Ardını oxu...
“TikTok”un dünya trendinə düşən azərbaycanlı idmançı Emin Çaqayevin məşqlərinin müzakirəsi davam edir. Özünəməxsus tərzdə məşq keçən idmançı gündəmdən düşmür.

Görəsən, ağır çəkili insanların rəqs və yüksək templi məşqlər etməsinin sağlamlığa hər hansı zərəri varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Elmi Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb elmləri namizədi, kardioloq Rafiq Yusifli bildirib ki, bu cür məşqlər ürək üçün risklidir:

“Bu cür yüksək templi məşqlər infarktdan tutmuş, qəfil ölümə qədər apara bilər. Həmçinin, bu cür məşq qan təzyiqinin qalxmasına da səbəb olur. Xüsusilə, yaşlı adamlar üçün bu təhlükə daha böyükdür. Belə məşqlər ağır fiziki məşqlərdir. Bu gün qəfləti ölümlərin sayı artıb, adicə toyda içib tullanıb-düşəndə bir də görürsən şəxs ürəktutmadan vəfat edir.

Ümumiyyətlə, hər şeyin əndazəsi var. Məşqçi bununla nə etmək istəyir? Bu məşq deyil, sanki idmana gələnləri qamçılayıb döyür, belə məşqin orqanizmə nə faydası var?! Hər məşqin özünün qaydası var, orqanizm buna öyrəşməlidir. Birdən-birə belə məşqlə, tullanıb-düşməklə orqanizmə xeyirdən çox zərər dəyir”.

Kardioloq qeyd edib ki, piylənmədən əziyyət çəkənlər əvvəlcə həkimə müraciət etməlidir:

“Piylənmədən əziyyət çəkənlər məşqə yazılmamışdan öncə həkimə müraciət etməlidir. Aydınlaşdırmaq lazımdır ki, şəxsin piylənməsi genetikdirmi, yoxsa qida ilə bağlıdır?

Ola bilər ki, kökələn adamın hər hansı endokrin xəstəliyi olsun. Bunları yoxlamaq lazımdır. Xəstənin heç olmasa kardeoqrammı, exo-kardeoqrammı olmalıdır, məşqlər mütləq pəhrizlə birgə aparılmalıdır. Pəhriz olmasa, bu cür məşqi gündə 10 saat da etsən istədiyin nəticəni ala bilməyəcəksən. Yavaş-yavaş pəhrizlə istədiyin çəkiyə çatandan sonra məşqləri edə bilərsən, amma birdən-birə o cür ağır məşqlər təhlükəlidir. Bunun xoşagəlməz nəticələri ola bilər.

O cür artıq çəkili adamların bədənindəki qədər daxildə - ürəyinin ətrafında piy olur. Piy ürəyi sanki torbanın içinə alır və sıxır, ürəyi normal açılıb-yığılmağa qoymur. Buna görə də daxili piyləri yavaş-yavaş, mülayim formada əritmək lazımdır. Bunun üçün zaman lazımdır. Birdən-birə ürəyi piy basmış adamı ağır məşqlərə saldıqda qəfləti ölüm riski artır”.
 
Ardını oxu...
Türkiyəli futbol şərhçisi Erman Toroğlu açqılaması ilə təəccbləndirib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, lüks evini nümayiş etdirən Erman mənzilində çılpaq gəzdiyini etiraf edib.

Toroğlu vinil şüşələrlə əhatə olunan evində başına gələn gülməli hadisədən də danışıb. O bildirib ki, ustanın səriştəsizliyi nəticəsində yaxınlıqda yerləşən otelin müdürü onu çılpaq vəziyyətdə görüb.

Bundan sonra Erman həmin ustanı mənzilinə çağırıb.

Usta Toroğluya bildirib ki, şüşələrə vinili tərsinə yapışdırıb. Nəticədə futbol şərhçisinin evinin içi çöldən görünüb.

Ətraflı videoda:

 
 
 
Ardını oxu...
Türkiyə Super Liqasında 23-cü turun oyunları davam edir.

Son çempion “Qalatasaray” doğma meydanda “Qaziantep”i qəbul edib.

