Ardını oxu...
Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş əməkdaşı Nəzakət Qazıbəyova sözügedən qurumu məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Həmid Ağalarov iş üzrə hakim təyin edilib. Nəzakət Qazıbəyovun iddiası inzibati orqanların hərəkətsizliyi ilə əlaqədardır.
İşin detallarına gəlincə, mübahisə pensiya təminatı ilə bağlıdır. Nəzakət Qazıbəyova DGK-nın keçmiş sədri Səfər Mehdiyevin dövründə təqaüdə göndərilib. Lakin o, pensiyasının düzgün hesablanmadığını iddia edir.
Nəzakət Qazıbəyova və onunla birlikdə təqaüdə göndərilən digər əməkdaşlar hətta bununla bağlı ölkə rəhbərliyinə də müraciət ünvanlayıb. Həmin müraciətdən məlum olur ki, onlar dövlət qulluğunun xüsusi kateqoriyasına aid olduqlarından 20 təqvim ilinin tamamında pensiya hüquqları yaranıb. Lakin Nəzakət Qazıbəyova və digərləri bu hüquqdan yararlanmayaraq gömrük orqanlarında fəaliyyətlərini davam etdiriblər. 2019-cu ildə həmin vaxt DGK-nın sədri olan Səfər Mehdiyev onlara heç bir xəbərdarlıq etmədən gömrük orqanlarında fəaliyyətlərinə xitam verərək və təqaüdə göndərib.
Müraciət müəllifləri bildirib ki, DGK tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə Təyinat İdarəsinə göndərilən pensiya haqqında məlumat vərəqəsində işlədikləri dövrlərdə aldıqları digər əlavələr əksini tapmayıb və onlara az pensiya hesablanıb.
Nəzakət Qazıbəyova bu məsələni məhkəmədə mübahisələndirmək qərarına gəlib. Digərlərinin də məhkəməyə müraciət etdikləri bildirilir.
Səfər Mehdiyev 2018-2022-ci illərdə DGK-nın sədri olub.
 
Ardını oxu...
2022-ci ilin sentyabrından bəri Rusiyada mikrofinans təşkilatlarından (MFT) borc alanlar arasında iPhone sahiblərinin payı iki dəfə artıb. 2024-cü ilin sentyabrında bütün mikrokreditlərin 27,8%-i iPhone smartfonları vasitəsilə rəsmiləşdirilib. İki il əvvəl bu göstərici cəmi 13% idi.

Bu barədə "Qazeta.Ru"da yer alan Webbankir maliyyə platformasının tədqiqatında qeyd olunub.

MFT borc alanlar arasında iPhone istifadəçilərinin payının artması müştəri bazasının keyfiyyətinin yaxşılaşması ilə bağlıdır. Webbankir qeyd edir ki, MFT-lər Mərkəzi Bankın tələblərinin sərtləşdirilməsi ilə potensial borc alanların qiymətləndirilməsinə daha diqqətlə yanaşmağa başlayıb, bu da müştəri seçimlərinə təsir edir. Apple smartfonları ənənəvi olaraq Android cihazlarından daha baha olur ki, bu da onların sahiblərinin maliyyə dayanıqlığını və buna görə də daha yüksək kredit qabiliyyətini göstərə bilər.

Borc alanlar arasında iPhone sahiblərinin payının artması fonunda Android cihaz istifadəçilərinin payı azalır. 2024-cü ilin sentyabrında borc alanların 70%-i Android istifadə edib, halbuki bir il əvvəl onların payı 78%, iki il əvvəl isə 83%-dən çox idi. Bununla belə, Android əməliyyat sistemi ilə işləyən smartfon sahibləri hələ də bazarın əhəmiyyətli hissəsini tutur və iPhone sahiblərindən 2,5 dəfə çox borc alanlar arasında qalırlar.

iPhone sahibləri, adətən, Android istifadəçilərinə nisbətən daha böyük məbləğlərdə kreditlər soruşurlar. 2024-cü ilin sentyabr ayının məlumatlarına görə, iPhone ilə rəsmiləşdirilən kreditin orta məbləği 14,1 min rubl təşkil edib, Android sahibləri isə orta hesabla 13 min rubl kredit üçün müraciət ediblər. Ümumilikdə isə mikrokreditlərin orta məbləği ötən il əhəmiyyətli dərəcədə artıb – 2023-cü ilin sentyabrında 10,7 min rubldan 2024-cü ilin sentyabrında 13,3 min rubla çataraq ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,2% çoxalıb. Webbankir analitikləri kreditlərin orta məbləğinin artmasını borc alanların ümumi maliyyə ehtiyaclarının artması və ölkədə davam edən inflyasiya təzyiqi ilə əlaqələndiriblər.

