Ardını oxu...
Antiterror tədbirləri bölgədə yeni bir mənzərə ortaya çıxardı. Artıq separatçılar və qanunsuz erməni birləşmələrinin silahları, hərbi texnikaları müsadirə edilir. Amma bu zaman ortaya çıxan faktlar olduqca ilgincdir. Çünki ərazi baxımından kiçik bir bölgəyə bu qədər silah-sursatın toplanması bir sıra suallar yaradır. Bu fakt keçmiş münaqişə dövründə nəzarətsiz qalmış Azərbaycan ərazilərinin qanunsuz silahların saxlanılması kimi istifadə edildiyini təsdiqləmiş olur.

Teref.az xəbər verir ki, bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, bununla bağlı beynəlxalq konvensiyalar var:

“Sadəcə olaraq keçmiş münaqişə zonasına beynəlxalq qurumlar nəzarət etmirdi. Beynəlxalq silahlandırma qurumları mütəmadi olaraq ölkələrdə yoxlamalar aparır. Demək olar ki, bu qurum hər il belə yoxlamalar keçirir. Ermənistanda da bu cür yoxlamalar olur. Amma Qarabağda işğal dövründə olan nəzarətsizlik ucbatından həmin qurum burada hansısa bir təhqiqat apara bilməyib”.

Polkovnik hesab edir ki, Qarabağda indi təhvil-təslim prosesi zamanı bu qədər silah-sursatın aşkarlanması tamam başqa mətləblərdən xəbər verir:

“Bir müddət öncə Ermənistanda olan revanşist qüvvələrin Azərbaycana qarşı təxribatlara hazırlaşdıqları məlum olmuşdu. Həmin qüvvələr Qarabağdakı qanunsuz birləşmələr vasitəsi ilə məhz bu silahlardan istifadə edərək öz çirkin məqsədlərini reallaşdırmaq niyyətində idilər”.

Şair Ramaldanov güclü Azərbaycan Ordusunun qabaqlayıcı tədbirləri ilə revanşistlərin bu niyyətlərinin alt-üst olduğunu bildirib:

“Hazırda Qarabağ silah-sursatdan təmizlənir. Bölgə silahsızlaşdırılır. Amma indiyə qədər Qarabağ dünyanın silah-sursatla ən çox çirklənmiş bölgəsi hesab edilirdi. İndi silahların təhvil alınması prosesi gedir. Amma burada fərqli yanaşmalar da ola bilər. Silahların təhvil verilməsi və təksilah anlayışları mövcuddur. Bu dəqiqə silahların təhvil alınması prosesi gedir. Ola bilsin bunun ardınca tərksilah edilməsi mərhələsi olsun. Kimlər ki silahı təhvil verməyib və yaxud bundan imtina edib, onlara qarşı addımların atılması qaçılmaz olacaq”.
 
Ardını oxu...
DİA.AZ: - Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 26-sı saat 10:00-a olan məlumatı açıqlayıb. DİA.AZ həmin siyahını təqdim edir:

1. Atıcı silah və qumbaraatanlar - 909

2. Artilleriya silahları - 47

3. HHM vasitələri - 165

4. Döyüş sursatları - 251308

5. Təchizat və ləvazimatlar - 1674

6. Optik və digər cihazlar - 154

7. Zirehli texnika - 22

8. Avtomobil texnikası - 75

9. Qoşqu - 21
 
Ardını oxu...
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazisindəki erməni yaraqlıları indiyədək 6 zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə vasitələr və daşınan zenit raket kompleksi (DZRK), habelə 130 minə yaxın döyüş sursatı təhvil veriblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbi əməliyyatların dayandırılması ilə bağlı əldə olunmuş razılaşmalara uyğun olaraq, Qarabağın silahlı qüvvələri Rusiya sülhməramlılarının nəzarəti altında silah və hərbi texnikanın təhvil verilməsini davam etdirib. Sentyabrın 24-dək qeyd olunanlar təhvil verilib: 6 ədəd zirehli texnika, 1,2 mindən çox atıcı silah, tank əleyhinə silahlar və daşınan zenit raket kompleksi, 130 minə yaxın döyüş sursatı”, - məlumatda diqqətə çatdırılıb.
 
Ardını oxu...
Rusiyalı sülhməramlıların vasitəçiliyilə separatçılar "qoşunların geri çəkilməsi prosesinin təşkili və evakuasiya edilmiş vətəndaşların öz yaşayış məntəqələrinə qayıtmasının təmin edilməsilə bağlı" Azərbaycan tərəfilə danışıqlar aparırlar.

Bu barədə separatçı rejimin qondarma "informasiya qərargahı"nın məlumatında deyilir.

Eyni zamanda, Qarabağ ermənilərinin regiona giriş-çıxış proseduru müzakirə olunur.
 

Ardını oxu...
Əsgərlərimiz ermənilərin Xankəndinin girişində qoyduğu və Şuşaya doğru tuşlanmış tank abidəsinin “boynuna ip atıb” sökür
 
Ardını oxu...
Azərbaycan hərbçisi lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan erməni əsgərinin həyatını xilas edib.

Baku TV-nin hərbi jurnalisti Fərdin İsazadə bildirib ki, hərbçilərimizin yardım göstərdiyi bu əsgər Ermənistan vətəndaşı Karen İsanyandır.

O, hərbçilərimiz tərəfindən keçmiş Ağdərə, hazırki Kəlbəcər rayonunun Vəngli kəndində aşkarlanıb.
Qeyd edək ki, Karen Xankəndidə yaşayan Ermənistan vətəndaşıdır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud bəyan edib ki, əgər İran nüvə silahı əldə edərsə, ölkəsi də nüvə silahı əldə etməli olacaq.

Vəliəhd şahzadə bu barədə “Fox News”a verdiyi müsahibədə bildirib.
“Əgər onlar bunu əldə etsələr, biz də əldə etməliyik”, - Məhəmməd bin Salman qeyd edib.
Ardını oxu...
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik.

 

Dünyapress TV

Xəbər lenti