"QARDAŞIMI MAŞINLA VURUB ÖLDÜRƏN ŞƏXS CƏZASIZ QALIB" -
Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, qardaşını öldürən şəxs azadlıqda gəzir:

“Mən, Quliyev Ramiz Bədir oğlu, yazaraq bildirirəm ki, 06.10.2023-cü ildə, axşam saat 11 radələrində qardaşım Quliyev Tofik Bədir oğlu Dəmirçi kənd mərkəzində yerləşən mağazaya gedərkən arxadan yüksək surətlə QAZ 31-10 markalı maşın vuraraq, ona ağır xəsarət yetirmişdir. Qəzanı törədən şəxs Maxe Yusifli Yusuf Nəcəb oğlu hadisədən sonra qardaşıma heç bir kömək etməmişdir. Onu 40 metr məsafə boyunca maşının üstündə apararaq, avtoxuliqanlıq etmişdir. Nəticədə qardaşım kəllə-beyin travması almışdır.

Hadisə yerinə gələn kənd sakinləri təcili yardım çağırıblar. Təcili yardımla qardaşımı Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. 6 gün reanimasiya şöbəsində ağır vəziyyətdə saxlanılmışdır. Həkimlərin səylərinə baxmayaraq, oktyabr ayının 12-də vəfat etmişdir.

Bu hadisədən sonra bizimlə heç kəs maraqlanmayıb. 8-9 gün sonra atamla biz Sədərək rayon Polis şöbəsinə getdik və yazılı şəkildə şikayət etdik. Sədərək rayon Polis şöbəsinin təhqiqatçı, leytenant Ələsgər Məhərrəmov bizdən izahat götürdü. 2 aydan artıq araşdırma sürdü. Atam Quliyev Bədir İsmayıl oğlu hər dəfə Polis şöbəsinə gedəndə "2 günə hər şey yolunda olacaq" deyilirdi. Yəni Məhərəmov Ələsgər Hidayət oğlu atamı aldadıb yola salırdı.

2-3 ay sonra işi Hərbi Prokurorluq təhvil aldı. İstintaq aparıb, hərbi məhkəməyə verdilər. Məhkəmə isə hələ ürəkaçan bir qərar verməyib. Cinayətkar hal-hazırda öz evində, azadlıqda yaşayır. Fakt olaraq avtoxuliqanlıq edərək cinayət törətmiş şəxsə cəza verilmir, azadlıqda gəzir. Hansı səbəbə və yaxud da kimə görə bu hadisənin üstünü bağlamağa çalışırlar?!

Məhkəmə zamanı bəlli oldu ki, leytenant Məhərəmov Ələsgər Hidayət oğlu yalançı şahidlər tutaraq, işin ədalətli getməsinə mane olur. Buna səbəb də aralarında olan qohumluq münasibətidir. Deməli, işi necə qurublarsa Naxçıvan Muxtar Respublikası Vəkillər kollegiyasının sədri Həsənov Vüsal Hidayət oğlu kabinetində şəxsən məndən 500 manat pul alaraq, vəkillik edəcəyinə söz vermişdir. Lakin məhkəmə günü məhkəmədə iştirak etmədi. Məhkəmə bitəndən sonra bildirdi ki, mən Türkiyədəyəm. Məhkəməni aparan hakim Orucalıyev Abil Elmar oğlu, katib isə Elyar Toğrul Mahmud oğludur.

Ortada ölüm işi var, səlahiyyətli qurumlardan xahiş edirəm ki, cinayətkar öz cəzasını alsın. Mən kimisə maşınla elə vurub öldürsəm, mənə ağır cəza verilər. Bəs onun məndən fərqi nədir?! Xahiş edirəm, nəzərə alın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 

Bölmənin digər xəbərləri

02 May 2024 Moskvada “Yaşa, Azərbaycan”ı oynadılar, həbs olundular
02 May 2024 Gürcüstan ermənisi: "Bir şeyə ehtiyacım olanda ilk köməyimə çatanlar azərbaycanlı dostlarımdır"
02 May 2024 Karantin cərimələri ləğv ediləcək? - AÇIQLAMA
02 May 2024 Yeni nazir daha bir idarə rəisini İŞDƏN ÇIXARDI - Nazirlikdə kütləvi "təmizləmə"
02 May 2024 “Xaliq Faiqoğlu”nun sürücüsü QOÇU ÇIXDI... - TƏFƏRRÜAT
01 May 2024 Çexiyadakı rus casusların izi ilə: Nikolay və Yelenanın əsl kimliyi üzə çıxdı - TƏFƏRRÜATLAR
01 May 2024 Gəncədə həkimlərə qarşı “marqans əməliyyatı”nı kim hazırlayır?
30 Aprel 2024 ADNA terrorundan 15 il ötür
30 Aprel 2024 Her şeyin sonunu düşünen kahraman olamaz(Şeyh Şamil) - Altay kartalı Osman Batur'un ve ailesinin şehadetlerinin 73. yıldönümüdür
30 Aprel 2024 Baş nazirdən su təchizatı ilə bağlı – Qərar
30 Aprel 2024 Azərbaycanda 1 milyondan çox ev kanalizasiya xəttinə qoşulmayıb
29 Aprel 2024 Sədərəkdə partlayışda həlak olan şəxsin nəvəsi: “Çaşır yığmağa gediblər” - FOTO/VİDEO
29 Aprel 2024 İstanbulda dəhşətli qəza: Səkkiz avtomobil bir-birinə çırpıldı - FOTO/VİDEO
29 Aprel 2024 Paytaxtda yeni plana düşən küçələr (AÇIQLAMA/VİDEO)
28 Aprel 2024 Pilotun uşaqlarına görə 74 sərnişin öldü - 30 il əvvəlki qəzanın DETALLARI
28 Aprel 2024 “Şeytan çarxı” fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
28 Aprel 2024 “Reuters” xəbər agentliyinin prodüseri Moskvada həbs edilib –VİDEO
28 Aprel 2024 VLADİMİR SOLOVİOVU QUŞ PİSLİKLƏRİ İLƏ "BOMBALADILAR" - VİDEO
27 Aprel 2024 "Dünyanın ən güclü təhsil sisteminə malik olan ölkələrdə repetitorluq var, bizdə də buna ehtiyac var."
27 Aprel 2024 Azərbaycan vətəndaşları üçün yaxın və əlçatmaz turizm istiqaməti - Türkmənistana süni "əngəl" var...

Dünyapress TV

Xəbər lenti