Ardını oxu...
Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə başlanılıb.

APA CNN-ə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksander Lukaşenko BelTA xəbər agentliyinə deyib:

“Saxlama məkanlarının hazırlanması zəruri idi. Biz bunların hamısını etdik. Ona görə də nüvə silahlarının hərəkətinə başlanılıb”.

Lukaşenko nüvə silahlarının Belarusda təhlükəsizliyinə söz verib:

“Nüvə silahları ilə bağlı narahat olmayın. Buna görə biz məsuliyyət daşıyırıq. Bunlar ciddi məsələlərdir. Burada hər şey qaydasında olacaq”, - Lukaşenko deyib.
 
Ardını oxu...
Ukrayna Müdafiə Nazirliyi Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin bölmələrinin Baxmut şəhərinin ətrafından çıxarılmasını təsdiqləyib.
Bu barədə “Strana” məlumat yayıb.
Qeyd edək ki, “Vaqner” muzdlu qrupu öz bölmələrini Baxmutdan çıxarmağa başlayıb, Priqojin Baxmutun ələ keçirilən hissəsini Rusiya qüvvələrinə təhvil verib iyunun 1-dək rayondan tam çəkiləcəyini əlavə edib.
 
Ardını oxu...
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Ukrayna Silahlı Qüvvələrinin (USQ) Baş komandanı Valeri Zalujninin yaralanması ilə bağlı xəbərləri təkzib edib.

APA xəbər verir ki, bu barədə Oleksiy Danilov Tvitter paylaşımında bildirib. O, Ukrayna Prezidenti Vladimir Zelenskinin bu gün səhər Valeri Zalujninin hesabatını dinlədiyini qeyd edib.

“24 may 2023-cü il saat 10:00-da USQ-nin Ali baş komandanı Vladimir Zelenski Baş Qərargahın iclasında USQ-nin Baş komandanı Valeri Zalujninin və baş qərargahların digər üzvlərinin hesabatlarını dinləyib”, - Danilov vurğulayıb.
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin iki böyük strateji səhvə yol verdi. Birincisi, o, ukraynalıları - Ukrayna xalqının, rəhbərliyinin və hərbi qüvvələrinin cəsarətini, gücünü doğru qiymətləndirmədi.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüssel forumunda çıxış edərkən bildirib.

Stoltenberq qeyd edib ki, Putin, həmçinin NATO müttəfiqlərinin və tərəfdaşlarının həmrəyliyini düzgün qiymətləndirə bilməyib: “O, bizim Ukraynaya belə bir dəstəyimizi, həmrəyliyimizi gözləmirdi. Biz bu müddət ərzində Ukraynaya böyük dəstək vermişik. Keçən ay Ukraynaya ağır silahlar, o cümlədən "Leopard", "Challenger", "Abraham" döyüş tankları verilib. Ötən həftə isə Böyük Britaniya uzaqmənzilli qanadlı raketlərin göndəriləcəyini bəyan edib. Verilən bu dəstək artıq döyüş meydanında fərq yaradır. Son günlərdə isə biz ukraynalı pilotların təlimləri ilə bağlı razılığa gəldik. Bütün bunlar bizim Ukraynaya uzun müddətli dəstəyə sadiq olmağımızın təsdiqidir”.
 
Ardını oxu...
Baxmutda gedən döyüşlərdə təxminən 10 min keçmiş rusiyalı məhbus həlak olub.

APA "Detusche Welle"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Vaqner" muzdlu döyüşçülər qrupunun rəhbəri Yevgeni Priqojin bildirib.

"Mən 50 min məhbus götürdüm, onların təxminən 20 faizi həlak oldu", - Priqojin deyib.

O, əhali arasından topladığı təxminən eyni sayda döyüşçüsünün həlak olduğunu da əlavə edib.

Bildirilir ki, Vaqnerin Baxmutdakı itkiləri SSRİ-nin 1979-1989-cu illərdə Əfqanıstanda 15 min olduğu təxmin edilən itkilərindən daha çoxdur. Priqojin müsahibəsində Rusiya qüvvələrini müharibə dövründə mülki şəxsləri öldürməkdə də ittiham edib.
 
Ardını oxu...
“Rusiyaya azadlıq” legionunun döyüşçülərinin Rusiyanın Belqorod vilayətində keçirdikləri əməliyyat çərçivəsində ölkənin motoatıcı rotası (təxminən 150 əsgər) məhv edilib.

Bbu barədə legion teleqramda məlumat yayıb.

Leqion xatırladıb ki, Belqorod vilayətində keçirilən əməliyyatın məqsədi Rusiyanın Ukrayna ilə sərhədində demilitarizasiya zonası yaratmaq, Prezident Vladimir Putinin rəhbəri olduğu rejimin təhlükəsizlik qüvvələrini məhv etmək və bu ölkədə diktaturaya müqavimət imkanlarını nümayiş etdirməkdir. Legion qarşıya qoyulan məqsədlərə uğurla nail olunduğunu iddia edib.

“Dünənki döyüşlərdə FTX qüvvələri məğlubiyyətə uğrayaraq təşviş içində geri çəkiliblər. Bundan sonra Rusiya ordusunun bölmələri yerlərə gələrək əks-hücum keçməyə cəhd göstəriblər. Bu gün, ayın 23-də döyüşlər zamanı Rusiya ordusunun bir motoatıcı rotası legion tərəfindən yox edilib”, - döyüşçülərdən biri açıqlayıb.

Legion həmçinin əlavə edib ki, qarşı tərəfin bir neçə texnikası da məhv edilib.

Qeyd edək ki, mayın 22-də Ukrayna tərəfində vuruşan “Rusiya Könüllülər Korpusu”nun və “Rusiyaya azadlıq” legionunun döyüşçüləri Belqorod vilayətində əməliyyata başladığını elan ediblər. Döyüşçülər Rusiya ordusuna məxsus bir neçə hərbi texnikanı ələ keçirməyə nail olublar. Eyni zamanda, mətbuatda yayılan məlumata görə, Rusiya Belqorod vilayətini müdafiə etmək üçün öz qoşunlarının bir hissəsini cəbhədən həmin əraziyə köçürüb.
Ardını oxu...
Mayın 22-dən 23-nə keçən gecə Rusiyanın Belqorod şəhərində Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin şöbələrinə hücum olub.

Hadisə şahidləri hadisə yerində partlayışların və tüstü dumanının olduğunu bildiriblər.

Məlumata görə, inzibati binaların üzərinə kvadrokopterdən partlayıcı qurğular atılıb.
Hələlik, yayılan məlumatlarla bağlı rəsmi açıqlama verilməyib.

 
Ardını oxu...
Niderland hökuməti yaxın vaxtlarda ukraynalı pilotlara “F-16” qırıcıları üzrə təlimlər keçməyə hazırdır.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Niderlandın xarici işlər naziri Vopke Hukstranın bəyanatına istinadən məlumat yayıb.

XİN başçısı bu məsələ ilə bağlı Avropa İttifaqından olan həmkarları ilə məsləhətləşmələr aparmağı planlaşdırdığından hələlik ukraynalı pilotların təliminin konkret tarixi və ya başlama tarixini açıqlamaq istəməyib.

“Prinsipial qərar qəbul etdikdən sonra, adətən, çox sürətlə icraya keçirik”, - nazir əlavə edib.
 
Ardını oxu...
G7 sammiti çərçivəsində Xirosimada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşən Koreya Respublikasının Prezidenti Yun Sok Yeol Kiyevə “diplomatik, iqtisadi və humanitar yardım göstərəcəyini vəd edib”.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS verib.

Öz növbəsində, Zelenski Koreya Respublikası ilə əməkdaşlığın genişləndirilməsinə ümid etdiyini qeyd edib və qeyri-öldürücü maddələrin əlavə tədarükünə ümid etdiyini bildirib.

Yun Sok Yeol minatəmizləmə avadanlıqları və təcili yardım maşınları da daxil olmaqla, lazımi əşyaların ən qısa zamanda təhvil verilməsi üçün səy göstərəcəyini vəd edib.

Qeyd edək ki, bu həftənin əvvəlində Ukrayna liderinin həyat yoldaşı Yelena Zelenskaya Seula səfər edib və Cənubi Koreya liderindən belə avadanlıq istəyib. O, həmçinin hava hücumundan müdafiə sistemləri ilə də maraqlanırdı.

Xatırladaq ki, bir müddət əvvəl prezident Yun Sok Yeol Ukraynada ölkənin mülki əhalisi üçün ciddi təhlükə yaranarsa, bu halda Cənubi Koreyanın Kiyevə öldürücü silahlar verməyə başlaya biləcəyini gizlətməmişdi.
 
Ardını oxu...
Bu gün Ukrayna hərbçiləri Rusiyanın cəmləşdiyi ərazilərə hücum edərək, sursat anbarlarını və texnikanı, xüsusən artilleriya, zenit-raket kompleksi və elektron döyüş stansiyalarını məhv edib.

APA-nın Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən verdiyi məlumata görə, hərbi aviasiya Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə sutka ərzində altı zərbə endirib.

Bundan başqa, bu günlər ərzində Ukrayna Silahlı Qüvvələri 21 qanadlı raketi və müxtəlif tipli 7 kəşfiyyat aparatını məhv edib.
 

Dünyapress TV

Xəbər lenti