Ardını oxu...
Ozerov bildirib ki, payızda Soçidə Rusiya-Afrika formatında xarici işlər nazirlərinin ikigünlük görüşündə 2023-cü ilin yayında Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitindən sonra aralıq nəticələrinə yekun vurulacaq.
Payızda Soçidə keçiriləcək Rusiya-Afrika Tərəfdaşlıq Forumunun nazirlər konfransına 54 Afrika ölkəsinin hamısının nümayəndələri dəvət olunub, əksər xarici işlər nazirləri artıq iştiraka razılıq veriblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi və Rusiya-Afrika Tərəfdaşlıq Forumunun katibliyinin rəhbəri Oleq Ozerov RİA Novosti Afrika-ya bildirib.
"Biz bütün 54 Afrika ölkəsinin nümayəndələrini, eləcə də Afrika İttifaqından başlayaraq SADC, ECOWAS və digərləri ilə bitən regional və subregional inteqrasiya birliklərinin rəhbərlərini iştirak etməyə dəvət etdik XİN rəhbərləri artıq iştiraka razılıq veriblər. Gözləyirik ki, qalan müddətdə əksər ölkələr bu və ya digər səviyyədə bu tədbirdə iştirakını təsdiq edəcəklər, baxmayaraq ki, biz, xarici işlər nazirlərinin şəxsən iştirakına ümid edirik", - Ozerov deyib.
Ozerov bildirib ki, payızda Soçidə Rusiya-Afrika formatında xarici işlər nazirlərinin ikigünlük görüşündə 2023-cü ilin yayında Sankt-Peterburqda keçirilən ikinci Rusiya-Afrika sammitindən sonra aralıq nəticələrinə yekun vurulacaq.
Ozerov deyib ki, Afrika ölkələrinin Qərblə münasibətlər qurmaq istəyi əhəmiyyətli dərəcədə dəyişir.
"Afrika ingilis və fransız dili kimi "imperialist" dillərdən imtina edərək öz səsi ilə danışmağa başlayır", - Ozerov deyib.
O, Afrika ölkələri ilə enerji sektorunda iqtisadi əməkdaşlığa qanunvericilik dəstəyinə dair strateji sessiyada deyib ki, Afrika qitəsinin nəhəng, bəlkə də qiymətləndirilməmiş milli və mədəni dirçəliş prosesi başlayıb.

Ardını oxu...
Rusiya uzunmüddətli passivlikdən sonra platforma təklif edirsə, bu, heç də təsadüfi deyil, geosiyasi və regional təhlil və proqram təklifi var.

Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında gürcü politoloq Kaxa Qoqolaşvili Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Azərbaycan və Ermənistana görüş üçün Moskva platformasını təklif etməsi haqda qeyd edib.

O bildirib ki, plan varsa, o zaman bu, təkcə təklif deyil:

“Bəlkə də bu platformada danışıqlara töhfə verəcək inkişaflar olacaq. Etiraf etmək lazımdır ki, Qərb vasitəçiliyin yaradılması üçün böyük fəallıq nümayiş etdirir, lakin bu, mürəkkəbliklərlə müşayiət olunur, çünki Azərbaycan birbaşa danışıqlar aparmaq istəyir. Son illər biz görürük ki, heç bir ölkənin platforması vasitəçi kimi sabit deyil. Bu, təbii ki, qaynar geosiyasi proseslərlə, eləcə də tərəflərin – indki halda Azərbaycanın - istəkləri ilə şərtlənir”.
Politoloqun sözlərinə görə, Azərbaycan nəinki birbaşa danışıqlar istəyir, həm də Qərb platformasını arzulamır:

“Çünki Ermənistanla Qərbin münasibətlərində yaxınlaşma istiqamətində dəyişikliklər var. Bəyanatlardan da göründüyü kimi, Azərbaycan Qərbin, xüsusən Fransanın Ermənistana göstərdiyi hərbi dəstəyi problem hesab edir. AB də İrəvana müəyyən maliyyə dəstəyi vermək istəyir. Azərbaycanda Qərbin qərəzsiz vasitəçi olmayacağı ilə bağlı narahatlıq var”.

