Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili "xarici agentlər" haqqında qanuna veto qoyduğunu açıqlayıb.

O, bununla bağlı keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul edib. Qanun gəlirlərinin 20 faizindən çoxu xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutur. (Report)
 
Ardını oxu...
Qərb “Rusiya təhlükəsi” mifindən yalnız silahlanma nisbətini artırmaq üçün istifadə edir, eyni zamanda Avropada nüvə komponenti ilə yeni hərbi ittifaqın konturlarını formalaşdırır.

TNS TASS-a istinadən xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Qərb ölkələri Avropa dövlətlərinin ordularının sayının və döyüş hazırlığının bərpası, NATO ölkələrinin hərbi sənaye komplekslərinin müharibə rejiminə keçirilməsi xəttini tutublar və formalaşma konturları üzərində konseptual işlərə başlayıblar", - nazir xəbərdarlıq edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov 2021-ci ildə müzakirə edilən Rusiya ilə Qərb arasında qarşılıqlı təhlükəsizlik zəmanətləri haqqında sazişin artıq aktual olmadığını bildirmişdi. Onun sözlərinə görə, hazırda “qərb azimutunda” baş verən hadisələr diplomatların deyil, hərbçilərin və təhlükəsizlik qüvvələrinin nümayəndələrinin işidir.
 
Ardını oxu...
Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatıb.

Sessiyada Arif Hacılı Məclisin sədri seçilib.

Partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib.

Məclis təqdimatları təsdiqləyib. Beləliklə, Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli Müsavat başqanın müavini təyin olunublar.
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərini qəbul edib.

Bu barədə TDT-dən bildirilib.

Qeyd olunub ki, görüşdə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev də iştirak edib.

Xatırladaq ki, bu gün İstanbulda TDT ölkələrinin ailə və sosial xidmət nazirlərinin ilk iclası keçirilib.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayır.

Bu barədə Aİ-nin mətbuat xidmətinin bəyanatında deyilir.

“Aİ 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu iclası zamanı imzalanmış protokolu alqışlayır”, - bəyanatda deyilir.
 
Ardını oxu...
Qriqori Yavlinski: “Dünyada çox pis şərtlər yaranıb, dialoq aparası heç kim yoxdur, diplomatiya yoxdur”

Tanınmış və təcrübəli Rusiya siyasətçisi, müxalif “Yabloko” partiyasının yaradıcısı Qriqori Yavlinski “Exo Moskva”nın efirində növbəti dəfə Rusiyada və dünyada baş verən proseslərə maraqlı şərh verib.

“AzPolitika” xəbər verir ki, rusiyalı siyasətçi ölkəsində yaranmış avtoritar rejimin köklərinin 90-cı illərdəki islahatlar zamanı buraxılan cinayət xarakterli səhvlərə gedib çıxdığını, Putinin hakimiyyəti dövründə bu prosesin daha da gücləndiyini, dövlətlə oliqarxiyanın birləşdiyini, korrupsiyanın idarəetmə sisteminin təməlinə çevrildiyini, cəmiyyətin bir subyekt kimi aradan çıxdığını və bütün bunların Ukraynaya hücumu labüd hala çevirdiyini deyib.

Bununla yanaşı, Yavlinski dünyada Ukraynadakı savaşı durdura biləcək nüfuzlu, ağır çəkili liderin, yaxud siyasətçinin qalmadığını da deyib: “Repressiya çarxı daha da güclü fırlanacaq. Əgər məndən soruşsanız ki, siyasi sistem necə olacaq, nə gözləməliyik? Xaos gözləməliyik! Bu, çox ciddi məsələdir və bu, müxtəlif miqyaslarda bütün dünyanı əhatə edəcək, təkcə bizi yox! Elə işləmək lazımdır ki, bu təhlükənin miqyası azalsın, biz isə əks istiqamətdə çalışırıq”.

Yavlinski indiki Rusiya idarəetmə sisteminin öz əsaslarını 1990-cı illərdə Boris Yeltsinin dövründə aparılan cinayətkar özəlləşmə prosesindən, səhv islahatlardan götürdüyünü, hakimiyyətə yaxın oliqarxların iqtisadiyyatı ələ keçirdiyini və sonradan Putinin dövründə müstəqil məhkəmə, mətbuat, parlament və digər institutların tamamilə aradan qaldırıldığını, nəhayət, oliqarxların da Putinin tabeliyinə keçdiyini deyib.

