Ardını oxu...
Türkiyənin İzmir vilayətində meşə yanır.

Hürriyət xəbər verir ki, hadisə Dikili rayonunda qeydə alınıb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.
Ardını oxu...
Aparıcı Aytən Səfərova tələbələr üçün ayrılan yataqxanalardan şikayətlənib.

TEREF axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Xəbər ertəsi" proqramında tələbələrin əksəriyyətinin kirayə evlərdə yaşadığını deyib:

"Yataqxana var ki? Tələbələr kirayədə yaşayırlar. Neçə ailə tanıyıram, qohumlarım arasında da var, ya öz evlərində qalır, ya da ucqar rayondan gəlib kirayə ev tuturlar. Türkiyədə 30 minə yaxın azərbaycanlı tələbə var. Orada tələbə avtobusda, paltar alanda belə endirim əldə edir. Tələbə üçün 3 manat belə böyük puldur. Hansı yataqxana verilir, hansı yemək verilir?".
Ardını oxu...
Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən 1998-ci il təvəllüdlü İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub.

Belə ki, bu barədə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" verilişində müzakirələr olunub.

Efirə birbaşa bağlanan mərhumun keçmiş sevgilisi Günay bildirib ki, qətldən üç saat əvvəl İ.Haqverdiyevlə telefonla danışıblar:

"Əvvəllər bir-birimizi sevirdik. Daha sonra aramızda kiçik söz-söhbətlər olub. İlham dünyasını dəyişmədən bir ay əvvəl bizim əlaqəmiz kəsilib. Martın 6-da saat 00:15-də mənə zəng etdi ki, gəlim danışaq, dedim ki, gecdir. Qonşuluqda yaşayır. Daha sonra öyrəndim ki, İlham evimizin yaxınlığındakı kafedə olub. Rəfiqəmlə telefonla danışırdım, binanın həyətindən səs-küy eşidildi. Hadisəni videoya çəkməyə başladım. İlhamın adını eşitdim. Rəfiqəmin qardaşı İlhamın dostudur. Dedim ki, düşüb aşağı baxsın ki, nə məsələdir. 5 nəfər İlhamla mübahisə edirdi. Mən həyətə düşənə qədər İlhamı ürəyindən və kürəyindən vurmuşdular. Onu xəstəxanaya aparırdılar. Daha sonra zəng etdilər ki, İlham dünyasını dəyişib".

Ətraflı süjetdə:


 
Ardını oxu...
Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
 
Ardını oxu...
Son illərdə bir çox ölkələr avtomobillərin texniki baxışını ya tamamilə ləğv edir, ya da bu proseduru sadələşdirir. Bu tendensiya əsasən, texniki baxışın müasir avtomobillərin təhlükəsizlik standartlarına uyğun olaraq lazım olmaması arqumenti ilə izah olunur. Azərbaycanda isə avtomobillərin texniki baxışı hələ də məcburi olaraq qalır, lakin onun ləğvi və ya yenidən tənzimlənməsi ilə bağlı müzakirələr bəzən gündəmə gəlir.

Hazırda Azərbaycanda avtomobillərin texniki baxışı qanunla müəyyən olunmuş şəkildə iki ildən bir həyata keçirilir. Bu prosedur zamanı avtomobilin mühüm texniki göstəriciləri yoxlanılır.

İlk növbədə texniki baxışın ləğv olunduğu ölkələrə nəzər salaq:

Amerika Birləşmiş Ştatları (bəzi ştatlar) - ABŞ-də texniki baxış sistemi ştatlara görə fərqlənir. Bəzi ştatlar, xüsusilə Kaliforniya, Arizona və Montana kimi ştatlar texniki baxışı tamamilə ləğv edib və ya çox sadələşdiriblər. 2025-ci ilin yanvarından etibarən isə Texas ştatında da texniki baxış ləğv olunacaq.

Rusiya - 2021-ci ildən etibarən Rusiyada yeni qanun qəbul edilib və texniki baxış bəzi nəqliyyat vasitələri üçün ləğv olunub. Şəxsi minik avtomobilləri və motosikletlər müəyyən şərtlər daxilində texniki baxışdan azad edilib. Yalnız kommersiya nəqliyyat vasitələri üçün texniki baxış məcburi olaraq qalır.

Kanada (bəzi əyalətlər) - Kanadada texniki baxış bəzi əyalətlərdə tamamilə ləğv edilib və ya çox sadələşdirilib. Məsələn, Britaniya Kolumbiyasında texniki baxış tələbi yoxdur, yalnız xüsusi nəqliyyat vasitələri yoxlanılır.

Yuxarıda qeyd olunduğu kimi, daha bir neçə Avropa ölkələrini bu siyahıya misal olaraq çəkmək olar.

Maraqlıdır, ölkəmizdə də bu proses reallaşa bilərmi? Ümumiyyətlə, avtomobillərin texniki baxışlarının ləğv olunmasına ehtiyac varmı?

Məsələ ilə bağlı danışan nəqliyyat eksperti Aslan Əsədov Ajans.az-a bildirib ki, Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir:

"Bu proses dünyanın müxtəlif ölkələrində müxtəlif şəkildə həyata keçirilir. ABŞ, Çin hətta Gürcüstanda belə texniki baxışın prosedurlarında müəyyən sadələşdirilmələr var. Azərbaycanın da bununla bağlı hər hansı adım atma imkanı var. Bu əslində ölkəmizdə realdır. Hər bir nəqliyyat vasitəsi texniki baxış keçirən zaman onun müəyyən dərəcədə texniki xüsusiyyətlərini servis xidmətləri həyata keçirir. Onların isə təqdim etdiyi arayış Dövlət Yol Polisinin tələblərinə cavab verməlidir və o gözləntilərə uyğun olmalıdır".

Ekspert qeyd edib ki, Azərbaycanda bu tendensiya bir az fərqlidir. Onun sözlərinə görə, bunun əsas fərqi ondadır ki, nəqliyyat vasitələri texniki baxışın xüsuiyyətlərini özündə ehtiva etməlidir:

"Bu proses, təbii ki dövlətin nəzarətindədir və dövlət tərəfindən tənzimlənir. Onun ləğv olunması ilə bağlı yekun qərarı da dövlət verə bilər. Texniki baxışın ləğv edildiyi və ya sadələşdirildiyi ölkələr əsasən inkişaf etmiş və avtomobil texnologiyalarında yüksək standartlara malik ölkələrdir. Bu ölkələr yol təhlükəsizliyinə və avtomobil parkının yenilənməsinə daha çox diqqət yetirdikləri üçün texniki baxışın bəzi hallarda ləğv olunmasını mümkün görüblər".

Aslan Əsədov əlavə edib ki, bu məsələ ilə bağlı bəzi təkliflər, yeni və müsbət fikirlər irəli sürüb prosesi daha da asanlaşdırmaq olar.
 
Ardını oxu...
Övladları yanıb ölən ana fəryad edir.

Hadisə 2018-ci ilin yanvarın 4-də Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermanın həyətindəki işçilərin yaşayışı üçün nəzərdə tutulmuş tikilidə baş verib. Yanğın hadisəsindən ailənin böyük uşağı ağır xəsarətlərlə xilas olsa da, 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlunu və 2016-ci il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunan hadisə ilə bağlı CityPost.az saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında buraxdığı ağır zərbədən danışıb.

“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”

Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib.

“Fermanın sahibi Elvin Alıyev həmin vaxt polis orqanlarında işləyirdi. Atası da Füzulinin icra başçısıdır. Əlaqələrindən istifadə edib ,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən Elvin bizə deyirdi ki,sizə köməklik edəcəm. Neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərinə belə cavab vermir. Bizim savadımız olmadığı üçün sənədə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki mən həmin vaxtda hadisənin şokunu yaşayırdım.İki övlad itirən ana necə şikayətçi ola bilməzki?

Hadisə ilə bağlı yenidən hüquq mühafizə orqanlarına müraciət etmişəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya səslənirəm və xahiş edirəm ki, hadisənin əsl səbəbkarı üzə çıxarılsın və cəzasını alsın”,-deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı Elvin Alıyevlə də əlaqə saxladıq.O,hadisə ilə bağlı açıqlama verməkdən imtina etdi.”Gedin işinizlə məşğul olun,sizin kimi jurnalistləri o qədər yola vermişəm ki…”,- deyərən dəstəyi asdı.

Qeyd edək ki, Elvin Alıyev əvvəllər Füzuli rayon Polis Şöbəsində və Binəqədi rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. 2019-cu ildə Alıyev Elvin Alı oğlu Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəis müavini vəzifəsinə təyinat alıb. Daha sonra polis orqanlarında yol verdiyi ciddi nöqsanlara görə xidmətdən xaric olunub.
Ardını oxu...
İcra başçısı Alı Alıyev
 
 

 


Ardını oxu...
Fövqəladə Hallar Nazirliyi (FHN) Fərhadzadə Fərid Rüfət oğlunun sifarişi əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi 100 ünvanında inşa olunan qeyri-yaşayış binasının istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 3 min 981 kvadratmetr olan bina 5 mərtəbə (2 səviyyəli zirzəmili) ibarətdir.
FHN qeyri-yaşayış binasına 3 oktyabr 2024-cü il tarixli 03305 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “1 saylı Bakı DOST Mərkəzi” üçün Fərid Rüfət oğlu Fərhadzadədən qeyri-yaşayış sahəsi icarəyə götürülüb.
DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 min 693 kvadratmetr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb və qarşılığında 4 milyon 874 min 760 manat ödəyəcək.
Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb.
“1 saylı Bakı DOST Mərkəzi” istismarına 7 gün əvvəl icazə verilən qeyri-yaşayış sahəsində 5 il ərzində necə fəaliyyət göstərdiyinə aydınlıq gətirmək üçün suallarımızı DOST Agentliyinin mətbuat xidmətinə ünvanladıq.
Agentliyin mətbuat xidmətindən Yeniavaz.com-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən qeyri-yaşayış binasının “1 saylı Bakı DOST Mərkəzi”nin inzibati binası kimi icarəyə götürülməsi barədə müqavilənin imzalanması həmin binanın müvafiq olaraq özəl mülkiyyətdə olması və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatda olması əsasında baş verib:
“Müqavilə şərtlərinə əsasən, bina əsaslı şəkildə təmir edilərək DOST Agentliyinin istifadəsinə verilib. Sahibkar binanın təmirdən sonra yoxlanılması və istismara yararlı olduğunun bir daha təsdiq edilməsi üçün müvafiq quruma müraciət edib və müsbət rəy alıb”.
Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub.
Məlumat üçün bildirək ki, Balababa Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Balababa Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub. Fərid Fərhadzadə ötən ildən Azərbaycan Triatlon Federasiyasının prezidenti vəzifəsini də icra edir.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da bildirək ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevə şiddətli töhmət verilməsiylə bağlı sərəncam imzalayıb.
 

Ardını oxu...
Nərimanov rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Şahmar İbadov paytaxtın mərkəzində oğluna bahalı restoran alıb.

Şahmar İbadov paytaxtın Qış parkı ərazisində, Mirzəağa Əliyev 46 ünvanında növbəti “Paxlava” restoranını açıb.

Sözügedən restoranın yerləşdiyi obyekt Şahmar İbadovun oğlu Elmar İbadov tərəfindən 800 min dollara alınıb.

Qeyd edək ki, əvvəllər həmin obyekt “Mandarin Baku” adı ilə fəaliyyət göstərib.

Demokrat.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

DogruXeber.az: - SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı Sabunçu Rayon Məhkəməsində qaldırılmış iddia üzrə məhkəmə baxışı yekunlaşıb. Hakim Ruslan Mirzəliyevin sədrliyi ilə keçirilən prosesdə Fidan Abbasovanın Orxan İsmayılzadəyə qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia təmin olunub.

Musavat.com xəbər verir ki, Fidan Abbasova uzun illərdir ki, qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışırdı.

Lakin Oran İsmayılzadə qızı Nilə soyadını, adını verməkdən boyun qaçırır, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən də yayınırdı. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb. İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü.

Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu Məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb.

Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının (atalığının) Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən əvvəli 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.

Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurması ilə bağlı fikirlərini belə əsaslandırıb:

“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar. Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Təxminən 6 ay müddətində Bakı şəhərində yaşadıqları müddət ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə “Viza” əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.

Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.

Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə verib.
Qətnamədə yazılır:

- AZE seriyalı, 11667989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Nil 05.05.2015-ci il tarixdə doğulub. Atası qrafasında Abbasov Orxan qeyd olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.

Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 12.07.2024-cü il tarixli qərardadına əsasən, 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının ata mənşəyinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertiza təyin edilib, lakin cavabdeh ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İsmayılzadə Orxan Mikayıl oğlu ekspertizanın keçirilməsində iştirak etməkdən qərəzli olaraq yayındığından, qanunvericiliyin tələblərinə uyğun olaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməlidir. Belə ki, cavabdeh faktiki olaraq iddiaçı ilə birgə münasibətindən doğulmuş uşağın bioloji atası olduğunu dolayısı ilə etiraf edir və bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edə bilmir. Əksinə, məhkəmə onu da nəzərə alır ki, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü Abbasova Nilin atası hesab edilməsi üçün yeganə əsas onun ekspertizanın keçirilməsindən yayınması deyil, iş materiallarında olan tərəflərin bir ailə kimi bir yerdə yaşaması, müxtəlif vaxtlarda müxtəlif xarici ölkələrdə olması, faktiki nikahlarından doğulmuş uşaqla birgə çəkilmiş foto və video görüntüləri ilə də öz təsdiqini tapır. Həmçinin, iddia tələbi alimentin tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir”.

Məhkəmənin aliment tələbi ilə bağlı mövqeyi isə Orxan İsmayılzadənin imkanlarını əks etdirən sənədlərlə uyğun görünmür:

“Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarında cavabdeh Orxan İsmayılzadənin gəlirinin olması barədə məlumat olmasa da, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, mülkiyyətində daşınmaz və daşınar əmlaklar mövcud olduğundan, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və ədalətli hesab edir.

Qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.

Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.

Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Abbasova Nil Orxan qızının atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin. Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızına “soyad” qrafasında İsmayılzadə, “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.//Musavat.com

Ardını oxu...

Ardını oxu...

 

 
Ardını oxu...
Azərbaycanda icra başçısı ilə xanım müğəninin rəqsi böyük marağa səbəb olub.
TEREF manset.az-a istinadla xəbər verir ki, tanınmış müğənni Nişanə Baxışova toyda ifa edərkən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəqs etməyə başlayıb.

Onlar rəqs edərkən icra başçısı ilə məclisə gələn vəzifəli şəxslərdən biri xanım ifaçıya pul verib. Sözügedən anlar kameraya tuş gəlib.
Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...

 
 
 

Dünyapress TV

Xəbər lenti