Onun fikrincə, tərəflər problemin böyük bir hissəsinin razılaşdırıldığını nə qədər bəyan etsələr də, vasitəçi ölkənin rolu əhəmiyyətsiz ola bilməz, çünki vasitəçi ölkənin öz maraqları, məqsədi var:

“Platformaların Vaşinqton, AB, Rusiya, Almaniya, Qazaxıstana keçirilməsinin səbəbi də budur. Növbəti yerin Mosva olacağı istisna edilmir, lakin bu da uzunmüddətli olmayacaq”.
Ardını oxu...
İranın polis rəisinin müavini Sərdar Qasım Rzayi Qəzvin vilayətinin təhlükəsizlik şurasının iclasında bildirib ki, hökumətlərin dəyişməsi Nur planının həyata keçirilməsində axsama yaratmayacaq.

Yarı-rəsmi ISNA xəbər agentliyinin məlumatına görə, Qasım Rzayi deyib: “Müəyyən cinayətlərlə məşğul olmaq polis qüvvələrinin təbii vəzifələrindən biridir. Bizi dalğalar əsir götürməyəcək, bizim iffət və hicab sahəsində hüquqi və şəriət öhdəliyimiz var”.

Nur Planının dayandırıla bilməyəcəyinə işarə edən Rzayi bu plana vilayətin təhlükəsizlik şurasının dəstəyinin vacibliyini vurğulayıb.

Bu yüksək rütbəli polis məmuru həmçinin iddia edib ki, cinayətin cəzası ölkədə cinayətlə düzgün nisbətdə deyil və qanunlar lazımi çəkindirici təsirə malik deyil. O hesab edir ki, bu məsələ polisin gücünü də şübhə altına alır.
Polis məmurunun açıqlamalarını tənqid edən bəzi fəallar bu bəyanatların niyə Məsud Pezeşkianın seçki kampaniyasında Nur planına qarşı olduğunu bildirdiyi zaman verilmədiyini və andiçmə mərasimi ərəfəsində dilə gətirildiyini sual edərək tənqid edirlər.

Həm İran parlamentində Təbrizin nümayəndəsi kimi fəaliyyət göstərərkən, həm də seçki kampaniyası zamanı Məsud Pezeşkian polisin məcburi hicab taxmayan qadınlara qarşı sərt rəftarına qarşı olduğunu açıq şəkildə bəyan edib.

İslam Respublikasının qanunlarına görə, polis qüvvələri İslam Respublikasının rəhbərinə tabedir; o, baş komandan olaraq polis qüvvələrinə nəzarət edir, beləliklə, hökumətin polis qüvvələrinə nəzarət etmək gücünə şübhə ilə yanaşılır.

İranda vilayətlərin təhlükəsizlik şurası Milli Təhlükəsizlik Şurasının tabeliyindədir və vali bu şuranın rəhbəridir. Vilayətin İslam İnqilabı Keşikçiləri Korpusu komandiri, hərbi və polis qüvvələrinin komandirləri, vilayətin təhlükəsizlik qüvvələrinin rəhbəri və İnqilab Məhkəməsinin prokuroru bu iclasda iştirak edən rəsmilər arasında olub.
 
 
 
Ardını oxu...
Webometric info il ərzində ikinci dəfə dünya universitetlərinin reytinq səviyyəsini dərc etmişdir. Dünya universitetlərinin reytinqi təhlili ilə məşğul olan çoxsaylı təşkilatlar arasında ən obyektiv qurumdur. Çünki bu süni intellekt proqramı əsasında və təmənnasız işləyən bir qurumdur, nəticələr tamamilə insan subyektivizmindən uzaqdır. İkinci dünyanın bütün universitetlərini təhlil edir. Üçüncüsü isə daimi axtarışdadır, gündəlik informasiya alır və ildə iki dəfə hesabat dərc edir.
Bu hesabat da ilkin məlumatlara əsasən hazırlanmışdır. Bir neçə gün dəqiqləşmə aparıla bilər.
İlkin məlumatlara görə dünya üzrə yenə də birinci üçlük hamısı ABŞ-a məxsusdur, birinci 20-lik də ingilislərə məxsusdur (ABŞ, Böyük Britaniya, Kanada). Müsəlman ölkələri üzrə birincilik bu ildən Səudiyyə Ərəbistanına keçir, ikinci yer İrandadır, üçüncü yer isə Türkiyədədir (son vaxtlara qədər birinci yeri Türkiyə özündə saxlayırdı). Hər iki ölkə təhsilə böyük kapital yatırır, Azərbaycandan 10 dəfə çox...
Cədvəldə ölkənin ilk 20 universitetinin reytinq səviyyəsi verilmişdir.
Ölkəmizə gəldikdə UNEC yenə də birinciliyi qoruyub saxlayır və bu ildə də bir neçə yüz universiteti geridə buraxmışdır. BDU da bu ilə vəziyyəti xeyli yaxşılaşdırmışdır (ola bilər bu daha çox Akademiyanın bir neçə reytinqli universitetinin bu universitetin tabeçiliyinə verilməsi ilə əlaqədar olsun). UNEC-lə BDU arasında fərq də xeyli azalmışdır. Amma Xəzər və Ada universitetləri isə xeyli geriləmişdir.
Qonşu iki Cənubi Qafqaz respublikası universitetlərində də vəziyyət xeyli fərqlidir. Ermənistan da Erevan dövlət universiteti xeyli irəliləmiş, Gürcüstanın birinci universiteti isə 150 universiteti irəli buraxmışdır, yəni geriləmişdir.
Cənubi Azərbaycan universitetləri isə xeyli irəliəmişdir. Təbriz tibb universiteti birinci 900 universitetin tərkibində yer alaraq 878-ci yerdə qərarlaşmışdır (İran universitetləri işərisində 7-ci yer). Təbriz universiteti isə 1038-ci yeri tutmuşdur (İran universitetləri içədisində-13-cü yer). Maraqlı sual ortaya çıxır, nə üçün Şimali Azərbaycan universitetləri Amerika, Avropa, Asiya universitetləri ilə əməkdaşlıq edir, amma Təbriz, Qəzvin, Urmiya, Ərdbil ... universitetləri ilə deyil? Əminəm təhsil Nazirliyi və universitet rəhbərləri suala cavab tapacaqlar....
Saleh Məmmədov
Ardını oxu...
 
Ardını oxu...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxış edib.

Ərdoğan çıxışı zamanı Fələstin Prezidenti Mahmud Abbası tənqid atəşinə tutub.

"Bəzi siyasi partiyalar "Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır" deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi", - Ərdoğan bildirib.
CNN Türk
 
Ardını oxu...
Parisdə Olimpiya Oyunlarının açılışı yalnız LGBT simvollarının bolluğu ilə deyil, həm də məlum olduğu kimi, açıq şəkildə qida çatışmazlığı ilə əlamətdar oldu.

Publika.az xəbər verir ki, bu barədə dünyanın nüfuzlu mətbuat orqanları yazır.

“Fiqaro” qəzeti qeyd edib ki, Olimpiya bayrağı tərs qaldırılıb.

Qəzet istehza ilə qeyd edib: "Yaxşı, belə möhtəşəm tədbirlərdə belə mükəmməlliyə yer yoxdur".

Açılış mərasimi LGBT üzvlərinin ruhunda keçirilib, bunu “Sud Ouest” də təsdiqləyib . “Qeyd etmə” adlı səhnə epizodlarından birində transvestit modellər Leonardo da Vinçinin “Son Şam yeməyi” kimi stilizə edilmiş stolda əyləşiblər.

Daha sonra LGBT modelləri qürurla səhnəni keçdilər, sonra isə art-direktor Tomas Jolinin “azadlıq və sevgi”yə həsr etdiyi nömrə təqdim olundu. Bu tamaşada iki kişi rəqqas öpüşüb, digər üçü isə otağa girərək gözdən itib.

Lakin “sevgi və azadlıq” bolluğuna baxmayaraq, Olimpiya kəndi, göründüyü kimi, qida qıtlığı yaşayır.

“The Independent” yazır ki, Britaniya komandası yumurta, toyuq və digər məhsulların çatışmazlığı səbəbindən öz aşpazını gətirmək məcburiyyətində qalıb:

“İdmançılar digər iaşə obyektlərindən yemək gətirməyə başladılar və verilən yeməklərin keyfiyyəti (çiy ət və digər “sürprizlər”) tənqidlərə səbəb oldu.

Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Endi Anson yaxın iki gündə vəziyyətin köklü şəkildə dəyişməli olduğunu vurğulayıb.