Yavlinski bu sistemin dəyişdirilməli olduğu barədə Vladimir Putinlə söhbət etdiyini, lakin onun bu təklifdən qətiyyətlə imtina etdiyini deyib: “Bu sistemdə müstəqil məhkəmənin, parlamentin, mətbuatın olması mümkünsüzdür. Çünki onlar müstəqil olsalar, hesab soracaqlar. Bu sistemin fundamenti korrupsiya ilə qoyuldu.Ondan çıxmaq cəhdləri isə qətiyyətlə bloklandı. Vladimir Putin şəxsən mənə uzun və ciddi söhbətimiz zamanı dedi ki, xeyr, sistemi belə də saxlayacağıq. Yeri gəlmişkən, o, bir müddət əvvəl yenə də Anatoli Çubaysın və Yeqor Qaydarın “islahatlarını” dəstəklədi, hazırda da dəstəkləyir...”

Yavlinski Rusiyadakı və Ukraynadakı korrupsiyanın fərqi ilə bağlı da maraqlı fikirlər səsləndirib: “Bizdə sistem mülkiyyətlə dövlətin qarışması, birləşməsi əsasında qurulub. Bax, fundament budur, bunu haqlı olaraq, korrupsiya, oliqarxiya, korporativ dövlət və s. adlandıra bilərsiniz... Fundament korrupsiyadır. İndi böyük müəssisələrin, şirkətlərin müstəqil mülkiyyətçiləri yoxdur. Onlar hamısı bunu müəyyən müddətə istifadə üçün alıblar... Ukraynada da hazırda böyük korrupsiya var. Lakin orada korrupsiya həyat şəraitinin yaratdığı törəmə kimi üzə çıxır, bizdən fərqli olaraq, korrupsiya siyasi sistemin fundamenti deyil! Ona görə də onlarda rəqabətli seçkilər olur...”.

Yavlinski müasir dünyadakı vəziyyətə və Rusiyanın ona təsirinə də toxunub: “Cəmiyyət olmayanda və hakimiyyət bir nəfərin əlində toplaşanda, o, nə istəyirsə, onu da edir. Eyni zamanda, dünyada çox pis şərtlər yaranıb. Dialoq aparası heç kim yoxdur, diplomatiya yoxdur, ən çətin vəziyyətlərdə çətin danışıqlar apara biləcək adamlar - məsələn, Kissincer, Bzejinski və s. yoxdur. Dünya miqyaslı hər hansı bir məsələ ilə bağlı heç kim heç kiminlə danışıq apara bilmir. Mən bununla Rusiyanın siyasətinə bəraət qazandırmıram... Cəmiyyət siyasətdə iştirak etmədiyi, azad seçki olmadığı, müstəqil partiyalar, KİV-lər olmadığı halda, belə ölkədən nə gözləyirdiniz?”

Yavlinski hər şeyə rəğmən vəziyyətin dəyişəcəyinə inandığını deyib: “Mən gələcəyə inanıram. İnanıram ki, müəyyən bir an gələcək və biz həmin ana hazır olmalıyıq. Bunun üçün sadəcə, günahın kimdə olduğunu deyil, nə baş verdiyini və vəziyyəti düzəltmək üçün nə etməli, nəyi dəyişməli olduğumuzu anlamalıyıq...

Ukraynada isə dərhal atəşkəs əldə olunmalıdır, yoxsa biz çox uzağa gedəcəyik. Taktiki nüvə silahı təlimlərinin elan edilməsi və ümumilikdə dünya düzənindəki qarışıqlıq çox ciddi məsələdir. Yaxın Şərq məsələsi həll olunmur, Si Cinpin Avropaya gəlir və vəziyyəti düzəltmək üçün heç bir addım atılmır. Onu ancaq bazar maraqlandırır... Dünyanın bu cür fraqmentləşdirilməsi çox böyük fəsadlar verəcək”.

C.Məmmədov

“AzPolitika.info”
 
 
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Çin mediasına müsahibəsində Rusiyanın Ukraynadakı müharibə ilə bağlı danışıqlara hazır olduğunu bildirib.

