Turnirinin üçüncü tur matçında Top Team (Qırğızıstan) və 2Drots (Rusiya) komandalarının oyunçuları arasında kütləvi dava başlayıb. Davaya ilkin səbəb kimi meydanda qırğızıstanlı rəqiblərini təhqir edən rusların qeyri-idman davranışı göstərilir. Hakim Top Komandanın oyunçularına bir neçə qırmızı vərəqə göstərdikdən sonra onlar oyunu davam etdirməkdən imtina ediblər, bundan sonra onlara texniki məğlubiyyət verilib. Azarkeşlərin fikrincə, ruslar bir az “döyüldülər” və onların kim olduqlarını və Putinlərinin kim olduğunu izah etdilər Tetyana Gavriluck
La Liqada 23-cü tur çərçivəsində son çempion “Barselona” “Deportivo Alaves”in qonağı olub.
Katalonlar çətinlik çəkmədən üç xalı əldə ediblər. Levandovski (22), Gündoğan (49) və Roke (63) fərqləniblər.
Hərçənd sonuncusu qoldan az sonra ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Lakin bu, “Barsa”nın qələbəsinə əngəl törətməyib. Ev sahibləri qollardan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 1:3. Beləliklə də, hazırda “Barselona” 50 xalla turnir cədvəlində 3-cü, “Alaves” isə 26 xalla 12-cidir.
Özünü dünyada boks yarışlarının əvəzolunmaz rinq aparıcısı kimi tanıdan Maykl Baffer uğura gedən yolu tapanda 38 yaşı var idi. Özü bu haqda belə danışır:
“Bir dəfə oğlumla televizorda boks yarışını izləyirdim. Rinqdəki aparıcı iştirakçıları o qədər pis təqdim edib danışırdı ki, 12 yaşlı oğlum dedi ki, “ata, sən bunu daha yaxşı bacararsan” və elə bil ki, bu söz ağlıma batdı və özüm üçün rinqdəki kimi təqdimat hazırlayıb məşq etməyə başladım.
Təzə-təzə bu, çox pis alınırdı. Sonra isə auditoriyanın diqqətini cəlb etmək üçün cümlələr qurmağa başladım. “Kəmərlərinizi bağlayın, başlayırıq” kimi müraciətlərdən istifadə etdim. Amma bunların heç biri tamaşaçıları ələ almaqda kömək etmirdi. Zal coşmurdu”.
Bunlara baxmayaraq, Maykl ruhdan düşmür və sonda onu boks yarışlarının məşhur aparıcısı edən həmin o beş sehrli sözü tapa bilir. “Birdən Məhəmməd Əlinin yarışdan öncə rəqibini əsəbiləşdirmək üçün dediyi sözləri xatırladım. O, “mən çox güclüyəm, yarışa hazıram, gəl, dalaşaq, gəl, səni sındırım, mən səni parçalamağa hazıram” kimi sözlər mırıldanırdı”, - deyə Maykl bildirib.
Maykl Məhəmməd Əlinin dediklərindən özünə lazım olan sözləri tapır və həmin cümlə belə səslənirdi: Guruldamağa hazır olun (Let’s get ready to rumble). Məhz bu sözlərlə rinqdən müraciət tamaşaçıları o qədər coşdurur ki, Maykl ulduza çevrilir. Baffer familiyası artıq məşhur idi.
Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:
Əfsanəvi basketbolçu Maykl Cordanın 6 cüt idman ayaqqabısı hərracda 8 milyon dollara satılıb.
“AVESTA.AZ” xəbər verir ki, kolleksiyada sabiq idmançının Milli Basketbol Assosiasiyasında (NBA) çempionluq uğrunda həlledici oyunlarda geyindiyi ayaqqabılar yer alıb.
O, 1991-1993 və 1996-1998-ci illərdə “Çikaqo”nun heyətində NBA çempionu olub. Cordan dörd cüt ayaqqabısının üzərinə qol çəkib.
Qeyd edək ki, Maykl Cordanın peşəkar karyerası 1984-2003-cü illəri əhatə edib.
Futbol üzrə Boliviya yığmasının keçmiş futbolçusu Serxio Xaureqi güllələnib. Hadisə Meksikada olub.
Belə ki, adıçəkilən ölkənin həvəskar komandaları arasında keçirilən oyunda 38 yaşlı futbolçu su içmək üçün kənara gəlib. Həmin vaxt naməlum şəxs onu güllələyib və hadisə yerindən qaçıb.
6 güllə yarası alan oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Serxio Xaureqi Boliviya millisində 13 oyun keçirib.
İspaniya Primerasının 20-ci turunun təxirə salınmış oyunu keçirilib.
“Xetafe” doğma meydandan “Real Madrid”lə qarşılaşıb.
“Kolizey Alfonso Peres” stadionundakı oyun qonaqların ütünlüyü ilə yekunlaşıb. Xoselunun dublu (14, 56) Kral klubuna vacib üç xalı qazandırıb - 0:2. Hazırda La Liqada “Xetafe” 29 xalla 10-cu pillədə qərarlaşıb. “Real Madrid” isə 57 xalla birinci yerdədir.
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri bulvarda törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında həbs qətimkan tədbiri seçilib. Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, R.Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov münaqişə vəziyyəti yaradaraq ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək ona qarşı xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar. Anar Soltanoğlu