Tədqiqat 1,5 milyon kredit əsasında aparılıb.
 
 
 
Ardını oxu...
Oğuz sakininin uzun illər aldığı ünvanlı dövlət sosial yardımı dayandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Oğuz sakini Sərdar Hacıyevin bir ayağı olmadığından ona 2009-cu il fevralın 27-də birinci qrup əlillik təyin edilib.

S.Hacıyev, həmçinin aztəminatlı ailə olduğuna görə illərdir ki, ünvanlı sosial yardım da alıb. Lakin bir müddət əvvəl həmin yardım dayandırılıb. Ünvanlı sosial yardımın bərpası üçün bir neçə aydır etdiyi müraciətlərə də imtina cavabı gəlir.

Onun ailəsi hazırda da aztəminatlı olduğuna görə ünvanlı sosial yardımının bərpa edilməsini istəyir.

Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, S.Hacıyevin müraciətinə əsasən, ailəyə oktyabrın 1-dən 1 il müddətinə ünvanlı sosial yardım təyin olunub. Bank kartı hazır olduqdan sonra vətəndaşa SMS-bildiriş göndəriləcək.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Pensiyaçıların xeyli hissəsinin çətinliklə üz-üzə qaldığı bir vaxtda pensiyaların verilmə qrafikinin dəyişdirilməsini böyük narazılıq yaradan bir hərəkət hesab edirik”.
Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, artıq 3-cü aydır ki, ölkəmizdə pensiyalarının verilməsi ilə bağlı geçikmələr müşahidə olunur: “Bu ilin avqustuna qədər pensiyalar bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 6-10-u, regionlarda, ayın 15-i verilirdi. Bayramlarada pensiyaların verilməsi bayrama uyğun olaraq tezləşdirilirdi və bayramqabağı ödənilirdi. Pensiyaçıların xeyli hissəsinin pensiyası aşağı olsa da, onlara edilən bu jest müəyyən qədər vətəndaş məmnunluğu yaradırdı. Çünki pensiyaçıların xeyli hissəsinin evlərinin yaxınlığındakı və ya ərki keçən mağazaya borcu var və mağazanın nisyə dəftərindəki həmin borcun bir hissəsini ödəməlidir ki, bayram üçün nəsə almağa üzü olsun”.
Ə.Məsimli bildirib ki, pensiyaçılar bu rejimə uyğun müxtəlif banklardan həmin tarixə arxayın olub kredit götürüblər. Onların pensiya kartları birbaşa həmin kreditlərin ödənilməsinə yönəldilir. Belə bir vəziyyətdə qrafikin dəyişilməsi böyük narazılıq yaradır: “Pensiyaların verilməsindəki bu qrafik dəyişikliyi hansısa bir məsələ ilə əlaqədardırsa, müvəqqəti xarakter daşıyırsa və ya texniki xarakterlidirsə, onda Dövlət Sosial Müdafiə Fondu pensiyaların verilmə qrafikinin nə vaxt əvvəlki qaydaya qayıdacağı barədə ictimaiyyətə məlumat verməlidir. Yox,əgər pensiyaların verilməsindəki gecikmələr ötəri, texniki xarakterli bir məsələ deyilsə onda təklif edirik ki, pensiyaçıların kredit ödəmə tarixi, pensiya verilən yeni günə transformasiya olunsun”-deyə deputat vurğulayıb.
Ə.Məsimli deyib ki, banklar pensiyslsrın verilmə qrafikindəki dəyişikliyə uyğun olaraq yeni qrafik tətbiq etməlidir: “Banklar onsuz da çətin durumda olan pensiyaçılarla gecikmə faizi hesablamasın. Onsuz da pensiyasının xeyli hissəsini müalicə, dava-dərman üçün kreditə ödəyirlər. Aşağı pensiya alan insanların bu yolla itirdiyi hər manat onunçün böyük puldur”.
 
 
 
Ardını oxu...
Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib.

İndex.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Həmçinin, mədəniyyət təsisatlarına “beynəlxalq” status aşağıdakı meyarlar nəzərə alınmaqla veriləcək:

– konsert müəssisələri üzrə:

– tərkibində ən azı iki kollektivi olan;

– beynəlxalq səviyyədə böyük nüfuz qazanan, milli mədəniyyətin təbliğatı və təşviqatı istiqamətində, o cümlədən beynəlxalq miqyasda təbliğində xüsusi rolu olan;

– əhalinin müxtəlif təbəqələrinin estetik zövqünü, bədii anlamını formalaşdıran və onlarda bədii yaradıcılığa meyil oyadan;

– vətənpərvərlik, humanizm, vətəndaşlıq, habelə milli, mənəvi, multikultural dəyərlərə hörmət və rəğbət hissləri aşılayan;

– dünyanın aparıcı konsert və ya mədəniyyət sahəsi üzrə ixtisaslaşmış tədris və digər mədəniyyət müəssisələri, folklor-araşdırma, ekspedisiya mərkəzləri, müvafiq beynəlxalq təşkilatlar, eləcə də xarici ölkələrin aidiyyəti qurumları, diplomatik nümayəndəlikləri və konsulluqları ilə birgə əməkdaşlıq edən;

– muğam, aşıq sənəti və xalq musiqisi ilə bağlı müxtəlif səpkili beynəlxalq və yerli səviyyəli tədbirlər (festival, müsabiqə, konsert, ustad dərsləri, elmi konfranslar, seminarlar, mühazirələr, simpoziumlar, dəyirmi masa və s.) təşkil edən və bu cür tədbirlərdə iştirak edən;

– Azərbaycanın bölgələrinə və ölkə xaricinə mütəmadi qastrol səfərləri təşkil edən;

– UNESCO çərçivəsində milli-mənəvi dəyərlərin qorunmasında və Azərbaycan mədəniyyətinin təbliğində fəal iştirak edən;

– müxtəlif layihələr çərçivəsində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş kitablar nəşr edən, həmin kitabların xarici dillərə tərcüməsini həyata keçirərək təqdimatını reallaşdıran;

– tərkibində səsyazma və ya video studiyaları yaradan;

– asudə vaxtın səmərəli təşkilində və insanların ictimai mövqeyinin formalaşmasında yaxından iştirak edən.

Xüsusi status almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına əlavələr aşağıdakı kimi olacaq:
Ardını oxu...
 
Ardını oxu...
"Boşanma halları uşaqlarda travmalar yaradır. Məsələn, özünə qapanma, intihara meyillilik, təhsildə zəifləmə, evdən qaçma, aqressiya və s. Bəzən isə əksinə hallar ola bilir".

Bunu Qaynarinfo-ya açıqlamasında "Təmiz Dünya" qadınlara yardım İctimia Birliyinin sədri Mehriban Zeynalova deyib. Sədr bildirib ki, travmalar yaş qrupunun psixoloqiyasina uygun olaraq hərədə bir cür özünü göstərə bilər:

"10 yaşına kimi uşaqlarda daha çox qorxu, yalan danışma, təhsildə ləngimə və s. belə hallar aşkarlanır. Ailələrdə tərəflər arasında boşanma ağırılı keçə bilir. Yəni uşaqlar alışdıqları sevgi mühitindən ayrılmağın, komfort zonalarını itirməklərinin ağrısını çəkirlər. Onları tək sevgi yox, tərəflərin hər ikisinin sevgisi güclü edə bilir. Yox, əgər boşanmaya qədər dövrdə uşaqlar sevgi və qayğını yalnız bri tərəfdən alıblarsa, sevgi verən tərəf yalnız ana olubsa, onlarda bu, elə də travma ilə keçmir".

Sədr əlavə edib ki, üçüncü hal uşaqlarla manipulyasiyadır:

"Bu, uşaqlara travmadan çox şəxsiyyət inkişafında böyük zədə qoyur, onlar manipulyasiyanın qurbanına çevrilir və bir müddətdən sorna tərəflərin bir-biri ilə qərəzinin qurbanı olduqlarını anlayırlar. Belə hallarda ailədə zorakılıq faktları olubsa, təbii ki uşaqlar bəzən güclü tərəfi seçməyə üstünlük verə bilirlər. Baxmayaraq ki, ana və ya ata uşağı sevib, daha çox ona qayğı göstərib, amma uşaq nədənsə güclünün yanında olmağı və özünü təhlükəsiz hiss etməyi seçə bilir".

Mehriban Zeynalova hesab edir ki, belə hallarda hadisələr və situasiyalar fərqli ola bilir:

"Ən vacibi uşaqları manipulyasiyadan qorumaqdır. Şəxsi maraq və qəzəblərinə görə uşaqlarla manipulyasiyanın sayı artır. Valdieynlər uşağın psixoloji durumu və onun inkişafını yox, daha çox öz güclərini və eqolarını göstərməyə çalışırlar. Bu isə uşağın şəxsiyyət kimi inkişafında böyük travma yarada bilir".

Sədrin sözlərinə görə, psixoloqlar, sosial işçilər belə halları aşkarlayan kimi uşağın boşanma dövründə valideyndən uzalaşdırılması məsələsini qaldırmalıdır:

"Təəssüf ki, bizdə qanunvericilik tam bu məsələyə hazır deyil".
 
Ardını oxu...
Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta”, “Qala Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə AMB məlumat yayıb.

AMB tərəfindən həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı 3 sığorta şikətinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimlənərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl edilməməsi nəticəsində müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102.2.9-cu maddəsinə əsasən icrası məcburi göstəriş verilib.
 
Ardını oxu...
Bir çox hallarda yeni binalarda mənzil alanların zahirən lazımi sənədləri qaydasında olsa da, onlara çıxarış verilmir. Qəzəbli ittihamların əksəri ASAN Xidmətə yönəldilsə də, əslində, vətəndaşın bilmədiyi bir həqiqət var: dövlət qurumları MTK-dan binanı istismar üçün qəbul etməlidir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, hansısa bina tikilməzdən öncə ərazisinin geoloji xüsusiyyətləri araşdırılmalıdır:

"Tikinti bumu daha çox 2007-2008-ci illərə təsadüf edir. Həmin dövrdə qanunvericilik bəzi məsələləri əhatə etməyib, bir çox binaların tikintisində hazırkı normativlərdən kənar addımlar atılıb. vakansiya

Tələblərə görə, ilk növbədə, ərazidə geoloji araşdırma aparılmalıdır. Ərazinin tikintiyə uyğun olub-olmaması barədə rəy verilməlidir. Digər tərəfdən, binanın tikintisi üçün nəzərdə tutulan yer sürüşmə zonası olmamalıdır.

Bütün araşdırmalar nəticələndikdən sonra tikintiyə icazə verən müvafiq arayış təqdim olunur. Bundan başqa, bir sıra normativ sənədlər də mövcuddur ki, həmin sənədlər məhz tikintinin təhlükəsiz və eyni zamanda, normativ qaydalara uyğun şəkildə həyata keçirilməsini təmin etmək üçündür. Məsələn, tikinti aparılarkən yaxınlıqdakı obyektlərə zərər dəyməyəcəyi və yaxud həmin ərazidən kommunikasiya xətlərinin, strateji əhəmiyyətli boru xətlərinin keçməməsi nəzərə alınmalıdır. Eyni zamanda, ekoloji təhlükəsizliklə bağlı da rəy tələb olunur. Bütün bu müxtəlif instansiyalardan alınan rəylərdən sonra tikinti işlərinə başlanılır".

Vüqar Oruc qeyd edib ki, tikintisi yekunlaşan binaların təhvil-təslimi zamanı bir sıra normativlər tələb olunur:

"Tikinti aparıldığı müddətdə istifadə olunan materialların və s.-in normativ göstəricilərə uyğunluğu barədə keyfiyyət nişanı tələb olunur. Fövqəladə Hallar Nazirliyi yanğın və təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq rəy verir.

