Zahid Oruc: "Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular"
“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, Birinci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirovlara qədər, 20 yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq.

10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər.

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var. O da İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər.

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu.

Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?

Son 30 ildə cəhbəçiliyin və Əli Kərimliçiliyn çörək və siyasi ideologiyası - “Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?

Xarici ordularla belə işləyərlər, cənablar. Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”,- deyə o bildirib.
 

Bölmənin digər xəbərləri

02 May 2024 Moskvada “Yaşa, Azərbaycan”ı oynadılar, həbs olundular
02 May 2024 Gürcüstan ermənisi: "Bir şeyə ehtiyacım olanda ilk köməyimə çatanlar azərbaycanlı dostlarımdır"
02 May 2024 Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
02 May 2024 Yeni nazir daha bir idarə rəisini İŞDƏN ÇIXARDI - Nazirlikdə kütləvi "təmizləmə"
02 May 2024 “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
01 May 2024 Çexiyadakı rus casusların izi ilə: Nikolay və Yelenanın əsl kimliyi üzə çıxdı - TƏFƏRRÜATLAR
01 May 2024 Gəncədə həkimlərə qarşı “marqans əməliyyatı”nı kim hazırlayır?
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür
30 Aprel 2024 Her şeyin sonunu düşünen kahraman olamaz(Şeyh Şamil) - Altay kartalı Osman Batur'un ve ailesinin şehadetlerinin 73. yıldönümüdür
30 Aprel 2024 Baş nazirdən su təchizatı ilə bağlı – Qərar
30 Aprel 2024 Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb
29 Aprel 2024 Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” - FOTO/VİDEO
29 Aprel 2024 İstanbulda dəhşətli qəza: Səkkiz avtomobil bir-birinə çırpıldı - FOTO/VİDEO
29 Aprel 2024 Paytaxtda yeni plana düşən küçələr (AÇIQLAMA/VİDEO)
28 Aprel 2024 Pilotun uşaqlarına görə 74 sərnişin öldü - 30 il əvvəlki qəzanın DETALLARI
28 Aprel 2024 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
28 Aprel 2024 “Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib –VİDEO
28 Aprel 2024 VLADİMİR SOLOVİOVU QUŞ PİSLİKLƏRİ İLƏ "BOMBALADILAR" - VİDEO
27 Aprel 2024 "Dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var, bizdə də buna ehtiyac var."
27 Aprel 2024 Azərbaycan vətəndaşları üçün yaxın və əlçatmaz turizm istiqaməti - Türkmənistana süni "əngəl" var...

Dünyapress TV

Xəbər lenti