Çinin dövlət xəbər agentliyi Sinxua-nın verdiyi məlumata görə, Putin bildirib ki, Rusiya heç vaxt danışıqlardan imtina etməyib. O, “bu münaqişənin sülh yolu ilə hərtərəfli, davamlı və ədalətli həllinə” çalışır.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edib.

Çərşənbə axşamı Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Putin Çin prezidenti Şi Tsinpinin dəvəti ilə cümə axşamı iki günlük Pekinə səfər edir.

Şi və Putin "hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığa aid bütün məsələləri ətraflı müzakirə edəcək və Rusiya ilə Çin arasında əməkdaşlığın gələcək inkişafı üçün yeni istiqamətləri müəyyənləşdirəcək", Kremlin bəyanatında deyilir.

Onlar "həmçinin ən gərgin beynəlxalq və regional məsələlər üzrə ətraflı fikir mübadiləsi aparacaqlar" - deyə o əlavə edib.

Rusiya son bir həftədə Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətinə hücumlarını gücləndirib və nəticədə 8 minə yaxın insan evlərini tərk etməyə məcbur olub.

Çin Ukrayna münaqişəsində bitərəf olduğunu deyir. Lakin o, iqtisadi, siyasi və ritorik baxımdan Rusiyanı dəstəkləyir və Moskvanın hücumunu pisləməkdən imtina edir.

“Mən düşünmürəm ki, Şi Rusiyanın davam edən hərbi əməliyyatlarını 100% dəstəkləyəcək. Məncə, Putin bunu bilir. Deməli, onun əli getdikcə zəifləyir”, Asiya Cəmiyyəti Siyasəti İnstitutunun Çin Təhlili Mərkəzinin baş əməkdaşı Layl Morris Amerikanın Səsinə deyib.

“Sinxua” agentliyinə görə, Putin deyib ki, Çin Ukrayna böhranının mənşəyini anlayır və vəziyyəti sabitləşdirmək üçün səmimi istəyi var.

2022-ci ildə Rusiya qoşunlarının Ukraynanı işğal etməsindən bir neçə həftə əvvəl, Şi və Putin ikitərəfli tərəfdaşlıqlarını "məhdudiyyətsiz" elan edən sözləşmə imzalayıblar. Qərb dövlətləri işğala cavab olaraq sərt iqtisadi sanksiyalar tətbiq etdikdən sonra Pekin Moskvanın ən etibarlı iqtisadi və diplomatik tərəfdaşına çevrildi.

Putinin Çinə səfəri onun mart ayında beşinci müddətə prezident seçildikdən sonra ilk xarici səfəri olacaq. Bu səfər onun son altı ayda Çinə ikinci səfəridir.

O, Asiyanı Avropa və Afrika ilə birləşdirən qlobal infrastruktur və enerji şəbəkələrinin qurulması üçün Şi tərəfindən on il əvvəl başlanan layihə olan Çinin “Kəmər və Yol” təşəbbüsü ilə bağlı forumda iştirak etmək üçün oktyabr ayında Pekinə səfər edib.
 
 
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.

"Report" BELTA-ya istinadən xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Aleksandr Lukaşenkonu Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - Baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
 
Ardını oxu...
ABŞ-nin Dövlət katibi Antoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefonla danışığı olub.

"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O qeyd edib ki, telefon danışığında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.

"Blinken və Fidan girovların azad edilməsini və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün səyləri müzakirə ediblər. Həmçinin regionda qalıcı sülhün təmin edilməsi üçün davam edən səylər ətrafında fikir mübadiləsi aparılıb", - Miller vurğulayıb.
 

  

Ardını oxu...
Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.

Bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul feysbukda paylaşım edib.

"Dünən (14 may 2024-cü il) ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edildi. Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Xatırladaq ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı.

Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar vermiş, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə edib.

Qubad İbadoğlu ADR-dəki fəaliyyəti dövründə onunla bir cərgədə mübarizə aparmış partiya rəhbərliyinə və üzvlərinə, xüsusilə həbsdə olduğu müddətdə göstərdikləri fədakarlıqlara görə minnətdarlığını çatdırır",-deyə paylaşımda bildirilir.
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti