” müsadirə edilməsinin bir yolunun olduğunu və problemin yaxın vaxtlarda həllinə ehtiyac olduğunu bəyan ediblər.

“Financial Times”ın əldə etdiyi və ABŞ-ın müzakirə üçün G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə bildirilir: “G7 üzvləri və müharibədən daha çox təsirlənən digər ölkələr Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini müsadirə edə bilər” .

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxış edərək Rusiyaya məxsus vəsaitlərin müsadirə olunmasının Ukraynaya köçürülməsinin qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”. Nazirin fikrincə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.

Davam edən müzakirələrdə iştirak edən avropalı diplomat FT-yə deyib: “Biz Ukraynanı istənilən formada pulla təmin etmək üçün bir yol tapmalıyıq. Getdikcə daha çox ölkə bu aktivlərə diqqət yetirir və onların hələ də işə yaramadan saxlandığına təəccüblənirlər”.
 

Bölmənin digər xəbərləri

15 May 2025 Zelenski Ankaraya enər-enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti...”
15 May 2025 Trampı tənqid edən yüksəkvəzifəli məmurlar işlərindən azad edildilər
15 May 2025 Pakistandan Azərbaycana təşəkkür fləş-mobu — FOTOLAR
15 May 2025 Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
15 May 2025 Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
15 May 2025 ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır
14 May 2025 Trampdan Əş-Şaraya sərt ultimatum: "Ya sülh, ya təcrid"
14 May 2025 Dünyanın sonu üçün tarix verildi: “Qorxduğumuzdan daha tez...”
14 May 2025 İtaliyada baş verən ardıcıl zəlzələlər narahatlığa səbəb olub
14 May 2025 Azerbaycan ile Kardeşlik Bağları Güçleniyor FOTO
14 May 2025 Kokain iddiaları ilə bağlı video sosial şəbəkələrdə ajiotaj yaratdı
14 May 2025 Putin Trampı növbəti dəfə alçaldıb, onu “gicbəsər” adlandırdı
13 May 2025 Ermənilər Gürcüstana qarşı AYAĞA QALXDI: Səfirlik mühasirəyə alındı - VİDEO
13 May 2025 Peskov açıqladı: Putin İstanbula...
13 May 2025 Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsini tarixi hadisə adlandırıb
13 May 2025 PKK-nın özünün buraxmasının PƏRDƏARXASI: Öcalanın qruplaşması bu addımı niyə atdı? - İLGİNC SƏBƏBLƏR
13 May 2025 Trampdan Qətərdən aldığı 400 milyonluq hədiyyəyə reaksiya: “Yox desəydim, axmaq olardım”
12 May 2025 Qərb liderləri narkotikdən istifadə edib? - Qalmaqallı video
12 May 2025 SON DƏQİQƏ: Təyyarələr İrəvana enə bilmir - SƏBƏB
12 May 2025 Zelenski: "Putini cümə axşamı Türkiyədə gözləyəcəyəm"

Dünyapress TV

Xəbər lenti