Ardını oxu...
"Ermənistan hökuməti ölkələr arasında on illərdir davam edən ərazi mübahisəsinin həllində irəliləyiş əldə etmək üçün məlumat mübadiləsindən kənara çıxmalıdır".

Oxu.Az xəbər verir ki, "Politico" nəşri Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-nin Hudzon İnstitutundakı onlayn seminarda etdiyi çıxışından sitat gətirib.

"Elçin Əmirbəyov bildirib ki, Azərbaycan Ermənistanın baş naziri Nikol Paşinyandan ölkəsinin Qarabağa heç bir iddiası olmadığına dair mövqeyinə əməl edəcəyini gözləyir.

Onun sözlərinə görə, Paşinyan ən çətin işi Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını açıq etiraf edərkən görüb. İndi baş nazirin öz ritorikası və siyasətini reallıqla uzlaşdıracağı gözlənilir", - məqalədə deyilir.

Qeyd edilir ki, Cənubi Qafqaz ölkələri Sovet İttifaqının dağılmasından sonra qalan ərazi mübahisələrini həll etmək və regionda uzun illərdir davam edən müharibə və etnik zorakılıqdan sonra münasibətləri normallaşdırmaq yolunda irəliləyirlər. Türkiyə və Ermənistan da əlaqələri normallaşdırmaq üçün danışıqları bərpa ediblər.
 
Ardını oxu...
Ermənistanla İran arasında münasibətlər gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb İrəvanda bəzi hadisələrin baş verməsi və Qərblə yaxınşalma məsələsidir.

Qeyd edək ki, Ermənistan uzun zamandır Qərb vektoru ilə yaxınlıq içindədir. Qərblə aparılan danışıqlar təkcə Rusiyanın deyil, eləcə də İranın maraqlarına cavab vermir. ABŞ hərbçiləri ilə birgə təlimlərin keçirilməsi isə bardağın daşmasına səbəb olub.

İranın Ermənistandakı səfiri Mehdi Sübhani son açıqlamasında deyib ki, əməkdaşlıq məsələsi İrəvanın bundan sonrakı addımlarına bağlıdır. O həmçinin qeyd edib ki, İran kənar qüvvələrin regiona gəlməsində maraqlı deyil və bunu özü üçün təhdid hesab edir.

Amma İranla Ermənistanın arasını pisləşdirən bir başqa hadisələr də cərəyan edir. Tribunainfo.az xəbər verir ki, son zamanlar Ermənistana səfər edən iranlılara qarşı aqressiya pik həddə çatıb. Elə bu səbəbdəndir ki, son iki həftə ərzində Ermənistanda bir İran vətəndaşı qətlə yetirlib. Digəri isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Bundan başqa, bir neçə gün əvvəl İran vətəndaşı olan qadın İrəvan bazarında vəhşicəsinə döyülüb. Onun da vəziyyətinin ağır olduğu bildirilir və xəstəxanaya yerləşdirilib.

Bildirək ki, ermənilər tərəfindən öldürülən və döyülən hər üç İran vətəndaşı etnik azərbaycanlılardır. Onlardan biri TIR sürücüsü, digər ikisi isə turst olublar. Baş verən aqressiyanın səbəbi isə hər üç şəxsin Ermənistan ərazisində özlərini türk kimi təqdim etmələri və azərbaycanca danışmaları olub.

İran XİN-i bununla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib və problemin qarşısının alınması üçün tədbir görülməsini tələb edib.
 
Ardını oxu...
“Rusiya, Çin və İran təbliğat aparmaq üçün amerikalıları cəlb edərək seçkilərə müdaxiləyə cəhd edir”

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya, Çin və İranı təbliğat aparmaq üçün amerikalıları cəlb edərək seçkilərə müdaxilə cəhdində ittiham edib. AYNA xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktorunun ofisinin internet saytında dərc olunan hesabatda bildirilib.

“Birləşmiş Ştatlar seçkilərə təsir göstərməyə cəhd edən fəaliyyətlər həyata keçirən və ya planlaşdıran xarici faktorları izləməyə davam edir. Konkret olaraq, bunlara Rusiya, Çin və İran daxildir”, - hesabatda qeyd olunub.

ABŞ kəşfiyyatının məlumatına görə, Moskva, Pekin və Tehranın gündəmini yaymaq məqsədi ilə sosial şəbəkələrdə müəyyən məzmunlar yerləşdirən amerikalıları cəlb olunur. Departament həmçinin Rusiyanı Amerika seçkiləri üçün ən böyük təhlükə adlandırıb.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Çin ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək niyyətində deyil və Amerika tərəfini dezinformasiyanın yayılmasını dayandırmağa çağırır. O, həmçinin vurğulayıb ki, Pekin Vaşinqtonu “Çini ləkələyən və seçkilərin keçirilməsinə mane olan” dezinformasiya və böhtan yaymağı dayandırmağa çağırıb.
 
Ardını oxu...
Fransa prezidenti Emmanuel Makron bazar ertəsi yeni iranlı həmkarı Məsud Pezeşkiyanı iki lider arasında danışıqlar zamanı Rusiyanın Ukraynaya qarşı apardığı "təcavüzkar müharibəni" dəstəkləməməyə çağırıb.

Makron həmçinin Pezeşkiyana deyib ki, Tehranın dəstəklədiyi "Hizbullah"ın Qolan təpələrində ölümcül raket hücumundan sonra İsrail və Livan arasında "hərbi eskalasiyanın qarşısını almaq üçün hər şey edilməlidir". O, İranın Yaxın Şərq "sabitliyi pozanları dəstəkləməyi dayandırmalı olduğunu" bildirib.

Fransa lideri İsrailin onsuz da ağır vəziyyətdə olan Qəzza zolağında Fələstinin HƏMAS militant qruplaşması ilə müharibəsinin "region üçün dağıdıcı nəticələrə gətirib çıxaracağını" deyib və İrandan onları təmkinli olmağa çağırmasını istəyib.

İslahatçı namizəd Pezeşkiyanı 5 iyul seçkilərindəki qələbəsi münasibətilə təbrik edərkən, Makron ölkədə "əsl dəyişikliyə" ehtiyac olduğunu vurğulayıb.

O, həmçinin İran prezidentini "İranın nüvə proqramının həyəcanverici eskalasiyasına son qoymağa" və məsələnin diplomatik yolla həllinə çağırıb.

Makron həmçinin "İran həbsxanalarında iki il nahaq yerə girov saxlanılan" üç Fransa vətəndaşının dərhal azad edilməsini tələb edib.

Onun sözlərinə görə, İranın onları azad etməsi Paris və Tehran arasında münasibətlərin yaxşılaşdırılması üçün "qaçılmaz tələb və ilkin şərtdir".
 
Ardını oxu...
Paşinyan komandasının odla oyunu davam edir. Bunu hər şeydən öncə ondan görmək olar ki, İrəvan rəsmiləri hamıdan çox sülhdən danışsalar da, sülh üçün hamıdan az iş görürlər - onu da əgər görürlərsə. Lap dəqiqi, Ermənistanın ritorikası barışığa, sabitliyə deyil, yeni müharibəyə xidmət edir. Öz kasıb əhalisinin güzəranını yaxşılaşdırmaq əvəzinə, büdcə vəsaitlərini xaricdən ölümsaçan silahlar almağa yönəltməyin ayrı hansı adı ola bilər ki?

“Ermənistanın hazırkı hakimiyyəti Qərbdəki yeni "dostlara" arxalanır. Ermənistan hakimiyyətinin planlarına görə, həmin “dostlar” İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılmasına və Azərbaycanı erməni əhalisini bölgəyə qaytarmaq adı altında Ermənistana Qarabağ üzərində faktiki nəzarəti “qaytarmağa” məcbur etməlidirlər".

“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Cənubi Qafqaz üzrə ekspert, PolitRus ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkov deyib. “Bu, Ermənistanı regionda öz ekspansiyasını genişləndirmək üçün əməliyyat meydanı hesab edən Qərbin - ilk növbədə Fransa və ABŞ-ın maraqları ilə üst-üstə düşür. Buna görə də Ermənistana bəzi silahlar verilir, hərbi məsləhətçilər göndərilir (o cümlədən Müdafiə Nazirliyində işləmək üçün), komandoslar və xüsusi xidmət orqanlarının əməkdaşları sülhməramlılar adı altında kəşfiyyat işləri aparmaq üçün yerləşdirilir”, - ekspert qeyd edib.

Bu arada erməni radikal-revanşist və avantürist, keşiş Baqrat Qalstanyan Azərbaycanı hədələyərək deyib ki, “biz nə yolla olur-olsun, "artsax"a qayıtmalıyıq”. Bu da müəyyən mənada Arkovun fikri ilə səsləşir. Rusiyalı analitik haqlımı, rəngləri çox tündləşdirmir ki? Gerçəkdənmi Ermənistanın silahlanmasında hədəf - erməniləri geri qaytarmaq bəhanəsi ilə Qarabağ üzərində İrəvanın “nəzarətini” hansısa formada “qaytarmaq”dır?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov hesab edir ki, nə qədər cəhd etsələr də, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq: “Rusiyalı siyasi şərhçilərin Ermənistanın ünvanına söylədikləri fikirlərə ciddi yanaşmaq olmaz. Çünki onların söylədikləri indi Rusiyanın sözünə baxmayan Ermənistanın ünvanına səslənən qərəzli fiklirlərdən başqa heç nə deyil. Ruslar dünyada xalqlar arasında qarşıdurma yaradıb öz istəklərini reallaşdıran tərəf kimi tanınırlar. Baxın, Sovetlər İttifaqı dağıldıqdan sonra bir məkanda yaşamış xalqlar arasında nə kimi münaqişələr ortaya çıxdı? Bunlar hamısı Sovetlər ittifaqının başında dayanan və onu idarə idarə edən rus "texnoloqlarının" zaman-zaman əkdikləri toxumlar idi və bu toxumlar ittifaq dağılan kimi cücərməyə başladı. Ermənistan silah-sursat almağa məcburdur, onun bir dövlət kimi yaşaması üçün bu önəmlidir. İkinci Qarabağ savaşında ağır məğlubiyyətlə üzləşən Ermənistanın hərbi potensialı demək olar ki, tükənmişdi. Rusiyadan verilmiş, dəyəri milyardlarla dollarla ölçülən silahların bir çoxu döyüş meydanlarında Azərbaycan Ordusu tərəfindən məhv edildi, qalanı isə qənimət kimi götürüldü. Ermənistan indi silah almağa daha çox pul xərcləməklə, həmin itkiləri müəyyən bir səviyyədə bərpa etməyə çalışır. Lakin Paşinyan hökuməti yaxşı başa düşür ki, bu məsələdə qırmızı xətləri keçmək olmaz. Əgər qırmızı xətt keçilərsə, Azərbaycan bunun qarşısını almaq üçün addımlar ata bilər. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hökumətinə bununla bağlı bir neçə dəfə xəbərdarlıq edib. Digər tərəfdən, erməni hökuməti yaxşı anlayır ki, ordunu nə qədər silahlandırsalar da, Ermənistanın Azərbaycan Ordusu qarşısına çıxacaq güclü ordusu heç zaman olmayacaq. Qarabağa nəzarəti bərpa etmək, oradan öz təşəbbüsü ilə qaçıb getmiş erməniləri geri qaytarmaq isə növbəti erməni nağıllarından başqa heç nə deyil. Qarabağ məsələsi tarixi ədalətlə həll olunub yekunlaşdı".
Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı müharibəyə hazırlığın getdiyini düşünür: “Bu dəfə Ermənistanı məqsədli şəkildə Qərb və Amerika silahlandırır. Milyonlarla dollara silah almaq əlbəttə ki, müharibəyə hazırlığın formasıdır. Həm də Ermənistanın silahlandırılması Azərbaycana qarşı açıq təzyiq formasıdır. Əhalisinin böyük hissəsi kasıb səviyyəsində yaşayan və hər il on minlərlə vətəndaşı ölkəni birdəfəlik tərk edən Ermənistan Qərbin diqtəsi ilə ağır bir duruma salınacaq. Paşinyan hakimiyyətinin Qarabağda yaşamış erməniləri müharibə yolu ilə qaytarmaq haqqında düşünməsi axmaqlıqdır. Ermənistan unutmamalıdır ki, Azərbaycan əlini əlinin üstünə qoyub oturmayıb. Hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait hesabına Azərbaycan dünyanın ən müasir silah satan ölkələrindən silah alır. İsrail, Türkiyə, Rusiya, Belarusiya, İtaliya və digər ölkələrdən. Ordu quruculuğunda da Azərbaycan ən önəmli addımlar atır. Bütün bunlara nəzarəti birbaşa Ali Baş Komandan İlham Əliyev həyata keçirir. Ermənilər unutmamalıdır ki, son 30 ildə Rusiya Ermənistanı pulsuz silahlandırdı. Hətta "İsgəndər" raketinə qədər təmin etmişdi. 44 günlük Vətən müharibəsində hansı aqibətlə qarşılaşdılar? Buna görə ağıllarını başlarına yığmalıdılar. Qarabağda yaşayan ermənilərin qayıtmasının yeganə yolu Azərbaycanla sülh sazişini əldə etməkdən keçir. Başqa yolu yoxdur. Erməni radikal-revanşistlər özlərinin hakimiyyətə qayıtması üçün Rusiya vasitəsindən istifadə edirlər. Onları Qarabağda yaşayan ermənilər maraqlandırmır. Köçəryan-Sərkisyan cütlüyü 30 ildə Ermənistanda amansız rejim qurduqlarından və korrupsiyaya bulaşdığından cəmiyyətdən güclü dəstək qazana bilmirlər. Ancaq dediyiniz kimi, Rusiya bütün imkanları ilə çalışır ki, İrəvana nəzarəti tam ələ keçirsin. Paşinyanın Qərbə qulluq etdiyini Rusiya çox yaxşı bilir. İndiki vəziyyətdə Sorosun uşağı olan Paşinyanın “nazı” ilə oynayır. Həm də biz unutmamalıyıq ki, Putin üçün İlham Əliyev çox önəmli bir prezidentdir. Və bu gün Rusiyanın Azərbaycan və Türkiyə ilə çox normal və ikitərəfli əlaqələri mövcuddur. 30-40 min erməniyə görə Putin bu əlaqələrin pozulmasını arzu etməz. Rusiyanın hakimiyyətində təmsil olunan ermənipərəst qüvvələrin arzusu nəyin bahasına olursa-olsun, Rusiya-Azərbaycan münasibətlərini pozmağa cəhd etməkdir".

“Yeni Müsavat”
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin İttifaq müqaviləsi çərçivəsində Belarusla vahid enerji bazarının formalaşması barədə sənədin təsdiqinə dair fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədin icrasına nəzarət Rusiyanın Energetika Nazirliyinə tapşırılıb.

Bir qədər əvvəl nazirlik vahid enerji bazarının formalaşdırılması layihəsi üzrə ilkin mərhələnin başlanmasına tam hazır olduqlarını açıqlayıb. Bildirilib ki, enerji sisteminin inteqrasiyası, Vahid Dispetçer İdarəetmə Mərkəzinin yaradılması və bu proseslərin sinxronlaşdırılması üzrə işlər isə tədricən həyata keçiriləcək.

Qeyd edək ki, Belarus sözü gedən sənədi 2023-cü ilin noyabrında təsdiqləyib. Bildirilib ki, müqavilənin mətni tam razılaşdırılıb və hər iki ölkənin dövlət başçıları onu imzaladıqdan sonra qüvvəyə minəcək.
 
Ardını oxu...
Ukrayna artıq öz mövqeyini dəyişə və məğlubiyyətdən qaça bilməyəcək.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
"Həqiqətən, Ukrayna üçün çox gec olduğunu düşünürəm. Baş verəcəklərin trayektoriyası artıq müəyyən edilib, bunun həyata keçməsi üçün sadəcə vaxt lazımdır", - o bildirib.
Mütəxəssis Ukraynadakı vəziyyəti xərçəngin dördüncü mərhələsi ilə müqayisə edib:

“Sizə yaxşı xəbər deyilməsini istərdiniz, amma xərçəng öz işini görür və siz altı ay və ya üç aya öləcəksiniz”.

Larri Consonun fikirlərini şərh edən hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Ukraynanın cəbhədə işi bir qədər çətindir :

"Rusiya ordusu az-az da olsa, cəbhədə irəliləməyə davam edir. Amma Ukrayna müharibəsi bir neçə ildir gedir. Rusiya müharibə başlayanda 3,4 günə Ukraynanı ram edəcəyini və Zelenski iqtidarının sülhə imza atacağını bildirirdi. Lakin hələ də sözügedən məqsədlərinə çata bilməyib. Yəni müharibə bir çox hallarda güclər nisbəti və mövcud situasiya ilə qiymətləndirilir. Ancaq cəbhədə hər şeyin ani dəyişikliklərdən dolayı dəyişdiyini görürük. Necə ki, Ukrayna müharibəsi kənar təsirlərə görə illərdir uzanır. Hazırkı status-kvo məhz hansısa səbəbdən dəyişə bilər? Eyni zamanda müharibənin gedişində Amerika Birləşmiş Ştatlarında kimi Prezident seçiləcəyi də önəmlidir. Əgər yeni prezident Ukrayna savaşını tezliklə bitirməyə fokuslanacaqsa, Kiyev üçün mövcud vəziyyət daha da qəlizləşəcək. Əksinə olaraq Ağ Evə gələn şəxs Ukraynaya dəstəyi daha da artırsa, Kiyevin müharibədə əli güclənəcək".

Ekspert qeyd edib ki, Ukrayna üçün qara lent bağlayıb, onun ölümünə fərman veriləcək tonda danışmaq indiki situasiyaya görə məntiqlidir:
“Amma Ukrayna savaşı anlıq reallıqlarla ölçülməməlidir. Bəlkə də Rusiyanı Ukraynanın dərinliklərinə doğru aparıb, daha sonra yenidən hansısa üsulla geri püskürtmək Qərb dairələrinin planıdır. İndiki vəziyyətdə Ukrayna müharibəsinin bitməsi real deyil. Çünki Ukrayna savaşının Rusiyanın üstünlüyü ilə sonlanması Avropanın çöküşü deməkdir. Düşünməliyik ki, Qərb bu cür məğlubiyyətə hazırdırmı və ya buna məruz qalmamaq üçün hansı efor xərcləyə bilər?".
 
Ardını oxu...
Kirill Putini Aleksandr Nevski ordeni ilə təltif edib
Patriarx Kirill Rusiya Prezidenti Putini Aleksandr Nevski ordeni ilə təltif edib

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya Prezidenti Vladimir Putini Aleksandr Nevski ordeni ilə təltif edib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bundan əvvəl iyulun 28-də Putinin Sankt-Peterburqdakı Aleksandr Nevski lavrasına gələcəyi bildirilirdi. Lavranın əsas ziyarətgahı - müqəddəs nəcib şahzadə Aleksandr Nevskinin qalıqları müvəqqəti olaraq Annunciation kilsəsində yerləşdirildi.

Aleksandr Nevski ordeni Rus Pravoslav Kilsəsinin (ROC) ən yüksək ordenləri siyahısına daxildir. O, Vətənin müdafiəsi və tərəqqisində böyük xidmətləri olan hərbi qulluqçulara, diplomatlara, dövlət xadimlərinə və din xadimlərinə verilir.
 
Ardını oxu...
ABŞ-da prezidentliyə namizəd olan hazırki vitse-prezident Kamala Harris seçki kampaniyasını TikTok-a daşıyıb.

APA xəbər verir ki, TikTok-a yeni qoşulan Harrisin artıq 2,5 milyondan çox izləyicisi var.

Demokratların namizədi olan vitse-prezident Kamala Harris prezident seçkiləri kampaniyasında TikTok sosial media platformasından istifadə etməyə başlayıb.

Amerikanın CNBC kanalının saytında yer alan xəbərə görə, Harris TikTok hesabında "@kamalaharris" adlı video yayımlayıb.

Noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyası üçün TikTok-da paylaşdığı videoda Harris, "Bu yaxınlarda eşitdim ki, videolarım TikTok-a yerləşdirilib. Ona görə də platformaya şəxsən qoşulmaq istədim", - deyə bildirib.
 
Ardını oxu...
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
Sputnik. Qərb ölkələri, xüsusən də ABŞ və Böyük Britaniya Ukraynanın köməyi ilə Rusiya ilə Avropa ölkələri arasında enerji sahəsində əməkdaşlığı pozmağa çalışır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “İzvestiya”ya müsahibəsində deyib.
"Qondarma kollektiv Qərbin vəzifələrindən biri Rusiya Federasiyasının Qərbi Avropa ölkələri ilə sabit enerji qarşılıqlı əlaqəsini sonsuz turbulentlik zonasına çevirmək idi" – Zaxarova bildirib.
Bu ideyanın həyata keçirilməsi üçün, Zaxarovanın sözlərinə görə, ABŞ və Böyük Britaniya Ukrayna hakimiyyətinə külli miqdarda pul ödəyib.
Bundan əvvəl Ukraynanın Rusiya neftinin tranzitini dayandırmaqla Macarıstanı enerji böhranı astanasına qoyduğu bildirilib. Ancaq Kiyevin qərarının Rusiya iqtisadiyyatı üçün heç bir nəticəsi olmayacaq.
 

Dünyapress TV

Xəbər lenti