Oyunda hesabı qonaqlar açıblar. 29-cu dəqiqədə Kızıldağ qapını dəqiq nişan alaraq komandasını önə çıxarıb. Lakin “aslanlar” ikinci hissədə oyunun axarını dəyişməyi bacarıblar. 72-ci dəqiqədə Zaha hesabı bərabərləşdirib. 90-cı dəqiqədə isə Yılmaz “cim-bom”un qələbə topunu vurub - 2:1.

Bu nəticədən sonra Okan Burukun yetirmələri lider “Fənərbağça” ilə xallarını eyniləşdirərək 60-a çatdırıblar. “Qaziantep” isə 23 xalla 17-cidir.
 
Ardını oxu...
Futbol üzrə Seneqal yiğmasının, Avropanın Liverpul, Bavariya klublarının sabiq üzvü, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun (Kristiano Ronaldonun komanda yoldaşı) 31 yaşlı üzvü, xeyirxah işləriylə bütün dünyaya səs salan Sadio Mane:
"Eyş-işrətdən uzağam. Çünki belə tərbiyə görməmişəm.
Anam məni çətin şərtlərdə böyüdüb. Ayağıyalın dərsə gedirdim, ayaqqabı belə almağa pulumuz olmurdu. Vaxtımı gecə klublarında keçirəcəyimi, insanlara faydalı olmağı çalışıram.
100 gül, bahalı maşın, briliyant qaşlı üzük alıb bir xanımı bir gecəlik "xoşbəxt" edəcəyimə, Seneqalda bir su
quyusu açdırıb, yüzlərlə ailəyi xoşbəxt etməyi üstün tuturam"
P.S.Sadio Mane Seneqalda yaşadığı, böyüyüb başa çatdığı doğma Banbalı kəndini də unutmur.Belə ki, 31 yaşlı Mane doğma kəndində- xəstəxana, məktəb, stadion tikdirib.
Yollar çəkdirib, kənd üçün nə lazımdırsa edib.Hər ailəyə ayda 100$ birbaşa kömək olur. Yaxşı göstəricilərlə ali məktəbə daxil olanlara təqaüd, notebook və digər hədiyyələr verir. İllik qazancı 40 milyon $ olan Manenin sadə həyat tərzi var.O həmişə deyir ki, pul məni qudurtmadı.Çox şey insanın özündən asılıdır.
Qabil Osmanlı
Əntiqə Rəşid Aslan
 
Ardını oxu...
Britaniyalı müğənni Robbi Uilyams İngiltərənin “Port Vale” futbol klubunun prezidenti olub.

Bu barədə komandanın mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunur ki, Uilyams əslən sözügedən klubun yerləşdiyi Stok-on-Trent şəhərindəndir və uzun müddətdir komandanın azarkeşidir.

“Mənim həyatım qeyri-adi və gözəldir. Klub prezidenti vəzifəsini əldə etmək isə xüsusi bir hissdir”, - deyə musiqiçi bildirib.
Mənbə: iz.ru
Ardını oxu...
Yurgen Klopp "Liverpul"dan ayrılmaq barədə qərar verib.

Bu barədə klubun yaydığı rəsmi açıqlamada bildirilib.

Almaniyalı mütəxəssis bu mövsümün sonunda klubdan ayrılacağını elan edib. O, bununla bağlı açıqlama da yayıb.

Açıqlamada bildirilib: “Mən başa düşürəm ki, bu xəbəri ilk dəfə eşidəndə çoxunuz şoka düşəcəksiniz. Amma açıq-aydın bunu izah edə bilərəm. Mən bu klubla bağlı hər şeyi sevirəm - şəhəri, azarkeşləri, komandanı, onun personalını... Amma hər halda bu qərarı verməyim o deməkdir ki, mən əminəm ki, bu, mənim verməli olduğum qərardır.

İş ondadır ki, necə deyim, enerjim tükənir. İndi heç bir problemim yoxdur. Əlbəttə, nə vaxtsa bunu elan etməli olacağımı çoxdan bilirdim. İndi tamamilə yaxşıyam. Bilirəm ki, bu işi təkrar-təkrar görə bilmərəm".

