Ardını oxu...
İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək.

Bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Ər-Riyadda keçiriləcək fövqəladə sammitində iştirak etməkdir.
Ardını oxu...
Bu, növbəti aralıq görüşdən başqa bir şey olmayacaq

ABŞ Prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpin yaxın vaxtlarda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində görüşə bilərlər. Ağ Evin mətbuat katibinin müavini Emili Simons bildirib ki, ABŞ və Çin məsələ ilə bağlı prinsipial razılığa gəliblər. Çin də belə bir görüşün təşkili üzərində işləməyə hazır olduğunu rəsmən bəyan edib.

Bundan əvvəl, oktyabrın sonunda Çinin xarici işlər naziri ABŞ-a səfər edərək dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla danışıqlar aparıb.

Ümumiyyətlə, bu görüşdən ciddi bir şey gözləmək lazım deyil, çünki müzakirə olunacaq əsas məsələ Çin və ABŞ-ın rəqabətini necə tənzimləyə bilməkdir. Yəni söhbət bu rəqabətin müəyyən çərçivəsini, “qırmızı xətləri” müəyyənləşdirməkdən gedir. Düşünürəm ki, ABŞ və Çin arasında münasibətləri elə stabilləşdirməkdən danışacaqlar ki, onlar arasındakı rəqabət nəzarətdən çıxmasın və idarəolunmaz eskalasiyaya doğru sürüşməsin. Məsələn, "Tayvanda vəziyyətin gərginləşməsinin qarşısını necə almaq olar?" müzakirə olunacaq.

Ancaq inanmıram ki, onlar Ukrayna və ya Yaxın Şərq kimi bəzi məsələlərdə birgə koordinasiya ilə bağlı razılığa gələ bilsinlər. Düşünmürəm ki, onlar Ukraynada müharibəni necə bitirmək və ya İsraillə nə etmək kimi mikro-idarəetmə səviyyəsində hər hansı bir məsələdə razılaşacaqlar. Bu səviyyədə müzakirələr inkişaf etməyəcək, çünki onların bu məsələdə qütb mövqeləri var.

ABŞ-ın həqiqətən edə biləcəyi yeganə şey Rusiyaya açıq-aşkar irimiqyaslı hərbi təchizatla kömək etmək deyil, münasibətləri sabitləşdirmək üçün razılaşmalar çərçivəsində Çini təşviq etməkdir. Ancaq yenə də bu, onların rəqabətini tənzimləmək üçün əsas yarada biləcək “qırmızı xətlərdən” biridir.

Çox güman ki, müzakirə Çinin mikroçip tədarükündən kənara çıxmaması, yəni Rusiyaya birbaşa hərbi təchizat etməməsi və məsələn, ABŞ-ın Tayvanın müstəqilliyi ideyasını açıq şəkildə dəstəkləməyəcəyi ilə bağlı olacaq. Yaxud Çinin daxili işlərinə qarışmaq və ya məsələn, yeni ticarət mübahisələri olmayacaq.

Yəni söhbət bütünlüklə bəzi şeyləri geri qaytarmaqdan getməyəcək, əksinə, tərəflərin indi etdiklərindən artıq iş görməməsini təmin etməkdən ibarət olacaq. Bu, növbəti aralıq görüşdən başqa bir şey olmayacaq.

Müəllif: İlya Kusa - Ukrayna Gələcək İnstitutunun analitik mərkəzinin Yaxın Şərq məsələləri üzrə eksperti.

Mənbə: UNİAN

Tərcümə AYNA-ya məxsusdur.
 
Ardını oxu...
ABŞ dövlət katibi Antoni Blinkenin səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsinin nizamlanmasına dair Ankaranın dörd təklifini ona təqdim edəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Blinkenin Fidanla sabahkı görüşündə Türkiyənin gündəmində 4 mühüm mövzu var. Bunlar dərhal atəşkəsin elan edilməsi, münaqişənin regiona yayılmasının qarşısının alınması, qarant ölkələrin formalaşdırılması və humanitar yardımdır.

Türkiyə və bəzi bölgə ölkələri atəşkəs üçün səylər göstərərkən, ABŞ və Qərb ölkələri İsraili dəstəkləməyə davam edir”, - məlumatda deyilir.

Mənbə: “Yeni Akit”
 
Ardını oxu...
 

Türkiyə ana müxalifət-Cümhuriyyət Xalq Partiyası 38-ci qurultayını keçirib. 17 saatdan çox davam edən qurultayda partiya başqanı seçimi olub. Seçkidə Kamal Kılıçdaroğlunun rəqibi Özgür Özəl olub.

İlk turda partiyada dəyişiklik tərəfdarının namizədi olan Özgür Özəl qurultay nümayəndələrinin 682, Kılıçdaroğlu isə 662 səsini qazanıb. Başqan seçilmək üçün isə 684 səs lazım idi, o səbəbdən ikinci tura ehtiyac olub. Bakı vaxtilə saat 04-20 radələrində ikinci turun nəticələri açıqlanıb.

Məlum olub ki, ikinci turda Özgür Özəl 812, Kılıçdaroğlu 536 səs alıb.

Beləliklə, 100-dən çox CHP-li deputatın və İstanbul Böyük Şəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun da dəstəklədiyi 49 yaşlı Özgür Özəl CHP-nin 13 illik başqanı Kamal Kılıçdaroğluya qalib gələrək 8-ci partiya lideri seçilib. Qalibi də, nəticələri də İmamoğlu elan edib. İmamoğlu deyib ki, nəticə də uduzan olmayıb, qazanan CHP cameəsi olub.

Sonra yeni başqana söz verilib. Özgür Özəl deyib ki, CHP yeni Türkiyə 100 ilində başqan seçilməsi qürurvericidir. O, CHP nin bütün başqalarının adını çəkib, Kılıçdaroğlunu xüsusi təşəkkür edib. Onun dediyinin görə, ilk turdan sonra Kılıçdaroğlu onu təbrik edib. Yeni başqan deyib ki, CHP-dəki məyusluq tezliklə ümidlə əvəz ediləcək. O bələdiyyə seçkiləri üçün partiyanı səfərbərliyə çağırıb.

Kılıçdarlğıunun başqanlıqdan getməsi ilə partiyada ciddi dəyişikliklər, istefalar olacağı gözlənilir.

Musavat.com

Ardını oxu...
Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında sədr seçkisi baş tutub.

Partiyanın başqanlığı uğrunda əsas iki nəfər - hazırkı sədr Kamal Kılıçdaroğlu və Özgür Özel mübarizə aparıb.

Nəticədə Kamal Kılıçdaroğlu 664 səs, Özgür Özel isə 682 səs toplayıb.
Lakin iki namizəddən birinin lazımı səs üstünlüyü olmadığından seçki ikinci tura qalıb.

Mənbə: Medyascope
 
Ardını oxu...
4 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbokun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Xarixi İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər arasında keçirilmiş geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı, post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə maneə törədən mina təhdidi, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri, bu istiqamətdə mövcud çağırışlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Cari ilin 19-20 sentyabr tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş anti-terror tədbirlərinin ölkəmiz tərəfindən beynəlxalq ictimaiyyətin qarşısında daimi əsasda qaldırılan qeyri-qanuni erməni silahlı qüvvələr təhdidinə qarşı yönəldiyi bildirilib. Görülən tədbirlər nəticəsində suveren ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının bir daha aydın olduğu diqqətə çatdırılıb.

Son 30 ildə bölgəyə ilk dəfə səfər edən beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı, erməni sakinlərin bölgəni könüllü şəkildə tərk etməsinin səbəbinin isə ərazilərimizdəki qeyri-qanuni rejimin azərbaycanlılar və ermənilərin birgəyaşayışının mümkünsüzlüyü ilə bağlı apardığı təbliğat, habelə Azərbaycan Hökumətinin nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında görüşlərin nəticələrinin onlara çatdırılmaması olduğu vurğulanıb.

Bu istiqamətdə, ərazilərimizi tərk edən erməni sakinlərin axınının baş verməsinin məsuliyyətinin Azərbaycanın yox, qeyri-sabit bəyanatlarla çıxış edən Ermənistanın üzərinə düşdüyü vurğulanıb.

Bütün bunlara baxmayaraq, son dövlərdə ölkəmizə qarşı sərgilənən ədalətsiz mövqeyin təəssüf və təəccüb doğurduğu, bu istiqamətdə beynəlxalq hüququn əsas prinsipləri, o cümlədən ərazi bütövlüyü, suverenlik kimi prinsiplərə münasibətdə selektiv yanaşmanın nümayişinin qəbuledilməzliyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

04.11.2023, 20:05

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında geniş tərkibdə görüş keçirilib.

Görüşdə ikitərəfli və çoxtərəfli münasibətləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.
19:48

Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri Annalena Berboku arasında görüş başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Ardını oxu...
Ardını oxu...
"Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq"

Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında bildirib:

- Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.

İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibəti ilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son iki ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızstan İnkişaf Fondu yaradılıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Hörmətli həmkarlar, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan edib, tarixi və dini abidələrimizi dağıdıb və təhqir edib.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.

2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkisi” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması altı mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq edib.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən yeddi milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz “Böyük Qayıdış” proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri - Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Əziz dostlar, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

***

"Biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq".

"Report"un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.

"Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür", - dövlət başçısı qeyd edib.
VİDEO BURDA
https://t.me/azpolitika/20013
https://t.me/azpolitika/20014
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İsrail Xarici İşlər Nazirliyi Bəhreyn hökumətindən səfirlərin geri çağırılması ilə bağlı bildiriş almayıb.

Bu barədə İsrail Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir.

Qeyd olunub ki, Bəhreyn hökumətindən və ya İsrail hökumətindən ölkələrin səfirlərinin geri çağırılması ilə bağlı hər hansı bildiriş və ya qərar qəbul edilməyib.

Vurğulanıb ki, İsrail və Bəhreyn arasında münasibətlər sabitdir.

Qeyd edək ki, Bəhreyn İsraillə iqtisadi əlaqələrini kəsib, səfirini geri çağırıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Macarıstanın baş naziri Viktor Orban Qazaxıstanda rəsmi səfərdədir.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Akorda” iqamətgahında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Macarıstanın Baş nazirinin təntənəli görüşü olub. Görüş zamanı Tokayev Macarıstanın baş nazirinin mənşəyinə toxunaraq, onun qıpçaq köklərinə işarə edib.

“Sizi Qazaxıstanda yaxşı tanıyırlar və hörmət edirlər, çünki qıpçaq əsillisiniz”.

Orban dəvətə görə təşəkkür edib və Macarıstan ilə Qazaxıstan arasında dərin tarixi əlaqələrin olduğunu vurğulayıb.

“Evə gəlmək həmişə xoşdur. Macarlar Qazaxıstana böyük məmnuniyyətlə gəlirlər, çünki bizi minilliklərin ortaq kökləri birləşdirir”, - Orban bildirib.

Hər iki ölkənin liderləri ikitərəfli münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirib və əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Əlavə edək ki, Qıpçaq Türkmənistanda kənddir. Ən çox məskunlaşan türkmən kəndlərindən biri hesab olunur. Orada əsas sakinlər türkmən dilində danışan yerli türkmənlərdir. Qıpçaqların sakinləri İslam dininə etiqad edirlər.
 
 
 
Ardını oxu...
Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Fuat Oktay bildirib ki, Ankara İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməyəcək.

O qeyd edib ki, müvafiq komitə bu məsələni “öz prioritetləri çərçivəsində” müzakirə edəcək.

Fuat Oktay vurğulayıb ki, İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsi bəzi digər dövlətlər kimi Türkiyə üçün də aktual deyil.
“İsveçin NATO-ya üzvlüyü gündəliyimizdə ratifikasiyanı gözləyən beynəlxalq müqavilələrdən yalnız biridir, vaxtı gələndə parlament bu məsələni müzakirə edəcək”, - deyə Oktay bəyan edib.

Mənbə: dünya.com
 

Dünyapress TV

Xəbər lenti