1714548004_d.jpg

Bir neçə gün əvvəl "Azəriqaz"-da cərəyan edən bir neqativ faktı işıqlandırmışdıq.

YAZISI BURADA: “Azəriqaz”da ƏCAİB-QƏRAİB İŞLƏR... - AXI NİYƏ?

"Niyə, cənablar?". Xatırladaq ki, bu ritorik sualla növbəti dəfə "Azəriqaz"da müşahidə olunan bir faktı açıqlayan Neftçilərin Hüuqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış etmişdi.

Tanınmış hüquq-müdafiəçisi daha sonra bildirmişdi: " "Azəriqaz" İstehsalat Birliyində eyni şöbədə işləyən iki işçisi (biri qadın olmaqla ) tarif maaşının dərəcəsini artırılması üçün SOCAR İRD-nin təşkil etdiyi imtahanda iştirak edib.
İkisi də eyni balı toplayıb: 20 bal... İmtahanda iştirak edənlərdən biri (qadın) həmin şöbədə 20 il, o biri şəxs (kişi) həmin şöbədə 4 ay (ümumilikdə Azəriqazdakı iş stajı 17 il) çalışır.
Nəticədə xanımın yox, o biri işçinin tarif dərəcəsi artırılıb. Xanımın "niyə", "hansı kriteriyalar əsas götürülüb" kimi suallarına cavab verilmir(????).

Bu halda sual edirəm: "Azəriqaz" İB seçim zamanı hansı amillərə üstünlük verib?

Nepotizm... qadına qarşı diskrinimasiya... yoxsa gender yanaşması ilə kişiyə üstünlük verilməsi?"

Qeyd edək ki, bu məsələyə qarşı tərəf olaraq "Azəriqaz"-ın İnsan Resurslari Departamentindən cavab verilib. Həmin cavabı da təqdim edirik:

"AR Əmək Məcəlləsinin 156.3- cü hissəsinə görə işçilərə növbəti əməyin ödənilməsi və ixtisas dərəcəsinin verilməsi növbəli və ya növbədənkənar artırıla bilər. Birliyin İdarəetmə Aparatının müvafiq struktur bölməsində yaranmış vakant yer üzrə bir aşağı dərəcədə işləyən ən yüksək eyni dərəcəli mütəxəssislərin hər ikisinin namizədliyinə birlikdə baxılmış, onların hər ikisi kvalifikasiya tələblərini (təhsil və iş stajı baxımından) ödədikləri üçün biliklərin yoxlanılması imtahanına cəlb edilmişdir. Əməkdaşlarımızın hər ikisi 20/20 bal toplamışdır. Vakant yer sayı bir vahid, namizəd sayı iki nəfər olduğu üçün işəgötürən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 156. 3-cü hissəsi ilə ona verilmiş hüquqlarından istifadə edərək mülahizəsinə əsasən əməkdaşların birinə birinci növbədə növbəti əməyin ödənilməsi dərəcəsini vermiş, digər əməkdaşı isə Kadr Ehtiyatı Bazasına daxil etmişdir. Məlumat üçün bildiririk ki, Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin imtahan tarixindən etibarən bir il müddətində həmin struktur bölmədə vakant yer yarandıqca növbəlilik əsasında yerləşdirilməsi təmin edilir. Yeri gəlmişkən, həmin struktur bölmədə bu dövrdə daha bir vakant yerin yaranması gözlənilir. Həmin yer yarandıqda digər əməkdaşa növbəti əməyin ödənilməsi dərəcəsinin verilməsi təmin olunacaq."
Qeyd edək ki, qurumun məlum məsələyə reaksiyası NHMT sədri tərəfindən etirazla qarşılanıb.
Bu arada isə aktuallığını nəzərə alaraq "Azəriqaz"-ın İnsan Resurslari Departamentinin rəisi Xəqani Bəşirli ilə bağlı bəzi iddiaları təqdim edirik. Dia-az.info-ya yazan oxucular bildirir:
"Bu gün "Azəriqaz"dakı məlum eybəcər kadr siyasətinin arxasında "Azəriqaz"-ın İnsan Resurslari Departamentinin rəisi Xəqani Bəşirli dayanır. Çünki, kadr məsələləri birbaşa olaraq onun rəyi olmadan həll olunmur. O, ,,Azəriqaz"İ.B-də neqativ məsələlər üzrə , mütəxəssisdir.
Özü isə 8 saatlıq iş vaxtında 2 yerdə işləyir... Gah Universitetdə auditoriyada olur, gah da ,,Azəriqaz"İ.B-də eyni vaxtda meydana çıxır...
Digər sehirbazlığı da var bu adamın...
Qeyri-ixtisaslı operatoru mühəndis və qeyri ixtisas sahibi özü kimi ailə üzvlərini yüksək məvacibli işlərə gətiribsə, deməli bu adam ən böyük sehrbazdır.../dia-az.info/

Bölmənin digər xəbərləri

19 May 2025 Dilbər Sadayeva Kaşpirovski rolunda -- Bakıda peyda olan "Pudokina" kimdir? - VİDEO
19 May 2025 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?
19 May 2025 Mənə NAZİR tapşırıb! (VİDEO) (Nəyə görə imiş bu təhqirlər, söyüşlər, alçaltmalar və s...)
19 May 2025 Tikinti mafiyaları ilə ORTAQDIR - 1 İLƏ 100 MİLYON
18 May 2025 Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov İTTİHAM OLUNUR - ÖZBAŞINALIQDA
18 May 2025 ADSEA 8 milyonu hara xərclədi? - Prezidentin açılışını etdiyi yolu görün nə hala saldılar
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə SAXLANILDI VİDEO
18 May 2025 Bakını “Qəzza zolağına çevirən” kimlərdir(?)!: “Şamaxılı Cavid”ə “DUR” deyin…
18 May 2025 Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir
18 May 2025 Adı olan, fəaliyyəti olmayan qurum - Deputat ianələri mənimsəyir?
18 May 2025 Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR
18 May 2025 Nərimanov rayonunda yaşıl şam ağaclarını niyə kəsirlər?- FOTOLAR/VİDEO
17 May 2025 AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
17 May 2025 İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT! VİDEO
17 May 2025 Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR... VİDEO
17 May 2025 Deputat İmamverdi İsmayılov spikerin 'gözünə girir', yoxsa fitrəti 'zaydır'? - BU NƏDİ BELƏ?
17 May 2025 Peşə Təhsilində səssiz, imtahansız təyinat? - Direktor postuna "sürpriz" adam
17 May 2025 Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
17 May 2025 Şirvanda ağacları kəsib obyektə yol açılıb?-Video

Dünyapress TV

Xəbər lenti