Ardını oxu...
Ölkədə minimum əməkhaqqının saatlıq minumum əməkhaqqı ilə əvəzlənməsi ilə bağlı təkliflər hazırlanır. Bəs saatlıq əməkhaqqı nə qədər olmalıdır və kimlərə aid edilə bilər?

AzFakt.com xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, minumum əməkhaqqı Avropa ölkələrində tətbiq olunan növ olsa da, ölkəmizdə bunu saat hesabına böldükdə çox kiçik rəqəm alınır ki, həmin ölkələrlə müqayisədə çox azdır:

“İxtisası olmayan bir işçi gündə 8, həftədə 40, ayda 167 saat işləyirsə, bizdə ona 345 manatdan aşağı əməkhaqqı vermək olmaz. Bu rəqəmi saatlara böləndə 2 manat bir neçə qəpik alınır. Bu hesab Şərqi və Qərbi Avropa ölkələrində fərqlidir. Elə ölkələr var ki, maaş məbləği təxminən bizə yaxındır”.

S.Məmmədov bildirib ki, saatlıq əməkhaqqı minimum əməkhaqqı hesabına formalaşdığı üçün bu məsələ tənzimlənməli, minimum əməkhaqqı artırılmalıdır. Bu sistem iqtisadi və sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə, aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.

“Bəzən çaşqınlıq yaranır ki, saatlıq əməkhaqqı sisteminə keçməklə bütün maaşlar saatla hesablanacaq. Bu səhv düşüncədir. Həmin sistem yalnız minimum əməkhaqqı üçün nəzərdə tutulub. Minimum əməkhaqqı saatla hesablanarsa, hər saata uyğun olaraq normadan az maaş verilə bilməz”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim olunması nəzərdə tutulub.
 

Ardını oxu...
Əvvəllər az qala hər gün toy xəbəri eşidir, hər ay toy dəvətnaməsi alırıdıq .

Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi. Koronavirus (COVID-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.

Ardınca toylara qadağa aradan qaldırlsa da, sanki toy sektoruna müəyyən düzən gəldi. Xüsusən də qonaqların sayı azaldı. Son zamanlar isə toy biznesinin iştirakçıları vəziyyətdən gileylənməyə başlayıblar.

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, şadlıq saraylarında toyların azalması demoqrafik amillərə də bağlı ola bilər:

"Çünki bizdə hər zaman dalğavari demoqrafik tsikl olur. Yəni evlənənlərin sayının azalması toyların da sayının azalmasına səbəb olur. Çünki mənzil problemi, sosial problemlər evlilik yaşını artırıb. Əvvəllər evlilik yaşı 23-27 idisə, indi daha gec yaşları əhatə edir. Sosial-iqtisadi problemlərin olduğu bir şəraitdə evlənənlərin də sayının azalması müşahidə edilir”.

Ekspert deyib ki, bunun digər bir səbəbi də gənclərin oxumaq üçün xarici ölkələri seçmələri olub:

“Belə gənclərin sayı artır və bu vəziyyət ehtimal ki, toyların azalmasına da təsirsiz ötüşmür".
 
Ardını oxu...
Yay mövsümündə insanlar gərgin iş rejiminə ara verib məzuniyyət götürərək bölgələrə üz tuturlar. Ancaq istirahətlərinin həm maraqlı, həm də münasib qiymətə başa gəlməsi üçün seçim edərkən xeyli axtarış etməli olurlar. Qiymətlər isə o qədər də ürəkaçan deyil.
Statistika göstərir ki, istirahət məqsədilə rayonlara gedənlərin əksəriyyəti paytaxt əhalisidir.
Bölgələrdə istirahət neçəyə başa gəlir?
Xəzər TV-nin araşdırmasına görə, bir adam üçün istirahət bir günə 90-150 manata başa gəlir.
Ətraflı süjeti təqdim edirik:

 
Ardını oxu...
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
Əmək müqaviləsinə xitam veriləcəyi hədə- qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə- min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Saatlıq minimum əmək haqqına keçiddən sonra işçilərin ƏMƏK HAQLARINDA AZALMA olmayacaq deyənlərə sual. Hansı əsaslarla deyirsiniz ki, İşçilərin əmək haqqında azalma olmayacaq?
1. Gözlənilən azalmalardan biri: Bu gün aylıq əmək haqqı alan işçilərin-aylıq əmək haqları Bayram, istirahət və digər qeyri iş günlərində də dəyişmir. Lakin, gözlənilən bu əlavə və ya dəyişikliklərdən sonra- işçilərin əmək haqları bu aylarda azalacaq, saat hesabı ilə ödənişə görə. Belə ki, məsələn:
2.1000 manat aylıq əmək haqqı alan işçilərin ilin daha çox Bayram, istirahət və qeyri iş günləri olan: yanvar, mart, İyun, noyabr və digəri istirahət günləri üçün əmək haqqları azalmayacaqmı? Belə ki, 1000 manat aylıq əmık haqqı alan işçinin saatlıq əmək haqqı təqribən 7 manatdır. Bu halda, məsələn, mart ayında 120 iş saatı olan işçi indiki halda 1000 manat, dəyişikliklərdən sonra isı 840 manat alacaq, sizcə azalma deyilmi?
3. Yəni, il ərzində iş təqvimində olan bayram, istirahət və d. qeyri iş günləri üçün işçilərin əmək haqqı ödənirdisə, dəyişiklikdən sonra işə çıxmadıları halda işçilərin bu günlər üçün əmək haqqı ödənilməyəcək.
4. Hal hazırda Azərbaycan Respublikasının Əmək Məcəlləsi:işçilərin əməkhaqqının həm işəmuzd, həm saatlıq, həm də aylıq ödəniş növlərini tənzimləyir. Eyni zamanda Əmək Məcəlləsində işçiyə: Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativ də vardlr. Hal hazırda da minimum aylıq əmək haqqı 345 manat, bu hesabdan saatlıq minimum əmək haqqı təqribən 2 manatdlr.
5.Əgər bu dəyişiklik işçinin əmək haqqına və s. hallara təsir etmirsə, eyni zamanda Əmək Məcəlləsi ilə işçilərin - minimum aylıq və ya saatlıq əmək haqqı tənzimlınirsə, "saatlıq minimum əmək haqqına keçidlə bağlı" Əmək Məcəlləsində əlavə və dəyişikliklərə nə ehtiyac var?
6. Göstərilənləri əsas tutaraq hesab edirəm ki, bu əlavə ya dəyişikliklərdən sonra işçilərin əmək haqlarında azalma olacaq, birbaşa və ya dolayı yollarla.
7.AR Əmək Məcəlləsinə son dövrlərdə edilən əlavə və ya dəyişikliklərlə bağlı qəribə bir vəziyyət yaranıb. Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan bu əlavə və dəyişikliklərlə bağlı son dövrlərdə televiziya və dövlət orqanlarında da təbliğatlar aparılır. Heç bir zərurət olmadan, daha vacib olan sahələrə fikir vermədən Məcəlləyə zəruri olmayan əlavə və düzəlişlər edilir. O cümlədən də minimum saatlıq əmək haqqı barədə.
8. Sanki kimlərsə: AR-n Əmək Məcəlləsində olan və daha vacib olan problemlərdən yayındırmağa çalışır. Görüntü xatirinə olan, formal və ya digər səbəblərdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinı əlavə və ya dəyişikliklər təklif edirlər. Halbuki, Əmək Məcəlləsində: müddətli əmək müqaviləsi, növbə üsulu, işsizlik sığortası, bayram, istirahət vı digər qeyri iş günlərinində əmək haqqının ödənilməsi, əmək qanunvericiliyinə ictimai və dövlət nəzarəti, güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq və sair sahələrdə kifayət qədər problem, əlavə və dəyişikliyə ehtiyac vardır.
Göstərilənləri əsas tutaraq hesab edirəm ki, "saatlıq minimum əmək haqqına keçidlə bağlı" heç bir zərurət olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsində belə bir dəyişikliyin edilməsi yaxşı hal deyildir, belə əlavə və dəyişikliklər işçilərin əmək haqqının azalması ilə nəticələnəcək.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Fiziki şəxslərə kredit verilməsi ilə bağlı yeni qərar verilib. Mərkəzi Bank "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"nda dəyişiklik edib.

TEREF Xəzər TV-yə istinadən bildirir ki, yeni qərara əsasən fiziki şəxslə kredit, o cümlədən məsafədən kredit müqaviləsi bağlanmazdan əvvəl bank müştəriyə həmin kredit üzrə onunla bağlı risklərə təminat verilməsini nəzərdə tutan sığorta müqaviləsinin də bağlanmasını təklif edəcək.

Yeni qərarla əmək qabiliyyətinin itirilməsi hallarından da sığorta nəzərdə tutulur.

Bununla yanaşı bir sıra xəstəliklər və hallar müqaviləyə əsasən sığorta ödənişindən imtina hesab edilə bilər. Narkotik maddələrin, spirtli içkinin və digər zərərli vərdişlər nəticəsində şəxs həyatını itirərsə onun kredit ödənişi sığorta şirkəti tərəfindən ödənməyəcək.

Eksperlər bildirir ki, yeni qaydalara görə sığorta haqqı alınan kreditinin minimum 0,1 faizi həcmində hesablanacaq. Kredit götürənin sağlamlıq vəziyyəti və yaşı bu məbləğin formalaşmasında əsas rol oynayır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 
Ardını oxu...
On iki yaşlı Əminə yay üçün istirahət seçiminin məhdud olduğunu deyir. Yay tətilində daha çox gəzib-görüb-öyrənməyi sevən Əminə bu yay da nə edəcəyini hələ tam dəqiqləşdirə bilmədiyini deyir.

On beş yaşlı Ammar da Azərbaycanda məktəbdən kənar əyləncənin azlığından, olanlarınsa dəyərindən xeyli baha olmasından gileylidir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Rəsmi məlumatlara görə, Azərbaycanda hazırda təxminən 1 miyon 700 min məktəbli var.

Ölkədə 2013-cü ildə "Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi üzərində iş başlasa da, yalnız 7 ildən sonra bu qanun layihəsinin müddəaları uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyada öz əksini tapıb.

Bu Strategiyada əks olunmuş müddalar arasında uşaqların asudə vaxtının təşkili işinin gücləndirilməsi, onların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin səmərəliliyinin artırılması məsələləri də var.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Günel Nağdəliyeva məktəblilər üçün müxtəlif tədbirlər keçirdiklərini və təkcə bu il seçim yolu ilə azı 5 min məktəblinin bu tədbirlərdən yararlandığını deyir.

Onun sözlərinə görə, tədbirlərə cəlb olunan uşaqların sonradan öz təcrübəsini yaşıdları ilə paylaşacağını gözləyirlər.

Azərbaycan Gənclər və İdman, Elm və Təhsil nazirliklərindən BBC-yə bildiriblər ki, qurumlar uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün ödənişsiz bir çox məşğuliyyət təşkil edir.

Ancaq Təhsil Nazirliyinin ildə 120 minədək məktəblini əhatə edən dərnək və kursları yay aylarında fəaliyyət göstərmir.

 
Ardını oxu...
“1990-cı ildə Azərbaycanda 1 milyon 100 mindən bir qədər artıq uşaq doğulub. Bu illər ərzində isə Azərbaycanda 1 milyon uşaq az doğulub. Bunun bir neçə səbəbi var”.

Bunu Bakupost.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O, səbəbləri bu cür sadalayıb:
“Birinci iqtisadi səbəbdir. Vətəndaş dünyaya çox uşaq gətirib onlara lazım olan tərbiyəni verə bilmir. İkincisi, ailə institutunun dağılmağa meyilliliyidir. Görürsən ki, ailə qurandan bir neçə ay sonra ayrılırlar, uşaq dünyaya gətirmək vaxtına çatmırlar. Üçüncüsü, hökumətin öz üzərinə götürdürdüyü uşaq hüquqları haqqında konvensiyanın şərtlərini yerinə yetirməməsidir. Dördüncüsü, uşaqların sayının artırılmasına, yəni əhali sayına dövlətin xüsusi maraq göstərməməsidir. Əslində bizim deputatlarımız da, dövlət nümayəndələrimiz də əhali artımını pis bir şey kimi təqdim edirlər. Amma bütün dünyada hamı çalışır ki, əhali artımı olsun, çünki əhalinin özü siyasətin əsas vasitələrindən biridir. Bu gün dünyanı idarə edən dövlətlərin böyük əksəriyyəti həm də əhalinin çoxluğuna görə aparıcı dövlət hesab olunur. Amma bizdə düşünürlər ki, adam yoxdursa, problem də yoxdur.
Digər bir mühüm səbəb isə Azərbaycanda məhsuldar qüvvələrin, uşaq dünyaya gətirə biləcək gənclərin böyük əksəriyyətinin ölkəni tərk etməsidir. Yəni əgər Azərbaycanda əhalinin qırx faizi ölkəni tərk edibsə, bunların səksən faizi ancaq elə dünyaya uşaq gətirmək imkanı olan və yaxud da o yaşda olan insanlardır. Əhali sayının azalmasının həddən artıq çoxlu səbəbləri var. Məsələn, gənclər arasında cinsi xəstəliklərin yayılması, impotensiyanın aşağı olması və sair. Təbii ki, bu səbəblərin içində bir nömrəli səbəblər iqtisadi, hüquqi məsələlərdir”.
S.Cəlaloğlu nikahdankənar uşaqların bütün cəmiyyətlərdə olduğunu bildirib:
“Gənclər arasında münasibətlərin düzgün qurulmaması, dövlətin bu məsələlərə nəzarət etməməsi səbəbindən gənclər arasında kəbindənkənar uşaqlar dünyaya gəlir. Bu bir az da əxlaqi deformasiya ilə bağlıdır. Eyni zamanda, belə bir təbliğat da aparırlar ki, uşaq dünyaya gətirmək üçün rəsmi nikaha ehtiyac yoxdur. Ona görə də rəsmi nikahın zəruri olmasının ailə institutunun möhkəmlənməsinin əsası kimi təbliğ edilməsi vacibdir”.
Qeyd edək ki, Azərbaycanda uşaqların sayı sürətlə azalmağa başlayıb. Belə ki, uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-ni 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsə qədər azalıb. Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-yə yüksəlib.
Vasif Əlihüseyn
BakuPost
 
Ardını oxu...
İşçilərin vəzifə (taarif) maaşına: əlavə və ya mükafatlar hansı hallarda tədbiq edilə bilər.
1. Bu ödənişlər: işçilərin vəzifəsi və peşəsi, mövqeyi və sair hallar nəzərə alınmadan, işçilər arasında diskriminasiya (ayrı-seçkilik) etmədən hüququ olan bütün işçilərə eyni tələblər əsasında, eyni qaydada tədbiq edilə bilər.
2. Əmək şəraitinə görə əlavə (zərərli işə görə, dəniz əmsalı, gecə işlərinə görə, normadan artıq işə görə və sair) ödənişlərin verilməsi qanunvericiliklə nəzərdə tutulan qaydada məcburidir.
3. Əmək haqqına əlavə və mükafatlar işçinin əmək funksiyalarını yerinə yetirmə qabiliyyətindən və peşəkarlığından asılı olaraq işəgötürən tərəfindən müəyyən edilməklə ödənilə bilər.
4. Əlavə və ödənişlər Əmək müqaviləsi ilə işəgötürən və işçi arasında razılaşdırılmaqla ödənilə bilər.
5. Kollektiv müqavilə ilə işəgötürən və həmkarlar ittifaqı arasında razılaşdırılmaqla ödənilə bilər.
Eyni vəzifədə (peşədə) və dərəcədə çalışan, eyni əmək funksiyalarını yerinə yetirən işçilərin taarif (vəzifə) maaşı (mükafat və ya əlavələr istisna olmaqla) arasında fərq ola bilməz. Lakin, əlavə və mükafatlar da nəzərə alınmaqla işçilərin ümumi əmək haqqları arasında fərq ola bilər.
Azər Quliyev.
TEREF
Ardını oxu...
“Doğuşların sayının azalması əhalinin sayının azalmasına səbəb olur. Bir ananın illər öncə orta hesabla dünyaya gətirdi uşaq sayı 6-7 idisə, bu gün həmin rəqəm 1 və ya 2-yə düşüb”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Mail Yaqub Azərbaycanda uşaqların sayının kəskin azalması ilə bağlı statistikaya aydınlıq gətirərkən deyib.

Sosioloq bunun konkret səbəblərini belə izah edib:

“Birincisi, boşanmaların sayının kəskin çoxalmasıdır. Əgər boşanmalar çoxdursa, o zaman dünyaya uşaq gətirmə potensialı azalır. İkinci səbəbi həyatın moderinləşməsidir. Müasirləşən həyatda təəssüflər olsun ki, insanlarda övlada qarşı istək azalır. Görün nə qədər adam şəhərdə it gəzdirir. Nə qədər adam itlə yaşayır. Bu adamlar sevgisini övladına verməli olduğu halda onu itə verir. İnsanı deyil, heyvanla yaşamağı üstün tutur”.

Mail Yaqub hesab edir ki, bu, müasir dünyanın bizə gətirdiyi pis vərdişlərdən biridir:

“Düzdür, bu yazıdan sonra bizi heyvansevənlər topa tutacaq. Ancaq bu gün bizim reallığımız ortadadır. Biz gözümüzü açıb faktı görməliyik. Əslində bu həyacan təbilidir”.

Sosioloqun sözlərinə görə, proses belə davam etsə, vəziyyət bundan da pis olacaq:

“Azərbaycanda əhalinin sayı azalacaq. Artım yoxdursa, əhalinin qocalması baş verəcək, necə ki, Avropada bu gün belədir. Avropa qocalıb, qocalmaqda da davam edir. Ona görə də mühacir qəbul edirlər”.

İtisadçı ekspert Samir Əliyev Azərbaycanda isə uşaqların sayının azalması ilə bağlı statistikanın izahını verib:

“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğlulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır? Bunu statistikamız deyir. Məsələn, çox da uzaq olmayan dövrdə – 2005-ci ildə əhalinin 31.8%-i 17 yaşına qədər uşaqlar təşki edirdisə, 2022-ci ildə bu göstərici 26.3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb. Azalma özünü daha çox qız uşaqlarında göstərir. Bu müddətdə oğlan uşaqlarının sayı 2.1% artdığı halda qızların sayı 6% azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2.5%-dən 3.7%-ə yüksəlib”.
 

Dünyapress TV

Xəbər lenti