Ardını oxu...
Kətan toxumunun faydaları saymaqla bitmir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, üyüdülmüş və ya toxum şəklində istifadə edilən bu ərzaq vitamin və mineral mənbəyi olmaqla yanaşı, proteyin, lif və omega-3 ilə zəngindir. Əgər vegeterian qidalanmanı üstün tutursunuzsa, kətan toxumu ilə omeqa-3 ehtiyacınızı tam şəkildə qarşılaya bilərsiniz.

Bu toxum eyni zamanda liqnan qaynağıdır. Liqnan xərçəng riskini azaldan, antioksidant və estrogen xüsusiyyətlərə sahib birləşmədir. Maraqlıdır ki, kətan toxumunun tərkibində digər bitkilərdən 800 dəfə çox liqnan var. Araşdırmalara görə, bu bitkidən istifadə edən qadınlarda döş xərçənginə yoluxma riski olduqca aşağıdır.

Pəhrizdə olanlar da bu toxumun faydalarından yararlanmalıdır. Toxum su ilə birlikdə qəbul edildikdə mədədə şişərək toxluq hissi yaradır. Eyni zamanda şəkəri tənzimləyərək, tez-tez acmağınızın qarşısını alır.

 

Ardını oxu...
 
Yemək orqanizminizin işləməsi üçün lazım olan enerjini təmin edir. Ancaq yatmazdan əvvəl bəzi qidalardan qaçınmaq lazımdır.
Xarici KİV yatmazdan əvvəl qaçmalı olduğunuz qidaları təqdim edir:
Kofeinli içkilər: Qəhvə və kofeinli soda yaxşı yuxuya kömək etmir. Hətta tərkibində kofein olan çayı belə yatmazdan əvvəl içmək tövsiyə edilmir. Çünki kofein orqanizmdə 8 saat aktiv olaraq qalır.
Ədviyyatlı qidalar: Ədviyyatlı qidalar ürək yanmasına və rahat yuxuya mane ola biləcək turşu reflüsinə səbəb ola bilər. Acılı qidalarda olan kapsaisin yuxu problemlərinə gətirib çıxarır.
Spirt: Yatmadan dərhal əvvəl spirt içmək, sidikqovucu təsiri səbəbiylə oyanmağınıza səbəb olaraq istirahət keyfiyyətinizə mənfi təsir göstərə bilər. Bundan əlavə, spirt əhval-ruhiyyəni tənzimləyən və yaddaşın saxlanmasını yaxşılaşdıran yuxunun vacib mərhələsi olan REM yuxusuna mane olur.
Şokolad: Şokolad, xüsusilə tünd şokolad tərkibində antioksidantlar və az miqdarda kofein var ki, bu da orqanizmi stimullaşdırır. Yatmadan əvvəl şokolad yemək tez yuxuya getməyi çətinləşdirə bilər.
Odur ki, keyfiyyətli istirahəti qorumaq üçün yatmazdan əvvəl sadalanan qidaları istehlak etməkdən çəkinmək tövsiyə olunur.
Ardını oxu...
Bütün günü yemək istəyi, aşırı iştah heç də təkcə kökəlmək səbəbi deyil, həm də xəstəlik əlamətidir.
“Medicina” xəbər verir ki, endokrinoloq Marina Maksimova iştahın gizli diabet ola biləcəyini açqlayıb.
“Əgər gizli diabet inkişaf edirsə, analiz qanda şəkəri yüksək göstərməyə bilər.
Çünki gizli diabetdə qlükoza səviyyəsi gecə saatlarda qalxır. Əgər xəstə səhər qan analizi versə, orda problem görülməyəcək.
Gizli diabetin əlamətləri kökəlmə, damaqda qanama, dişlərdə problem, ağızda quruluq, güclü susama ola bilər.
Dəridə qırmızı ləkələr, səpki, quruma, qaşınma olur. Sidiyə tez-tez gedir, yorğunluq hiss edir.
Diabeti vaxtında aşkar etmək lazımdır. Bunun üçün endokrinoloqa gedib bir sıra vacib analizlər verilməlidir: 3 aylıq şəkər, aclıq, toxluq, insulin və s.
Gizli diabet sonradan digər xəstəliklərə yol açır”.
Ardını oxu...
Dünya İqtisadi Forumunun “Qlobal Gender Fərqi” indeksinə görə, Azərbaycan 146 ölkə arasında 101-ci yerdə qərarlaşıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında qeyd olunub.
İqtisadi iştirakçılıq və imkanlara görə, Azərbaycan 146 ölkə arasında 36-cı, təhsil nailiyyətinə görə 55-ci, siyasi səlahiyyətlərə görə 135, sağlamlıq və uzunömürlülüyə görə 144-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, bu indeks müxtəlif ölkələrdə qadınların iqtisadi iştirakı, imkanları, təhsil səviyyəsi, sağlamlıq, uzunömürlülük və s. göstəricilərinə əsasən, onların rifahının müqayisəli təhlili əsasında hazırlanıb.
 
Ardını oxu...
Nyu-York Universitetinin Qrossman Tibb Məktəbindən doktor Emili Conston bildirir ki, kartofun tərkibində orqanizmi enerji ilə təmin edən kompleks karbohidratlar var. Bundan əlavə, bu tərəvəzin kalorisi azdır, bu da onu pəhriz qidası üçün uyğun edir.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Amerika Ürək Assosiasiyası (AHA) məlumat yayıb.

"Kartofun necə bişirilməsi çox vacibdir. Onu çox yağda qızartmayın. Daha sağlam bir seçim qaynadılmış kartof yemək olardı. Həmçinin çox duz və sous əlavə etmək tövsiyə edilmir. Bu tərəvəz orqanizmi uzun müddət enerji ilə təmin edən kompleks karbohidratlarla zəngindir. Kompleks karbohidratlar aşağı glisemik indeksə malikdirlər, yəni qan şəkəri səviyyələrində sıçrayışlara səbəb olmurlar. Bu, dolğunluq hissini qorumağa kömək edir və həddindən artıq yemək riskini azaldır", - həkim izah edib.
 
Ardını oxu...
 
Alimlər xərçəngin qarşısını alan meyvəni açıqlayıblar.
Xarici mətbuat xəbər verir ki, mütəxəssislərin fikrincə, xüsusilə payızda C vitamini ilə zəngin olan portağal istehlak edilməlidir. 
Portağal xolesterol səviyyəsini yaxşılaşdırır.
Portağalda olan C vitamini məşqdən sonra əzələ ağrısını azaltmağa kömək edə bilər. Həmçinin portağalda olan limon turşusu bəzi xərçəng növlərinə qarşı profilaktik təsir göstərir. Tədqiqat limon turşusunun yüksək konsentrasiyalarında xərçəngi hüceyrələrinin yayılmasının azaldığını göstərir.
Bundan əlavə, portağal həzm prosesini normallaşdırmağa kömək edən liflə zəngindir. Tədqiqatlar göstərir ki, portağal yemək qəbizlik əlamətlərini aradan qaldıra bilər.
13,421 iştirakçının iştirak etdiyi 11 illik araşdırma, portağalda olan C vitamini qəbulunun artmasının ürək-damar xəstəlikləri və bununla bağlı ölüm riskinin azalması ilə əlaqəli olduğunu göstərir.
 

 
Ardını oxu...
 
Gənclik və yeniyetməlik dövründə siqaret çəkməyin təhlükəli nəticələri açıqlanıb. 
Gənclikdə siqaret çəkmək yaşlı insanlarda demans riskini artırır. 
Gənclik və yeniyetməlik dövründə siqaret çəkmək yaşlı insanlarda koqnitiv zəifləməyə səbəb olur. 
Araşdırmada 16-22 yaş arası 194 könüllü iştirak edib. İştirakçılar nikotin tərkibli məhsulların istifadə tezliyindən asılı olaraq iki qrupa bölünüblər. Birinci qrupun subyektləri həftədə bir dəfədən çox, ikinci qrupun könüllüləri isə daha az siqaret çəkiblər. İştirakçılar fiziki və ruhi sağlamlıq vəziyyətləri haqqında məlumat veriblər. Həmçinin beyində qan axınının sürətini ölçmək üçün maqnit rezonans görüntüləmə (MRT) keçiriblər.
Məlum olub ki, nikotindən müntəzəm istifadə edən insanlarda beyin yarımkürələrinin sol və sağ prekuneusunda, eləcə də onun sinqulat girusunun sol arxa və sağ ön hissələrində qan axınının sürəti azalıb. Bu sahələr diqqət və yaddaş kimi koqnitiv funksiyalardan məsuldur.
Alimlər onu da qeyd ediblər ki, nikotin aludəçiləri yaşlandıqca onların beyninin bu nahiyələrində qan axınının azalması daha qabarıq şəkildə özünü göstərir. Gələcəkdə bu cür dəyişikliklər demensiyanın inkişafına səbəb ola bilər. Yetərincə effektiv hərəkət etmədiyi üçün qan beyni kifayət qədər oksigen və qida ilə təmin edə bilmir.
Ardını oxu...
Dünyada ən çox istifadə edilən bitki yağı olan palma yağı daha çox zərərli təsirləri ilə gündəmdədir. Hazır qidalarla qəbul etdiyimiz bu yağ orqanizmə nə kimi təsir edir?

Xurma ağacı növü olan “Elaeis guineensis” meyvələrindən istehsal edilən palma yağı, bu gün ən çox istifadə edilən bitki yağlarından biridir. Mütəxəssislərin fikrincə, bir çox hazır qidaların tərkibində istifadə olunan bu yağ ağır xəstəliklərə yol aça bilər.

Palma yağı bir çox şəkərli və şirin qablaşdırılmış ləzzətli qidalarda, marqarinlərdə, hazır şorbalarda, bulyon tabletlərində, peçenyelərdə, cips, konfet, jele kimi məhsullarda və səhər yeməyi fıstıq, fındıq və şokolad pastalarının əksəriyyətində var. Palma yağı dondurulmuş kartof, ravioli, dondurulmuş pizza kimi bir çox başqa məhsulda da yer alır. Bu yağa davamlı və ucuz olduğu üçün üstünlük verilir. Qidada və məhsulda teksturanın qorunmasını təmin edir. Bununla belə, sabun, dəri losyonu, pomada, uşaq qidası və uşaq bezləri kimi bir çox tez-tez istifadə olunan məhsulların tərkibində də var.

Paketlərdəki məhsulun təzəliyi, davamlılığı və uzunömürlülüyü palma yağı sayəsindədir. Palma yağından qablaşdırılmış məhsulların üzərində gömrük tarifi statistikası kodu bağlamaların üzərində 151110 kimi yazılır. Bu kod həmin məhsulda palma yağından istifadə edildiyini göstərir.

Xurma yağından uzaq olmaq üçün əvvəlcə qablaşdırılmış və hazır qidaların istehlakını azaldın. Mövsümi və təzə tərəvəz və meyvələr, paxlalılar və qoz-fındıq yeyin. Həftənin 2 günü pəhrizinizə Omeqa-3 ilə zəngin balıq əlavə edin. Ümumiyyətlə, qidalarda zeytun yağından istifadə etməyə çalışın.

Palma yağı hansı xəstəliklərin yaranmasına gətirib çıxarır?

Bazarda olan bir çox məhsul palma yağını çox yüksək temperaturlara məruz qoyaraq istifadə edir. Yüksək temperatura məruz qalan palma yağı orqanizm üçün təhlükəlidir.

Xərçəng riskini artırır: Xurma yağı yüksək temperatura məruz qaldıqda kanserogen maddələr əmələ gətirir və xərçəng riskini artırır.

Çəki artımına səbəb olur: Təbii olaraq palma yağında olan palmitrik turşunun tərkibində çəki artımı və piylənmə riskini artıran yağ turşuları var.

Həzmi çətinləşdirir: Xurma yağı emal proseslərindən keçdikdən sonra qida dəyərinin böyük hissəsini itirir və çətin həzm olunan yağa çevrilir. Bu səbəbdən palma yağından istifadə etmək tövsiyə olunmur.

Xolesterolu artırır: Nə palma yağında, nə də xurma çəyirdəyi yağında xolesterin olmasa da, bu yağlarda olan yüksək miqdarda doymuş yağlar damarlarda toplanıb lövhə əmələ gətirərək, ürək xəstəliyi və insult riskini artırır.
Axşam.az
 
Ardını oxu...
Son günlər ölkənin bir neçə bölgəsində olduğu kimi Kürdəmirdə də qızılca xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur.

Son 10 gündə rayonu cənginə alan qızılca xəstəliyi bir çox kəndlərə də yayılıb.

Artıq xəstəxanaya 60-a yaxın müraciət daxil olub.
Hazırda onlardan doqquzu stasionar müalicə alır, digərləri isə ambulator müalicə olunaraq evə buraxılıblar.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Dünyapress TV

Xəbər lenti