Xatırladaq ki, Klopp 2015-ci ilin oktyabrından "Liverpul"a başçılıq edir. Onun rəhbərliyi altında "qırmızı"lar Çempionlar Liqası, İngiltərə çempionatı, İngiltərə kuboku və Liqa kuboku, UEFA superkuboku və klublararası dünya çempionatında qalib olublar.
Ardını oxu...
Bundesliqanın 19-cu turunun “Volfsburq” – “Köln” matçında xoşagəlməz hadisə hadisə yaşanıb.

15-ci dəqiqədə “Köln”ün müdafiəçisi Maks Finqrefenin topa vurduğu zərbə səhvən yan xətt hakimi Torben Sieverin üzünə dəyib. Zərbə o qədər güclü olub ki, laynsman yerə yıxılıb və uzun müddət ayağa qalxa bilməyib.

Həkimlər Sieverə kömək etməyə çalışıblar. İlkin tibbi yardım bir neçə dəqiqə çəkib. Yalnız bundan sonra o ayağa qalxıb. Ancaq oyuna davam edə bilməyib. Əməkdaşların köməyi ilə stadiona tərk edib. Onun xəstəxanaya aparıldığı bildirilir.

Əvəzində ehtiyat hakim Nikolas Vinter laynsman funksiyasını yerinə yetirib. Dördüncü hakimi isə tribunada əyləşən azarkeş əvəz edib.
 
Ardını oxu...
Münhen “Bavariya”sı səfərdə çətin qələbə qazandı -
Almaniya Bundesliqasının XVIII turunda “Auqsburq” evdə Münhenin “Bavariya” klubunu qəbul edib.

Gərgin keçən oyun Münhen təmsilçisinin qələbəsi ilə bitib - 2:3

Bu qələbədən sonra 47 xal toplan “Bavariya” turnir cədvəlində ikinci sırasında qərarlaşıb. Turnir cədvəlinin birinci sırasında isə Leverkuzenin “Bayer” klubu qərarlaşıb.

“Auqsburq” - “Bavariya” - 2:3
 
 
 

“Real Madrid” futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında “Las-Palmas”ı məğlub edib.

Las-Palmas-de-Qran Kanariyada keçirilmiş görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Xavyer Munyos fərqlənib. 12 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib, Orelyen Tçuameni isə 84-cü dəqiqədə paytaxt klubunu hesabda önə keçirib.

“Real Madrid” (54 xal) La Liqanın turnir cədvəlində birinci yerdədir. Madridlilər çempionatdakı məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. “Las-Palmas” (31) səkkizinci yerdədir.

Növbəti turda “kral klubu” fevralın 1-də “Xetafe” ilə səfərdə, “Las-Palmas” isə fevralın 3-də səfərdə “Qranada” ilə qarşılaşacaq.
 
Ardını oxu...
“Real Madrid” futbol üzrə İspaniya çempionatının 22-ci turunun matçında “Las-Palmas”ı məğlub edib.

Las-Palmas-de-Qran Kanariyada keçirilmiş görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Meydan sahiblərinin heyətində 53-cü dəqiqədə Xavyer Munyos fərqlənib. 12 dəqiqə sonra Vinisius Junior hesabı bərabərləşdirib, Orelyen Tçuameni isə 84-cü dəqiqədə paytaxt klubunu hesabda önə keçirib.

“Real Madrid” (54 xal) La Liqanın turnir cədvəlində birinci yerdədir. Madridlilər çempionatdakı məğlubiyyətsizlik seriyasını 15 matça çatdırıb. “Las-Palmas” (31) səkkizinci yerdədir.

Növbəti turda “kral klubu” fevralın 1-də “Xetafe” ilə səfərdə, “Las-Palmas” isə fevralın 3-də səfərdə “Qranada” ilə qarşılaşacaq.
 
Ardını oxu...
Azərbaycanın fiqurlu konkisürən Səbinə Əliyeva dünya çempionatına vəsiqə qazanıb.

Azərbaycan Qış İdman Növləri Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, idmançımız bu uğuru Türkiyənin İzmir şəhərində keçirilən “Ephesus Cup” yarışında əldə edib.

Belə ki, S.Əliyeva 128,27 xal toplayaraq digər rəqiblərini geridə qoyub və ikinci yerə sahib olub. O, bununla yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə dünya çempionatında iştirak hüququ qazanıb.

Qeyd edək ki, dünya çempionatı fevralın 26-dan martın 3-dək keçiriləcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti