Ardını oxu...
Son zamanlar sosial şəbəkələrdə müxtəlif cəlbedici qumar oyunlarının reklamları ilə qarşılaşırıq. Məsələn; biri lüks avtomobilində əyləşib, avtomobilini oyunda udduğu pulla aldığını deyir. Digəri hesabının necə artdığını göstərir. Bu reklamlara inanan gənclər də sonradan külli miqdarda borca düşüb, ən son çıxış yolunu intiharda görürlər. Məsələn; ötən ay itkin düşən Siyəzən rayon sakini 22 yaşlı Mahmud Məlikov evdən namaz qılmaq adı ilə çıxsa da, geri qayıtmamışdı. Mahmudun atası yerli mətbuata açıqlamasında bildirmişdi, oğlu internet üzərindən qumar oyunlarına qurşanıbmış. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar. Bu günlərdə itkin düşən gəncin meyidi tapılıb. Bu oyunların Mahmud kimi yüzlərlə aludəçisi var. Nəticə, göz qabağındadır…

Bəs niyə bu qumar oyunları yığışdırılmır? Qanunvericilik bununla bağlı nə deyir?
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının ərazisində mərc oyunlarının təşkili lisenziyalaşdırılmış bir fəaliyyətdir. Bununla bağlı Azərbaycan Respublikasında iki qanun var, həmin qanunlara əsasən bu fəaliyyət tənzimlənib.

“Bunlar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunu və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunudur ki, bu qanunda nəzərdə tutulmuş qaydalara riayət edilməklə və lisenziya almaqla idman mərc oyunlarının keçirilməsi yol veriləndir və buna dövlət legitim haqq qazandırır”-deyə hüquqşünas bildirib.

Qanunsuz qumar oyunlarının keçirilməsi və təşkilinə gəldikdə, hüquqşünas qeyd edib ki, bu da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1 maddəsi ilə tənzimlənir. Belə oyunlarının keçirilməsi üçün yer təşkil etmək və ya saxlamağa görə, bunu təşkil edən şəxsə qarşı 5 min manatdan 10 min manata qədər miqdarda cərimə və ya 2 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzası ilə təyin edilir.

Hüquqşünas qeyd edib ki, onlayn qaydada yəni internet informasiya ehtiyatları və internet telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə isə buna görə 10 min manatdan 15 min manata qədər cərimə və ya 2 ildən-3 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılır: “Qeyd edim ki, bu qumar oyunlarının nəticəsində uduzmuş şəxs əgər özünü öldürərsə, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə “özünü öldürmə həddinə çatdırma” maddəsi ilə cinayət işi başlanılır və araşdırma aparılır.

Mən bir hüquqşünas kimi tövsiyə edərəm ki, mərc oyunlarından hər kəs uzaq dursun. Bilsinlər ki, bunun mənfi nəticələri daha çoxdur”-deyə hüquqşünas əlavə edib.

Xatırladaq ki, ümumiyyətlə qumar oyunu dedikdə, pul vəsaitlərinin, maddi vəsaitlərin qeyri-müəyyənlik və ya təsadüfdən asılı olaraq, qazanılması nəticəsində təşkil olunan oyunlar nəzərdə tutulur.
 
Ardını oxu...
Bəs,yaşa görə pensiya alanların sayı niyə azalır?

İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, insanlar qocalmadan vəfat edir. İqtisadçı deyib ki, yaşa görə verilən təqaüdlər azalırsa, deməli, həmin yaş qrupuna daxil olan əhalinin ölüm halları artır:

"Pensiyaçıların sayının azalmasının əsas səbəbi odur ki, insanlar qocalığın erkən çağında vəfat edirlər. Sırf yaşa görə verilən pensiyaların azalmasının səbəbi ancaq budur".

Sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda insanların öznün sağlamlıq mədəniyyətinin arzuolunan səviyyədə olmadığını xatırladıb:

"İnsanlar arzuolunan qədər səhhətini qorumur. Bu çox mühüm amildir. İnsanlar səhhətinin qayğısına qalmağı bacarmırlar. İkincisi, səhiyyə xidmətidir. Bizdən əvvəlki nəsil müalicəvi bitkilərdən istifadə edirdi. O vaxt adamlar bitkilərlə müalicədə daha çox məlumata malik idi, nəinki indi. İndi insanların sağlamlığının qayğısına qalması arzuolunan səviyyədə deyil. Ölkədə səhiyyə xidmətinin keyfiyyəti əsas amildir. Adamlar xəstə olan kimi dərhal xarici ölkəyə üz tutur. Bunlar bir-biri ilə əlaqəlidir. Onların səhiyyə ilə bağlı bilikləri yerində olsa vaxtaşırı həkim müayinəsindən keçərlər”.

Əhməd Qəşəmoğlu hesab edir ki, insanlar özbaşına dərman preparatlarından istifadə etməməlidir:

"Əgər insanlar uzun ömürlü yaşamaq istəyirlərsə, vaxtında müayinə olunmalıdırlar. Bundan əlavə uzunömürlülükdə həm də iqtisadi faktorlar rol oynayır. İnsanın sağlamlıq mədəniyyəti arzuolunan səviyyədə olmayanda qidalardan necə gəldi istifadə edəcək. İnsanlara tövsiyyəm, sağlamlıq mədəniyyəti ilə səhiyyə xidmətinə fikir versələr ömürlərini uzada biləcəklər".
 
 

 


Ardını oxu...
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) işçiyə verdiyi cavab da, onun əmək hüquqlarının pozulmasıdır.
Sosial sığorta haqqında AR Qanunu, Maddə 30. Bu Qanunun pozulmasına görə məsuliyyət: - Bu Qanunun normalarının pozulmasına görə təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar
Qeyd: Bu yoxlamanın xəstəyə nə aidiyyatı var?
Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına (DSMF ) müavinət ödənilir.
Lakin fevral ayından başlayaraq müxtəlif idarə və müəssisələrdə çalışan işçilərdən əmək qabiliyyətlərinin müvəqqəti itirmələri ilə əlaqədar onlara verilmiş xəstəlik vərəqəsinin DSMF tərəfindən ödənilməməsi ilə əlaqədar şikayətlər daxil olur. İşçilərin sorğusuna DSMF apardıqları yoxlama ilə əsaslandırırlar.
SOCARDOWNSTREAM MMC -nin işçisi Axundov Ramil Baxtiyar ogluna 15 - apreldən xəstəlik vərəqi açılıb. Iki bülleten verilib müəssisəyə. O vaxtdan DSMF-dən pulu ala bilmir.
SOCAR Nəqliyyat idarəsində, Xəzər Dəniz Neft Donanmasında ,Bakı Neft emalı zavodunda və sair müəssisələrdə də xəstəlik vərəqələrinin DSMF tərəfindən ödənişi saxlanılıb.
Qeyd:
Düşünürəm ki, DSMF tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirməsi ilə bağlı işçiyə verilmiş xəstəlik vərəqələri ödənilməyən işçilərin məhkəməyə müraciət etməsi mütləqdir!.
Mirvari Gahramanli
TEREF
Ardını oxu...
 
 


 
Ardını oxu...
2014-cü ilin sentyabrında qərar verildi ki, yas mərasimlərində yemək vermək qadağan edilsin. Bu qadağa əsasən rayonlarda işlədi. Bakıda “ehsan mafiyası” qadağanı sındırdı, əvvəlki qaydada davam etdi. İndi azsaylı rayonlarda ehsan adına yalnız halva, pendir, göyərti verilir. Əksər bölgələr yenə öncəki qaydada davam edir.

Toylardan isə söz açmağa dəymir. Restoranların menyu diqtəsi əndazəni aşır. Qiymətlər gözlə görüləcək dərəcədə şişirdilir, toylar bahalanır. Nəticədə əhali ciddi şəkildə yüklənir. Bu da sosial gərginlik yaradır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Xidməti və s. menyu ilə bağlı niyə təftiş aparmır? Yas və toy mərasimləri ilə bağlı hökumət hərəkətə keçməlidirmi?

Globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov dəfələrlə bu məsələyə toxunduğunu qeyd edib.

Deputat deyib ki, yas və toy məclislərində israfçılığın qarşısının alınması üçün müəyyən addımların atılmasına ehtiyac var:

“Bu gün toy və yasda baş verənlər həqiqətən də ciddi bir israfçılıqdır və insanlar arasında narazılıq yaradan məsələyə çevrilib. Düşünürəm ki, bununla bağlı maarifləndirici təbliğat işləri gücləndirilməlidir. Fikrimcə, gələcəkdə bu istiqamətdə qanunverici müstəvidə də hansısa qərarların qəbul edilməsi məsələsinə baxmalı və onu diqqətdə saxlamalıyıq. Doğrudan da bu, ciddi problem yaradır. Bunun adı israfçılıqdır”.

C.Məmmədovun sözlərinə görə, gələcəkdə insanlar israfçılıq etdikləri üçün daha çox əziyyət çəkəcəklər:

“Nəzərə almalıyıq ki, artıq ərzaq böhranı yaşanır. Gələcəkdə dünyada ərzaq çatışmazlığı da baş verəcək. O mənada biz bu məsələyə yenidən baxmalı və müəyyən qərarlar qəbul etməliyik. Bu qərarlar qəbul edilməsə, gələcəkdə biz olduqca çox çətinliklər çəkəcəyik. Ona görə də bu istiqamətdə müəyyən addımların atılmasına ehtiyac var”.
Ardını oxu...
Əzbərləyin və yadınızda saxlayın☝️
İşçilərin hansı gəlirləri-gəlir vergisindən azad olunur.Bu barədə AR-nın Vergi Məcəlləsində bir çox güzəştlər nəzərdə tutulur. Onlardan daha vacib və işçilərin daha çox rastlaşdığı və gəlir vergisindən azad olan ödəmələr:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri.
Əvəzsiz dövlət köçürmələri, dövlət pensiya və təqaüdləri.
Hüquqi şəxsin, onun filialı, nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə - Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar.
İşçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildiyi halda, vəfat edən işçilərin vərəsələrinə - Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar.
Azərbaycan Respublikasının qanunları və ya müvafiq icra hakimiyyəti orqanının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar.
Dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri, dalğıc işləri üçün ödənilən mükafatlar, alimentlər.
Təqvim ili ərzində alınan: hədiyyə, birdəfəlik müavinətlər və maddi yardımlar.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərin tibbi müayinədən keçirilməsi üçün işəgötürənin hesabına qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmiş xərc məbləğləri.
İş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavə vəsaitin (gündəlik 15 manat), habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin qanunvericiliklə nəzərdə tutulan məbləği.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada işçilərə ödənilən ezamiyyə xərclərinin məbləğləri.
Əmək şəraiti zərərli, ağır olan olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə - profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri və sair.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Ailə üzvünün vəfatı ilə əlaqədar işçisinə etdiyi maddi yardımdan qanunsuz olaraq gəlir vergisi tutan Azəriqaz İB Təmir Tikinti İdarəsinin sahə üzrə məsul şəxslərinin diqqətinə
- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-102.5-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar,alimentlər.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
 

Aktrisanın təbəssümü" televiziya filmi 1974-cü ildə çəkilib. Xalq artisti Nəsibə Zeynalovaya həsr olunan bioqrafik komediyanın süjet xəttində yer alan hadisə üstündən əlli il keçsə də, günümüzü olduğu kimi əks etdirir: aktrisanın ali məktəbi bitirib Masallıya təyinat alan qızı "Mən hara, rayon hara?"- deyə göz yaşları içində rayon məktəbində işləməkdən imtina edir. Rayonda işləməyə təkcə, ali məktəbi bitirən gənc qız deyil, anası və qohumları da kəskin etiraz edirlər...

Bu günlərdə "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi" ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlaması da bu tip yanaşmaların yaratdığı problemdir. Belə ki, MİQ imtahanının nəticələrinə görə, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər. Vakant yerlər isə ucqar rayonlarda olan məktəbləri, rus bölməsində olan bəzi fənləri əhatə edir: "Ən azından 40 balı keçən namizədlər həmin 2 min vakant yerə müraciət etsə idilər, işə qəbul oluna bilərdilər. Təcrübə göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edirlər".

Xatırladaq ki, dövlət ucqar rayonlarda çalışan müəllimlər üçün müxtəlif güzəştlər tətbiq edib. Bəs müəllimləri ucqar kəndlərdən və bölgələrdən qaçmağa nə məcbur edir?

Məsələyə münasibətdə ekspertlərin fikirləri də maraq doğurur:

Həvəsləndirici paketlər olmalıdır

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Bayramova hesab edir ki, ilk növbədə müəllimləri bölgələrə getməyə həvəsləndirən sosial imtiyaz paketləri olmalıdır: "Bu problem hər zaman var və kompleks yanaşma tələb edir. Həvəsləndirici paketlər olmalıdır ki, gənc qadınlar, ailə cütlükləri ucqar məktəblərdə işləməyə getsinlər. Digər tərəfdən, bölgələrdə çalışan müəllimlərin özlərini inkişaf etdirmələrinə dəstək olunmalıdır". İŞ üzvünün fikrincə, hələ tələbəlik dövründə regionlarda işləmək mədəniyyətini gənclərdə inkişaf etdirmək lazımdır: "Hesab edirəm ki, ali məktəblərdə tələbələr müəllim kimi hazırlanan vaxt bu mədəniyyət də onlarda formalaşmalıdır ki, onlar ucqar yerlərdə işləməkdən imtina etməsinlər. Yerlərdə qazanılan təcrübənin daha əhəmiyyətli olduğunu onlara başa salmaq lazımdır".

Sosial imtiyazların artırılmasına ehtiyac var

"Müəllimlərin böyük əksəriyyəti qadınlardır. Xüsusən də, gənc və yeni ailə quran qadınlardır. Onlar üçün belə vəziyyətdə ucqar kəndlərdə işləmək ciddi problem yaradır. Bəzən ailələri, valideynləri icazə vermir. Kişi müəllimlər isə yüksək əmək haqqı marağındadırlar", - deyə Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov məsələyə münasibət bildirir. Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi ucqar kəndlərdə və ümumən kənd yerlərində işləyən müəllimlər, təhsil işçiləri haqqında ciddi düşünməli, yeni seçilmiş Milli Məclis isə bunun qanunvericilik bazasını müəyyənləşdirməlidir: "Yerli sakin olmayan müəllimlər üçün əhəmiyyətli dərəcədə rəğbətləndirmə tədbirləri nəzərdə tutulmalıdır. Hesab edirəm ki, onların əmək haqqı bir neçə dəfə artırılmalı, sosial imtiyazlar müəyyən olunmalıdır. Mənzil şəraiti ilə bağlı məsələlər də həll olunmalıdır. Əgər bu məsələlər həll olunsa, sözsüz ki, yüksək bal toplayan müəllimlərin bir qismi kənddə, rayonda işləməyə həvəsli olarlar". Ekspertin fikrincə, ümumi təhsilin keyfiyyəti baxımından hazırda Azərbaycanda ən vacib problemlərdən biri kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı kəskin fərqin aradan qaldırılmasıdır: "Təsəvvür edin, Finlandiyada kənd məktəbləri ilə şəhər məktəbləri arasında keyfiyyət baxımından fərq cəmi 7 faiz təşkil edir. Bir neçə il əvvəl inkişaf etmiş Almaniyada bu fərq 42-47 faiz təşkil edirdi. Bizdə, bəlkə də, bu fərq 80 faizdən də çoxdur. Kənd məktəblərində nə qədər yüksək intellektli şagirdlərin istedadı məhv olur. Çünki onlar keyfiyyətli təhsil görmürlər. O məktəblərdə zəif müəllimlərin sayı həddindən artıq çoxdur. Həmin məktəblərə güclü müəllimlər göndərilməlidir. Bunun üçün kənd yerlərinə müasir hazırlığa malik müəllimlər gəlməli və onların fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırılmalıdır".

Rayonlardakı məktəblərin çoxunda şərait yoxdur

ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova hesab edir ki, gənclər ali məktəbi bitirdikdən sonra çox vaxt paytaxtın ab-havasından qopmaq, şəhərdən getmək istəmirlər: "Biz tələbələrə bu sualı verəndə çoxunda Bakıda qalma həvəsinin olduğunu müşahidə edirik. Rayonlarda iş yerlərinin az olması və ya prioritetli olmamasını bildirir, bu istiqamətdə inkişafın o qədər də fayda verməyəcəyini düşünüb getmək istəmirlər. Bəziləri magistratura təhsilini davam etdirmək üçün qalır. Ondan sonra da regionlara geri dönmək istəmirlər. Bu da nəinki bağça və məktəblərdə, ümumiyyətlə bir çox sahələrdə problemlər yaradır". X.Həmidova hesab edir ki, bu məsələdə "regionlarda müəllim nə qədər inkişaf edə bilir?", "prosesdə nə qədər faydalı ola bilir?" kimi inkişaf tendensiyasına baxmaq lazımdır. Həmçinin, sosial imtiyazlara nəzər salmağa da ehtiyac var: "Müəyyən güzəştlər olmalıdır. Hesab edirəm ki, regionlardakı məktəblərin inkişaf tendensiyası artırılsa, oradakı şərait düzəlsə, işləmək istəyənlər olacaq. Bilirsiniz ki, ucqar kəndlərdə məktəblərin çoxunda şərait yoxdur. Onlar üçün şərait yaradılsa, inkişafları üçün təlimlər keçirilsə, konfranslar və s. təşkil olunsa, problemin həllində daha uğurlu nəticə əldə etmiş olarıq"./"Kaspi" qəzeti

Ardını oxu...
Sənədsiz evlər problemi illərdir qalmaqdadır. Dövlətə məxsus torpaqların sənədləşdiriləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır. Şirkətlərə məxsus torpaqlarda olan tikililərin taleyi ilə bağlı isə hansısa məlumat verilmir.

Mövzu ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, neft kontraktına aid olan ərazilərdə tikilən evlərə birmənalı olaraq sənəd verilməyəcək:

"Çünki o torpaqların çoxu radiasiyalı və insan orqanizminə ciddi ziyan gətirə biləcək ərazilərdə yerləşir. Bu səbəbdən neft müqaviləsinə aid olan torpaqlarda tikilən evlərin sənədləşdirilməsi mümkün olmayacaq. Gələcəkdə həmin torpaqların təmizlənməsi və həmin neft şirkətlərinin balansından çıxarılması həyata keçirildiyi və yaşayış fondu torpaqlarına aid edildiyi təqdirdə bu məsələyə baxıla bilər. Amma neft kontraktına aid olan torpaqlarda fərdi yaşayış evlərinin sənədləşdirilməsi nəzərdə tutulmur”.


Ekspert vurğulayıb ki, bu evlərin gələcəkdə köçürülməsi həyata keçirilə bilər:

"Bu ərazilərdə yaşamaq özü belə insan sağlamlığı üçün təhlükə mənbəyidir. Bu səbəbdən həmin yerlərdə yaşayan sakinlər köçürülə bilər. Bu birbaşa insanların özünün sağlamlığı ilə bağlı məsələlərdir və hökumət bu məsələdə heç də güzəşt etmək niyyətində deyil. Harada insan sağlamlığına ziyan gətirən hallar varsa, buna yol verilməyəcək”.
 
 
 
Ardını oxu...
“Mən 20-yə yaxın şirkətin kadr ehtiyatındayam və indiyə qədər heç biri mənimlə əlaqə saxlamayıb”

Daxili əmək bazarında ən həssas təbəqə 40 yaşdan yuxarı olanlar, gənclər və əlillərdir. Bununla belə, iş tapmaq bütün kateqoriyalı vətəndaşlar üçün çətindir. Bu işdə onlara müvafiq dövlət qurumlarının müxtəlif proqramları, eləcə də əmək yarmarkaları kömək etməlidir.

Bu yaxınlarda isə əmək və məşğulluq altsistemində (ƏMAS) ölkənin kadr potensialının vahid elektron məlumat bazası yaradılıb. İş axtaranlar birbaşa vakansiyaları, işəgötürənlər isə onların tələblərinə cavab verən namizədləri birbaşa tapa biləcəklər. Amma işsizlərin çoxu köhnə məşğulluq mexanizmlərinin səmərəsiz olduğunu bilir və yenilərinin daha yaxşı olacağına inanmır.

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində deyib ki, elektron məlumat bazasının yaradılması heç nəyi dəyişməyəcək: “Çünki işəgötürənlər əllərində olan vakansiyaları gizlədir və normal işə əsasən öz adamlarını götürürlər. Bu, həm özəl, həm də dövlət qurumlarına və şirkətlərinə aiddir”.

“Biz sosial şəbəkələrdə vətəndaşların konkret məsələ ilə bağlı fikirlərini öyrənmək üçün tez-tez müxtəlif sorğular keçiririk. Mən bu yaxınlarda respondentlərə məşğulluq xidmətlərinin işini necə qiymətləndirdikləri ilə bağlı sual verdim və respondentlərin böyük faizi bunun formal xarakter daşıdığını cavablandırdı. Digər sorğu Azərbaycanda məşğulluq, yəni insanların necə iş tapması ilə bağlı idi. O göstərdi ki, vətəndaşlar daha çox tanışları, dostları, qohumları vasitəsilə işə götürülürlər”, - deyə həmsöhbətimiz bildirib.