Gündə təxminən 40 min porsiya hazırlamaq zərurəti olsa da, Olimpiya kəndinin yeməkxanalarında cəmi 3300 yer var. Oyunların təşkilatçıları idmançıların qidalanmasına cavabdeh olan “Sodexo Live” şirkətini günahlandırır və əmin edirlər ki, təchizatın yaxşılaşdırılması üçün çox ciddi iş aparılır.

Beləliklə, əziz idmançılar və sadəcə idman həvəskarları, LGBT şousundan və eyni zamanda toyuq ayaqları üçün ovdan "zövq alın".
 
Ardını oxu...
İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

15-ci maddənin necə və hansı səviyyədə icra olunacağı barədə geniş açıqlama verilməsə də, Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildiriblər.

Qeyd edək ki, “15-ci Prinsip Komitəsi”nin rəhbəri Cavad Miri bu barədə özünün X səhifəsində paylaşım etsə də, başçılıq edəcəyi komitənin fəaliyyətinin təfərrüatı barədə açıqlama verməyib. Xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.

Millət vəkili Ceyhun Məmmədovun fikrincə, Pezeşkianın prezident seçilməsi təsadüfi deyil. “Yeni Müsavat”a şərhində o, ana dilinə münasibətin İranda ciddi problem yaratdığına diqqət çəkdi: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu məsələyə toxunmuşdu. İrana beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən bu məsələ ilə bağlı ciddi təzyiqlər var. Bu artıq İran üçün başağrısına çevrilib. Ölkəyə ünvanlanmış ittihamlar, tənqidlər artmaqdadır. Pezeşkianın prezident seçilməsinə işıq yandırılmasının əsas səbəblərindən biri də budur. Çünki İran bununla dünyaya mesaj vermək istəyir ki, ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur. İranda yaşayan bütün millətlər bərabər hüquqa malikdirlər. İstənilən xalqın nümayəndəsi İranda prezident ola bilər.

Bu mənada Pezeşkianın belə bir addım atması müstəqil qərar deyil, İranın Ali dini lideri ilə razılaşdırılmış məsələdir. Növbəti aylarda bu istiqamətdə müəyyən addımlar atılmasının şahidi olacağıq. İranda yaşayan milli azlıqların, xalqların hüquqlarının qorunması, ana dilində təhsil almasına şərait yaradılması gündəmdə olacaq. Əsas hədəflərdən biri prosesi İranın maraqları çərçivəsində başlamaq və sonlandırmaqdır. Təbii ki, hər birimizin ən böyük arzularından biri İranda yaşayan azərbaycanlıların hüquqlarının ən yüksək səviyyədə təmin olunması, onların ana dilində təhsil almasına şəraitin yaradılmasıdır. Bu istiqamətdə qəbul edilən hər bir qərarı, atılan hər bir addımı dəstəkləyirik".

Millət vəkili hesab edir ki, atılan hər yeni addım iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər: “İranda yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması uzun illərdir təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş müzakirə olunur. Hər kəs bu məsələyə baxılmasını gözləyirdi. Hakimiyyətə islahatçılar gəldiyi üçün məsələnin həll yolu real görünür”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, İranda qeyri-farsların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək: “İran prezidentinin verdiyi qərar əslində İran konstitusiyasında təsbit olunub. Söhbət təkcə Azərbaycan dilində təhsil almaqdan deyil, həm də digər azsaylı xalqların öz dilində təhsil almasından gedir. Əslində Azərbaycan türkləri İranda azsaylı xalq hesab olunmur. Hətta rəsmi mənbələrə istinad olunan məlumatlarda Azərbaycan türklərinin əhalinin 53 faizini təşkil etdiyi ifadə olunur. Bütün hallarda bu təqdirolunan məsələdir. Ana dilimizdə məktəblər açılacaqsa, ali təhsil müəssisələrində Azərbaycan tükçəsində fakültələr bərpa olunacaqsa, müəyyən elmi-tədqiqat mərkəzləri, bağlanmış qurumlar da açılacaqsa, bu, irəliləyiş deməkdir.

Bir millətin dilini əlindən aldıqdan sonra ciddi çətinliklər yaşanır. Bu addımlar əhval-ruhiyyəyə də ciddi təsir edəcək. İnsanların ana dilində təhsil alması Şimali Azərbaycanla əlaqələrə də təsirsiz ötüşməyəcək. Gələcəkdə tələbə mübadiləsi həyata keçirilə bilər. Bu, inteqrasiyanın gözəl forması olar. Yaxud İranda təhsil alan tələbələrin bir müddətdən sonra təhsilini Azərbaycanda davam etdirməsi gündəmə gələ bilər. Hesab edirəm ki, Azərbaycanda işləyən müəllimlərin İrana göndərilməsini də müzakirə etmək olar. Güney Azərbaycanda bu sahədə ciddi kadr çatışmazlığı yaşanır. Həm universitetlərdə, hətta kəndlərdə belə Azərbaycandan ezam olunmuş müəllimlərin çalışması ciddi irəliləyiş olar.

Hər halda, gedişatı diqqətdə saxlayaq. Azərbaycan türklərinin tələbləri, istəkləri nələr olacaq? Dövrün çağırışları nələr olacaq? “15-ci Prinsip Komitəsi”nin yaradılmasını təməl addım kimi qəbul edək. Bunun üzərində ciddi irəliləyişlər əldə etmək imkanı var. Növbəti mərhələlərdə nəticə prezidentin, o cümlədən İranın siyasi rəhbərliyinin iradəsinə, millətin davranışına, eyni zamanda bizim verəcəyimiz dəstəyə bağlıdır. İstənilən halda, bu təqdirolunan hadisədir".

Siyasi şərhçi Kənan Rövşənoğlu isə “Yeni Müsavat” şərhində xatırlatdı ki, Məsud Pezeşkianın seçki kampaniyası əsasən etnik qruplar, xüsusən də Azərbaycan əhalisi üzərində qurulmuşdu: “Bu səbəbə seçildikdən sonra onun belə bir addım atması gözlənilən idi. İslam Respublikası konstitusiyası etnik qrupların ana dillərinin inkşafı və tədrisi hüququ tanıyır. Bu məsələyə İranda çox əhəmiyyət verilməyib və daha çox prezidentlərin öhdəsinə buraxıldığı üçün hər prezidentin buna ayrıca yanaşması olub.

Məsələn, “islahatçı” Həsən Ruhani də seçki kampaniyasında etnik qruplara təhsil sözü verdi və prezident olduqdan sonra bu istiqamətdə müəyyən addımlar atıldı, Təbriz Universitetində Azərbaycan dili mərkəzi yaradıldı, dərslər verildi. İndi isə Pezeşkian özü azərbaycanlı olduğu üçün güman ki, bu istiqamətdə ciddi addımlar atacaq. Lakin bunu bütün Azərbaycan regionlarında, ümumiyyətlə, bütün etnik qrupların hər birinin öz dilində təhsil alması kimi düşünmək doğru olmaz. İran unitar dövlətdir, eyni zamanda Şərqdə ən böyük çoxmillətli ölkələrdən biridir. Birdən-birə bütün etnik qrupların öz dilində təhsilə keçməsi mümkün deyil. Mərkəzi hakimiyyət də buna getməz, hətta istəsə belə birdən-birə buna keçə bilməz. Prezident Məsud Pezeşkianın yaratdığı komissiya bir mənada bunun formatını hazırlayacaq. Bunun üçünsə gözləmək lazım gələcək".
 
Ardını oxu...
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Prezident Ermənistan qarşısında konkret Qərbi Azərbaycan tələbini qoydu" adlı süjetdə Prezident İlham Əliyev iyulun 20-də keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusundakı 2-ci Şuşa Qlobal Media Forumunda Qərbi Azərbaycanla bağlı mühüm bəyanatlarına, o cümlədən "Azərbaycanlıların öz torpaqlarına - Qərbi Azərbaycana qayıdacağı gün mütləq gələcək" mesajına yer verilib.

Bildirilir ki, Prezident İlham Əliyev heç vaxt nəyisə ritorika xatirinə, yaxud ictimai rəyə hesablanmış formada dilə gətirmir: "O, deyir və edir. Qarabağ zəfəri bunun bariz nümunəsidir. Prezident beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycanla bağlı həqiqətləri, eləcə də soydaşlarımızın evlərinə qayıdışın "yol xəritəsini" təqdim etdi. Bununla yanaşı, Ermənistan rəhbərliyi qarşısında konkret tələblər qoydu. İndi top Ermənistanın meydançasındadır. Rəsmi İrəvan Qərbi Azərbaycana qayıdışı qəbul etməlidir, əks təqdirdə, sülhdən və regional əməkdaşlıqdan bəhs etmək çətin görünür. Bu halda Ermənistanın bölgədə dövlət kimi mövcudluğu perspektivi də sual altına düşəcək".

Qeyd olunub ki, forumda Qərbi Azərbaycanla bağlı verilən mesajlar Ermənistanda ciddi müzakirələrə səbəb olub. Erməni şərhçi Artuq Martirosyan deyib ki, azərbaycanlıların Qərbi Azərbaycanda məskunlaşması Əliyevin son hədəfidir: "İlham Əliyev 44 günlük müharibədən sonra - son 4 ildə Qərbi Azərbayandan danışır. Ermənistan hakimiyyəti isə reaksiya vermir. Bildirirlər ki, azərbaycanlıların qayıtmasından danışsalar, biz də ermənilərin Azərbaycana qayıtmasından danışarıq. Lakin qayıtmaq istəyən erməni olacaqmı? Bu, problemli məsələdir. Azərbaycanlılar isə qayıdacaqlar. Əliyev də son nöqtəni qoyur: təkcə ərazi və dəhliz yox, həm də azərbaycanlıların qayıtmasına nail olmağa çalışırlar. Əgər bu baş verərsə, bir müddət sonra azərbaycanlılar Ermənistanın siyasi proseslərində aktiv iştirakçıya çevriləcəklər".

Erməni tarixçi Qaqik Hambaryan isə hesab edir ki, Paşinyan Əliyevin bütün tələblərini icra edəcək: "Əliyev azərbaycanlıların qayıtmasını və onlara daxili muxtariyyətin verilməsini tələb edir. Həmçinin, azərbaycanlıların qayıdışından sonra Ermənistanda region ölkələrin nümayəndələrindən ibarət sülhməramlılar yerləşməli, onların təhlükəsizliyini təmin etməlidir. Bu ölkələr arasında Türkiyə də var".

Sonda vurğulanıb ki, Şuşa Forumunda səslənən fikirləri Qərbi Azərbaycana qayıdışa nail olmaq istiqamətində mühüm hadisədir: "Qarabağ zəfərini qazanan Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan mesajını məhz azad edilmiş torpaqlardan - Şuşadan verməsi bu mübarizədən də qalib çıxacağımızın müjdəsidir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Yeddi qubernator, bir senator, bir katib – Demokratların vitse-prezidentliyə namizədi çoxdur, amma...

Çox güman ki, ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Demokratlar Partiyasından namizəd olacaq. Onun namizədliyi hələ rəsmən təsdiqlənməsə də, “Politico” artıq Demokratlar Partiyasının 9 nümayəndəsinin adını açıqlayıb ki, onlardan biri böyük ehtimalla vitse-prezidentliyə namizəd kimi seçkilərdə onun rəqibi olacaq.

Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli, Miçiqan qubernatoru Qretçen Vitmer, Kentukki qubernatoru Əndi Beşer, Şimali Karolina qubernatoru Roy Kuper, Kaliforniya qubernatoru Qavin Neusom, İllinoys qubernatoru J.B. Pritzker, Merilend qubernatoru Ues Mur, nəqliyyat katibi Pete Buttiqieq.

Pensilvaniya qubernatoru Coş Şapiro - 51 yaşlı Şapiro 2023-cü ildən qubernator vəzifəsində çalışıb, bundan əvvəl isə 2017-ci ildən Pensilvaniya ştatının baş prokuroru, mahal komissarı və ştat nümayəndəsi olub. Noyabr seçkilərində qələbə kimin yeddi ştatda qalib gəlməsindən asılı olacaq. Pensilvaniya da onlardan biridir. Harris Şapironu özünə namizəd kimi seçsəydi, bu əsas ştatda seçiciləri onun xeyrinə sövq edə bilər. Şapironun özü artıq Harrisi namizəd kimi dəstəkləyəcəyinə söz verib və Demokratlar Partiyasının üzvlərini onun ətrafında birləşməyə çağırıb.

Arizona senatoru Mark Kelli - 60 yaşlı Kelli 2020-ci ildən senator vəzifəsində çalışır və əvvəllər Hərbi Dəniz Qüvvələrində NASA astronavtı və döyüş pilotu olub. O, keçmiş konqresmen Qabbi Qiffordsla evlidir və Konqresdə prezident postu uğrunda əsas mübarizənin getdiyi başqa bir “sarsıntılı dövləti” təmsil edir. Üstəlik, Kellinin özü 1962-ci ildən Arizonadan seçilmiş ilk demokrat senator oldu.

Bundan əlavə, Arizona qeyri-qanuni miqrasiya məsələsinin hər yerdən daha kəskin olduğu Meksika ilə həmsərhəd ştatdır. Burada seçicilərin dəstəyini qazanmaq Trampın kartlarından birini bu seçkidə oynadığı böyük anti-immiqrant partiya kartından çıxarmaq deməkdir.

Miçiqan qubernatoru Qretçen Vitmer - 52 yaşlı Vitmer 2019-cu ildən qubernator vəzifəsini icra edir. O, əvvəllər Miçiqan Nümayəndələr Palatasında və Miçiqan Senatında çalışıb. 2022-ci ildə yenidən qubernatorluq yarışında respublikaçı namizəddən 11 xal çox qazanaraq qalib gəlib.

Miçiqan həm də seçicilərin ya respublikaçı, ya da demokrat namizədə qələbə qazandıra biləcəyi “yelləncək” ştatıdır. Buradakı qələbə Baydenin 2020-ci il seçkilərində qələbəsi üçün mühüm idi.

Kentukki qubernatoru Əndi Beşer - 46 yaşlı Beşer 2019-cu ildə qubernator seçilib və noyabrda keçirilən seçkilərdə respublikaçı namizədi 5% qabaqlayıb. Bu, Kentukki ştatının ümumiyyətlə respublikaçı ştat hesab edilməsinə baxmayaraq baş verib. Beşir həm də 2015-ci ildə ştatın baş prokuroru seçilib.

Beşer Kentukki siyasi korifeylərinin uzun bir xəttindən gəlir. Onun atası Stiv Beşer da respublikaçı ştatın demokratik qubernatoru olub, 2007 və 2011-ci illərdə seçkilərdə qalib gəlib.

Şimali Karolina qubernatoru Roy Kuper - 67 yaşlı Kuper 2017-ci ildən Şimali Karolinanın qubernatoru vəzifəsində çalışır və müddət məhdudiyyətləri səbəbindən yenidən namizəd ola bilməz. O, əvvəllər 16 il ştatın baş prokuroru vəzifəsində çalışıb və Şimali Karolina Senatında və Nümayəndələr Palatasında işləyib.

Konqresmen Cim Klaybern Kuperi Demokratlar Partiyasının gələcək liderlərindən biri adlandırıb.

Şimali Karolina “yelləncək” ştatıdır, lakin 2020-ci ildə Trampa səs verib, digər “yelləncək” ştatları isə Baydenə səs verib.

Kaliforniya qubernatoru Qavin Neusom - 56 yaşlı Neusom bir vaxtlar Demokratlar Partiyası daxilində Baydenə ciddi rəqib olub. O, 2019-cu ildən qubernator vəzifəsində çalışır. Əvvəllər San-Fransisko şəhərinin meri, sonra isə Kaliforniyanın leytenant qubernatoru vəzifələrində çalışıb. Neusom tez-tez potensial vitse-prezidentliyə namizəd kimi müzakirə olunur. Lakin o, Kamala Harrisin namizəd yoldaşı kimi sadə bir səbəbdən böyük maneə ilə üzləşəcək: onların hər ikisi Kaliforniyadandır. 12-ci düzəlişə əsasən, Seçicilər Kollegiyasının üzvləri prezident və vitse-prezident duetinə səs verirlər, lakin onlardan biri “eyni ştatın sakini olmamalıdır”. Deməli, bu o deməkdir ki, Harris Neusomu özünə namizəd kimi seçsə, Kaliforniya ştatı qanuni olaraq ikiliyə səs verə bilməyəcək. Kaliforniya isə ənənəvi olaraq demokratlarındır və hamısından böyüyüdür. Ona görə də Kaliforniyanı itirən demokratlar prezident seçkilərində mütləq qalib gələ bilməyəcəklər. Yeri gəlmişkən, Neusom artıq Harrisi dəstəkləyib.

İllinoys qubernatoru J.B. Pritzker - 59 yaşlı Pritzker, qismən partiya daxilindəki qüdrətinə və seçki qabiliyyətinə görə vitse-prezidentliyə mümkün namizəd hesab olunur. Onun kampaniyanı müstəqil şəkildə maliyyələşdirmək imkanı var. Ailəsi “Hyatt” otel “imperiyasını” qurub. O, qubernator kimi ikinci müddətindədir və bundan əvvəl demokratik fandreyzinq dairələrində fəal idi.

Pritzker, keçmiş Prezidentə pandemiya zamanı fərdi qoruyucu vasitələrin çatdırılmasında daha sürətli hərəkət etməsi üçün təzyiq göstərməyə çalışdığı üçün qubernator kimi ilk dövründə başlayan bir təcrübə olan Trampa açıq şəkildə hücum edənlər arasında idi.

Baydendən istefa məktubunda Pritzker Harrisə dəstəyini ifadə etmədi, əksinə, Trampa diqqət çəkdi və dedi: "Donald Tramp 34 dəfə məhkum olunmuş, seks cinayəti törətmiş, irqçi, homofobdur. Tramp bir qadının hüquqlarını əlindən almaqla öyünür. On milyonlarla insanı sağlamlıqdan məhrum etmək istəyir, orta sinfə ildə minlərlə dollara başa gələcək iqtisadi siyasətlər təklif edir və dəyər verdiyimiz əsas Amerika ideallarını təhdid edir”.

Merilend qubernatoru Ues Mur - 45 yaşlı Mur 2023-cü ildə Merilend ştatının ilk qaradərili qubernatoru olacaq və geniş şəkildə Ağ Evin gələcək namizədi kimi qəbul edilir. Cəmi 45 yaşlı gənc qubernator həm də məşhur “New York Times” bloqeri, döyüş veteranı və yoxsulluqla mübarizə təşkilatı olan Robin Qud Fondunun keçmiş baş direktoru kimi təsirli bir tərcümeyi-halı var.

Nəqliyyat katibi Pete Pete Buttiqieq - 2020-ci il demokratlardan prezidentliyə namizədliyi üçün başqa bir keçmiş namizəd, Pete Buttiqieq də Harrisi rəsmi olaraq dəstəklədi. “X”də verdiyi açıqlamada o, Harrisin “məşəli götürə, Donald Trampı məğlub edə və Co Baydendən sonra prezident ola bilən adam” olduğunu söylədi.

Nəqliyyat katibi olan 42 yaşlı Pete Buttiqieq İndiana ştatının South Bend şəhərinin keçmiş meri kimi tərəfdarları tərəfindən "Bələdiyyə meri Pete" kimi tanınırdı. O, həm də prezident kabinetində təsdiqlənən ilk açıq gey şəxsdir. Pete Buttiqieq Əfqanıstanda da xidmət edib.

Qeyd edək ki, Demokratlar Partiyasından ABŞ prezidentliyinə ehtimal olunan namizəd Kamala Harris reytinqlərdə Donald Trampdan bir qədər geri qalır. Sorğulara görə, respublikaçı demokratı təxminən 2 faiz üstələyir - 47-45 faiz. Bu rəqəmlər Tramp-Bayden cütlüyündəki balansla demək olar ki, eynidir - 46% və 43,5%.

ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın Ağ Evin yeni rəhbəri vəzifəsinə Demokratlar Partiyasının namizədi kimi Harrisin namizədliyini dəstəkləmədiyini də xəbər vermişdik. Obama deyib ki, demokratlar bunun əvəzinə adı açıqlanmayan “görkəmli namizəd” seçəcəklər.

Müəllif: Turan Abdulla
TEREF
 

Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi iyulun 24-də İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib.

APA xəbər verir ki, bu barədə “X” hesabında paylaşım edib.

“Benyamin Netanyahunun bu gün Nümayəndələr Palatasındakı təqdimatı Birləşmiş Ştatlar Konqresində çıxış etmək üçün dəvət edilən və şərəfləndirilən bütün xarici dövlət rəsmilərin çıxışlarından daha pis idi. İsraili sevən bir çoxumuz bu gün ailələri HƏMAS-ın 7 oktyabr terror hücumundan və adam oğurluğundan zərər çəkən İsrail vətəndaşlarını dinləməklə vaxt keçirdik”, -Pelosi qeyd edib.

Keçmiş spiker Netanyahunu diqqətini Qəzzada atəşkəs və girovların azad edilməsinə dair sazişin bağlanmasına yönəltməyə çağırıb.

Dünyapress TV

Xəbər lenti