2019-cu ildə tikilmiş binaların qeydiyyatının və təhvil-təslim prosesinin sadələşdirilməsi ilə bağlı sərəncam imzalanıb. Bu sərəncamdan sonra binanın qeydiyyat və təhvil-təslim prosesinin qarşısındakı bürokratik əngəllər aradan qalxıb. Amma bu o demək deyil ki, Azərbaycanada bütün tikinti işləri ilə bağlı aministiya elan olunub".
 

Ardını oxu...

Əmək münasibətləri, hər ölkədə olduğu kimi, Azərbaycanda da ictimai və iqtisadi sahələrdə ən əhəmiyyətli məsələlərdən biridir. Əmək münasibətləri qanunvericilik və beynəlxalq təcrübələrdən istifadə olunaraq tənzimlənir.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndində "əmək müqaviləsi” anlayışı qeyd edilib. Əmək müqaviləsi, işəgötürən və işçi tərəflərinin iş münasibətlərini və şərtlərini təyin edən, yazılı olaraq hazırlanan hüquqi sənəddir. Bu müqavilə, işəgötürən və işçi arasında bir iş tərəfdaşı kimi əmək münasibətlərini qarşılıqlı razılaşma əsasında düzgün bir şəkildə tənzimləmək üçün istifadə olunur.

Əmək müqaviləsinə bir sıra hallarda xitam verilə bilər: əmək müqaviləsinin müddəti bitdikdə, əmək şəraiti dəyişdikdə, işçi və ya işəgötürən tərəfindən bu müqaviləyə xitam verilməsinə təşəbbüs göstərildikdə və sair.

Lakin bir sıra hallarda işçilərin əmək müqaviləsinə xitam vermək, onları işdən uzaqlaşdırmaq qadağan edilib.

Sözügedən mövzu ilə bağlı Modern.az-a hüquqşünas Turan Abdullazadə danışıb:

"Əmək Məcəlləsinə əsasən, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək yolverilməzdir.

Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir.

Bundan əlavə Kollektiv danışıqların iştirakçılarının danışıqlar dövründə, intizam məsuliyyətinə cəlb olunmasına, başqa işə keçirilməsinə və ya işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsinə yol verilmir.

Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

İşəgötürən tərəfindən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ( Bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallar istisna olmaqla) əmək müqaviləsinin ləğv edilməsi aşağıdakı şəxslər barədə qadağandır:

1) Hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin;

2) Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin;

3) Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin;

4) İşçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;

5) Həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə;

6) Öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin;

7) Məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində

Sonda hüquqşünas onu da bildirib ki, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir".


Ardını oxu...
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Britaniyanın Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) ekspertləri dünya üzrə yoxsul insanların sayını hesablayıblar.
Tədqiqat OPHI-nin rəsmi saytında dərc olunub.
Hesabata görə, dünya əhalisinin 1,1 milyardı yoxsulluq içində yaşayır. Üstəlik, onların 40%-i (455 milyon nəfər) müharibələr, qeyri-sabitlik və yaxud sülhün aşağı səviyyədə olduğu ölkələrdə yaşayır.
“Biz aşkar etdik ki, yoxsulluq səviyyəsi münaqişələrdən təsirlənən ərazilərdə daha yüksəkdir. Müharibə şəraitində olan ölkələrdə hər üç nəfərdən birindən çoxu yoxsuldur (34,8%), Uppsala Münaqişə Məlumatları Proqramına görə, münaqişədən təsirlənməyən ölkələrdə bu, hər doqquz nəfərdən biridir (10,9%)”, deyə hesabatda qeyd edilir.
Alimlər əlavə edib ki, 1,1 milyard yoxsul əhalinin yarısından çoxu 18 yaşa qədər uşaqlardır (584 milyon). Qlobal miqyasda, demək olar ki, 1/3-i (27,9%), böyüklərin 13,5%-i ilə müqayisədə yoxsulluq içində yaşayır.
Bundan əlavə, yoxsulların böyük əksəriyyətinin kanalizasiya sistemi (828 milyon), mənzil (886 milyon) və ya yemək bişirmək üçün yanacaq (998 milyon) yoxdur.
 

Dünyapress TV

Xəbər lenti