İqtisadçının vurğuladığı kimi, yalnız rüşvət hesabına vəzifə qazana bilənlər də az deyil: “Bir çox sakinlər əmindirlər ki, bu, normal iş əldə etməyin yeganə yoludur. Ölkədə məşğulluq fırıldaqlarının geniş vüsət alması təəccüblü deyil. Vətəndaşları mötəbər vəzifəyə işə götürəcəklərinə söz verirlər, bunun üçün onlardan pul alıb yoxa çıxırlar”.

Qarayevin sözlərinə görə, insan pulu və əlaqəsi olmadan yalnız o zaman işə düzələ bilir ki, işəgötürənə müəyyən ixtisasa malik işçi lazım olsun və onu qohumları arasından tapa bilməsin: “Şəxsi təcrübəmdən də danışa bilərəm: 20-yə yaxın şirkətin kadr ehtiyatındayam və indiyə qədər heç biri mənimlə əlaqə saxlamayıb. Yəni bu qədər müddətə 20 şirkətin heç birindən heç kim işdən çıxmayıb? Məşğulluq məsələləri ilə məşğul olan dövlət qurumlarının işi səmərəsizdir. Çox vaxt iş axtaranlara ictimai iş təklif edirlər. Vaxtaşırı əmək yarmarkaları keçirilir və bu, iş tapmaq yollarından biridir, bəs orada nə təklif edə bilərlər? Əsasən, onlar qeyri-ixtisaslı kadrlar axtarırlar - təmizlik işçiləri və digərləri”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin sədri Nəriman Ağayev də AYNA-ya söyləyib ki, əksər işəgötürənlər əslində öz qohumlarını işə götürürlər, lakin bu vəziyyət təkcə Azərbaycanda deyil: “Bu, biznes üçün mənfi amildir. Yaxın adamlar, əgər ümidləri doğrultmasalar, işdən çıxarıla və ya cəzalandırıla bilməzlər. Vətəndaşların işlə təmin olunmasına köməklik etmək dövlətin maraqlarına uyğundur. İşsizlərin sayının artması cinayət və digər neqativ halların artması ilə nəticələnə bilər”.

“Bir vaxtlar hər yerdə iş elanları var idi və yerli polis əməkdaşları işləməyənlərin qapısını döyürdülər. İndi bizə çoxlu sayda yeni iş yerləri yaradacaq irimiqyaslı, uzunmüddətli layihələr lazımdır. Lakin onların yaradılmasının bahalı olması şərt deyil. Zaman-zaman eşidirsən ki, bu və ya digər müəssisə açılıb, külli miqdarda vəsait qoyulub, amma orada iş yeri çox azdır”, - deyə mütəxəssis vurğulayıb.

Beyin axınına gəlincə, Ağayevin dediyinə görə, bu, bütün dünyada olub, var və olacaq: “İnsanlar daha yaxşı həyata can atmağa meyillidirlər və bu, tamamilə təbiidir. Əgər onlar yeni yerdə məskunlaşa bilməsələr və orada çətin vəziyyətə düşsələr, öz vətənlərinə qayıdacaqlar. Xəyal etdiklərini tapa bilsələr, getdikləri yerdə qalacaqlar. Amma onların mühacirətinin də öz üstünlükləri var. Azərbaycandakı qohumlarına pul göndərənlər çoxdur. Azərbaycanlılar xaricdə uğur qazandıqda isə bu, ölkəmizin imicinə müsbət təsir göstərir”.

Müəllif: Emma Rzayeva
 
 

 


Ardını oxu...
ABŞ-ın “Gallup” Analitik Mərkəzi vətənpərvərliklə bağlı ayrı-ayrı ölkələrdə apardığı sorğuların nəticələrini açıqlayıb.

Analitik mərkəz sorğu iştirakçılarına “Ölkəniz üçün döyüşərdinizmi” sualını ünvanlayıb.

Sorğunun nəticəsinə görə, dünyanın ən vətənpərvər ölkəsi Mərakeşdir, ikinci Fici, üçüncü Pakistandır.

Azərbaycan siyahıda altıncıdır.

ABŞ mərkəzinə görə dünyanın ən vətənpərvər ölkələrinin siyahısı aşağıdakı kimidir:

1. Mərakeş

2. Fici

3. Pakistan

4. Vyetnam

5. Banqladeş

6. Azərbaycan

7. Papua Yeni Qvineya

8. Əfqanıstan

9. Gürcüstan

10. Hindistan

11. Finlandiya

12. Türkiyə
 

Dünyapress TV

Xəbər lenti